Category: Maraqlı

  • Dünyanın ən xoşbəxt uşaqları bu ölkədədir

    Dünyanın ən xoşbəxt uşaqlarının hansı ölkədə olduğu açıqlanıb.

    UNICEF-in inkişaf etmiş ölkələr arasında apardığı araşdırmalara görə, dünyanın ən xoşbəxt və sevilən üşaqlarının hollandiyalı olduğu məlum olub.

    Hollandiyalı uşaqlar altı aylık olaraqkən gündə amerikalı uşaqlardan iki saat daha çox yatır.


    Hollandiyalı analar uşaqların səhhətinə ziyan verə biləcək qidalardan uzaqdır. Hətta uşaqların sevdiyi şokolad belə onlara verilməməlidir. Çünki onlardan gizlədilən hər şey uşaqlar üçün daha maraqlı olur.

    Hollandiyada hər ailədə uşaqların da sözü keçir. Ailələr bunu etməklə uşaqların gələcəkdə güclü və söz sahibi ola biləcəyini düşünür.//oxu.az

  • Evdə itin olmağı ölüm riskini azaldır – ARAŞDIRMA

    Alimlər it sahiblərinin hər hansı bir səbəbdən ölmək riskinin 24% aşağı olduğunu müəyyən ediblər.

    Bu barədə “Circulation” jurnalında dərc olunan araşdırmada deyilir.

    Qeyd edilir ki, araşdırma çərçivəsində ABŞ, Kanada, Britaniya, Skandinaviya, Yeni Zelandiya və Avstraliyanın 4 milyon sakini üzərində müşahidə aparılıb.

    Onun nəticələrinə görə, evində it olması insanın ölüm riskini 24% azaldır və artıq infarkt və ya insult keçirmiş insanlar üçün isə bu göstərici 31%-dir.

    Nəticələri 336 mindən artıq isveçli kişi və qadının ürək-damar xəstəlikləri keçirmiş it sahiblərinin iti olmayan şəxslərdən daha yaxşı bərpa olunduqlarını göstərən müstəqil araşdırması da təsdiq edir.

    Tədqiqatlar yalnız müşahidəyə əsaslanıb və təkcə itin sayəsində ölüm riskinin azaldığını sübut edə bilmir, lakin bu müşahidələr qanunauyğun əlaqəni müəyyən etməyə kömək edib.

  • DİQQƏT! Bu kartof sizi öldürə bilər – Əlamətlər

    Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərlədiyini bilirdinizmi?

    Median.Az medicina.az-a istinadən bildirir ki, kartofun faydaları ilə yanaşı zərərləri də var. Düzgün şəraitdə saxlanılmayan kartof cücərib yaşıllaşanan zaman hətta bizi zəhərləyərək öldürə bilər.

    Türkiyəli dietoloq Beyza Kose, “Kartof yedikdən sonra ürək bulanması, boğaz ağrısı və baş ağrısı hiss edirsinizsə, dərhal xəstəxanaya gedin” – deyə xəbərdarlıq edib. Onun sözlərinə görə, insan sağlamlığına bir çox müsbət təsir göstərən kartofun, məhsul yığımından əvvəl və sonra saxlanılmasına diqqət edilməsə, səhvlər səbəbindən qida zəhərlənməsinə və ya hətta insan ölümünə səbəb ola bilər.

    Kartofda bitkilər, göbələklər, böcəklər kimi xarici amillərdən qorunmaq üçün bəzi zəhərli maddələr vardır.

    Yığımı və saxlanılmasında nöqsanları olduqda isə (saxlama temperaturu, məhsul yığımı və daşınması zamanı mexaniki zədələr, nəm, havalandırma və zərərli həşəratlar) bu zəhərli maddələr artır və insan həyatına təhlükə yaradır. Çünki kartofun tərkibində bu kimyəvi maddələrdən ən təhlükəlisi solanin var.

    Günəşdə və ya yüksək rütubətdə saxlanılan kartofda solaninin miqdarı artır. Artan solanin xlorofil sintezini stimullaşdırır və kartofun sarıdan yaşıl rəngə çevrilməsinə səbəb olur. Solaninin miqdarı artdıqca, zəhərlənmə təsirindən yaşıllaşma əmələ gəlir. Buna görə yaşıl ləkələr və ya tumurcuqları olan kartofu yeməkdən çəkinmək lazımdır.

  • 1896-cı il: dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi – FOTO

    Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adına real namizəddir.

    “Daily Mail” xəbər verir ki, Kəlküttədən Londona tranzitlə səyahət edən hindin pasportu Əbu-Dabi (BƏƏ) şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.

    Sənədə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanda anadan olub. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin sağ olan ən yaşlı adamı hesab edilir.

    Kişi yaşından daha cavan görünür. Cavanlığın sirrini rahib yoqada, intizamda və cinsi əlaqələrdən imtinada olduğunu bildirib.

    “Mən sadə qidalanıram: ancaq bişmiş, yağsız və ədviyyatsız yeməklər yeyirəm. Süd və meyvə də yeməkdən vaz keçirəm”, – deyə hindli qeyd edib.

    Daha əvvəl jurnalistlərə verdiyi müsahibədə rahib bildirib ki, 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını rahibliyə həsr etmək qərarına gəlib.

    Şagirdləri ona dəfələrlə məsləhət görüblər ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün “Ginnesin rekordlar kitabına” müraciət etsin.




  • Cins şalvarlar planeti necə məhv edir

    Cins şalvarlar bütün dünyada məşhurdur. Sovet dövründə hər adam tapıb ala bilmirdi. Əvvəlcə amerikalı kovboylar və fermerlər üçün tikilən şalvarlar indi bütün dünyada gündəlik geyim predmetinə çevrilib.

    Median.Az Bizimyol-a istinadən xəbər verir ki, cins şalvarların istehsalı ətraf aləmə böyük ziyan vurur. Mütəxəssislər hətta bu geyimin planetin məhvində rolundan danışırlar.

    İndi dünyanın elm adamları baş sındırır ki, havaya buraxılan zərərli qazların miqdarını necə azaltsınlar. Cins şalvarların istehsalı isə bu məsələdə planetin xeyrinə işləmir. Hər il dünyada 4 milyard yeni cins satışa çıxarılır. Bu isə atmosferə 52 milyon ton zərərli qazın göndərilməsi deməkdir.

    Cins istehsalı su mənbələrinin də israfına səbəb olur. Çünki pambıq əkilməsindən tutmuş şalvarların rənglənməsinə qədər suya ehtiyac duyulur.

    Şalvarın mavi rəng alması üçün kimyəvi maddələrdən istifadə olunur. Təsəvvür edin, bir şalvara 10 kiloqrama qədər rəngləndirici gedir. Həmin kimyəvi maddələr sonradan maye halında su hövzələrinə – çaylara, dənizlərə, okeanlara axıdılır. Cins istehsalı daha çox inkişaf etməkdə olan ölkələrdə həyata keçirilir. Həmin ölkələrdə isə su hövzələrinin təmizlənməsinə böyük əhəmiyyət verilmir.

    Pambıq əkilməsi də zərərsiz ötüşmür. Yenə kimyəvi maddələr ortaya çıxır, planetə ziyan dəyir.

  • Alimlər dırnaq laklarının sağlamlığa ziyan vurduğunu müəyyənləşdirib

    Dırnaq laklarının tərkibindəki yüksək toksik maddə insan orqanizminə bərpaolunmaz ziyan vura bilər. Alimlərin gəldiyi nəticə bunu deməyə əsas verir.

    Dırnaq lakları qatılaşmasın deyə, onlara formaldegid, parıltı və hamar səth üçün toluol, çatlamaması üçün isə dibutilftalat adlı maddələr əlavə olunur.

    “Dibutilftalat insanın endokrinoloji sisteminə ziyan vurur. Bu maddəni bir çox ölkələrdə qadağan ediblər. Folmaldegid isə toksik maddə hesab olunur. Bu maddənin onkoloji xəstəliklərə səbəb ola biləcəyi ehtimal olunur”.

    Bu fikirləri Üzvi Kimya İnstitutunun araçdırmaçı mühəndisi Olqa Mulina səsləndirib.

    Toksikoloq Yevgeniy Kovalyov isə qeyd edib ki, maddələrin təhlükəli effekti istifadədən on il sonra özünü göstərə bilər. Alim bildirib ki, əsasən lakların istifadə müddəti bitdikdən sonra onlarda toksik birləşmələr yaranır. Kovalyov onu da bildirib ki, bir çox manikür ustaları lakları keyfiyyət və istehsal tarixinə görə deyil, təkcə rənglərinə görə seçir.

  • Alimlər açıqladı: Gündə bir yumurta yesəniz…

    Çin və Böyük Britaniya alimləri gündə bir yumurta yeyən insanın orqanizmində hansı dəyişikliklərin getdiyini açıqlayıb. Tədqiqatın nəticələri haqqında “Sankt-Peterburq qeydləri” portalında məlumat verilir.

    Tədqiqatlar 2004-2008-ci illər arasında aparılıb. Mütəxəssislər 30 yaşdan 79 yaşa qədər olan 500 mindən çox insanın səhhətini analiz edib. Bundan əlavə, 9 il ərzində seçilmiş könüllülər üzərində müşahidələr aparılıb.

    Nəticədə, gündə bir toyuq yumurtası yeyənlərin orqanizmində insult riskinin 26% azaldığı müşahidə olunub. Bundan başqa toyuq yumurtası infarkt riskini də əhəmiyyətli dərəcədə azaldırmış.

  • Azərbaycanda ailə məsələlərinə televiziya baxışı…

    Cəmiyyətin hərəkətverici qüvvəsidir ailə. Bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdür. İnsanın yetişməsində, tərbiyəsində, ailə ilə yanaşı, mühit də böyük təsirə malikdir. Cəmiyyətdə baş verən dəyişikliklərin, islahat və uğurların ailələrə daşınması prosesi hər zaman mövcud olub.

    Ailə ilə cəmiyyətin qarşılıqlı əlaqəsi bir sıra mənfi və müsbət halların yaranmasına gətirib çıxarır. Adətən cəmiyyətdə yaşanan neqativliklər ailə üzvləri tərəfindən ailələrə inteqrasiya edilir. Bunun da acı nəticələr verdiyi bəllidir. Xoşagələn hallar da ailələrə daxil olur. Amma hazırkı dövrdə yaxşıdan çox pisdən təsirlənirlər.

    Median.Az gencaile.az-a istinadən bildirir ki, Azərbaycan cəmiyyəti, ailəsi dözümlülük, humanistlik, bir qədər də ənənəvilik üzərində dayandığına görə onu elə də böyük təhlükə gözləmir. Ancaq buna baxmayaraq, bu məsələdə ciddi problemlər də çoxdur. Bir çox Azərbaycan ailələri ənənəvi ailə modelini saxlamağa cəhd edir. Düşünürlər, ənənəvilik öz yerini möhkəm tutmalıdır ki, yad təsirlər ailəni içindən yeməsin.

    Axır vaxtlar bir sıra sosial terminlər məişətimizə daxil olub. Tez-tez gender problemindən danışılır, demoqrafiya məsələləri gündəmə gətirilir. Çox yaxşı. Məqsəd qadınların cəmiyyətdəki yerini möhkəmlətmək, xanımların ailə daxilində, cəmiyyətdə, iş prosesində pozulan hüquqlarını qorumaq, onların kişilərlə bərabər hüquqlu olmasının əyani şəkildə görsənməsi və s. məsələlərin həyata keçirilməsidir.

    Yerli televiziyalarda ailə problemləri, o cümlədən də gender, demoqrafiya kimi məsələlər vaxtaşırı çözülür. Ailələrdə, cəmiyyətdə baş verənlər müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin mövzusu ailədir.

    Fakt budur ki, son illər ölkədə boşanmaların sayı artıb, ailədaxili münaqişələrdən əziyyət çəkənlər həddindən artıq çoxdur. Bir çox ailələrdə qadınların hüquqlarının pozulması, onların analıq heysiyyətinin tapdanması halları var. Qadınlar döyülür, təhqir edilir, bəzən insan alverinə, fahişəliyi cəlb edilir. Bu bəlli məsələdir. Boşanma tempinin yüksələn xətt üzrə getməsi isə insanları daha çox narahat etməlidir. Hazırkı dövrdə sağlam, problemsiz ailə qurmaq olduqca çətindir. Ailənin təməlinin möhkəm özüllər üzərində qurulması vacib faktordur ki, ailələr nə qədər çətinə düşsələr də dağılmasın.

    Televiziyalarda ailə məsələlərilə bağlı həm aparıcı, həm də ekspert qismində əksər hallarda elə adamlar çıxış edir ki, ümumiyyətlə onların normal ailə haqda təsəvvürü yoxdur.

    Veriliş aparıcılarının əksəriyyəti ya şou-müğənniləridir, ya da aktrisalar. Ömründə bircə il ərlə yaşamayan, ailə müqəddəsliyinin qədrini bilməyən, qaynana-qayınata qulluğunda dayanmayan, dünyaya qanunsuz övlad gətirən, məişət pozğunluğunda ad çıxaran, gecə barlarının daimi sakini olan bir xanım camaata ailə dərsi keçir. Tövsiyə edir ki, ailə müqəddəsdir, arvad ərin sözünə tabe olmalıdır, ailəni qorumaq lazımdır və s. Amma özləri dediklərinin heç birinə əməl etməyib. Ailə məsələlərilə bağlı teleproqramlara çağırılan ekspertlərin əksəriyyəti də ailə məsələsində kifayət qədər nöqsanı olan şəxslərdir. Öz ailəsini qoruya bilməyən, ərinə, yaxud arvadına ömrü boyu xəyanət edən şəxslər çıxıb ailə paklığından, ər-arvad sədaqətindən danışır. Ailəşünas kimi meydanda görünənlərin əksəriyyətinin tərbiyəsi bir ictimai sima kimi ictimaiyyəti qətiyyən qane etmir.

    Təkliflər var ki, ailənin qorunması, müdafiə olunması, sağlam özüllər üzərində qurulan ailələrdən ağızdolusu danışan ekspertlərin ailə tərkibi, həyatı, keçdiyi yol barədə tamaşaçılara geniş arayış verilsin. Bu fikirdə olanlar bildirir ki, o insanlarla bağlı ən xırda detal belə unudulmalı deyil. O mənada ki, gənclər onlara məsləhət verənlərin kim olduğunu, buna haqqının çatıb-çatmadığını ayırd edə bilsin.

    Gəncliyində müxtəlif kişilərə məşuqəlik edən bir xanım özünü ailə eksperti kimi tamaşaçılara təqdim edir. Bəzi televiziyaların özləri qeyri-sağlam düşüncə və həyat tərzinə malik olan adamları məsləhətçi qismində efirə dəvət edir. Guya ölkədə onlardan başqa adam yoxdur ki, ailədən danışsın. Həyatı boyu o qadının, bu qadının ərinə göz dikən, ailələr dağıdan birisinin haqqı varmı qadın hüquqlarının müdafiəsindən danışa? Belələrinin ailə müqəddəsliyindən danışmaq ixtiyarı olmadığı halda, bu şəxslər paklıqdan söhbət açır. Qondarma psixoloqlar, sosioloqlar, filiosoflar, parapsixoloqlar efirləri işğal edərək öz ziyanlı tendensiyalarını cəmiyyətə ötürür. Təəssüflər olsun ki, bundan da zərər çəkən yeni qurulan ailələr olur. Bəzən aparıcılar və ekspertlər elə fikirlər səsləndirir ki, onun Azərbaycan ailə modelilə heç bir əlaqəsi yoxdur. Bu yanlış istiqamətlər də gəncləri əməlli-başlı çaşdırır.

    Əlaqə saxladığımız sosioloqlar, psixoloqlar bildirir ki, bu qüvvələrin efirlərə çıxmasında maraqlı olan televiziya rəhbərləri var. Həmin rəhbərlər o şəxslərə meydan verməklə cəmiyyətdə ailə haqda qeyri-ciddi fikir formalaşdırmaq istəyir. Tamaşaçı görəndə ki, ailə barəsində danışan adamın özünün ailəsi yoxdur, ömrü boyu əxlaqdan kənar işlərlə məşğul olub, bu ona pis təsir edəcək. Ailə haqda danışmağa haqqı olan adamların televiziyalardan kənarda qalmasının yaxşı əlamət olmadığını deyən psixoloqlardan birinin sözlərinə görə, bu cür verilişlərə 50-60 il ailə təcrübəsinə malik insanlar dəvət edilməlidir.

    Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, televiziya ekspertlərinin əksəriyyəti qeyri-sağlam düşüncə sahibidir. N.Allahverdiyeva da hesab edir ki, televiziyalarda ailə haqda danışan adamların həyatı haqda tamaşaçılara arayış verilməlidir: “Hazırda rayonda yaşadığım üçün paytaxtla o qədər də əlaqəm yoxdur. Bütün xəbərləri televiziya vasitəsilə alıram. Ailə məsələlərilə bağlı proqramları da izləyirəm. Bu verilişlərə ekspert qismində çıxan adamların bəzilərini şəxsən tanıyıram. Doğrudan da onların çoxunun həyat tərzi normal deyil. Bu adamlar əri tərəfindən döyülən, qaynanası tərəfindən incidilən qadınlara elə tövsiyə verir ki, adam məəttəl qalır. Onları tanımayan adam olsa deyər ki, nə saf, nə təmiz adamlardır. Qoy gənclərə məsləhət verənlər öz həyatı haqda heç nəyi gizlətmədən açıqlama versin. Tamaşaçı da görsün ki, onların yeni ailə quranlara məsləhət verməyə mənəvi cəhətdən haqqı çatır, yoxsa çatmır. Bizim Bakı Dövlət Universitetində, Pedaqoji Universitetdə, Milli Elmlər Akademiyasında o qədər gözəl mütəxəssislərimiz var ki, onları yada salan yoxdur. Bu mütəxəssislərin həm həyat tərzi, həm fəaliyyətləri şəffafdır. Onlar gənclərə daha yaxşı məsləhət verə bilər. Amma onların efirdəki yerlərini saxtakarlar tutub. Azərbaycan ailəsi, cəmiyyəti bu gün özünün çox təlatümlü çağını yaşayır. Ənənəvi ailə modelini dağıdıb yerində yeni bir ailə modeli qurmaq istəyirlər. Ailələrimizə kənardan təzyiqlər var. Bu səbəbdən də boşanmalar, ailədaxili münaqişələr səngimək bilmir. Azərbaycan ailəsinin həqiqi mütəxəssislərə böyük ehtiyacı var. Bunu televiziyalar nəzərə almalıdır. Hansı ekspert dəvət edilirsə, əvvəlcə bir neçə dəqiqəlik onun həyatı haqda informasiya verilsin, sonra onu danışdırsınlar. Amma televiziyalar bunu etmək istəmir”.

    N.Allahverdiyevanın sözlərinə görə, aktrisa və müğənnilərin ekspert kimi bu verilişlərə cəlb edilməsi gülünc görünür: “Anlaya bilmirəm ki, bizdə bu qədər peşəkar ola-ola ekspert kimi gündə bir ərə gedən müğənnini niyə dəvət edirlər? Ərindən boşanıb başqa işlə məşğul olan aktrisalar niyə ailə müqəddəsliyindən dərs keçir camaata? Siz ekspert qismində dəvət edilən QHT nümayəndələrinin sırasına baxsanız görərsiniz ki, onların arasında da kifayət qədər ailə institutundan xəbərsiz olanlar var. Özü ailə dağıdıb, ər sözünü götürməyib, amma başqasına deyir ki, dözməlisən. Yaxud əksinə, müraciət edənə boşanmanı təklif edir. Bizim filosoflar, sosioloqlar, psixoloqlarımız var ki, illərdir ailə məsələlərini araşdırır, dərdlərə çarə tapmağa çalışır. Onların sözünə ciddi ehtiyac var. Ailələr qorunmalıdır. Çünki dövlətin tərəqqisində sağlam ailələrin rolu danılmazdır”.

    AILE

    Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının fikrincə də, ailə məsələlərindən danışan adamlar seçilmişlər olmalıdır. Professor Qasımlı deyir ki, elm aləmində, başqa sahələrdə ailə haqqında danışmağa haqqı olanlar çoxdur: “Açığı, bu verilişləri izləmirəm. Bu da ondan irəli gəlir ki, orada danışan adamların şəxsiyyəti, həyat tərzi, ailəyə münasibəti məni qane etmir. Ailəsi bəlli olan biri elə danışır ki, onun yerinə sən utanırsan. Boşanmaların qarşısı alınmalı, gender bərabərliyi təmin olunmalıdır. Amma maarifçilik işi aparanlar əsl mütəxəssislər olmalıdır. Həyat tərzi, düşüncəsi tamaşaçının maraqları ilə ziddiyyət təşkil edənlər efirə buraxılmalı deyil. Onlar əvvəlcə öz ailəsi haqda danışsın, sonra başqasına tövsiyə versin”.

    M.Qasımlının təklifinə görə, televiziyalar populyar adamları ekspert kimi təqdim etmək istəyirsə, şou müğənnilərini deyil, ciddi sənət adamlarını seçsin: “Azərbaycan səhnəsində olan qadın və kişilər yalnız yüngül həyat tərzi keçirənlərdən ibarət deyil. Bizdə kifayət qədər ciddi təməl üzərində qurulan ailəyə sahib olan tanınmışlar var. Bu cütlüklər 40-50 ildir ki, problemsiz bir yerdə yaşayır, pis gündə də, yaxşı gündə də bir yerdə olurlar. Oğul-uşaqları, nəvə-nəticələri var. Hər kəs onların ailəsini nümunəvi ailə kimi tanıyıb qəbul edir. Xoşbəxt ailənin reseptini onlardan yaxşı bilən yoxdur. Yaxud uzun illər bir yerdə yaşayan nənə-babalarımız var. Onların da həyat tərzi böyük bir məktəbdir. Bu cütlüklərin tövsiyəsi gərəkdir cavanlara. Ailə həyatında böyük təcrübə sahibi olanlar efirə dəvət edilməlidir. Təklif olunduğu kimi, ailələrin qorunması ilə bağlı məsləhət verənlərin həyatı haqda tamaşaçılara məlumat verilməlidir. Güman edirəm ki, televiziyalarımız bu təklif əsasında düşünəcək”.

    İslam dini sahəsində maariflənmə işinə dəstək olan xanımlardan hacı Sevinc Əzimbəyli də digər ekspertlərin fikirlərini bölüşür. S.Əzimbəylinin dediyinə görə də, televiziyada ailə məsələlərilə əlaqədar danışanlar camaatın qəbul etdiyi şəxslər olmalıdır: “Ailədən danışanların çoxu buna mənəvi haqqı olmayanlardır. Xalqın yaxşı cəhətdən tanımadığı adamların ekspertlik etməsi yaxşı hal deyil. Bu məsələyə ailə dəyərlərimizin layiqli daşıyıcıları cəlb edilməlidir”.

  • Tik-Tok qızları necə “zəhərləyir”?

    Son zamanların böyük insan kütləsini özünə cəlb edən Tik-Tok sosial şəbəkəsi artıq mənfi təsirlərini göstərməyə başlayıb. Böyük əksəriyyəti azyaşlı xanımlardan ibarət olan sosial media istifadəçiləri öz bədənlərinin yarıçılpaq və çılpaq videolarını lentə alaraq insanlarla paylaşır.

    Median.Az gencaile.az-a istinadən bildirir ki, cəmiyyət, mentalitet, əxlaq baxımından xoş qarşılanmayan bu cür hallar gündən-günə artmaqdadır. Artıq Tik-Tok bəzi xanımların həyatının bir parçasına çevrilib. Yarandığı ilk gündən ziyalıların mənfi dəyərləndirdiyi bu sosial şəbəkə vasitəsi çox qorxunc hal alıb.

    Psixoloq Aytən Ələkbərova bildirir ki, hazırda ailələrin dağılmasına gətirib çıxaran əsas səbəblərdən biri Tik-Tok kimi sosial şəbəkə vasitəsidir:

    “Bəzi insanlar özlərini şəxsiyyət kimi təqdim edə bilmədikdə müxtəlif yollarla gündəmə gəlmək istəyirlər. Bu cür insanlar daha çox film aktrisalarının, müğənnilərin özəl həyatına maraq göstərərək onlara bənzəməyə çalışırlar.

    Və onlar sosial şəbəkələrdə öz görüntülərini yayaraq “bu gün məni beş adam izlədi, sabah altı adam izləyəcək” kimi fikirlərlə cəmiyyət arasında tanındıqlarını zənn edirlər.

    Bəzi qızlarımız və müəyyən yaşa dolmuş xanımlarımızda şəxsiyyət pozuntusu getdiyindən etdikləri hərəkətlərin fərqinə varmırlar. Fikrimcə, hər bir insan atdığı addımda “nə istəyirəm”i düşünməlidir. Əks təqdirdə isə ortaya heç də xoş hadisələr çıxmayacaq.

    A.Ələkbərova onu da söyləyir ki, gənc qızlarımızın biri-birlərinin bəhsinə etdikləri hərəkətlər sevgi üzərində qurulacaq münasibətlərə deyil, məhz ehtiras və hisslər üzərində qurulacaq münasibətlərə gətirib çıxarır:

    “Bəzi gənc qızlar Tik-Tokda bədələrinin videolarını paylaşaraq, oynayaraq özlərinə müğənni kimi diqqət çəkmək istəyirlər. Yəni müğənniləri təbliğ edirlər. Artıq həmin qızlar gözəgəlimli olduqda əks cinsin nümayəndəsi olan sosial şəbəkə istifadəçisi ilə tanış olur. Həmin vaxt da tanış olduğu şəxsin evli, subay olmasını bilmədən onlar tərəfindən aldadılırlar.

    Sonda da həmin xanıma “sən normal qız olsaydın, Tik-Toka çıxıb mənim kimi 50 oğlanla yazışmazdın” deyilir. Eyni zamanda iki-üç uşaq anası yoldaşının telefonunu götürərək bu cür sahələrə maraq göstərir. Yoldaşı gördükdə də deyir ki, “mən o oğlanla danışmamışam”, amma normalda oğlanla qoşa duet çəkib. Hazırda ailə münasibətləri heç də doğru getmir. Artıq bu məqamda psixi inika öz sözünü deyir”.

  • Dünyanın sirli məkanları — Heyvanları daşa döndərən göl

    Avropaya getmək, Amerika gəzintisinə çıxmaq, Afrikanı kəşf etmək demək olar ki bir çoxlarının xəyalıdır. Görmədiyimiz yeni yerləri görmək, fərqli adət ənənələri kəşf etmək bəzən ifadəolunmazdır. Lakin dünyada elə yerlər var ki, sirrlərini bu günə kimi qoruyub saxlayıb.
    Median.Az
    sirli məkanlarının siyahısını təqdim edir:

    1 Natron gölü-Tanzaniyada yerləşən bu gölün tərkibində miqdardan artıq alkoloid olduğu üçün həmin suya yaxınlaşan heyvanlar daşa dönür.


    2 Nöqtəli göl- Kanada da yerləşən bu gölün 365 çuxuru var. Üstəlik hər bir çuxurda fərqli xəstəliklərə çarə olan ayrı-ayrı mineral maddələr var.


    3 Sualtı park-Avstraliyada yerləşən sualtı parkı qışda park, yayda dağlarda qar əriməsi nəticəsində göl olur.


    4 Qitələri ayıran çat-İslandiyada yerləşən Silfra yarığı gölü Şimali Amerika ilə Avrasiyanı bir-birindən ayırır. 


    5 Kano kristalları-Kolumbiyada yerləşən bu göl yay aylarında bitki örtüyünə görə qırmızı rəngə boyanır. Bu şəlalə yer kürəsində görülməsi vacib olan yerlərdən biridir. 


    6 Qan tökülmələri-Antarktidada bitmək bilməyən bəyaz qarların və suların rəngini qırmızıya boyayan ərazi. Belə ki, ərazidə dəmirin miqdarı çox olduğuna görə bu yerlər qırmızı rəngə boyanaraq qan tökülməsi mənzərəsini yaradır. 


    7 Rhone və Arve kanalı-İsveçirədə yerləşən iki gölün palçıqlı və aydın suyu heç vaxt bir-birinə qarışmır. 


    8 Çəhrayı sahil-Bahama adalarında yerləşən bu sahil mərcanlar və minerallar səbəbi ilə çəhrayı rəngdədir.


    9 Buz mağarası-Alyaskada yerləşən bu mağaranın necə yaranmasının sirri bilinmir. Mağarada yerləşən buzlarda mavinin bütün tonları hakimdir. 


    10 Yeddi div dağları-Rusiyada yerləşən bu dağın necə yaranması məlum olmasa da yeddi dağın, yeddi güclü insanı simvolizə etdiyi rəvayət edilir.