Category: Maraqlı

  • Mövsümü gəldi: Balıqdan zəhərlənməmək üçün bunlara nəzər yetirin

    Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.

    Median.Az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    AQTA təzə balıq seçərkən nələrə diqqət yetirməklə bağlı da təlimatlar verib.

    • Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur.

    • Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır.

    • Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur.

    • Təzə balığın qanı açıq-qırmızı rəngdə və iysiz, köhnə balığınkı isə qaraya çalan rəngdə və pis qoxulu olur.

    • Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük və göz bəbəyi mat olur.

    • Təzə balığın qəlsəməsi tünd-qırmızıya, köhnə balığınkı isə boz rəngə çalır. Təzə balığın əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.

    • Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, onun pulları əlinizə gəlir, lakin tökülmürsə, deməli, balıq təzədir.

    • Təzə balıqda qəlsəmələrin üzərindəki selik qatı şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik qatı şəffaflığını itirərək ağ, sarı, boz və sair rənglərə çevrilə bilər.

    • Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.

    • Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün onların soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Balıqlar dondurucuda saxlanılmalıdır.

  • Erkən infarktın yaranmasının daha bir səbəbi

    Yeniyetmə yaşlarında artıq çəkiyə malik kişilərin 65 yaşından öncə infarkt keçirmə riski daha yüksəkdir.

    Bu barədə Parisdə keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konqresində İsveçin Geteborq Universitetinin doktoru Mariya Aberq danışıb.

    Onun sözlərinə görə, bədən çəkisi indeksinin (BÇİ) 27,5-dən 29,9-dək artması miokard infarktının əmələ gəlməsi riskini 2,64 dəfə, BÇİ-nin 30-dan 34,9 qədər artması isə ürək tutması riskini 3,05 dəfə çoxaldır.

    Tədqiqatda 1950-1987-ci illərdə anadan olan 1,7 milyona yaxın yeniyetmə iştirak edib. Onlar 18 yaşında tibbi müayinədən keçərək icbari hərbi xidmətə göndəriliblər. Daha sonra, 1969-cu ildən 2016-cı ilədək nəzarətdə saxlanılıblar. Bu illər ərzində 22,4 min ürək tutması faktı qeydə alınıb. Miokard infarktı orta hesabla 50 yaşında qeydə alınıb.

    Artıq çəkinin infarkta səbəb olması ilə bağlı bu araşdırma əvvəlki nəticələri təsdiqləyib.

    M.Aberqin sözlərinə görə, yeniyetmələrdə artıq çəki probleminin artması ilə əlaqədar olaraq, gələcəkdə infarkt və insult göstəriciləri də arta bilər:

    “Valideynlər, məktəb rəhbərlikləri və siyasətçilər uşaq və gənclər arasında piylənmə epidemiyasının qarşısını almaq üçün təcili tədbir görməlidirlər”.

  • Tatunun insan xarakterinə təsiri üzə çıxdı

    Kanadanın MakMaster universitetinin bir qrup alimi tatu ilə impulsivlik arasında əlaqəni müəyyən edib.

    “Rambler” xəbər verir ki, tədqiqata əsasən, tatu sahibləri tələskən olurlar və hərəkətlərinin nəticələrini düşünməməyə meylli olurlar. Tatusuz insanlar isə təcrübə zamanı özlərini daha impulsiv göstəriblər.

    Təcrübədə mindən çox insan iştirak edib. Onların 255-inin bədənində tatu olsa da, 781 nəfər döyməsiz olub. Alimlər təcrübədə iştirak edən könüllülərə iqtisadi oyun təklif ediblər. 18 saat ərzində bir dollar əldə etmək və ya 3 həftə ərzində daimi olaraq artan 1.05-2.5 dollar arası məbləği götürmək.

    Mütəxəssislər ikinci varianta üstünlük verənləri müşahidə ediblər. Tatu həvəskarları ikinci varianta daha gec qoşulublar. İkinci mərhələdə isə könüllülərə cavabı düzgün olmayan suallar verilib.

    Tatusu olan könüllülər tələskənlik göstərərək daha çox düzgün olmayan cavablar veriblər.

  • Ученые допустили скорое исчезновение бананов

    Британские ученые провели исследование и выяснили, что к 2050 году бананы могут полностью исчезнуть из жизни людей.

    Как передает Median.Az, об этом говорится в журнале Nature Climate Change.

    Специалисты изучили влияние климата на произрастание бананов в 27 странах, которые чаще всего осуществляют поставки плодов. Согласно результатам, бананы действительно могут исчезнуть из-за изменения климата на планете и повышения температуры.

    По мнению экспертов, из-за повышения мировой температуры урожаи бананов могут снижаться, а в 2050 году плоды могут и вовсе исчезнуть.

    «Мы очень обеспокоены воздействием на бананы таких факторов, как «панамская болезнь», — добавили ученые.

  • Ət yeməyənlərə xəbərdarlıq: Fəsadları uşaqlarınıza təsir edə bilər

    Valideynlərin riayət etdikləri vegetarian və veqan dietaları onların uşaqlarının əqli qabiliyyətinə mənfi təsir edə bilər.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu haqda britaniyalı dietoloq Emma Derbişirin “BMJ Nutrition” nəşrində dərc olunmuş məqaləsində deyilir.

    Məqalənin müəllifi bildirib ki, heyvan mənşəli qidadan imtina etmək xolin çatışmazlığına səbəb olur. Qeyd edək ki, xolin baş beyinin inkişafı üçün lazımdır və adətən ətdə, yumurtada və süddə onun miqdarı çox olur.

    Derbişir qeyd edir ki, xolin dölün baş və onurğa beyin strukturunun düzgün formalaşması üçün vacibdir və hamiləlik zamanı onun çatışmazlığı körpənin sinir borusunda qüsurların yaranmasına səbəb olur.

    Keçən ilin dekabrında Deyvis Kaliforniya Universitetinin professoru Frenk Mitloner bildirib ki, ətdən kütləvi şəkildə imtina etmək ətraf mühitə təsiri azaltmayacaq və əksinə, bu təsiri daha da artıracaq.

    2016-cı ilin martında Kornel Universitetinin bioloqları “Molecular Biology and Evolution” jurnalında dərc olunmuş məqalələrində vegetarian dietasının mənfi nəticələrindən yazıblar. Onlar qeyd ediblər ki, bu dietaya riayət edən insanlarda qalın bağırsaq xərçənginin və ürək-damar sisteminin xəstəlikləri riski yüksək olur.

  • Qadınlarla mübahisə mənasızdır — ALİMLƏRDƏN SÜBUT

    Alimlər qadınlarla mübahisə etməyin mənasız olduğunu müəyyən ediblər.

    Qadınlarda epizodik yaddaş yaxşı inkişaf etdiyindən praktik olaraq onlarla mübahisə etməyin heç bir mənası yoxdur.

    Median.Az xəbər verir ki, belə bir rəyə İsveçin Karolin İnstitunun alimləri apardıqları araşdırma nəticəsində gəliblər.

    Alimlər hesab edir ki, qadınlar kişilərdən fərqli olaraq bəzi hadisələrin detallarını daha yaxşı xatrılayır və mübahisə zamanı bundan lazım olan anda çox məharətlə istifadə edirlər.

  • Kartofu qızardarkən xərçəng törədən maddə yaranır – Düzgün bişirilmə qaydası

    Nişastalı ərzaqlar, xüsusən kartof dağ yağda qızardılarkən orqanizm üçün toksiki təsir edən və kanserogen maddə kimi tanınan Akrilamid yaranır. Onun yaranmasını və təsirini minimuma endirmək üçün, kartof free, çips və sadəcə qızartma zamanı bir neçə qaydaya əməl etmək lazımdır.

    Qeyd edək ki, akrilamid 120 dərəcə və yuxarı temperaturda kimyəvi reaksiyalardan yaranır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarının analizləri göstərdi ki, Avropa Birliyinə daxil olan 24 ölkədə və Amerikada akrilamid əsasən bu qida məhsulları ilə yayılıb: çips, fri, kofe, ponçiklər, qarğıdalı partlaması – hansı ki, tərkibində şəkər və yüksək miqdar nişasta vardır.

    Ən yüksək hədd isə çips və qızardılmış kartofda müəyyən edilib.
    Hazırda akrilamid təhlükəsindən qorunmaq üçün Avropada yeni texnologiyalar hazırlanır, xüsusi fermentlərin əlavə olunması nəzərdə tutulur ki, həmin reaksiya baş verməsin.

    Evdə isə kartof qızardarkən, bu zərərli maddənin təsirini minimuma endirmək üçün kartofları soyduqdan sonra qızartmazdan öncə 1 saat suda saxlayıb, nişastasını yumaq lazımdır.

    Kartofu çox yüksək temperaturda qızılı və qəhvəyi rəng alıb qızarana kimi saxlamayın. Bir az saraldı yetərlidir. Eləcə də qızardarkən çox nazik doğramayın, əksinə qalın kəsin. 14 mm ölçüdə kartofda daha az akrilamid yaranır.

  • Ayın arxa tərəfində qəribə — MATERİAL TAPILDI

    Çinlilər ayın arxa tərəfində qəribə bir material tapıblar.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Çində Rover “Yuytu-2” ayın arxa tərəfində bilinməyən bir material aşkar ediblər.

    Bu, kraterlərdən birinin araşdırması zamanı qeydə alınıb.

    Missiyanın saytında fotoşəkillərin iyul ayının sonunda əldə edildiyi dəqiqləşdirilib. Maşının gövdəsində Visible və Near-Infrared Spectrometer (VNİS) spektrometri quraşdırılıb ki, bu da ondan əks olunmuş işıq üzrə materialın tərkibini müəyyən etməyə imkan verir. Alimlər tapıntının nədən ibarət olduğunu hələ başa düşə bilməyiblər və yalnız “qeyri-adi rəng” və “helobraz şəklində”olduğunu bildiriblər. 2019-cu ilin yanvar ayında Çinin “Çanye-4” aparatı ayın arxa tərəfinin fotoşəkillərini yerə çatdırıb.

    Peykin səthinin şəkilləri yaxın məsafədən ilk çəkilmiş şəkillər olub. Aparat Ayın geoloji quruluşu və onun qruntunun tərkibi barədə məlumat toplayacaq, həmçinin bir sıra aşağı tezlikli radioəzarətli müşahidələr aparacaq. Ayın arxa tərəfindəki mantiyanın ilkin nümunələrində alimlər aşağı kalsium və yüksək dəmir tərkibli yüksək sıxlıqlı minerallar – piroksenlər və olivinlər tapıblar. Mütəxəssislərin fikrincə, bu qayalar əvvəlcə yuxarı mantiyanın bir hissəsi olub, lakin meteoritlər səbəbindən səthə qalxıb.

  • Gözəllik salonlarının məşhur proseduru sağlamlığa zərər vura bilər

    Qadınların çox istifadə etdiyi “kirpik uzatma” proseduru xoşagəlməz nəticələrə səbəb ola bilər.

    Bu barədə “The Sun” yazır.

    Britaniyanın “Cadogan Clinic” oftalmologiya klinikasının həkimi Elizabet Houksun sözlərinə görə, son zamanlar süni kirpik istifadəsi ilə bağlı göz infeksiyalarının artımı müşahidə olunur.

    “Kirpiklərin uzadılması prosedurlarının növləri artdıqca göz qapaqlarının infeksiyası isə bağlı təxirəsalınmaz problemlərin sayı da artır”, – deyə ekspert izah edir.

    O, kirpiklərin üstündə şiş çıxıntıları formasında üzə çıxan xroniki iltihab xəstəliyi – blefariti misal çəkib.

    E.Houks xatırladıb ki, kirpiklər, ilk növbədə, gözü toz və mikroblardan mühafizə üçün nəzərdə tutulub, həmçinin görmə qabiliyyətinin qorunması üçün son dərəcə əhəmiyyətlidir. Gözəllik prosedurlarından həddən artıq istifadə isə kirpiklərin tökülməsinə səbəb ola bilər.

  • Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır

    İsveçdə Karolina İnstitutunun alimləri qadınların yaddaşını kişilərin yaddaşı ilə müqayisə etmək məqsədilə araşdırma aparıblar.

    Bu barədə “Daily Mail” yazır.

    Mütəxəssislər 1973-2003-cü illərdə 1,2 milyondan çox insan arasında aparılan 600-dən artıq tədqiqatın nəticələrini incələdikdən sonra belə qənaətə gəliblər ki, qadınlarda epizodik yaddaş daha yaxşı inkişaf edir.

    Bu səbəbdən onlar öz həyatlarında baş verən hadisələrin xırdalıqlarını, məsələn, danışıq əsnasında deyilənləri daha yaxşı yadda saxlayır, yaxud ötən həftə müəyyən vaxtda nə baş verdiyini daha tez yada sala bilirlər.

    Bundan başqa, qadınların göz və sensor yaddaşı daha güclüdür, ona görə də onlar insanların üzlərini daha yaxşı yadda saxlayır, müxtəlif qoxuları daha yaxşı ayırd edə bilirlər.

    Bununla yanaşı, alimlərin sözlərinə əsasən, kişilərin də bəzi üstünlükləri var. Onlar məkanla bağlı məlumatları daha asan yadda saxlayırlar. Bu səbəbdən, məsələn, onlar üçün avtomobili parkinq etdikləri yeri tapmaq daha asandır.

    Alimlər onu da vurğulayır ki, epizodik yaddaş yaddaşın ən həssas növlərindən olduğu üçün yuxusuzluq, stress və qocalma kimi mənfi amillərin təsirinə daha meyillidir.