Category: Kriminal

  • Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.

    Müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıblar – Video

    Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə qoyub. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.

    Sabunçu RPİ 13-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə iki avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda, həmçinin rayon ərazisində yerləşən obyektdən əlvan metallar talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin Xəlilov da müəyyən edilərək saxlanılıb.

    Hər iki şəxslə bağlı PŞ-də araşdırmalar davam etdirilir.

  • 11 kiloqramdan çox narkotik vasitə aşkarlandı

    Azərbaycanda martın 24-də ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, bir qumbara, 14 tüfəng və 45 ədəd patron aşkar edərək götürüblər.

  • 10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR

    Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri – Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işinin bəzi detalları məlum olub.

    Median.Az “Unikal”a istinadla xəbər verir ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını talayıblar.

    Belə ki, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus bağ evinin hasarından aşıb həyətə daxil olublar.

    İttiham aktında göstərilib ki, dəstə üzvləri həyətdə yerləşən anbarından 4 800 manat dəyərində 100 ədəd dəmir boru, dörd ədəd – hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində dəmir barmaqlıqlar, evə qanunsuz daxil olmaqla oradan Ukrayna istehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay dəsti, 18 000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində İran istehsallı üç lampalı çilçıraq, 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı dam ötrükləri, 24000 manat dəyərində 4000 ədəd Ukrayna istehsalı olan boşqab, 81000 manat dəyərində 1800 ədəd fincan dəsti, 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektriklə işləyən ət çəkən maşını oğurlayıblar.

    Bundan başqa, bir ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində səkkiz ədəd (19-cu əsrə aid olan, Şuşa şəhərində toxunmuş – red.) antik xalçalar, 1400 manat dəyərində iki ədəd yeddi litrlik odun samovarı, bir ədəd (dəyəri 2000 manat) Çexiya istehsalı çilçıraq çağırdıqları avtomobillərə hissə-hissə yüklənib, oradan davamlı olaraq hissə-hissə daşınaraq dəyərindən ucuz qiymətə satılıblar.

    Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 min 385 manat məbləğində küllü miqdarda ziyan vurublar.

    Bununla da, dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

  • Ötən gün 8 kq-dan çox narkotik vasitə aşkarlanıb

    Ötən gün ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1000 ədəd metadon həbi aşkarlanıb.

  • Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

    Ötən gün ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1000 ədəd metadon həbi aşkarlanıb.

  • Abşeronda taksi sürücüsünə qarşı SOYĞUNÇULUQ: Saxlanılan var

    Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ilə ələ keçirdiyi məlum olub.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Bakıda evlərdən oğurluq edildi

    Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.

    Araşdırmalar davam etdirilir.

  • Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələndi

    Goranboy rayonunda iki dost arasında dava onlardan birinin ölümü ilə nəticələnib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

    1985-ci il təvəllüdlü Elçin Ağayevlə 1994-cü il təvəllüdlü Əli Əliyev arasında dava düşüb. Ciddi xəsarət alan Əli Əliyev ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Bir neçə gün koma vəziyyətində qalan Əli Əliyev xəstəxanada ölüb.

    Hər iki şəxs qonşu və yaxın dost olub.

  • Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü

    Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu – 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüblər.

    İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana və oğulun döyülməsi ilə nəticələnib.

    Daha sonra G.Həmzəyevə məxsus VAZ-2106 markalı maşına da zərər verilib.

    Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.