Category: Kriminal

  • Cibgirliklə ələ keçirdiyi bank kartındakı pulları mağazada xərclədi, saxlanıldı – Video

    Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarından birində oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nəqliyyat vasitəsində olan vətəndaşlardan birinin içərisində qiymətli zinət əşyaları və bank kartı yerləşən pulqabısı naməlum şəraitdə oğurlanıb.

    Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik əməlini törətməkdə şübhəli bilinən şəxs aşkarlanıb.

    Müəyyən edilib ki, həmin şəxs əvvəllər də məhkumluq həyatı yaşamış 58 yaşlı Pünhan Umudovdur və o, polis tərəfindən saxlanılıb.

    Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

    O, oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını 730 manata satdığını, pulqabıdakı bank kartından isə müxtəlif marketlərdə istifadə edərək ümumilikdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

    Faktla əlaqədar olaraq araşdırmalar davam etdirilir.

  • Bakıda zərərli maddələr qatılmış marixuana aşkarlandı: Saxlanılanlar var

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin təşkil etdiyi əməliyyat tədbirləri zamanı Bakı şəhərində 21 kiloqram çəkidə, kimyəvi üsulla zərərli maddələr qatılmış marixuana müsadirə edilib.

    Sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

    Məlumata əsasən, faktla bağlı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar.

    Araşdırmalar zamanı İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

    Aşkar edilmiş fakt üzrə cinayət işi açılıb və saxlanılan hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri tətbiq olunub.

  • Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olunublar

    Xaçmazda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü – Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar. Hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar.

    Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib.

  • On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı

    Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.

    Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə qətlə yetirilən qadının öldürülməsinin təfərrüatı

    Şəmkir rayonunda qadın qətlinin bəzi təfərrüatları üzə çıxıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, qətlə yetirilən qadın baş nahiyəsindən aldığı ağır zərbələr nəticəsində ölüb. Bu barədə mərhumun qonşusu Cavad Vəliyev məlumat verib.

    Onun sözlərinə görə, hadisədən ilk şübhələnənlər elə qonşular olub:

    “2025-ci il dekabrın 23-də günorta saat 14:00 radələrində gördük ki, Solmazın evinin işığı yanır, amma qapısı açılmır. Yoldaşımı çağırdım, dedim ki, evinin işığı sönməyib, qapısını açan da yoxdur. Sonra camaata xəbər verdik, telefonuna zəng etdik, cavab vermədi. Hamımız yığışıb evə girdik. Yoldaşım ‘Solmaz, ay Solmaz’ deyə səsləndi, amma cavab olmadı. Əvvəl qadınlar içəri girdi, sonra biz. Baxanda gördük ki, Solmaz yerdə uzanıb. Artıq ölmüşdü. Meyiti qonaq otağında idi, yatağı da açılmamışdı. Üzü-gözü qan içində idi, çox qan itirmişdi”, – deyə Cavad Vəliyev bildirib.

    Qonşunun sözlərinə görə, daha sonra qətlin üstü açılıb:

    “Bu gün eşitdik ki, Solmazı öldürən tapılıb. Deyilənə görə, küçənin aşağısında yaşayan Arzu adlı şəxs törədib. Çox şükür ki, cinayəti törədən müəyyənləşdirilib. Hadisəni törədən şəxsin qaynatası mərhumla qonşu olub”, – deyə o əlavə edib.

    Bildirilir ki, Solmaz Mahmudovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib və qadın tək yaşayırmış. Hadisəni törətməkdə şübhəli bilinən Arzu Həmidlinin isə iki azyaşlı övladı var.

  • Qubada evdə PARTLAYIŞ: “Azəriqaz” rəisinə cinayət işi açıldı

    Qubada evdə baş verən partlayışa görə “Azəriqaz” əməkdaşına cinayət işi açılıb.

    Median.Az xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

    İttiham aktına görə, “Azəriqaz”ın Quba xidmət sahəsinin qəza dispetçer xidmətinin rəisi olan 60 yaşlı Qəzənfər Kərimli (ad və soyad şərtidir) üzərinə düşən vəzifə borcunu yerinə yetirməyib. Belə ki, o, Alekseyevka kəndində yaşayış evindən 3.3 metr aralıdan keçən qaz kəmərinin üzərindəki dəliklərin vaxtında təmir olunmasını təmin etməyib. Kəmərdəki həmin dəliklərdən sızan qaz 3.3 metr aralıdakı evin zirzəmisindən yaşayış sahəsinə dolub. Burada sızan qaz hava ilə xeyli qarışdığı üçün partlayış ehtimalı yüksək olub. Ev sahibi qapını açıb işığı yandıranda isə gözlənilən təhlükəli partlayış qeydə alınıb. Nəticədə ev sahibinin xanımı yanıq xəsarətləri alıb və mənzildə dağıntılar olub. Ümumilikdə evin sakinlərinə təxminən 33 min manat ziyan dəyib.

    Faktla bağlı Qəzənfər Kərimli saxlanılıb və barəsində cinayət işi açılıb.

    Məhkəmədə o, əməlindən peşman olduğunu və vurduğu ziyanı ödədiyi üçün barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

    Quba rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Q. Kərimli məsuliyyətdən azad olunub.

    /Lent.az

  • Saxta pasportla Azərbaycana daxil olmağa çalışan Əfqanıstan vətəndaşına hökm oxundu

    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana səfər edən xarici ölkə vətəndaşı Bakı Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, saxlanan 23 yaşlı Əfqanistan vətəndaşıdır və o, Avropaya miqrasiya etmək məqsədilə saxta sənədlərdən istifadə edərək Azərbaycan ərazisinə daxil olmağa çalışıb.

    İttiham aktına əsasən, əcnəbi vətəndaş Dubay-Bakı reysi ilə hava limanına gələrkən özünə məxsus olan həqiqi sənədlərdən istifadə etsə də, Bakıda sərhəd nəzarətindən keçərkən saxta pasport təqdim edib.

    Şəxsiyyət vəsiqəsinin saxta olduğunu dərhal müəyyən edən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayıb və istintaq orqanlarına təhvil veriblər. Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb.

    Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, vətəni Əfqanistanda işsizlik səbəbindən Avropa ölkələrinə üz tutmaq, orada çalışıb yaşamaq niyyətində olub. Ancaq Əfqanistan vətəndaşlarına Avropaya getmək üçün viza verilmədiyindən o, alternativ yollar axtarıb.

    Bu məqsədlə “Safi” adlı tanışı müəyyən məbləğ qarşılığında ona saxta Pakistan pasportu hazırlayıb və Avropaya çatmaq üçün marşrutun Azərbaycandan keçməli olduğunu bildirib. O, öz ölkəsinin pasportu ilə Dubaya qədər gəlsə də, Bakı hava limanında yoxlanış zamanı “Safi”nin təmin etdiyi saxta sənədi təqdim edib.

    Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu dilə gətirib. Əfqanıstan vətəndaşı əlavə edib ki, ailə üzvlərinin səhhətində problemlər var və bu səbəbdən Avropada pul qazanaraq onlara kömək etmək istəyib. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, həmin şəxs yeddia ay müddətinə azadlıqdan məhrum edilib.

  • Dubaydan gələn əcnəbi Bakıya enən kimi TUTULDU

    Dubaydan gələn əcnəbi Bakı aeroportunda saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Əfqanistan vətəndaşı Avropaya getmək üçün saxta vəsiqə ilə Azərbaycana gəlib.

    İttiham aktına görə, əcnəbi əsl vəsiqəsi ilə Dubay-Bakı aviareysi ilə hava limanına gəlib. Burada o, sərhədçilərə saxta pasport təqdim edib. Şəxsiyyət vəsiqəsinin saxta olmasını görən sərhədçilər onu saxlayaraq, istintaqa təhvil veriblər. Nəticədə onun barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Əfqanistanda iş tapa bilmədiyi üçün işləmək və yaşamaq üçün Avropa ölkələrinə getmək istəyib. Lakin Avropaya getmək üçün ölkəsinin vətəndaşlarına viza verilmədiyi üçün yollar axtarıb. Bunun üçün “Safi” adlı dostu ona pul qarşılığında saxta Pakistan pasportu düzəldib və Avropaya getmək üçün Azərbaycana getməli olduğunu bildirib. Əfqanistan vətəndaşı öz ölkəsinin pasportu ilə Dubaya gələ bilib. Lakin Dubaydan Bakıya gələndə “Safi”nin düzəltdiyi saxta pasportu təqdim edib.

    Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ailə üzvləri xəstə olduğu üçün Avropaya gedib pul qazanmaq istədiyini deyib.

    Xəzər rayon Məhkəməsinin qərarı ilə o, 7 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Liseydə müəllimini güllələyən şagird həbs edildi

    Bakıda müəllimini güllələməkdə təqsirləndirilən şagird 4 ay müddətə həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.

    Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

    Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

    Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

    Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı

    Bakı şəhərində vətəndaşlara özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olaraq tanıdan və dələduzluq yolu ilə onların etibarından sui-istifadə edən şəxs barəsində cinayət işi başlanıb.

    Median.Az-ın Lent.az-a istinadla verdiyi məlumata görə, Sabirabad rayonundan olan 49 yaşlı Rüstəm Nəzərov qeyd olunan qurumda çalışdığını bildirərək, Abşeron rayonunun Məmmədli kəndində yeni inşa edilən mənzillərə qaz sayğaclarının quraşdırılmasını vəd edib.

    * Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc gəldi

    Onun yalanlarına inanan zərərçəkmiş şəxslər Rüstəmə ümumi məbləği 6 400 manat təşkil edən vəsait ödəyiblər. Lakin R.Nəzərov sözügedən evlərə sayğac quraşdırılması üçün lazımi işləri görməyib və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edib.

    Aldadılmış vətəndaşların şikayətləri nəticəsində R.Nəzərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

    Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.