Category: Kriminal

  • Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb

    Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə axtarışda olduqlarına görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

  • Polis 18 kiloqramdan çox narkotik aşkarlayıb

    Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Parik taxıb Bakıda dələduzluq etdi – Video

    Bakıda dələduzluq edən zaman tanınmamaq üçün parikdən istifadə edən şəxs saxlanılıb.

    Paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub. Ə.Səfərovun zərərçəkənlərə ümumilikdə 15000 manatdan çox maddi ziyan vurduğu məlum olub.

    Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün parikdən istifadə edib.

  • Narkotikin təsiri altında olan BYD sürücüsü həbs edildi

    Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R.Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.

  • Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

    Aprelin 24-də ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

  • Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu

    Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R.Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.

  • Gəncə sakini qonşusu tərəfindən bıçaqlandı

    Gəncədə bıçaqlanma olub.

    Hadisə şəhər ərazisində baş verib. Belə ki şəhər sakini 1991-ci il təvəllüdlü İ.İbrahimov başının və bədənin müxtəlif nahiyələrinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə İ.İbrahimovu qonşusu çayxanada bıçaqlayıb. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
    //unikal.az

  • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

    Balakən rayonunda qazi atasına qarşı dələduzluq hadisəsi qeydə alınıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, MMC direktoru olan 39 yaşlı qadın qazi olan gənci işə düzəltmək adı ilə onun atasından külli miqdarda pul alaraq vədini yerinə yetirməyib.

    İttiham aktına görə, təqsirləndirilən şəxs Səlimə Bağırova (ad və soyad şərtidir) zərərçəkən Firdovsiyə (şərti ad) söz verib ki, qazi olan oğlunu 3 000 manat qarşığında Qullar kənd 3 saylı məktəbdə gözətçi vəzifəsinə düzəldəcək. Sonradan o, Firdovsidən 500 manat da alıb. Lakin qadın biznesmen verdiyi sözü yerinə yetirə bilməyib və pulu qaytarmayıb.

    Zərərçəkənin müraciəti əsasında Səlimə Bağırova saxlanılıb və barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Firodovsinin oğlunu işə düzəltməyi zərərçəkənin həmkəndlisi olan şəhid atası ondan xahiş edib. Belə ki, Səlimə və şəhid atası bir ictimai birliyin üzvü olduqları üçün bir-birini tanıyıblar. Səlimə Bağırova zərərçəkəndən aldığı 3 500 manatı tam ödədiyini və azyaşlı övladlarının olduğunu deyərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.

    Zərərçəkən şəxs bildirib ki, Qullar kənd 3 saylı məktəbinin gözətçisi mart ayında pensiya çıxmalı idi. Buna görə də 3-cü qrup əlil olan qazi oğlunu həmin işə düzəltmək istəyib. Bunun üçün həmkəndlisi olan şəhid atasının vasitəsilə Səlimə Bağırova ilə tanış olub və onun bank kartına 3 500 manat pul göndərib. Lakin mart ayı gələndə məktəbdə gözətçi işinə başqa adamın çıxdığını görüb. Bunu Səliməyə deyəndə, qadın bəhanə gətirərək həmin şəxsin gözətçi yeri boş qalmasın deyə müvəqqəti işə çıxarıldığını bildirib. Amma sonradan təqsirləndirilən şəxs nə pulu qaytarıb, nə də ki, zərərçəkənin oğlunu işə düzəldib.

    İstintaq zamanı isə qadın zərərçəkəndən dələduzluq yolu ilə aldığı 3 500 manatı geri qaytarıb.

    Məhkəmənin qərarı ilə Səlimə Bağırova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.

  • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: qadın biznesmenə cinayət işi AÇILDI

    Balakəndə qazi atasına qarşı dələduzluq edilib.

    MMC-lərdən birinin direktoru olan 39 yaşlı qadın Balakən rayon sakini olan qazini işə düzəltmək üçün atasından pul alıb. Lakin verdiyi sözü tutmayıb.

    İttiham aktına görə, təqsirləndirilən şəxs Səlimə Bağırova (ad və soyad şərtidir) zərərçəkən Firdovsiyə (şərti adla) söz verib ki, qazi olan oğlunu 3000 manat Qullar kənd 3 saylı məktəbində gözətçi vəzifəsinə düzəldəcək. Sonradan o, Firdovsidən 500 manat da alıb. Lakin qadın biznesmen verdiyi sözü yerinə yetirə bilməyib və pulu qaytarmayıb.

    Zərərçəkənin müraciəti əsasında Səlimə Bağırova saxlanılıb və barəsində dələduzluq maddəsilə cinayət işi açılıb.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Firodovsinin oğlunu işə düzəltməyi zərərçəkənin həmkəndlisi olan şəhid atası ondan xahiş edib. Belə ki, Səlimə və şəhid atası bir ictimai birliyin üzvü olduqları üçün bir-birini tanıyıblar. Səlimə Bağırova zərərçəkəndən aldığı 3500 manatı tam ödədiyini və azyaşlı övladlarının olduğunu deyərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.

    Zərərçəkən şəxs bildirib ki, Qullar kənd 3 saylı məktəbinin gözətçisi mart ayında pensiya çıxacaqdı. Buna görə də 3-cü qrup əlil olan qazi oğlunu həmin işə düzəltmək istəyib. Bunun üçün həmkəndlisi olan şəhid atasının vasitəsilə Səlimə Bağırova ilə tanış olub və onun bank kartına 3500 manat pul göndərib. Lakin mart ayı gələndə məktəbdə gözətçi işinə başqa adamın çıxdığını görüb. Bunu Səliməyə deyəndə, qadın bəhanə gətirərək həmin şəxsin gözətçi yeri boş qalmasın deyə müvəqqəti işə çıxarıldığını bildirib. Amma sonradan təqsirləndirilən şəxs nə pulu qaytarıb, nə də ki, zərərçəkənin oğlunu işə düzəldib.

    İstintaq zamanı isə qadın zərərçəkəndən dələduzluq yolu ilə aldığı 3500 manatı geri qaytarıb.

    Məhkəmənin qərarı ilə Səlimə Bağırova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.
    //lent.az

  • Bakıda məktəbli yoldaşına xəsarət yetirdi – Araşdırma başladı (Yenilənib)

    Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli məktəbdə bıçaqlanma olduğu iddia edilir.

    Median.Az Bakuplus.az-a istinadən xəbər verir ki, 11-ci sinif şagirdlərindən biri digərini bıçaqlayıb.

    Hadisə yerinə polis əməkdaşları gəlib, hazırda faktla bağlı araşdırma aparılır.

    Direktor polis şöbəsinə çağırılaraq dindirilib.

    Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 23-də Bakı şəhəri 80 nömrəli tam orta ümumtəhsil məktəbində XI sinif şagirdlərindən biri digərinə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) yüngül xəsarət yetirib.

    “Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib. Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

    * * * * *

    Əldə etdiyimiz məlumata görə, Sabunçu rayonu ərazisində 17 yaşlı yeniyetməyə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

    Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs valideynləri ilə birgə polis orqanına dəvət olunaraq izahatı alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin edilib.

    Araşdırma aparılır.