Category: Kriminal

  • Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək

    Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səbutər Adil oğlu Babayevin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı Səbutər Babayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onun həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyən olunub.

    Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraq gizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində Səbutər Babayev Türkiyə Respublikasının ərazisində saxlanılıb.

    Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

    Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.

    Qeyd edək ki, beynəlxalq axtarışa verilən azərbaycanlı məktəb direktoru Sevinc Əlisəfa qızı Hüseynova da Türkiyədə tutularaq ölkəmizə ekstradisiya edilib.

  • Ərini öldürən qadına və sevgilisinə AĞIR CƏZA

    Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahir Soltanov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə L.Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum olunmalarını təklif etmişdi.

    Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 2025-ci il avqustun 9-da Daxili İşlər Nazirliyi 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

    Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.

    Təqsirləndirilənlər sevgili olduqlarını məhkəmədə etiraf ediblər.

    Qətlə yetirilən İkram Piriyev isə təqsirləndirilən Leyla Abbasovanın həyat yoldaşı olub.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Şirvanda 15 min manatlıq oğurluq edən şəxslər tutulublar

    Şirvanda oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar. Onlar qeyd edilən mənzildən 15 000 manat nağd pul vəsaiti oğurlayıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • 69 minlik dələduzluqda ittiham olunan azərbaycanlı məktəb direktoru Türkiyədə ƏLƏ KEÇDİ – FOTO

    Beynəlxalq axtarışa verilən azərbaycanlı məktəb direktoru Türkiyədə tutulub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Sevinc Əlisəfa qızı Hüseynovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Sevinc Əlisəfa qızı Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.

    Sevinc Hüseynovanın Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

    Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.

  • Elektronika mağazasından oğurluq edən şəxs saxlanıldı

    Elektronika mağazasından oğurluq edən şəxs saxlanılıb.

    Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb.
     
    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib.
     
    Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub. 
    Araşdırmalar davam etdirilir.

  • Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək

    “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səbutər Adil oğlu Babayevin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı Səbutər Babayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onun həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyən olunub.

    Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraq gizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində Səbutər Babayev Türkiyə Respublikasının ərazisində saxlanılıb.

    Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

    Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.

    Qeyd edək ki, beynəlxalq axtarışa verilən azərbaycanlı məktəb direktoru Sevinc Əlisəfa qızı Hüseynova da Türkiyədə tutularaq ölkəmizə ekstradisiya edilib.

  • Rüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı

    Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra təqsirləndirilənin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırılsa da, məhkəmə vəsatəti təmin etməyib.

    Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına vərilməsi barədə qərar qəbul edilib.

    Növbəti iclas aprelin 23-nə təyin olunub.

    Qeyd edək ki, Baş Prokurorluğun 2026-cı ilin aprelin 2-də yaydığı məlumatda Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladığı bildirilib.

    Məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Məlumatda vurğulanıb ki, cinayət işindən oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
    //oxu.az

  • “5 min manat verdim, bir ay sonra iş bağlandı” – Uşaq bağçasının direktorunun məhkəməsi

    Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkənlər ifadə veriblər.

    Zərərçəkən A.Z. işlə bağlı vakansiya üzrə müraciət etdiyini etdiyini bildirib:

    “Mən musiqi müəllimi kimi müraciət etmişdim. Pulla bağlı haqq-hesabı H.Rüstəmova ilə atam həll edib, mən o prosesləri görməmişəm. Ödənişi verəndən on gün sonra işə düzəldim. Bir il maaş aldım, daha sonra ala bilmədim deyə işdən çıxdım. Hazırda ziyanım ödənilib, şikayətim yoxdur”.

    Digər zərərçəkən C.K iş üçün müraciət etdiyində ona təcrübə keçdikdən sonra işləyə biləcəyinin deyildiyini bildirib:

    “Mənə dedilər ki, bir ay təcrübə keçməliyəm, daha sonra işlə təmin ediləcəyəm. Bu xanıma (təqsirləndirilənə işarə edir) 5000 manat pul vermişəm. Bir ay sonra iş bağlandı.”.

    Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

    Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub.

    İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

    Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

    “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

  • Ad günündə dəfn edilən uşağın ölüm səbəbi bilindi

    Bakıda 2 yaşlı körpə boğazında qida qalması nəticəsində ölüb.

    Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, aprelin 13-ü saat 22 radələrində 2024-cü il təvəllüdlü Bünyamin Əliyev boğazında qida qalması nəticəsində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ötən gün anadangəlmə qıcolma xəstəliyi olan 2 yaşlı Bünyaminin ölməsi barədə yazmışdıq.

    O, 2 yaşının tamam olduğu gün dəfn edilib.

  • Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı

    Aprelin 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.