Category: Kriminal

  • Cinayətdə şübhəli bilinən 33 nəfər saxlanıldı

    Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    ⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

  • Qaxda dava: Tərəflər bir-birinə xəsarət yetirdilər

    Qax rayonunda dava baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 19 radələrində Qax şəhərində qeydə alınıb.

    Şəhər sakini, 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı, 18 yaşlı Rəvan Qadaşova kəsici alətlə xəsarət yetirib. R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır. Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub.

  • Gəncədə 34 yaşlı şəxs bıçaqlandı

    Gəncədə bıçaqlanma olub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Sözügedən ərazidə 1992-ci il təvəllüdlü R.Hüseynov bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. O əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

    Polis əməkdaşları tərəfindən müfaviq araşdırma aparılır.

  • Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək

    “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı İskəndərov Nəriman Vaqif oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə İskəndərov Nəriman Vaqif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bu səbəbdən Nəriman İskəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun ölkəmizə gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

  • Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ – Video

    Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində baş verən silsilə oğurluq faktlarının üstü açılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən doqquz evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.

    Keçirilmiş tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI – FOTO

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə təqsirləndirilən Elvin Şirinov, Zöhrab Hidayətov və Qaçqın Hümbətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub: şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin Şirinov 8 il, Zöhrab Hidayətov 9 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib. İxrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim olunub. Beləliklə o, xüsusilə külli miqdarda – 326 milyon manatdan çox dəyəri olan məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib. Bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

    Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

    Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda birinci yeri tutub.

    Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmayıb. Kiçik bir torpaq sahəsi belə olmayan 2700187092 VÖEN-li fərdi sahibkar – kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii olaraq suallar yaranmışdı.

    DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

  • Beynəlxalq axtarışda olan əcnəbi Bakı aeroportunda ƏLƏ KEÇDİ

    Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Özbəkistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən həmin ölkənin vətəndaşı Şadiyev Abdullonun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə verilməsinə dair Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Qeyd olunub ki. A.Şadiyev 2025-ci ilin dekabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    “Şəxs barəsində “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərar qəbul edilib və o, 18.03.2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib”, – məlumatda vurğulanıb.

  • DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti yenidən uzadılıb

    İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

    Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

    Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

    Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

  • Ucarda əməliyyat – Saxlanılanlar var

    Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Rövşən Mustafayev və 31 yaşlı Mahir Namazov saxlanılıblar.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 3 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

    Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri Bakı şəhərinə aparmaq və müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə ediblər.

    Faktla bağlı cinayət işi başlanılıb, R.Mustafayev və M.Namazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Qubada ər arvadını qətlə yetirib özünü asdı

    Qubada ər arvadını qətlə yetirdikdən sonra intihar edib.

    “Unikal”ın Şimal bürosunun məlumatına görə, Quba rayonunun Zizik kəndində 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.

    Daha sonra Ceyhun Ağasiyev özünü asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.