Category: Kriminal

  • Cəlilabaddakı dəhşətli qətlin təfərrüatı – Həbsdən qayıdıb, qardaşının arvadından qisas almaq istəyib

    Cəlilabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

    Oxu.Az-ın xəbərinə görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına – 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.

    Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.

    Məlumata görə, həbsxanadan qayıdan Əli həyat yoldaşı Dəstəgül Nağıyevadan boşanıb və qardaşı ilə bir evdə yaşamağa başlayıb. Boşanan qadın isə Ə.Nağıyevin qonşuluğunda – atasının evində yaşayıb.

    Ə.Nağıyev həyat yoldaşından boşanandan sonra insanlarla həddindən artıq əsəbi davranmağa başlayıb. O, həmçinin qardaşının həyat yoldaşı Xəyalə Nağıyevaya da Dəstəgül Nağıyeva ilə əlaqə saxlamağı qadağan edib. Amma X.Nağıyeva onun sözlərinə məhəl qoymadan D.Nağıyeva ilə əlaqə saxlayıb.

    Xəyalənin bu hərəkətindən qəzəblənən Əli Nağıyev qardaşının arvadından qisas almaq qərarı verib. Elə bu məqsədlə də o, Xəyalənin iki övladına hücum edərək onları baltalayıb.

    Məlumata görə, Ə.Nağıyev uşaqların anasını da qətlə yetirmək istəyib. Lakin qadın hadisə yerindən qaçıb.

  • ABŞ-yə məxsus fondun Azərbaycan üzrə məsləhətçisinin məhkəməsi başlayır

    ABŞ-nin German Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəməsi başlayır.

    “QHT işi” üzrə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni təyin olunmuş hakim Namiq Kərimovun icraatına verilib. Məhkəmənin ilk hazırlıq iclası fevralın 11-nə təyin edilib.

    Qeyd edək ki, M.Rəhimli Baş Prokurorluqda “QHT işi” ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

    “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi – hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
    //oxu.az

  • Bakıda bərbərxanada dava – Müştəri döyüldü

    Bakıda bərbərxanada dava düşüb.

    Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib.

    Qəsəbə sakini Murad Məmmədov (soyad şərtidir – red.) bərbərxanaya gedib və bərbərin yerində olmadığını görüb. Həmin vaxt onun tanışı Ehtiram da obyektə gəlib. Bərbər orada olmadığı üçün hər iki müştəri bərbərxanada gözləməli olub. Həmin vaxt Murad Ehtiramla zarafat edib və bu zarafat Ehtiramın xoşuna gəlməyib. Ehtiram Muradın boynunu sıxaraq, ona irad bildirib və ovunla zarafat etməməsini tapşırıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb. Mübahisə zamanı Murad Ehtirama yumruq zərbələri endirib. Hadisə nəticəsində Ehtiram xəsarətlər alıb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və M.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

    Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara görə M.Məmmədova “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya aktı tətbiq edilib və o, məsuliyyətdən azad olunub.
    /oxu.az

  • Azərbaycanda kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı

    Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.

    Median.Az xəbər verir ki, hadisə rayonun Qaysa kəndində qeydə alınıb.

    38 yaşlı Kamal Məmmədov (ad və soyad şərtidir) yaşadığı evin həyətində bacanağını, evin qonaq otağında isə arvadını bıçaqlayıb. Bu əməllərinə görə, o saxlanılıb və barəsində cinayət işi başlanıb.

    İttiham aktına görə, bacanağı onun evinin həyətindəki tikilidə gizlənib “Whatsapp” vasitəsilə Kamalın arvadına mesaj yazaraq həyətə düşməsini istəyib. Bundan xəbər tutan Kamal Məmmədov qısqanclıq zəminində həyətdə bacanağını bıçaqlayıb. Daha sonra evə girərək qonaq otağında arvadına da bıçaqla xəsarət yetirib.

    Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı barəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

    Balakən rayon Məhkəməsinin qərarı ilə K. Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub. //lent.az

  • Ağdamdakı cinayətin ŞOK təfərrüatı

    Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub.

    Median.Az-ın oxu.az-a istinadla məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.

    Kənd sakini Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovaya balta ilə ağır xəsarətlər yetirib.

    Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.

    C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmş.

    C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıbmış. Hadisə baş verəndə isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən C.Salahov həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulunun olmadığını deyib.

    Buna görə də ər-arvad arasında dava başlayıb. Dava zamanı C.Salahov evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən qaçıb.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyatla C.Salahov saxlanılıb.

  • Arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı – Səbəb

    Lənkəranda arvadını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nehmətov barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baş tutan iclasda çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri 29, 120.1-ci maddəsinə tövsif edilib.

    Beləliklə, müdafiə tərəfinin apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib.

    Qeyd edək ki, Ehtibar Nehmətov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Hadisə ötən ilin fevral ayında Lənkəranda baş verib. E.Nehmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla Təranə Nehmətovaya xəsarət yetirib.

    Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham irəli sürülmüşdü.

  • Balakəndə kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı – QISQANCLIQ

    Balakəndə kişi arvadını və bacanağını bıçaqlayıb.

    Hadisə rayonun Qaysa kəndində qeydə alınıb.

    38 yaşlı Kamal Məmmədov (ad və soyad şərtidir) yaşadığı evin həyətində bacanağını, evin qonaq otağında isə arvadını bıçaqlayıb. Bu əməllərinə görə, o saxlanılıb və barəsində cinayət işi başlanıb.

    İttiham aktına görə, bacanağı onun evinin həyətindəki tikilidə gizlənib “Whatsapp” vasitəsilə Kamalın arvadına mesaj yazaraq həyətə düşməsini istəyib. Bundan xəbər tutan Kamal Məmmədov qısqanclıq zəminində həyətdə bacanağını bıçaqlayıb. Daha sonra evə girərək qonaq otağında arvadına da bıçaqla xəsarət yetirib.

    Təqsirləndirilən şəxs məhkəmə çıxışı zamanı barəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

    Balakən rayon Məhkəməsinin qərarı ilə K. Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.
    //lent.az

  • Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb – Ağdamdakı cinayətin təfərrüatı

    Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini Gülzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salahov balta ilə ağır xəsarətlər yetirib.

    Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən C.Salahov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik aludəçisi olub və sonuncu cəza müddəti ötən ilin mart ayında başa çatıb. O, sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilibmiş.

    C.Salahov cəzaçəkmə müəssisəsindən gələndən sonra mütəmadi olaraq ailədə mübahisə yaradırmış. Heç bir yerdə işləməyən C.Salahov həyat yoldaşı və qayınanasından tez-tez pul alıb, narkotik və içki alırmış. Buna görə də mütəmadi olaraq evdə mübahisə yaranırmş.

    C.Salahovun oğlu Tural Salahov Xankəndi şəhərində tikinti şirkətində çalışırmış və hadisədən bir gün əvvəl evlərinə qayıdıbmış. Hadisə baş verən də isə Tural evdə olmayıb. Oğlunun evdə olmadığından istifadə edən C.Salahov həyat yoldaşından narkotik üçün pul istəyib. Qadın isə ona pulunun olmadığını deyib.

    Buna görə də ər-arvad arasında va başlayıb. Dava zamanı C.Salahov evin zirzəmisində olan baltanı götürərək qadına hücum edib. O, qadına baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib. Qadının öldüyünü ehtimal edən C.Salahov hadisə yerindən qaçıb.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyatla C.Salahov saxlanılıb.

  • Yaşlı qadını aldatdı, pul aldı, telefonunu oğurladı

    Bakıda özünü su idarəsinin əməkdaşı kimi təqdim edib, yaşlı ev sahibini aldadan şəxs həbs olunub. 

    Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib. 

    Belə ki, 1991-ci il təvəllüdlü Şamil Əfəndiyev saat 15:30 radələrində evin qapısını döyərək, özünü su idarəsinin işçisi kimi təqdim edib və evin yaşlı sakini Raisə adlı qadına sayğacın xarab olduğubnu deyib. Həmçinin qadına deyib ki, bu səbəbdən sayğac artıq pul yazır və dəyişdirilməlidir. Bundan sonra isə onlara 500 manat pul qaytarılacağını bildirib.

    O, sayğacın dəyişdirilməsi üçün 240 manat pul istəyib. Qadın isə ona inanaraq xırda olmadığına görə 300 manat pul verib. O, pulu xırdalamaq adı ilə həyətə düşərək ərazini tərk edib. Həmçinin gedərkən zərərçəkmiş qadının “Nokia” markalı mobil telefonu da oğurlayıb. 

    Dərhal hadisə ilə bağlı DİN-in 102 xidmətinə və Binəqədi rayon 7-ci Polis Şöbəsinə məlumat verilib. Təqsirləndirilən şəxs saxlanılaraq, məhkəmə qarşına çıxarılıb. 

    Məhkəmənin hökmü ilə Şamil Əfəndiyev İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3 ay müddətə həbs edilib.

  • Məşhur müğənniyə qarşı dələduzluq olub, polisə şikayət edib

    Məşhur müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.

    Median.Az xəbər verir ki, bu barədə “Unikal”a müğənninin özü məlumat verib.

    Asif Məhərrəmov məsələ ilə bağlı Binəqədi Rayon Baş Polis İdarəsinə rəsmi, yazılı müraciət etdiyini bildirib.

    Azərbaycan dövlətinə və qanunlarına güvəndiyini vurğulayan Asif Məhərrəmov, məsələnin hüquqi müstəvidə, qanun çərçivəsində həll olunacağına inandığını diqqətə çatdırıb. O, həmçinin Daxili İşlər Nazirliyinə və polis orqanlarına müraciət edərək işinin diqqətdə saxlanılmasını xahiş edib.

    Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.

    Müğənni əlavə edib ki, məsələ ilə bağlı gələn həftə Baş Prokurorluğa şikayət edəcək.