Category: Kriminal

  • Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib

    Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib.

    “Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir”.

  • Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

    Aprelin 17-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.

    Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 4 patron darağı və 120 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.

  • Mingəçevirdə qazinin başına butulka ilə vurdular

    Mingəçevirdə 40 yaşlı kişinin başına butulka ilə xəsarət yetiriblər.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin N.Nərimanov küçəsi ərazisində baş verib.

    Belə ki, münaqişə zəmnində 40 yaşlı Rəvan Əliyevin baş nayihəsinə butulka ilə xəsarət yetirilib.

    Zərərçəkən şəxsin Qarabağ müharibəsi qazisi olduğu deyilir. Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Külli miqdarda narkotiki Azərbaycana keçirmək istədi

    Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin məliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan Respublikası ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40 həbləri və qurudulmuş marixuananı cari ilin 11 aprel tarixində Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Orucov Qoca Mikayıl oğlu saxlanılıb.

    Keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb.

    DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Özündən 10 yaş böyük kişini qətlə yetirdi

    Abşeron rayonunda qətl törədilib.

    Hadisə Xırdalan şəhərində qeydə alınıb. 1989-cu il təvəllüdlü Ruhin Əliyev qətlə yetirilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda evlərdən silsilə oğurluq edən şəxs ƏLƏ KEÇDİ: Taladığı əşyaların bir hissəsini satıb

    Bakının Xəzər rayonunda 20 min manatlıq oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən beş ev və iki sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

    Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

    Araşdırma aparılır.

  • Xəzər rayonunda 20 minlik oğurluq olub

    Bakının Xəzər rayonunda 20 min manatlıq oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

    Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

    Araşdırma aparılır.

  • Xırdalanda qətl hadisəsi olub

    Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron 1” yaşayış kompleksində baş verib.

    İlkin məlumata görə, ərazidə bir nəfərin qətlə yetirildiyi bildirilir.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

    Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatı araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.

  • Şirvanda narkotik satan 5 nəfər TUTULDU

    Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb.

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Qurbanov, Kamil Hüseynov, Nicat Gözəlov, Əbil Məmmədov və İlkin Həşimov saxlanılıblar.

    Adıçəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

  • 14 milyonluq SİRR AÇILIR – “Atlant” işində yeni İDDİALAR

    “Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan əsas təqsirləndirilən şəxs – Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluqda ittiham olunur. Lakin məhkəmədə səslənən ifadələr bu işin təkcə bir nəfərin üzərinə yüklənə bilməyəcəyini açıq şəkildə ortaya qoyur.

    Son iclasda ifadə verən zərərçəkənlər və şahidlər israrla bildiriblər ki, onlardan “Təbriz” MTK vasitəsilə alınan vəsaitlər heç də iddia olunduğu kimi tikinti layihələrinə deyil, məhz “Atlant” Ailəvi İstirahət Mərkəzinin genişləndirilməsi və abadlaşdırılmasına yönəldilib.

    Onların sözlərinə görə, mənzil almaq ümidi ilə ödədikləri vəsaitlər sonradan müxtəlif bəhanələrlə ələ keçirilib, nəticədə isə ortada nə mənzil olub, nə də pul. Əvəzində isə həmin pulların “Atlant” layihəsində istifadə edildiyi barədə məlumatlar getdikcə daha çox təsdiqini tapır.

    Zərərçəkənlər məhkəmədə açıq şəkildə bildiriblər ki, bu prosesdə yalnız Nofəl Hacıyev deyil, onun şəriki və qayınatası Tahir Qədəşovun da birbaşa rolu olub. Onların sözlərinə görə, “Atlant” layihəsinin arxasında duran əsas qərarverici şəxs məhz Tahir Qədəşov olub və vəsaitlərin yönləndirilməsi onun göstərişi ilə həyata keçirilib.

    “171 nəfərin pulu ilə tikilən obyekt…”

    Məhkəmə zalında səslənən ən ağır ittihamlardan biri də məhz bu olub: zərərçəkənlər bildiriblər ki, “Atlant” İstirahət Mərkəzi faktiki olaraq 171 vətəndaşın pulu hesabına tikilib və genişləndirilib.

    Onlar qeyd ediblər ki, istintaq zamanı artıq bu vəsaitlərin “Atlant”a yönəldildiyi təsdiqlənib. Bu səbəbdən də zərərçəkənlər yalnız Nofəl Hacıyevin deyil, Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

    Zərərçəkənlər məhkəməyə müraciət edərək Tahir Qədəşovun prosesə cəlb olunmasını, ifadə vermək üçün məhkəməyə gətirilməsini və barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb ediblər. Onlar hesab edirlər ki, şəriklərdən birinin həbsdə, digərinin isə azadlıqda qalması hüquqi ədalət prinsipinə ziddir.

    Bununla yanaşı, zərərçəkənlər “Atlant” Ailəvi İstirahət Mərkəzinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılmasını və obyektin hərraca çıxarılaraq əldə olunan vəsait hesabına dəymiş ziyanın ödənilməsini istəyiblər. Nofəl Hacıyev isə məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan topladığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yönəltdiyini bir daha təsdiqləyib. O bu addımı qayınatası Tahir Qədəşovla birgə layihə çərçivəsində atdığını bildirib.

    Bu isə istintaqın əvvəlki mərhələsində cavabsız qalan əsas suallardan birinə – “itən milyonlar haradadır?” sualına qismən də olsa cavab verir. Lakin ortaya yeni və daha ciddi sual çıxır: əgər vəsaitlərin istiqaməti məlumdursa, niyə bu işdə adı keçən bütün şəxslər eyni hüquqi status daşımırlar?

    Qalmaqallı iş üzrə növbəti məhkəmə prosesi aprelin 21-nə təyin olunub.