Category: Kriminal

  • Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş – TƏFƏRRÜAT

    Milyonluq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk baxış iclası keçirilib.

    Təqsirləndirilən şəxs 15 gün əvvələ kimi həbsdə idi. O, bir neçə gün əvvəl iş üzrə zərərçəkmiş, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun razılığı ilə ev dustaqlığına buraxılıb.

    Əsas məhkəmə prosesi prokurorun ittihamı elan etməsi ilə başlayıb. İttihamdan məlum olub ki, İntiqam Səfərəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluqdan başqa cinayətlərdə də təqsirləndirilir.

    Burada söhbət insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə etmə və qiymətli kağızlar bazarında manipulyasiyadan gedir.

    Bununla bağlı İntiqam Səfərəliyevə Cinayət Məcəlləsinin 202-2.2.2 (insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 203-1.2.2-ci (qiymətli kağızlar bazarında manipulyasiyalar-mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.

    Bu maddələr əsasən birja, səhmlər, investisiya və maliyyə bazarı ilə bağlı cinayətlərə aiddir. İnsayder məlumatları bir şirkət və ya təşkilat haqqında geniş ictimaiyyətə məlum olmayan, lakin açıqlandığı təqdirdə həmin şirkətin qiymətli kağızlarının (səhmlərinin) qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq, daxili və gizli məlumatlardır.

    Hakim təqsiri sübuta yetiriləcəyi halda müttəhimin 14 ilə kimi azadlıqdan məhrum edilə biləcəyini deyib.

    İntiqam Səfərəliyev özü isə ittihamların heç birini qəbul etməyib. O, özünü heç bir epizod üzrə təqsirli bilmədiyi üçün istintaqın əvvəlində ifadə verməkdən də imtina edib.

    Bu səbəbdən əvvəlcə zərərçəkmiş və şahidlərin dindirilməsi qərara alınıb.

    Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən “AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.

  • Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

    İstanbulun Bağlar məhəlləsindəki Güzidə küçəsində güllələnmə hadisəsi baş verib.

    Beşmərtəbəli binadan atəş səsləri gəldiyi barədə məlumatdan sonra polis və tibb qrupları ünvana göndərilib.

    Üçüncü mərtəbədəki mənzilə daxil olan qruplar qan içində bir qadın və bir kişi tapıblar. Müayinədən sonra hər iki şəxsin güllələnərək öldüyü müəyyən edilib.

    Polis meyitlərin Azərbaycan vətəndaşı olan Maisə Bayramovaya və Əli Mamaka aid olduğunu müəyyən edib. Onların cəsədləri İğdır Dr. Nevruz Eren Dövlət Xəstəxanasının morquna aparılıb.

  • Piyadanın ölümünə səbəb olan sürücü hansı cəza ilə üzləşir

    Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov yolu keçərkən piyadanı öldürən sürücünün ağladığını əks etdirən görüntünün məhkəmədə nəzərə alınması hallarından danışarkən deyib.

    Vəkil bildirib ki, burada təqsirkar şəxsin cinayəti ehtiyatsızlıqdan törətməsi və səmimi peşmançılıq çəkməsi, hadisə yerindən qaçmaması yüngülləşdirici hal kimi nəzərə alınmaqla cəza tətbiq edərkən məhkəmə tərəfindən diqqətə alınmalı nüanslardır.

    Qeyd edək ki, Bakıda ağır yol qəzası baş verib. Murad Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub və nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb.

  • Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirləndirilənlərə ağır cəza istənildi

    Bakıda iki dostu – Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovla bağlı cinayət işi üzrə məhkəmə istintaqi tamamlanıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlərdən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il və Sərxan Şahbazovun isə 3 il azadlıqdan məhrum edilməsini məhkəməyə teklif edib.

    Cıxışlar üçün söz müdafiə tərəfinə verilsə də vaxt məhdudiyyətindən vəkillər buna vaxt istəyib.

    Növbəti proses mayın 18-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki,paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı qətlə yetirib.
    Hadisəni törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunublar.

    Onlara qarşı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə və silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə maddələri ilə cinayət işi başlanılaraq ittiham irəli sürulüb.
    Onuda qeyd edək ki,cinayət işinin məhkəmə istintaqı daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin icraatinda araşdırılırdı.Hakim 2025-ci ilin mayinda dünyasını dəyişdiyi üçün cinayət işi hakim Aygun Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı

    Aprelin 25-də və 26-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

  • 23 yaşlı tiktoker saxlanıldı

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayımda təhqiramiz ifadələr səsləndirən 23 yaşlı Süleyman Məmmədov saxlanılıb.

    Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

    Müvafiq qərarla S.Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
    //oxu.az

  • Türkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU

    Türkiyədə 70 kiloqram qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisi Qəhrəman Şamil oğlu Məmmədov 6 il müddətə azadlıqdan məhrum edilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Prokuror Q.Məmmədovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, Qəhrəman Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.

    Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən birinə doğru hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

  • Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK

    Nəsimi rayonunda birlikdə kirayədə yaşadıqları şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işləri üzrə növbəti məhkəmə baxış iclası olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ülvi Abasovun sərbəst ifadəsi dinlənilib.

    Təqsirləndirilən Ülvi Abasov ifadəsi zamanı hadisədən xəbərsiz olduğunu, bu barədə polis bölməsində məlumat aldığını deyib:

    “Mən onlarla eyni həyətdə kirayədə yaşayırdım. İşlərimiz də ayrı-ayrı idi. İsgəndər Fazillə bir otaqda qalırdı. Həmin gün səhər Fazil gəldi ki, rayona gedirəm, küçədə taksi gözləyir, əşyalarımı daşımağa kömək elə. Mən də onun çantalarını küçəyə çıxardıb maşına qoymağa kömək etdim. Demişdi ki, çantalardakı tikintidə istifadə etdiyi alətlərdir, rayona aparır. Mən bilsəydim meyitdir, heç vaxt kömək etməzdim. Doqquz aydır günahsız burada yatıram”.

    Təqsirləndirilənin bu ifadələri zərərçəkən tərəfin hiddəti ilə qarşılanıb. Mərhumun prosesdə iştirak edən yaxınları Ülvinin yalan danışdığını və bu cinayəti Fazillə birlikdə törətdiyini deyiblər.

    Daha sonra Ülvi Abasovun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib. Sitat:

    “Bir il idi ki, həmin ünvanda kirayədə yaşayırdım. Mən otaqda tək, Fazillə İsgəndər isə birlikdə qalırdıq. Avqustun 4 də gecə yarısı Fazil qapımı döyüb məni çağırdı. Biz əvvəl Fazillə İsgəndərin pulunun olması barədə danışmışdıq. Fazil məni çağırandan sonra otağa girdik, mən İsgəndərin ayaqlarını tutdum, Fazil də dəmirlə bir neçə dəfə onun sifətindən vurdu”.

    İbtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasındakı ziddiyyətə aydınlıq gətirən Ülvi Abbasov iddia edib ki, bu ifadəsini təzyiq altında verib.

    Qətlə yetirilən İsgəndər Əliyevin hüquqi varisi – qardaşı İsmayıl Əliyev də mərhumun qətlində hər iki şəxsin birlikdə iştirak etdiyini deyib, onlara ən ağır cəza verilməsini xahiş edib.

    Növbəti iclas mayın 4-nə təyin olunub.

    İttihama görə, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasov qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən onun başına çəkiclə zərbələr vuraraq öldürüblər.

    Onlar bundan sonra otaqda axtarış apararaq İsgəndər Əliyevə məxsus 300 ABŞ dollarını götürüblər.

    Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna apardığı, orada bədən əzalarını müxtəlif yerlərə atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunub.

    Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
    //oxu.az

  • Ağcabədidə iki əmioğlu öldürüldü – 22 yaşlı tanışları SAXLANILDI (Yenilənib)

    Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə kəndin kənarındakı sahədə baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedovun rayonun Arazbarı kənd sakini 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevlə bir gün əvvəl mübahisəsi olub. Məlumata görə, Ş.Mamedov Ə.Əliyevi təhqir edib. Hadisədən sonra evə qayıdan Ə.Əliyev onu öldürmək qərarı verib.

    O, evdən mətbəx bıçağı götürərək Yuxarı Qiyaməddinli kəndinə gəlib və Şaiqi görüşə çağırıb. Şaiq də əmisi oğlu Həsən Mamedovla birlikdə Əliniyazla görüşmək üçün kəndin kənarındakı sahəyə gəlib. Əvvəlcə Şaiq Əliniyazla söhbət edib. Söhbət mübahisə ilə nəticələnib və Əliniyaz Şaiqə bıçaq zərbələri endirib. Şaiqin bıçaqlandığını görən əmisi oğlu Həsən hadisəyə müdaxilə etmək istədikdə, Əliniyaz ona da zərbələr endirib. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Arazbar kənd sakini, 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda ibtidai istintaq davam etdirilir.

    * * * * *

    Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedov, 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Mamedov aldıqları bıçaq xəsarətlərindən həyatlarını itiriblər.

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, Arazbar kənd sakini 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Stilisti öldürən şəxslə bağlı YENİ QƏRAR

    Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şikayət təmin edilməyib.

    İttihama görə, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

    1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.

    İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.