Category: Maraqlı

  • Bu qadınlara ət yemək qadağan idi

    Qədimdən günümüzə qədər böyük və kiçik mədəniyyətlərin bir çoxu qadınlara ət və ətli qidaları yeməyi qadağan ediblər. Maraqlıdır ki, bu inanc ibtidai həyat tərzinə sahib xalqlarda daha güclü olub.

    Bu və ya digər maraqlı faktları Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf təqdim edib.

    1940-cı ilə qədər Qərbdə qadınların ətlə münasibəti məhdud idi. Buna görə də 1920-ci ildən açılmağa başlayan və sürətlə yayılan böyük marketlərdə ət məhsulları satan bölmələr ən çox zərər edən yerlər hesab olunurdu.

    Əsərlərini 1942-ci ildə nəşr edən Robert Hinman ve Robert Harris bu mənzərəni belə təsvir edir: “Marketlərdə zərərli olan yeganə bölümlər ət məhsulları satan bölmələrdir. Bunun səbəbi bir çox qadının ət və onun keyfiyyəti haqqında mühakimə aparacaq səviyyədə olmamasıdır. Bu işi əsasən, satıcının öhdəsinə buraxırlar”.

    Maraqlıdır ki, 1940-cı ildən etibarən qadınlar və qızlar arasında ət məhsullarına kütləvi tələbatı təmin edən “McDonalds” başda olmaqla fast-food şəbəkələri olub.

    Qadınlara ət yeməyi qadağan edən cəmiyyətlərə gəldikdə isə, məsələn, Solomon adalarında donuzları qadınlar saxlayıb ərsəyə gətirdikləri halda, donuz əti yemələri qadağandır. Heyvanlara atılacaq sümüklərin üstündə qalan kiçik ət parçalarını yemək üçün isə mütləq ərlərindən izin almalıdırlar.

    İndoneziyada “ət yeməkləri kişilərin mülkiyyətindədir”. Hətta kasıbların belə ət yemək şansı olduğu bayramlarda ət kişilər arasında xüsusi bölşüdürülürdü.

    Ekvadorda qadınların toyuq əti yeməsi qadağandır.

    Hətta bəzi Asiya xalqlarında ümumiyyətlə qadınlar balıq, heyvan və quş məhsulları yeyə bilməz.

    Misal üçün, Mbum Kpau qəbiləsinin qadınları toyuq, keçi, kəklik və digər ov heyvanlarının ətinə hətta əl vura bilməzlər.

    Efiopiyada yaşayan Kafalar toyuq yeyən qadını cəzalandırmaq üçün onu qul kimi işlədirlər.

    Valamolar qəbiləsi arasında ət yeyən qadınlar edam edilir.

    Tarixdə yüzlərlə hökmdar ət yeyərkən təsvir edilib. Kral VIII Henrinin məşhur tablosunda belə hökmdar ət yeyərkən təsvir edilərkən, ətrafında dayanan altı arvadından Araqonlu Katerinin əlində alma, Mar Kontesinin əlində şalğam, Anna Boleyn əlində qara üzüm, Klevesli Annanın əlində armud, Jena Seymurun əlində göy üzüm, Katerina Hovardın əlində kök və Katerina Parrın əlində isə kələm var.

    Maraqlıdır ki, 1980-ci ilə qədərki rəsmlərdə fəhlələr əsasən karbohidrat əsaslı qidalarla, qadınlar isə meyvələrlə təsvir ediliblər. Aristokratlar isə hər zaman ətli süfrələrin arxasındadır. Sanki ət yemək varlı kişi sinfinə məxsus qidadır.

    “The Meat We Eat” kitabı əti “igid və qoruyucu qida” olaraq tərif edir. Kitaba görə, ət “hər zaman xoşbəxt və igid insanlara aid qidadır”.

    “Meat Technology” kitabına əsasən isə “Avstraliya irqinin igidliyini bol ət yeməsi” təcəssüm etdirir.

    Uzun müddət Amerikada zəncilərin ət yeməsi qadağan idi. Çünki, ağdərililərin fikrinə əsasən, ət yeyən insan üsyankar ola bilərdi.

    “Aristokratlar odda qızardılmış bir dananın beynini qaşıqlayıb yeyərkən, igidliyə yaraşan bir davranış” göstərdiklərindən əmin idilər.

    Qərb ədəbiyatında “virile” sözü ət yeyən oğlanın kişilik xüsusiyyətləri əks etdirən adam mənasında “vir” kökündən törəyib.

    Qısaca, tarix ət yeyənləri fərdi və ictimai ölçülərdə hər zaman igid olaraq təsvir edib.

    XIX əsrdən başlayaraq ət və ət yeyənləri ən sərt tənqid edən ideoloji cərəyan feminizmdir. Buna səbəb tarixin kişi məntiqində qadınla ətin eyniləşdirilməsidir.

    Avropada feministləri ateizmə təşviq edən düşüncələrdən biri də “İncil”dən qaynaqlanır.

    XIX əsrin ən tanınmış feministi olan Elzabeth Caty Staton “İncil”in “Leviler 6″da rast gəldiyi açıqlaması ilə dəliyə dönüb və dindən uzaqlaşıb.

    Kitabda yazılır: “Odun və kömürlər, təmiz kətan örtülər, rahiblərin böyük məharətlə bişirdiyi, qadınların dadına baxması qadağan olduğu, Harun peyğəmbərin uşaqları arasında sadəcə oğlan olanların yeyə bildiyi ət var…”

  • Çox çörək yemək əsəblərinizi pozur – Türk professor

    Müasir insanların, gənclərin əsəbi, tez özündən çıxan və nevrotik olmasının da bir səbəbi çörək yemələridir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu Türkiyənin tanınmış bitki müalicəsi üzrə professoru İbrahim Saracoğlu “Şəfa kitabında” yazıb.

    Gündəlik çox istifadə olunan çörək, un məmulatları təkcə kökəlməyimizə səbəb olmur, insanın psixikası, əsəbələrinə, əhvalına təsir edir.

    Çörək yedikcə gənclərdə fikir dağınıqlığı, yaddaşsızlıq, tez özündən çıxma halları artır. Ona görə uşaq və gənclərin gündəlik qidasında çorək çox az olmalı, bəzən isə çıxarılmalıdır.

    Əsəbləşməyin qarşısını almaq üçünsə çuğundur və kök şirəsi içmək, qoz yemək tövsiyyə olunur.

  • Siqaret tüstüsü bu virusu daha da təhlükəli edir – Dərman təsir etməyəcək

    Dünyada ən ölümcül virusu olan qızılı stafilakokk siqaret tüstüsü ilə kontakta daxil olduqda daha təhlükəli olur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu Bata universitetinin alimləri bildirir.

    Onların fikrincə tüstüdə olan kimyəvi maddələr bakteriyalarda reaksiya yaradaraq, onların sürətlə mutasiya etməyə vadar edir.
    Eksperiment zamanı alimlər 6 müxtəlif stafilakokk ştammını siqaret tüstüsü ilə işləyiblər.

    3 ştamm siqaret tüstüsü hücumundan sonra daha dözümlü olub, digər 3 ştam isə antibiotiklərə qarşı davamlılıq nümayiş etdirib.
    Bu o deməkdir ki, siqaret insanlığı qızılı statilakokk əlində çarəsiz edir və edəcək.

  • 22 yaşlı oğlanın “gənc” anası – Görənlər gözlərinə inanmır

    ABŞ-ın Los-Anceles şəhərinin sakini “Facebook” şəbəkəsində “gənc” anasının şəkillərini paylaşaraq onun belə cavan qalmasının sirrini açıb.

    “The Sun” xəbər verir ki, ətrafdakılar “gənc” ananın 22 yaşlı Conatan Nquenin bacısı, yaxud sevgilisi olduğunu düşünür.

    C.Nquenin anası ilə birlikdə fotosunu bəyənənlərin sayı 14 mini keçib və təqribən 8 min şərh yazılıb.

    Oğul anasının belə cavan qalmasını onun daha çox meyvə yeməsi ilə əlaqələndirib.

    O, anasının 40-dan çox yaşı olduğunu deyib: “Onun sirri yaşda deyil, qidada və məşqlərdədir”.

  • Hakerdən məsləhət: şəxsi informasiyanı qorumaq istəyirsinizsə…

    Haker notbukdakı kameranın üzərini bağlamaq məsləhətinə münasibət bildirib.

    Median.Az-ın Ura.ru-ya istinadən verdiyi xəbərə görə, informasiya təhlükəsizliyi üzrə kemiş haker Aleksandr Varskoy deyib: “Rusiya Keyfiyyət Sisteminin notbuk kamerasının üzərini bağlamaq təklifi səmərəlidir. Lakin “rəqəmsal gigiyenanın” daha yaxşı üsulları var”.

    Ekspert maraqlı bir müqayisə də aparıb. O bildirib ki, kameranın üzərini bu cür bağlamaq səmərəlidir. Amma bu, bankomatı ekskavatorla qarət etməyi xatırladır. Başqa sözlə desək, bu, əhəmiyyətli olsa da, çox naqolay üsuldur.

  • İtləri uzaqdan idarə edən cihaz kəşf edildi — VİDEO

    İsraildə köpək idarəetmə paneli yaradılıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ben-Gurion Universitetinin israilli mühəndisləri titrəmə yolu ilə əmrləri heyvanlara ötürən it üçün uzaqdan idarəetmə qurğusu icad edib.

    Ətraflı videodan izləyə bilərsiniz.

  • Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?…

    Siqaretin zərərli xüsusiyyətləri demək olar ki hər kəsə məlumdur və hər bir ölkədə siqaret asılılığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür.

    Maarifləndirmə tədbirləri bu sırada xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsidir ki, xüsusilə inkişaf etmiş ölkələrdə siqaret çəkilən sahələrin daralması, siqaretin yaratdığı zərərli təsirlərə dair məlumatlılığın artması siqareti tərgitmə istəyini və bu yolda uğurları artırmaqdadır.

    Siqaret aslılığının müalicəsində qısa müddətli və ya birdəfəlik üsullar bir o qədər uğurlu nəticə gətirmir. Bu istiqamətdə həm fiziki, həm də davranış terapiyasının birlikdə tətbiq olunduğu müalicə proqramlarının isə uğurlu olduğu məlum olub. Həm fiziki, həm də davranış vərdişlərinin faktorları birlikdə nəzərdən keçirilərək müzakirə olunur və hər şəxs üçün xüsusi həll yolları axtarılıb tapılır. Beləliklə də bir tərəfdən nikotinin yaratdığı fizioloji asılılıq, digər tərəfdən də vərdişlərin, sosial mühitin yaratdığı davranış vərdişləri ilə mübarizə aparılması asanlaşır.

    Bəs siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?…

    İlk 20-ci dəqiqədə – nəbz, qan təzyiqi, bədən temperaturu normal vəziyyətə qayıdır.

    24 saatda – qanda karbonmonoksid qazı sürətlə azalır.

    2 həftə-3 ay sonra – fiziki güc qabiliyyəti artır. Öskürək azalır və 3 ay ərzində yox olur. Bəlğəm miqdarı 2 həftədə yarıbayarı azalır. Nəfəs alıb-verməyiniz asanlaşır. İybilmə və dadbilmə hissiyatı yaxşılaşır. İmmunitet sistemi güclənməyə başlayır. Özünüzü daha dözümlü və güclü hiss etməyə başlayırsınız. Dişlərinizdə və barmaqlarınızdakı sarı ləkələr yox olur.

    1-ci ildə – infarkt keçirmə riskiniz ilk günlərdən etibarən azalmağa başlayır, 1 ilin sonunda risk 50% azalır. Beyin qanaması və ayaqlardakı damar xəstəliyi riski 30-50% nisbətində azalır.

    Xroniki bronxit və emfizema (KOAH) kimi nəfəs çatışmazlığına yol aça bilən ağciyər xəstəliklərinin ortaya çıxmasının qarşısı alınır. Qarşıdakı illərdə tənəffüs yolları infeksiyaları aradan qalxmağa başlayır.

    5-ci ildə – ağız, qırtlaq, qida borusu və sidik kisəsi xərçəngi riski yarıbayarı azalır.

    10-cu ildə – iflic olma riskiniz 5-10 il ərzində heç siqaret çəkməyən bir insanla eyni səviyyəyə enir.

    Ağciyər xərçəngi, ağız, qırtlaq, qida borusu, sidik kisəsi, böyrək və mədəaltı vəzi xərçəngi riski azalır.

    15-ci ildə – Koronar arteriya xəstəliyi və infarkt riski heç siqaret çəkməyən insanla eyni səviyyədə olur.

  • Alimlərdən unikal kəşf

    Amerikalı elm adamları 3 fərqli Günəşin göründüyü planet kəşf edib.

    Median.Az xəbər verir ki, “LTT 144Ab” adı verilən planet Yerdən 22,5 işıq ili uzaqlıqdadır.

    Elm adamlarının fikrincə, planet qırmızı cücələrdən ibarət adı “LTT 1445” olan üçlü ulduz sisteminin ən parlağı olan “LTT 1445A”nın orbitində yer alıb.

    Ulduza çox yaxın olan “LTT 1445Ab” Günəşinin ətrafında fırlanma periodunu 5,3 gündə tamamlayır. Buna görə də səthində istiliyin temperaturu 160 dərəcəyə çatır. Yer kürəsindən 1,5 dəfə böyük olan “LTT 144Ab”nin atnosferində metan və karbon-dioksid kimi qazlar olduğunu kəşf edib. (publika.az)

  • Körpəni atıb-tutmaq, yelləmək beyinə qan sızmasına səbəb ola bilər – Nevroloqdan XƏBƏRDARLIQ

    Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

    Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, nevroloq Aynur Zeynalova körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmağın doğru olmadığını bildirib. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem – vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye – labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır. Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər:

    “Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur”.

    Həkimin sözlərinə görə, yuxu problemi olan uşağı saatlarla silkələyib yatırtmağa çalışmaqdansa həkimə aparmaq lazımdır. Uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.

  • Mütəxəssislər smartfonlardan asılılığın nələrə səbəb olacağını söyləyiblər

    Həkimlər smartfonlardan tez-tez istifadənin insan həyatına mənfi təsir göstərə biləcəyinə əminliklərini bildiriblər.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu cür qurğuların yaradılması ilk zaman insanların işinin yüngülləşdirməsi məqsədi güdürdü, lakin faktiki olaraq, qacetlər həyata böyük ziyan vurur. Bu, onunla bağlıdır ki, bir çox insan öz vaxtına laqeydlik göstərir və gündəlik, təxminən, 7 saat portativ qurğunun arxasında vaxt keçirir. Beləliklə, vaxtın faydalı hissəsi heç bir fayda gətirməyən faydasız əşyalara sərf olunur.

    Həmçinin alimlər müəyyən ediblər ki, smartfonlardan həddindən artıq istifadə yaddaşa, diqqətə təsir edir və həmçinin yuxunun pis olmasına gətirib çıxarır. Bundan başqa, mütəxəssislər vacib səbəb olmasa, müasir qacetlərdən istifadəni mümkün qədər məhdudlaşdırmağı məsləhət görüblər.