Category: Kriminal

  • Bayram qonaqlığı FACİƏ ilə bitdi – TƏFƏRRÜAT – VİDEO

    Saatlıda bayram qonaqlığı qanlı hadisə ilə nəticələnib.

    Hadisə martın 22-də, saat 21 radələrində rayonun Fətəlikənd kəndində yerləşən kafelərin birinin qarşısında baş verib. Aralarında yaranan mübahisə zəminində 49 yaşlı Rizvan Söhbətov qohumu, 50 yaşlı Rövşən Abdullayevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Ürək nahiyəsindən ağır yaralanan Rövşən Abdullayev xəstəxanaya aparılarkən yolda vəfat edib.

    Mərhumun qardaşı Baku TV-yə bildirib ki, tərəflər arasında əvvəlcə mübahisə yaranıb və onları ayırmaq mümkün olub: “Axşam saatlarında aralarında mübahisə oldu. Mən də orada idim, onları araladım. Sonra Rizvan evinə getdi, biz də düşündük ki, məsələ bitdi. Lakin sonradan evdən bıçaq götürərək yenidən hadisə yerinə qayıdıb. Qardaşıma oturduğu yerdə üç bıçaq zərbəsi vurub həyatına son qoydu”.

    Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Rizvan Söhbətov Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

  • Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər – FOTO

    Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

    Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

    R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

    Qeyd edək ki, Seyfəddin Dəmirli iki ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.

    Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.

  • Ağdaşda AİLƏ FACİƏSİ: Oğul anasını öldürməkdə şübhəli bilinir

    Martın 23-də saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

    Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Rahib Əbilov saxlanılıb. R.Əbilov qətlə yetirilən qadının oğludur.

    Araşdırma aparılır.

  • Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu – Video

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub.

    Median.Az xəbər verir ki, bununla bağlı REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında “Mir Şahinin vaxtı” verilişində “Milli namus məsələsi” sənədli filmi təqdim olunub.

    Sənədli filmdə xaricdə gizlənib bloqer adı altında fəaliyyət göstərən şəxslərin Alyona Əliyeva kimi qələmə verməyə cəhd etdikləri qadının əsl şəxsiyyəti barədə detallı istinadlar göstərilib.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl keçirilən əməliyyat nəticəsində Azərbaycan vətəndaşını saxlayıb. İstintaq zamanı o, cinayətini etiraf edib.

    Həmin filmi təqdim edirik:

  • Saatlıda 50 yaşlı kişi mübahisə nəticəsində qətlə yetirildi

    Saatlıda qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, Rizvan Məmmədağa oğlu Söhbətov mübahisə zəminində 1976-cı il təvəllüdlü Rövşən Sədyar oğlu Abdullayevə bıçaqla xəsarət yetirib.

    Ürək nahiyəsindən xəsarət alan R.Abdullayev Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda kişi tanışını döyüb – Cinayət işi başlanıldı

    Ötən gün Goranboy rayon sakini, 32 yaşlı şəxsin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 41 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    DİN-nin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

  • Bayram günü telefon dükanına girib OĞURLUQ etdi – ANBAAN VİDEO

    Bakıda telefon mağazasından oğurluq olub.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxsin bacısı Aysu Məmmədova məlumat verib.

    Onun sözlərinə görə, hadisə bu gün səhər, Sabunçu rayonu, Zabrat qəsəbəsində, “Zabrat 2 dairəsi” adlanan ərazidə yerləşən telefon dükanında qeydə alınıb.

    Ərazidəki təhlükəsizlik kameralarına anbaan əks olunan oğurluq zamanı əvvəlcə naməlum şəxs mağazanın önündə əyləşərək ətrafı müşahidə edib. O daha sonra qapını sındıraraq içəri daxil olub və buradan həm satış, həm də təmir məqsədilə qoyulmuş telefonları oğurlayıb.

    Hadisə ilə bağlı 15-ci Polis Bölməsinə məlumat verilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

  • Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi

    Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Suraxanı rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam edir.

    Qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəllimi olub. Onu qətlə yetirən şəxsin əri olduğu bildirilir.

  • Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı

    Azərbaycanda ümumi çəkisi 51,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 19-da ümumi çəkisi 51,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.