Category: Kriminal

  • Xankəndiyə səfər edən şəxs “İnterpol” xətti ilə axtarışa verildi

    Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərə qarşı Baş Prokurorluq tərəfindən cinayət-hüquqi tədbirlər davam etdirilir.

    Baş Prokurorluğun mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Belçika Krallığında fəaliyyət göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan ərazisindən təkrarən qəsdən, qanunsuz keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr olduğundan 20 fevral 2018-ci il tarixdə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilmiş və “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

    “Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də, vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş şəxslərə qarşı zəruri və qəti addımlarını bundan sonra da atacaq”, – deyə məlumatda bildirilir.

  • Bakıda fırıldaq – Kirayə götürdüyü evin əşyalarını satdı, özü isə həmin evdə… – FOTOLAR

    Bakı sakini Mehriban Rəhmənova evini kirayə verdiyi şəxs tərəfindən aldadılıb.

    Redaksiyamıza müraciət edən Mehriban xanım deyib ki, kirayəşini tərəfindən evdəki bütün əşyaların satılıb.

    Median.Az minval.info-ya istinadən xəbər verir ki, özünü vəzifəli şəxsin qohumu kimi təqdim edən Yalçın adlı şəxsə güvənib evini kirayə verən M.Rəhmənovanın sözlərinə görə, o, evdəki bütün əşyaları satıb, boş evdə “bomj” kimi yaşayıb:

    “İnternet saytlarına mənzilimi kirayə verməyimlə bağlı elan yerləşdirdim. 2017-ci il 23 oktyabr tarixində mənzilimi 1979-cu il təvəllüdlü Yalçın Rəşid oğlu Həsənova kirayəyə verdim. O, özünü keçmişdə Ali Məhkəməyə və Azərbaycan Respublikası Ədliyyə nazirliyində çalışan Südabə Həsənovanın qardaşı oğlu kimi təqdim etdi. Bununla da mənim etimadımı qazandı.

    Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də, mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim.

    Yalçın Həsənov məni əmin etdi ki, mənzilimdə həyat yoldaşı ilə uzun müddət yaşayacaq, mən də evimi ona kirayə verdim. Onun sözlərinə əsasən, iki övladı anası ilə yaşayır və yalnız həftəsonları mənzilə gələcəklər.

    Sonra isə biz müqavilə bağladıq, o şəxsiyyət vəsiqəsini təqdim etdi, mən isə ona mənzilin açarını verdim. Bir neçə ay ərzində mən “whatsapp” vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil pulunu bir neçə ay vermədilər, telefonlarımı açmırdılar daha sonra isə mənim nömrəmi qara siyahıya əlavə etdilər.

    2018-ci il 25 yanvar tarixində mən bir neçə şahid ilə mənzilimə daxil olub ev əşyalarımın oğurlandığını gördüm. Polisə müraciət etdim. İki gün sonra onu, yəni Yalçın Həsənovu mənim mənzilimdə həbs etdilər. O, son günədək heç nə olmamış kimi mənzildə yaşamağa davam edib O, “bomj” kimi döşəmədə yatırmış çünki evdəki bütün əşyaları satıb”.

    Ev sahibəsi əlavə edib ki, Y. Həsənovun əvvəllər vəzifədə olmuş atası dəymiş ziyanı ödəyəcəyini vəd etsə də, sonda heç nə əldə edə bilməyib: “Onu həbs etdikdən sonra 19 nömrəli polis bölməsinə onun atası Rəşid Həsənov gəldi. Atası əvvəllər Bakı şəhərinin prokuroru olub. Onun oğlunu həmin gün azad etdilər, atası söz verdi ki, mənzildən satdığı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq. Lakin, heç kim heç nə qaytarmadı. Mənə 7500 manat dəyərində zərər veriblər. Hazırda ona 177.2.4 maddəsi ilə cinayət işi açılıb, ancaq onu hələ ki tapa bilmirlər.

    Lakin o məhkəməyə cəlb edilsə belə, onun cəzasının ədalətli olacağı sual altındadır. Məlumdur ki, Yalçın Həsənov əvvəllər narkotik ticarətinə görə məhkum edilib. Uzun müddətdir, o, bu cür sxem əsasında işləyir və hər dəfə də işdən alnı ağ çıxır. Belə cinayətkar öz yüksək rütbəli qohumlarının adları altında gizlənərək, öz qara işlərini görürlər”.

    Minval.İnfo-nun əldə etdiyi məlumata görə, Mehriban Rəhmənovanın fırıldaqçılıqda ittiham etdiyi Yalçın Həsənov həqiqətən də vaxtı ilə Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur.

    2009-cu il 17 aprel tarixli hökmü ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və daha 11 nəfərlə birgə narkotik istifadəsi və satışısına görə həbs edilən Rəşid Həsənov, 2011-ci ildə əfv sərəncamı əsasında həbsdən azad edilib.

    Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


  • Gecə saat 5-də qızı blokda öpdü, sonra… – Bakıda dəhşətli hadisə

    Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib.

    Blokda qızla görüş

    Onlar binanın 2-ci girişinin qarşısında dayanaraq söhbət ediblər. Bu zaman həmin girişin ikinci mərtəbəsində yaşayan Sevda Xəlilovanın (ad və soyad şərti verilib – red.) mənzilinə Nazim Ələkbərli tanışı Ayseli ötürüb.

    Həmin zaman Nazim Ələkbərli blokda Ayseli qucaqlayaq öpüb. Sonra oradan ayrılan Nazim Ələkbərli binanın həyətinə çıxaraq evlərinə getmək istəyib.

    Anan, bacın blokda nə gəzir?

    Həmin vaxt Kamran Həsənzadə Nazim Ələkbərlinin yanına çağırıb və ona etdiyi hərəkətə görə iradını bildirib. O, bu həyətdə yaşadığını deyib.

    Nazim Ələkbərliyə iradını bildirən Kamran Həsənzadə ona gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki, bu binada anası və bacısı yaşayır.

    Nazim Ələkbərli isə Kamran Həsənzadənin iradına kobud cavab verib. O, Kamrana “bu vaxt anan, bacın blokda nə gəzir?” – deyib. Bu zaman onların mübahisəsi böyüyüb.

    Qanla bitən dava

    Həmin vaxt Nazim Ələkbərli tapança gətirəcəyi ilə Kamran Həsənzadəni hədələyib, beysbol bitası ilə ona xəsarət yetirib. Nazim Ələkbərlinin bu hərəkətindən əsəbiləşən Kamran Həsənzadə onu qisas almaq məqsədilə öldürmək qərarına gəlib.

    Kamran Həsənzadə özündə olan bıçaqla Nazim Ələkbərliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Orada olan şəxslərin müdaxiləsindən sonra Kamran Həsənzadənin dostları Nazim Ələkbərlini 5 saylı xəstəxanaya aparıb.

    Qətl və iki maddəli cinayət işi

    Həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq Nazim Ələkbərli almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölüb.

    İstintaq orqanı tərəfindən Kamran Həsənzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

    16 il cəza və narazılıq

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini istəyib.

    Həmçinin zərərçəkmişin hüquqi varisi Nurəddin Ələkbərov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən yüngül cəza verildiyini qeyd edib.

    “Məhkum əməlindən peşman deyil”

    Nurəddin Ələkbərov qeyd edib ki, məhkəmə məhkumun törətdiyi əmələ düzgün qiymət verməyib: “Məhkum törətdiyi cinayətə görə özünü təqsirli bilməyib, törətdiyi əməldən peşman olmayıb. Cinayəti törətdiyi vaxtdan xeyli müddətdən artıq keçməsinə baxmayaraq, məhkəmədə davranışı, əməlinə münasibəti ilə islah yolu tutmadığı müəyyən edilib. Məhkəmə məhkumun şəxsiyyətini xarakterizə edən bu mühüm xüsusatı nəzərə almayıb”.

    “Kriminal cinayətlərə meyillidir”

    Nurəddin Ələkbərov həmçinin göstərib ki, məhkəmə məhkumun hadisəyə qədərki davranışına da qiymət verməyib: “İstintaq materiallarından görünür ki, təqsirləndirilən şəxs ictimai faydalı əməklə məşğul olmayıb, tüfeyli həyat keçirib. Soyuq silah olan və cinayətin aləti olan bıçağı əldə edərək saxlaması da onun kriminal cinayətlərə meyilli olduğuna dəlalət edir. Məhkəmə bu mühüm xüsusatı da nəzərə almayıb”.

    “Özünü dindar kimi təqdim edib”

    Şikayətçinin qeyd etdiyinə görə, təqsirləndirilən şəxs özünü dindar kimi təqdim etsə də, hadisə baş verən gün ramazan orucu tutmasına baxmayaraq, islam qanunlarına zidd olaraq qadınlarla yazışıb, görüşüb və hətta növbəti gün dənizə getmək barədə razılığa gəlib: “Bu xüsusatdan təqsirləndirilən şəxsin islam dini qanunları və adətləri altında öz ictimai təhlükəli şəxsiyyətini maskalamaq üçün istifadə etdiyi görünür. Məhkəmə təqsirləndirilən şəxsin bu davranışının ictimai rezonansını nəzərə almayıb”.

    “Bizi sonsuz qoyub”

    Şikayətdə mərhum Nazim Ələkbərlinin atasının və anasının yeganə övladı olduğu da göstərilib: “Onu həyatdan mərhum etməklə təqsirləndirilən şəxs biz – valideynləri sonsuz qoyub. Təqsirləndirilən şəxs hətta ömürlük cəza belə alsaydı, qanunun humanizmindən istifadə etməklə nə vaxtsa azadlığa qovuşa və ya ömürlük cəza çəkmə yerində yaşamaqla valideynlərini varlığı ilə xoşbəxt edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxsə əsassız yüngül cəza verməklə məhkəmə biz valideynlərin itkisini nəzərə almayıb”.

    Şikayətçi təqsirləndirilən şəxsin barəsində ömürlük cəzanın təyin edilməsini istəyib. Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə tərəflərin şikayətləri üzrə qərar elan edilib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin ediməyib.

    Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş tərəfin kasasiya şikayəti təmin edilməyib.

    Qeyd: Ali Məhkəmədən verilən məlumata görə, təqsirləndirilən Kamran Həsənzadə də kasasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bildirilib ki, onun şikayəti məhkəməyə fevralın 12-də daxil olub. O, şikayətində barəsində olan hökmün ləğv edilməsini, işinə ədalətli baxılmasını istəyib.

    Kamran Həsənzadənin kasasiya şikayəti hakim Hafiz Nəsibovun icraatına verilib. Yaxın günlərdə onun şikayəti üzrə məhkəmə prosesi başlanacaq.(Publika.az)

  • Apellyasiya “Kanal13″ün rəhbəri ilə bağlı qərar verdi

    Jurnalsitin şikayəti təmin edilmədi

    “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bizim Yol xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilməməsi barədə qərar elan edilib.

    Əziz Orucov qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində Ə.Orucov barəsində bəraət hökmünün çıxarılmasını istənilirdi.

    Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb.

    İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham verilib. O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib, barəsind həbs-qətimkan tədbiri seçilib.
    Ədliyyə Nazirliyində qeydə alınmamış qrant vəsaitləri ilə layihə həyata keçirməkdə suçlanan Ə.Orucov ittihamları qəbul etməyib və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bəyan edib.

    «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

  • В Ясамале у жителя Губинского района изъяли пистолет

    Как сообщает Median.Az, сотрудники 27-го отделения полиции Ясамальского РУП на основании поступившей информации задержали жителя Губинского района Орхана Нурмамедова, у которого при личном осмотре изъяли пистолет марки “Револьвер”, изготовленный кустарным путем и один патрон.

    В Следственном отделе Ясамальского РУП по статье 228.1 (незаконное приобретение, хранение, сбыт или ношение огнестрельного оружия) УК Азербайджана возбуждено уголовное дело.

  • Lotu Qulini təhqir etdi və öldürüldü – VİDEO (18+)

    Rusiyada Avropa “obşyakı”nın nəzarətçisi Şexy Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının çeçen üzvü öldürülüb.

    Bu barədə cinayətkar dairələrə yaxın olan mənbələr məlumat verib.

    Timur adlı kişi idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkarlar avtomobilə avtomat silahlardan çoxsaylı atəş açıb. Hələlik hadisənin Rusiyanın hansı ərazisində törədildiyi məlum deyil.

    Bundan bir müddət əvvəl Timur internetdə hazırda Türkiyədə yaşayan və iddiaya görə, çeçen Əziz Batukayevin ticarət obyektlərini ələ keçirməyə çalışan Nadir Səlifova (Lotu Quli) ünvanlanmış video-müraciət yaymışdı.

    Timur həmin videoda açıq şəkildə Qulinin cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıc qanlı qətlin törədilməsinə yol açıb və nəticədə Timur qətlə yetirilib. Bu, hələlik versiyadır.

    Fevralın 19-da Həmzət Qastamirovun yaxınları bu informasiyanın həqiqəti əks etdirmədiyini bəyan edib. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan videoda danışan şəxs o deyil.

    Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.//oxu.az

  • Gürcüstanda azərbaycanlı həmvətənini güllələdi

    Gürcüstanın Qurcaani rayonunda azərbaycanlı güllələnib. Cinayət bazar günü fevralın 18-də törədilib. Cinayət qurbanı Qaraçöp inzibati-ərazi vahidinin Qazlar kənd sakini, fermer Əllədin İsmayılovdur.

    Bu barədə oxu.az-a Azərbaycanın Qaraçöp diasporu nümayəndələri məlumat verib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs də azərbaycanlıdır. Onun İsmayılovun qohumu olduğu bildirilir.

    Cinayət əməlini törətdikdən sonra şübhəli şəxs sayılan Xoca Əliyev hadisə yerindən qaçıb.

    Hazırda polis onun axtarışı ilə məşğuldur.

    İlkin məlumatlara görə, qətl münaqişə zəminində törədilib.

  • Bakıda psixotrop həblər blokların girişində gizlədilərək, gənclərə satılırmış

    Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

    Musavat.com xəbər verir ki, saxlanılan 3 nəfərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub. Məhkəmədə təqsirləndirilənlərdən Şəmistan Mustafayevin istintaqa ifadəsi elan edilib. Onun məhkəmədəki ifadəsində ziddiyyətlər olub.

    O, həmin ifadəsində Ələkbər Məmmədovla tanış olduğunu, birlikdə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olduqlarını bildirib. Bu məqsədlə bir dəfə Türkiyəyə gedərkən orada ekstazi istifadə ediblər. Daha sonra isə onlar ekstazini Bakıya gətirməyi və satmağı planlaşdırıblar.

    Şəmistan Mustafayev istintaqdakı ifadəsində göstərib ki, Ələkbər Məmmədovla müxtəlif şəxslərə ekstazi satıblar. O, ekstazini 15 manata Ələkbərdən alaraq 20 manata ayrı-ayrı şəxslərə satdığını etiraf edib. Ş.Mustafayev söyləyib ki, ekstazini satarkən adətən müştəri ilə üzbəüz görüşməyib. Belə ki, ekstazini əvvəlcədən planlaşdırdığı yerə qoyub və müştəriyə məlumat verib. Müştəri də pulu ödəmə terminalları vasitəsi ilə ödəmə etdikdən sonra ekstazini qoyulan yerdən götürürmüş.

    Ş.Mustafayev həmin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu da etiraf edib. Amma Ş.Mustafayev məhkəmədə həmin ifadəsini təsdiqləmədiyini, təzyiqlə ifadə verdiyini söyləyib.

    Hakim elan edib ki, cinayət işi materiallarında Şəmistan Mustafayevdən ekstazi alan xeyli sayda şəxsin ifadəsi var. Onlar ekstazi istifadəçisi olduqlarını və malı Şəmistandan aldıqlarını deyiblər. Amma Şəmistan Mustafayev bununla razılaşmayıb və deyib ki, heç kimə ekstazi satmayıb. Hakim isə bildirib ki, digər istifadəçilərin də dindirilməsi üçün ayrıca cinayət işi açılıb.

    Prosesin davamında digər təqsirləndirilən Cəlal Qasımovun istintaqa ifadəsi elan edilib. O, Ələkbər adlı şəxsi tanıdığını və satmaq üçün bir neçə dəfə ondan ekstazi aldığını deyib.

    Cəlal Qasımov da bu ifadənin yalan olduğunu söyləyib. Qeyd edib ki, müstəntiqə istifadə məqsədi ilə ekstazi aldığını deyib. Məlum olub ki, Cəlal ifadəsində Ələkbərlə telefonda danışarkən ekstazi həbinə “eki” deyirmişlər.

    Cəlal da ifadəsində göstərib ki, ekstazini yaşayış binalarının bloklarımda girişlərə yerləşdirirmişlər. Pulu ödəmə terminalı vasitəsi ilə ələ keçirəndən sonra müştəriyə ünvanı deyirmişlər.

    İttihamda yazılır ki, adı çəkilən şəxslər dəfələrlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Bu məqsədlə ilk dəfə Türkiyəyə gedərək orada müxtəlif şəxslərlə görüşüblər. Qeyd edilən həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə nəfər Türkiyə vətəndaşı da var.

    Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu, Mustafayev Şəmistan Əli oğlu və Qasımov Cəlal Sübhan oğlu 2017-ci il martın 15-də saxlanılıblar.

    Məlumata görə, araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb.

    Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunur.

  • Masaj salonunda qalmaqal — Müştəri masajçı qadını döydü

    Nəsimi rayonu ərazisində yerləşən masaj salonlarının birində döyülmə faktı qeydə alınıb.

    “Ölkə.Az”ın məlumatına görə, fevralın 17-də B.Səfəroğlu küçəsi 217-də yerləşən masaj salonunda masajçı Aybəniz Yetimova müştəri Cəlal Məmmədov tərəfindən müxtəlif ağır bədən xəsarətləri alıb. Zərərçəkmiş döyülməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib.

    Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb. A.Yetomova xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.

    Məlum olub ki, masajçı müştərinin istəklərini yerinə yetirmədiyinə görə döyülüb.

  • Azərbaycanlı müğənninin 3 nəfəri öldürən atası cəzasından narazıdır

    Abşeron rayonunda arvadını və baldızını qətlə yetirməkdə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası, 55 yaşlı Qurban Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra Qurban Hüseynovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

    Məlum olub ki, Qurban Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi ömürlük cəzadan narazıdır. O, barəsində müddətli cəza təyin edilməsini xahiş edib.

    Növbəti proses fevralın 23-də davam edəcək.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

    İttihama görə, qətl hadisəsi Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə öldürüb.

    O, evdə olan baldızı, 18 yaşlı Rəhilə Əsgər qızı Amur-Təbrizini də qətlə yetirib. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olubmuş.

    Qurban Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

    Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Qurban Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib.