Category: Maraqlı

  • Sağlam yuxuya gedən 7 ən ASAN YOL — Bunları mütləq edin!

    Sağlam yuxu təkcə, yaxşı əhval-ruhiyyənin qarantiyası deyil, həm də gözəlliyinizin və stressə müqavimət qabiliyyətinizdir. Təəssüf ki, müasir həyatın ritmi yuxu rejimimizə pis təsir edir. Bəzən isə biz özümüzü bilə-bilə yuxu qrafikimizi pozmaq üçün hər şeyi edirik.
    Sonra yuxusuzluğun haradan yarandığına təəccüb edirik.

    Median.Az
    səhər gümrah ayılmağın 7 sirrini təqdim edir.

    1. Yatağı ancaq yuxuya getmək üçün istifadə edin. Bu nə deməkdir?

    Yataqda yemək yeməyin, televizora baxmayın, yatarkən telefonla oynamayın.Yatağı yalnız yuxu ilə əlaqələndirin. Özünüzü bu vərdişə alışdırın ki, yatmamışdan əvvəl yatağı hazırlayarkən beyniniz yuxu rejimini işə salsın.

    2. Hər zaman yatmazdən əvvəl otağı havalandırın. Başınıza qədər yorğana bürünmə vərdişindən qurtulun. Təbii materiallardan hazırlanmış yataq dəsti seçin və təmizliyinə riayət edin (xüsusilə yastıqlar üçün). Rahatlıq, təmizlik və təmiz hava sağlam və yaxşı yuxu üçün 3 əsas şərtdir.

    3. Yatmazdan əvvəl yemək yeməyin, çox maye içməyin. Yanınıza limonlu su qoyun ki, susasanız onu içəsiniz.

    4. Ən yaxşısı gecə yarısına qədər yuxuya gedin. Yuxu üçün ən ideal saat saat 22.00-dır. Yatmadan bir saat əvvəl telefonunuzu səssiz rejimə qoyun ki, heç bir şey sizi narahat etməsin.

    5 Evlisinizsə, mütləq həyat yoldaşınız ilə bir yerdə yuxuya getməyə çalışın. Bu sizə həm əlavə səs-küydən qoruyacaq, həm də daha yaxşı münasibətlər qurmağa kömək edəcək. Elm adamları eyni yuxu rejimində olan cütlüklərin bir-biri ilə daha asan yola getdiyini iddia edirlər.

    6. Yatmamışdan öncə rahatlayıcı vanna qəbul etmək, sizə daha rahat yuxuya gedməyinizə kömək edəcək. Vannaya ətirli yağlar əlavə edin, üzünüzü masaj edin. 15-20 dəqiqə sevdiyiniz musiqiləri dinləyin. Sonra yumşaq bir gecə köynəyi və corab geyin (hətta yayda!). Bu zaman vücudunuz rahatlanacaq. Corab isə qan dövranını yaxşı dövr etməsinə yardımçı olacaq, bu da tez yuxuya gedməyinizə kömək edəcək.

    7.Əgər yuxuya gedə bilmirsinizsə (düşüncələr, narahatlıq və ya başqa bir şey sizi narahat edirsə), nəfəs məşqləri edin. Biz yuxuda olarkən dərindən və rahat nəfəs alırıq. Ona görə, nəfəsinizi tənzimləməyə çalışın. Bu zaman beyniniz rahatlaşmaq üçün bütün bədənə siqnal verəcək və siz tez bir zamanda yuxuya gedəcəksiniz.//ölkə.az

  • Mobil telefondan kiçik fərdi kondisioner hazırlandı – FOTO

    “Sony” şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb.

    Median.Az “ictnews”a istinadən xəbər verir ki, yapon şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri “Reon” startapı çərçivəsində hazırlayıblar.

    Qurğunun işinin əsasını Peltier elementi və ventilyator təşkil edir. Peltier elementi, sadə dillə desək, temperatur fərqinə görə bir tərəfdən soyuq, digər tərəfdən isə isti olan qurğudur. Bu effekt, həmçinin kondisionerdə istifadə olunur. Ventilyator elementin soyudulması və izafi istiliyi cihazın özündən kənarlaşdırmaq üçün lazımdır.

    “Reon Pocket” adlandırılmış cihaz həm bədənin soyudulması, həm də qızdırılması üçün istifadə edilə bilər. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilər, qurğunun akkumulyatoru isə 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub. Qurğunun enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.

  • İlk dəfə tirannozavrın izi tapıldı

    Alimlər Çin ərazisində ilk dəfə tirannozavrın daşlaşmış izini tapmağa nail olublar.

    TASS xəbər verir ki, Çin və ABŞ paleontoloqlarından ibarət qrup izi ölkənin Tzyansi vlayətində aşkarlayıblar.

    Uzunluğu 58, eni isə 47 santimetr olan ləpir Qançjou şəhərində aparılan yol tikintisi zamanı üzə çıxıb. Bu, Çində tapılmış ən böyük vəhşi dinozavr izlərindən biridir.

    Çində aşkarlanmış dinozavr izlərinin əksəriyyəti Yura dövrünə, yaxud Erkən təbaşir dövrünə aiddir. Yeni tapılmış iz isə Gec təbaşir dövrünə gedib çıxır.

  • İnternet asılılığı problemi və onun doğurduğu fəsadlar

    Ünsiyyət qurmaq insanların ən vacib ehtiyaclarından biridir. Sosial şəbəkələr vasitəsilə asanlıqla qurulan əlaqələr, hiss və düşüncələri ifadə etmək imkanı, yeni uğur və nailiyyətlər qazanmaq üçün internet hər kəsə geniş imkanlar verir. Bundan əlavə, qadağan olunan məlumatlara asan giriş imkanı internetin istifadəsini artıran digər amillər sırasındadır. Gündəlik həyatda təhsil, bank, maliyyə, müxtəlif xidmət sahələrində əlverişli imkanlar təqdim edən internetin həddindən izafi istifadəsi internet asılılığı adlanan sosial problemi gündəmə gətirir. İnternetdən istifadə vərdişlərinin artması müəyyən müddətdən sonra internet asılılığına doğru yönəlir. İnsanlarla söhbət edərkən telefona baxmaq, toy və yas mərasimlərindən şəkillər paylaşmaq gündəlik həyatımızda tez-tez rast gəldiyimiz davranışlardandır. İnternet istifadəçilərinin ondan asılı vəziyyətə düşmələri bu gün narahatlıq doğuran əsas məsələlərdən biridir.

    Median.Az
    ict.az saytına istinadla xəbər verir ki, tədqiqatlar internet asılılığının Qərbdə və Asiyada daha çox qeydə alındığını, ciddi risk mənbəyinə çevrildiyini, xüsusən də gənclərin internetdən davamlı istifadə etməklə sağlamlıq, yuxu, iş və ailə münasibətlərini unutduqlarını göstərir. Nəzarətsiz internet istifadəsi insanların fiziki, psixoloji, sosial inkişafına mənfi təsir edir.

    Qeyd edək ki, internet asılılığı termini ilk dəfə 1995-ci ildə İvan Qoldberq tərəfindən işlənib. Onun ilk dəfə zarafatla işlətdiyi bu ifadə az sonra müvafiq elmi dairələrdə ciddi termin kimi qəbul edilməyə başlanılıb. Patoloji internet istifadəsi kimi internet asılılığını bildirən ifadələr 1990-cı illərdən müxtəlif nəşrlərdə öz əksini tapıb.

    Psixiatr Kimberly Younqun “İnternetdən asılılığın meyarları” adlı yazısının dərc edildiyi hesabatda qeyd edilir: “İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır”. Bu asılılığın kişilərdə qadınlara nisbətən 2-3 dəfə daha çox olduğu müəyyən edilib. İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilir. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.

    İnternet asılılığı problemi qlobal miqyasda böyük təşviş yaratdığına görə bu məsələ müvafiq beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu problemin ciddi fəsadlarının qeydə alındığı ölkələrdə təhlükənin qarşısını almaq üçün müxtəlif proqramlar qəbul edilir, layihələr həyata keçirilir, hüquqi mexanizmlər işlənib hazırlanır.

  • Mixək – ətirli dərmanın 7 möcüzəli faydası

    Mixəyin kimyəvi tərkibi olduqca zəngindir. Onun tərkibində nadir faydalı birləşmələr var – flavonoidlər, qeksan, evgenol, timol və s.

    Bu maddələr orqanizmə güclü antioksidant təsir edir, qocalmanı ləngidir, xroniki xəstəliklərin inkişafı riskini azaldır.

    Median.Az saglamolun.az-a istinadən mixəyin sağlamlıq üçün faydalarını təqdim edir:

    1. Qanda şəkərin səviyyəsini aşağı salır.

    2. Xərçəng şişlərinin böyüməsini ləngidir.

    3. Göbələk infeksiyaları ilə mübarizə edir.

    4. Ağrıları, xüsusilə diş və baş ağrılarını azaldır.

    5. Sakitləşdirir, stresin səviyyəsini azaldır.

    6. Ağız boşluğunda yaşayan ziyanlı mikrobları öldürür, pis ağız qoxusunun qarşısını alır.

    7. Sümüklərin mineral sıxlığını artırır.

    Mütəxəssislər mixəyi çaya əlavə etməyi tövsiyə edirlər. Həmçinin mixəyi yeməklərə, şirniyyatlara, kompot və mürəbbələrə əlavə etmək olar.

  • Qocalmanı ləngidən və sürətləndirən qidalar. SİYAHI

    Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərinin qarşısını almaq üçün müxtəlif “yaş əleyhinə” (ingilis dilində – “anti-age”) proqramlar hazırlayır.

    Median.Az evdarliq.az-a istinadən bildirir ki, bu proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı “aldatmaq” üçün tərkibində bu vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi tövsiyə edirlər.
    Beləliklə, qocalığı ləngidən vitamin və minerallar və onların mənbələri:
    – B6 (lobya, qoz, çaytikanı)
    – B12 (treska, okun, karp balıqları)
    – K (ispanaq, brokkoli, gül kələmi)
    – D3 (balıq yağı, yumurta sarısı)
    – Fol turşusu (brokkoli, ispanaq, sitrus meyvələri)
    – Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz, avokado)
    – kalsium (kəsmik, pendir, qatıq, kefir)
    – maqnezium (boranı tumları, küncüt, qarabaşaq, yulaf yarması)
    – sink (qarabaşaq, lobya, noxud, araxis)
    – selen (braziliya qozu, sarımsaq, şampinyon, qarğıdalı)
    – yod (dəniz yosunları, okun və mintay balıqları)
    Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin, spred və s. süni yağlar) qocalma prosesləri sürətləndirir.

  • Dünyanın ilk maye maqniti

    Berkli Laboratoriyalarında reallaşdırılan iş nəticəsində tarixin ilk maye maqniti hazırlandı.

    Adlarını maqneziumdan alan bu strukturların maye versiyası əvvəllər yox idi. Maye maqnitə ən yaxın alternativimiz isə, ferrofluid olaraq da adlandırılan maqnetik maye strukturlarıdır. Dəmir oksidlərdən ibarət olan bu strukturlar, başqa maqnitlərin yanındaykən müvəqqəti maqnetik hala gəlir.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, 1960-cı illərdən bu yana həyatımızda olan və müxtəlif sahələrdə istifadə edilən maqnetik mayelər, yaxında kiçik peyklərdə də istifadə ediləcək. Yenə də maqnetik mayelərin bütün istifadə sahələrində bir başqa bərk maqnitin varlığı lazımlı olur.

    Berkli Laboratoriyasının araşdlrması isə ilk dəfə qalıcı olaraq maqnetik xüsusiyyətə sahib mayelərin ortaya çıxmasını təmin etdi. Araşdırmanın rəhbəri Tom Rassell bu barədə belə deyib: “Həm maye, həm də maqnetik bir material yaratdıq. Bunu daha əvvəl kimsə müşahidə etməmişdi. Bir maqnetik maye müvəqqəti maqnetik ola bilirsə, qalıcı olaraq maqnetik olması üçün nə edə bilərik, bərk bir maqnit kimi davranmasını amma maye kimi hiss verməsini necə təmin edə bilərik, deyə düşündük”.

    Araşdırma Science jurnalında nəşr olundu.

  • 108 yaşlı qadının uzunömürlülük sirri açıldı

    Yüz səkkiz yaşlı Ada Hellvortun övladları onun uzunömürlülüyünün sirrini bölüşüblər.

    Bu barədə “North Wales Live” xəbər verir.

    İngilis qadın doğum günündə Britaniya kraliçası II Yelizavetadan təbrik açıqcası alıb.

    Qızının sözlərinə görə, anası bu yaşa keçirdiyi sağlam həyat tərzi sayəsində çatıb. Onun heç bir zərərli vərdişi olmayıb, qadın ömrü boyu nə siqaret çəkib, nə də spirtli içki içib.

    Bundan başqa, Hellort həmişə başqalarına yardım göstərməyə çalışıb və xeyriyyəçiliklə məşğul olan dükanlarda çalışıb.

    Uzunömürlü qadının böyük nəvəsinin fikrincə, nənəsinə yaşamağa kömək edən məhz dünyaya nikbin yanaşması və heç vaxt optimizmini itirməməsidir.

  • Bu qadınlarda insult və infarkt riski yüksəkdir – ARAŞDIRMA

    Alma formalı, yəni yastı, yumru bədən quruluşuna malik qadınlar daha çox ürək xəstəliklərindən əziyyət çəkir. Bunu Nyu-York tibbi kollecinin alimləri bəyan edib. Onlar hesab edir ki, qadın bədənində piyin miqdarı və paylaşılması ürək üçün təhlükəli ola bilir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, elmi tədqiqatda 162 min qadın iştirak edib. Onlar 1993-1998-ci illərdə xüsusi qadın sağlamlığı layihəsi çərçivəsində monitorinq olunublar.

    Araşdırmaçılar bu qadınların 2017-ci ilə kimi sağlamlıq vəziyyətlərini izləyib. Layihənin əvvəlində bu qadınlardan heç biri ürək-damar xəstəsi deyildi. Layihə müddətində 291 nəfərdə ürək damar patologoyası aşkarlandı. Bu qadınların bədən kütlə indeksi, piy dərəcəsi və piyin bədən üzrə hansı nahiyələrə çox paylanması analiz olundu.

    Məlum oldu ki, alma fiqura kimi tipə ayrılan qadınlarda, hansı ki, piy bel nahiyəsi, beldən aşağı daxili orqanların ətrafında çox olan, çyini və ayaqları arıq olan qadınlar ürək damar xəstəliyinə tez tutulur, nəinki armud fiqura tipli qadınlar, hansı ki, piy çanaqdan aşağı bud və ayaqlarda çox olur. Visçerial piylənməsi olan, yəni bel və qarın hissəsi piyli qadınlarda insult və infarkt riski yüksəkdir.

  • Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu

    Alimlərdən ibarət beynəlxalq qrup Eynşteynin ümumi nisbilik nəzəriyyəsini təsdiq edib.

    Bu barədə “EurekAlert”da dərc edilən məlumatda deyilir.

    Məlumata görə, onlar buna Süd Yolunun mərkəzində Oxatan A adlı fövqəl kütləli qara dəliyi müşahidə edərkən nail olublar.

    Məlum olub ki, nisbilik nəzəriyyəsi qara dəliyin cazibəsindən təsirlənən işığın hərəkətini dəqiq şəkildə təsvir edir.

    Alimlər qırmızı cazibənin yerini dəyişməsi adlı effekti təhlil ediblər.

    Belə ki, bu zaman işığın tezliyinin dəyişməsi baş verir. O, güclü cazibə sahəsi ilə yayılır və elektromaqnit şüa dalğalarının uzunluğu artır, yəni spektrin qırmızı sahəsi tərəfə keçir.