Category: Maraqlı

  • Qədim yeraltı qitələrin sirri açıldı – TƏDQİQAT

    ABŞ-ın Kaliforniya Universitetinin alimləri 2900 kilometr dərinlikdə yerləşən qitə böyüklüyündə nəhəng qaya kütləsi tapıblar. Əvvəllər zəif sürətlə hərəkət edən bu böyük birləşmələrin (LLSVP) okean plitələrinin qalıqları olduğuna inanılırdı. İndi onların təbiətinin daha mürəkkəb olduğu ortaya çıxdı. Elmi işin nəticələri “Geokimya, Geofizika, Geosistemlər” jurnalında dərc edilib.

    Tədqiqatçıların fikrincə, LLSVP-lər Yerin yaranmasından bəri mövcud olan strukturdur. Onlar planetar nüvənin xarici qabığına bitişikdir. Bunlardan biri Afrika, digəri Sakit Okeanın altındadır. Onun diametri minlərlə kilometrə, qalınlığı isə min kilometrə çatır. Uzun müddətdir ki, elm adamları strukturların okean qabığının parçaları ilə subduksiya nəticəsində mantiyaya düşdüyünü fərz edərək, LLSVP ilə onların üstündəki yer qabığının geokimyəvi tərkibi arasında əlaqə yaratmağa çalışıblar.

    Geodinamik modelləşdirmənin nəticələri göstərib ki, yerdən səthə qalxan mantiya plumları şaquli yox, üfüqi vəziyyətdə hərəkət etməlidir.

  • Rusiyada qoca dişli balıq tutdu – FOTO

    Rusiyada 73 yaşlı təqaüdçü qəribə dişli balıq tutub. Bu haqda “Moyo! Onlayn” saytı yazır.
    Qoca Voronej su anbarında balıqçılıq edibmiş. Bu zaman o çapağa oxşayan balıq tutub. Ən maraqlısı odur ki, balıqın dişləri vardır.  

    Mütəxəssislərin fikrincə balıq Cənubi Amerikada yaşayan və piranyalar sinfinə aid olan “qəhvəyi paku” ola bilər. Lakin onun Rusiyanın mərkəzi regionuna necə düşməsi heç kəsə məlum deyil.
    Təqaüdçü balığı xatirə üçün qurutmaq qərarına gəlib.

  • Qabıq və meyvə arasındakı ağ hissəni — Mütləq yeyin!

    Bəzi meyvələr var ki, onlar qabığı ilə, bəziləri isə qabıqsız yeyilir.
    Median.Az
    medicina.az-a istinadən qreypfrut, naringi, portağal kimi qabığı soyulduqdan sonra altında qalan ağ hissəciyin orqanizmə olan faydaları haqda məlumat təqdim edir.

    – Bu ağ hissə sinir sistemini sakitləşdirir;

    – Qan dövranını yaxşılaşdırır;

    – Xolesterola və yüksək təzyiqə qarşı mübarizə aparır;
    – İştah açır;

    – Dərini canlandırır, gözəlləşdirir;

    – Həzm prosessini yaxşılaşdırır.

  • İnsanın öldürülmə vaxtını təyin edən üsul tapıldı

    Seçenov Universitetinin alimləri Verona Universitetindən olan italiyalı həmkarları ilə birlikdə cinayət vaxtı insanın ölüm anını necə müəyyənləşdirməyin yolunu tapıblar.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu, mikroflyuid kağız kimi gözün vitreusundakı ammoniumun miqdarını təyin edən yeni texnologiyanın istifadəsi çərçivəsində baş verəcək.

    Ölüm vaxtını təyin etmək üçün vitreus nümunələri bir test zolağına yerləşdirilir, sonra ammoniumun və xüsusi reaktivin kağız üzərində qarşılıqlı təsirinin nəticəsi mobil telefonla çəkilir. Şəkil rəngdəyişməsinin dərəcəsini təyin edən tətbiqetməyə yüklənir. Nəticə insanın öldüyü vaxt intervalını təyin edir.

    TyumQU Hüquq və prosedur kafedrasının dosenti Viktor Kazımovun fikrincə, belə bir texnika gələcəkdə kriminalistlərin standart prosedurlarından biri ola bilər.

    Bundan əvvəl Rusiya müstəntiqləri məhkəmə ekspertizası zamanı cinayətlərin açılmasına kömək edən qurğular barədə danışıblar.

  • Stüardessadan mədə bulandıran etiraf

    Amerikalı stüardessa təyyarədəki çaydan və qəhvə maşınlarının ildə sadəcə dörd dəfə sterilizə edildiyini bildirib.

    “Air Hollywood” şirkətində işləyən Camila Hardvik adlı qadın təyyarədən istifadə edən sərnişinlərə uçuş zamanı çay və qəhvə içməməyi tövsiyə edib.

    O, həmçinin, təyyarədə əyləşərkən oturacaqları nəm salfetlə silməyi də məsləhət görüb.

  • Bir qaşıq vasabi yedi, ürəyi parçalandı – Suşi yeyənlər diqqət!

    İsrail həkimləri təcrübələrində rast gəldikləri qeyri-adi tibbi fakt barədə məlumat verərək bildiriblər ki, acılı yapon ədviyyatı, daha çox suşi yanında verilən vasabi yedikdən sonra kəskin ürək sınması, yırtılması baş verə bilər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, 60 yaşlı pasiyent toyda bir qaşıq vasabi yedikdən sonra halı pisləşdiyindən xəstəxanaya gəlib. Vasabini yedikdən 10 dəqiqə sonra o, döş qəfəsində sıxıcı ağrının çiyin və qola yayılmasının şahidi olub, daha sonra ağrı başlayıb.

    Səhəri gün ağrılar dayanmadığından o, həkimə gəlir, müayinə zamanı qadının təzyiqinin yüksəlməsi fonunda üərin sol mədəciyinin disfunksiyası, kardiomiopatiya aşkarlanır.

    Ürək əzələsinin bir sahəsi ölmüşdü. 12 saatdan sonra təkrar EKQ ürək ritminin də pozulmasını göstərdi.

    Həkimlərin fikrincə, bir qaşıq vasabinin birdən birə qana stress hormonu ifrazı sinir sistemini hiperaktiv dərəcədə oyadaraq, ürəyin koronar damarlarını yükləyib. Nəticədə qadının ürəyinin bir hissəsi sıradan çıxıb.

  • Xərçəngin qrip kimi yayılmasının səbəbi məlum olur – Alimlər içməli sudan şübhənir – DƏHŞƏTLİ ARAŞDIRMA

    Xərçəngin qrip kimi sanki keçici, yoluxucu xəstəliyə çevrilməsi bir çoxlarını narahat edir. Bir neçə müddətdir bu kütləviliyə səbəb kimi içməli sudan şübhələnirdilər.
    İndi alimlər də bu fərziyyənin üzərində dayanıb və bu barədə analitik araşdırma aparıblar.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bir qrup Amerika alimi əhalini içməli su ilə təmin edən 48 362 kommunal sistemi yoxlayıb. Suda olan kanserogen təsirli maddələrin siyahısı, miqdarı və təsiri araşdırılıb.

    Bu araşdırmanın nəticələri artıq dərc edilib.

    “İçməli su çox mürəkkəb faydalı və zərərli maddə birləşmələri ilə zəngindir, hazırda hökumət sağlamlıq üçün içməli su keçiricilərinin təhlükəsini çox az parametrlərlə və yalnız iri stansiyalarda aparır – deyə araşdırmanın müəllifi bildidir. – Realda isə havadan da çox su çirklənməyə məruz qalır, lakin su hava kimi ciddi, geniş yoxlamalara uğramır. Yeni analiz metodu suyun kumulyativ qiymətləndirilməsinə əsaslanır”.

    ABŞ Səhiyyə qurumlarının məlumatına görə, normal yaşam şəraitində xərçəng 70 yaşdan sonra baş verir. Əgər onkoloji diaqnoz artıq daha gənc yaşda insanları əhatə edirsə, burda ətraf mühit, xüsusən içməli su amili diqqətdə saxlanmalıdır.

    Xərçəngin yaranmasında sudan gələn təhlükə suyun mərgümüşlə (mışyak) çirklənməsidir. Eləcə də suyun dezinfeksiyası üçün istifadə edilən məhsullarda olan radioaktiv uran və radium kimi elementlərin çox olmasıdır.

    Ən yüksək risk olan su daha çox kiçik qəsəbə, ucqar əyalət yaşayış məskənlərini təmin edən su təchizatı mənbələrindədir. Çünki burda qrunt sularından istifadə edilir.

    İri şəhər, paytaxt su təchizatı sistemləri insanların sağlamlıqlarının təminatına daha ciddi fikir verir.

    Analitik araşdırmalar sübut edib ki, çirkli su, kommunal təsərrüfat və aiddiyyatı qurumların fəaliyyəti həmin ərazidə onkoloji riskin artmasına birbaşa təsir edir.

    İçməli su resurslarının kompleks çirklənmə səviyyəsi yüksək olduqca, onkoloji xəstəlik riski bir o qədər artır.
    Çox keyfiyyətsiz və zərərli maddələrlə zəngin içməli su həmin ərazi uzrə hər 100 min əhali sayında 12% xərçəngə yoluxmaya səbəb olur.

    Əgər Amerika kimi sivil və inkişaf etmiş ölkədə içməli su xərçəngin yayılmasında bu qədər rol oyana bilirsə, o zaman Azərbaycanda əhalinin içməli su təchizatındakı problemləri nəzərə alsaq, burda vəziyyətin daha acınacaqlı olduğunu anlamaq çətin deyil. Məsləhətimiz odur ki, istər marketdən aldığınız, istər birbaşa mənbədən evə gələn suyun təmizlənməsi üçün özünüz tədbir görəsiz və nə olursa olsun özünüzü və ailənizi keyfiyyətli içməli su ilə təmin edəsiz.

  • Dünyada süni mayalanma ilə dünyaya gələn ilk insan: Mənə qeyri-adi adam kimi baxırlar

    Süni mayalanma üsulu ilə dünyaya gələn ilk insan Luis Braun artıq 41 yaşını qeyd edir. Yaşı ərəfəsində Türkiyənin NTV kanalında qonaq olan Luis Braun, uşaqlığından bəhs edib və insanlarda maraq doğuran sualları cavablandırıb. Onun sözlərinə görə, uşaqlıq illərində onun fərqli üsulla doğulduğunu bilən dostları onu qeyri-adi insan kimi görürmüş. Braunun bacısı da onunla eyni taleni yaşayıb.

    Median.Az medicina.az-a istinadən həmin müsahibəni təqdim edir:

    – Həyatın necə davam edir ? Fərqli bir hadisə yaşamısan ?
    – Əslində hər kəsin həyatı kimi mənim həyatım da normaldır, amma media marağında olduğum üçün tez-tez pediatriya sahəsində tədbirlərə, televerilişlərə dəvət alıram. Hətta yolda gedərkən mənimlə şəkil çəkdirmək üçün yaxınlaşanlar belə olur. İnsanlar tərəfindən diqqət görmək, sevilmək bu çox gözəldir. Uşaq olduğumda hər zaman anamdan soruşardım: “Mən normal böyüyəcəm? Fiziki quruluşumda hər hansısa bir fərqlilik ola bilərmi?”. Çünki xəbəri eşitdiyim ilk gündən çox narahat idim.
    Anam və atam məktəbə başlamazdan əvvəl məni qarşılarına qoyaraq, sadəcə fərqli doğulduğumu dedilər və həqiqətən də fərqliliyimin sadəcə bunda olduğunu bildirdilər. Ondan sonra çox rahatlaşdım və həyatıma davam etdim.

    – Yəni siz tamamilə normalsız? (Zarafatla)
    – Əlbəttə.. ( Gülür )
    Özümdə fiziki və ya bioloji heç bir fərqlilik görmürəm.

    – Ailəniz süni mayalanma ilə övlad sahibi olmaq qərarına necə gəliblər?
    – Ailəm uzun illər övlad sahibi ola bilməyiblər və 9-cu ilin sonunda həkimə müraciət ediblər. Daha əvvəlki sınaqlardan xəbərdar imişlər və onlarda süni mayalanma ilə bağlı sınaqda iştirak etməyə qərar veriblər.

    – Bacınızın da süni mayalanma üsulu ilə doğulduğunu qeyd etmişdiniz, elədir?
    – Bəli, o, dünyada süni mayalanma ilə doğulan 40-cı uşaqdır. Məndən 4 il sonra doğulub.

    – Süni mayalanma üsulu ilə doğulduğunuzdan ilk dəfə nə zaman xəbərdar oldunuz?
    – 4 yaşım var idi və yaşadığımız ərazi kiçik idi. Hamı mənim süni mayalanma üsulu ilə doğulduğumu bilirdi. Ailəm də mən məktəbə başlamadan əvvəl bunu bilməyimi istəyiblər. Və beləcə 4-cü yaş günümdə bunu mənə dedilər.

    – Dostlarınız və başqa uşaqlar bunu biləndə sizi necə qarşıladılar?
    – Heç bir əks münasibət göstərmədilər. Sadəcə mənə daha üstün biriymişəm kimi baxırdılar. ( Gülür) Dostlarım isə hər zaman yanımda oldu, bir yerdə böyüdük.

  • Alimlər: Venerada əlverişli həyat şərtləri ola bilər

    NASA-nın Qoddard Kosmik Tədqiqatlar İnstitutu Veneranın bir milyard il əvvəldən sabit iqlim, maye su və digər uyğun yaşayış şərtlərinə sahib ola biləcəyinə dair nəticəyə gəlib.

    Bu barədə “Science Alert” məlumat yayıb.

    Planetin keçmişi suyun ümumi dövranını yenidən qurmağa imkan verən 3D GCM proqramından istifadə edərək modelləşdirilib. Daha sonra okeanların 10-dan 310 metrə qədər dərinlikdə olduğu və ya Veneranın bütün səthini əhatə etdiyi müxtəlif ssenarilərə baxılıb.

    Modelləşdirmə nəticələri göstərdi ki, 4.2 milyarddan 700 milyon il əvvələ qədər Venerada 20-40 dərəcə isti temperaturda mayenin mövcudluğu şəraiti mümkün olub.

    Tədqiqatçılar hesab edir ki, iqlim sabitliyi geokimyəvi karbon dövrü dağıldığında başa çatıb və bu zaman karbon qazı atmosferdən təbii halda silikat süxurlar tərəfindən udulma yolu ilə çıxarılıb.

    Bu, intensiv vulkanik fəaliyyətlə əlaqədar ola bilər ki, bunun nəticəsində də maqma səthdə bərkiyər və qazın reabsorbsiyasının qarşısı alınar.

  • İnsan ölümdən əvvəl nə hiss edir? — Alimlər açıqladı

    Danimarka, Norveç və Almaniya alimləri insanların ölümdən öncə nə hiss etdiklərini müəyyən ediblər.
    Median.Az
    xəbər verir ki, insanların 10 faizinin ölümdən öncə həyəcan hissi keçirdiyi məlum olub.

    Alimlər bildiriblər ki, bu cür həyacan həqiqətən də ölüm təhlükəsi ilə üzləşən insanlara, habelə bu təhlükə ilə qarşılaşmayan, lakin bunun əksini düşünənlərə xasdır.
    Tədqiqatda iştirak edənlər bildiriblər ki, ölümdən öncəki vəziyyətdə bir çoxlarında (78 faiz) zamanın qavranması dəyişib. Daha 65 faiz bu cür durumda düşüncə sürətinin artdığını, 63 faiz isə hisslərin kəskinləşdiyini qeyd edib.