Category: Maraqlı

  • 45 yaşdan sonra siqareti tərgitsəz…

    Geniş miqyaslı, uzunmüddətli tədqiqatlar göstərir ki, siqaret çəkənlərin ürək-damar xəstəliklərindən ölüm faizi tütün istifadə etməyənlərə nisbətən, üç dəfə çoxdur.

    “BMC Medicine” jurnalında dərc olunan hesabatda deyilir ki, tütün istifadəçilərində insult olma və ya ürək böhranı riski iki dəfə yüksəkdir.

    Avstraliyadakı Kanberra Milli Universitetinin araşdırmaçıları yeddi il ərzində 188 167 siqaret çəkən şəxsi təhlil ediblər. Burada kişilər və qadınlar, 45 yaşdan sonra siqaret çəkməyənlər (siqareti tərgidənlər), siqaretin ürək-damar sisteminə təsiri təhlil olunub. Mütəxəssislər siqaret çəkmənin intensivliyini və davamlılığını qiymətləndirərək yaş, cins, yaşayış yerini, subyektlərin sosial vəziyyətini, gəlirlərini və təhsillərini də nəzərə alıblar.
    Qeyd olunub ki, insanların çoxu siqaretin təhlükəsini qiymətləndirə bilmirlər.

    Onlar anlamırlar ki, gündə orta hesabla dörd-altı siqaret çəkmək insanın siqaret çəkməyən insandan xeyli əvvəl həyatdan getməsinə şərait yaradır.

    Bununla yanaşı, tədqiqat aparan alimlərin yaxşı xəbərləri də var: siqaret çəkməkdən imtina etmək ürək böhranı, infarkt və digər xəstəliklər riskini əhəmiyyətli dərəcədə azaldır. 45 yaşa qədər siqareti tərgitməyi bacaranlar, siqaretin səbəb olduğu ürək-damar xəstəliklərinin riskini təxminən 90 faiz azalda bilərlər.

  • Niyə əksər evli kişilərin ikinci sevgilisi olur?

    Mətbuatda dərc olunan ailə-məişət xəbərləri, bu istiqamətdə qeyd edilən statistikalar, aparılan monitorinqlər Azərbaycan ailə modelinin xeyli dəyişdiyini göstərir.

    Məsələn, araşdırmalar göstərir ki, hazırda əksər evli kişilərin kənarda sevgilisi, münasibət qurduğu qadın və ya qadınlar var. Sanki əvvəllər cəmiyyət qınağından qorxub boşanmaqdan çəkinənlərin yerini sevgililəri ilə aşkarda gəzənlər tutub.

    Median.Az gencaile.az-a istinadən bildirir ki, hər halda bu fakt bizə “kişilər bir qadınla kifayətlənə bilmir” deməyə əsas verir. Məlumdur ki, bunun nəticəsində nikahdan kənarda doğulan uşaqların, boşanmaların sayı da bildiyimizdən də artıqdır. Maraqlıdır, nə üçün əksər evli kişilərin ikinci sevgilisi olur?

    Beş-altı qadınla əlaqəsinə görə fəxr edən kişilər görürük. Halbuki heyvanların davranışını təqlid etmək qürurverici bir şey deyil…

    Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bu cür hallar cəmiyyətdə çaxnaşmaların sayını artırır:

    “Min illərdir ulu babalarımızın cəmiyyətdə qoyduğu nizam qaydaları və qadağalar var. Bu barədə danışan zaman fikirləşmək lazımdır ki, babalarımız fiziki cəhətdən indikilərdən də sağlam olub. Onların bu cür sərgüzəştlər üçün tələbatları daha çox idi. Buna baxmayaraq hər ağıllı adam bilirdi ki, cəmiyyətdə mənəvi dəyərlər zəiflədikcə çaxnaşma, gərginlik çoxalır. Bu səbəbdən o zamanlar əxlaqi-mənəvi dəyərləri gözdən salan, ucuzlaşdıran amillərə qadağalar qoyulub.

    Bəzən beş-altı qadınla əlaqəsinə görə fəxr edən kişilər görürük. Halbuki heyvanların davranışını təqlid etmək qürurverici bir şey deyil. İnsaniyyət üçün mühüm olan mədəniyyətin mövcudluğu daha önəmlidir. İnsanlığı xarakterizə edən davranışlar çox olduqca, cəmiyyət daha dəyərli olacaq. Amma deyilən tələblər heyvani tərəfləri daha çox əks etdirir.

    Cəmiyyətə nizam-intizam gətirən və dağıdıcı amillər var. Haqqında danışdığımız məsələ dağıdıcı amillərdir və bu kimi halların olması pis simptomdur”.

    Sosioloqun sözlərinə görə bu cür halların qarşısını almaq üçün mütləq tədbirlər görülməli və yeni ailə modeli yaradılmalıdır:

    “Azərbaycan ailəsində çox gözəl modellər var idi. Bütün dünyaya bunu təbliğ edib nüfuz qazana bilərdik. Təəssüf ki, biz bu modelin gerilik əlaməti olduğunu, Avropanın bu məsələdə daha çox inkişaf etdiyini düşündük. Biz onların qiymətini bilmədik və arxa çevirdik.

    Azadlıq lazım olsa da, abır-həyadan azad olmalı deyilik. İndiki yaranan vəziyyət arzuolunan deyil və bu, cəmiyyətin getdikcə çürüməsinə səbəb olur. Digər tərəfdən bu cür sərbəst hərəkətlər xəstəliklərin yaranması ilə bağlı böyük risklərə yol açır.

    Eyni zamanda hazırda oğlan da, qız da ailə həyatı quran zaman tələsir və bir az keçəndən sonra məlum olur ki, bunların maraqları eyni deyil. Bu zaman kişilər kənarda öz marağına uyğun, qəlbini oxşayan qadına rast gəlir. Yaxud sosial şəbəkələrin də bu məsələdə öz rolu var. Ailədə görmədiyi mehribanlığı sosial şəbəkədə tapanlar çoxdur.

    Yekun olaraq bu gün Azərbaycanda ailə qurmaq mədəniyyəti arzuolunan səviyyədə deyil. Buna görə də bununla bağlı istər qanunvericilik, inzibati, istərsə də maarifləndirmə baxımından ciddi tədbirlər görülməlidir”.

    Kişi kənarda qadın saxlayır, bəs, bu qadın haradan gəlir? Marsdan və ya Veneradan gəlmir ki…

    Tanınmış psixoloq Elnur Rüstəmov qeyd edir ki, bu məsələdə kişi yox, insan faktoru daha önəmlidir:

    “Kişi kənarda qadın saxlayır. Bəs bu qadın haradan gəlir? Marsdan və ya Veneradan gəlmir ki… Hamısı ətrafımızda olan qadınlardır. Niyə məsələni “qadın qıraqda bir kişi ilə görüşür” kimi qoymuruq?

    Bəzi insanların içində müəyyən boşluq yaranır və ya ailəsində problemlər olur. Həmin insanlar bundan sonra müvəqqəti görüşlərlə özünə dırnaqarası psixoloq tapır. Evdə həyat yoldaşı ilə kəlmə kəsmir, amma digər qadınla saatlarla danışır. Kimsə yaxınını, doğmasını itirəndə yaranan boşluğu bu cür doldura bilər. Yaxud gen faktoru da müşahidə edilir.

    Bu cür psixoloji faktorlara görə müvəqqəti münasibətlər quranları danmaq olmaz. Lakin bu, yalnız kişilərdə deyil, qadınlarda da müşahidə edilir.

    Burada söhbət insan faktorundan gedir. Bütün kişilər gəzir deyə bilmərik. Bizim əlimizdə fakt olmalıdır. Digər tərəfdən dəlinin yadına daş salmayaq. Belə olan halda kişilər də “filankəs gəzirsə, mən niyə gəzməyim” deyə düşünəcək.

    Əgər fundamental yanaşsanız, qadınlarda intim istəyin kişilərdən daha çox olduğunu görəcəksiniz. Əslində “gəzən” daha çox qadınlardır, nəinki kişilər”.

    Kişiləri qadınların saç, bədən quruluşu, dərisinin rəngi və sair seksə cəlb edir

    Androloq-seksopatoloq Həsən Səmədov məsələnin tibbi tərəflərinə aydınlıq gətirir:

    “Bu məsələ çox dərindir. Çünki kişilərlə qadınların psixoloji və şüuraltı düşüncələri tamam başqadır. Bunun əsas kökü instinktə dayanır. Yəni kişilər və qadınlar seksual aktda necə proqramlaşıb? Kişilərin seksə münasibəti adətən poliqamdır. Yəni kişilər yaradılış olaraq fiziki faktorlara önəm verir. Qadınların saç, bədən quruluşu, dərisinin rəngi və sair onu seksə cəlb edir.

    Qadınlarda isə bu instinkt individual və psixolojidir. Kişilər seksə fiziki baxdığı halda, qadınlar məsələyə psixoloji yanaşır. Kişilərin yaradılışı belədir və onlarda qısa müddət ərzində çox qadın əldə etmə həvəsi və hərisliyi var. Kişilərin ailədən kənar sevgilisinin olması, qadın saxlamaları bir baxımdan bununla əlaqəli ola bilər.

    Lakin onların ailədən kənarda hər hansı qadınla münasibəti heç də sevgi münasibəti deyil. Kişi sadəcə müəyyən cinsi tələbatını kənarda ödəməyi üstün hesab edir. Burada da müəyyən qadağalar var. Bəzi dəyişkən cinsi əlaqə növləri Azərbaycan mentalitetinə uyğun olmadığı üçün kişilər yaranan qadağaları kənarda pozmağı xoşlayır.

    Bir ailə modelində müəyyən cinsi münasibətlər fonunda kişilərdə hər hansı intim tələbatın ödənilməməsi müşahidə edilə bilər. Bura müxtəlif xəstəliklər aiddir.

    Məsələn, qadının cinsi orqanında olan infeksion xəstəliklər, yəni xroniki infeksion xəstəliklər, uşaqlı yolu, uşaq yolu popilona və kondilomaları, uşaqlıq boynu eroziyası kimi iltihabi xəstəliklər qadınlarda cinsi əlaqə vaxtı ağrı verir. Bu zaman qadın normal cinsi aktı yerinə yetirə bilmir və bu, istər-istəməz narahatlıq yaradır”.

    Androloq-seksopatoloq məsələnin digər səbəblərindən də söz açdı:

    “Qadınların psixoloji seksual travmaları da digər faktorlardan biridir. Məsələn, hər hansı bir qadın digər qadına ilk cinsi əlaqənin qorxulu olacağı haqqında məlumat veribsə, qorxular yaranır və bu, uzun müddət, ya da ömür boyu onu izləyir. Belə hallar qarşı tərəfi qane etmir və kişilərin başqa qadına meyl etməsinə səbəb olur.

    Eyni zamanda kişilərin porno film izləməsi də onlarda problemlər yaradır. Bunun nəticəsində onların şüuraltısında dərin psixoloji pozuntu baş verir. Bu tip hallar kişilərin kənarda digər qadınlarla əlaqələrini artıra bilər.

    Lakin qeyd etməliyəm ki, ailə modeli önəmlidir və bunu nəzarətdə saxlamaq lazımdır. Əgər ailədə cinsi problemlər varsa, mütləq həkimə müraciət edilməlidir”.

  • Mobil telefonlar nədən düzəldilib? – Mendeleyev cədvəlinin yarısı

    Əgər ən son model smartfonları bir araya yığsaq onlardan 85 ton qızıl, 875 ton gümüş və 40 min ton mis çıxartmaq mümkündür.

    Müasir telefonlarda 70-ə yaxın kimyəvi element mövcuddur, bu da Mendeleyev cədvəlinin yarısı deməkdir.

    “Bu elementlər telefonlarımıza necə düşür və onları oradan necə çıxarmaq olar” suallarına cavabı “TED Ed” online-leksiyalar portalının müəllimi Kim Preşoff verir.

    Yuxarıda adı çəkilən maddələrin təbiətdə nadir olduqlarını nəzərə alsaq, köhnə smartfonların kütləvi təkrar emalı məntiqli görünür. Lakin Preşoff bildirir ki, elektron cihazlarının emalı ekologiyaya ziyan vura bilər və sosial problemlərə gətirib çıxarar.

  • Mütəxəssis açıqladı – Hansı meyvələri hansı saatlarda yemək lazımdır?

    Sağlam qidalanmaq üzrə türkiyəli həkim Fevzi Özgönül meyvələrin faydalı təsir gösgtəridiyi saatları açıqlayıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bədən ağlı ilə arıqlamaq modelini təklif edən məşhur həkim bir çox meyvələri səhər yeməyində istifadə etməyi məsləhət görüb.

    Tut

    Tut əsl vitamin deposu hesab olunur, səhər yeməyi üçün əlverilişdir, lakin artıq çəki problemi yaşayanlara az miqdar yeməyi tövsiyə edirəm.

    Şaftalı

    Yazın ən şirin meyvələrindən biridir. Əgər çəki probleminiz varsa, bir müddət uzaq durun. Meyvə kimi axşamüstü qatıqla qarışdırıb, təbii yoqurt hazırlayaraq yemək daha faydalıdır.

    Qovun

    Qovun da qarpız kimi çətin gec həzm olunur. Eyni zamanda, çox şirin bir meyvə olduğu üçün çox yeməyi məsləhət görmürəm. Yaz aylarında axşam yeməklərində az miqdarda şirniyyat yerinə yerinə yemək olar. Xüsusilə dondurma sektorunda çox istifadə edilir. Axşam üstü sərinləmək üçün qatıqla da yemək olar.

    Alça

    Şirin və turş növləri var. Şirin alçanın dadında şəkər hiss edilməsə də, çox yemək olmaz. Ən azından artıq çəkilərdən xilas olana qədər. Günorta saatlarında yeyilməsi daha faydalıdır, axşamlar köp yaradır.

    Üzüm

    Üzüm şəkəri çox yüksək olan meyvədir. Bu baxımdan gün batana qədər, xüsusilə səhər yeməyində yemək məsləhətdir. Axşamlar isə yenə qatıqla qarışdırıb yeyə bilərsiniz.

    Qarpız

    Çox sulu bir meyvə olduğu halda, zənn edildiyinin əksinə olaraq həzmi çox çətindir. İsti yay aylarında günəşin altında tərkibindəki suyu qorumaq üçün çox möhkəm quruluşa malikdir. Odur ki, gecə yeyiləndə şişkinlik və yuxu pozğunluğuna gətirib çıxarır. Səhər yeməyi və ya naharda qarpız-pendir yemək üçün ideal saatlardır.

    Çiyələk, moruq, böyürtkən

    Ən sevilən yaz bəhərlərindəndir. Lakin çəki probleminiz varsa, şəkəri yüksək olduğundan günorta və ya axşam hava qaralana qədər qatıq ilə birlikdə yemək daha xeyirdir.

    Qaysı

    Həm meyvəsi, həm də çəyirdəyi qiymətlidir. Acı çəyirdəyi dərman sənayesində, şirin çəyirdəyi isə həm çərəz olaraq, həm də qənnadı məhsullarında istifadə edilir. Qəbizliyə yaxşı təsir edir. Yenə səhər yeməyi üçün əlverişlidir, axşam isə qatıq ilə birgə istifadəni təklif edirəm.

  • Siqaretdən daha qorxulu: piylənmə və artıq çəki

    Köklük hazırda dörd geniş yayılmış xərçəng növünün yaranmasına siqaretdən daha çox səbəb olur.

    Bağırsaq, böyrək, yumurtalıq və qaraciyər xərçəngini daha çox köklük yaradır, nəinki siqaret çəkmək, Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatı bildirir.

    Sonxeber.az xəbər verir ki, qurum milyonlarla insanın artıq çəkisinə görə xərçəng riski daşıdığını və həddindən artıq kök insanların siqaret çəkənləri ikidə bir nisbətində üstələdiyini deyir.

    Qurumun köklük-xərçəng riskini göstərən yeni reklam bilbordu tənqidlərə səbəb olub.

    – Piylənmə riski insan hələ körpəykən təxmin edilə bilir
    – Nə yemək yox, nə zaman yemək önəmlidir

    “Bəli mən kökəm. Və baxın, necə yaşayıram”

    Tənqidçilər deyirlər ki, təşkilatın “Artıq çəki də xərçəng yaradır” cümləsi yazılmış siqaret qutularının rəsimləri əks olunmuş reklamı köklüyü aşağılayır.

    Britaniya Xərçəng Araşdırmaları isə bu iddiaları rədd edirək deyir ki, məsələ nə kök insanları günahlandırmaqda, nə də siqaret və köklüyün xərçənglə müqayisə edilməsindədir. Hər ikisi insanların xərçəng riskini artırır.

    Əslində Britaniyada siqaret xərçəng riskini artıran səbəblər arasında hələ də birincidir.

    Lakin dörd geniş yayılmış xərçəng növündə səbəb kimi artıq çəkinin adı çəkilir.

    Uzun və sağlam həyatın sirri: az yemək

    Hesablamalara görə, hər il 42 min yeni bağırsaq xərçəngi halının səbəbi 4800 dəfə köklük, 2900 dəfə isə siqaret olub.

    Böyrək xərçəngində 12900 haldan 2900-nün səbəbi köklük, 1600-nün səbəbi siqaret olub. 5,900 qaraciyər xərçəngi halına 1,300 dəfə köklük, 1200 dəfə siqaret səbəb olub.

    7,500 yumurtalıq xərçəngi halında isə 490 halını artıq çəki, 25 halı isə siqaret yaradıb.

    Artıq çəki və xərçəng arasında əlaqə təyin edilsə də, onun bioloji mexanizmləri tam aydın deyil.

    Yağ hüceyrələri əlavə hormonlar yaradır və böyümə faktorları bədənə daha çox bölünmə əmrini verir. Bu xərçəng hüceyrələrinin yaranma şansını artırır.

    Fiziki hərəkətlilik də bunda rol oynayır, mütəxəssislər deyirlər.

    Birinin artıq çəkili olmasının hələ həmin şəxsin mütləq xərçəng tutacağı anlamına gəlmir, lakin o şəxsin xərçəng olmaq riski artır. Və bu risk insanın kökəlməsi və neçə müddət kök qalması ilə də çoxalır.

    Britaniya Xərçəng Araşdırmalarına görə, 13 cür xərçəng köklüklə əlaqəlidir:

    – Döş xərçəngi (menapauzadan sonra)
    – Bağırsaq
    – Pankreatik
    – qida borusu
    – qaraciyər
    – böyrək
    – yuxarı mədə
    – öd kisəsi
    – bətn
    – yumurtalıq
    – tiroid
    – qan
    – beyin xərçəngi. (BBC Azərbaycanca)

  • Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR

    Çayın bir çox faydalı xüsusiyyətləri var. Bəzi xəstəliklər və pozulmalar zamanı çay əsl müalicəvi vasitə kimi istifadə oluna bilər:

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, təzyiqin enməsi zamanı kofeinlə zəngin olan çay çox yaxşı kömək edir, təzyiqi qaldırır.

    2. Çay saçların tökülməsini azaldır. Bu məqsədlə saçları yuduqdan sonra təzə çay dəmi ilə yaxalayın.

    3. Çay ayaqların həddindən artıq tərləməsi və ayaq qoxusu zamanı yaxşı kömək edir. Bu məqsədlə çay dəmi ilə ayaq vannaları etmək lazımdır.

    4. Çay baş ağrısı və miqren zamanı ağrını azaldır, xəstənin vəziyyətini yaxşılaşdırır.

    5. Damaqların qanaması zamanı çayla qarqaralar çox effektlidir.

    6. Göz yorğunluğu zamanı çayla islatmalar yaxşı kömək edir.

    7. Çayın xərçəng əleyhinə xüsusiyyətləri bir çox elmi araşdırmalar zamanı sübut olunub.

  • Fransada erkən banlayan xoruzu məhkəməyə verdilər

    Fransanın qərbindəki Şaranta departamentində erkən banlayan xoruzun məhkəməsi keçirilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, qonşuluqda yaşayan yaşlı cütlük Moris adlı xoruzu və onun sahibini məhkəməyə verib.

    Onlar bildirir ki, uzun müddət həmin qadından xoruzla bağlı tədbir görməsini istəyiblər.

    Cütlüyün vəkili 1000 avro məbləğində təzminat tələb edir. Qeyd olunur ki, məhkəmə sentyabrın əvvəlində qərar verəcək.

  • Sevgi haqqında mahnının ən qədim mətni tapıldı

    Çexiyalı arxeoloqlar qədim Misirdə sevgi haqqında yazılmış mahnılardan birinin ən köhnə mətnini aşkarlayıblar.

    TASS xəbər verir ki, mətn yazısı Misirdə fironların nekropolu ərazisində tapılıb.

    Tapıntını unikal edən odur ki, daha əvvəl qədim misirlilərin ancaq dini və elmi məzmunlu mətnlər tərtib etdiyi hesab olunurdu.

    Çex dilinə tərcümə edilən mahnıda Yasa adlı oğlanın və gözəl qızın sevgisindən bəhs edilir. Mahnıda “Mən sənin gözəlliyinə vurulmuşam” sözləri yer alıb.

    Mahnı 4300 il əvvəl hazırlanıb. Qədim Misir mətninin şifrələrinin açılması bir ildən çox vaxt aparıb.

  • Hovuzda üzmək orqanizm üçün təhlükəlidir — Alimlərdən xəbərdarlıq

    ABŞ-da fəaliyyət göstərən tibbi mərkəzin mütəxəssisləri bildiriblər ki, kriptosporidiya parazit orqanizmlərinin səbəb olduğu xəstəliklərin sayı kəskin artıb.

    Median.Az xəbər verir ki, bu parazitlər hovuzlarda yaşayırlar və bağırsaq pozulmasına səbəb olurlar.

    Bir çox hallarda xəstəlik asanlıqla sağalır və müalicəyə ehtiyac qalmır. Amma parazitlər immunitet sistemi zəif olan yaşlı və cavan insanlarda ciddi problemlərə səbəb ola bilər. Bu parazitlər qusma və diareya ilə nəticələnir. Belə hal bir neçə həftə davam edir. Bu səbəbdən insan kifayət qədər qida qəbul edə bilmir. Çətin hallarda isə qida qəbul etməmək və sususzluq ölümlə nəticələnir.

  • İstirahətə bura gedin – Dağlar arasında Nohur gölü – FOTO

    Bənzərsiz təbiəti ilə göz oxşayan Qəbələ şəhərindən 3 km şərqdə, Güllüburun, Göydağ və Yumru dağların arasında təbii çuxurda yerləşən Nohur gölü üzük qaşını xatırladır.

    Median.Az Trend-ə istinadən həmin gölün əsrarəngiz görüntülərini təqdim edir: