Category: Kriminal

  • Goranboyda 34 yaşlı kişi bıçaqlandı: Gənc oğlan saxlanıldı

    Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Əliyev küçədə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

    Araşdırmalarla məlum olub ki, Murad Əliyev rayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Əliyev Muradı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Keçmiş məhkum narkotiklə tutuldu

    Salyanda külli miqdarda marixuana ələ keçirilib.

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramal Əliyev saxlanılıb.

    Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

  • İşlədiyi istixanadan oğurluq etdi

    Xəzər rayonunda yerləşən istixanaların birindən elektrik naqillərinin oğurlanması faktı aşkarlanıb.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Həmidli müəyyən olunaraq saxlanılıb.

    Araşdırma zamanı onun oğurluq etdiyi istixanada çalışdığı məlum olub.

  • Ötən gün Azərbaycanda 53,8 kiloqrama yaxın narkotik aşkarlanıb

    Azərbaycanda martın 25-də ümumi çəkisi 53,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ötən gün həmçinin 500 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

  • Elektrik naqillərini oğurlayan şəxslər saxlanıldı

    Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən binalardan birinin elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Allahverdiyev və B. Əsədov müəyyən edilərək saxlanılıblar.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb

    Azərbaycanda martın 25-də axtarışda olan 45 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ötən gün borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan iki nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Paytaxtda ƏMƏLİYYAT: 10 kq narkotik vasitə və iki minə yaxın narkotik tərkibli həb aşkarlandı

    Paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, onlardan ümumilikdə 10 kiloqramdan artıq heroin, metamfetamin, marixuana və 1 727 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Kapitan Vüsal Sadıqov həbsdə qaldı

    Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Neftçala sahil mühafizəsinin bölmə rəisi, kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb.

    Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib.

    Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha üç ay uzadılıb.

    Qeyd edək ki, eyni cinayət işi üzrə onlarla həbs edilən var. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

  • Dayının bacısı oğluna qarşı iyrənc cinayəti…

    Bakıda tüküpərdici cinayət hadisəsi baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, 30 yaşlı dayı 15 yaşlı bacısı oğluna qarşı əxlaqsız hərəkətlər edib.

    Belə ki, R.E 9-cu sinifdə təhsil alan bacısı oğluna qarşı üç dəfə seksual xarakterli hərəkətlər edib və bunu telefona çəkib.

    R.E-ni elə həmin video ələ verib. Onun telefonundakı kadrları həyat yoldaşı təsadüfən görüb. Qadın ərinin hərəkətlərinə dözməyərək polisə məlumat verib.

    Zərərçəkmiş məktəbli və onu təmsil edən hüquqi varisi məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmayıblar. Təqsirləndirilən şəxs və zərərçəkmiş aralarında cəmi bir dəfə elə bir şey yaşandığını, həmin gün ikisinin də sərxoş vəziyyətdə olduqlarını deyiblər.

    O da məlum olub ki, təqsirləndirilən şəxs bundan əvvəl başqa birini şantaj etdiyi üçün həbs edilibmiş. O, 1 il qabaq vaxtından əvvəl cəzadan şərti olaraq azad edilib.

    Bu dəfə isə R.E-yə 2 il 6 ay həbs cəzası verilib.

  • Ana oğlunu öldürən ərini bağışladı – “İkisi də içən idi…”

    Gədəbəyin Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, məhkəmə istintaqı ilə atanın cinayəti sübuta yetirilib.

    Bu hadisə 4 ay əvvəl baş verib. İttihamda yazır ki, 60 yaşlı İlqar İlyasov 37 yaşlı oğlu Rəşadı mübahisə zəminində qətlə yetirib.

    Xəbəri rus dilində oxuyun: 9 лет тюрьмы за смерть сына: жена простила мужа в суде

    Mübahisənin səbəbi isə həmin an sərxoş vəziyyətdə olan Rəşadın atasına işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı irad tutması olub. Oğlunun bu və başqa iradlarına dözməyən ata onu bıçaqlayaraq həyatdan məhrum edib.

    Məhkəmədə qətlə yetirilən Rəşadı hüquqi varis kimi anası təmsil edib. Amma ana oğlunu öldürən ərini bağışlayıb, hakimlərə onunla barışdığını və heç bir şikayət və tələbi olmadığını deyib. Ananın sözlərinə görə, hadisədən bir müddət əvvəl oğlu ilə birlikdə Bakıda yaşayıblar. Rəşad əslində atasına göz-qulaq olmaq istədiyi üçün kəndə qayıdıbmış. Hüquqi varis ərinin oğlunu qəsdən öldürmədiyini, ata-bala ikisinin də spirtli içki içən olduqlarını, lakin bir-birilərini çox istədiklərini bildirib.

    Məhkəmənin hökmü ilə oğlunu öldürən ataya 9 il həbs cəzası verilib.