Category: Maraqlı

  • GMO məhsullar insanları öldürürmü? – Doğru bildiyimiz yanlışlar

    Bu gün dünyada qida təhlükəsizliyi ilə bağlı vahimə doğuran məqamlardan biri də genetik modifikasiya olunmuş məhsulların istehsalı, satışı və istehlakıdır. Bir çox hallarda belə qidalar əhalidə narahatlıq yaradır. Bəs, görəsən həqiqətən də narahatlığa əsas varmı?

    İlk olaraq GMO məhsulların yaranmasını zəruri edən səbəblər haqda məlumat verək.

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Dünya alimləri hesab edirlər ki, qarşıdakı illərdə aclıqdan əziyyət çəkən əhalinin sayında yenidən artım olacaq. Proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı böhranı daha da genişlənəcək. Bu təhlükənin qarşısının alınması üçün isə alimlər əsas çıxış yolunu GMO məhsullarının istehsalında görüblər. Beləcə, alimlər tərəfindən irəli sürülən çıxış yoluna müvafiq olaraq müasir texnologiya üsullarından istifadə etməklə genetik modifikasiya olunmuş məhsulların istehsalına başlanılıb.

    Müasir gen mühəndisliyi metodu ilə laboratoriya şəraitində yaradılmış genetik materialı dəyişdirilmiş canlı orqanizmlər olan GMO məhsullar digərləri ilə müqayisədə xəstəliklərə, həşəratlara davamlı olur və məhsuldarlığı ilə seçilir. Belə məhsulların ilk satışı isə 1994-cü ildən reallaşmağa başlayıb.

    Maraqlıdır, bu gün dünyada neçə hektar ərazi GMO məhsullarının becərilməsinə ayrılıb?

    Məlumata görə, dünyada 28 ölkənin ümumilikdə 170 milyon hektar ərazisində GMO məhsullar becərilir. GMO məhsullarının becərildiyi əkin sahələrinin ölçüsünə görə isə bu gün ABŞ dünyaya liderlik edir. Məlumata görə, ABŞ-ın 70.9 milyon hektar sahəlik ərazisi GMO məhsullarının becərilməsinə ayrılıb.

    Hazırda geni dəyişdirilmiş bitkilər və digər məhsullar istehsal edən böyük dövlətlər – ABŞ, Çin, Yaponiya və digərləri arasında iqtisadi və biotəhlükəsizlik maraqlarının toqquşması zəminində münaqişələr yaranıb. ABŞ 2017-ci ildə Çinə 14 milyard dollarlıq soya məhsulu satıb. Məlumata görə, ABŞ transgen bitkilərin ixracından 73 milyard dollar gəlir əldə edir. Bu onu göstərir ki, GMO məhsulların istehsalı bəzi ölkələr üçün əsas gəlir mənbəyi olduğundan onların maraqlarına xidmət edir. Elə GMO növlərinə görə də ABŞ Yaponiya ilə birgə digər dünya ölkələrinə liderlik edir. Məlumata görə, Yaponiyada 334, ABŞ-da isə 203 GMO növü mövcuddur.

    Bəs bu cür məhsullar insan səhhəti üçün zərərlidir, yoxsa zərərsiz?

    Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verən ölkələrdə sağlamlığa yönəlmiş əks təsir aşkarlanmayıb. Avropa Komissiyasının məlumatına görə isə, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində aparılan 150 belə araşdırma zamanı GMO-nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb.

    Geni dəyişdirilmiş məhsulların da siyahısı açıqlanıb. Bu siyahıda biz kartof, pomidor, balqabaq, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, tütün, yumşaq buğda, lobya, qarğıdalı, yemiş, alma, gavalı, düyü, qızılgül, qərənfil, soya, pambıq və kətanın da adını görə bilərik.

    GMO ilə bağlı ölkəmizdə durum necədir?

    “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna görə Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağan edilir.

    Median.Az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə Sputnik Azərbaycan-a açıqlamasında GMO ilə bağlı Azərbaycandakı mövcud durumu qiymətləndirib. O, bu gün bütün dünyada yalnız 30 adda bitkinin genetik modifikasiya olunduğunu vurğulayıb: “Həmin 30 adda bitkinin 504 növü məlumdur. Lakin həmin məhsulların siyahısında bu gün yerli mediada GMO kimi təqdim olunan bir çox məhsulların adı yoxdur. Məsələn, çiyələk, qarpız, armud, gilas, albalı, xiyar və s. Onlar heç zaman GMO ola bilməz. Seleksiya olunmuş məhsullarla genetik modifikasiya olunmuş məhsulları bir-biri ilə qarışdırmaq lazım deyil”.

    AQTA sədri bütün dünyada ən çox GMO-su olan bitki, meyvə və tərəvəzlər sırasında qarğıdalının ön sıralarda olduğunu vurğulayıb.

    GMO mənşəli qida əlavələrini isə nömrələrindən tanımaq mümkündür. GMO mənşəli qida əlavələrinin siyahısında qeyd olunub ki, məhsulların üzərində E101, E101a, E150, E322, E415, E957 nömrələrinin olması GMO mənşəli qida əlavələrinə işarədir.

    Nəinki qida məhsulları, eyni zamanda da içkilərdə də GMO-lardan istifadə edilirmiş. Spirtli içkilərin istehsalında (pivə, şərab), süd məhsulları olan yoqurt, kefir, pendir, fermentasiya edilmiş məhsulların da istehsalında gen mühəndisliyi metodlarını tətbiq edərək, geni dəyişdirilmiş bakteriya və göbələklərin ştammlarından geniş istifadə edilir.

    Daha öncə qeyd etdiyimiz kimi GMO-su olan 30 adda meyvə, tərəvəz və bitki var. Bu siyahıda adı olmayan digər meyvə, tərəvəz və bitki növlərinin isə GMO-su yoxdur.

  • Dubayda Yollar və Nəqliyyat İdarəsi öz müştəriləri ilə “WhatsApp” messencer vasitəsilə əlaqə saxlayacaq

    Dubayın Yollar və Nəqliyyat İdarəsi yaxın vaxtlarda “WhatsApp” messencer bazasında yeni servis tətbiq edəcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayda bu yeni xidmət tətbiq ediləndən sonra müştərilər yol hərəkəti qaydalarının pozulmasına görə cərimə ödənilməsi məsələlərinə dair Yollar və Nəqliyyat İdarəsi ilə ani informasiya mübadiləsi formatında əlaqə saxlaya biləcəklər.

    İstifadəçilər cərimələr barədə bütün zəruri məlumatı öz smartfonunun köməyi ilə ala biləcəklər. Yeni xidmətdən istifadə etmək üçün cəriməni “WhatsApp” messencer vasitəsilə ödəmək arzusunda olmağınızı göstərilən telefon nömrəsinə bildirməyiniz kifayətdir.

  • Hamını “qocaldan” proqram şəxsi məlumatları oğurlayır – DİQQƏTLİ OLUN

    Bir çox mütəxəssislər hesab edir ki, “FaceApp” tətbiqi istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır. Onların fikrincə, proqram istifadəçilər üçün riskdir.

    Median.Az Oxu.az-a istinadən bildirir ki, texnologiya sahəsində təhlükəsizlik mütəxəssisi Devid Vaylın sözlərinə görə, “FaceApp” tətbiqi işə salınan zaman istifadəçidən normaldan daha çox şey istəyir:

    “FaceApp” fotoşəkillərin hər kəs tərəfindən paylaşılmasına imkan yaradır və bu məlumatları həmişəlik saxlama haqqına sahib olur. Fotonu yükləyəndə isə məlumatınızın haraya göndərildiyinə dair ətraflı məlumat yoxdur. Tətbiqi yükləməmişdən əvvəl yazılan anlaşma mətnində fotoşəkillərin şirkət tərəfindən, demək olar, hər kəslə paylaşa biləcəyinə razılıq verirsiniz”.

    Bəzi mütəxəssislər tətbiqin mobil telefondakı şəkil albomlarına da giriş icazəsi almasına diqqət çəkib. Onlar deyirlər ki, “FaceApp” istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər.

    Avstraliyalı vəkil Maykl Bredli isə diqqətə çatdırıb ki, fotoşəklini, adını və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qala bilər:

    “Tətbiqin ticarət baxımından bu məlumatları necə paylaşacağı hələ bəlli deyil. Proqramı yükləməzdən əvvəl hazırlanan sazişdə bu şirkətin satılacağı təqdirdər məlumatların taleyi ilə bağlı konkret məlumat yoxdur.

    Şirkət satılanda etiraz etsəniz də, məlumatlarınız həmin şirkətə veriləcək. Məsələn, “FaceApp” NSA-ya (Amerika Milli Təhlükəsizlik Agentliyi) satılarsa, şəkillər və məlumatlarınız onların olacaq”.

  • The Guardian: Audiokitab mütaliənin gələcəyidir

    Britaniyanın The Guardian qəzetinin məqaləsində bildirilir ki, son illər insanlar çap materiallarının – kitabların və qəzet-jurnalların yerinə audiokitablardan istifadəyə daha çox üstünlük verirlər. Texnoloji nailiyyətin təklif etdiyi bu yeniliyin üstünlüyü isə istifadəçiyə eyni vaxtda mətni oxumaq və onun səslənməsinə qulaq asmaq imkanı verməsidir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə qeyd olunur ki, 2018-ci ildə audiokitabların satışı 43 faiz artıb, çap məhsulu olan kitablarda isə son beş ildə bu rəqəm 5 faiz azalıb. Alimlər bildirirlər ki, bəzi yaşlı insanlar texnologiyanın yeni nailiyyətini tam şəkildə qəbul etməsələr də, gənclər elektron kitablara daha çox maraq göstərirlər. Bundan başqa, psixoloqlar audiokitabların bədii və elmi ədəbiyyatın daha tez qavranılması baxımından üstün olduğunu qeyd edirlər. Onların fikrincə, bu mütaliə üsulu uşaqlarda zehni inkişafı, xarici dil öyrənilməsi prosesini sürətləndirir. Bu, yazılış və tələffüz arasında ciddi fərqlər olan ingilis dilinin mənimsənilməsində özünü daha çox göstərir. Digər tərəfdən, elektron kitablar mətnin sonradan təkrarı məqsədilə skan edilməsi baxımından da əlverişlidir. Eyni zamanda, audiokitablar eşitmə yaddaşı güclü olanların oxuduqları və dinlədikləri materialı daha uzun müddət xatırlamasına imkan verir. Elektron kitabları səsləndirən aktyorların məlahətli səsi isə insanlarda psixoloji cəhətdən rahatlıq yaradır.

    İngiltərənin Sound Understanding (səsi anlama) studiyasının direktoru Ceniffer Hovard bildirib ki, dünya klassiklərinin əsərlərinin audiokitablara köçürülməsi prosesinə ən tanınmış və diksiyası səlis olan aktyorlar cəlb olunur. Onun sözlərinə görə, səlis oxunmayan və səs tonu kobud olan elektron kitablar istifadəçilərdə maraq doğurmur. Ceniffer Hovard əlavə edib ki, bunları nəzərə alan istehsalçı studiyalar yayım şirkətləri ilə əməkdaşlığa üstünlük verirlər.

    İnternetdə materialları istifadəçilər tərəfindən 3 milyard saatdan çox yüklənən audiokitab hazırlayan “Audible” şirkəti isə fəaliyyətini daha da təkmilləşdirir, Maykl Lyuis və Con Ronson kimi məşhur yazıçılara məxsusi olaraq audiokitab yazmaq sifarişi verir. Bu cür şirkətlərin sahibləri yaxın gələcəkdə “virtual nəşriyyat” rolunu oynamaq niyyətindədirlər. Bədii və elmi ədəbiyyatla tanış olmaq istəyənlər elektron kitabları yeni nəsil kiçik monitorlu MP3 formatında portativ aparatlara, yaxud mobil telefonlara yükləyərək hər yerdə oxuyub dinləyə biləcəklər.

  • Azərbaycandakı sürücülər 3 qrupa bölünür – CƏMİ 4-5% NORMALDIR

    Azərbaycanda avtomobil idarə edənləri yol hərəkəti qaydaları sahəsindəki biliklərinə və davranışlarına görə 3 qrupa bölmək olar.

    Median.Az fed.az-a istinadən bildirir ki, bu barədə yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, sürücülərdən cəmi 4-5%-i zəruri biliklərdən məlumatlıdır və tələblərə cavab verir. Ekspert yazır:

    “Uzun illər apardığm müşahidələr əsasında ölkəmizdəki sürücüləri 3 qrupa bölərdim:

    Eləcə də bax: “SOCAR Petroleum” sürücülər üçün – YENİ XİDMƏT TƏQDİM EDİB
    1. Bütün sürüclərin cəmi 4-5%-ni təşkil edən intizamlı, savadlı, peşəkar, səliqəli sürücülər. Bir sözlə, bunlar sürüclüyün, yol hərəkəti təhlükəsizliyinin nə olduğunu bilən, provakasiyalara getməyən, qaydaları heç vaxt pozmayan, yaxud çox nadir hallarda qaydalardan cüzi kənaraçıxmalara yol verən sürücülərdir.

    2. Bütün sürücülərin təxminən 8-10 %-ni təşkil edən kobud, yekəxana, qaydalardan anlayışı olmayan sürücülər. Belələri təhlükəsizliklə bağlı çox bəsit şeylərdən də bixəbərdirlər, özlərini hər bir qaydanın fövqündə görürlər, hətta bəziləri qayda pozmaqla öyünə də bilərlər.

    3. Sürücülərimizin 85-88%-ni təşkil edən əksəriyyət. Bunların qaydalardan, yol hərəkəti təhlükəsizliyindən müəyyən məlumatlarıı var, amma həmin məlumatlar natamamdır. Lakin yaxşı hal odur ki, düzgün metodika seçilməklə bu əksəriyyətin dünyagörüşünü dəyişmək, intizamlılıq səviyyəsini yüksəltmək olar.

    Bu əksəriyyət üçün ən xarakterik hal odur ki, onlardan bəziləri yol şəraitinə uyğun davranışa meyllidirlər. Məsələn, belə bir mənzərəni çox görmüşük. Tixacdır, hamı qoşa xəttin sağ tərəfi ilə (öz yoluyla) fasilələrlə gedir. Birdən qeyd etdiyim 2-ci qrupa aid bir “qoçaq” qoşa xəttin sol tərəfi ilə şütüyür. Görürsən ki, bayaqdan yerindən tərpənməyənlərin bir neçəsi də həmin “qoçağa” qoşuldu.

    Deməli, bu əksəriyyət yaxşı nümunə şahidi olsa, gözəl mühitlə qarşılaşsa, daha intizamlı və səliqəli olacaq, pis nümunə görəndə isə kobudluq edəcək.

    Dostlar, əsas məqsədimiz yuxarıda qeyd etdiyim 1-ci qrupda olanların sayını artırmaq və imkan daxilində 2-ci qrupdakıları azaltmaq olmalıdır. Əminəm ki, biz 1-ci qrupun sayının 2-cidən heç olmasa, 2 dəfə artıq olmasına nail olsaq, yollarımızda tam başqa mənzərə görə bilərik. Amma hər kəs ilk növbədə öz üzərində işləməlidir. Peşəkarlığı artırmaq üçün hər zaman imkan tapmaq olur”.

  • Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır – XƏBƏRDARLIQ

    Smartfon diabet xəstəliyinin yaranma riskini artırır.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, Fransa və Niderland alimləri apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər.

    Tədqiqat zamanı neyribioloqlar siçanlara gecə vaxtı smartfon işığına məruz qoyaraq, onların qida seçimi və gün ərzində toxuma və qanda qlükoza səviyyəsinə diqqət yetiriblər.

    Alimlər müəyyən edib ki, cəmi 1-2 saat mavi işığın təsirindən siçanların toxumalarında qlükozaya həssaslıq artıb, onlar preddiabet mərhələyə giriblər.

    Səhəri siçanların qarşısına normal qida, adi su, donuz piyi və şirin su qoyulub. Mavi işığın təsirinə məruz qalan siçanlar digər qalmayan siçanlara nisbətən 2 dəfə çox şirin su içiblər.

    Bu nəticələr aydın göstərir ki, gadjet, smartfon və digər texniki vasitələrin gecə ekranından yayılan mavi işıq orqanizin şəkərə reaksiyasını dəyişir, insanı şirniyyata meyilləndirir, toxumalarda qlükoza həssaslığını çoxaldır. Nəticədə insan daha çox şəkər tələb edərək, diabet mərhələsinə qədəm qoyur. Bu effekt daha çox kişi cinsində müşahidə olunur.

    Qeyd edək ki, insan gözünün qişası telefon ekranının mavi işığına çox həssasdır və bu işığı alan göz baş beyinə siqnal göndərir. Bu siqnal isə iştaha cavabdeh hissəni qıcıqlandırır.

    Əvvəlki tədqiqatlarda sübut olunmuşdu ki, gecəyarı bir neçə saat smartfon işlədənlərdə piylənmə baş verir.

    Alimlər məsləhət görür ki, təcili olaraq və işi ilə bağlı gecələr telefon və noutbukda çalışanlar xüsusi tətbiq yükləyərək telefonun mavi işığını narıncı rəngə dəyişsinlər və ya xüsusi filtedici eynək taxsınlar. Bu eynəklər artıq satışda var.

  • Uşaqlarda autizmin inkişafının yeni əlaməti aşkar edildi

    Uşaqlarda atipik qidalanma davranışı autizmin inkişafından xəbər verə bilər.

    “Medical Note”un məlumatına əsasən, belə bir nəticəyə ABŞ-ın Pensilvaniya universitetinin alimləri gəliblər.

    Aparılan araşdırmaların nəticələrinə əsasən, xəstəlikdən əziyyət çəkən uşaqların 70%-i öz qidalanma adətini dəyişirlər. Belə ki, uşağın ancaq müəyyən ərzaqları yemək istəməyi autizmin inkişafının göstəricilərindəndir. Belə uşaqlar yalnız konkret rəng və ya formada olan yeməyə üstünlük verə bilirlər.

    Bundan savayı, uşaqlar ərzağın tekstura və temperaturuna da qarşı həssas olurlar, bəzən isə autizmli uşaqlar ümumiyyətlə yeməkdən imtina edib, onu cibində gizlədə bilirlər.

  • Gənc dahi Eynşteyn və Hokinqi səhv çıxardı — Allah var!

    Ötən əsrin alimləri arasında ateist olmaq dəbdə olub. Stiven Hokinq və Albert Eynşteyn də özlərini ateist adlandırıblar. Onlar Tanrının olduğunu inkar edirlər. Amma bu gün dahi insanlar arasında Allahın mövcudluğunu qəbul edən və sübut edənlər də artıb. Onlar artıq Ali Qüvvəni elm yolu ilə sübut edirlər, ateistlərin iddialarını rədd edirlər. Bu dahilər elmi və Allaha inancı birləşdirən insanlardır.

    Median.Az xəbər verir ki, belə dahilərdən biri də 11 yaşlı Uilyam Meylisdir. Uilyam yunan rahibin oğludur və artıq 7 aylığından tam cümlələr quraraq danışa bilib. Meylisin 2 yaşı olanda artıq oxuyub yaza bilirdi və kifayət qədər mürəkkəb riyazi məsələləri həll edirdi.

    9 yaşı olanda vunderkind Pensilvaniyada orta məktəbi bitirdi və Karneqi-Mellon universitetində astrofizik fakultəsinə qəbul oldu. Onun arzusu Tanrının mövcudluğunu sübut etmək, bunu elmi yolla bütün planetə göstərmək idi.
    Uilyamın fikrinə əsasən, Allahı inkar etmək üçün dünyada hər şeyin Ali Ruh tərəfindən yarandığını başa düşməyənlərdən olmaq lazımdır. Ateist təbliğatı və dini doqmatika öz çirkin əməllərini ediblər və bu səbəbdən müasir insan əsasən dinsizdir. Onun kilsəyə və ya məscidə gedib ibadət etməsi vacib deyil, insanın daxilində inamı yoxdur, Tanrıya inanmır.

    Gənc dahi XXI əsr insanının təhsilini və şüurunu əsl həqiqətlə doldurmaq istəyir. Məsələn, o, inanır ki, Kainatın sonsuz olduğu və 14 milyard il əvvəl yaranması barədə tezislər bir-birinə ziddir. Dünyanın yaranmasında hər şey, əsas da zaman sonsuzdur. Ateist-alimlər tərəfindən bu düzgün qəbul edilmir. Burada sonsuzluq var və Kainatın yaşı yoxdur və ola bilməz. Hansısa hərəkət və dəyişiklik ola bilər, amma heç nədən yaranma ola bilməz. Çünki hər şeydən Ali olan Tanrı, zaman və məkan sonsuzdur.

    Uilyam bu fikirlərini gələcəkdə də sübut etməyə çalışacaq…

  • Hormonal pozuntu yaradan qidalar- (FOTOLAR)

    Bu davranışlar və qidalar bədəndə hormonların tarazlığını pozur.

    Median.Az sözügedən qida və davranışları sizə təqdim edir:

    1. Stress


    İlk olaraq, sresslə başlayaq. Stress bədəndəki endrokin sistemi də daxil olmaqla bütün sistemi zədələyir. Bütün günü gərgin olursunuzsa, tiroid düzgün çalışmır ona görə də, daha çox, ya da az hormon istehsal edir.

    2. Siqaret aslılığı


    Siqaret çəkmək yalnız ciyərlərinizi sıradan çıxarmır. Araşdırmalar siqaretin tiroid üçün də zərərli olduğunu göstərir. Tütün yavaş-yavaş tiroidin hipertiroidizimə səbəb olan daha çox hormon istehsal etməyini təmin edir.

    3. Soya


    Soya xeyirli sayıla bilər. Lakin anti-tiroid təsirinə sahib olduğu üçün çox yeyilməsi məslhət görülmür. Çünki soya tiroidin iş sürətini aşağı salır.

    4. Alkoqol asılılığı


    Alkoqol pankreatik sekresyonu artırır və ya azaldır. Hər iki halda bunun sağlamlığa ziyanı var. Beləliklə də qadınlarda menustrasiya dönəmində problem yaşandı zaman, kişilər də aşağı libidodan əziyyət çəkir.

    5. Tərə və marqarin yağı


    Kolestrol lipid balansına və tiroidin işləməyinə təsir edir. Bu reallıq olsa da heyvan südündən hazırlanan yağ yemək lazımdır. Çünki tərə yağının tərkibi selenium və D vitamini ilə zəngindir. Yediyiniz tərə yağının miqdarına nəzarət etmək lazımdır.

    6. Yüksək glisemik indeksli qidaların qəbulu


    Tiroidinin sağlam olması üçün nə yediyinizə diqqət etməlisiniz. Yüksək glisemik indeksli qidalar şirniyyat, xəmir yeməkləri, makaron və ağ düyü sayılır. Bu qidalardan imtina etmək mümkün deyil, amma dietanızda bu qidaların miqdarını azalda bilərsiniz.

    7. Kafein


    Günə bir fincan qəhvə ilə başlamaq elə də pis deyil. Lakin gün ərzində tez-tez içmək vəziyyəti dəyişə bilər. Qəhvə və çayın tərkibində bədəndə kortizolun miqdarını artıran kafein var. Bu stress hormonu tiroidə təsir edir və metobolizma pozulmağa başlayır.

    8. Turpkimilər sinifinə aid tərəvəzlər


    Yod çatışmazlığından əziyyət çəkirsinizsə, çoxlu kələm, şalğam və turp yeməyiniz məsləhət görülmür. Bu qidalara azot və kükürd tərkibli glukozinolatlar daxildir.

    9. Fast food yeməyi azaldın


    Sağlam qidanlanmağa başladığımız zaman hansı yeməklərdən imtina etməli olduğumuzu bilməliyik. Xeyirli yağlar zeytun və kətan toxumunda, yumurta, süd məhsulları, ət, balıq və buğda toxumlarının tərkibindədir.//Baku.ws

  • Bu içkilər xərçəng riskini artırır — Gündəlik istifadə etdiklərimiz də var

    Meyvə şirəsi və qazlı alkoqolsuz içkilər kimi şəkərli içkilər də xərçəng riskini artırır.

    Median.Az xəbər verir ki, Sarbonna Universitetinin fransız alimləri tərəfindən aparılan araşdırmaya görə şəkərli içkilər xərçəng riskini 18% artırır.

    Araşdırmalar çərçivəsində xərçəng riskini artıran qrupda meyvə şirəsi, meyvəli süt, enerji içkiləri, şəkərli çay və ya qəhvənin iştirak etdiyi müəyyənləşdirilib. Alimlərə görə, şəkərli içkilərin xərçəng riskini artdığına səbəb qan şəkəri səviyyəsinin artması olur.

    Qeyd edək ki, araşdırmanın nəticələri Britaniya Tibb Jurnalında dərc edilib.//ölkə.az