Category: Maraqlı

  • Amerikalı uzun barmağı ilə internet istifadəçilərini təəccübləndirdi – VİDEO

    20 yaşlı amerikalı tələbə Ceykob Pina sosial şəbəkə istifadəçilərini uzun baş barmağı ilə təəcübləndirib.

    “Newshub” xəbər verir ki, şəkillərini və videolarını gənc “Instagram” və “TikTok” şəbəkələrində paylaşır.

    “İnsanlar mənim baş barmağımı görəndə havalanırlar və öz barmaqları ilə müqayisə etməyə çalışırlar”, – deyə, Ceykob bildirib.

    Onun sözlərinə görə, baş barmağının uzunluğu 13 santimetrdir və o, bu anomallığın səbəbini bilmir. Lakin gənc məmnuniyyətlə barmağını nümayiş etdirir və bundan qürur duyur.

  • Özünüzü aclıqdan öldürməyin…

    Arıqlama bütün dünyada trendə çevrilib. Ehtiyac oldu-olmadı, çox adan arıqlamaq üçün dəridən-qabıqdan çıxır. Əksəriyyət də dietoloqa, mütəxəssisə müraciət etmədən, pəhriz saxlayaraq, iştahanı kəsən müxtəlif vasitələr qəbul edərək, çəki atmağa çalışır. Ancaq bilmirlər ki, kor-koranə tətbiq edilən bu üsullar “aclıq xəstəliyinə” – alimentar distrofiyaya, bu isə bəzi hallarda ölümə gətirib çıxara bilər.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, alimentar distrofiya uzun müddət qeyri-kafi qidalanma xəstəliyi olub, ümumi tükənmə, maddələr mübadiləsinin bütün formalarının pozulması, toxumaların və orqanların distrofiyası və funksiyasının pozulması ilə xarakterizə olunur. Yaranma səbəbi orqanizmə kifayət qədər qida maddələrinin daxil olmaması və onların yaxşı mənimsənilməməsidir. Uzun müddət qida qəbulundan imtina etməklə orqanizmdə suyun, zülalların, karbohidratların tamamilə azalması nəticəsində əmələ gələn bu xəstəliyin əsas əlaməti sürətlə arıqlamaqdır. Həzm traktının divarında və həzm vəzilərində distrofik dəyişiklər onların funksiyaların pozulması isə müşahidə olunur, orqanizmdə mübadilənin pozulmasını daha da kəskinləşdirir. Uzun müddət qida qəbulundan imtina etmək mədə-bağırsaq infeksiyalarının inkişaf etməsinə şərait yaradır, nevrogen mənşəli anoreksiya əmələ gəlir və nəticədə kaxeksiya inkişaf edir.

    Əlamətləri:

    – saç tökülməsi

    – quru dəri

    – çəkinin azalması

    – iştahanın azalması (olmaması)

    – amenoreya (menstruasiyanın olmaması)

    – tez-tez sidik ifrazı (pollakiuriya)

    – əzələ zəifliyi

    – ümumi zəiflik, yorğunluq

    – nəbzin zəif vurması

    – dərinin qızarması

    – qan təzyiqinin düşməsi

    – bradikardiya

    – diş əti qanaması

    Alimentar distrofiyanın 3 mərhələsi ayırd olunur.

    I mərhələ qidalanmanın zəifləməsi, tez-tez sidik ifrazı, iştahanın artması, susuzluq, xörək duzunun qəbuluna istəyin artması ilə xarakterizə olunur.

    II mərhələdə nəzərə çarpan arıqlama ilə yanaşı, xəstənin ümumi halı pisləşir.

    Əzələ zəifliyi, əmək qabiliyyətinin itməsi baş verir, bədən temperaturu düşür, ayaqlarda ödəmlər yaranır. İştahanın və susuzluğun artması, tez-tez sidik ifrazı, müxtəlif orqanlarda başlanğıc distrofik dəyişikliklər və psixi dəyişikliklər müşahidə olunur.

    III mərhələ üçün orqanizmin tükənməsi və fiziki zəifliyi, dərialtı piy toxumasının tamamilə itməsi, əzələlərin atrofiyası, kəskin halsızlıq (sərbəst hərəkət qabiliyyətinin tamamən itməsi), süstlük, psixikanın nəzərə çarpacaq dərəcədə pozulması, ürək və böyrək çatışmazlığı əlamətləri, anemiya, güclü qəbizlik xarakterikdir. Sonra hipotermiya (xüsusi hallarda bədən temperaturu 30 C qədər düşür), hipertenziya, asidoz inkişaf edir. Lazımi tədbirlər görülmədikdə xəstəliyin gedişatı proqressivləşərək, aclıq komasına çatır. Tibbi yardım edilməsə, III mərhələdə xəstələrin ölümü tədrici və ya qəfləti (1 sutka ərzində) baş verir.

    Xəstəliyin müalicəsi var. Ancaq xəstə bunu özbaşına müalicə etməyə çalışmamalıdır. Yalnız həkim şəxsin çəkisini artıran, amma zəifləmiş həzm sistemini birdən-birə yükləməyən xüsusi pəhriz təyin etməlidir. Qida ilə yanaşı, dərman müalicəsi, hətta lazım olsa, parenteral qidalanma təyin edilə bilər. İlk günlər xəstənin fiziki və psixoloji sakitliyinə tam nəzarət olunmalıdır. Aclıq xəstəliyi müddətində bədənin bütün funksiyaları pozulduğu üçün müalicə kompleks şəkildə həyata keçirilməlidir.

  • Gənc gəlinlər evdən niyə qaçır? – SƏBƏBLƏRİ SADALANIR

    “Elə bir qadın yoxdur ki, rahat, isti, sevgi dolu ocağını qoyub qaçsın”.

    Median.Az bildirir ki, bu sözləri Lent.az-a Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O bildirib ki, ailə quran hər bir qadın xəyalında qurduğu rəngarəng həyat tablosu, məhəbbət dolu münasibət, ona veriləcək dəyərlər alt-üst olanda, çarəsiz qalanda, dərdini deyəcək olmayanda, hədə-qorxulardan, öldürülməkdən qorxanda bu qərarı verə bilər:

    “Bəzən televiziyalarda, sosial şəbəkələrdə, seriallarda gördüyü xanımların həyatlarına qibtə hissi, onlar kimi azad, təminatlı yaşamaq həvəsi bu addımı atmağa vadar edir. Bundan başqa, erkən nikaha cəlb edilən, sevginin nə olduğunu bilməyən, lakin illər sonra kimdənsə xoş rəftar görən, bunu sevgi hissi ilə qarışıq salan, onun bədbəxtliyinə bais olan insanlara nifrət hissi, həmçinin məşəqqətli həyat sürən, qaynana, baldız, qayın tərəfindən daima zorakılığa məruz qalan xanım da bu addımı ata bilər”.

    Z.Mustafayeva qeyd edib ki, hazırda anti-təbliğatın qurbanı olan xanımlar çoxdur:

    “Çox vaxt asan qazanc mənbəyi sayılan gəlin və qızları yalançı vədlərlə tora salaraq onların həyatlarını məhv edənlər, zəif bəndləri çox asanlıqla tapıb, öz iyrənc niyyətlərini həyata keçirənlərin də sayı kifayət qədərdir. Əxlaqsızlıq yuvalarında fəaliyyət göstərən xanımların sayı günü-gündən artmaqdadır, onların əksəriyyəti belə tora düşən xanımlardır.

    Bildirim ki, fahişəliyə cəlbetmə insan alveri sayılır və bu işlə məşğul olanlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Bəzən məsuliyyətsiz xanımlara da rast gəlirik ki, onlar azad, təminatlı, eyş-işrətli gün keçirirlər. Bu zaman uşaqlar əziyyət çəkirlər, psixoloji travma alırlar və atılmış, kimsəsiz, zorakılığa məruz qalmış uşaqların əksəriyyəti belə ailələrdəndir”.

    Birlik sədri deyib ki, ailə sevgi üzərində qurulmalıdır:

    “Valideynlər övladlarına mənəvi dəyərləri aşılamalıdırlar. Qızlar və gəlinlər müğənnilərə, rəqqasələrə özlərini bənzətməməlidirlər. İstər kişinin, istərsə də qadının etdiyi xəyanət bağışlanan deyil. Onlar hansısa addımı atanda övladlarının gələcəyini, valideynlərini, yaxınlarını düşünməlidirlər. Qadın ləkəsiz olmalıdır, hansısa addımı atanda bilməlidir ki, daha geriyə yol yoxdur və onu qabaqda hansı çətinliklər gözləyir.

    Rayon və şəhərlərin demək olar ki, hər birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin yardım mərkəzləri fəaliyyət göstərir. Zorakılığa məruz qalmış, çarəsiz, ailədə problemi olan xanımlar bu mərkəzlərə müraciət edərək, sosial, psixoloji, hüquqi və s. yardımlar ala bilərlər”.

    Mövzu ilə bağlı danışan psixoloq Sevinc Baxışova isə bildirib ki, hazırda bu cür hadisələr çox yaşanır:

    “Səbəbdən asılı olmayaraq problem ailədən başlayır, amma bir ailənin problemi olaraq qalmır, cəmiyyətin bəlasına çevrilir. Demək olar ki, hər gün eşidirik, ana uşağı ilə itkin düşüb, yaxud uşağını atıb gedib, azyaşlı qız evdən qaçıb, hansısa gəlin kiməsə qoşulub qaçıb. Bunlar quru informasiya kimi xəbər formasında verilsə də, əslində hər birinin arxasında ailə münaqişəsi, ailə faciəsi dayanır.

    Ailəli qadınların evdən qaçmaları ciddi psixoloji problemlərdən qaynaqlanır. Hamımız onları qınaq obyektinə çeviririk, amma başa düşməliyik ki, baş verən hər hadisənin dərin psixoloji özəllikləri var. Qadınların, gəlinlərin evdən qaçaq düşmələrinin səbəblərindən biri də erkən nikahlardır. Bu nikahlar onların gözləntilərini doğrultmur və ailədaxili münaqişələrə, dözülməz şəraitə və başqa səbəblərə görə evdən qaçmağı, bu problemləri müstəqil idarə də biləcəklərini hesab edirlər”.

    S.Baxışova əlavə edib ki, bəzən ailədə problemlə üzləşənlər müstəqil yaşamaq, həyatlarını yenidən qurmaq üçün evdən qaçırlar:

    “Qadın psixologiyası çox möhkəm olur, onlar tez-tez depressiv vəziyyətlərə düşsə də, çox zaman çalışırlar ki, sınmasınlar. Bu isə müəyyən bir həddə qədər davam edir. Arzuları həyata keçməyən, xəyalları yarımçıq qalan qadınlar evdən qaçaq düşürlər. Çox təəssüf ki, onlar çıxış yollarını evdən qaçmaqda görürlər. Ancaq demək olar ki, onların əksəriyyəti buna görə peşiman yaşayırlar, çünki problemin həlli yolunda yanılırlar. Onlar baxdıqları serialların, virtual aləmin təsirinə məruz qalırlar.

    Çox təəssüf ki, virtual aləmdən gələn təhlükələrin artdığını gördüyümüz halda susuruq. Təbliğat, maarifləndirmə aparmırıq. Hamı problemləri görür, amma heç kim tədbirlər haqqında düşünmür”.

    Xatırladaq ki, avqustun 4-də 28 yaşlı Nərgiz Qasımova azyaşlı uşaqları, 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımov ilə birlikdə Qazax rayonu, Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Dünən isə onlar Bakı şəhərində tapılıblar. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib.

    Bundan başqa, avqustun 22-də də Astara rayonu, Məscidməhəllə kənd sakini Hənifəyeva İradə Nəbi qızı Astara rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, 28 yaşlı Aytən Hənifəyevanın övladları ilə birgə yaşadığı evdən çıxıb getdiyini və bir daha geri dönmədiyini bildirib.

    Hazırda faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Saqqız çeynəməyin xeyri və ziyanı

    Araşdırmalara görə, bir nəfər il ərzində təxminən 300 ədəd saqqız çeynəyir. Bəs onun orqanizmə hansı təsiri var?

    Saqqız çeynəyib atmaq üçün olan maddədir. Əvvəllər saqqız ağac qabığından hazırlanan qətrandan düzəldilirdi, müasir dövrdə isə bəzi dadlandırıcı – qliserin, yumşaldıcılar və boyayıcı rəngdən istifadə edilməklə müxtəlif saqqız növləri hazırlanır.

    Median.Az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, aparılan araşdırmalara əsasən saqqız çeynəməyin bir sıra faydası var: “Onlardan ən əsası gərginliyin və stressin azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Eyni zamanda yaddaşı və motivasiyanı artırır, kalori yandırmağa və beləliklə arıqlamağa kömək olur. Lakin uzun müddət saqqız çeynəməyin ziyanı da var.

    Həkim-diyetoloq deyib: “Saqqız damarların qan dövranını yaxşılaşdırır və dişlərin dibini möhkəmləndirir. Uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər”.

    Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir. Lakin onu çeynəyərkən bir sıra qaydalara əməl etmək də məsləhətdir.

  • Qab yumaq ömrü uzadır – Qadınlara şad xəbər

    Böyük beynəxalq elmi qrupun yeni tədqiqatı bu mövzunu araşdırıb və maraqlı nəticə əldə edib.

    Dünya Səhiyyə Təşkilatının tövsiyyələrinə görə, gündəlik həyatda sağlamlığı qorumaq üçün 18-65 yaş arası insnalar ən azı 150 dəqiqə fiziki aktivlik və ya 70 dəqiqə intensiv fiziki yük və aktivlik göstərməlidir.

    Median.Az
    medicina.az-a istinadən bildirir ki, alimlər hansl intensivlikdə və müddətdə fiziki aktivliyin insanı xroniki xəstəlik və erkən ölümdən qoruyacağını dəqiqləşdirib.

    Norveçin İdman Səhiyyəsi üzrə institutunun alimləri 8 elmi araşdırmanın məlumatlarını incələyib. Tədqiqatlarda iştirak edən insanların gün ərzində aktivliyi biləklərinə bağlanmış xüsusi akselerometrlə onyektiv qiymətləndirilib.

    Bu tədqiqatda ümumilikdə 36 min nəfər insan iştirak etmişdi. Müşahidələr isə 6 il aparılıb. Bu illər ərzində bu insanların 2 min nəfəri ölüb.

    Alimlər təyin edib ki, erkən ölüm riski gün ərzində 300 dəqiqə fiziki aktivlik olarsa azalır. Bura orta tempdə gəzinti, iş görmək və qabları yumaq da aiddir. Eləcə də 25 dəqiqə intensiv hərəkət – qacış, idman, sürətli gəzmək də eyni effekti verir.

    Sutkada 9-12 saat oturaq və uzanan vəziyyətdə gün keçirən insanlarda hər belə saat erkən ölüm riskini artırır.

    Alimlər deyir ki, nəsə etmək heç nə etməməkdən daha yaxşıdır. Ona görə, hətta qadınların qab yuması belə onların ömrünü uzadır deyə bilərik. Qab yumaq təkcə qadın işi də deyil. Əgər heç bir işiniz yoxdursa, heç nə etmək istəmirsizsə, heç olmasa ayaq üstə dayanın.

  • Dünyada İLK: günəş enerjisi ilə işləyən dəmir yolu istifadəyə verildi

    “Riding Sunbeams” şirkəti Britaniyanın Hempşir şəhərində dünyada günəş enerjisi ilə işləyən ilk dəmiryolu xəttini istifadəyə verib.

    Median.Az “ictnews”a istinadla xəbər verir ki, sözügedən dəmiryol xəttinin uzunluğu çox olmasa da, artıq eksperimental deyil, davamlı işləyir.

    Şirkət rəsmisi 2020-ci ildə şəhərətrafı dəmiryol xətlərini yeni enerji mənbəyinə keçirməyə söz verib.
    Kontakt relsinə enerji birbaşa günəşdən deyil, kabel vasitəsilə yaxınlıqda yerləşən günəş elektrik stansiyasından verilir. Yaxınlıqda yerləşən fermer təsərrüfatında enerji generasiya edən 100 günəş paneli quraşdırılıb.

    Bu layihənin özəlliyi odur ki, günəş elektrik stansiyası xüsusi olaraq dəmir yolu üçün qurulub.

  • Qarpız yeyənlərə xəbərdarlıq – Türkiyəli professor

    Marqarin yağları çıxandan bəri ürək xəstəlikləri artıb. Bunun da səbəbi trans yağlardır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu məşhur kardioloq Canan Karatay verdiyi açıqlamada bildirib.

    Onun sözlərinə görə, son zamanlar bütün xəstəliklərə genetikdir deyirlər, ancaq elə xəstəliklər var ki,onun kökündə düzgün qidanlanmamaq dayanır.

    “Şəkərli içkilər, GMO məhsuları və qeyri-sağlam məhsular vücudu bir-birinə qatır. Qazlı içkilər çox təhlükəlidir. Təəsüf ki, satışda olan içkilərin böyük əksəriyyəti ya qazlı, ya da kimyəvi qatqılı olanlardır. Xüsusi dad və rəngləndiricilərlə göz oxşayan, iştah açan şəkərli içkilər də bu qəbildəndir.
    Eyni zamanda qarpız və yemiş istehlakında diqqət etmək lazımdır. Bildiyimizin əksinə qırmızı ət, yumurta, quru lobya sidik turşusunu yüksəltməz. Yeyirsinizsə qurdlu alma yeyin. İmmun sistemi xəstəliklərinin ən böyük səbəbi rəfinə edilmiş şəkər, un, duzdur. Təbii yağlardan ziyan gəlməz. Bütün yağlar ziyanlıdır deyə bir qayda yoxdur. Xərçəng Altsheymer, şəkər kimi bir çox xəstəliklərə səbəb məhz trans yağlardır. Həmçinin sağlam olmaq üçün qidalanmadan əlavə istirahət də önəmlidir. Bunun üçün ilk öncə vaxtlı-vaxtında və normal şəkildə yatmaq lazımdır.”

  • Plastmas qablar hamilələr və uşaqlar üçün TƏHLÜKƏLİDİR

    Amerika Mikrobiologiya Birliyi 2 illik araşdırmalarının nəticəsində bəyan edib ki, plastmas qablar və qaşıqlar hamilə qadınlar, körpələr və uşaqlar üçün təhlükəlidir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, qurumun bəyanatına görə, qida plastikasının tərkibində olan Bisfenol A adlı maddə mədə-bağırsaq sisteminin mikroflorasını pozur, təhlükəli birləşmələr əmələ gətirir.

    Bisfenol A ötən əsrin 60-cı illərindən sənayedə istifadə olunan kimyəvi maddədir.

    Tərkibində bu maddə olan qablarda qida saxlamaq, yemək, xüsusən qaşıqdan istifadə bu maddənin orqanizmə keçməsinə zəmin yaradır. Hamilə qadınlar bu qablardan istifadə edərsə maddə dölə də, doğulacaq uşağın mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Bisfenol A bir neçə növ bakteriyaların bölünüb çoxalmasına da səbəb olur.

    Alimlər Bisfenol A-nın təsirindən yaranan disbiozun sonradan bağırsaq və qaraciyərin xroniki iltihabına kimi səbəb ola bilər. Ona görə hamilə qadınlar və yeni doğulmuş və 6 yaşına kimi uşaqlar plasmas qablar, qaşıqlar, konteynerlərdən maksimum uzaq qalmalıdırlar. Plastmas qablar şüşələrlə əvəz edilməlidir.

  • İt saxlayanların ürək-damar xəstəliyi OLMURMUŞ

    Beynəlxalq alimlər heyəti, ev heyvanlarının sahiblərinin, xüsusən də it saxlayanların, ürək-damar xəstəlikləri və qan dövranı pozğunluqları ilə əlaqədar vaxtından əvvəl ölüm riskinin daha az olduğu müəyyənləşdirib.

    Median.Az Rusiya mətbuatının verdiyi məlumata istinadən xəbər verir ki, tədqiqat tibbi tarixində ürək-damar xəstəliyi olmayan 1769 nəfər iştirak edib.

    Mütəxəssislər könüllü həyat tərzi məlumatlarını toplayaraq bədən kütləsi indeksi, fiziki fəaliyyət, qan təzyiqi, qan şəkəri və xolesterol kimi sağlamlıq göstəricilərini qiymətləndirilib. Heyvan sahiblərinin daha çox fiziki cəhətdən aktiv olduqlarını və sağlam pəhrizə riayət etdikləri ortaya çıxıb. Onların qan şəkəri optimal səviyyədə olub.
    Ən böyük fayda, yaşından, cinsindən və təhsil səviyyəsindən asılı olmayaraq, köpəyi olanlar alıb. Alimlərin fikrincə, ev heyvanlarına sahib olmaq sağlamlığınızı yaxşılaşdırmaq üçün potensial bir yoldur. Bir itin olması insanlara daha tez-tez çöl-bayıra çıxmağa və ev heyvanları ilə aktiv oyunlar oynamağa kömək edir.

    Bundan əlavə, psixoloji vəziyyətini yaxşılaşdırır və sosial xaricolmağın qarşısını alır.

  • Həddindən çox fiziki məşqin ziyanı – DİŞLƏRİ ÇÜRÜDÜR

    Həddindən çox məşq diş sağlamlığına mənfi təsir edir. Medicina.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat verib. Bildirlir ki, araşırmaya London universitetindən Dr. Julie Gallagher başçılıq edib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, yoxlamalara Olimpia iştirakçıları daxil olmaqla 352 peşəkar idmançı qatılıb. Araşdırmada ifrat dərəcədə fiziki məşqlər edənlərin, dişlərinə problemlərin olduğu təsdiqlənib. Mütəxəssis idmançıların gündə iki dəfə dişlərini fırçalamaqlarına baxmayaraq dişlərində problemlər aydın formada müşahidə edilib.

    İnformasiyaya görə, məqşlərlə immunitet sistemində və ağız suyunda baş verən dəyişikliklər bu kimi diş problemlərinə səbəb olub. Yüksək şəkərli enerji içkiləri və qidalar da professional idmançıların diş sağlamlığının pisləşməsinə təsir edir.

    Bu fikirdə olan mütəxəssislər bildirib ki, idmançıların 49,1-də ciddi diş çürükləri müşahidə edilir, futbol, reqbi, velosiped, akademik avarçəkmə və gimnastika daxil 11 fərqli istiqamətdə professional idmanla məşğul olanların 32%-nin dişləri sağlam deyil.