Category: Maraqlı

  • Alman olduğunu 77 ildən sonra sübut edən “rus” qadın – Bakıda maraqlı olay

    O, 78 il əvvəl Bakıda – müharibənin başlaması ərəfəsində anadan olub. Faşist Almaniyasının qoşunları 1941-ci il iyunun 22-də, bazar günü müharibə elan etmədən Sovet İttifaqının qərb sərhədlərinə qəflətən hücum edərək, sovet şəhərlərinə və hərbi birləşmələrinə hava zərbələri endirdi. Beləcə, İkinci Dünya müharibəsi başladı.

    Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-a bakılı alman qadının hekayəsini danışıb.

    Həmin qadın 77 il rus hesab edilib və məhkəmə instansiyalarına çoxsaylı şikayətlər edilməsinə baxmayaraq, öz milliyyətinin tanınmasına nail ola bilməyib. Nəhayət, Lidiya Pavlovna Qabel 78 yaşının astanasında milliyyətcə alman kimi tanınıb…

    1941-ci il iyunun 22-dək Qabel ailəsində qız uşağı anadan olur. Valideynlər ona Lidiya adını veriblər. Ayın 22-də müharibə başlayır və bu vəziyyətdə yeni doğulmuş körpənin VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) alman qismində qeydiyyata alınması uşağın həyatı üçün təhlükə törədirdi.

    Üstəlik, uşağın 1916-cı il təvəllüdlü atası Pavelin milliyyəti pasportda rus kimi göstərilmişdi. Buna görə də Lidiya Pavlovna Qabel rus milləti qismində qeydiyyatdan keçirilir.

    “Qeyd edilməlidir ki, həmin illər belə bir təcrübə olub: əgər kimisə pravoslav kilsəsində xaç suyuna salırlarsa, onu milli mənsubiyyətindən asılı olmayaraq, rus hesab edirdilər. Məsələ burasındadır ki, sovet dövründə hər yerdə ruslaşdırma siyasəti aparılırdı. Xristianlaşdırma, ruslaşdırma idarəetmə siyasətində üstünlük təşkil edirdi. Pravoslav olmayanlar müəyyən hüquq və imtiyazlardan məhrum idilər. Almanlar mədəniyyətlərini qorumaq və bununla yanaşı, karyera qurmaq üçün bu addımı atırdılar –atanın milliyyəti rus kimi yazılırdı, lakin ailədə alman ruhu hökm sürürdü. Lidiya Qabelin ailəsində də belə olub”, – hüquq müdafiəçisi bildirib.


    Qeyd edək ki, Qabel tipik alman soyadıdır, tərcümədə “çəngəl” deməkdir. Soyadın mənsubiyyətini təsdiq edən arxiv məlumatları mövcuddur. Belə ki, XVIII əsrdə alman kəndlilər II Yekaterinanın dəvəti ilə Volqaboyundakı boş torpaqlarda və sonradan şimali Qara dəniz regionunda məskən salıblar. Kolonistlərin əsas kütləsi 1767-ci ildə Volqaya gəliblər. Onlar kifayət qədər əkin yerləri və əla otlaqlarla təmin olunublar.

    Rusiyada Qabel soyadının banisi Nikolaus Qabeldir (1740-cı il). O, 1767-ci ildə həyat yoldaşı Katarina-Marqareta ilə birlikdə Maynsdan gəlib. Onlar Volqaboyunda Obermonju alman koloniyasında yerləşiblər. Yakob Filipp Qabel (Obermonjuda Qabelin beşinci nəsli) 1852-ci il təvəllüdlüdür. Onun həyat yoldaşı Mariya Anna Boosdan yeddi uşağı olub. Lidiya anadan olduğu vaxt Bakıda artıq Qabelin iki nəsli yaşayıb. Böyük ehtimalla, Lidiya Qabelin Nikolaus Qabellə qohumluq əlaqələri olub.

    Vaxt ötür və Lidiya Qabel artıq lüteran icmasının üzvü kimi alman mənşəyini bərpa etmək qərarına gəlir. O, 2000-ci ildə Almaniyaya köçmək üçün bu ölkənin hökumətinə müraciət edir. Lidiya Qabel bir neçə il öz milliyyəti ilə bağlı Almaniya hökuməti ilə müzakirələr aparır və yekunda onun xahişi qəbul edilmir. Axı o və atası pasportda rus kimi göstərilirdi.

    Lidiya Qabel Nizami rayon Məhkəməsinə iddia ilə müraciət etsə də, yenə məhkəmə prosesini uduzur. İş burasındadır ki, dəqiq təlimatlara əsasən, valideynlərdən birinin milliyyətinin alman olduğu göstərilsəydi, onu alman kimi tanımaq olardı. Lakin indiki halda hər iki valideyn rus kimi qeyd olunurdu. Üstəlik, Qabelin atası artıq vəfat etmişdi.

    Lidiya Qabel 2010-cu ildə bütün məhkəmə instansiyalarını keçdikdən və mübahisəni uduzduqdan sonra Eldar Zeynalova müraciət edib.

    “Biz Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırladıq və 2018-ci ildə bildiriş aldıq ki, məhkəmə Azərbaycan hökuməti ilə əlaqə proseduruna başlayıb. Azərbaycan hökuməti məsələyə baxaraq, Lidiya Qabelin alman kimi tanınmasına dair qərar qəbul edir. Bu, 2018-ci il dekabrın 28-nə təsadüf edir”, – E.Zeynalov deyib.

    Hüquq müdafiəçisi bundan sonra Qabelin işinə baxılmasının dayandırılması üçün Avropa Məhkəməsinə müraciət edir.

    Maraqlıdır ki, Qabelin ailəsi vaxtilə Azərbaycanda kifayət qədər tanınıb və 1895-ci ildə Bakının Sabunçu rayonunda anadan olmuş sovet diplomatı və kəşfiyyatçısı Rixard Zorge ilə sıx dostluq edib.

    Məhz Zorge Almaniyanın SSRİ-yə hücum niyyəti barədə Moskvaya ilk məlumat verənlərdən biridir. Almanlar artıq Moskva ətrafında olanda məlumat vermişdi ki, Yaponiya SSRİ ilə müharibəyə başlamaq niyyətində deyil. Bundan xəbər tutan sovet ordusu Moskvanın müdafiəsini gücləndirmək üçün tədbirlər görməyə başlayır. Bununla da paytaxtı qorumaq mümkün olur.

    Kəşfiyyatçı 1944-cü ilin noyabrında müharibənin bitməsi ərəfəsində ölüb.

  • Broyler toyuğu alanda bunlara diqqət edin

    Ölkəmizdə ət və ət məhsulları içərisində toyuq ətinə xüsusi tələbat var. Broyler toyuğu alarkən hər bir istehlakçı diqqətli olmalıdır. Təzə və dondurulmuş broyler toyuğu alarkən xarici görünüşünə diqqət etmək vacibdir.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat açıqlayıb.

    Qeyd olunub ki, toyuğun dərisinin səthi qüsursuz olmalı, qan ləkəsi, qızartı, qara, qəhvəyi rəngdə ləkə, çil, epidermisin xallanması, yanmış forması olmamalıdır.

    Üzəri quru, təmiz olmalı, yapışqan, selikli olmamalıdır. Bundan əlavə, ətin spesifik qoxusuna, rənginə diqqət etmək lazımdır. Ətin qablaşdırılması əzilmiş, zədələnmiş və cırılmış, qabda qan yığını, qırmızı buz kristalları olmamalı, mayeni çəkməsi üçün xüsusi döşəkcik yerləşdirilməlidir.

    Üzərində barkodu, əmtəə nişanı, məhsulun adı, istehsal və son istifadə tarixi, standartın nömrəsi, istehsalçı müəssisənin adı aydın şəkildə qeyd olunmalıdır.

    İstehsal sahəsindən alıcının mətbəxinə qədər soyuq zəncirin tələbləri gözlənməlidir. Yəni istehsal olunduğu yerdə, daşındığı maşında və satıldığı ticarət obyektində soyuducuda saxlanmalıdır.

    Dondurulmuş toyuq tam dondurulmuş vəziyyətdə, – 18 dərəcə temperaturda saxlanılmalıdır.

    Alıcılar məhsul alarkən ticarət obyektlərindən sertifikatının olub-olmadığını tələb edə bilərlər.

  • Hansı təbii qidalar toxumaları bərpa edir?

    İnsan orqanizmi dayanmadan regenerasiya rejimində olur. Bu proses olmadan orqanizmdəki toxumalar var ola bilməz. Lakin bəzi xəstəliklər regenerasiyanı ləngidə, poza bilər. Bu zaman köməyimizə təbii qidalar gəlir. Bəs hansı qidalar toxumaların bərpasına kömək edir?

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, Mərkəzi Neftçilər Xəstəxanasının hazırladığı bu məlumatda həmin qidaların adları açıqlanıb.

    Sinir toxumalarını bərpa edən qidalar: zəncəfil, kərəviz, qaragilə, jenşen, adaçayı.

    Qaraciyərin bərpasına kömək edən məhsullar: Biyan kökü, zəncəfil, oreqano, jenşen.

    Mədəaltı vəzin bərpasına yardım edən məhsullar, insulin hasil edən bitkilər: zirə, zəncəfil, avokado, zirinc, yemiş, brokoli.

    Hormon (estrogen, progesteron və testosteron) ifrazına təsir edənlər: C vitamini ilə zəngin olan qidalar.

    Ürək toxumalarının bərpasına yardımçı olanlar: Qırmızı şərab, üzüm qabığı, kakao və qoz

    Onurğaarası qığırdaq toxumasını bərpa edənlər: zəncəfil, gicitkən, balıq yağı, qreypfrut və dəniz yosunları.

  • Ən çox hansı ölkənin qadınları ərlərinə xəyanət edir? – ARAŞDIRMA

    Avropada aparılan bir araşdırma cütlər arasındakı sədaqət mövzusuna həsr edilib.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, “Gleeden” portal “İfop”a anket araşdırması etdirərək real nəticələri pyalaşıb. Qadınların 77 faizinə görə xəyanət edənlər qadın, 23 faizinə görə isə kişilərdir. Araşdırmaya görə Avropada həyat yoldaşına ən çox xəyanət edən kişilər italyanlardır. Qadınlarda isə bu göstərici almanlarda daha yüksəkdir. Anket sorğusunda 5min 26 nəfər iştirak edib.

    “Euronews”un xəbərinə əsasən, Avropa ölkələrində cinsi azadlıq artsa da, qadınlar üzərində cəmiyyətin təzyiqi daha çox hiss edilir. Qadınlar kişilərə nisbətən daha az xəyanətə meylli olurlar. Bununla belə, son 50 ildə həyat yoldaşına ən azı 1 dəfə xəyanət etdiyini etiraf edən qadınların sayı 270 faiz artım olub. Kişilərdə isə eyni zaman dilimində bu artım 63 faiz təşkil edib.

    1970-ci ildən bu yana partnyorunu aldadan qadınların sayı kişilərə nisbətən 4 dəfə artıb. Buna rəğmən, 2019-cu ildə kişilərin 49 faizi, qadınların isə 37 faizi həyat yoldaşına ən azı 1 dəfə xəyanət edib.

    Qadınlar arasında ən çox alman qadınları xəyanət edir. Faiz nisbəti 43 olan bu qadınları 37 faizlə Fransa və 33 faizlə İtaliya və İngiltərə izləyir. Ərlərinə ən sadiq olan isə ispan qadınlardır. Amma ən çox xəyanət edən də italyan və ispan kişiləridir. Qadın və kişilər arasında aldatma fərqi ən az olan ölkə isə Almaniyadır.

  • Aqressiv davranışlar genlərlə bağlıdır — Alimlərdən yeni kəşf

    Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin genetika İnstitutunun alimləri yeni kəşfin nəticələrini açıqlayıblar.

    Median.Az xəbər verir ki, alimlərin fikrinə əsasən, aqressiv davranışlara meyllilik genetik ola bilər.

    Mütəxəssislər siçanlar üzərində təcrübə aparıblar. Gəmiricilər iki qrupa bölünüb. Dişi siçanları balalarından sutkada üç saat ayırıblar.
    İkinci qrupu isə ayırmayıblar. Sonra hər iki qrupun balası böyüyərək ana olub. Alimlər yenə də iki qrupa ayırıblar və təcrübə aparıblar. Məlum olub ki, valideynlərindən ayrı düşən ikinci nəsil siçanlar daha aqressivdirlər.

    Alimlərin fikrinə görə, bu tip qanunauyğunluq insanlar arasında da müşahidə edilə bilər. Amma bu yöndə hələ təcrübə aparılmayıb.//ölkə.az

  • Kofein haqqında yanlış bildiyimiz doğrular

    Kofein istehlakı ilə bağlı məlumatlandırıcı işlər nə qədər aparılsa da, müşahidələr göstərir ki, insanlar arasında kofeinə hələ də güvənməyənlər, kofeinli qidalar içərisində ən məşhurlardan olan enerji içkilərinə isə sərt mövqedə olanlar var.

    İstehlakçıların tərəddüdlərini aradan qaldırmaq və cəmiyyətdə məlumatlılıq yaratmaq məqsədilə media araşdırması apardıq. Aşağıda kofeinlə bağlı sizə təqdim edəcəyimiz faktlar çox təəssüf ki, mediada yetərincə işıqlandırılmayıb.

    Oxucularımızın daha rahat seçim edə bilməsi üçün kofein haqqında bilinməyən məlumatları diqqətə çatdırırıq:

    Kofein yaddaşı gücləndirir

    2001-ci ildə aparılan araşdırma göstərir ki, kofeinli qidalar, xüsusən enerji içkilərinin istehlakı beyinə müəyyən təsir göstərir və nəticədə, yaddaşı gücləndirir, insanın hadisələrə reaksiya müddətini azaldır.

    Kofein öyrənmə fəaliyyətini yaxşılaşdırır

    Şimali Kentukki Universitetinin nümayəndəsi Sesil Markzinski (Cecile A. Marczinski) bildirib ki, kofein beyinin informasiya qəbuluna bir çox aspektdən müsbət təsir göstərir. Kofein sayəsində diqqətimizi daha yaxşı cəmləyə bilirik, hadisələrə reaksiya müddətimiz azaldığı üçün yaddaşımız yaxşılaşır və nəticədə, psixo-motor sürətimiz artır.

    Enerji içkilərinin istehsalı Avropa Birliyində ciddi nəzarətdədir və hərtərəfli tənzimlənir

    İstehlakçılar üçün Qida Məlumatlılığı Nizamnaməsi (AB) 2014-ci ildən etibarən Avropada kofeinli içkilərin etiketlenməsini tənzimləyir. Bu qaydalar istehsalçılardan kofeinin miqdarının həmişə qablaşdırmada göstərilməsini tələb edir. Beləliklə, istehlakçıların kofein qəbulunu tənzimləməsinə və məlumatlı formada seçim etməsinə imkan verir.

    Günorta saatlarında da kofeinli qida və içkilər qəbul etmək olar

    Bəzi insanlar kofein tərkibli qidalar və içkiləri günorta saatlarında qəbul etməkdən imtina edirlər. Çünki kofeinin gümrahlıq verici təsiri sayəsində gecə saatlarında yuxusuzluq problemi yaşayacaqlarından çəkinirlər.

    Elmi araşdırmalar sübut edib ki, istənilən kofein tərkibli məhsul qəbul edildikdən 4-5 saat sonra orqanizmdə yarısı mənimsənilir və təxminən 8 saat sonra kofein təsiri itir. Buna görə də günorta saatlarında qəbul etdiyimiz kofeinli qida və içkilərin təsiri gecə yuxusuna qədər itmiş olur.

    Enerji içkilərinin çoxsaylı dadları olur

    Bəzi insanlar kofeinin gümrahlaşdırıcı təsirindən faydalanmaq istəsə də, çay və ya qəhvənin dadını xoşlamaya bilər. Enerji içkiləri çay və ya qəhvənin dadını xoşlamayanların köməyinə çatır. Çünki enerji içkiləri çoxsaylı dadlarla satışa çıxarılır. Məsələn, çiyələk, gilas, giləmeyvə və sair dadlı enerji içkilərindən istehlak etmək mümkündür.

    Qeyd edək ki, kofeinli qida və içki istehsalçıları istehlak normaları barədə daim istehlakçıları məlumatlandırmalıdır. Avropa Qida Təhlükəsizliyi Təşkilatının 2015-ci ildə 66.531 insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, gündəlik 250 ml qablaşdırmada beş qutu enerji içkisi içmək sağlam yetkin insan üçün heç bir risk daşımır.

    Məsuliyyətli istehsalçılar isə gündə bir qutu enerji içkisi içməyi tövsiyə edir. Nəzərə almaq lazımdır ki, bütün içki və qidalar normadan artıq olmamaq şərti ilə qəbul edilməlidir. Araşdırma nəticəsində məlum olub ki, bir insan bir dəfəyə altı litr su içərsə, bu, onun orqanizminə ölümcül təsir edər.

  • Çörəkdən daha çox satılan enerji içkiləri zərərlidirmi? – VİDEO

    O qədər təlabat var ki, marketlərdə belə tapmaq olmur. Qida rasionumuzun ən başında dayanan çörəkdən daha çox satılır. Söhbət bir çoxlarının isti yay günlərində sərinləmək və susuzluğu yatırmaq üçün qəbul etdikləri enerji içkilərindən gedir.

    Enerji içkilərinin tərkibində olan maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Nəticədə enerji içkiləri xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə səbəb olur.

    Marketoloqlar deyir ki, sözügedən enerji içkilərinin çox satılmasına səbəb insanların diqqətini çəkən reklam çarxlarıdır. Marketoloq Cavid Mövludov açıqlamasında bildirir ki, sosial şəbəkələrdə güclü və aktiv olmaq üçün sözügedən içkilərdən qəbul etmək tövsiyyə edilir:

    “Bu növ içkilərin güclü reklam siyasəti var. Marketlərdə soyuducuları olsa da içində içki olmur. Çünki, çörəkdən daha çox satılır”.

    Həkimlər hesab edir ki, sözügedən içkilərdən istifadə edilməməsini demək düzgün olmaz. Təklif edilən normadan və orqanizmin xüsusiyyətlərindən artıq qəbul edilən bu içkilər müxtəlif xəstəliklərin başlanğıcı ola bilər. 18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə istifadəsi tövsiyə olunmasa da, bəzən yaşı 7-8 olan azyaşlıların əlində bu növ içki qutularını görmək mümkündür.

    Əslində susuzluqu yatırmaq üçün istifadə edilən enerji içkiləri suya olan tələbatı artırır. Mütəxəssislər sağlam orqanizmdə xəstəlik yaratmamaq üçün sözügedən içkilərdən norma daxilində istifadə etməyi məqsədəuyğun hesab edirlər.//oxu.az

  • Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI

    30 illik təcrübəsi olan rusiyalı məşhur psixoloq, yazıçı və aparıcı Mixail Labkovskovun münasibətləri sağlam qiymətləndirmə bacarığına heç kəs laqeyd qala bilmir. Etiraf etmək lazımdır ki, kəskin görünən cümlələrin axrasında böyük bir həqiqət payı yatır.

    “Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan isə gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır”.

    “Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar”.

    “Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz”.

    “Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar”.

    “Öz yarını tapa bilməyən gənc, müvəffəqiyyətli və gözəl qadınlara gəlincə, onların “plankası” yüksəkdir. Bu, münasibət qura bilməmək qabiliyyəti və onlar qarşısında dayanan qorxudur”.

    “Biz sevgini əzabların hüdudları ilə qiymətləndiririk. Halbuki sağlam sevgi sənin nə qədər xoşbəxt olmağındır”.

    “Əgər ərə getmək istəyirsinizsə, sadəcə bu barədə düşünməyə son verin. Bu, kapotun üstündə gəlincik, duvaq və digər zir-zibil arzulamağa bərabərdir. Sağlam insanlarda vəziyyət bir qədər başqa görünür. Birincisi, onların sevməyə ehtiyacı var. Bu tələbat imkan verir ki, onları sevən kişi ilə tanış ola bilsin”.

    “Sağlam insanlar həmişə özünü, nevrozlar isə özünə ziyan verən münasibətləri seçir. Baş bu, onlar arasında baçlıca fərqdir”.

    “Heç bir halda evli kişi ilə münasibət qurmağa dəyməz. Balıq mağazasından balıq, ət mağazasından ət alırlar. Vaxtınızı boşa itirməyin. Evli kişiyə arvad lazım deyil, o, onsuz da evində var”.

    “Əgər ərə getmək istəyirsinizsə, kimləsə görüşürsünüzsə, hətta bir il yarım birlikdə yaşayırsınızsa və heç nə dəyişmirsə, ondan ailə qurmaq və toy etmək istədiyini soruşmaq lazımdır. Əgər kişi ailə qurmağa hazır deyilsə, deməli, onunla vidalaşmağın vaxtıdıtr. Əlbəttə ki, yaxşı yolla. Məsələn, “Sənə çox isti yanaşıram və eyni ruhda davam edəcəm, amma səndən uzaqda” deyə bilərsiniz”.

    “Əgər kimsə bir insan üçün bütün dünyanı əvəz edirsə, deməli, o insanın öz dünyası yoxdur”.

    “İllərlə evdə oturub ev təsərrüftı və uşaqların tərbiyəsi ilə məşğul olan qadın “xarablaşır”. Bu, qaçılmazdır. Nəticə etibarı ilə kişi bu qadınla darıxmağa və onu səhef hesab etməyə başlayır. Bu isə boşanmağa doğru atılan yarım addımdır”.

    “Yalınızlıq – ətrafında sevginin olmaması yox, özünə marağın olmamasıdır”.

    “Əgər o, sizi narahat edirsə, ayrılın. Tək qalmaqdan qorxmayın. Dünyada heç bir kişi ona görə özünü sındırmağa, onun qarşısında əyilməyə, ondan ötrü arzu və ehtiyaclarından vaz keçməyə layiq deyil. Heç bir kişi!”

    “Hər şey sadədir. Sizə ya birlikdə yaxşıdır, ya da sadəcə ayrılmaq lazımdır. Yeri gəlmişkən, hipoteka almazdan və 3 uşaq doğmazdan əvvəl”.

    “Psixoloji cəhətdən sağlam olan insan öz hisslərinə istiqamətlənir və həmişə özünü seçir. Nə sevgi, nə də gözəllik qurban tələb etmir. Əgər tələb edirsə, bu, dəqiq sizin hekayəniz deyil. Aradan sürüşün. Elə bir hədəf yoxdur ki, uğrunda uğursuz münasibtələrə dözmək lazım olsun”.

    “Bütün həyatını barmaqların ucunda qura bilmərsən, məyus olmaq əvvəldən əsl özünü göstərməkdən həmişə daha ağrıdır”.

    “Partniyorunda axtardığı yeganə keyfiyyət səni özünə cəlb etməsidir. Qalan heç bir məsələ heç bir rol oynamır. Əgər onu sevirsənsə, ona görə narahat olur və həyəcanlanırsa, onda heç bir “planka” yoxdur”.

    “Özünü sevməyən insanlar bir-birini sevə bilməz, odur ki, belə cütlük xoşbəxt ola bilməz”.

    “Ərə getmək üçün nə etmək lazımdır? Sadəcə bir şeyi etmək lazımdır – özün olmaq. Bu, kifayətdir. Prinsipcə, təkcə buna görə sevirlər”.

    “Əgər onun sizinlə davranışı xoşunuza gəlmirsə, xoşagəlməz nə isə edin, ona bu barədə bir dəfə deyin. Əgər vəziyyət dəyişmirsə, “Xoşgetdin”.

    “Normal insan sayğı duyulmayan münasibəti davam etdirməz. Və belə münasibətə ümumiyyətlə başlamır”.

    “İnsan həyatının girov hesab edildiyi bir dövr var ki, valideynlərindən obyektik şəkildə asılı olur. Bu, uşaqlıq və valideynlərdən asılılıqdır. Amma bu dövr qısa çəkir. Qalan bütün hallarda istənilən münasibətlərdə yetkin insanın seçimi dayanır”.//publika.az

  • Erkən ölümə daha bir səbəb

    Amerikalı alimlər tac arteriyalarda yüksək kalsium miqdarının orta yaşlarda ciddi ürək çatışmazlığı ilə əlaqədar olduğunu müəyyən edib.

    Bu barədə “EurekAlert” portalında məlumat verilir.

    Uzunmüddətli elmi tədqiqatda könüllü qismində 2449 gənc və orta yaşlı insan iştirak edib. Tomoqrafik müayinə yolu ilə mütəxəssislər tədqiqat iştirakçılarının qan damarlarının vəziyyətini, o cümlədən tac arteriyalarda kalsiumlu piləkləri qiymətləndirib. Həmin piləklərin tərkibində kalsiumdan başqa, yağ və xolesterin olduğundan, qanda yüksək miqdarda olması damarların yığılmasına və qan buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

    Piləklərin yığılma göstəricisi (CAC) araşdırmanın 15-ci və 25-ci ilində yoxlanılıb. Həmin vaxt iştirakçıların orta yaş səviyyəsi artıq 50-i ötüb. 10 il ərzində sıfır CAC göstəricisi olan könüllülərin sayı 5 faiz azalıb. Kalsiumlu piləklərin çoxalması birbaşa yaşlanma ilə, o cümlədən, sistoloji arterial təzyiqin qalxması, xolesterin miqdarının artımı, şəkərli diabet və siqaret çəkmə ilə əlaqədar olub. Belə dəyişikliklər damarların darlaşmasına səbəb olur və nəticədə ürək daha intensiv işləməyə məcbur qalır. Bu isə erkən ölüm, o cümlədən, ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırır.

  • Yedikcə ömrü qısaldan qidalar – SİYAHI

    Elə qidalar var ki, yedikcə yemək istəyirsən. Xüsusi ətri, dadı və rəngi sizi cəzb edir. Lakin onların orqanizmimizə təsiri haqqında demək olar ki, heç məlumatlı deyilik.

    Median.Az medicina.az-a istinadən sağlamlığımıza ziyan vuran vasitələri təqdim edir.

    Qazlı içkilər

    Tərkibində dadlanıdırıcı turşular olan qidalarda kalori dəyərinin yüksək olduğunu düşünürsünüz. Təbii ki bu yalnmışdır. Bu rəng və dad verici maddələr hormonlara təsir edir. Onların əvəzinə evdə hazırlanmış meyvə şirələrinə üstünlük verin.

    İşlənmiş ət məhsulları

    hər növ işlənmiş ət məhsulları Nitratlar, natrium, və digər kimyəvi qatqılardan ibarətdir. Bu maddələr onların daha uzun müddət saxlamılmasına şərait yaradır. Bu qidalar xeyli müddət xarab olmadan qalsa da digər tərəfdən sağlamlığımızı da bizdən alır. Uşaqların öyrənmə qabiliyyətinə mənfi təsir edir, dahranı probleminə səbəb olur. Eyni zamanda diayebet, ürək-damar çatışmazlığı və xərçəngə səbəb olur.

    Cipslər

    Yüksək temperaturda, qızğın yağda biuşirilmiş bu vasitələr tərkibində akrilamid adı verilən kimyəvi bir maddə meydana çıxır. Bu da döş və yoğun bağırsaq xərçənginə səbəb olur. Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur.

    Spirtlər

    Mütəxəsislər içkinin sağlamlıq baxımından təhülkəli olduğu nbarədə həmfikirdilər. Həddindən çox qəbul edildikdə susuzluğa, kökəlməyə, cild problemlərinə, depressiyaya səbəb olur. Həmçinin qaraciyərə zərər vurur.

    Fast-food

    Vaxtımız yoxdur çöldən yemək sifariş verək dediyimizdə ilk ağla gələn məhz Fast-food-lardır.Tezbazar həll olunan üsul olsa da sağlamlığımızı əlimizdən alır. Fast-food, yəni ayaqüstü qidalanma zamanı istehlak edilən qidalar qarın doyursa da, qida dəyərinin aşağı, enerji dəyərinin və doymuş yağ nisbətinin yüksək olması, həddindən artıq istehlakı zamanı piylənmə, təzyiqin yüksəlməsi kardiovaskuler xəstəliklərin yaranması, diabet və osteroporoz kimi müxtəlif xəstəliklərə səbəb olur.

    Ağ çörək

    Ağ çörəyin səhətimizə ziyanı haqqında az qala hərkəz xəbərdardır. ağ çörəyi genləri dəyişdirilmiş hibrid buğdadan hazırlayırlar. Bu isə çox ziyanlıdır və belə çörəyin daim istehlakı gələcəkdə gözlənilməz təhlükəli nəticələr verə bilər.ABŞ-da aparılmış araşdırma göstərib ki, ağ çörəyin daim istehlakı immun sisteminə mənfi təsir edir. Ağ çörəyin müntəzəm olaraq istehlakı xərçəng xəstəliyinin riskini artırır.