Category: Maraqlı

  • Alimlər təhlükəli qida vərdişlərini açıqladılar

    Alimlər erkən ölüm riskini artıran 15 amildən ibarət siyahı hazırlayıblar.

    “The Lancet” tibb jurnalı alimlərin araşdırmasını dərc edib.

    Onlar 1990-2017-ci illərdə 195 ölkə üzrə məlumatları təhlil ediblər. Məqsəd yararsız qida rejiminin fəsadlarını müəyyənləşdirmək olub.

    Ekspertlərin fikrincə, faydalı komponentlərin çatışmazlığı və zərərli komponentlərin bolluğu ilə formalaşan rasion əlverişsiz qida rejimidir.

    Alimlər rasionda duzun bol olmasının ziyanlı olduğuna diqqət çəkiblər. Onlar rasionda meyvələrin, tərəvəzlərin, dəniz məhsullarından Omeqa-3 və südün çatışmadığını da qeyd ediblər.

    Bundan başqa, hesab edilir ki, şirin içkilər, qırmızı ət və emal edilmiş ət bolluğu təhlükəli qida vərdişidir.

  • Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə… – VİDEO

    Sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus dünyanın ən məşhur tibb mütəxəssislərindən biri və “Sağlam və uzun ömür qaydaları” kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da “New York Times” versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.

    Devid Aqus məşhur kompüter dahisi Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni həkim də inandıra bilməyib.

    Median.Az oxucuları Devid Aqusun uzun və ağrısız bir həyat yaşamaq üçün hazırladığı qaydalar cədvəli ilə tanış edir.

    1. Kofein

    Birincisi, koefini qəhvə dənələri və çay yarpaqları kimi təbii məhsullardan əldə etmək lazımdır. İkincisi, gündə bir-iki dəfə daha çox qəhvə və ya çay içməyə dəyməz. Buna baxmayaraq, belə stimulyatordan tam imtina daha çox ziyan vurur, nəinki xeyir gətirir. Aqus əmindir ki, kiçik dozalarda kofein əsəb sistemi üçün çox faydalıdır.

    2. Gülümsəyin

    Təbəssüm özlüyündə orqanizmin serotonin və endorfin hormonları ifraz etməyə məcbur edir, bu hormonlar stress zamanı beyin üçün ən yaxşı “ağrıkəsicilər”dir.

    3. Bədəni idmanla yükləməyin

    İdman zalında yorucu məşqlərlə özünüzü çox yormayın. Gündə 15 dəqiqəlik fitnes möhkəm cansağlığının əsas şərtidir. Bu, nəbzi onun adət edilmiş ritmindən təxminən 50% qaldırır. Ofisdə yuxarı mərtəbələrə pilləkənlə qalxmaq ən yaxşı təlimdir.

    4. Daimi nəzarət

    Nəbz, təzyiq və gündəlik fəallığa nəzarət edin.

    5. Balıq günləri

    Heç olmasa həftədə 2 dəfə balıq yeməklərinə üstünlük vermək lazımdır. Ürək və beyini gücləndirmək istəyirsinizsə, forel və ya qızıl balıq seçin.

    6. Şərab

    Şam yeməyində bir qədəh qırmızı şərab için. Bu, ürək və damar xəstəliklərinin profilaktikası üçün yaxşıdır.

    7. Balıq yağı

    Maqnezium və balıq yağı qəbul edin. Bu, infarkt və insult riskini aşağı salır. Qanda trombositlərin indeksini izləyin, qanın qatıllaşmasına icazə verməyin.

    8. Səhər yeməyi

    Mütləq səhər yeməyi yeyin.

    9. Gigiyena

    Yataq dəstlərini tez-tez dəyişin.

    10. Rahatlıq

    Yalnız rahat ayaqqabı geyinin. Özünüzə rəva bildiyiniz ən yaxşı ayaqqabını alın.

    11. Gəzinti

    Hər gün 1- 3 km piyada gəzin.

    12. Smuzi

    Yaşıl bitki, meyvə və tərəvəzlərdən hazırlanan smuzi için. Bu, sizi vitaminlə təmin edəcək.

    13. Rafinə edilmiş məhsullardan imtina edin

    Yalnız təbii ərzaqlar yeyin. Orqanizmin ətə ehtiyacı var dedikdə kolbasa və sosiska kimi məhsullar nəzərdə tutulmur. O cümlədən balıq da konservləşdirilmiş olmalı deyil. Hazır salatlar almayın. Daha az rafinə edilmiş məhsullar bədən üçün daha faydalıdır.

    14. Qablaşdırılmış məhsullara yox deyin!

    Hazır şirələr almayın.

    15. Həyat eşqi

    Pozitiv olun. Bu, həqiqətən də, işə yarayır.

    16. Günəşin ultrabənövşəyi şüalarından qorunun

    Günəş yanıqlarından qorunun. Onların zərərləri yalnız görünəndən ibarət deyil.

    17. Şüa

    Rentgenlə şüalanmadan qaçın. Xüsusilə aeroportlarda.

    18. İnam

    Dua edin, hətta ofisdə.

    Həkimin Stiv Cobs haqqında müsahibəsini təqdim edirik

    – Bir çox həkimin proqnozlarına rəğmən Stiv Cobs mədəaltı vəzi xərçəngi xəstəliyi ilə yeddi il yaşaya bilib, xərçəng hüceyrələrini normadan daha az yayılıb. Siz Stiv ilə necə və nə vaxt tanış olmusunuz?

    – Haradasa ona diaqnoz qoyulduqdan bir il sonra. Onda xəstəliyin residivi baş vermişdi. Onkoloji müalicəyə təcavüzkar və qeyri-standart yanaşma tətbiq etdim. Müasir texnologiyaya və bütövlükdə bədənin müalicəsinə inanıram. Hesab edirəm ki, bunların hamısı bütövlükdə Stivə təsir etdi.

    – Stiv Cobsun vegetarian olması ona xəstəliyi ilə mübarizə aparmağa kömək edirdi, ya əksinə? Qidalanma ilə bağlı ona nə məsləhət görürdünüz?

    – O, vegetarian idi, amma müalicə zamanı o, müntəzəm olaraq balıq yeyirdi. Həmişə deyirəm ki, yağları rasiondan çıxarmaq olmaz, ümumiyyətlə, yağlar yaxşı, təbii və doymamış olmalıdır.

    Bəs Cobsu digər xəstələrdən nə fərqləndirirdi?

    – O, son dərəcə ağıllı idi və tibbi terminologiyanı başa düşürdü. Vəziyyəti ilə bağlı bütün məsələləri heç bir şəkildə sadələşdirilmədən onunla müzakirə edə bilirdim.

    – Ancelina Coli onkologiya riskindən dolayı süd vəzilərini əməliyyat etdirdi. Siz onun bu addımına necə münasibət bəsləyirsiniz?

    – Hesab edirəm ki, Ancelina Coli səhhəti ilə bağlı vəziyyəti mediaya elan etməklə qəhrəmancasına hərəkət etdi. O, bir çox qadınlar üçün nümunə oldu. O göstərdi ki, bu xəstəlikdə utancverici heç nə yoxdur və onun haqqında açıq-aşkar danışmaq olar.

    Məşhur onkoloq hesab edir ki, xərçəng xəstəliyi riskini azaltmaq insanın özündən asılıdır. Bunun üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:

    “Xərçəngin əsas satqınlığı təbiətin özüdür. O mənada ki, hüceyrələr özü-özünü məhv edir. Xərçəng hər birimizdə yatan dəhşətdir. Bəzən o şiş adlandırılan qəribə hüceyrə qrupunda artaraq qısa müddətə oyansa da, çox zaman yenidən təsir gücü altında yuxuya gedərək tabe olur.

    Amma bəzən ən gözlənilməz anda xərçəng bütün qoruyucu orqanizmləri məğlub edərək üzə çıxır, bədxassəli şişlərin artmasına və hüceyrələrin fəaliyyətinin pozulmasına səbəb olur.

    Xərçəngin yaranmasına nə səbəb olduğu və şişlərin nə üçün inkişaf etdiyini bilmirik, amma xərçəngin bədən funksiyasının kompleks pozulması və sistematik bir problem ilə əlaqəli olması barədə qeyri-müəyyən bir ehtimal var. Cərrahi əməliyyat və proflaktik tədbirlərin görülməsi vacibdir.

    Qarşınıza məqsəd qoyun ki, daim özünüzü öyrənəcək və qeydlər aparacaqsınız. Bədəni dinləyin və xatırlayın ki, sizə nə lazım olduğunu sizdən yaxşı bilən yoxdur. Həkim başınıza daxil ola və hisslərinizi qəbul edə bilməyəcək. Həkimə kor-koranə əməl etməyin. Özünüzün baş həkimi olun. Tibbi məlumatları həkimdə qoymayın, əlavə nüsxələrini götürün və onları özünüzdə saxlayın.

    İlin 365 günü stabil rejimə əməl etməyə çalışın. Həftənin günlərindən asılı olmayaraq, həm qidalanma, həm yuxu, həm də fiziki aktivliyə riayət edin. Həmişə günün eyni saatlarında qidalanmağa, eyni saatda yuxuya getməyə və yuxudan oyanmağa səy göstərin. Həftə sonları yuxu rejimini dəyişmək sağlamlıq ritmini poza bilər. Məsələn, əgər bir gün saat 10-da, bir gün 11-də, bir gün də 12-də yuxuya gedirsinizsə, siz bununla təbii yuxu dövriyyəsini pozursunuz. Hətta eyni saat yuxu yatsanız da, yuxu dövriyyəsi pozulur.

    Yuxuya hazırlaşmağı öyrənin. Televizor, telefon, planşet və kompüter melotonun yuxu hormonlarının ifrazına mənfi təsir edir. Video oyunları, televiziya və internetdə vaxt keçirmək beyni stimullaşdırır, odur ki, yatmazdan ən azı yarım saat əvvəl onları söndürün. Yuxusuzluq mədə ilə beyin arasındakı əlaqəni kəsir və nəticədə “şüursuz yemək” istəyini oyandırır. Tox olmasına baxmayaraq, yuxusuzluq orqanizmi ac olduğuna inandırır.

    Beyin üçün istirahət planlaşdırın. İstirahət beyinə fasilə verməyə və yeni təcrübələri asan yolla həyata keçirməyə imkan verir.

    Araşdırmalar göstərir ki, dünyaya optimist gözlə baxan insanlar daha çox yaşayır. Aktiv həyat tərzi sürün. İdman zalına yollanmaq məcbur deyil. Hərəkətli olmaq siz düşündüyünüzdən daha sadədir. Elmi cəhətdən də sübut olunub ki, hərəkətli həyat tərzi sürən insanlar daha cavan qalır və bunun üçün hər hansı maliyyə tələb olunmur”.//publika.az

  • Gün eynəkləri yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır

    Gün eynəyi yayın əsas aksesuarlarından biridir. Günəşli günlərdə gözlərin sağlamlığı üçün eynəklər vacib hesab olunur. Lakin ucuz və keyfiyyətsiz eynəklər günəşin ultrabənövşəyi şüalarını əks etdirən xüsusi örtüyə malik deyillər. Bu isə gözlər üçün təhlükəlidir.

    Median.Az bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının oftalmoloqu Gültəkin Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, gözün içərisindəki torlu qişanın zərif nöqtələri görməni təmin edir. Keyfiyyətsiz eynək taxılması həmin reseptorların zədələnməsi ilə nəticələnir və bu zaman geridönməz dəyişikliklər əmələ gəlir: “Günəş şüaları göz dibinə, buynuz qişaya və büllura mənfi təsir edir. Ona görə də oftalmoloqlar günəşli havalarda gün eynəyindən istifadə olunmasını məsləhət görürlər: “Gün eynəkləri üç qrupa bölünür: kosmetik, yüksək müdafiəli və adi gün eynəkləri. Kosmetik gün eynəklərindən adətən aksesuar kimi istifadə edilir. Yüksək müdafiəli gün eynəklərindən hündür dağlıq ərazilərdə istifadə olunması faydalıdır. Bəzi gün eynəkləri sürücü və idmançılar üçün nəzərdə tutulub. Xomilyon gün eynəkləri isə həssas gözlər üçün nəzərdə tutulub və işıqlandırmadan asılı olaraq rəngini dəyişir və gözün buynuz qişasını optik müdafiə edir”.

    Həkimin dediyinə görə, yüksək dərəcədə tündləşdirilmiş linzalar həm də keyfiyyətli və qoruyucu keyfiyyətə malik deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz eynəklər nəinki xeyirsiz sayılır, hətta gözlər üçün ziyanlıdır. Bunun səbəbi tünd şüşə arxasında göz bəbəyinin genişlənməsidir. Nəticədə onun arasından daha çox işıq keçmiş olur.

    Mütəxəssislər eynək alarkən, ilk növbədə, onun rəng və çəkisinə fikir verməyi məsləhət görürlər. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızılanda öz keyfiyyətini itirir, çünki cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir.

    Keyfiyyəti yoxlamağın başqa bir yolu eynəyi taxandan sonra şaquli bir xətlə baxmaqdır. Eynəyi yüngülcə yuxarı və aşağı, sağa və sola hərəkət etdirəndə həmin xətdə oynama və qaralmalar olursa, bu, eynəyin keyfiyyətində müəyyən problemlər olduğunu göstərir. Eynəyi gözə taxarkən görüntü aydın olmalıdır. Bulanıq görüntü şüşənin keyfiyyətsizliyindən xəbər verir.

  • Alimlərdən xəbərdarlıq – Dəhşətli ekoloji fəlakət başlayır

    Alman entomoloqlar canlıların kütləvi tələfatına dair faktlar tapıblar.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu, dinozavrların ölümündən sonra ən böyük ekoloji fəlakət ola bilər.

    Alimlərin sözlərinə əsasən, canlı aləmin üçdə ikisini təşkil edən həşəratlar sürətlə məhv olacaqlar. Bu isə qida zənciri və ekosistem üçün faciələrlə nəticələnəcək. Alimlər Reyn sahillərindəki ərazilərdə tələlərin vasitəsilə tutulub və 80 milyon buğumayaq nümunəsi nəzərdən keçirilib.

    Məlum olub ki, 1994-cü ildən aparılan müşahidədə həşəratların bio kütləsi 76 faizə düşüb. Buğumayaqlar quşlar üçün qida mənbəyidir. Alimlər bildirirlər ki, Qərbi Avropa tezliklə “çıxılmaz nöqtə”yə çatacaq və buna səbəb də bio müxtəlifliyin kritik azalması olacaq. Bundan sonra isə eko sistemi əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq.

  • Gələcəkdə övladınızın boyu neçə olacaq? – BU CÜR HESABLAYIN

    Böyümə uşaq sağlamlığının ən əhəmiyyətli göstəricilərindən biridir. Hər bir valideyn övladının ucaboy olmasını arzulayır. Bunun üçün müəyyən qida məhsullarından, idmandan yararlanmağa çalışırlar. Amma o gerçəklik də var ki, illər keçdikcə sanki insanların boyunda bir kiçilmə, normadan aşağı boy ölçülərinə malik olma kütləvi hal alıb. Bəs bu halları doğuran səbəblər hansılardır? Uşaqlarda boy artımına mane olan əsas səbəblər hansılardır? Uşağın boyunu uzatmaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır? Genetik böyümə problemi olan uşağa kənar vasitələrlə kömək etmək mümkündürmü?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı lent.az-a danışan endokrinoloq Nadirə Ağazadə bildirir ki, böyümə uşaq sağlamlığının dəyərləndirilməsində ən önəmli göstəricilərdən biridir. Normal böyümə genetik, hormonal, psixoloji və sosial faktorların təsiri altındadır: “Genetik faktorların böyümənin bütün dövrlərinə təsiri olmasına baxmayaraq, uşağın bətndaxili inkişafından başlayaraq həyatının ilk illərində qidalanma, daha sonra cinsi yetişkənlik dövründə hormonal faktorlar ön plana çıxır. Boy qısalığı yaşa və cinsə görə uşağın illik böyümə sürətinin normal dəyərlərdən aşağı olmasıdır”.

    İlk bir ildə boy 24-25 sm uzanır

    N.Ağazadə məlumat verir ki, ata və ana boyuna görə düzəldilmiş boy hesabı aşağıdakı formulla hesablanır:

    Oğlanlarda – Ata boyu + ana boyu + 13/2

    Məsələn: (Ata 185 + ana 160 + 13) : 2 = 179

    Qızlarda – Ata boyu + ana boyu – 13/2

    Məsələn: (Ata 185 + ana 160 – 13) : 2 =166

    İllik böyümə sürəti:

    1-2 yaş arası < 10 sm

    2-3 yaş arası < 8 sm

    3-4 yaş arası < 6 sm

    4 yaş və puberfat arası < 4 sm

    Həkim deyir ki, boy göstəriciləri bu rəqəmlərdən aşağıdırsa, uşaqlarda boyümə geriliyi ilə bağlı səbəblər araşdırılmalıdır: “Qeyd edim ki, uşağın böyüməsində ən sürətli dönəm doğulduqdan 1 yaşına qədər olan dövrdür. İlk bir il içində uşağın boyu təxminən 24-25 sm uzanır. Sonrakı illərin böyümə sürəti düşməyə başlayır”.

    Valideynlərin boyunun hündürlüyü əhəmiyyətlidir

    Həkim vurğulayır ki, boy qısalığının ən sıx səbəbi genetik faktordur. Burada ata, ana boyunun hündür olması əhəmiyyətlidir. Bundan başqa qidalanma, xroniki xəstəliklər, davamlı olaraq bəzi dərman maddələrinin qəbulu, boy hormonu yetərsizliyi, endokrin xəstəliklər, xromosom xəstəlikləri də boy qısalığı üçün şərait yaradır: “Həmçinin, bəzi psixoloji səbəblər var ki, böyüməyə birbaşa təsir edir. Tutaq ki, uşağın ata və ya anadan ayrı qalması, ailədə yetəri qədər sevgi və qayğı görməməsi və sair kimi faktorlar da bura daxildir”.

    Qidalanma, idman, psixologiya…

    N. Ağazadə uşağın normal böyüməsi üçün düzgün qidalanmanın əhəmiyyətindən söz açır: “Yetərli və düzgün qidalanma, tərkibində kalsium, sink olan qidaların, balıq, süd, yumurta, meyvə və tərəvəzlərin qəbulu, D vitaminin yetərli olması vacibdir. Düzgün yuxu rejimi, idman, psixoloji məsələlər də əhəmiyyət kəsb edir”.

    Geyimlərinin ölçüsündə fərq yoxdursa…

    Endokrinoloq xəbərdarlıq edir ki, uşaq yaşıdlarından boyda geri qalırsa, son bir ildə geyindiyi geyimlərin ölçülərində dəyişiklik yoxdursa, deməli, böyümə ilə bağlı bir problem var. Bu zaman valideynlər narahat olmalı və vaxtında uşaq endokrinoloquna müraciət etməlidirlər.

  • Stresdən necə qurtulmaq olar — Psixoloqlardan açıqlama

    Miçiqan universitetinin alimləri həyəcanlı fikirdən qurtulmağın və stresi azaltmağın üsullarından danışıblar.

    Median.Az xəbər verir ki, 1980-ci illərdə Texas universitetinin psixologiya üzrə professor Ceyms Pennebeyker gündəlik tutmağın stresi azaltmaq və imunitet sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün faydalı olduğunu demişdi. Alim qeyd edir ki, əgər bizi narahat edən hissləri kağız üzərində yazsaq, koqnitiv resurslardan azad ola bilərik.

    Miçiqan universitetinin alimlərinin təcrübəsi isə professorun dediklərini təsdiq edir. Sınaq üçün tələbələr dəvət edilib. Məlum olub ki, onları narahat edən fikirləri kağıza yazan və bu zaman testləri edən tələbələrdə daha yaxşı nəticələr üzə çıxıb. Bu səbəbdən alimlər qeyd edirlər ki, gün ərzində 5 dəqiqə məktub və ya gündəlik yazmağa vaxt ayırmaq stresi azaldır.//ölkə.az

  • Bu şəxslərə şaftalı yemək olmaz – SİYAHI

    Yayın dadlı meyvələrindən biri də şaftalıdır.

    Şaftalının orqanizmə faydası olduğu kimi, bəzi hallarda bu meyvəni qəbul etmək olmaz. “Ölkə.Az” bu gün oxucularına həm uşaqların, həm də böyüklərin sevimli meyvəsi olan şaftalının kimlərə qadağan olunduğu barədə məlumatı bölüşür.

    Bu hallarda şaftalı yemək olmaz:

    Bağırsaq keçməzliyi;

    Mədə şirəsində turşuluğu çox olanlar;

    Şəkərli diabet;

    Xroniki diareya

    Qeyd edək ki, gün ərzində maksimum 600 qram şaftalı qəbul etmək olar.

  • Erkən saç ağarmasının səbəbi AÇIQLANDI

    Alimlər bəzi insanlarda saçın vaxtından əvvəl ağarmasının səbəbini açıqlayıblar.
    Median.Az
    xəbər verir ki, ispan alimləri 30-60 yaş arası 54 min insanın sağlamlıq vəziyyətini araşdırıblar. Məlum olub ki, erkən saç ağarması orqanizmin qocalması ilə əlaqəli deyil.

    Alimlər qeyd edirlər ki, saçın rəngi qluation piqmentindən asılıdır. Bu piqment həm də orqanizmi ciddi xəstəliklərdən qoruyur.
    Orqanizm ürək-damar xəstəlikləri, Alzheimer xəstəliyi ilə mübarizə aparanda qluation piqmenti saçlardan “götürülür”.

    Erkən yaşda saç ağarması həm də genetik faktorlarla əlaqəli ola bilər. Alimlərin fikrinə görə isə, stres faktoru saçın erkən ağarmasına təsir etmir.//ölkə.az

  • Sarımsağı bir saniyəyə təmizləməyin yolu – VİDEO

    Baş aşpaz Qlen Pauell özünün “YouTube” kanalında sarımsağı asan və tez təmizləməyin yolunu göstərib.

    “İzvestiya” xəbər verir ki, Q.Pauell bu mətbəx fəndini tətbiq etmək üçün çox çalışdığını deyib:

    “Yadda saxlayın, əgər siz bacarıqlı deyilsinizsə və bıçaqlardan anlayışınız yoxdursa, fəndi təkrarlamayın”.

    Q. Pauell sarımsağı təmizləyərkən çox iti və qısa mətbəx bıçağından istifadə edir. Aşpaz sarımsağın baş hissəsində bir neçə kəsik edir, sonra bıçağı sancaraq ideal şəkildə təmizlənmış sarımsaq dişciyini çıxarır”.

  • “Apple”ın dişlənmiş alma loqosunun əsl tarixçəsi: “Ölümü daha üstün tutdu…”

    Dünya brendi “Apple”ın dişlənmiş alma loqosunun əslində hansı sirri daşıdığı bəlli olub.

    Median.Az xəbər verir ki, şirkətin loqosunu tarixi İkinci Dünya Müharibəsi ilə bağlıdır.

    Belə ki, elm xadimi Alan Turinq tərəfindən Almanların “eniqma” adını verdiyi şifrələmə metodu aşkar edilincə, Alman qoşunlarının gizli əməliyyatlar həyata keçirilməsinin qarşısı alındı.

    Ancaq müharibə davam etdiyi sırada, dahi riyaziyyatçı Turinq universitetdəki otağında eynicinsli tələbəsi ilə tutulur. Dövrün İngiltərə qanunlarına görə əkscinsəllik bir günah idi və alimə iki seçim verildi. İlk seçim onun həbs edilməsi, digər seçim isə xüsusi dərmanların istifadəsi ilə xədimləşdirilmək idi. Hər iki seçimi ölümdən daha acı qiymətləndirən alim, bir almanın içinə zəhər qataraq özünü öldürür.

    Bundan sonra Turinqin cəsədinin yanında dişlənmiş alma görülür. Elə bundan sonra, hadisədən təsirlənən “Maçintoş” firması dahi riyaziyyatşının intihar almasını öz şirkətləri üçün loqo etmək qərarını aldığı iddia edilir.

    Lakin şirkət rəhbərləri bu iddia ilə bağlı səssizliyini hələ də qoruyur.//yenicag.az