Category: Maraqlı

  • Azərbaycanda işlənmiş, çirkli “pamperslər” əhalidən alınır – MÜƏMMALI BİZNES – FOTO

    Artıq 2 aydan çoxdur ki, sosial şəbəkələrdə, qadın qrupları və instagramda “İşlənmiş pamperslərin alışı” adı altında elanlar və şirnikləndirici əməkdaşlıq barədə postlar paylaşılır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış, xüsusilə sidikli pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər.


    Bir bez üçün 0.03 qəpik təklif edən naməlum “biznes” nümayəndələri pampersləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir, yerindəcə pulunu ödəyirlər. Bir çox qadınlar işlənmiş pamperslərin yenidən emal edilib, ucuz brend altında təzədən satışa çıxacağından ehtiyat edərək, bu təklifə qarşı çıxır.


    “İşlənmiş pampersləri nə edəcəksiz, niyə alırsız” sualının cavabı da müəmmalıdır: “Bu, biznes sirridir”.

    Təklif bir qədər iyrənc olsa da, bir çox kasıb ailələr işlənmiş pamperslərin 10-20 ədədini yığıb pul götürməkdə maraqlıdır.

    İşlənmiş pamperslər sonradan fabrikdə emal olunub təzə pampers hazırlamaq məqsədilə yığılmır. İşlənmiş pampers biznesi bir çox ölkələrdə var.

    Kirli pampersləri bağ-bostan, parnik işlərində istifadə edirlər. Belə ki, bezin tərkibində olan hidrogel nəmliyi özünə çəkib saxladığı üçün, suvarmaya qənaət edir, torpaq və bitki daha az su ilə daha çox nəm qalır.

    Amma Azərbaycanda bu biznesin qanuni olub-olmaması, qaydalara nə qədər əməl edilib -edilməməsi sual altındadır. Görünür, parnik və bostan biznesmenləri məhsuldarlıq və suya qənaət üçün bu metodu seçiblər və onlara kirli pampersləri insanlardan yığan xüsusi bir qrup yardım edir.

  • Günə xoşbəxt başlamağın 10 yolu

    Xoşbəxt olmaq üçün səhərlər xoşbəxt oyanmaq və günə xoşbəxt başlamaq çox önəmlidir.
    Bir çoxumuz üçün günə ilk oyandığımız zaman başlamaq elə də xoş bir şey olmaya bilər. Əslində, bunu tərsinə çevirmək mümkündür. Niyə siz də səhərlər xoşbəxt bir şəkildə oyanan insanlardan olmayasınız?

    Səhərlər günə xoşbəxt başlamaq istəyənlər üçün 10 məsləhət:

    1. Sosial şəbəkələrdən uzaq durun

    Gözəl bir günə başlamaq üçün səhərlər mobil telefonlarınızdan və sosial şəbəkələrdən uzaq durun. Qısa müddət ərzində fərqi hiss edəcəksiniz.

    2. Erkən yatın

    Əgər siz səhərlər xoşbəxt oyana bilmirsinizsə, böyük ehtimalla gecə gec saatlara qədər yatmayanlardansınız.
    Yatağa erkən girdiyiniz zaman ola bilsin dərhal yata bilməyəcksiniz. Lakin belə etməklə, bədəninizə yuxuya hazırlaşması üçün zaman vermiş olarsınız. Üstəlik beləcə, səhərlər daha asan və daha erkən oyana bilərsiniz.

    3. Səhərlər qərar almayın

    Araşdırmalara görə, səhərlər daha az qərar versəniz, günə daha xoşbəxt başlaya bilərsiniz. Buna görə də qərarlarınızı yatmadan öncə alın.

    4. Pərdələri yarı açıq saxlayın.

    Hava şəraiti və günəş işığı hamımızın ruh halını dərhal dəyişdirir. Səhərlər günə daha yaxşı başlamaq üçün oyandığınız zaman, icazə verin otağınıza biraz günəşişığı düşsün.

    5.Telefonunuzda zəngli saatının səsi əvəzinə sevdiyiniz bir musiqi səsi ilə oyanın

    Səhərlər sevdiyiniz bir musiqi ilə oyanmaq kimisi yoxdur. Hazırlanarkən sevdiyiniz mahnıları dinləmək qədər, sizi oyandıran zəngli saatın səsi də, ruh halınız üzərində təyin edici rol oynayır. Buna görə də zəngli saatın səsini yumşaq və təbii səslərdən seçməyi və arada dəyişdirməyi unutmayın.

    6. Duş qəbul edin.

    “Yaxşı bir duşun həll edə bilməyəcəyi heç bir şey yoxdur.” deyirlər. Səhərlər ən sevdiyiniz sabun və ya duş geli ilə ilıq bir duş qəbul edərək günə başlamağı yoxlayın.

    7.Oyanan kimi əzələlərinizi gərin.

    Səhərlər əzələlərinizi gərmək, bədəninizdəki qan dövranını sürətləndirir. Bu gərilmə hərəkətlərini yatağınızda belə edə bilərsiniz. Əzələlərinizi gərdiyiniz zaman ifraz olunan endorfin, stresinizi azaldar və günə daha pozitiv başlamağınızı təmin edər.

    8. Yataq otağınızı təmiz saxlayın

    Səhərlər təmiz bir otaqda oyanmaq, günə daha yaxşı duyğularla başlamağınıza səbəb olur.

    9. Yatağa girmədən öncə yemək yeməyin

    Rahat bir yuxu yatmaq istəyirsinizsə, gecələr yatağa girmədən öncə bir şeylər yemək vərdişindən vazkeçməlisiniz.

    10. İlham verən bir şeylər oxuyun

    Səhərlər ilham verici sözlər oxumaq, günəyaxşı başlamağınızı təmin edə bilər.

  • 20 il mikrodalğalı sobadan istifadə nüvə bombası radiasiyası qədər zərərlidir – Yaponlardan “mikrovolnovka” qadağası

    3 il bundan öncə Yaponiya bütün mətbəx, evlərdə işlənən mikrodalğalı sobaların, peçlərin utilizasiyasını, yəni xüsusi olaraq yığılıb ayrı bir zonada məhv edilməsi barədə qərar imzaladı.

    Bütün təşkilatlar, özəl qurumlar, vətəndaşlardan bu qanun əməl etmək və mikrodalğalı sobalarını təhvil vermək tələb edilirdi. Kim bu qanuna tabe olmasa, 5 ildən 10 ilə kimi həbsə düşə bilərdi.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Yaponiya kimi ölkədə müasir və lazımlı bir cihaz birdən-birə qadağa olunub.

    Səbəb Hirosima universitetinin alimlərinin tədqiqatlarının nəticəsi idi. Belə ki, alimlər müəyyən etmişdilər ki, 20 il mikrodalğalı peçləri işlədərkən yayılan radioaktiv dalğalar şəhər əhalisi üçün 1945-ci ildəki nüvə bombası partlayışının zərəri qədərdir.

    Bu sobada qızdırılan, bişilən qida insan və kainat bioritmləri ilə uyğun gəlmir, harmoniyanı pozur, çox zərərlidir.

    Mikrodalğalı sobanın içində maqnetron trubka var ki, bu qurğu elektrik enerjisini radiomikrodalğaya çevirir. Qida bu dalğaları “udur” və onun molekullar mənfi və müsbət enerji ilə yüklənir.

    Xüsusən, mikrodalğalı sobada donmuş ətin və ət yeməklərinin qızdırılması təhlükəlidir. Ətin qeyri-bərabər qızması onda bakteriyaların çoxalmasına səbəb olur ki, bu cür ərzaqdan istifadə etmək təhlükəli ola bilər. Ətin buzunun əridilməsinin ən yaxşı yolu onu soyuducunun aşağı hissəsində bir müddət saxlamaqdır

    2021 -ci ildə Cənubi Koreyada da mikrodalğalı soba istehsalı dayandırılacaq, Çİn isə 2023-cü ilə kimi bu məişət texnikasından tamam imtina edəcək.

    Kaşiriya onkoloji mərkəzində keçirilən konfransda xərçəngin profilaktikası üçün təklif olunan məsləhətlərin siyahısında mikrodalğalı sobadan imtina da yer alıb.

    – Mikrodalğalı sobada plasmas qabda (birdəfəlik qablarda) yemək qızdırmaq qəti olmaz. Çünki plasmas material kimi isinməyə məruz qaldıqda, ondan ayrılan kimyəvi birləşmə, maddə insanda 38 növ xərçəngin yaranmasına səbəb olur.

    Qeyd edək ki, pediatrlar körpə uşaqların yeməyinin, çayının və s. mikrodalğalı sobada qızdırılmasını tövsiyyə etmir. Eləcə də həkimlər dərman preparatlarının mətbəxdə mikrodalğalı soba üzərində qoyulmasını qadağan edir, çünki sobadan yayılan dalğalar dərmanın tərkibini pozur.

  • Alimlər depressiyanın yaratdığı xəstəlikləri açıqladılar

    Cənubi Avstraliya Universitetinin nəzdində olan dəqiq sağlamlıq mərkəzinin alimləri depressiyanın 22 müxtəlif xəstəliyə səbəb olduğunu müəyyən ediblər.

    Bu barədə qurumun saytında məlumat verilir.

    Qeyd edildiyi kimi, depressiv pozğunluq ürəyin işemik xəstəliyi, astma, ezofagit, qastroenterit və sidik sisteminin pozğunluğuna səbəb olur. Mütəxəssislər belə bir nəticəyə genetik analizin (MR-Phevas-analiz) köməyi ilə 337 536 nəfərin məlumatlarının öyrənilməsi zamanı gəliblər.

    Depressiyanın nəticələrini azaltmaq üçün həkimlər qidalanmağa böyük diqqət ayırmağı və ümumiyyətlə sağlam həyat tərzinə riayət etməyi məsləhət görürlər.

  • Bitki və kərə yağını qarışdırmayın! – Bu xəstəlikləri yaradır

    Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

    Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.

    Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.

    Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.

    Doktor Anşina yemək hazırlanması zamanı yağları qarışdırmamağı tövsiyə edir. Misal üçün, kartof və ya kotlet qızardanda bir çox qadınlar bunu bitki və kərə yağlarının qarışığında edir. Bu yolverilməzdir.

    Həmçinin kardioloq qeyd edir ki, ayrı ayrılıqda kərə və bitki yağında hazırlanmış qidaları eyni qida qəbulu zamanı yemək olmaz. Məsələn, kərə yağında hazırlanmış sous və bitki yağı əlavə olunmuş salat eyni qida qəbulunda yeyilməməlidir.

  • Ət az yeyənlərin beyninə qan sıza bilər – ALİMLƏR

    Oksford universiteti alimlərinin 18 illik araşdırmasının nəticəsi bəlli olub. 50 min insan üzərində aparılan tədqiqat göstərib ki, vegeterianlıq, ətdən imtina və ət yeməmək həmin insanda beyin qan dövranı pozğunluğu yaradıb, insulta səbəb olur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, hemorragik insulta təhrikedici məqamlar qanda yaxşı xolesterinin az olması və B 12 vitamin çatışmazlığıdır.

    Lakin ət yeməyənlərdə ürək -damar xəstəlikləri riski az olur.

    Həkimlər, çox ət yeyənlərə gündəlik normanı 90-100 qrama kimi azaltmağı tövsiyyə edir, amma tam kəsməyi məsləhət görmür.

  • Dünyanın ilk Daun sindromlu evli cütlüyü – Gündə 100 dəfə “sevirəm” deyirlər

    Dünyanın ilk Daun evli cütlüyü artıq 24 ildir ki, bir yerdədirlər.

    1995-ci ildə evlənən Merienn və Tommi Pilinq dünyada ilkə imza atmağı bacarıblar. Onlara qədər heç bir Daun sindromlu insan bir-biri ilə evlənməmişdi.

    Bu il onların evliliyinin 24 ili oldu. qadının 48, kişinin 60 yaşı var.

    Median.Az medicina.az-a istinadən bildirir ki, cütlüyün həyatı normal evliliklərdəki kimidir. Onlar birlikdə gəzir, ev təmir edir, yemək bişirir.

    Meri deyir ki, ilk görüşlərində anlamışdı ki, bu insanla ömrünün sonuna kimi qalacaq. İLk üzükləri is plasmasdan olub. Sonradan qızın valideynləri cütlüyə həqiqi nişan üzüyü alaraq, xeyir-dualarını veriblər.

    Toyları yüzlərlə Daun sindromlu qonaqların da qatıldığı kilsədə olub.

    Onlar Merinin ailəsinə yaxın yerdə mənzildə məskunlaşıb, ilk vaxtlar gənc ailəyə təsərrüfat işlərində dəstək edirdilər, daha sonra onlar hər şeyi, hətta pul xərcləməyi də müstəqil etməyi bacardı.

    Tommi gündə 100 dəfə arvadına Səni sevirəm deyir, onlar bir birindən 10 dəqiqə belə ayrı qala bilmir.

    Meri və Tommi evlənəndə qınayanlar çox oldu, Daunlu insanların ailəyə uyğun olmadıqlarını deyirdilər. Amma onlar səhv etmişdi. Daun sindromlular da evlənib xoşbəxt ola bilər.

    Bəs cütlüyün çətinliyi nədədir?

    Əlbəttə ki, onlar oxuyub yazmağı bilmir, saatı bilmir, eləcə də ütü işlətməyi bacarmır. Bazarlıq edirlər, amma ərzaqların istehsal tarixini oxuya bilmirlər. Bu işdə onlara satıcılar kömək edir.

    Artıq yaşlaşan ərinin bütün qayğılarını Meri özü çəkir.

  • Pozitiv olmaq ömrü uzadır — Alimlərdən açıqlama

    ABŞ da aparılan bir araşdırmaya görə, xoş niyyətli insanlar digərlərinə nisbətən 11 ilə 15 faiz daha uzun ömürlü olurlar.
    Median.Az
    bildirir ki, BBC də yer alan xəbərə görə, Boston universitetində mütəxəssislər tərəfindən aparılan bir araşdırmada on minlərcə qadın və kişi yer alıb. Xəstələrin üzərində pozitivlik səviyyələri, ümumi sağlamlıq vəziyyətləri, idman, dieta, siqaret və spirtli içki alışqanlıqları yoxlanılıb.

    Xəstəxanada aparılan araşdırma müddətində, qadınları 10 il, kişiləri isə 30 il müşahidə ediblər. Aparılan araşdırma pozitiv olanların 11 ilə 15 faiz daha uzun ömürlü olduqlarını və digərlərinə görə 85 yaşına qədər yaşaya bildikləri ehtimallarının daha çox olduğunu göstərilib.

    Araşdırmaçılardan biri Proffesor Lewina Lee, ‘’ilk göstəricilərin daha pozitiv insanların hədəflərini gerçəkləşdirmək üçün özünə inamın, problemləri asan yolla həll etdiklərini və bunun da duyğularını və stress səviyyələrini daha rahat idarə etdiklərini göstərdiyini’’ qeyd edib.

    ‘’Pozitiv olmaq ömrü uzadaraq, sağlam qocalmağa səbəb olur’’.

    Stressin immun sisteminə olan təsirləri haqda da danışan Lawina Lee, pozitiv insanların infeksiyalarla və stressin səbəb olduğu xəstəliklərlə daha asan başa çıxdıqlarını da xüsusi vurğulayıb.

    Lee ‘’xoşbəxt bir gələcək xəyal etməyin insanlarda pozitivlik səviyyəsinin artdığını göstərdiyini qeyd edib.
    Xoşbəxt və pozitiv insanların niyə daha uzun yaşadıqları ilə bağlı mübahisəli məsələlərin olmasına baxmayaraq yenə də pozitiv düşünməyin tərəfində olduğunu da bildirib. Mütəmadi olaraq neqativ düşünməkdən uzaq durmaq stresslə başa çıxmaqda çox yardımçı ola bilər.

    Mütəxəssislər daima neqativi düşünən insanlara da ‘’xoşbəxt bir gələcək xəyalı ilə yaşamağın daha faydalı ola biləcəyi’’ məsləhətini veriblər.

    Yaxşı bəs necə daha pozitiv olmaq olar?

    Northumbria universitetində çalışan alimlərdən biri Michael Smith də gündə iyirmi dəqiqə yazı yazmağın, kitab oxumağın, musiqiyi dinləməyin və aşiq olmağın stresslə başa çıxmaqda yardımçı ola biləcəyini bildirib. Smith eyni zamanda gündəlik ifadələrdə və ya insanın daxili iç səsi dediyimiz düşüncələrində də pozitiv sözlərdən istifadə etməyin əhəmiyyətli olduğunu qeyd edib.

    Daha əvvəllər də alimlər pozitiv olmağın uzun ömürlülüyə təsir etdiyi barədə araşdırmalar aparmışlar.

  • Alimlərdən qazlı içkilərlə bağlı ÖLÜM XƏBƏRDARLIĞI: gündə bir stəkan içirsinizsə…

    Alimlərin araşdırmalarına görə, qazlı içkilər ciddi xəstəlik riskini artırır.

    Medicina.az xəbər verir ki, gündə iki və daha çox stəkan qazlı su istifadəsi ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Əksinə, ayda maksimum bir stəkansa müvafiq riskləri əhəmiyyətli dərəcədə azaldır. Nəticələri “JAMA Internal Medicine” jurnalında təqdim olunan araşdırmada 19 ildə 19 mindən çox insan iştirak edib. Müşahidələr başlayan zaman onların heç birində xərçəng, diabet və ya insult rast gəlinməyib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, eskperiment göstərib ki, gündə ən azı iki stəkan (0,5 l) şirin və qazlı içki içən kişilər və qadınlarda mədə-bağırsaq traktının xəstəliklərindən ölüm riski artırır, sadə qazlı içkilər isə ürək-damar xəstəliklərini şiddətləndirir. Alimlər çox miqdarda qazlı içki istifadəsinin Parkinson xəstəliyinin artması riskinə səbəb olduğunu da dilə gətirib.

    “Əldə etdiyimiz məlumatlar göstərir ki, qazlı içkilər qanda şəkərin səviyyəsini yüksəldir. Bu da bağırsaq mikroflorasını dəyişdirərək və bağırsaq infeksiyalarına qarşı həssaslığı artıraraq bağırsaq iltihabına səbəb ola bilər. Həzm xəstəliklərinə yüksək həssaslıq olmasının səbəbi də budur” , – deyə Atlanta Emori Universitetinin tibb üzrə dosenti, doktor Şaron Horeş Berqkvist qeyd edib.

    Kaloriya Nəzarət Şurasının prezidenti Robert Rankinsə öz növbəsində istehlakçılara xüsusi məhsulların zərərli olması barədə təhrif edilmiş bir şəkil verdiyini qeyd edərək tədqiqatı tənqid edib. Onun sözlərinə görə, aşağı kalorili qatqılar hərtərəfli öyrənilir və təhlükəsizdir.

    Fransada 100 mindən çox insanı əhatə edən başqa bir araşdırma da göstərib ki, konservin yalnız üçdə biri və ya 100 ml qazlı su istifadəsi xərçəng riskini 18% artırır. Döş xərçəngi inkişaf ehtimalı 22% -ə qədər artır. Eyni statistika təzə sıxılmış şirələr üçün də aktualdır. Odur ki, alimlər qazlı içki pərəstişkarlarına suya giləmeyvə və ya meyvə parçaları əlavə edərək içməyi məsləhət görürlər.

    Bundan əlavə, gündə 76 qrama qədər qırmızı ət yeyən insanlarda xərçəng riski 20% yüksəldiyi, alkoqolun isə xərçəngin inkişaf ehtimalını 8% artırdığı bildirilib.

    Qızartma üçün bitki yağıları çox təhlükəlidir, bu iltihablı bağırsaq xəstəliklərinin inkişafına təsir göstərir və bağırsaq xərçəngini doğurur. Mütəxəssislər yağdan təzə və soyuq halda istifadə etməyi məsləhət görürlər.

    Daha əvvəl Amherstdəki Massaçusets Universitetinin alimləri bitki yağında bişən qızartma yeməklərinin xərçəngin ağırlaşmasına səbəb ola biləcəyini müəyyən edib.

    Tədqiqatçıların fikrincə, ABŞ-da bir çox insan bu və ya digər dərəcədə mədə-bağırsaq traktı problemlər yaşasa da, fəstfud və qızardılmış yeməklərdən imtina etmirlər.

    Araşdırmanı elm adamları siçanlar üzərində aparıb. Təcrübələr sübut edib ki, bitki yağı hər vəziyyətdə gəmiricilərin sağlamlığını pozur. Odur ki, bitki yağında bişən qidalar xərçəng riskini artıran əsas amillərdən biridir.

    Soyuqdəymə ilə əlaqəli olmayan səs batması, zəif öskürək, tüpürcəyi udmaqda çətinlik, ishal və ya qəbizlik də xərçəng əlamətlərini göstərə bilər. Xərçəng simptomları arasında qırmızı qan hüceyrələrinin az olması, anemiya, sidik artması və bu zaman ağrılı müşahidə olması, həmçinin sidikdə qan və bir ay genişlənmiş limfa düyününü göstərmək olar.

    Eyni zamanda həkimlər, xəstəlikləri aşkar etmək üçün qan okomarkerlərinə qan analizi verməyin mənasız olmadığını düşünürlər. Qarın boşluğunun və cinsi orqanların ultrasəs müayinəsi ilə kifayətlənmək lazımdır, qadınlar həm də mamoloq müayinəsindən keçməlidir. Bundan əlavə, nəcis analizini aparmaq lazım olduğuna işarə edilir – bu, dəqiq bağırsaq xərçəngi diaqnozunu təyin etməyə imkan verir.

  • Anasının ölümündən 56 gün sonra dünyaya gəldi

    Polşanın Krakov şəhərində universitet xəstəxanasının həkimləri anasının ölümündən 56 gün sonra dünyaya gələn uşağı xilas edə biliblər.

    Mk.ru-nun verdiyi xəbərə görə, ana hamiləlik zamanı dünyasını dəyişib.

    Belə ki, sağlamlığında yaranan ciddi problemlərlə əlaqədar o, beş aylıq hamiləlik zamanı xəstəxanaya yerləşdirilib. Beyni artıq ölsə də, həkimlər uşağın bətndə sağlam şəkildə inkişaf etməsi üçün lazımi həyat funksiyalarını qorumağa çalışıblar.

    Keysəriyyə üsulu ilə dünyaya gələn qız uşağı hazırda 1250 qram çəkidədir. Bir müddət xəstəxanada saxlanılandan sonra o, nənəsi və babasına təhvil verilib.