Category: Kriminal

  • Tanışını qətlə yetirən şəxs hakim qarşısında

    Tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev itiham aktını elan edib.

    Daha sonra ifadə vermək söz Rauf Sadıqova verilib və o, özünü elan edilmiş ittihamla qismən təqsirli bilib.

    Daha sonra məhkəmə təqsirləndirilən şəxs Rauf Sadıqovun ifadəsi ilə davam edib:

    “Elsevəri 15 ilə yaxındır tanıyıram, bir məhəllədə böyümüşük. Dekabr 26-da zəng edib, onunla bir yerə qədər getməyimi istədi. Mən narkotik almağa getdiyimizi bilmirdim. O, mənə bu barədə heç nə deməmişdi. Bunu ancaq tutulanda bildim. Taksi ilə getdik. Elsevər Ramin adlı tanışı ilə gəlmişdi. Qayıdanda bunlar düşdülər. Bir də baxdım, telefonum yoxdur. Telefonu Raminin oğurladığını anladım. Elsevəri çağırıb dedim ki, bu adamı mən tanımıram və onu sən gətirmisən. Bildirdim ki, ədəbi ilə telefonumu gətirib qaytarsın. Tanımadığım biri ilə üz-göz olmaq istəmirdim, odur ki, Elsevərlə Raminə danışmağa şərait yaransın deyə qırağa çəkildim. Elsevər geri qayıdıb onun telefonu vermək istəmədiyini dedi. Səbrim tükənməyə başlayırdı. Özümü güclə ələ alıb buna yaxınlaşdım, əlimi atdım bunun çiyninə ki, “Qardaşım, bəlkə sənə bir pisliyim dəyib? Mənim bir ayağım onsuz da “srok”dadır, məni işə salma, qaytar telefonu, xoşluqla çıx, get”. Ramin isə mənə dedi ki, “Mən “lomka”dayam, canım ağrıyır. Telefon mənə lazımdır”. Dedim “Mənə nə sən “lomka”dasan? Gəl, Sənə 20 manat verim, amma telefonumu qaytar. Onun içində önəmli şəkillər, videolar var, qaytar”. Bəlkə də yarım saat dilə tutdum, telefonu qaytarmaq istəmədi. Yapışdım yaxasından ki, “Sənə ziyan vurmaq istəmirəm, əcəl səni hərləməsin, telefonumu qaytar”, yenə qaytarmadı telefonumu. Mən özüm də 4 dəfə “srok” da olan adamam. İki bıçaq zərbəsi vurdum qarnından, sifətinə də bir yumruq ilişdirdim. Bunu qan apardığını görüb, Elsevərə dedim ki, tez “təcili yardım” çağırsın. Mən dörd aya yaxın müddətdir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə gedib-gəlirəm. həftənin 4-cü günü orada olurdum, qalan günlərdə iş tapanda şəhərdə işləyirdim. Hadisə günü mən məntəqə tipli cəzaçəkmə müəssisəsinə qayıtmalı idim, amma yol pulum olmadığına görə gedə bilmədim. Zəng edib rəisə durumu bildirdim, dedi “Eybi yox, amma tezdən burada olmalısan. Mən elə orada amnistiyaya düşdüyümü öyrəndim. Səhəri əməliyyatçılar məni müəssisədən apardılar”.

    Məhkəmənin növbəti iclası iyunun 1-nə təyin edilib.

    Qeyd edək ki, 2025-ci ilin dekabrında
    Xətai rayonu NZS qəsəbəsində baş verib.
    Belə ki, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

    Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən edilib.

    Ona qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA

    Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.

    Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Vüsal Yusif oğlu Kamilli Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.

    Bildirilir ki, o, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.

    Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.

  • Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı

    Klinikadan 5000 manat oğurlayan kassir saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. Həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ – Saxlanılanlar var – Video

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) məlumat yayıb.

    Bildirilib ki, onlardan 71 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

    Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

  • Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU

    Xarici dövlətlərin nümayəndələrinin tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, Turalbəy Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib.

  • Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)

    Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Gəncədə 22 yaşlı qadın bıçaqlanıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.

    Belə ki 2004-cü il təvəllüdü S.Hətəmli bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan qadına dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Məlumata görə, gənc qadın əri tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

    Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

  • Əhməd təkrar cinayət törədib? – ŞOK SƏS YAZISI

    5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. Belə ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb.
     
    Bəs yalan məlumat yayanları hansı cəza gözləyir?
     
    Median.Az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, əgər yayılan məlumat həqiqətə uyğun deyilsə, insanlarda narahatlıq yaradırsa, ictimai asayişə və təhlükəsizliyə mənfi təsir göstərə bilirsə, bu halda həmin məlumat yayılması qadağan edilən informasiyalar sırasına aid edilir:
     
    “Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulub ki, yalan olduğunu bildiyi halda məlumatı yaymaq məsuliyyət yaradır. Belə məlumatların internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə, internet televiziya kanallarında və digər media resurslarında yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
     
    Azərbaycan qanunvericiliyində bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 388.1 0.1-ci maddəsi tətbiq oluna bilər. Həmin maddəyə əsasən, internet telekommunikasiya şəbəkələrində yalan məlumatların yayılması, ictimai təşviş yaratması və ya cəmiyyətdə çaşqınlıq yaratması inzibati məsuliyyətə səbəb olur.
     
    Belə hallarda məlumatı yayan şəxslər cərimə edilə, bəzi hallarda isə digər tədbirlərlə, o cümlədən inzibati həbs ilə cəzalandırıla bilərlər”.
     
    Vəkilin sözlərinə görə, burada məsuliyyətin yaranmasının əsas səbəblərindən biri də məlumatın kütləvi xarakter almasıdır:
     
    “Qeyd edim ki, 388.1.0.1-ci maddəyə əsasən, qanunla qadağan edilmiş məlumatın yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə oluna, inzibati tənbeh tədbirinə məruz qala və ya digər zəruri hallar nəzərə alınmaqla 1 ay müddətədək inzibati həbs edilə bilərlər”.
     
    Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda 5 ailə üzvini qətlə yetirib. məhkəmənin qərarı ilə Ə.Əhmədov xüsusi tipli müalicə müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilib.

  • Polisdən əməliyyat, saxlanılanlar var

    Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb.
     
    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
     
    Belə ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
     
    Bundan əlavə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər ötən gün tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb

    Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, mayın 1-də ölkə ərazisində qanunsuz saxlanılan 3 avtomat silahı, 1 tapança, 3 tüfəng, 4 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

  • İki qardaş toyda bıçaqlandı

    Göygöldə toyda iki qardaş bıçaqlanıb.

    Median.Az APA-ya istimadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

    Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.

    Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.