Category: Maraqlı

  • Tütün asılılığını aradan qaldıran üsullar… – SİQARETİ TƏRGİDƏNLƏRİN DİQQƏTİNƏ

    Siqaretin tərkibində olan zəhərli maddələr bir çox xəstəliklərə səbəb olur. Həmçinin asılılıq da yaradır. Ona görə də siqareti tərgidənlər tütündən aldığı damaq zövqünü yeməklərdə axtarır.

    Median.Az bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi açıqlamaya görə, ilk vaxtlar orqanizmdə nikotinə böyük tələbat olsa da, ondan asılılığı təbii yolla aradan qaldırmaq mümkündür: “Nikotini əvəz edə bilən bir sıra tərəvəzlər var. Məsələn, cəfəri, ispanaq, şüyüd, pomidor, badımcan, gül kələm və s. tərəvəzlərin tərkibində nikotin var və onlarla qidalanmaq orqanizmdə ona olan tələbatı kifayət qədər ödəyir. Siqareti tərgidəndən sonra hər gün yarım stəkan portağal və qreypfrut şirəsi qəbul etmək qıcıqlanmanı aradan qaldırır”.

    Onun dediyinə görə tütün asılılığından xilas olmaq üçün kompleks şəkildə mübarizə aparılmalıdır: “Süd və süd məhsulları ilə qidalanmaq da nikotinə həvəsi azaldır. Badam, yerfındığı kimi çərəzlərlə qidalanmaq nikotinə olan tələbatı azaltmaqla yanaşı digər minerallarla zəngin olduğuna görə sinir sisteminə təsir göstərir. Qarabaşaq və yulafla qidalanmaq da bu sahədə faydalı vasitələrdəndir”.

  • Kişilərlə qadınların maaş fərqi hesablandı

    Dünyada eyni işə görə kişilər orta hesabla qadınlardan 27 faiz daha çox əməkhaqqı alır.

    Bu barədə “Rossiyskaya qazeta” Beynəlxalq Əmək Təşkilatının siyasi məsələlər üzrə baş direktorunun müavini Debora Qrinfildə istinadən məlumat yayıb.

    Cinsə görə ən yüksək əməkhaqqı bərabərsizliyi Pakistandadır. Bu şərq ölkəsində kişilər qadınlardan 35% faiz daha yüksək maaş alır. D.Qrinfild bildirib ki, qadınlara ağır sənaye və təhlükəli sahələrdə çalışmasına qadağanın qoyulması yolverilməzdir.

    “Biz hesab edirik ki, sağlamlıqlarına zərərli olması bəhanəsi ilə qadınların gecə vaxtı işləmələrinə icazə verilməməsi diskriminasiya hallarını daha da dərinləşdirən stereotipdir”, – D.Qrinfild bildirib.

    Onun sözlərinə görə, qadınların məşğulluq baxımından üstünlük təşkil etdiyi sahələrdə aldıqları əməkhaqqı kişilərin çoxluq təşkil etdiyi sahələrdə aldıqları əməkhaqqından aşağıdır.

  • Virtual hücumlara ən həssas olan cihazlar – SİYAHI

    “Securing Sam” antivirus proqram təminatının tərtibatçıları hazırda orta hesabla hər bir Avropalının evində internetə qoşulmuş 14 cihazın olduğunu müəyyən edib.

    Bu haqda “Hi-News” informasiya-texnologiyaları portalı yazır.

    ABŞ-da isə bu göstərici 17-ə çatır. Onların hər biri virtual hücumlara məruz qalma riski daşıyır. Kiber-dələduzlar həmin cihazlara giriş əldə edib, istifadəçilərin şəxsi məlumatlarını oğurlaya bilər.

    Şirkətin əməkdaşları araşdırma apararaq, virtual hücumlara ən həssas olan cihazların növlərini müəyyən edib. İnternetə qoşulmuş cihazların diapazonu olduqca böyükdür, buraya smartfonlar, ağıllı televizorlar, müşahidə kameraları, internetə qoşulmuş musiqi mərkəzləri, ağıllı mətbəx qurğuları və s. daxildir.

    Araşdırma nəticəsinə görə haker hücumlarından ən zəif qorunan cihazlar IP-kameralar sayılır. Bir qayda olaraq ucuz kameraların analoji quruluşu və zəif müdafiə sistemi olur. Ona görə də hakerlər bir aparatın təhlükəsizlik sistemini “sındırmaqla”, eyni qiymət kateqoriyasından olan digər modellərə də müdaxilənin yolunu asanlıqla öyrənə bilir.

    Haker hücumlara ən həssas cihazlar:

    İP-müşahidə kameraları

    Məlumat saxlama cihazları

    Printerlər

    Televizorlar

    İP-telefonlar

  • XƏBƏRDARLIQ: suyu əsla belə içməyin – XƏSTƏLİK YARADIR

    Ayaqüstü su içmək insan orqanizmi üçün zərərli hesab olunur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, mütəxəsislər qeyd edir ki, insanın ayaq üstündə və oturduğu zaman mədəsinin quruluşu fərqli olur. Buna görə də mədə yediyimiz qidaları formasına uyğun olaraq fərqli qəbul edir.

    Əgər biz ayaqüstə durub qida və ya su qəbul etsək, bu, birbaşa mədəmizə yox, onikibarmaq bağırsağa gedəcək. Normada qəbul etdiyimiz qidalar əvvəlcə mədəyə düşməli, orada mədə turşusu ilə qarışıb onikibarmaq bağırsağa keçməlidir.

    Mədədə helikobakter deyilən bakteriyalar olur ki, bu bakteriyalar qidaya qarışır, həzmin getməsində rol oynayır.

    Mədədə qalmayıb birbaşa onikibarmaq bağırsağa keçən qidalar həzmə çətin gedir, insanın həzmlə bağlı olan orqanlarında müxtəlif xəstəliklər əmələ gətirir. Qidalara qarışmayan helikopbakteri çoxalaraq mədədə bəzi xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

    Ayaq üstə içilən su isə mədədəki turşular tərəfindən mikrobları ölmədiyinə görə bir çox bağırsaq infeksiyalarının inkişaf etməsinə səbəb olur. Su insanlar üçün önəmlidir. Lakin ayaqüstü qəbul olunan heç nəyin faydası olmaz.

  • “Fast food”un böyük təhlükəsi aşkarlandı

    Avstraliya Milli Universitetinin alimləri “fast food”un beyinin vaxtından əvvəl qocalmasına səbəb olduğunu müəyyən edib.

    Gazeta.ru-nun məlumatına görə, bu barədə elmi məqalə “MedicalXpress” tibb portalında dərc olunub.

    Mütəxəssislər mövzu ilə əlaqədar 200 elmi işi təhlil edib və “fast food”un insan sağlamlığına zərərli olduğunu qət edib.

    “Uzunmüddətli qeyri-sağlam qida vərdişləri və qeyri-kafi fiziki tapşırıqların ikinci tip diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırdığı və beyin funksiyalarını zəiflətdiyi aydın olub”, – deyə araşdırmanın mətnində deyilir.

  • Bakı 1039-cu ildə – Fərqli görüntülər (FOTO + VİDEO)

    Bakının köhnə görüntüləri yayılıb.

    Görüntülər “YouTube” video portalında Fizuli Sabiroğlu tərəfindən paylaşılıb.

    Videodan göründüyü kimi Bakı İkinci Dünya Müharibəsindən əvvəlki dövrləri əks etdirir.

    1035-ci ildə lentə alınmış görüntülərdə Bakının mərkəzi küçələri, Bakı meriyasının yerləşdiyi binalar və s. ərazilər əks olunur.

    Eləcə də, Bakı sərnişin vağzalında qatarlar, yollarda tramvayların növbə ilə hərəkəti, mərkəzi küçələrdə insanların gəzintisi görünür.

    Görüntüləri izlədikdə insanlarda nostalji hisslər yaradır. Köhnə Bakının görüntülərini təqdim edirik.




  • Bakı kurortları MDB-də beş ən yaxşı istiqamət arasında

    “TurStat” analitik agentliyi rusiyalı turistlərin yay istirahəti üçün populyar olan MDB-nin ən yaxşı kurortlarının siyahısını açıqlayıb.

    Ən yaxşı istiqamətlər arasında Xəzər dənizi sahilində Bakıdakı Abşeron kurortları, eləcə də, Qırğızıstan, Qazaxıstan və Belarusun kurortları var.

    “TurStat”ın məlumatına görə, rusiyalı turistlər MDB kurortlarına bir və ya iki həftəlik gəlir, onların büdcəsi sutkalıq 50-110 dollar arasında dəyişir.

    İlk “beşlik”dəki ən ucuz istiqamət Issık-Kule, ən bahalısı isə Bakı kurortlarıdır.

    MDB ölkələrində yay tətillərinin əsas üstünlükləri vizasız rejim, rus dili biliyi və yerli sakinlərin qonaqpərvərliyi, ucuz istirahət, dadlı yeməklər və meyvələrdir.

    Reytinq Rusiya turistlərinin istirahət səfərlərinin təhlili və istirahət infrastrukturunun inkişafına əsaslanır.

  • Yüksək təzyiqi salmaq üçün 4 SADƏ QAYDA

    Hipertoniya insan sağlamlığına çox ciddi ziyan vurur, ağır xəstəliklərin və pozulmaların (böyrək və göz xəstəlikləri, insult, infarkt) riskini xeyli artırır, həyatı qısaldır.

    Təəssüf ki, hipertoniya əksər hallarda simptomsuz, gizli inkişaf edir. Məhz bu səbəbdən onu “gizli qatil” adlandırırlar. Bunu nəzərə alaraq mütəxəssislər təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edir.

    Müasir kardioloqlar belə hesab edir ki, istənilən yaşda olan sağlam insanda təzyiq 12/80 c.st-dan yuxarı qalxmamalıdır. Əgər təzyiq tez-tez bu rəqəmlərdən yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

    Mütəxəssislər qeyd edir ki, bəzi çox sadə qaydalar təzyiqi normada saxlamağa yardım edə bilər. Median.Az saglamolun.az-a istinadən bu qaydalarla tanış edir:

    1. Duzun qəbulunu azaldın!

    Gün ərzində 5 qr-dan (1 ç.q.) artıq duz qəbul etmək olmaz. Duz orqanizmdə mayeni saxlayır ki, bu da təzyiqin qalxmasına səbəb olur.

    Mütəxəssislər hisə verilmiş, duzlu, konservləşdirilmiş məhsullardan, kolbasa-sosis, fast-fud qidalardan imtina etməyi tövsiyə edirlər.

    2. Fiziki aktivlik mütləqdir!

    Fiziki aktivlik bədən çəkisini və arterial təzyiqi normada saxlamağa yardım edir.

    Lakin burada nəzərə almaq lazımdır ki, həddindən artıq fiziki yükləmələr əksinə təzyiqin artmasına səbəb olur. Bunu nəzərə alaraq mütəxəssislər üzgüşülük, piyada gəzmək, gimnastika kimi fiziki aktivliyi tövsiyə edirlər.

    3. Artıq çəkidən azad olun!

    Artıq çəki hipertoniyanın əsas səbəblərindən biridir. Artıq çəki ürək və damarları yükləyir ki, bu da onların sağlamlığına çox mənfi təsir edir, təzyiqin artmasına səbəb olur.

    4. Siqaret çəkməyin!

    Siqaret çəkən insanda damarlar sıxılır ki, bu da təzyiqin artmasına səbəb olur.

    Təzyiqi normada saxlamaq istəyirsinizsə, siqaretdən imtina etməlisiniz. Əks halda heç bir müalicə və dərmanlar kömək etməyəcək.

  • Yaşlı qadınlar gümrah qalmaq üçün nə etməlidir?

    Yaşlı qadınların gümrah qalması üçün həftədə azı 150 dəqiqə ərzində orta intesivlikli fiziki tapşırıqlar yerinə yetirmələri, o cümlədən, gəzintiyə çıxmalıdır. Bu tövsiyələr fiziki aktivliklə sağlamlıq səviyyəsi arasındakı qarşılıqlı əlaqəni tədqiq edən elmi araşdırmaya əsaslanır.

    Bu barədə “The New York Times” qəzetində məqalə dərc olunub.

    Bəzi mütəxəssislər fiziki tapşırıqların və ya fiziki yüklənmənin dəqiqələrlə ölçülməsinin düzgün yanaşma olmadığını hesab edir və alternativ metodlar irəli sürür.

    Harvard Universitetinin tibb professoru Ay-Min Linin fikrinə görə, yaşlı qadınlarda fiziki yüklənmə səviyyəsini addım sayı ilə ölçmək daha məqsədəuyğundur.

    Professor Li və onun həmkarları qadınların gümrah və sağlam qalması üçün müəyyən vaxt kəsiyində nə qədər addım atmalı olduğunu araşdırıb. Onlar yaşı 70-dən yuxarı 17 mindən çox qadın arasında aparılan müşahidələrin nəticələrini təhlil edib.

    Mütəxəssislər qət edib ki, erkən ölüm riskini aşağı salmaq üçün günə 7,5 min addım atmaq lazımdır. Orta göstərici isə sakit gəzinti şəraitində 4,5 min addımdır.

  • Acqarına su içmənin 10 vacib FAYDASI – 1001 dərdin dərmanı

    İnsan bədəni əsasən sudan təşkil olunub. Əzələlərin 75 faizi, beynin 90 faizi, sümüklərin 22 faizi və qanın 83 faizini su təşkil edir. Bəs acqarına su içməyin insanlara nə kimi xeyri var?

    Median.Az report-a istinadən acqarına su içməyin 10 faydasını təqdim edir:

    1. Səhər yeməyindən əvvəl 1 və ya 2 stəkan su içmək toksitlərdən azad olmağa və bədənimizdən lazımsız maddələri atmağa kömək edir. Belə olduqda su bədəndə gedən maddələr mübadiləsini sürətləndirir və xəstəliklərdən qorunmağımıza kömək edir.

    2. Yuxuda olduğumuz müddətdə bədənimiz hüceyrələrimizi bərpa etmək və özünü yeniləmək üçün işləyir. Səhər ac qarnına su içməklə siz lazımsız maddələrin idrar yolu ilə bədəninizdən atılmasına kömək edəcəksiniz.

    3. Acqarına su içmək alkoqol, tütün, çirkli hava və düzgün qidalanmamaq nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir.

    4. Su üzümüzün ən yaxşı dostlarından biridir. Acqarına su içmək üz dərimizin elastikliyini qorumağa köməkçi olur və erkən qırışların qarşısını alır.

    5. Səhər tezdən su içmək həyat orqanlarımızın su ehtiyacını qarşılayır və sağlam şəkildə işləməklərinə kömək edir.

    6. Boş mədəyə 2-3 stəkan su içmək çəki atmağa yardım edir. Su bədəndəki yağ və kalorini yandırır, həmçinin aclıq hissini öldürür və artıq yeməyin qarşısını alır.

    7. Səhərlər su içmək limfa düyünləri və bağırsaqların sağlamlığını qoruyur. Bununla kortizol dəyərlərimizi kontrol etməyimizə kömək edərək bizi infeksiyalardan qoruyur.

    8. Acqarına 1 stəkan ilıq su içmək günə enerji ilə başlamağın ən yaxşı yoludur. Səhərlər yuxululuğu və yorğunluğu aradan qaldırır.

    9. Səhər yeməyindən əvvəl su içmək bağırsaqda hərəkətlənməni canlandıraraq qəbzliyin qarşısını almağa yardım edir.

    10. Əgər qastrit və bu kimi problemlər yaşayırsınızsa su ən yaxşı köməkçiniz ola bilər. Acqarına ən az 3 stəkan su içmək mədənizdəki turşuluq səviyyəsini aşağı salır və qastritə səbəb olan spazmaların qarşısını alır.