Category: Maraqlı

  • Dəniz suyu ilə müalicə haqqında 7 mif

    Çoxları dənizdə təkcə istirahət etmək deyil, həm də müalicə olunmaq istəyir. Dəniz suyu ilə müalicə talassoterapiya adlanır.

    Dəniz suyu tərkibinə görə insan qanının plazmasına oxşayır. O, dərinin məsamələrindən qana keçib orqanizmi minerallarla zənginləşdirir. Dəniz suyunun müalicəvi təsiri haqqında çoxsaylı miflər mövcuddur…

    Median.Az AZƏRTAC-a istinadla dənizdə çimməyin faydaları haqqında populyar yeddi mifi nəzərdən keçirməyi təklif edir.

    Mif 1. Dənizdə mümkün qədər çox çimmək.

    Dənizdə çimməyin ideal vaxtı 10-15 dəqiqədir. Bu qədər vaxt orqanizmdə su-duz mübadiləsi prosesini işə salmağa yetərlidir.

    Dənizdə çimmə daha uzun sürərsə, bədənin soyuması və soyuqdəymə riski artır. Məsələ bundadır ki, duzlu su şirin suya nisbətən istini daha çox udur.

    Mif 2. Dəniz suyu nə qədər isti olsa, bir o qədər yaxşıdır.

    Sağlamlıq üçün temperaturu 20-24 dərəcə olan suda çimmək faydalıdır. Temperatur dəyişmələri və sərin suda fiziki fəallığın artması talassoterapiyanın mütləq şərtidir.

    Lakin hər bir xəstəliyin müalicəsinə müəyyən temperaturlu dəniz suyu lazımdır. Artıq çəkidən əziyyət çəkənlərə mübadilə proseslərini stimullaşdıran sərin su tövsiyə olunur.

    İlıq su ürək yığılmaları ritmini yavaşıdır, isti su, əksinə, sürətləndirir. Unutmayın ki, temperaturu 24 dərəcədən çox olan dəniz suyunda zərərli mikroorqanizmlər sürətlə çoxalmağa başlayır.

    Mif 3. Dənizdə çimmədən sonra yuyunmamaq

    Belə bir təzadlı fikir var ki, dənizdə çimmədən sonra yuyunmağa ehtiyac yoxdur, çünki dəridə qalan dəniz duzu sağlamlaşdırma prosesini davam etdirir.

    Doğrudur, dənizdən çıxandan sonra suyun təsiri hələ təqribən 20-30 dəqiqə davam edir. Lakin orqanizmin hüceyrələri dənizdə üzmə zamanı çoxlu toksin ifraz edir və bu toksinlər yuyulmalıdır.

    Əgər dəridə xora və yaralar varsa, onda dəniz suyu aşındırıcı təsir göstərib dermatoz deyilən dəri xəstəliyi törədə bilər.

    Bundan əlavə, hər dəniz suyunun təmiz olması ilə öyünə bilməz, qələbəlik şəhər çimərliklərində vəziyyət xüsusilə bərbaddır.

    Əgər saçlarınız boyalıdırsa, onları islatmamaq, yaxud dənizdən çıxandan dərhal sonra yumaq lazımdır. Dəniz duzu yalnız saç dibi yağlı olan insanlara kömək edir.

    Mif 4. Dəniz suyunda xalis yod yoxdur

    Dəniz suyu sinir sisteminin müalicəsində istifadə olunan yod-bromla zəngindir. Bu maddənin dəniz suyunda konsentrasiyası optimaldır. Buna görə də dənizdə çimmək hətta ən əsəbi şəhər sakinini sakitləşdirir.

    Qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlərin sahildə istirahəti həkimin təyin etdiyi preparatlarla uyğunlaşdırmalıdır.

    Mif 5. Burun-udlağı dəniz suyu ilə müalicə etmək

    Bu, həm mif, həm də həqiqətdir. Əslində, dəniz suyu zərərli bakteriyalar üçün əlverişsiz mühitdir, onun tərkibində antiseptik və antibakterial təsirli komponentlər var.

    Burun-udlağın dəniz suyu ilə yaxalanması nəzəri cəhətdən iltihabi xəstəliklərin müalicəsinə kömək etməlidir.

    Lakin limanlarda və qələbəlik yerlərdə dəniz suyu o qədər çirklənib ki, belə su ilə yaxalama mikrobların bəzilərini təmizləsə də, orqanizmi daha təhlükəli viruslara yoluxdura bilər.

    Ən təmiz dəniz suyu sahildən uzaqda iki min metrdən çox dərinlikdədir.

    Mif 6. İçərisində dəniz suyu olan hovuz və vannalarda çimmə dənizdə çimməni əvəz edir

    Dəniz suyu təbii mühitindən kənarda öz faydalı xüsusiyyətlərini 24 saatdan çox saxlaya bilmir. Dəniz suyu doldurulmuş hovuzda çimmə yalnız o halda faydalı ola bilər ki, onun içindəki su hər gün dəyişdirilsin.

    Bir də, hovuzlardakı suya adətən xlor qatılır və bu da dəniz suyunun faydalı xüsusiyyətlərinin çoxunu məhv edir.

    Hələlik dünyanın heç bir laboratoriyası dəniz suyunun təbii tərkibini süni şəkildə yarada bilməyib.

    Mif 7. Dəniz suyunun duzluluğu nə qədər çox olsa, bir o qədər faydalıdır.

    Yanlış fikirdir. Duzun yüksək konsentrasiyası yalnız müəyyən xəstəliklərin müalicəsində faydalıdır. Məsələn, Ölü dənizdə çimmə ciddi dəri xəstəliklərindən əziyyət çəkənlərə faydalıdır.

    Duzluluq səviyyəsi aşağı, bir litr suda təqribən 18-20 milliqram olan dəniz suyu isə hamıya faydalıdır. 

  • Evdə xərçəngi “çağıran” əşyalar – Hər gün istifadə edirsiz

    Hər zaman əlimizin altında olan bəzi əşyaların xərçəng yaratdığını bilirdinizmi?

    Aparılan araşdırmalara görə, evimizdə və gündəlik həyatımızda istifadə etdiyimiz bəzi əşyalar fərqində olmadan bizdə xərçəng riskini artırır. Xərçəngə səbəb olan həmin əşyaları diqqətinizə çatdırırıq:

    – Ev boyaları

    – Mikrodalğalı soba

    – Rəngli paltarlar

    – Xalça yuma şampunları

    – Şamlar

    – Avtomobil hissələri

    – Müxtəlif kimyəvi təmizləyici məhlullar

    – WIFI

    – Radiodalğa qəbulunu gücləndirən müxtəlif cihazlar
    /medicina.az/

  • Qüdsün Babil tərəfindən alınması ilə bağlı yeni faktlar

    İsrail alimləri eramızdan əvvəl 587-586-cı illərdə qədim Qüdsün Babil tərəfindən alındığını göstərən izlər aşkar ediblər.

    Tədqiqatçılar Dəmir dövrünə aid kül qatları, skif oxlarının ucluqları, saxsı qırıqları, habelə gümüş və qızıl zinət əşyaları aşkar ediblər. Bu artefakt və materialların uyğunluğu dəqiq olaraq Qüdsün alınması ilə əlaqələndirilir. Məsələn, skif oxlarının ucluqları Babil döyüşçüləri tərəfindən istifadə edilib və əramızdan əvvəl VII-VI əsrlər üçün səciyyəvidir. Tapıntıları bürüyən kül qatı isə şəhərin talan və məhv edilməsini göstərir.

    Arxeoloqlar qızıl fırça və aşağı hissəsi üzüm salxımına bənzər, zınqırov şəklində sırğa da tapıblar. Bunlar Qüdsdə mühasirə zamanı yaşayan insanların zəngin olduğunu göstərir.

    Hesab edilir ki, Qüdsün Babil hökmdarı II Navuxodonosor tərəfindən alınması çox sayda insanın ölümünə, yanğınlara və şəhərin dağılmasına, eləcə də Solomon məbədinin məhv edilməsinə səbəb olub.

  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır

    Xeops ehramından böyük olan “potensial təhlükəli” asteroid avqustun axırında Yer kürəsinə yaxınlaşacaq.

    “RİA Novosti” xəbər verir ki, bunu NASA-nın tədqiqatları göstərir.

    “2019 OU1” kodlu asteroidin diametri 160 metrdir. Avqustun 28-də o, Venera ilə bizim planetin arasından, təxminən milyon kilometr məsafədə keçəcək.

    Qeyd edək ki, Avropa kosmik agentliyinin dərc etdiyi “potensial təhlükəli” kosmik cisimlər siyahısında hipotetik toqquşma sentyabrın 9-da Yerə yaxın keçəcək “2006QV89” asteroidi ilə ola bilər.

  • Dünyaya daha qəddar qadınlar lazımdır – Ancelina Coli

    Ameriaklı aktrisa Ancelina Coli müasir qadınların cəmiyyətdəki rolundan danışarkən, qadınları daha qəddar olmağa səsləyib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə “Elle”yə müsahibəsində deyib.

    Salem ifritələrinin dövrünü xatırladan Coli bu gün demokratik ölkələrdə siyasi postlara iddialı olan qadınların ifritə adlandırılmasından təəssüfləndiyini dilə gətirib.

    O bildirib ki, hər vasitə ilə qadınların ictimai-siyasi həyatda ikinci rolda saxlamasına çalışılır. O, eyni zamanda qadınlara cəmiyyətdə olan bu ədalətsiz münasibətdən yorulanlara daha dözümlü olub, sərt mövqe sərgiləməyi tövsiyə edib: “Əgər bu qəddarlıqdırsa, o zaman dünyaya daha qəddar qadınlar lazımdır”.

  • Alyaska sahillərində SSRİ-dən məktubla gələn butulka tapıldı – FOTO

    Alyaska sakini Tayler İvanoff sahildə içində məktub olan butulka tapıb.

    “RİA Novosti” xəbər verir ki, alyaskalı tapıntının şəklini Facebook səhifəsində bölüşüb və dostlarından yazının rus dilindən tərcüməsini xahiş edib.

    Aşkar olunan yazı 20 iyun 1969-cu il tarixinə aiddir.

    Məktubun müəllifi Uzaq Şərq gəmiçiliyinin donanmasında, “Sulak” gəmisində xidmət edib.

     

  • Yatmazdan əvvəl qəhvə içmək yuxuya təsir edirmi? – Alimlər açıqladı

    Yeni bir tədqiqat yuxudan əvvəl qəhvə və çay içməyin yuxuya təsir etmədiyini üzə çıxarıb.

    Median.Az türk KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Atlantik universiteti və Harvard universiteti tibb fakultələrinin tədqiqatçıları belə qənaətə gəliblər.

    Onlar 785 könüllünü 5 min 164 gün gecə və gündüz izləyərək qəbul etdikləri kofein, spirt və nikotini qeyd ediblər. Sonra isə məlumatlar təcrübədə iştirak edənlərin yuxu məlumatları ilə müqayisə edilib.

    Məlum olub ki, nikotin və spirtli içki yuxunu bölür, kofein isə yuxuya təsir etmir.

    Yatmazdan əvvəl çəkilən siqaret yuxuya getməkdə çətinliyi olanlarda ümumi yuxu müddətini 42 dəqiqə azaldır. Gecə vaxtı siqaret çəkmək də yuxu müddətini 43 dəqiqə azaldır.

  • Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır

    Həkimlər “sağlamlıq ağız boşluğundan başlayır”, – deyirlər. Ağappaq və bəyaz dişlərə sahib olmaq isə hər kəsin arzusudur. Ona görə də qidalanmadan sonra hər dəfə dişlər fırçalanmalıdır. Bunun vaxtında edilməməsi karies və diş əti xəstəliklərinə səbəb ola bilər.

    Median.Az bildirir ki, Xəzər Dəniz Gəmiçiliyinin 1 nömrəli Dənizçilər Klinikasının aparıcı mütəxəssisi Adıgözəl Məmmədov AZƏRTAC-a deyib: “Yeməkdən dərhal sonra dişləri fırçalamaq məsləhət görülmür, çünki bu zaman qidada olan maddələr ağızda dağılır və dişlərin zəifləməsinə səbəb olur. Fırçalama prosesinə yeməkdən bir saat sonra başlamaq məsləhətdir. Diş məcununu suda islatmaq lazım deyil, çünki bu zaman məcun təsirini itirir. Məcundan ləbləbi dənəsi miqdarında istifadə edilməlidir.

    Dişlərə müxtəlif üsullarla qulluq göstərmək olar. Təbii diş təmizləyicisi hesab edilən almadan başqa yeməkarası fasilə zamanı yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır”.

    Onun dediyinə görə, dişlərin əsas düşməni şokolad yox, başqa şirniyyatlardır: “Meyvə şirələrinin tərkibindəki turşular da dişlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Əgər meyvə şirələri və digər şirniyyat məhsulları qəbul edilibsə, ayran və pendir kimi ağartı məhsulları yeyərək qidalanmağa yekun vurmaq lazımdır, çünki onlar turşuların zərərli təsirlərinin qarşısını almaq qabiliyyətinə malikdir. Pendir və ayran dişlər üçün müdafiə vasitəsi rolu oynayır”.

  • Marsda nəhəng sunamiyə səbəb olan asteroidin izi tapıldı

    Üç milyard il əvvəl Marsda nəhəng sunami baş verib.

    Fransa, Avstraliya və İspaniyadan olan alimlər belə qənaətə gəliblər.

    Astronomlar həmin kataklizmdən sonra qalmış krateri tapıblar. Lomonosov adlı kraterin diametri 120 kilometrdir.

    Ümumiyyətlə, əksər ekspertlər bir neçə milyard il əvvəl qırmızı planetdə okeanın mövcud olması fikri ilə razıdırlar. Eyni zamanda, zərbə kraterlərinin çoxluğu ondan xəbər verir ki, Marsa vaxtaşırı asteroidlər düşüb.

    Əgər asteroiddən biri Marsdakı dənizə düşsəydi, planetdə nəhəng sunami yarana bilərdi. Alimlər bir neçə il əvvəl Marsda Yerdəki sunami izlərinə çox bənzər geoloji çöküntü aşkarlayıblar.

    Tapıntılar göstərir ki, iri dalğa üç milyard il qabaq Böyük Şimal düzənliyindən gəlib. Alimlər kataklizmin “izini” tapmaq məqsədilə Marsın zərbə kraterlərinin siyahısını hazırlayıblar.

    Mütəxəssislər “iz”in Lomonosov, Miku, Korolyov və Milankoviç kraterlərində ola biləcəyi ehtimalı üzərində dayanıblar. Lakin Lomonosov digərlərindən fərqlənir. Onun forması kraterin dəniz dibində formalaşmasından xəbər verir. Bundan başqa, onun dairə strukturu dağılıb. Araşdırmaçılar güman edirlər ki, bu, sunaminin zərbəsi nəticəsində baş verib.

    Bütün bunlar o deməkdir ki, Marsda ən azı həmin fəlakətə qədər okean olub.

  • Azərbaycan qızları ilə bağlı maraqlı fakt: Özlərindən böyük kişilərə aşiq olanların sayı artıb

    Azərbaycanda özündən 10-15 yaş böyük kişilərə aşiq olan qadınların sayı artıb.

    Median.Az-ın məlumatına görə, bu sözləri Oxu.Az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

    Onun sözlərinə görə, son dövrlər bu vəziyyətə görə yaşanan problemlərlə müraciət edən xanımların sayında artım var:

    “20 yaşlı qızların özlərindən 10 yaş böyük kişilərə aşiq olması onlarda ciddi ürək xəstəliklərinə, vegetativ nevroz və sağlam düşüncənin pozulmasına gətirib çıxara bilir. Bəzən bu, bağlılıq hissi olur. Lakin əgər gün ərzində fikirlərini toplaya bilmirlərsə, hər yerdə o şəxsi görürlərsə, bu artıq aşiq olduğuna işarədir.

    Ümumiyyətlə qadınların aşiq olma yaşları bölünür. 17, 18, 20 yaşlarında qızlarda buna daha çox rast gəlinir.

    Statistikaya görə, qadınların bu yaşlarda aşiq olması “Adel” sindromuna gətirib çıxarır. 40-45 yaş qrupları arasında kiməsə aşiq olan qadınlarda isə bu sindrom özünü daha güclü göstərir”.