Category: Kriminal

  • Fədayə Laçının həbs müddəti uzadıldı

    Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti uzadılıb.

    Median.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

    Vəkil bildirib ki, F.Laçının həbs müddəti yanvarın 25-də başa çatırdı. Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti aprelin 25-dək uzadılıb.

    Vəkil bildirib ki, F.Laçın həbs müddətinin uzadılması qərarı ilə razılaşmayıb: “Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişik. Hələlik məhkəmənin vaxtı müəyyən edilməyib”.

    Xatırladaq ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Şirvan sakini polisin keçirdiyi əməliyyat zamanı özünü bıçaqladı

    Şirvanda 45 yaşlı kişi bıçaqlanıb.

    Median.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

    İlkin məlumata görə, M.Aslanov polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. M.Aslanovun saxlanılan zaman özünə bıçaqla xəsarət yetirdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 21 yaşlı qız taksi sürücüsü tərəfindən döyüldü

    Median.Az xəbər verir ki, hadisə yanvar ayının 12-də Nərimanov rayonunda baş verib.

    “Ölkə.Az”-ın xəbərinə görə, 1997-ci il təvəllüdlü Elnarə Nurəddin qızı Həsənova Nərimanov RPİ-nin 18-ci polis bölməsinə müraciət edərək bildirib ki, tanımadığı taksi sürücüsü tərəfindən zorakılığa məruz qalıb.

    Belə ki, müştəri kimi taksiyə əyləşib və ünvana çatdırmağı xahiş edib.

    Ancaq yolda taksi sürücüsü ona nalayiq təkliflər edib.

    Bu zaman E.Həsənova taksi sürücündən maşını saxlamağı xahiş edib. Avtomobili saxlayan taksi sürücüsü qıza müxtəlif bədən xəsarətləri yetirib.

    Hazırda qızı döyən taksi sürücüsünün müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

  • Azərbaycanda BÖYÜK FIRILDAQ – 34 nəfər belə aldadıldı

    Bakıda dələduzluqla üzləşmiş bir qrup şəxs polisə müraciət edib. Lent.az xəbər verir ki, 37-ci Polis Bölməsinə müraciət edən həmin şəxslər 1993-cü il təvəllüdlü Əhməd Cəfərov və 1992-ci ildə anadan olmuş Fərid Abbasovun kirayə avtomobil vermək adı ilə onlardan pul almalarını və verdikləri vədə əməl etməyərək dələduzluq etmələrini bildiriblər.

    Şikayətçilərin siyahısını və verdikləri pulun məbləğini təqdim edirik:

    1987-ci il təvəllüdlü Əsədəli Mehman Əsəd oğlu – 200 manat
    1984-cü il təvəllüdlü Əliyev Zaur Akif oğlu – 450 manat
    1988-cü il təvəllüdlü Məmmədov Eldar Nizami oğlu – 450 manat
    1981-ci il təvəllüdlü Qədirov Elvin Təhmasib oğlu – 450 manat
    1974-cü il təvəllüdlü Səmidov İlkin Miralim oğlu – 500 manat
    1991-ci il təvəllüdlü Qədirov Cavid Bəylər oğlu – 600 manat
    1992-ci il təvəllüdlü Hacıbabayev Tamerlan Teymur oğlu – 450 manat
    1972-ci il təvəllüdlü Məmmədov Saleh Əhmədağa oğlu – 600 manat
    1987-ci il təvəllüdlü Abıyev İlkin Xudayar oğlu – 450 manat
    1981-ci il təvəllüdlü Cavadov Fərid Faiq oğlu – 450 manat
    1992-ci il təvəllüdlü Seyidov Nəriman Şair oğlu – 450 manat
    1975-ci il təvəllüdlü Aslanov Mətləb Ələddin oğlu – 450 manat
    1981-ci il təvəllüdlü Osmanlı Hümmət Mehrəli oğlu – 450 manat
    1973-cü il təvəllüdlü Azadov Nicat Ziyafət oğlu – 450 manat
    1986-cı il təvəllüdlü Həmidbəyli Ağabəy Araz oğlu – 450 manat
    1985-ci il təvəllüdlü Bayramlı Orxan Rauf oğlu – 500 manat
    1975-ci il təvəllüdlü Əsgərov İlkin İbadulla oğlu – 100 manat
    1993-ci il təvəllüdlü Hacıyev Sadiq Allahverdi oğlu – 450 manat
    1988-ci il təvəllüdlü Əsədov Anar İbrahim oğlu – 450 manat
    1989-cu il təvəllüdlü Əliyev Namiq Nəriman oğlu – 450 manat
    1991-ci il təvəllüdlü Orucov Vüqar İlqar oğlu – 450 manat
    1987-ci il təvəllüdlü Cəfərov Vüsal Oqtay oğlu – 450 manat
    1992-ci il təvəllüdlü Səmədov Orxan Maarif oğlu – 450 manat
    1985-ci il təvəllüdlü Əliyev Nazim Nəriman oğlu – 450 manat
    1988-ci il təvəllüdlü Quliyev Zöhrab Füzuli oğlu – 600 manat
    1984-cü il təvəllüdlü Hacıyev Siyavuş Mehrab oğlu – 450 manat
    1993-cü il təvəllüdlü İsmayılov Cavad Abdulla oğlu – 450 manat
    1978-ci il təvəllüdlü Eyzadi Nazim Əşrəf oğlu – 450 manat
    1988-ci il təvəllüdlü Əlizadə Tərlan Ayxan oğlu – 250 manat
    1986-cı il təvəllüdlü Həsənov Yusif Səfər oğlu – 450 manat
    1988-ci il təvəllüdlü Mirzəyev Murad Nuru oğlu – 600 manat
    1985-ci il təvəllüdlü Qafari Cavid Həsən oğlu – 400 manat
    1987-ci il təvəllüdlü Məmmədov Ayaz Sahib oğlu – 250 manat
    1974-cü il təvəllüdlü Babayev Rəşid Eldar oğlu – 450 manat.

    Müraciət edən şəxslər verdiklərin pulun qaytarılmasını və onları aldadan şəxslərin cəzalandırılmasını xahiş edib.

  • Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

    Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

    Bu barədə Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi birgə məlumat yayıb. 

    Belə ki, yanvarın 14-də Sabunçu rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı, 99-LX-652 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mirzəyev Qənbər Əli oğlunu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1980-ci il təvəllüdlü Məmmədov Araz Qənimət oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Dünya çempionunu öldürən azərbaycanlı məhkəmə qarşısında

    Xabarovsk diyar məhkəməsində pauerliftinq (ağırlıq qaldırma) üzrə  dünya və Avropa çempionu  Andrey Draçyovun qətli ilə bağlı cinayət işi üzrə ilkin dinləmələr start götürüb. Dinləmədə iş üzrə prosesin gələcək təqvimi müəyyən ediləcək.

    Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə nümayəndəsinə istinadən məlumat yayıb.

    20 avqust 2017-ci ildə Xabarovskda yerləşən kafelərin birinin qarşısında Draçyovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyəsinə azı 21 yumruq və təpik zərbəsi endirib.  Zərbələrdən sonra zərərçəkən aldığı travmalardan yerə yıxılıb və huşunu itirib. 

    Təqsirləndirilən şəxs yerdə beliüstə uzanan zərərçəkənin baş nahiyəsinə daha beş zərbə endirib. Aldığı xəsarətlərdən idmançı xəstəxanada dünyasını dəyişib. İstintaq komitəsi qətllə bağlı cinayət işi açıb. Allahverənov hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.

    “Məhkəmə iclası artıq başlayıb. İclas qapalı şəkildə keçirilir. İlkin dinləmələrdə növbəti iclasın tarixinin müəyyən edilməsindən savayı, ittiham və müdafiə tərəflərinin vəsatətlərinə baxıla bilər”, – deyə agentliyin müsahibi bildirib.

    Yevgeni Draçyovun ailəsinin vəkilinin verdiyi məlumata görə, Allahverənovun vəkilləri ekspertiza yolu ilə əldə olunmuş sübutların qeyri-məqbul sayılması ilə bağlı vəsatət qaldırıb.

    “Anar Allahverənovun vəkilləri iş üzrə sübutların rədd edilməsi ilə bağlı vəsatət qaldırıb. Bunun üçün ilkin dinləməyə ehtiyac var. Ona görə də müdafiə tərəfi Rusiya Cinayət Prosessual Məcəlləsinin 229-cu maddəsinin 3-cü hissəsinin tələblərini rəhbər tutaraq vəsatət qaldırıb”, – deyə Şevtsov  bildirib.

    O əlavə edib ki, Allahverənovun maraqlarını hazırda üç vəkil müdafiə edir.

    Bundan əvvəl Allahverənovun “xuliqanlıq zəminli adam öldürmə” maddəsi ilə mühakimə olunacağı bildirilirdi. Həmin maddəyə əsasən, təqsirləndirilən şəxsə verilən ən ağır cəza – ömürlük azadlıqdan məhrumetmədir.    

  • Bakıda gecə klubunda kütləvi dava: Beş yaralı

    Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub. 

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində qeydə alınmış dava zamanı beş nəfərə bıçaqla xəsarət yetirilib.

    Mübahisənin qız üstündə yarandığı deyilir. Nəticədə gənclərin mübahisəsi əlbəyaxa davaya çevrilib. 

    Bıçaq xəsarətləri alanlar isə 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğludur. 

    Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha iki nəfər isə özəl klinikalardan birinə çatdırılıb.

    İnsidentin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Adları açıqlanmasa da, hadisədə artıq üç nəfərin saxlanıldığı bildirilir.  

  • Bakıda kişi qayınanasını boğaraq öldürdü

    Bakıda kişi qayınanasını boğaraq öldürdü

    Yanvarın 11-də, Yasamal rayonunda, “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

    Bu barədə oxu.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

    Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.

    Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

    Yanvarın 12-də fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.

  • “Terror həyəcanı” ilə Bakı polisini ayağa qaldıran şəxslər saxlanıldı

    В Баку задержаны «телефонные террористы»

    Yanvarın 12-də, saat 12:38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verib.

    Bildirilib ki, FHN-ə daxil olan məlumat DİN-in “102” Xidmətinə ötürülüb.

    Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.

    Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron Rayon Polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan iki nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.

    Araşdırma aparılır.

    DİN vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.

  • Bakıda imkanlı hindlilər həmvətənləri tərəfindən aldadıldılar

    В Баку богатых индусов обманули соотечественники

    Bakıda Hindistandan olan turistlər fırıldaqçılıqla üzləşiblər. Maraqlısı isə ondadır ki, onları öz həmvətənləri aldadıblar.

    Səbail rayonunun hüquq-mühafizə orqanlarından oxu.az-a daxil olan məlumata görə, yanvarın 11-də şəhər hotellərinin birində yerləşən Hindistandan olan turistlər polisə müraciət ediblər.

    Şikayətçilər 1996-cı il təvəllüdlü Racan Satinder Sinkx, 1995-ci il təvəllüdlü Cauraf Kumar Vijay və 1997-ci il təvəllüdlü Parinjit Sinkx Darşan Sinkxdir. Hər üç turist polisə Bakıya turist vizası ilə 2017-ci ilin dekabrın 23-də gəldiklərini bildiriblər.

    Onlar yanvarın 10-da Kanadaya getməyi planlaşdırıblar. Amma həmvətənlərinə aldanaraq Ottavaya bilet almayıblar.

    Heydər Əliyev Beynəlxalq Hava Limanında olarkən 1981-ci il təvəllüdlü Pama Amrinder Sinkx və 1998-ci il təvəllüdlü Dxaram Vir, bilet almaq adı ilə turistlərin hərəsindən üç min dollar olmaqla, doqquz min dollar alaraq yoxa çıxıblar. Qeyd edək ki, həmin ərəfədə Bakıdan Ottavaya biletinin qiyməti 1000 manat civarında olub.

    Hindli turistlər öz “dost”larını gözlədiyi müddət ərzində fırıldaqçılar ilk reyslə Bakıdan gediblər.

    Faktla bağlı araşdırma aparılır. Hələlik saxlanılan yoxdur.