Category: Kriminal

  • Müğənninin evinə basqın: Təqsirləndirilən şəxslərin işi Ali Məhkəmədə araşdırılır

    Bakıda müğənni Elçin Zəkaya qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılır.

    Qeyd edək ki, hadisə 2023-cü ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

    Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka kimi tanınan toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və o, daha sonra döyülüb. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıblar.

    Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə hər biri 8 il 3 ay, Heydər Əkbərov 10 il və Zeynal Yusifov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

  • Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub – Azərbaycandakı qətlin təfərrüatı

    Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının “TikTok”da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən gənc Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.

    Maraqlıdır ki, gənc oğlan qətldən öncə “ChatGPT” ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman “ChatGPT” ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.

    Hadisə zamanı A.Lətifovun atası və qardaşı evdə olmayıblar. O, daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Gənc oğlan əməlindən peşman olduğunu bildirib.

    Məhkəmədə K.Lətifovanın “TikTok”da yazışdığı iddia olunan şəxs də ifadə verib. O, həmin şəxsi tanımadığını, evli olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib:

    “Ümumiyyətlə, “TikTok”da mesaj bölməsində operativ cavab kimi üç “smayl” işarəsi var – ürək, gülüş və ağlamaq. Mən də həmin şəxsə bir dəfə ürək “smaylı” atmışam. Qarşı tərəf özünü təqdim etməyib. Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndə, “TikTok”da xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm”.

    Qeyd edək ki, A.Ləitfov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

  • Bulvarda qadının çantasını oğurladı, 30 gün həbs olundu

    Dənizkənarı Milli Parkda qadının içində qızıl olan çantasını oğurlayan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, saxlanılan 1995-ci il təfəllüdlü Bakı sakini K.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, təqsirləndirilən şəxs bulvarda zibil qabından “Bizon” qabları yığan zaman kənarda çanta görüb. Ətrafda heç kimin olmamasından istifadə edərək çantanı götürüb və içərisindəki qızıl üzüyü satıb.

    Məhkəmənin hökmü ilə K.B. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 30 gün müddətinə həbs tətbiq edilib.

  • Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub – Azərbaycandakı qətlin təfərrüatı

    Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının “TikTok”da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən gənc Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.

    Maraqlıdır ki, gənc oğlan qətldən öncə “ChatGPT” ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman “ChatGPT” ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.

    Hadisə zamanı A.Lətifovun atası və qardaşı evdə olmayıblar. O, daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Gənc oğlan əməlindən peşman olduğunu bildirib.

    Məhkəmədə K.Lətifovanın “TikTok”da yazışdığı iddia olunan şəxs də ifadə verib. O, həmin şəxsi tanımadığını, evli olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib:

    “Ümumiyyətlə, “TikTok”da mesaj bölməsində operativ cavab kimi üç “smayl” işarəsi var – ürək, gülüş və ağlamaq. Mən də həmin şəxsə bir dəfə ürək “smaylı” atmışam. Qarşı tərəf özünü təqdim etməyib. Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndə, “TikTok”da xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm”.

    Qeyd edək ki, A.Ləitfov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

  • Bərdədə kişi boşanmaq istəyən arvadını bazarda yaxaladı, 20 bıçaq zərbəsi ilə öldürmək istədi

    Bərdə rayonunda kişi həyat yoldaşını bazarda öldürməyə cəhd edib.

    Hadisə Bərdənin Bakı küçəsindəki bazarın ərazisində olan mağazada baş verib.

    Rayon sakini, 1976-cı il təvəllüdlü Ayaz Qasımov həyat yoldaşı Gülnar Qasımova ilə mübahisə edib və onlar ayrılıblar. Bundan sonra Ayaz işləmək üçün evini tərk edib, Bakı şəhərinə gedib. Həyat yoldaşı isə iki uşaqla birlikdə Bərdə rayonundakı evində qalıb. Qadın ailəni dolandırmaq üçün Bərdədəki bazarda olan mağazalardan birində işə düzəlib.

    Bir müddət sonra Ayaz qadına zəng vuraraq, barışmaq istədiyini bildirsə də, qadın onun bu təklifini rədd edib. Rədd cavabından əsəbiləşən Ayaz Bakıdan Bərdəyə qayıdaraq, mağazadan mətbəx bıçağı alıb və həyat yoldaşının işlədiyi mağazaya gəlib. O, arxadan qadına hücum edərək bıçaqla ona 20 zərbə endirib. Qadının öldüyünü zənn edən Ayaz mağazada özünə də 7 bıçaq xəsarəti yetirib.

    Hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Həkimlərin səyi nəticəsində onların həyatlarını xilas etmək mümkün olub. A.Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq, polisə təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.Qasımov 15 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Dələduzluğa görə axtarışda olan 14 nəfər tutulub

    Polis əməkdaşlarının martın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı

    İntim görüntülər paylaşan tiktoker saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Həmidxan Qafarov (soyad şərtidir) fevralın 26-da “TikTok” sosial şəbəkəsində saxta hesab yaradaraq qızla olan intim görüntülərini paylaşıb.

    Bu əməlinə görə o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

    Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və bir daha belə hallara yol verməyəcəyini deyib. Zərərçəkən şəxs də Həmidxan Qafarovla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

    Məhkəmənin qərarı ilə H.Qafarov 500 manat cərimələnib.

  • Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı – ANBAAN GÖRÜNTÜLƏR

    Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən edilərək saxlanılıb.

    Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Vətəndaşlara ictimai nəqliyyatda diqqətli olmaları, şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə ehtiyatlı davranmaları tövsiyə edilir. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat vermələri xahiş olunur.

  • Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib

    Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.

    Bu barədə DGK məlumat yayıb.

    Bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda dörd fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli içki aşkar edilib.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Polisdən ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı – ANBAAN GÖRÜNTÜLƏR

    Paytaxt ərazisində keçirilən tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

    Bildirilib ki, onlardan ümumilikdə 43.5 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.