Category: Maraqlı

  • Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv – MÜTLƏQ OXUYUN

    Uşaqların gələcək həyatına təsir göstərəcək 8 valideyn səhvilə bağlı yazını təqdim edirik:

    1. Övladınıza olan sevginizi yetərincə bildirmisiniz. Balaca uşaq üçün ana və ata ən dəyərli, onun balaca dünyasına çevrilən insandırlar. Uşaq isə onların sevgisini hiss etmədikdə, özünə dəyər verib sevə bilmir. Bu halda özünü bəyənməmə kimi bir problem yaranır. Çox zaman belə uşaqlar böyüdükdə öz xarici görünüşlərin bəyənmirlər və plastik əməliyyatlara üz tuturlar.

    2. Övladınızı qayğıya boğursunuz. Onunla həm dost olmağa, həm də həyatında baş verən bütün hadisələrə nəzarət etməyə çalışırsınız. Valideynlər əksər hallarda övladlarının böyüdüklərini qəbul etmir və uşaqların tək başına edə biləcəyi işləri onların əvəzinə etməyə davam edirlər.

    3. Uşaqlarınızın yerinə qərar verirsiniz. Milli.Az medicina.az-a istinadən bildirir ki, ən xırda oyuncaq seçimində belə uşağın əvəzinə qərar verərək, onu azadlıq və sərbəstlikdən məhrum edirsiniz. Hər bir valideyn anlamalıdır ki, uşağın yaşına uyğun olaraq ona seçim fürsəti verilməlidir.

    4. Ailədə yaratdığınız münaqişələr. Uşaqlar valideynlər arasında baş verən anlaşılmazlıqların səbəbini başa düşə bilmədikləri üçün, evdə yaranan ən xırda problemdə belə özlərini günahkar bilirlər.

    5. Uşaqdan onun edə bilməyəciyi şeyləri tələb edirsiniz. Uşaqlar balaca olduqları üçün, yaşca onlardan böyük insanların, ən əsas da valideynlərinin söylədilklərinə inanırlar. Bu halda isə onların tələb etdikləri hər şeyi yerinə yetirməyə çalışırlar, edə bilmədiklərində isə özlərini bacarıqsız və uğursuz olaraq dəyərləndirilər.

    6. Övladınızı “rahat uşaq” obrazına salmağa çalışırsınız. Şəxsi işlərinizdə rahatlıq yaratmaq məqsədi ilə övladınızın saatlarca televizora baxmağına və kompyuter oyunları oynamasına icazə verirsiniz. Bu halda uşaq sizə mane olmadığı üçün növbəti dəfə də bu vəziyyəti təkrarlayırsınız. Uşağı bu cür böyüdərək, onu həyat məsuliyyətlərinə hazırlaya bilməzsiniz.

    7. Ata diqqətinin olmaması. Uşağın ata sevgisindən, diqqətindən məhrum qalmağı onun gələcək həyatına mənfi təsir göstərir. Uşağın gələcəkdə nə qədər iradəli, möhkəm, dayanıqlı biri olması, şəxsiyyət kimi inkişaf etməsi, tək başına bir çox işləri bacara bilməsi ailədə yaranan ata obrazından asılıdır.

    8. Uşağınızın hisslərini önəmsəmirsiniz. Bəzən uşaqlar sizin üçün bir önəm verməyən xırda şeylərə görə məyus ola bilirlər. Amma gözlədikləri təsəlli yerinə onlar “yaxşıpis, sən ki oğlansanqızsan, ağlamasakit dur” kimi ifadələr eşidirlər. Belə davranaraq siz uşağınızın hisslərini dəyərləndirməmiş olursunuz və böyüdükdə də onlar ətrafdakı insanların hisslərinə laqeyd yanaşırlar.

  • Paltaryuyan maşının bu rejimindən istifadə təhlükəlidir

    Paltaryuyan maşınların qənaət rejimindən (eko rejim) istifadə sağlamlıq üçün ciddi təhlükə yaradır. Belə ki, bu rejimdə paltar yuma zamanı təhlükəli bakteriyalar məhv olmur.

    Bu barədə alman və britaniyalı alimlərin birgə araşdırmalarının nəticəsini “Applied and Environmental Microbiology” jurnalında dərc ediblər.

    Alimlər hesab edir ki, yuyucu toz üçün nəzərdə tutulmuş qabda və paltaryuyan maşının barabanını əhatə edən rezin hissədə çoxlu sayda “Klebsiella oxytoca” adlı bakteriya növü yaşayır ki, onlar az temperaturlu yuma zamanı məhv olmurlar. Həmin bakteriyalar insanın həzm sistemində problemlərə səbəb ola bilərlər.

    Alimlər bu nəticəyə Bonn şəhərində (Almaniya) yerləşən bir xəstəxanada baş vermiş epidemiyanın səbəblərini öyrənərkən gəliblər. Məlum olub ki, xəstəxananın əməkdaşları bütün geyimləri və yataq ağlarını paltaryuyan maşının qənaət rejimində yuyurmuşlar.

  • Müasir insanların psixi pozğunluqları – TOP-5

    Dünyadakı, demək olar ki, hər beşinci insanda ruhi pozğunluq olduğunu bilirdiniz? Şübhəsiz ki, yox. Çünki xəstələrin özləri belə onlardakı bu pozuntuların fərqində deyil.

    Aşağıdakı yazıda müasir insanlarda tez-tez müşahidə olunan beş psixi pozğunluq haqqında məlumat vermək istəyirik. Yoxlayın, bəlkə də, onların arasında dostlarınızı və ya özünüzü görəcəksiniz.


    Patoloji yalan

    İnsan şüurlu şəkildə yalan informasiya verməyə, faktları dəyişdirməyə və uydurma hekayələr danışmağa meyillidir. Adətən, bu simptom insanın başqalarının diqqətini cəlb etmək istəyindən yaranır. Maraqlıdır ki, belə pozğunluğu olan xəstələr bəzən dediklərinə, həqiqətən, inanır.

    Alimlər 2005-ci ildə normal insan beyninin “patoloji yalançı beyni”ndən çox fərqli olduğuna dair dəlil tapıblar. Belə ki, onlarda prefrontal korteksdəki boz maddənin həcmi 14,2% az, ağ maddənin həcmi 22% artıq olur.


    Taycin kyofuşo

    “Taycin kyofuşo”, sindromu adından təxmin etdiyiniz kimi, ilk dəfə Yaponiyada kəşf edilib. Onun hərfi tərcüməsi belədir: “şəxslərarası münasibətlərdən qorxusu xəstəliyi”. Bu sindromlu insanlar ətrafdakıları təhqir etmək, incitmək ehtiyacı duyur və özünə qarşı inamı itirir.

    Bununla yanaşı, həmin xəstələr hətta başqalarının əhval-ruhiyyəsini görünüşü, hər hansı bir fiziki qüsuru ilə pozmaqdan qorxur (məsələn, həddindən artıq tərləmə, üz qızartıları, kəkələmə və s.).

    “Taycin kyofuşo” sindromlu xəstələr, ümumiyyətlə ictimai fəaliyyətdən qaçır və digər insanlarla ünsiyyətə məcbur qaldığı halda ürək döyüntülərinin sürətlənməsi, panik-atak, nəfəs darlığı və titrəmə kimi hallar hiss edir.


    “Otello” kompleksi

    “Otello” kompleksi özünü əsassız qısqanclıq, çılğınlıqla göstərən seksual kompleksdir. Adətən, alkoqolun təsiri altında özünü göstərir.

    “Otello” kompleksi olan kişi sevgilisini itirməkdən qorxur. Amma onu daha çox narahat edən sevgilisinin onu aldatması və ailəsinin, dostlarının yanında gülünc vəziyyətə salmasıdır. Belə insanı tərəfdaşının ona sadiq olduğuna inandırmaq, demək olar ki, mümkün deyil. Axı qısqanclığın səbəbi yalnız özünün uydurma şübhələrindən qaynaqlanır.


    Partlayan baş sindromu

    Adından da göründüyü kimi, bu pozğunluqdan əziyyət çəkən xəstələr qəfildən başında səs-küy yarandığını, həmin səsin “partlayana” qədər yüksəldiyini söyləyir:

    “Bütün bunlar onların gözü önündə fləş işıqların yanması ilə müşayiət olunur. Yaxınlıqda bomba partlaması kimi bir hiss yaşadır”.

    Çox vaxt “Partlayan baş” sindromunun tutmaları yatmazdan əvvəl başlayır. Üstəlik, bəzi insanlar bunu həyatında bir dəfə, digərləri isə gecə boyu bir neçə dəfə yaşayır. Təəssüf ki, alimlər bu pozğunluğu hələ hərtərəfli öyrənə bilməyiblər. Buna görə də onun hazırda müalicəsi mövcud deyil.


    Özünə zərər vermə

    Özünə zərər vermə və ya “selfharm” intihar səviyyəsinə çatmadan özünə qəsdən zərər verməkdir. “Selfharm” müxtəlif ruhi xəstəliklərin əlaməti ola və ya müstəqil bir sindrom kimi özünü göstərə bilər.

    Çox vaxt bu pozğunluqdan əziyyət çəkən insanlar dərilərində kəsiklər açır, özünü yandırır, döyür və ya zəhərli maddələr qəbul edir. Belə xəstələr intihar etmək niyyətində olmasa da, onların 40-60 faizinin sonu ölüm olur.

  • Ən təmiz havası olan ölkələr – TOP 10

    Son illər ekologiya və ətraf mühitin müdafiəsi beynəlxalq gündəmdə get-gedə daha vacib rol oynamağa başlayıb. Əksər ölkələr atmosferə zərərli maddələrin atılmasını azaltmağa can atırlar və buna başlıca olaraq iqlim üzrə Paris sazişinin imzalanması böyük təsir göstərib.

    Lakin bəzi ölkələrdə təmiz hava yaratmaqla bağlı vəziyyət çox da kritik deyil.

    Dünyanın ən təmiz havası olan 10 ölkəsini təqdim edirik:

    1.Avstraliya


    İndeks: 100,00

    Postindustrial ölkələrin əksəriyyəti kimi, Avstraliya da şəhər sivilizasiyasının standart problemləri ilə üzləşir: şəhərlərin zibil və nəqliyyat vasitələrinin qazları ilə çirklənməsi.

    Ancaq bu problemlərin öhdəsindən gəlmək mümkün olur. Doğrudur, həll edilməsi daha çətin olan başqa problem var – bu, təzə su problemidir.

    Buna baxmayaraq, Avstraliya havanın keyfiyyətinə görə liderdir.

    2.Barbados


    İndeks: 100,00

    Barbados-Karib dənizinin şərqində Kiçik Antil Adaları qrupunda eyni adlı adada yerləşən bir dövlətdir.

    Əhalinin həyat və savad səviyyəsinə görə lider yerlərdən birini tutur.

    Bu ölkə mühüm turizm istiqamətidir, nadir flora və faunaya malikdir.

    3.İordaniya


    İndeks: 99,61

    İordaniya havanın təmizliyi səviyyəsinə görə üçüncü yerdədir. Buna baxmayaraq, bu ölkə ekoloji problemlərsiz ötüşməyib.

    Hazırda ekologiyanın əsas problemlərindən biri ölkə əhalisinin sayı çoxaldıqca zibilliyin sayının artmasıdır
    Ölkədə bərk tullantıların emalı ilə bağlı problemlər mövcuddur. Buna baxmayaraq, hələ ki, ölkə havanın keyfiyyətinə görə liderlər sırasındadır.

    4.Kanada


    İndeks: 99,28

    Meşələr Kanada torpaqlarının təxminən 50% – ni əhatə edir. Ümumiyyətlə, Kanada dünya meşələrinin 10% -ə və böyük neft, qaz, kömür və digər faydalı qazıntılara malikdir.

    Xüsusilə tundrada və ölkənin dağlıq ərazilərində olmaqla, insan ayağı dəyməmiş böyük ərazilər bütün Kanada torpaqlarının 70% – ni təşkil edir və Yer kürəsinin bütün toxunulmamış vəhşi təbiətinin 20% – ni təşkil edir.

    Kanada hökuməti bütün səylərini su və atmosferə sənaye tullantılarının azaldılmasına yönəldir. Xüsusilə Toronto, Hamilton körfəzi və Sarnia kimi problemli ərazilərdə vəziyyət tədricən yaxşılaşır.

    5.Danimarka


    İndeks: 99,16

    Sosioloji tədqiqatlar göstərir ki, danimarkalıların 90%-i təbiətin mühafizəsi məsələlərini cəmiyyətin birgə səyi ilə həll edilməli olan dövlətin ən aktual və əhəmiyyətli sosial-siyasi problemləri sırasına aid edir.

    Ətraf mühitin mühafizəsi artıq 20 ildən çoxdur dövlət tənzimlənməsinin prioritet istiqamətlərindən biridir.

    Burada hava çox təmizdir və nəqliyyatın əsas növü kimi ölkənin əksər sakinləri velosiped seçirlər.

    6.Finlandiya


    İndeks: 99,00

    Finlandiya ətraf mühitin ən təmiz ekoloji vəziyyəti olan ölkələr arasındadır.

    Cinayət Məcəlləsində ekoloji cinayətlər sahəsində ifadələrin sərtləşdirilməsi məsələsinə baxılır.

    Ölkədə aktual ekoloji problemlərdən biri də təbii yanacaq növlərinin təsirindən torpağın şoranlığının artması və atmosferin istiləşməsi məsələləridir.

    Bu problemlər beynəlxalq səviyyədə tanınır və onların həlli ilə Finlandiya Avropa İttifaqının digər ölkələri ilə birlikdə məşğul olur.

    7.Yeni Zelandiya


    İndeks: 98,99

    Yeni Zelandiyanın əsas simvollarından biri səylə qoruyub saxlamağa çalışdığı 100%-lı “yaşıl” imicidir. Məhz buna görə də ətraf mühitin qorunması və mühafizəsi məsələləri ölkənin inkişafında prioritetlərdən biridir.

    2020-ci ilə qədər dünyada atmosferə karbon tullantılarının neytral balansına malik olan ilk ölkə olmağa hazırlaşır və bununla da dünyada ən təmiz ölkə statusunun tanınmasına nail olmağı planlaşdırır.

    8.Bruney


    İndeks: 98,76

    Bruney dünyanın ən zəngin və təmin olunuş dövlətlərindən biridir.

    Ölkə iqtisadiyyatının əsasını neft hasilatı və emalı (ildə 10 mln.tondan çox) və qaz (12 mlrd. m3-dən çox) təşkil edir.

    Bruney maye qaz istehsalı üzrə dünyada 4-cü yer tutur — ölkə ərazisində qazı mayeləşdirən zavod fəaliyyət göstərir, bu zavod Yaponiyaya və digər ölkələrə qazdaşıyan maşınlar ilə ixrac edilir.

    9.İslandiya


    İndeks: 98,55

    İslandiyanın havası Şimali Atlantikanın okean iqlimi və küləkləri sayəsində təmizdir.

    Həm də ölkənin elektrik enerjisinə olan tələbatı, əsasən, bərpa olunan enerji resursları hesabına təmin edilir.

    Mədən yanacağının daha təmiz alternativi olan geotermal enerji ölkədə və onun əksər hövzələrində binaların 90% – dən çoxunun qızdırılması üçün istifadə olunur.

    10.ABŞ


    İndeks: 97,52

    ABŞ-ın ekoloji problemləri bu istiqamətdə irimiqyaslı hərəkətlərə baxmayaraq, yüksək səviyyədə qalır. Yer üzünün 6% – ni təşkil edən əhali enerji resurslarının yarısını sərf edir, dünya zibilinin 64% – ni və istixana qazlarının 25% – ni buraxır.

    ABŞ-ın əsas ekoloji problemləri iki istiqamət hesab edilir: havanın çirklənməsi və bərk məişət tullantılarının miqdarı. Birinci halda böyük şəhərlər əziyyət çəkir, belə ki, burada çoxlu sayda avtomobil və zavod cəmlənib.

    Buna baxmayaraq, ABŞ ən təmiz havası olan ölkələr siyahısına daxil olub.

  • Alimlər paket çayların təhlükəsindən danışdılar

    Kanadanın Makqilla Universitetinin tədqiqatçıları çay paketinin suya salındığı vaxtda milyardlarla mikro və nanoplastika hissəciklərinin ona qarışdığını müəyyənləşdiriblər. Elmi işin nəticələri “Environmental Science & Technology” saytında dərc olunub.

    Qeyd olunur ki, bir çay paketindən əldə olunan çayda təxminən 11.6 milyard mikropartikül və 3,1 milyard nanohissəcik olur. Mütəxəssislər bildirir ki, bu, digər növ ərzaq və içkilər, o cümlədən plastik şüşələrdə olan su miqdarını xeyli üstələyir.

    Təcrübə zamanı dörd müxtəlif növ meyvə çayının bir neçə paketi istifadə olunub. Paketlərin içərisindən çaylar çıxarılıb və onlar 95C dərəcə suda 5 dəqiqə saxlanılıb. Daha sonra tədqiqatçılar suyu süzərək istifadə olunan paketləri elektron mikroskop altında araşdırıblar.

    Nəticədə, sudakı nanohissəciklərin dəmləmədən sonra meydana gəldiyi müşahidə olunub.

    Tədqiqatçılar bunun ardından əldə edilmiş nanohissəcikləri xərçəngkimilərin yaşadığı mühitə daxil ediblər. Müşahidələrə görə, suda olan plastik hissəciklərin konsentrasiyasının artması xərçəngkimilərin inkişafının ləngiməsinə səbəb olub. Amma hələ ki mütəxəssislər bu hissəciklərin insan sağlamlığına necə təsir göstərdiyini anlamaqda çətinlik çəkirlər.

  • Siqareti tərgitmək istəyənlərə 5 məsləhət – Beyini necə aldatmalı?

    Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir.

    Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.

    Median.Az medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.

    1. Beynin həzz tələbini ödəmək

    Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir.
    Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad.

    2. İştah güclənir

    Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır. Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.

    3. Sakitləşmək yolları

    Nİkotin diqqəti artırır, sinirləri sakitləşdirir. Ona görə siqaretsiz olanda səbəbsiz həyəcan, əsəb, gərginlik, hirsini başqalarından çıxmaq qaçılmazdır. Davamlı siqaret orqanizmdə C vitaminini azaldır. Bu da sinir sistemini çökdürür. Siqareti tərgitdikdə tropik və sitrus meyvələrinə keçin. Eləcə də gün ərzində çox miqdar adi su için. Bu həm arıqladır, həm də zərərli qalıqları çıxarır.

    4. Əlavə hobbilər tap

    Siqaret tərgidərkən orqanizm sanki ölüm siqnalı alır. Həyat, iş, əvvəlki vərdişləriniz sizə maraqsız gələcək. Ona görə öncədən 6 aylıq plan tutaraq, səyahət, səfər, adrenalin verən məşğuliyyətlər, idman, hobbi, əyləncə növləri tapın və ətrafınızı dəyişin.

    5. Qidanızı dəyişin

    Siqaret tərgidərkən qoxu və dadbilmə hissi güclənir. İnsan az qala daşı da yemək istəsin. Elə qidalar yeməlisiz ki, sizin bu tələbənizi ödəsin. Siqaret çəkənlər bolluca meyvə, tərəvəz kababları, dəniz məhsulları – krevetdən tutmuş xərçəngə kimi yeməli, arada pivə içməli, eləcə də müxtəlif smuzilər düzəldib içməlidir ki, dad reseptorlarının qıcıqlanmasının qarşısını alsın.

  • Varlılar uşaqlarına bu adları qoyur

    Elit uşaq geyimləri mağazası “HushHush” uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.
    “Ölkə.Az” oxu.az-a istinadla bildirir ki, siyahıya milyarderlər arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. Siyahı tərtib etmək üçün onlar mağazada qeydiyyatda olan müştərilərin adlarını və İngiltərənin “Sunday Times” qəzetinin hazırladığı min ən varlı insan haqqında məqalədən istifadə ediblər.

    Belə ki, uğur gətirəcək ən məşhur oğlanların adları John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim hesab olunur.
    Milyarder qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adlarına çox rast gəlinir.

    Mağazanın qurucusu Aaron Harpin siyahının gələcək valideynlərə uşaqları üçün “ideal” ad seçiminə və həyatda uğur şansını artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.

  • Siqareti tərgitmək istəyənlərə 5 məsləhət: Beyini necə aldatmalı?

    Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir.

    Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.

    Median.Az medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.

    1.Beynin həzz tələbini ödəmək

    Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir.
    Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad.

    2.İştah güclənir

    Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır. Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.

    3.Sakitləşmək yolları

    Nİkotin diqqəti artırır, sinirləri sakitləşdirir. Ona görə siqaretsiz olanda səbəbsiz həyəcan, əsəb, gərginlik, hirsini başqalarından çıxmaq qaçılmazdır. Davamlı siqaret orqanizmdə C vitaminini azaldır. Bu da sinir sistemini çökdürür. Siqareti tərgitdikdə tropik və sitrus meyvələrinə keçin. Eləcə də gün ərzində çox miqdar adi su için. Bu həm arıqladır, həm də zərərli qalıqları çıxarır.

    4. Əlavə hobbilər tap

    Siqaret tərgidərkən orqanizm sanki ölüm siqnalı alır. Həyat, iş, əvvəlki vərdişləriniz sizə maraqsız gələcək. Ona görə öncədən 6 aylıq plan tutaraq, səyahət, səfər, adrenalin verən məşğuliyyətlər, idman, hobbi, əyləncə növləri tapın və ətrafınızı dəyişin.

    5.Qidanızı dəyişin

    Siqaret tərgidərkən qoxu və dadbilmə hissi güclənir. İnsan az qala daşı da yemək istəsin. Elə qidalar yeməlisiz ki, sizin bu tələbənizi ödəsin. Siqaret çəkənlər bolluca meyvə, tərəvəz kababları, dəniz məhsulları – krevetdən tutmuş xərçəngə kimi yeməli, arada pivə içməli, eləcə də müxtəlif smuzilər düzəldib içməlidir ki, dad reseptorlarının qıcıqlanmasının qarşısını alsın

  • Enerjisi bitən “Tesla” təqib zamanı polisi yarı yolda qoydu

    ABŞ-ın Florida ştatında cinayətkarı təqib edən “Tesla” markalı polis avtomobili yolda qalıb.

    “Lenta.ru” xəbər verir ki, buna səbəb avtomobilin batareyalarının enerjisinin bitməsi olub.

    Santa Klara şəhərində bir polis əməkdaşı cinayət şübhəlisini təqib edib. Polisin dayanma tələbinə əməl etməyən şübhəli isə sürətlə uzaqlaşmaq istəyib. Batareyanın cəmi 9 kilometr məsafə dözə biləcəyini xidmətdəki yoldaşlarına bildirən polis izləməni onların davam etdirmələrini istəyib.

    Avtomobilin hansı səbəbə görə növbədən əvvəl tam doldurulmadığı bəlli deyil. Yerli polis bölməsindən isə bildiriblər ki, hərdən belə hallar yaşanır. Çünki xidmətdən qayıdan polislər batareyanı doldurmağa gərək duymurlar.

    Qeyd edək ki, Kaliforniya polisindən “Tesla” elektromobillərinin yarımillik sınaq müddətində istifadə edildiyi və müəyyən məlumatların toplandığı haqqında açıqlama verilib.

  • “Piylənmə iradə zəifliyinin nəticəsi deyil” – Psixoloqlardan açıqlama

    “Piylənməni insan özü üçün seçmir və piylənməyə görə insanı utandırmaq həmin adamı özü barədə daha pis düşünməyə sövq edir”

    Median.Az BBC-yə istinadla xəbər verir ki, bu fikirlər aparıcı psixoloqlar tərəfindən hazırlanan hesabatda öz əksini tapıb.
    Hesabatda qeyd olunub ki, səhiyyə işçiləri piylənmədən əziyyət çəkən insanların vəziyyətini yüngülləşdirmək üçün “şişman insan” ifadəsi əvəzinə “piylənməsi olan insan” ifadəsini işlətməlidirlər.
    Eləcə də qeyd olunub ki, səhiyyə işçiləri arıqlama mövzusunda daha da dəstəkverici ruhda danışmağı bacarmaq üçün məşq keçməlidirlər.

    Xərçənglə bağlı tədqiqatlar aparan xeyriyyə təşkilatının bu yaxınlarda buraxdığı “kök insanları utandıran” reklam tənqid olunub.
    İngiltərədə piylənmə səviyyəsi 2005-2017-ci illərdə 18 faiz artıb, Şotlandiya, Uels və Şimali İrlandiyada da göstəricilər oxşardır.
    Bu o deməkdir ki, Britaniyada böyüklərin hər dördündən birinin piylənməsi, təxminən üçdə ikisinin isə artıq çəkisi və ya piylənməsi var.

    Britaniya Psixoloji Cəmiyyətinin gəldiyi qənaətə görə, bu, “bir insanın iradə çatışmazlığı ilə əlaqəli deyil” və daha mürəkkəb məsələdir.

    Qeyri-sağlam dərəcədə piylənməyə meylli olan insanlarda bu keyfiyyət genetik səviyyədə özünü göstərir və adətən, belə insanların iş, təhsil rejimi və sosial fəaliyyəti normadan artıq yemək və hərəkətsiz həyat tərzinə səbəb olur.

    “Yoxsul məhəllələrdə yaşayan insanlar tez-tez həyati çətinliklər və travmalar da daxil olmaqla dərin stress keçirirlər. Çox vaxt bu cür ərazilərdə fiziki aktivlik üçün şərait və əlverişli sağlam qidanı əldə etmək imkanları məhdud olur”.

    Hesabatda deyildiyi kimi, insanın psixoloji təcrübəsinin də böyük rolu ola bilər, belə ki, piylənmədən şikayət edənlərin yarıdan çoxu uşaqlıq illərində çətinliklərlə üzləşib.

    İctimai kampaniyalar zamanı, həkimlər, rəsmilər vurğulayırlar ki, artıq çəkiyə görə yaranan utanc və stress hissi çox vaxt daha əlavə yeməklərin yeyilməsinə və nəticədə daha çox piylənməyə səbəb olur.

    Bu yaxınlarda britaniyalı komediyaçı Ceyms Korden piylənməyə görə insanları lağa qoymağın əleyhinə olaraq qeyd edib ki, “əgər bu, kök insanlara arıqlamağa kömək etsəydi, onda məktəblərdə piylənmiş uşaqlar olmazdı”.

    “Bedfordshire” Universitetinin doktoru Angel Çaterin qeyd etdiyi kimi, psixoloqlar sağlamlıq mütəxəssislərinə piylənmə ilə bağlı daha yaxşı ünsiyyət qurmaqda kömək edə bilərlər.

    O deyib ki, piylənmənin müalicəsi asan olsaydı, burada olmazdıq və bu hesabatı yazmazdıq:
    “İradəniz çox güclü ola bilər, lakin doğru qida, sağlam mühit, yaxşı həyat şəraitiniz yoxdursa … çətin olacaq”.