Category: Kriminal

  • Bakıda anasını öldürən oğul tutuldu

    Qaradağ rayonunda anasını qətlə yetirən şəxs saxlanılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, gecə saatlarında Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova hələlik bilinməyən mübahisə zəminində oğlu, 1984-cü ildə doğulan Cəlil Ağasəlim oğlu İslamov tərəfindən qətlə yetirilib.

    C.İslamov əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, sonra onu boğub. Zərərçəkmiş digər oğlunun köməyilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

  • Sumqayıtda sürücü 28 ton qarğıdalının pulunu götürərək qaçıb – FOTO

    Sumqayıt şəhərində soyğunçuluq faktı qeydə alınıb.

    “Report”un yerli bürosu xəbər verir ki, sürücü illərdir birgə işlədiyi vətəndaşın 10 min manatını mənimsəyərək qaçıb.

    Zərərçəkmiş Samir Bəkirov iddia edir ki, illərdir yerli firmalardan birində onunla sürücü kimi işləyən 31 yaşlı Sumqayıt şəhər sakini İlkin Muradov adlı şəxs onun adına olan 28 tondan çox qarğıdalı məhsulu “Shacman” markalı yük avtomobili ilə birgə qaçırıb. Sürücü məhsulu ünvana çatdıraraq əvəzində 10 min manata yaxın pul alıb və pulu məhsul sahibinə vermədən yoxa çıxıb. Yük maşını isə hadisədən iki gün sonra tapılıb.

    S.Bəkirov ona dəymiş ziyanın geri qaytarılması üçün soyğunçunun evinə getsə də, onu tapa bilməyib. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda oğul yaşlı anasını amansızlıqla qətlə yetirib

    Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.

    Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

  • Sumqayıtda kütləvi dava: Yaralananlar var – FOTO

    Sumqayıt şəhərində qonşular arasında kütləvi dava olub, iki nəfər bıçaqlanıb.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

    Belə ki, həmin qəsəbədə qonşular arasında mübahisə düşüb. Sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib.

    Nəticədə, 1997-ci il təvəllüdlü Emin Elmanoğlu Ömər və 2000-ci il təvəllüdlü İbrahim Xoşbəxt oğlu Cəfərov, qonşuları Coşqun adlı şəxs tərəfindən bıçaqlanıb. İ.Cəfərov dörd, E.Ömər isə iki ağır bıçaq zərbəsi alıb.

    Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Əməliyyat olunan hər iki gəncin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Hadisəni törədən şəxs artıq saxlanılıb. Davanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.




  • Bakıda sabiq bələdiyyə sədri məhkəmə zalında həbs edilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report”un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə V.Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və sabiq bələdiyyə sədri məhkəmə zalında həbs olunub.

    Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

    V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb. Həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimi Əlövsət Abbasovun sədrliyi ilə baxılır.

  • Bakı Dəmiryolu Vağzalının ərazisində avtomatlı şəxs tutulub – FOTO

    Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

    Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində doqquz ədəd patron olan daraq aşkar olunaraq götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


  • Sumqayıtda DƏHŞƏTLİ OLAY: Kişini borca görə diri-diri basdırdılar

    Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

    Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və o, yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda polisdən qaçan oğrular boğazlarını kəsdilər

    Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.

    1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb.

    E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.

    Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib.

    Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, onlar əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda ər və arvadı öldürüb evlərini yandırdılar – YENİLƏNİB

    Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

    Median.Az xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş.

    Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb.

    Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

    Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

    * * * * *

    Tovuz rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.

    Median.Az rayon hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb.

    İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

    Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır.

    Qeyd edək ki, bu, Mirzəyevlərlə bağl son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir.

    Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu.

    Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda “Toyota Land Cruiser”in aşması nəticəsində həlak olmuşdu.

    * * * * *

    Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

    Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.

    Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı

    Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb.

    Median.Az-in APA-ya istinadən verdiyi məlumata görə, İ.Bliznyük Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir. Məlumata görə, səfirlik ilə sıx əlaqəsi olan Bliznyuk güc strukturlarının əməkdaşları üçün təhsil proqramlarının təşkili məqsədi ilə mütəmadi olaraq Rusiyaya səfər edib. Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb.

    Məlumata görə, hər iki ölkəni əhatə etmiş birgə əməliyyat bir ildən çox davam edib.

    “Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin kollecində narkotik vasitələrin aşkarlandığını bildirib. Məlum olub ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.

    KİV-lərin məlumatına görə, qeyd olunan narkotrafiklə həmçinin Əli Abyanov adlı səfirliyin mühasibi də əlaqəli olub. Məhz onun narkotiklə dolu çamadanları səfirliyin kollecinə gətirdiyi bildirilir. Mütəşəkkil cinayətkar qrupun rəhbəri olduğu ehtimal edilən şərti adı “Mister K” olan daha bir şəxs istintaqdan yayınıb.

    Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi müəyyən edilib.

    İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki nəfər saxlanılıb.