Category: Kriminal

  • Bacısının keçmiş ərinin üzərinə benzin töküb yandırdı – Məhkəmə bu cəzanı verdi

    Bakıda bacısının keçmiş ərinin üzərinə benzin töküb yandıran Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Hökmə əsasən, Məhərrəm Hüseynzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Ergin Qafarov məhkəməyə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    İttiham aktına əsasən, ötən il mayın 29-u gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, Məhərrəm Hüseynzadənin bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda oraya gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə “BMW” markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış mübahisə zamanı Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Rüşvət alan rəisin MƏHKƏMƏSİ BAŞLAYIR

    Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

    Baş Proklurorluqdan verilən məlumata görə, Rüstəmov Əvəz Əli oğlunun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin Hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan Nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    İbtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

    Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib.

    Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan sonuncu prosesdə təqsirləndirilən həkim barədə birinci instansiyanın qərarı dəyişdirilərək 3 il 3 ay cəza verilib.

    Təqsirləndirilənin həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Zərərçəkənin hüquqi varisinin vəkili Ülvi Nağıyevin dediyinə görə? məhkəmə zərərçəkən tərəfin iddiasını qismən təmin edərək onlara ödəniləsi maddi təzminatın miqdarını da artırıb.

    Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

    Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

    Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Ülviyyə İlyasova barədə Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf – zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət versələr də, Bakı Appelyasiya Məhkəməsi bunu qismən təmin edib və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.

    Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.

    Daha sonra Bakı Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Appelyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.

    Aprelin 8-də isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işinin ilk prosesi zamanı barəsində həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və o məhkəmə zalından həbs edilib.

    Onu da qeyd edək ki, zərərçəkən tərəf Ülviyyə İlyasovanin cəzasının daha da ağırlaşdırılması tələbini ortaya qoymuşdu.
    //oxu.az

  • “Tempo Baku” restoranının qarşısında KÜTLƏVİ DAVA – Video

    Bakıda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.

    Hadisə Nərimanov rayonunda yerləşən “Tempo Baku” restoranının qarşısında baş verib.

    Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə baş verib və daha sonra mübahisə davaya çevrilib.

    Tərəflər bir-birlərinə xəsarətlər yetiriblər.(milli.az)

    Lent.az dəqiqləşdirib ki, Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən olunub.

    Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.

  • 38 yaşlı kişi bıçaqlandı: Keçmiş məhkum olan qardaş tutuldu

    Qubada 38 yaşlı kişi bıçaqlanıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 12-də rayonun Timiryazev qəsəbəsində baş verib.

    İlkin xəbərə görə, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev bıçaq xəsarətləri alıb.

    Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı, əvvəllər məhkum olunmuş 38 yaşlı Təhməz Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Müdafiə Nazirliyinin külli miqdarda rüşvət almaqda ittiham edilən sabiq hissə rəisi ilə bağlı QƏRAR

    Əvəz Əli oğlu Rüstəmovun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan Rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin Hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, ibtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

    Azərbaycanda daha bir tiktoker sosial şəbəkədə yaydığı əxlaqsız videoya görə məsuliyyətə cəlb olunub.

    Hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qeydə alınıb.

    22 yaşlı Məcid Poladov (ad və soyad şərtidir) tiktok hesabında özünə məxsus avtomobilin videosunu söyüşlü səs fonunda paylaşıb. Buna görə də o, polis şöbəsinə çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

    Məcid Poladov ifadəsində əxlaqsız paylaşım edilən tiktok hesabının həqiqətən də özünə aid olduğunu etiraf edib. Lakin belə bir paylaşıma görə məsuliyyətə cəlb olunacağından xəbərsiz olduğunu deyib. Poladov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə o, 700 manat məbləğində cərimələnib.
    //lent.az

  • Cəlilabadda 17 kq narkotik vasitə aşkarlandı

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb.

    Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.

    Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb

    Saatlı rayopnunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb.

    Saatlı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər – İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.

    Müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib.

    Bundan əlavə, Saatlı rayonunda polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.

  • Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı

    Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, bir nəfər polisə müraciət edərək bank kartından oğurluq edildiyi barədə məlumat verib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı N.Kərimov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin itirdiyi bank kartını taparaq marketlərdən və onlayn mağazalardan alış-veriş edib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.