Category: Maraqlı

  • Qazlı içkilər hamiləlikdə düşük yarada bilər – Əhaliyə xəbərdarlıq

    Son dövrlər qazlı, şəkərli içkilərə tələbat artıb. Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində fəsadlar yarada bilər.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Agentlik vətəndaşlara qazlı içki istehlakının minimuma endirilməsini tövsiyə edir.

    Bildirilir ki, qazlı içkilərin tərkibində istifadə edilən “aspartam” təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanizmə verdiyi zərərləri saymaqla bitməz. Belə ki, şirinliyi 200 şərti vahid təşkil edən “aspartam” hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur.

    Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı”nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün, orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur.

    Adətən, qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda, tərkibində mövcud olan “aspartam” əlavəsinin asanlıqla metanola çevrilməsidir.

    Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və aspartamı, atsesulfam və aspartamı və s.) şəkərli içkilərdə energetik səmərə əldə olunur.

    Şəkərli içkilərin orqanizmə olan mənfi təsirini ortaya çıxaran tətqiqatlara hər gün yeni biri əlavə olunur. Amerika Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbilə 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir.

    Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir.

    Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Bu gün Amerikada yetkin insanların 36 faizi və gənclərin isə 17 faizi şəkərli və qazlı içkilər, soyuq çaylar və diyetik içkilər səbəbilə həddindən artıq piylənmədən əziyyət çəkirlər.

    Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir.

    Framingham tədqiqatına cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, ümumiyyətlə şəkərli içki qəbul edənlərlə şəkərli içki qəbul etməyənləri müqayisə etdikdə, bu qrup insanlarda daxili piylənmənin yüksək olduğu ortaya çıxıb.

    Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir.

    Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur.

  • Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olmaq riski artır – İLGİNC ARAŞDIRMA

    İngiltərədə Birminhem Universiteti tərəfindən aparılan bir araşdırma sübut edb ki, ailədaxili zorakılığa məruz qalan qadınların ciddi psixi xəstəliklərə tutulma riski 3 dəfə daha artıqdır.

    Median.Az musavat.com-a istinadən bildirir ki, nəticələri British Journal of Psychiaty jurnalında yayımlanan araşdırma İngiltərədə ailədaxili zorakılığa məruz qalan və yaşadıqlarını həkimlərinə danışan 18 min 547 qadın üzərində həyata keçirilib. Bu qadınlar illərlə izlənib və əlamətləri ailədaxili zorakılığa məruz qalmayan, bənzər yaşlarda 74 min qadınla müqayisə edilib.

    Birminhem Universitetində araşdırma sənədi hazırlayan heyətə rəhbərlik edən həkim Kot Sinqh Çandan bildirib ki, “Ailədaxili zorakılığın nə qədər geniş yayıldığını düşünsək, bu ikisinin bir-birinə bağlı olduğunu başa düşməniz və bundan zərər görən qadınların həyatlarını yaxşılaşdırmağa çalışmağımız vacibdir”.

    1995-2017-ci illər dönəmini araşdıran heyətin gəldiyi nəticəyə görə, həkiminə ailədaxili şiddət şikayəti ilə getdiyi zaman qadınların yarısının həmin vaxt ruhi problemlər yaşadığı üzə çıxıb.

    Araşdırma ailədaxili zorakılığa məruz qalan qadınların depressiya, şizofreniya və görmə problemlərinə yaxalanma risklərinin də üç qat artıq olduğunu göstərib.

    İngiltərədə qadınlara yardım təşkilatı Agendadan yardım alan bir qadın da BBC-yə verdiyi açıqlamada ailə daxili şiddətin insanın xarakterini dəyişdirdiyini söyləyib.

    “Yuxusuzluq çəkirəm. Ya lap çox yeyirəm, ya da çox az. İnsanlara heç etibar etmirəm, onları özümə yaxınlaşdırmıram. Bu səbəbdən də bir çox dostluğum bitib” deyib.

    Eyni qadın xəstəxanaya getdiyi zaman həkimlərin ona inanmadıqlarını da bildirib.

    İngiltərədə rəsmi cinayət statistikasına görə, hər dörd qadından biri ailədaxili şiddətə məruz qalır. Amma həkim araşdırmalarına istinad edən son rəqəmə görə, bu qadınlardan sadəcə 0,5 faizi bunu ailə həkiminə açıqlayır. Mütəxəssislər hesab edir ki, polis həkimlərə bu sayaq halları bildirərsə, daha faydalı olar.

    İngiltərədə Psixiatrlar Krallıq Kollecindən Dr. Beena Rajkumar, ailədaxili şiddətin əqli sağlamlıq üzərində dağıdıcı təsiri olduğunu deyib. Həkim Beena Rajkumar, “Sosial işçilər üçün ailədaxili zorakılıq araşdırma və qeydiyyat altına alma ilk sırada olmalı və bunu yaşayan qadınlar üçün təsirli müdaxilələr təcili olaraq tətbiq edilməlidir” dedi.

    Londonda Kingq College Psixiatriya İnstitutunda çalışan profesor Luis Hovard da bu çalışmanın müşahidəyə istinad etdiyini və səbəblər mövzusunda konkret sübutlar gətirmədiyini bildirdi.

  • 90% kişilərin şəhadət barmağında görünən çapığın sirri – Ölkəni bürüyən ajiotajın səbəbi tapıldı

    Artıq 2 aydan çoxdur ki, istər xarici, istər yerli sosial şəbəkələrdə kişilərin şəhadət barmağında olan çapıq şəklini paylaşaraq, “Əlinizə baxın, sizdə çapıq var? Kişilərdə sol əldə olan bu çapıq nədir? Hamıda var” kimi statuslar paylaşılır.

    Ardıyca yüzlərlə oğlan, kişi əlinə baxaraq orda həqiqətən çapığın, izin olmasını görüb həyəcanlanır və “Məndə də var” yazıb əlinin şəklini paylaşır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu suallar və mif hələ keçən ildən sosial şəbəkələrdədir. Bu haqda ilk dəfə jurnalist Oleq Kaşin tvitt paylaşıb. O, özündə 2 çapıq taparaq, əlinin şəklini çəkib və “Əksər kişilərdə olması güman edilir. Sizdə də varmı?” deyə yazıb.

    Bu tviti bir çox insanlar paylaşıb və qısa müddətdə minlərlə kişi barmağına baxıb, çapıq aşkar edib və əllərinin fotolarını bölüşüb.
    Axır ki, bu status Azərbaycana da ayaq açıb.

    Həqiqətənmi bütün kişilərin sol əlinin şəhadət barmağında çapıq olmalıdır?

    Xeyr. Bu fakt tam təsdiqini tapmayıb. Əgər 100 kişinin 60-da bu çapıq varsa, 40-da yoxdur.

    Çapıq anadangəlmədirmi?

    Xeyr. Körpələr çapıqla doğulmur. Doğulsa da bu bədənin müxtəlif yerlərində müxtəlif səbəblərdən ola bilər. Amma illah ki, doğulan oğlan uşaqlarının sol əlində barmaqda çapıq olmalıdır, elə bir nəzəriyyə yoxdur.

    Bəs bu çapığın elmi izahı nədir?

    2014-cü ildə Beynəlxalq tibbi jurnalda bir araşdırmanın nəticələri yazılıb. Alimlər bilək və barmaqlarında çapıq rast gəlinən insanları tədqiq edib. 177 kişi və 61 qadın arasında sağ əli işlədənlər, solaxaylar və hər iki əlini aktiv işlədənlər var idi. Məlum olmuşdur ki, kişilərin yarıdan çoxunda sol əldə sağa nisbətən 2 dəfə çox çapıq vardır.

    Qadınlarda isə hər iki əldə çapığa rast gəlinib.

    Daha çox sol əlin şəhadət barmağının orta falanqasında çapıq olduğu da məlum olub.
    Elmi izahı onunla yekunlaşıb ki, solaxaylar sağ əli və barmağı daha çox zədələyir, sağ əllilər isə sol əli. Çapıq xarici təsirdən zədədir.

    Niyə kişilərin əksəriyyətində bu çapıq var?

    Çox sadəcə. Oğlan uşaqları hələ erkən yaşdan, 4-5-6 yaşından daş-kəsək, müxtəlif dəmir, kəsici alət, velosiped, oyuncaq maşın, raqatka ilə təmasda olur. Kəsici alətlə taxta, budaq yonur, nəsə düzəldir. Adi velosipedin zənciri də kəsicidir. Bütün bu oyunlar, vərdişlər, kəsici alətlər, daş və s. ilə ehtiyatsız davranmalar şəhadət barmaqda mütləq bir kəsik izi qoyur. Bir əşyanı solla tutub, sağ əllə kəsmək, yonmaq, vurmaq kimi hərəkətlər edildiyindən zərbə altında sol əlin şəhadət barmağı qalır.

    Uşaq böyüdükcə həmin hadisələri unudur. Amma bir gün “Sol əlinə bax, səndə də çapıq var?” sualı rastına çıxanda, həqiqətən əlində keçmişin izinə rast gəlir. Amma bunu nə vaxt necə etdiyini unudub.

    Digər variantlardan biri də dişləri çıxandan sonra çox uşaqların yatanda və ya digər vaxt əlini ağzına aparıb gəmirməsi və barmağını dişlərinin arasında sıxması göstərilir.

    Sol əldə barmaqda çapıq olmasının kişilik, cinsi qabiliyyət və ya hansısa xüsusiyyətlərə təsiri, hər hansı mənası da cəfəngiyyatdır. Barmağında çapıq olmayan kişi ilə çapıq olan kişi eynidir.

  • Çay içə-içə siqaret çəkən kişilərə – Ciddi XƏBƏRDARLIQ

    Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.

    Bununla bağlı mütəxəssisin fikirlərini oxuculara təqdim edirik.

    Həkim bildirib ki, dünyada xərçəng ölümlərində 6-cı sırada qida borusu xərçəngi dayanır: “Bu xərçəng növünə nadir rastlanır və özünü gec biruzə verir. Qida borusu xərçəngi ilk növbədə özünü udma çətinliyi ilə göstərir. Əvvəl-əvvəl qatı qidaları yeyərkən yaşanan udqunma çətinliyi sonradan duru yeməklərdə də baş verir. Bununla yanaşı, digər əlamətlər də var – mədə ağrısı və arıqlama, sinə nahiyəsində yanma və ağrı, səs qısıqlığı, qidaların ağıza geri gəlməsi, qanama, öskürək, boğulma hissi”.

    Y. Gümürdülü qida borusu xərçənginin kişilərdə daha çox görüldüyünü deyib. Onun sözlərinə görə, xüsusilə isti içkilərlə siqareti birlikdə istifadə edənlər böyük risk altındadır: “Bu xəstəlikdə riskli qrup 50 və 70 yaş arasıdır. Endoskopik müayinə xərçəngin aşkarlanmasında önəmli rol oynayır. Müalicə üsulu isə 3 yöndə – cərrahi, radioloji və onkoloji olaraq aparılır. İlkin mərhələdə cərrahi üsul çox daha müvəffəqiyyətlidir. Ancaq xərçəngin ətrafındakı toxumalara yayılması halında radioloji müalicəsi və kimya terapiya müalicəsi ilə stend tətbiq olunur”.

  • Ofis işi insanı necə “öldürür”? – İmpotensiya, tromboz, babasil, ostexondroz….

    Ofisdə oturaq iş çox gənclərin arzusudur. Əlin-ayağın təmiz, səliqəli otaqda oturub kompüter arxasında işini görürsən. Prestijli peşələrin çoxu da ofis işidir. Amma tibbi, sağlamlıq və ömür baxımından bu gün müasir insanı erkən yaşda xəstələndirən və illər əvvəl 70 yaşında rast gəlinən problemləri 40 yaşında qazandıran ofisdə iş ən təhlükəli hesab olunur.

    Median.Az medicina.az-a istinadən ofisdə 5-7 il işlədikdən sonra insanın zamanla necə məhv olmasının səbəblərini araşdırıb. Bu xəstəliklər də daha çox oturaq ofis işində çalışanlarda rast gəlinir.

    1 il sonra – miqren, boyunda ağrı, əsəb, təşviş

    Ofis işi, rejimi insanı ilk 6 ayda sınağa çəkir. Hər şey ideal görünür. Lakin cəmi 1 il sonra işçidə xandra, apatiya, sönüklük, boyun, bel, çanaqda ağrıs, baş ağrısı, daha çox miqren kimi xoşagəlməz simptomlar yavaş-yavaş baş qaldırmağa başlayır.
    Tibbdə buna ofis sindromu deyilir.

    Britaniyada aparılmış araşdırma göstərib ki, ingilislərin 20% -i stress vəziyyətinin səbəbkarı kimi iş və ofisi göstərib, gənc 20-25 yaşlı əməkdaşlardan 7%- i isə bir neçə dəfə intihar barədə düşünüb.

    -Artıq çəki, piylənmə, pis bədən

    Ofisə arıq, nərmə-nazik gələn gənc işçilər belə 1 il sonra çəkidə artdıqlarını, arıqlaya bilmədiklərini, bel, ayaq, çanaq və çiyinlərə artıq piy yığıldığını və bədən ölçülərinin dəyişdiyini etiraf edib.

    Amerikalı alimlərin 3000 ağ köynəkli arasında apardığı sorğu göstərib ki, 41%-də çəkidə 3-5 kq artım olub.

    Ofis işçilərinin biznes lançı, ofisdə ayaqüstü yeməyi, gün ərzində çay, qəhvə, şirniyyat qəbulu, keyfiyyətli qidanı imkan olsa yalnız evdə dadmaları onları qısa müddətdə piylənmə ilə, bundan sonra da şəkərli diabetlə üz-üz qoyur. Dünyada ən çox peçenye, konfet,şokolad yeyənlər də uşaqlardan sonra ofis işçiləridir.

    -Görmənin zəfiləməsi

    Ən itigözlü gənci ofisdə, kompüter və yazılı hesabatlar arasında 2 il işlətdikdən sonra onun görməsi zəifləyəcək. 80% hallarda ofislərdə işıq bucağı, monitorun vəziyyəti, ekranın işığı, otaqda quru hava işçinin göz yaşının qurumasına səbəb olur. Bu işçilərdə quru göz sindromu yaranır. Bir az cəld tərpənənlər, uldə 1 dəfə oftalmoloqdan keçib, yanlarında süni göz yaşı damcısı gəzidirib, gündə 5 dəfə gözlərini nəmləndirirlər.
    Əgər normada, açıq havada insan dəqiqədə 20 dəfə göz qırpırsa, komputer qarşısında bu 5 dəfəyə enir.

    -Onurğa xəstəlikləri: ostexondrozdan tutmuş yırtığa kimi

    Ofis işçilərinin ən çox şikayət etdiyi boyun, bel, oturaq sinir xəstəlikləridir.
    Bu da günün yarısını oturmaq, başı bir vəziyyətdə saxlamaqdan, beli əymək, fəqərələrin sıxılaraq uzun illər qalmasından qaynaqlanır. Bu insanlarda ostexondroz, fəqərə sıxılması, kifoz, skolioz, onurğada əyrilik, duzlaşma, boyun miqreni, yırtıqlar çox aşkarlanır.

    Xüsusən bu vəziyyətdən baş beyin əziyyət çəkir. Nəticədə qan dövranı pozulur, iş qabiliyyəti düşür, yaddaş pozulur.
    Çıxış yolu ofisdə işə başlayan ildən üzgüçülük, fitnes, gimnastika, yoqaya getmək, işdə normal kreslo seçmək, düzgün oturmaq və elə ofisdəcə hər 2 saatdan bir qalxıb müəyyən hərəkətlər etmək lazımdır.

    – 5-7 il sonra: tromboz, ateroskleroz, babasil

    Nəhayət ki, qidalanma, maye qəbulu, yuxu rejimi, oturaq iş 5 ildən sonra digər daha dərin problemləri qabardır. İşçidə xolesterin və lipib mübadiləsi pozulur. Damarlar tutulur, aşağı ətraflarda tromboz yaranır. Xolesterin artır. Bu da insult, infakrt, ürək tutmasını artırır.

    Düz bağırsağın varikoz damar genişlənməsi isə babasilə gətirib çıxarır. Yəni oturaq işdə çalışanlarda demək olar, bütün damar sistemi çökür.
    Mazlar, dərmanlar, şamlar, yağlar-babasili sağaltmayacaq. Yeganə yol fiziki aktivlik, gəzmək, qrafiki dəyişməkdir.

    -10 il sonra: impotensiya, diabet

    Əməkdar ofis işçiləri qastrit, diabet, kişilər isə cinsi zəiflikdən əziyyət çəkir. Bu labüddür.
    Qadınlarda aşağı çanaq orqanlarında qan durğunluğu, venoz damarların genişlənməsi hamiləliyə, dölü daşımağa mane olur. Çox gənc qadınlar sonsuzluqla üzləşir.

    Siz bu problemləri həll etmək üçün müxtəlif reklam olunmuş vasitələr, dərmanlar, yaxşı həkim müalicələrini sınaya bilərsiz. Amma vaxtınız və pulunuza heyfiniz gəlsin.

    Çünki nə qədər ki, günün 10 saatını ofisdə oturub, gərgin işləyib, axşam da ayaqlarınızı süyürüb evə çatıb yatırsızsa, bu problemlərdən həmişəlik qurtulmanız mümkün deyil.

  • Qida istehsalçılarının hiylələri

    Hər gün masamızda olan yeməklərin keyfiyyətini bəzən ayırd edə bilmirik.

    Çünki qida istehsalçıları bir sıra hiylələrdən istifadə edirlər ki, istehlakçı bunu görə bilmir.

    Median.Az foodinfo.az-a istinadən bu hiylələrin bəziləri ilə sizi tanış edir:

    Demək olar ki, hamımız qəssabdan ət alırıq. Bir çox hallada isə qiyməyə (farş) üstünlük veririk. Amma qiymənin tərkibinə ətin lazımsız hissələri ilə yanaşı ucuz toyuq ətinin də qarşıdırıldığını bilirdinizmi?

    Şirniyyatı çox sevirik. Xüsusilə yediyimiz zaman dadından doymuruq. Amma bəzi qida istehsalçıları qozlu paxlavaya qoz yerinə digər bitkilər, məsələn, noxud qatdığının fərqinə varmısınızmı? Təəssüf ki, bunu ayırmaq bizim üçün olduqca çətindir.

    Təbii darçının əvəzinə bəzən ona oxşayan lakin ziyanlı kasiya satılır.

    Toz bibərə soda, un, nişasta əlavə olunur.

    Qırmızı bibərə baxdığımızda rənginin necə parlaq olduğunu görürük. Parlaq bir rəng almağının səbəbi kərpic tozu ola bilər.

    Süfrələrimizdə faydalı olduğu üçün zeytun istifadə edirik. Amma qara rəng almaq üçün sənaye boyasından istifadə olunur.

    Balıq omeqa qaynağıdır. Hamımız bilirik. Təəssüf ki, bəziləri “təzə balıq” formasını yaratmaq üçün qırmızı rəngi balığın qəlsəmələrinə çəkə bilər ki, bu da balıq sevənlərə təzə kimi görünür.

    Çörək bizim əvəzolunmaz qidamızdır. Xüsusilə bəziləri ağ çörəyi çox sevir. İsti çörəyi alarkən içinin dümağ olması sizi çaşdırmasın. Bəziləri çörəyin ağ rəngli görünməsi üçün xəmirə əlavə rəng qatırlar.

    Vitaminlərin mənbəyi olan meyvələr və tərəvəzlərin gözəl görünüşünə aldanmayın. Parıltılı meyvə və tərəvəzlərin o vəziyyətə düşməsi üçün xüsusi mumdan istifadə olunur. Bu mum orqanizmdə toplanır, toksiki və bəzi məlumatlara götə hətta kanserogen təsir edir. Odur ki, meyvə-tərəvəzləri alarkən əvvəl cod dəsmalla yaxşı silin və sonra su ilə yuyun.

    Bunlar qidalardakı hiylələrin növlərinin, sadəcə, bir neçə nümunəsidir…

  • Qidaların psixologiyamıza qəribə təsiri

    Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.

    Median.Az bu yazıda oxuyucuları qidaların insan psixologiyasına təsiri ilə tanış edib.

    1. Düyü

    Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfi yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır.

    2. Qızardılmış qardağıdalı

    Qızardılmış qarğıdalı sinir sisteminin normal çalışması üçün lazım olan protein, fosfor, dəmir, maqnezium ilə zəngindir. B vitamini isə depressiya və stresslə mübarizədə təsirlidir.

    3. Tuna balığı

    Tuna balığında civə yüksəkdir, amma orqanizmdə civənin həddən artıq bolluğu yaddaşın pozulmasına gətirib çıxara bilər. Bundan başqa, tuna balığında poliklorinli bifenil adlanan sintetik maddə var ki, bu da hormonal fonu və əsəb sisteminin işini pozur.

    4. Donuz piyi

    Donuz piyi nadir rastlanan arakidon turşusu ehtiva edir. Bədənin toxumalarının bir hissəsidir və beynin normal işləməsi üçün vacibdir. Alzheymer xəstəliyinə qarşı mübarizə də kömək edir.

    5. Taxıllar

    Taxıl bitkiləri boy inkişafı üçün lazımdır, amma qlüten bizim üçün faydalı maddələri məhv edə bilər. Bu maddələrin olmaması isə isteriya hücumlarına və depressiyaya gətirib çıxarır.

    6. Qara şokolad

    Qara şokoladda beyin hüceyrələrini aktivləşdirən flavonoidlər var. Bu məhsul qan damarlarını genişləndirir, zehni fəaliyyəti stimullaşdırır və beynə oksigen axınını artırır.

    7. Pendir

    Pendir protein parçalanması nəticəsində meydana gələn tiramin ehtiva edir. Tiramin qan təzyiqini əhəmiyyətli dərəcədə artırır və miqrenə səbəb ola bilər.

    8. Bişmiş kartof

    Bişmiş kartof oksigenin beyinə daxil olmasına kömək edən kaliumla zəngindir. Həmçinin tərkibindəki qlükoza, B vitamini və amin turşuları beynə qan dövranını stimullaşdırır və performansını artırır.

    9. Paxla

    Paxla tanin ehtiva edir. Taninin çox olması bədəndə dəmir kimi elementlərin sovrulmasına mane olur. Bu, beyin qan dövranını poza və anemiya səbəb ola bilər.

    10. Sarıkök

    Sarıkökdə olan kurkumin adlı maddə çox güclü antioksidandır və beynin yaşlanmasını maneə törədir. Bu maddələr adətən yaşla əlaqədar olaraq pisləşən koqnitiv funksiyaları dəstəkləyir.

    11. Zəfəran

    Zəfəran B və C vitamini kimi bir çox elementlər ehtiva edir. Beyin funksiyasını yaxşılaşdırır, həmçinin bəzi psixoloji pozuntulara kömək edir.

    12. Darçın

    Darçın iki əhəmiyyətli maddənin tərkibi sayəsində beyni aktivləşdirir. Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb. Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb.

  • Çox onlayn olmaq kasıblıq vərdişi imiş – Mütəxəssislər izah edir

    Dünya yenə varlılara və kasıblara ayrılıb.

    Amma tamam başqa əlamətə görə. İndi onlayn və oflayn olmaq sosial statusu müəyyənləşdirir.

    Median.Az Bizimyol.info-ya xəbər verir ki, indi internetdə onlayn xidmətlərdən çox istifadə, sosial şəbəkələrdə, messencerlərdə çox vaxt keçirmək kasıblıq əlaməti sayılmağa başlayıb. Əksinə, bundan mümkün qədər uzaq qaçmaq varlılara xas xüsusiyyət kimi xarakterizə olunur.

    Məsələn, dünya musiqi ulduzu Elton Con virtual aləmi heç sevmir. Ona heç elektron məktub yazmaq da mümkün deyil. Nə sözünüz varsa, xidmətçilər çatdıra bilər.

    Conni Deppin nə mobil telefonu var, nə də sosial şəbəkə hesabı. Onun kimi xeyli məşhuru smartfonlar bezdirib. Məşhurlar günlərlə texnologiyanın təsir dairəsindən kənarda qalmağı özünə dərd etmir.

    Mütəxəssislər deyir ki, varlılara yalnız təbii şeylər lazımdır. Bunun üçün hətta xərcə düşməyə də hazırdırlar.

    “Arqumentı i Faktı” qəzetinə danışan tarix elmləri namizədi Olqa Çetverikovanın fikrincə, texnoloji cihazlar indi insanları idarə etmək üçün yaxşı vasitəyə çevrilib. Qacetləri kasıb adamlar icad etməyib. Böyük bir kütləni nəzarətdə saxlamaq üçün bundan yaxşı vasitə ola bilməzdi. Texnoloji qurğular indi harada olduğumuzu, nə düşündüyümüzü, hətta nə yediyimizi müəyyənləşdirir.

    Qərbdə şirkət rəhbərləri uşaqlarını elə məktəblərdə oxudur ki, orada qacetlərdən istifadə minimum səviyyədədir. Həmin təhsil ocaqlarında internetdən bizim qədər istifadə etmirlər. Hətta lövhədə misalları da təbaşirlə yazırlar. Bütün gününü smartfonda keçirən adamlar heç də həmişə ağıllı olmur. Araşdırmalar göstərir ki, hətta xarici dilləri də yaxşı mənimsəmirlər.

    Bu fikirlərlə razılaşmayanlar da var. “Arqumentı i Faktı”ya açıqlama verən “Cognitive Technologies” şirkətlər qrupunun prezidenti Olqa Uskova deyir ki, onlayn xidmətlərdən çox istifadə edən neçə-neçə milyonçu, milyarder tanıyır: “Ənənəvi təhsil dünyada köhnəlmiş sayılır. İnternetdəki informasiya kafedrada danışan professorun dediklərindən daha yeni olur. Əlbəttə, canlı ünsiyyət vacibdir. Amma insan məlumat toplamaq fikrindədirsə, bunu onlayn da edəcək, oflayn da”.

  • Bəşəriyyət tezliklə dağılacaq – Alimlər səbəbləri açıqladı

    Hazırkı vəziyyətdə bəşəriyyətin sonu yaxınlaşıb.

    The Independent xəbər verir ki, bu barədə avstraliyalı alimlərin hesabatında deyilir.

    Bunun əsas səbəbləri kimi iqlim dəyişikliyi, hökumətlərin fəaliyyətsizliyi və bunun nəticəsi olaraq iqtisadi-sosial böhran göstərilir.

    Ekspertlər yaxın gələcəkdə neft və qazın istehlakının azaldılması üzrə ciddi səylərin olmayacağını əsas gətirərək 2030-cu ildə havanın çirkləndirilməsinin pik səviyyəsinə çatacağını proqnozlaşdırır. Nəticədə 2050-ci ilədək Yerdə havanın hərarəti sənayə dövründən öncə olan göstəricilərlə müqayisədə 3 dərəcə artacaq. Bu üzdən dənizlərdəki buzlar əriyəcək, Amazoniyada genişmiqyaslı quraqlıq olacaq.

    Həmçinin Asiya və Qərbi Afrikada, habelə Qolfstrimdə mussonların bölünməsində dəyişikliklər olacaq, bu isə Avropadakı vəziyyətə mənfi təsir göstərəcək. Şimali Amerika dağıdıcı təbii fəlakətlərdən, o cümlədən meşə yanğınları, quraqlıq və sel sularından əziyyət çəkəcək. Asiyada çaylarda suyun səviyyəsi azalacaq, Meksika və Mərkəzi Amerikada yağıntılar səviyyəsi iki dəfə aşağı düşəcək.

    2100-ci ildə Yer kürəsində havanın orta temperaturu 5 dərəcə artacaq.

    Qeyd olunur ki, 4 dərəcə istiləşmə mövcud qlobal cəmiyyət təşkilinə ziddir, həmçinin ekosistemlərə dağıdıcı təsir göstərir. Hətta 2 dərəcə istiləşmə insanların isti ölkələrdən kütləvi köçünə səbəb olacaq. Nəticədə iqlim qaçqınlarının sayı bir milyarda çata bilər.

  • Kimlər infarkt ola bilər? – Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA

    Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmazdan əvvəl yeyən insanların infarkt olmaq riski yüksəkdir.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, ekspertlər səhər saatlarında qəbul edilən qidaların bədəni daha sürətlə yandırdığını və hormonları sağlam bir balansa gətirib çıxardığını deyib.

    Odur ki, “Səhər yeməyini padşah, günorta yeməyini şahzadə, axşam yeməyini isə nökər kimi ye” məsəli öz elmi təsdiqini tapır. Bu, onu göstərir ki, səhər yaxşı qidalanan insanlar gün ərzində daha az acır.

    Araşdırma Braziliyanın Sao Paulo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən infarkt keçirən 113 nəfər üzərində aparılıb. 57 faizi səhər yeməyini həftədə ən az üç dəfə buraxıb, 51 faizi həftədə üç dəfə gec şam edib, 41 faizi isə həm səhər yeməyini buraxıb, həm də gec şam edib.


    Məlum olub ki, səhər yeməyini mütəmadi olaraq buraxan və yatmazdan bir-iki saat əvvəl yemək yeyənlərin infarktdan ölmək riski 4-5 dəfə daha yüksəkdir və ya ürək tutmaları yenidən baş verir.

    Araşdırma rəhbəri həkim Markos Minikuççi “Qidalanma diaqnozu yaxşılaşdırmağın ən ucuz və sadə yoludur. Yaxşı səhər yeməyi süd və tam taxıl məhsullarından, həmçinin nə qədər qəribə olsa da, meyvələrdən ibarətdir. Səhər yeməyi gündəlik qida kalorinin 15-35 faizini təşkil etməlidir”, – deyə qeyd edib.

    Alimlərinin sözlərinə görə, səhər yeməyini buraxan və gec şam edən insanların qeyri-sağlam və pis vərdişlərə sahib olma şansı yüksəkdir. Bundan başqa, onlarda fiziki fəaliyyətlər də aşağı səviyyədədir.


    “Biz də inanırıq ki, iltihablı reaksiya, oksidativ stress və endotelial funksiya qeyri-sağlam qidalanma ilə bağlı ola bilər. Bu isə ürək-damar problemlərinə yol açır”.

    İnfarkt nədir?

    Tibbi olaraq miyokard infarktı kimi bilinən infarkt qan dövranın ürəyə verilməsi qəflətən bloklanması zamanı baş verir. Simptomlar sinədə ağrı, təngənəfəslik, zəiflik və narahatlıq hissi şəklində özünü göstərir. İnfarkt siqaret, yüksək təzyiq və diabet xəstəlikləri nəticəsində meydana gələ bilər. Riskləri azaldın, siqaret çəkməyin, mütəmadi olaraq məşq edin və alkoqolu orta səviyyədə için.