Category: Maraqlı

  • Demə, görmə qabiliyyətinin zəifləməsinin səbəbi bağırsaqlar imiş

    Təəssüf ki, günümüzdə kompüter və smartfonların təsiri nəticəsində görmə problemi geniş yayılıb, erkən yaşlardan gənclərin gözü zəifləməyə başlayır.

    Ayuverdaya (sanskritcə, “ayur” – uzunömürlülük və “veda” – bilik, hərfi mənada – uzunömürlülük haqqında elm deməkdir. Hinduizm çərçivəsində formalaşmış və Hindistanda, həmçinin Cənubi, Cənub-Şərqi, və Qərbi Asiyada geniş yayılmış tibb sistemidir) görə, görmə qabiliyyətinin zəifləməsinin kökü xüsusilə gənc yaşlarda bağırsaqlarda yerləşir.

    Qəbzlikdə bağırsaqların gec və ya yarımçıq boşalması gözlərin görmə qabiliyyətini zəiflədir. Bu problemin digər səbəbləri Ayurveda baxımından xroniki hipotermiya və sinir yorğunluğudur.

    Median.Az publika.az-a istinadən oxuyucuları Ayuverdaya əsasən, gözlərin görmə qabiliyyətini yaxşılaşdıran üsullarla tanış edir.

    Görmə kəskinliyini qorumaq üçün gündə 2 dəfə 20 ml təzə embilka (Dərman fillantusu) meyvə şirəsi qəbul edilməlidir.

    Bal ilə qarışdırılmış istiotun daxilə müntəzəm qəbulu görmə qabiliyyətini tez bərpa edən unikal bir vasitədir.

    Gözləriniz zəifləyibsə, ayağınızı xardal və ərinmiş kərə yağı ilə ovun.

    A vitamini ilə zəngin olan manqo meyvələri görməyə faydalı təsir göstərir. Gözlərdə gərginlik yaranıbsa, bu halda mövsüm boyunca manqo meyvəsi yemək tövsiyə olunur.

    Qızılgül yarpaqlarından əldə edilən təzə meyvə suyu görmə qabiliyyətini yaxşılaşdırır. Gül suyunun kompresi də gözlərə yaxşı təsir edir.

    Əgər gözlər zəifləyibsə, gündə iki dəfə qaşığı inək südüylə birlikdə bir çay biyan bitkisini qəbul etmək lazımdır. Həmçinin biyanı balla və ya ərinmiş kərə yağıyla qarışdırmaq olar. Bu, gözlərin sağlamlığı üçün çox güclü vasitədir.

    Ayurveda göz qulluğu

    Qədim dövrlərdə görmə qabiliyyətini gücləndirmək üçün ayuvedalar məsləhət görürdü ki, gözləri tez-tez yuyun. Gözləri hər gün soyuq suyla yumaq dişləri fırçalamaq kimi eyni prosedur olmalıdır.

    Ayurveda məsləhət görür: gözlərinizi yumağa başlamazdan əvvəl ağzınızı su ilə doldurun. Bu, gözlərin şişməsinə səbəb olur və daha yaxşı yuyulur. Gözlərinizi yumaq üçün üzünüzə və gözlərinizə 10-15 dəfə sərin və ya ılıq su çiləyin. İşdən və ya məktəbdən evə qayıtdıqda gözlərin yuyulması proseduru axşam saatlarında təkrarlanmalıdır.

    Və əlbəttə ki, Ayurveda bu tədbirləri gözlər zəiflədikdən sonra deyil, əvvəlcədən profilaktika üçün etməyi məsləhət görür. Yadda saxlayın ki, gözlər zəifləyibsə, bunun üçün ciddi həkim müalicəsi tələb olunur. Yuxarıda sadalananlar sizə sadəcə gözlərin zəifləməsinin qarşısını almağa və bu prosesi ləngitməyə kömək edə bilər.

    Ayuverdaya görə, göz problemlərinin qarşısını almaq üçün sadə təlimlər aparmaq lazımdır.

    Göz məşqləri

    1. Kresloda düz oturun. Kürək, boyun və baş eyni xətt üzrə olmalıdır. Düz baxın, düz nəfəs alın. Bu bir hazırlıq pozasıdır.

    2. Gözlərinizi tavana doğru qaldırın və 2 saniyə saxlayın. Aşağıya baxın və 2 saniyə belə qalın. Başlanğıc mövqeyə qayıdın, gözlərinizi 2 saniyə bağlayın.

    3. Gözünüzü mümkün qədər uzağa zilləyərək 2 saniyə sağa baxın. Sonra 2 saniyə sola baxın. Düz yola baxın.

    4. 6-8 saniyə gözləri bağlayın.

    5. Bu bir kurs təşkil edir. 2-3 kurs ilə başlayın və 4 kursa qaldırın.

  • Televiziya çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri

    Ürək problemi riski televiziya qarşısında oturanlarda daha çoxdur. Bu nisbət oturaq işləyənlərdən qat-qat yüksəkdir.
    Median.Az
    medicina.az-a istinadən bildirir ki, bu barədə “Live Science” məlumat dərc edib.

    ABŞ-ın Kolumbiya universitetinin elm adamlarının apardığı araşdırmada məlum olub ki, uzun müddət TV qarşısında oturanlarda erkən ölüm riski və kardioloji problemlər meydana gəlir. Araşdırmada məlum olub ki, gündə 4 saat oturaq televiziya izləyənlər, 2 saat TV-yə baxanlardan 50% daha çox risk daşıyır.

    Mütəxəssislər bu tədqiqatlar üçün 8 il ərzində 3 min 592 nəfər müşahidə altında saxlayıblar. Erkən ölüm riskinə təkan verən amillərdən biri də oturaq vəziyyətdə televizora baxarkən yemək yenə vərdişidir.

    Araşdırma komandasının rəhbəri Keith Diaz deyib: “Peşənizdən dolayı oturaqsınızsa heç olmasa evdə oturmayın. Bu sizi sürətlə ölümə doğru aparır”.

  • 1 ay şəkərdən imtina etsəniz, bədəninizdə nə baş verəcək? – Möcüzə dəyişim

    Şəkər, qəndə bağlılıq narkotik asılılığa bərabərdir. Mütəxəssislər sübut edib ki, müvəqqəti olaraq, minimum 1 ay şəkərdən-ağ, şirin tozdan imtina etdikdə, bədəndə, orqanizmdə möcüzə dəyişikliklər baş verir.

    Median.Az medicina.az-a istinadən şəkərdən imtinanın faydalarını təqdim edir.

    1. Güc, enerji artacaq

    Şokolad, konfet, tort, şirniyyatı və şəkəri bir kənara qoysanız, cəmi 1 həftə sonra yeməkdən daha tez və çox müddətə doyduğunuzun, enerjili və güclü olduğunuzun, yorulmadığınızın şahidi olacaqsız.

    2.Beyin yaxşı işləyir, əhval yüksəlir

    Neyrobioloqlar hesab edir ki, ilk günlər şəkərdən imtina edəndə beyində siqaret, narkotika, içkiyə alışan nöqtələr eynilə onlar çatışmadıqda verdiyi reaksiya kimi əks reaksiya verəcək və sizi məcbur edəcək ki, daha çox dozada şəkər qəbul edəsiz. Əgər 3 gün dözsəniz, həmin nöqtələr sönəcək və görəcəksiz ki, şirniyyat tərəfə heç baxmaq istəmirsiz.

    İlk 1 həftədə əsəbilik, qıcıqlanma, əhvalsızlıq üstün gələcək, hətta ağlamaq istəyəcəksiz. Amma sonra yüngülləşmə, rahatlıq, əhvalın yaxşılaşması, sanki beyninizin daha təmiz olmasını görəcəksiz.

    3.Rahat və dərin yuxu

    Şəkər stres hormonu olan kortizolu sintez edir. Burdan da yuxusuzluq və yuxudan doymamaq baş verir. Şəkərdən imtina 15 gün sonra sağlam yuxunu bərpa edəcək. Burdan da sizin həyatınız dəyişəcək.

    4.Dəriniz təmizlənəcək, gözəlləşəcək

    Şəkər dəridə alne, civzə, quruluq və şişkinlik yaradır. Şəkərdən imtina etdikdə dəridə iltihab azalacaq, 15 günə dəriniz daha təmiz, hamar, parlaq, canlı olacaq.

    5.İncə bədən

    1 ayın tamamında artıq piy və kiloqramlar azalacaq, bel, omba, qarın, qollar incələcək. Əgər şəkəri minimuma endirsəniz, bədən formanız daim incə və qamətli qalacaq.

  • Qəhvə necə arıqladır? – Alimlərdən yeni təcrübə

    Nottingem Universitetinin (Böyük Britaniya) alimləri aşkar ediblər ki, qəhvə artıq çəkidən qurtulmağa kömək edir.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə alimlər “Scientific Reports” jurnalında dərc etdikləri məqalədə məlumat verirlər.

    Məlum olub ki, kofein qəhvəyi piy toxumasının yaranmasını stimullaşdırır. Bu, məməlilərin orqanizmində olan iki tip (digəri ağdır) piydən biridir və kaloriləri yandıraraq istiliyin ayrılması funksiyasını yerinə yetirməklə orqanizmdə hərarətin tənzimlənməsi prosesində vacib rol oynayır.

    “Qəhvəyi piy toxumalarının funksiyası digərlərindən fərqlənir: o, adətən soyuğa reaksiya verərək şəkəri və yağları yandırmaqla enerji istehsal edir. Onun aktivliyinin artması orqanizmə qandakı şəkərin səviyyəsinə nəzarət etməyə və lipid profilini yaxşılaşdırmağa kömək edir. Əvvəllər insan orqanizmində onun aktivliyini stimullaşdırmağın yolunu heç kim bilmirdi”, – təcrübənin həmmüəllifi Maykl Saymonds yazıb.

    Qəhvənin artıq çəki ilə mübarizədə faydalı olduğu barədə əvvəllər də alimlər fikir yürüdürdülər, bu dəfə isə britaniyalılar nəzəriyyəni təsdiqləmək üçün eksperiment keçiriblər. Əvvəlcə onlar siçanlar üzərində qəhvənin optimal dozasını müəyyən ediblər, sonra isə orqanizmdə istiliyin yaranma zonalarını vizuallaşdıran texnologiya vasitəsilə insanlar üzərində təcrübə keçiblər.

    Əvvəlki təcrübələr göstərmişdi ki, qəhvəyi piy toxuması əsasən boyun ətrafında toplanır. Texnika göstərib ki, qəhvə içiləndən sonra bədənin məhz bu nahiyəsi – yəni boyun ətrafı istilənir.

  • Alimlər İsa Peyğəmbərin əsl portretini tapdılar – FOTO

    Uzun illər alimlər əslində İsa Peyğəmbərin hansı sifət cizgilərinə sahib olduğunu müəyyən edə bilməyiblər.

    Median.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, britanliyalı tarixçi, İncilin tədqiqatçısı Ralf Ellis iddia edir ki, eramızın ilk əsrində zərb edilən bürünc sikkə İsanın yeganə portretidir. Bu günəı qədər isə 24 millimetrlik sikkənin üzərində Mesopotamiyanın Edessa çarlığının hökmdarı Manunun əks olunduğu düşünülürdü.

    30 illik tədqiqatdan sonra Ellis bu qənaətə gəlib ki, Manu və İsa əslində eyni adam olublar. Ralfın sözlərinə əsasən, onun kəşfi müasir tarixin ən vacib kəşflərindən biridir. O, Manu və İsanın bütün həyatını detallarına qədər tədqiq edərək bildirib ki, bu qədər uyğunluq təsadüf ola bilməs. Ellis deyir ki, eyni adam “Çar İzas Manu” və “Çar İsa Emmanuil” adlandırılıb.

    Əgər alim kəşfində yanılmırsa, sikkə İsanın yeganə və dəqiq portretidir. İncil kitabında isə İsanın fiziki təsviri yoxdur. Onun uzun saçlı, ağ paltarlı rəsmi isə eramızın VI əsrinə aiddir. Ellis isə kəşfi ilə bağlı “İsa Edessanın kralı” kitabını buraxıb.

  • Bürcünüz haqqında BİLİNMƏYƏN FAKTLAR

    Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.

    Median.Az bürclər haqqında maraqlı faktıları təqdim edir.

    Qoç

    Bu bürcün nümayəndələri illər ərzində gözündəki işığı və şücaətlərini itirmirlər, gənclik həyəcanı və macəra ehtiyacı həyat boyu onları müşayiət edir. Daxili aləmin vəziyyəti üzlərində ifadə olunur: Qoç bürcləri çox gənc görünür və cavan stilinə daha çox üstünlük verirlər.

    Buğa

    Buğa qadınları yaşa dolduqca xüsusi cazibədarlıq qazanır və daha çox təmtərağa qaçırlar. Yetkin illərdə onlar çox zərif və dəbdəbəli görünürlər. Özlərini gənc və səfeh qızcığaz kimi göstərmək cəhdlərinə qapılmır, əksinə, gənc qızlara yaraşmayan nəfis və təmkinli bir stilə üstünlük verirlər.

    Əkizlər

    Maksimal yetkin yaşa qədər gəncliyini, təravətini və cazibədarlığını qorumağa çalışır. Adətən onlar çox aktivdir və çox işləyirlər, nadir hallarda sakit ailə həyat tərzini üstün tuturlar. Geyim tərzində və zahiri görünüşdə onlar müxtəlifliyə yönəlir, amma yalnız onlarda orijinal görünən geyimləri seçirlər.

    Xərçənglər

    Yaşa dolduqca bu bürcün təmsilçiləri təmkinli olmaq bacarığına yiyələnir, özünü ailə həyatı və evə daha çox həsr edir. İdealda sevən həyat yoldaşı və ana olurlar. Həyatını başqalarının qayğısına həsr edən Xərçənglərin şıq görünmək və dəblə ayaqlaşmağa sadəcə olaraq vaxtı yoxdur.

    Şir

    Adətən bu bürcün nümayəndələri illər ərzində karyerada yüksək vəzifə əldə edir, çünki işgüzarlığını daim inkişaf etdirir. Şəxsi həyatda səhvlər edə bilər, amma parlaq görünmək, diqqət çəkmək və həyatdan zövq almaq istəklərinə heç nə mane ola bilməz.

    Qız

    Yaş artdıqca onlar iddialı planlarının həyata keçirilməsinə kömək edən daha çox və daha dəyərli iş keyfiyyətləri əldə edirlər. Geyim və həyat tərzində daha mühafizəkar davranır, kiçik şeylərə və digər resurslara enerji sərf etməməyə çalışır və özlərini tamamilə şəxsi biznesə yönəldirlər.

    Tərəzi

    Bu bürcün nümayəndələri istənilən yaşda qeyri-adi cəzibədarlığını qoruyub saxlayır. Yaş ilə bərabər şəxsi qərarlarını müstəqil şəkildə verməyə alışır və komfort zonasından çıxmağı öyrənirlər. İnkişaf etmiş sənətsəl zövq duyumu onlara təbii gözəlliyini vurğulamağa və hər zaman dəbli görünməyə imkan verir.

    Əqrəb

    Əqrəb qadınları yaşa dolduqca daha az inadkar, daha yovuşan və mülayim olurlar. Yenə də əvvəlki kimi hər şeyə nəzarət etmək istəyi qalır və düzəltmək istəməsə də, öz səhvlərini etiraf etməyi öyrənirlər. Məşum qadın obrazı illərlə daha da parlaq olur, ətarfdakılarla qarşılıqlı əlaqə daha harmonik səviyyəyə yüksəlir.

    Oxatan

    Yaşa dolduqca Oxatan bürcləri sakitləşir və sonsuz macəra axtarışlarını ləngidirlər. Həyatında stabillik və komfort axtarır. Adətən akademik işlərlə məşğul olmaq istəyirlər, amma səyahət izini heç vaxt itirmirlər.

    Oğlaq

    Hər bir işin öhdəsindən gələn inanılmaz dərəcədə uğurlu biznes-ledidir: həm karyera qurur, həm də ailənin qayğısına qalır. Yaşla bərabər işlərində peşəkarlığa yiyələnir və işgüzarlığını möhkəmləndirir. Mükəmməlçilik onları yalnız gücləndirir. Ailə həyatında tələbkar və sərt olsalar da, qayğıkeş olduqlarını qeyd etmək yerinə düşər.

    Dolça

    Dünyaya qeyri-adi baxış bucağını və hər işdə həqiqətə çatmaq arzusunu qoruyub saxlayırlar, amma yaşla birlikdə daha az qətiyyətli olmağı və ətrafdakılara daha az güzəştə getməyi öyrənirlər. Optimizm, ünsiyyətcillik və yaradıcı enerji istənilən yaşda saxlanılır.

    Balıq

    Bu bürcün həssas təmsilçilərinin yaşla bağlı olaraq hansı istiqamətdə dəyişdiyini müəyyən etmək mümkün deyil. Yaşanmış həyat təcrübəsindən asılı olaraq özünü ətraf-aləmdən tədric edə və komfort zonasında gizlənə bilər. Yaxud da əksinə – bütün həyatı boyu dünyaya çəhrayı eynəklərdən baxmağa davam edəcək. Hisslərin dərinliyi və ətraf gerçəkliyin drammatik dərk edilməsi dəyişməz olaraq qalır.//publika.az

  • Kofe və çaydan gələn TƏHLÜKƏ: Gündə 3-4 fincandan çox içəndə…

    Artıq çay və kofe sümük əriməsinə səbəb olur.Yaş artdıqca sümüklərdə struktur dəyişikliyi yaranır, sümüklər kövrəkləşir. Bunu sürətləndirən bir sıra amillər də var. Bu sırada qidalanma faktorlarının da önəmli olduğu bildirilir. Mütəxəssislər hesab edir ki, normadan artıq çay və kofe içmək də bu riski artırır.

    Kofein də tütün və alkoqol kimi həzm sistemində kalsium mənimsənilməsinin azalmasına səbəb olur vəböyrəklərin kalsiumu xaric etməsini sürətləndirir. Orqanizmdə kalsium miqdarı azalanda isə sümük formalaşması baş vermir.Son illərdə yaş artdıqca sümük əriməsinə (osteoporoz) geniş rast gəlinirvə əsas problemlərdən biri kimi ortaya çıxır. Sümüklərdə ən yüngül travma nəticəsində və yaxud hər hansı travma olmadan belə, əmələ gələn sınıqlar da bunun əlaməti sayılır.

    Ona görə də mütəxəssislər hesab edir ki, kofe və çay qəbulu azaldılmalıdır.Gündə 3-4 fincandan çox kofe içməmək, daha çox kofeinsiz qəhvə içmək tövsiyə olunur.
    Qeyd olunur ki, sümük əriməsi təxminən 35 yaşdan sonra başlayır. Qadınlarda sümük əriməsi meonapauzadan sonra sürətlənir. Bu proses menopauzadan sonrakı ilk 5-7 il ərzində daha da irəliləyir.//e-tibb.az

  • Hiperaktiv uşaqlarla necə davranmalı? – Psixoloq məsləhəti

    Həddindən artıq hərəkətli uşaqlar bəzən valideynlərinə çətin anlar yaşadır. Onların davranışları hərdən etik normaları belə aşır.

    Bu isə problemin ilkin siqnalıdır. Hiperaktivlik – “hiper” yunanca yüksək, “aktivas” hərəkət və ya hərəkətli deməkdir. Bu termin aktiv, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu tip balacalar ətraf mühitlə münasibətdə müəyyən mənada çətinlik yaşayır.

    “Ailələrdən gələn ən çox şikayət isə uşaq yeməyini zülmlə yeyir, hər şeyə aid suallar verir” – mütəxəssislər belə deyir.

    Median.Az azedu.az-a istinadən xəbər verir ki, psixoloq Aygün Cəfərova mövzu ilə bağlı Medicina.az-a ətraflı danışıb: “Əgər uşaq çox sual verirsə, hər şeylə maraqlanırsa, bu, nadinclik demək deyil. Sadəcə uşaqda yaranan maraqların göstəricisidir. Belə olan təqdirdə əgər valideynlər uşaqları diqqət mərkəzində saxlaya bilmirsə, məsələn, onların suallarına cavab vermirsə, uşaqlar başlayırlar digər vasitələrlə diqqət cəlb etməyə. Beləliklə, nadinclik edirlər”.

    Bunu valideynlər çox vaxt hiperaktivlik kimi qiymətləndirirlər. Lakin mütəxəssislər bunun düzgün olmadığını bildirirlər. Psixoloq Aygün Cəfərova məsələni belə izah edir: “Əslində onlar bu hərəkətləri ilə valideynlərin və ətrafdakıların diqqətini cəlb eləmək istəyirlər. Uşaqlar bu addımı diqqətdən kənarda qaldıqlarını hiss etdiklərində atırlar. Ailədən uşağa ötürülən sevgi azlığı onları nadinclik, dəcəllik etməyə sövq edir”.

    Sevgi çatışmazlığından gələn şuluqluq

    Nəticə isə özünü çox ağır formada büruzə verə bilər. Araşdırmalar göstərir ki, hiperaktiv uşaqlar olduqca hərəkətlidirlər. Məsələn, belə uşaqlar yaşıdlarını itələyir, divara dırmanır, həddindən çox danışır, başqalarının sözünü kəsir – bir sözlə onları ram etmək çətindir. “Bəs bu halda nə edilməlidir, hansı addımlar atılmalıdır” kimi suallar yaranır. Psixoloq Aygün Cəfərova deyir ki, bunu yalnız sevgi ilə aradan qaldırmaq mümkündür: “Onlara daim sevgi aşılamaq lazımdır. Danışanda mümkün qədər göz təması qurmaq, nəvaziş göstərmək müsbət nəticə verir. Uşaqlara mütləq vaxt ayrılmalıdır. Yəni, onlarla ünsiyyətdə olmaq vacibdir. Günü necə keçirdiyi, nələr etdiyi, hansı problemdən narahat olduğunu müzakirə etmək lazımdır. Onların suallarına ətraflı cavablar verilməlidir. Bir sözlə, əgər uşaqların sevgi ehtiyacı ödənilərsə, onlarda nadincliyin qarşısını almaq mümkündür”.

    Hiperaktivlik sindiromu diaqnozuna gəlincə, psixoloqlar deyir ki, bu, yalnız düzgün müayinə ilə təsbit olunmalıdır. Bunun üçün ilkin olaraq tibbi və psixoloji müayinələr aparılmalıdır. Sindiromun ilkin əlamətləri bir sıra hallarda özünü göstərir: “Diqqət pozğunluğu varsa, misal üçün, bir dəqiqə ərzində oturub su içə və ya yeməyini yeyə bilmirsə bu, artıq patoloji aktivlikdir. Bu zaman artıq mütəxəssisə müraciət olunmalıdır. Psixoterapiya götürülməlidir, dərmanlarla müalicə olunmalıdır. Ancaq bir məqam var ki, bəzən aktivliklə hiperaktivlik qarışdırılır. Aktiv uşağa da hiperaktiv diaqnozu qoyurlar. Bu isə çox yanlış yanhaşmadır. Yalnış diaqnozla uşaqları səhv yönəldirlər. Yaxud da baxırsan adi uşaqdır, normal aktivliyi var, sadəcə valideyn iddia edir ki, uşağım hiperaktivdir”

    Odur ki, valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Mütəxəssislər aktiv və dəcəl olan hər uşağa bu diaqnozu qoyub, dərman müalicəsi tətbiq etməyin əleyhinədirlər.

  • Plastik qabda su alarkən diqqətli olun – XƏBƏRDARLIQ

    Neftin təkrar emal məhsullarından əldə olunan plastik qablar yüksək temperaturda təhlükə mənbəyidir.

    Havaların istiləşməsi zəhərlənmə hallarının baş vermə ehtimalını artırır. Yüksək hava temperaturu plastik qablarla bağlı təhlükəni yenidən gündəmə gətirir.

    Bəzi hallarda iri marketlərin qarşısında saatlarla saxlanılan plastik qablarda olan içməli sular zəhərlənmə mənbəyinə çevrilir. Bəs bu kimi halların baş verməməsi üçün nə etmək lazımdır?

    Median.Az bildirir ki, Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi belə arzuolunmaz hadisələrin baş verməməsi üçün lazım olan tövsiyələrini açıqlayıb. AQTA-nın məlumatında bildirilib ki, qablaşdırma qida və digər məhsulların təhlükəsiz şəraitdə saxlanılmasında mühüm rola malikdir: “Qablaşdırma həmçinin ətraf mühitin zərərli təsirlərindən qorunması və məhsulun rahat daşınması üçün əhəmiyyətli vasitədir. Qablaşdırma məhsulları fərqli formalarda və fərqli materiallardan hazırlanır. Plastik, metal, kağız, şüşə və digər əsaslı qablaşdırma məhsullarını buna misal göstərmək olar. Qablaşdırılmada istifadə edilən bu materialların qida üçün təhlükəsiz olması vacibdir”.

    “Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları hesab edilmir. Plastik qablaşdırma materialları kimi. Belə ki, qida məhsullarının qablaşdırılmasında istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki, plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerlər, bisfenol A və sairi misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir”, – deyə AQTA-dan verilən məlumatda bildirilib.

    Qeyd olunub ki, içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir: “Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur. Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə, eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur”.

    “Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb-bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etməkdə, ev şəraitində soyuducularda su saxlayarkən də buna əməl etməkdə fayda var”, – deyə AQTA-nın məlumatında vurğulanıb.

  • “Çernobıl” serialında şahidlərin və tamaşaçıların tutduğu maraqlı səhvlər

    “Çernobıl” serialı dünyada ciddi rezonans doğurub. 33 il əvvəlki faciədən bəhs edən serial bu kateqoriya üzrə reytinq sıralamasında hamını geridə qoyur. Rusiyada isə SSRİ-yə tənqidi baxışı da özündə əks etdirən serialda çox şeylə razı deyillər.
    Faciənin canlı şahidləri və tamaşaçılar bir çox səhvləri qabardırlar. Median.Az bunları sizə təqdim edir:

    Yanıqlar: Serialın yaradıcı heyəti radioaktiv təsiri çox şişirdib. İnsanlar dərhal yanıq xəsarəti alır. Halbuki belə faciələr gücünü bir neçə saat sonra göstərir.

    İçki qadağası zamanı araq: Filmin qəhrəmanları hər imkandaca içir. Dördüncü seriyada isə araqla dolu yeşikləri boşaldırlar. Bir fakt unudulur ki, 1985-88-ci illərdə SSRİ-də içki satışı və istifadəsi məhdudlaşdırılmışdı. Bir çox mağazalar içki satışından imtina etmişdi, qiymətlər artmışdı, iş yerində içməyə görə böyük cərimələr yazılırdı, partiyadan qova bilərdilər. Əlbəttə, içirdilər, amma bu qədər yox.

    “Ölüm körpüsü”: Serialda hadisə baş verən zaman Pripyat şəhərinin bir sıra sakinləri körpüyə çıxaraq, Atom Elektrik Stansiyasındakı faciəni izləyirlər. Filmdə sonradan onların hamısının öldüyü iddia edilir. Körpü faciədən dərhal sonra bağlanmışdı. Bu günlərdə həmin körpüyə 7 yaşı olanda çıxmış bir oğlanın müsahibəsi yayılmışdı. Deməli, hamı ölməyib.

    İkinci nüvə partlayışı: Ulyana Xomyuk ikinci nüvə partlayışından danışırdı. Baş versəydi, faciə bütün Avropanı bürüyəcəkdi. Ehtimal böyük deyildi. Filmdə deyildiyi kimi, 2-4 meqaton gücündən söhbət gedə bilməzdi. Bunun üçün termonüvə istiliyi lazımdır. Hansı ki, Çernobıl stansiyasında yox idi.

    Dalğıcların missiyası: Filmdə dalğıcların faciədən sonra stansiyaya daxil olmasını da çox dramatikləşdiriblər. Orada suyun onların sinəsinə qədər qalxdığı göstərilir. Halbuki su təhlükəsi olmayıb, uzağı dizə qədər qalxa bilərdi. Heç biri faciə nəticəsində ölməyib, ikis hələ də sağdır.

    Vertolyotun düşməsi: Vertolyotun 1986-cı ilin mayında krana çırpılıb yerə düşdüyü göstərilir. Hadisə oktyabrda baş vermişdi.

    Hirosima ilə müqayisə: Serialda iddia edilir ki, reaktor hər saat Hirosimaya atılan bombadan çox radiasiya buraxırmış. “Greenpeace”in nüvə enerjisi üzrə baş eksperti Yan Haverkampın fikrincə, müqayisə düzgün deyil. Bomba zamanı zərər partlayışdan hansı uzaqlıqda olması ilə ölçülür. Reaktor isə radioaktiv maddələri atmosferə buraxırdı. Beş il ərzində Hirosimada ölənlərin sayı 245 min nəfərə çatmışdı. Çernobıl qəzasında isə cəmi 4 min nəfər həyatını itirmişdi. O vaxt Pripyat şəhərinin 45 min sakini vardı.

    “Çernobıl” serialından kadr

    Heyvanların güllələnməsi: General-mayor Nikolay Tarakanov deyir ki, insanların gözünün qarşısında belə şey baş verməyib. Güllələyiblər, amma insanları hadisə baş verən ərazidən uzaqlaşdırandan sonra.

    Tam ad və soyadla müraciət: Rus tamaşaçılar bütöv adlarla müraciəti qüsur sayır. Axı ruslar qısaldılmış müraciət formalarına alışıblar. “Sergey”, “Boris”, “Leqasov” ifadələri qəribə səslənirdi. “Yoldaş” müraciəti də əsasən Kommunist partiyasının yığıncaqlarında eşidilirdi.

    Çılpaq şaxtaçılar: Şaxtyorların köynəklərini çıxarıb işləməsi epizodu da birmənalı qarşılanmayıb. Tarakanov bunun da belə olmadığını deyir.

    Çalov şəkilli bellərlə yer qazmaq: Filmdə iri planda yerin belə bellərlə qazılması göstərilir. Faktiki mümkün deyil. Çalov şəkilli bellərdən torpağın kənara atılması, maşına yüklənməsi üçün istifadə olunur.

    Kömür sənayesi naziri: Filmin epizodlarının birində kömür sənayesi naziri Mixail Şadov yeni kostyumda şaxtaçıların yanına gəlir. Onlar bir-bir nazirin yanından keçərək əllərini üstünə sürtürlər, ya da üzünə toxunurlar. Beləcə, Şadovun yeni kostyumu çirklənir, üzü qaralır. Elə göstərilib ki, sanki nazir heç vaxt əlində bel də tutmayıb. Halbuki Şadov 13 il şaxtalarda işləyib, sonradan vəzifəyə keçib. Qəza zamanı isə filmdə göstərildiyi kimi gənc deyildi, 59 yaşı vardı. Ona qarşı heç kim belə hörmətsizlik etməzdi.

    Leqasov şaxtaçıların missiyası haqda: Serialda Leqasovun dilindən deyilir ki, şaxtaçılar olmasa, qrunt sularının 50 faizi radioaktiv maddələrlə çirklənəcək. Kimyaçı sonradan xatirələrində belə olmadığını deyirdi.

    Plastik pəncərələr: Filmdə sovet reallığı pis göstərilməyib. Amma bəzi səhnələrdə plastik pəncərələr gözə dəyir. SSRİ-də belə pəncərələr yox idi.

    Xatirə abidəsi: Dördüncü seriyada qəzanın nəticələrini aradan qaldıranlara ucaldılan abidə gözə dəyir. 1986-cı ildə belə bir şey ola bilməzdi. Abidə 2011-ci il aprelin 26-da Kiyevdə ucaldılıb.
    /bizimyol.info/