Category: Kriminal

  • “Onu basdırdım, silahı dənizə atdım” – Ərini qətlə yetirən qadın

    Ərini qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.

    Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

    Daha sonra Elmira Əliyeva ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı ilə ər-qadın münasibətləri yaxşı olmayıb:

    “21 ildir idi ki, ailəli idik. Son 5 ili artıq aramızda ər-arvad münasibətləri yox idi. Çarpayılarımız ayrı idi. Ailəmiz mən, övladlarım, qaynana və qaynatamdan ibarət idi. Telefon işlətməyə qoymurdu. Qızımın telefonunu işlədirdim. Həmin vaxt narkotik vasitənin təsiri altında idi. Hətta mənə təklif etdi. Məni vurdu çənəm yerə dəydi. Dirsəklənib üzü divara uzanmışdı. Məni söyərək ov tüfəngini istədi. Silahın dolu olduğunu bilmirdim. Silahın modeli vinçestr idi. Onu sadəcə stoldan aparıb ona verdim. Silah ona tərəf açılanda qıc oldum. O hündür idi idmanla məşğul olurdu. Prastinanı üstünə sərdim və bir müddət oturdum fikirləşdim. Onu prastinaya büküb ayağından dartaraq həyətə çıxartdım. Bel ilə səhərə kimi torpağı qazdım və basdırdım. Evi qandan təmizlədim. Divanı da iki hissəyə bölüb atdım zibil yeşiyinə. Bu işi görəndə çöldə heç kəs yoxdu. Oğlum hadisə olanda da bu işləri görəndə də oyanmamışdı. Çünki o bərk yatır. Sonra 3 uşağımı götürüb getdim anamgilə. Qaynatama zəng edib dedim ki, davamız olub Samir gedib. Özümü inandırmağa çalışırdım ki, onu mən öldürməmişəm. Sanki o özü evdən çıxaraq itkin düşüb. Onun telefonunu da və silahı da dənizə atdım. Mən bu işləri görəndə narkotikin təsiri altında olmuşam.
    //unikal.az

    Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin olunub.

    Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb.
    Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Azərbaycanda dollar ucuzlaşa bilər?

    “Dollar manata qarşı ucuzlaşmayacaq, həmişə belə qalacaq. İlk növbədə neft qiymətlərinin bahalaşması müvəqqəti prosesdir. Məlum olduğu kimi, müharibə ilə bağlıdır”.

    Bunu “Unikal”a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, dolların manat qarşısında ucuzlaşması iqtisadiyyatda inflyasiyanı aşağı sala bilər:

    “Eyni zamanda iqtisadiyyatı daha da bahalaşdıra bilər. Yəni, neftin qiyməti bu gün bahalaşıb, sabah enməsi mümkündür. Bu baxımdan dollar heç vaxt manata qarşı ucuzlaşmayacaq”.

    Neft qiymətinin nə qədər bahalaşa biləcəyinə gəlincə, ekspert qeyd edib ki, bu, müharibənin müddətindən asılıdır: “Əgər uzun müddət davam edərsə, neft qiymətləri 150 dollara çata bilər. Müharibə 1 həftə ərzində dayanarsa, neft qiymətləri kəskin düşə bilər. Burada söhbət 70-80 dollardan gedir. Burada hər şey müharibənin nə qədər davam edəcəyinə bağlıdır”.

  • Məktəbdə müəllim işinə düzəldəcəyi adı ilə vətəndaşları aldatdı

    Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduz etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən zərərçəkmişlər dindirilib.

    Zərərçəkmiş P. Əliyev bildirib ki, həyat yoldaşını müəllimə düzəltmək üçün Zaur Mustafayevə müraciət edib:

    “Yoldaşımı işə düzəltmək istəyirdim. Zaur bizə dedi ki, Şamaxı Pedaqoji Kollecinə ingilis dili müəlliməsi düzəldəcək. Nərimanovda 19 may 2023-cü ildə görüşdük və 15 min manatı şəxsən təqsirləndirilən şəxsin özünə vermişəm. Pulumuzu istədik 8 min manat verib, 7 min manatı qalıb”.

    Zərərçəkmiş Tünzalə Məmmədova bildirib ki, sertifikasiyadan kəsildiyi səbəbindən təqsirləndirilən şəxsə müraciət edib:

    “Atam dedi ki, Zaur adlı şəxs var o kömək edəcək. 12 min 500 min manat bankdan götürüb verdik. Ancaq işimizi düzəltmədi”.

    Gülnarə Yusifova isə ona təqsirləndirilən şəxsin 7 min manat zərər vurduğunu deyib.

    Digər zərərçəkən Rəna Məmmədova isə bildirib ki, təqsirləndirilən şəxs onu məktəb direktoru düzəldəcəyi ilə bağlı yalan vəd verərək 110 min manat pulunu alıb.

    Daha sonra məhkəmə sənədlərinin tədqiqinə başlanılıb.

    Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.

    Xatırladaq ki, cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur. Təqsirləndirilən şəxslər zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. İş üzrə 15 zərərçəkmiş var.

    Təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.

    Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Daha bir tiktoker həbs edildi

    Polis daha bir tiktokeri saxlayıb.

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb. Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

    Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.

  • 110 min manat verib məktəb direktoru olmaq istədi, aldadıldı – Silsilə dələduzluğun TƏFƏRRÜATI

    Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verməklə şəxslərin pullarını mənimsəməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin ifadələri dinlənilib.

    Zərərçəkmiş P.Əliyev həyat yoldaşını məktəbdə işə düzəltmək üçün Zaur Mustafayevə müraciət etdiyini deyib:

    “Zaur bizə dedi ki, yoldaşımı Şamaxı Pedaqoji Kollecinə ingilis dili müəlliməsi təyin etdirəcək. Bakıda Nərimanovda 19 may 2023-cü ildə görüşdük və 15 min manatı şəxsən təqsirləndirilən şəxsin özünə vermişəm. Pulumuzu geri istədik, 8 min manatını verib, 7 min qalıb”.

    Zərərçəkmiş Tünzalə Məmmədova isə bildirib ki, sertifikasiyadan kəsildiyi üçün Mustafayevə müraciət edib:

    “Atam dedi ki, Zaur adlı şəxs var, o, kömək edəcək. 12 min 500 manat bankdan götürüb verdik. Ancaq işimizi düzəltmədi”.

    Gülnarə Yusifova isə təqsirləndirilən şəxsin ona 7 min manat zərər vurduğunu deyib.

    Digər zərərçəkən Rəna Məmmədova isə deyib ki, təqsirləndirilən şəxs onu məktəb direktoru vəzifəsinə düzəldəcəyi ilə bağlı yalan vəd verərək 110 min manat pulunu alıb.

    Daha sonra məhkəmə sənədlərinin tədqiqinə başlanılıb.

    Növbəti iclas aprelin 9-na təyin edilib.

    Xatırladaq ki, cinayət işində ziyanın ümumi miqdarı 200 min manatdan çoxdur. Təqsirləndirilən şəxs zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. İş üzrə 15 zərərçəkmiş var.

    Təqsirləndirilən şəxs Zaur Mustafayev özü isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.

    Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Gəncədə direktor müavininin güllələnməsinin ŞOK TƏFƏRRÜATI – Oğlu saxlanıldı (Foto / Yenilənib)

    Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.

    Median.Az Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir.

    Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, dörd uşaq atası olub.

    Cinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan 17 yaşlı oğlu K.Nağıyevdir.

    O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    * * * * *

    Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ixtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.

    E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N saxlanılıb.

    Bildirilib ki, K.N mərhumun dörd övladından ikincisidir.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.


  • Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı – Ağır ittihamlar

    Abşeron rayonu Masazır bələdiyyəsinin keçmiş sədri Firdovsi Cəlalov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri bir sıra qanun pozuntularında, xüsusilə də sənəd saxtalaşdırılmasında təqsirli bilinir.

    Məlumata görə, Cəlalovla yanaşı, həmin dövrdə bələdiyyədə hüquqşünas vəzifəsində çalışmış şəxs də saxlanılıb.

    Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

  • Lənkəranda iki uşaq atası sevgilisini dəniz kənarında döydü

    Lənkəranda kişi sevgilisini dəniz kənarında döyüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Sahil küçəsində baş verib.

    Lənkəran rayonunun Şağlaküçə kənd sakini, iki uşaq atası Asiman İmanov (soyadı şərtidir) həmyerlisi Aysellə sevgili olub. Bir müddət sonra Aysellə Asiman arasında münasibət pozulub və onlar bir neçə gün bir-biri ilə əlaqə saxlamayıblar.

    Hadisədən bir müddət sonra gecə saatlarında Aysel Asimana zəng vuraraq, onunla görüşmək istədiyini bildirib. Asiman həmin vaxt evdə olduğunu bildirib. Qadın yaşadığı yerdən taksi ilə Asimanın yaşadığı küçəyə gəlib və Asimanı çağırıb. Asiman avtomobili ilə Ayselin dediyi yerə gəlib, avtomobilə əyləşib dəniz kənarına gediblər. Onlar dəniz kənarında söhbət edərkən aralarında mübahisə yaranıb və qadın Asimanı söyüb. Nəticədə tərəflər arasında dava yaranıb və Asiman dəniz kənarında Ayseli döyüb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, Asiman İmanov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə olunduğundan cinayət işinə xitam verilib.

  • İmtahan saxtakarlığı üzrə məhkəmə davam etdirilib – Kamran Əsədovun vəsatəti rədd olunub

    Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasda təhsil eksperti kimi tanınan Kamran Əsədovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

    O, K.Əsədovun səhhəti ilə bağlı qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

    Müdafiəçi bildirib ki, Kamran Əsədovun həbsdə qalması üçün heç bir səbəb yoxdur, bu işdə abituriyent və valideynlər də məsuliyyət daşıyırlar.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Proses aprelin 9-da davam etdiriləcək.

    Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə imtahan qaydalarına zidd şəkildə köməklik göstərilməsi barədə Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında cinayət işi başlanıb. İş üzrə ibtidai istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

    İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Yaşar oğlu Abbasovun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Kamran Alim oğlu Əsədovla cinayət əlaqəsinə girməklə üç nəfər və şəxsən səkkiz nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Sumqayıt şəhərində Sənan Rasim oğlu Hüseynovun xüsusi icazə almadan, müvafiq normativ-hüquqi aktların tələblərini pozaraq gizli şəkildə informasiya əldə etmək üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına məxsus ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirdiyinə dair əsaslı şübhələr müəyyən olunub.

    Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli qaydada informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satışı və satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə, Kamran Əsədova isə həmin məcəllənin 302.3-cü və 32.5, 308.1-ci maddələri ilə (vəzifə səlahiyyətlərindən sui-istifadədə köməkçilik) ittiham irəli sürülüb. Sənan Hüseynova Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə ittiham elan edilib.

    Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər şəxslər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq olunub.

    Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

    Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

    Xatırladaq ki, Kamran Əsədov yanvarın 23-də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.

  • Səs-küylü cinayət işi Ali Məhkəmədə – Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR

    Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun barələrindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, 2022-ci il fevralın 17-i səhər saatlarında “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Digər şəxslər isə 30 sutka həbs olunublar.

    Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınması prosesində onlara maddi ziyan vurduğu üzə çıxıb.

    Habelə onun analoji qanunazidd hərəkəti ilə bağlı Alim Hüseynov da şikayətçi olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Z.Cəfərova isə 2 il sınaq müddəti seçilməklə 5 il şərti cəza verilib.