Category: Maraqlı

  • Alimlər: soyuq ofis qadınların əmək qabiliyyətinə mənfi təsir edir

    Kondisionerin soyuğuna dözmədiyi üçün yanında isti sviter saxlayanlar, ya da əksinə, həmişə istidən və boğanaqdan şikayət edənlər yəqin ki, hamımızın iş yerində var.

    Amerikadakı Əməyin Mühafizəsi İdarəsi işverənlərə məsləhət görür ki, iş yerlərində temperaturu 20-24,5 dərəcə aralığında saxlasınlar.

    Amma nəticələri “Nature” jurnalında dərc edilmiş 2015-ci il araşdırmalarına görə, bu tövsiyə hələ 1960-cı ildə müəyyənləşdirilmiş normal temperatur modelinə əsaslanır.

    Bu yaxınlarda alimlər müəyyən ediblər ki, iş yerlərindəki temperatur əməyin keyfiyyətinə təsir edir və bu, ilk növbədə qadınlara aiddir.

    Cənubi Kaliforniya Universitetinin və Berlindəki Sosial Elmlər Mərkəzinin (WZB) araşdırmaçıları Almaniya kolleclərində təhsil alan 543 tələbəni bir otağa yığıb onlara test suallarına cavab verməyi təklif edərək otağın temperaturunu +16 dərəcəylə +32 dərəcə arasında dəyişiblər.

    Məlum olub ki, kişilər və qadınlar temperatur dəyişikliyinə fərqli reaksiya verirlər.

    “Temperatur yüksəldikcə riyaziyyat və şifahi nitqlə bağlı sualları qadınlar daha yaxşı, kişilər daha pis cavablandırıblar. Qadınların qabiliyyətinin artması səviyyəsi kişilərdə qabiliyyətin azalma səviyyəsindən xeyli yüksəkdir”, – Cənubi Kaliforniya Universitetinin mütəxəssisi Tom Chang belə deyir.

    Başqa sözlə, otaq isindikcə, qadınlar suallara daha doğru cavablar veriblər.


    Temperatur artıqca, qadınların əmək qabiliyyəti də artır.

    “Kişilərlə müqayisədə qadınların daha isti otaqlarda çalışmaq istədiyini sübut edən çox sayda araşdırma var, amma heç kim bunun əmək qabiliyyətinə təsirinə diqqət etməyib. Biz müəyyən etdik ki, termostat uğrunda mübarizə sadəcə komfort məsələsi deyil”, – Berlinin Sosial Elmlər Mərkəzinin araşdırmaçısı Aqne Kayatskayte belə deyir.

    Chang qeyd edir ki, araşdırmanın məqsədi ofis üçün ideal temperatur müəyyənləşdirmək olmayıb:

    “Hansısa aspekt əsas götürülməlidirsə, bu, hər birimizin fərqli olmasıdır və hamıya eyni nümunəni tətbiq etmək olmaz. Ümumi şəkildə bunu nəzərə almaq lazımdır ki, temperatur faktoru bizə düşündüyümüzdən daha çox təsir edir”.

    Ona görə də həmkarınızın ofisdə isti şal saxladığını və ya kiminsə köynəyinin tərdən islandığını görəndə temperaturu dəyişməniz yaxşı olar.

    “Bizim araşdırmamız bunu göstərir: siz sahibkarsınızsa və sizi ancaq məhsuldarlıq və gəlirləriniz maraqlandırırsa, yenə də işçilərinizin komfortu barədə düşünməli olacaqsız, çünki bu, nəticə etibarilə işin səmərəliliyinə təsir edir”, – Chang belə deyir.


    Aydın olub ki, termostat uğrunda mübarizənin psixofiziki əsası var.

    Araşdırmanın nəticələri göstərir ki, qadınlarla kişilərin bir yerdə çalışdığı iş yerlərində işin keyfiyyətini artırmaq üçün temperaturu yüksəltmək lazımdır.

    “Menecerlər ofisin temperaturuna daha çox diqqət ayırmalıdırlar. Onlar işçilərin bununla bağlı dediklərinə ciddi yanaşmalıdırlar, çünki bu, əməyin məhsuldarlığına xeyli dərəcədə təsir edir”, – Kayatskayte belə deyir.

  • Tez evlənmək sağlamlığa xeyirdir – Alimlər belə düşünür

    Mütəxəssislər hər zaman maraqlı və faydalı kəşfləri ilə diqqət çəkiblər. Onların bir çoxu isə səhhətimiz üçün faydalıdır.

    Median.Az axşam.az-a istinadən sizlərə yararlı olacaq iki maraqlı məsləhəti təqdim edir:

    Amerika alimləri əmindirlər – tez evlənmək sağlamlığa xeyirdir

    ABŞ-da yerləşən Penn-Steyt Universitetinin alimləri hesab edirlər ki, ailə qurmağın ən normal vaxtı 18-25 yaş arasıdır. Bu yaşda ailə həyatı qurmaq gənclərin və onların gələcək övladlarının sağlamlığı üçün yaxşıdır. Psixoloqları 8 min gənc ailə arasında apardıqları sorğu zamanı belə nəticəyə gəliblər ki, 18-25 yaş arası evlənən gənclər öz uşaqları ilə mehriban olurlar, onlar depressiyaya düşmürlər, ailələrində söz-söhbət az olur. Eyni zamanda gənclər bilməlidirlər ki, gənc yaşda ailə qurmaq, təhsili sona yetirmək demək deyil. Siz həm işlərinizi qaydasında görə, həm də uşağınıza qayğı göstərə bilərsiniz.

    Britaniya Kalumb Universitetinin alimləri əmindirlər – İnsan nə qədər çox xərcləyirsə, bir o qədər çox xoşbəxt olur

    Alimlər 623 nəfər arasında sorğu aparıblar və onlara suallar ünvanlanıb: “İl ərzində siz nə qədər pul xərcləyirsiniz və nə alırsınız?”. “Siz nə qədər xoşbəxtsiniz?”. Sorğu zamanı məlum olub ki, sən demə, ən xoşbəxt insanlar xeyirxahlıq, dostları və qohumları üçün pul xərcləyənlərdir. Alimlər bu qənaətə gəliblər ki, əliaçıq insanlar xoşbəxt olur və onlar hamıya yaxşılıq etməyi sevirlər.

  • İsti havalarda ən yaxşı içki hansıdır?

    İsti havalarda ən yaxşı içki alma şirəsidir.

    “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Şirə İstehsalçıları Birliyinin layihə rəhbəri Lyudmila Xomiç deyib.

    Onun sözlərinə görə, məhz su qatılmış alma şirəsi susuzluğun yatırılması və orqanizmdə duz balansının bərpası üçün ən yaxşı vasitədir.

    Ekspert meyvələrlə müqayisədə, daha az şəkər tərkibinə malik tərəvəz şirələrini də məsləhət görüb.

    Bununla belə, mütəxəssislər sutkada üç stəkandan artıq şirə içməməyi tövsiyə edirlər.

  • Lazerlə yox etdiyimiz tüklər əslində dərimizi qoruyur

    Qədim zamanlardan bəri bədəndə artıq tüklərin olması qadınların qorxulu yuxusuna çevrilib. Bəs görəsən, bədənin müxtəlif yerlərində tüklərin əmələ gəlməsinə səbəb nədir?

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bədəndə miqdarından çox tüklərin əmələ gəlməsi “endokrin” xəstəliyi adlanır. Qadında yumurtalıq, böyrəküstü vəzlərin, hipotalamus və hipovis sistemi xəstəlikləri (beyinlə bağlı xəstəlik) olduqda bədəndə tüklənmə prosesi gedir. Bədəndəki tüklərin yaranma səbəbini aydınlaşdırmaq üçün ilk növbədə qadınların qanındakı hormonlar yoxlanılır. Əgər tüklənmə hansısa xəstəlikdən əməmlə gəlirsə, onun müalicəsi mümkündür.
    Birincisi, qadınlara müxtəlif dərmanlardan ibarət müalicələr edilir. Bəzən isə dərmanla müalicə xəstəliyin qarşısını almağa kifayət etmir. Bu halda cərrahi yollardan istifadə olunur. Bəzən yumurtalıqlarda və böyrəküstü vəzlərdə xoş və ya bəd xassəli şişlər olur ki, bu da bədəndə kişi hormonlarının artmasına gətirib çıxarır. Bədəndə kişi hormonlarının artması tüklənməni artırır. Aylıq sikl pozğunluqlarından şikayət edən xanımlarda da tüklənmə halları müşahidə edilir.

    Tükün bədəndəki rolu…

    Tükdən tamamilə azad almaq istəyi xanımlarımızda günü-gündən artır. Ancaq xanımlar bilməlidirlər ki, tüklər orqanizmdə qoruyucu funksiyaları yerinə yetirir. Onlar dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Ultrabənövşəyi şüalar bədəndə ləkələr əmələ gətirir. Bədəndəki tüklər isə müdafiə xarakterli olub ultrabənövşəyi şüaların dəriyə çox düşməsinin qarşısını alır. Son bir neçə ildə isə lazer deyilən üsulla bütün bədən tüklərindən xilas olmaq mümkündür. Bundan istifadə edənlərin sayı günü-gündən artır.

    Yay mövsümündə lazer edilməsi qadağandır. Çünki epilyasiya dərinin həssaslığını artırır. Prosesdən sonra günəş altında gəzdikdə dəridə problemlər yaranır. Elə başqa mövsümlərdə də epilyasiya etdirdikdən sonra günəş altında gəzmək, solyariyə girmək ziyandır.

    Ağ dərili insanlarda tüklərdən azad olmaq yolu daha asandır. Ancaq qara dərili insanların tükləri cod olduğu üçün onlarda bu proses çox çətin gedir. Statistikaya görə, dünyada tüklərdən əziyyət çəkməyən yeganə xalq yaponlardır. Yaponlar demək olar ki, çox nadir hallarda epilyasiyadan istifadə edirlər.

    Lazer təhlükəlidir…

    Elə dəri var ki, onda onkoloji xəstəliklərə meyil çoxdur. Bu tip dərisi olan insanların lazer etdirmələri təhlükəlidir. Belə insanlarda dəri xərçənginin yaranma ehtimalı yüksəkdir. Eyni zamanda hamiləlik vaxtı da foto və ya lazer epilyasiyasına icazə verilmir. Çünki hamilə qadınlara şüa ziyandır. Artıq şüa onların qarın nahiyələrində ağrıların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda şəkər və ürək xəstələrinin, allergiyası olan insanların epilyasiyadan istifadə etmələrinə icazə verilmir.

  • Sürətli yeriyən adamları sevindirən ARAŞDIRMA

    Amerikalı alimlərin sözlərinə görə, çəkisindən asılı olmayaraq sürətlə yerinə insanlar daha çox yaşayır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ tədqiqatçıları 10 il ərzində 474 919 insanın səhhəti haqqında məlumatları öyrənib. Onlar iştirakçıların yerimə tempi və bədən quruluşu haqqında məlumatları toplayıb.

    Məlum olub ki, sürətlə yerinən adamlar 86 ildən çox yaşayıb. Asta yeriyən insanlar isə 64 yaşa qədər ömür sürüb. Ən maraqlısı odur ki, bu, bədən quruluşu və piylənmənin səviyyəsindən asılı deyil.

    Tədqiqatın müəllifi Tom Yeyts bildirib ki, əvvəllər insanlar ömrün uzunluğunu çəki ilə bağlayırdı. Amma hər şey fiziki hazırlıqdan asılıdır:

    “Nəticələrin möhkəmliyinə təsir edən bir çox amil mövcud olmasına baxmayaraq, fiziki məşqləri artırmaq öz sağlamlığınız üçün edə bildiyiniz ən yaxşı işdir”.

    Tədqiqat yalnız müşahidələrə söykənir və yerimə ilə uzunömürlülük arasında arasında səbəb-nəticə əlaqəsini göstərmir.

  • Elektron siqaretlərin dəhşətli zərəri araşdırıldı

    ABŞ-ın Stanford Universitetinin Tibb fakültəsinin professoru Cozep Vunun rəhbərliyi ilə elektron siqaretlərlə bağlı araşdırma aparılıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mütəxəssislər qan damarı hüceyrələrinin elektron siqaret mayesinə məruz qalması nəticəsində DNT-yə böyük zərər dəydiyini və hüceyrə ölümü baş verdiyini bildiriblər. Araşdırma zamanı müəyyən edilib ki, elektron siqaretlərin tərkibinə vurulan dadverici mayelərin müxtəlifliyindən asılı olaraq DNT-yə də müxtəlif zərər dəyir.

    Belə ki, darçınlı və mentollu mayelər ürək sağlamlığı üçün birbaşa zərbədir.

    “Bu günə qədər bu mayelərin hüceyrələrə necə təsir etməsi barədə məlumatlı deyildik. Bu araşdırmalar göstərdi ki, elektron siqaretlər ənənəvi siqaretlərin təhlükəsiz alternativi deyil” – deyə professor Cozep Vu bildirib.

    Mütəxəssislərə görə, ənənəvi siqaret çəkən zaman insan nə qədər siqaret çəkdiyini bilir. Ancaq elektron siqaretlər aldadıcı ola bilir. Belə ki, çox qısa bir zaman müddətində özünüzü böyük miqdarda nikotinə məruz qoya bilərsiniz.

  • Türk qəhvəsinin yanında niyə su verilir?

    Bu günə qədər türk qəhvəsi masaya gətiriləndə yanında bir stəkan su olur.

    Bu su niyə lazımdır? Səbəb nədir?

    Median.Az
    Ölkə.Az-a istinadla türk qəhvəsinin su ilə içilməsinin səbəbini açıqlayır.

    Böyrək daşlarının 75%-i oksalatdan yaranır. Bir çox qida ilə yanaşı qəhvənin də tərkibində oksalat var. Qəhvənin yanında verilən su qəhvə içərkən oksalatın orqanizmdən ifraz edilməsinə kömək edir

    Qəhvəni su ilə içməklə yanaşı böyrək daşının qarşısını almaq üçün bu addımları atın.

  • Niderland “Eurovision”u qazandığına peşiman olub

    Builki “Eurovision” qalibi Niderland 2020-ci ildə Amsterdamda gerçəkləşməsi gözlənilən müsabiqə ilə bağlı narahatdır.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, rəsmilər yarışmanın başqa bir şəhərdə keçirilməsini, ölkələrinin reklama ehtiyacı olmadığını deyir.

    Niderland Beynəlxaq Turizm Agentliyi paytaxt Amsterdamın hazırda turist axınınıa məruz qaldığını, “Eurovision” vaxtı isə bu axının daha da güclənəcəyini bildirir.

    Müsabiqənin Rotterdam, Arnhem və ya Maastriçtə keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, Amsterdama gələn turistlərin sayı 2005-ci ildə 11 milyon, 2016-cı ildə isə 18 milyon olub. Yaxın 10 il içərisində ölkəyə 29 milyon turistin gələcəyi bildirilir.

  • Azərbaycanlı alim şəhərlərin su basmalardan qorunması üçün yeni üsul təklif edir

    Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərində və böyük qəsəbələrdə su keçirməz səthlərin artması yağış sularının yığılmasına və subasmalara gətirib çıxarır.

    N.Paşayev bildirib ki, inkişaf etmiş ölkələrin çoxunda yağış sularının idarə olunması üçün müxtəlif metodlarından istifadə edilir.

    Alim təklif edir ki, Azərbaycanın da böyük şəhərlərində bunun üçün xüsusi ərazilər qazıla və yağış yağdıqda toplanan sular həmin əraziyə yönəldilərək orada saxlanıla bilər. Ondan daha sonra texniki su kimi istifadə edilərək həm şəhərlərin tələbatının ödənməsinə yardım göstərmək, həm də əraziləri subasmalardan qorumaq mümkündür.

  • Bir xurma və bir stəkan süd gündəlik qida tələbatını ödəyirmiş…

    Hazırda alimlər insanın yalnız xurma və su ilə uzun illər yaşaya biləcəyini təsdiq edirlər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, qida mütəxəsissləri qeyd edir ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını ödəyə bilər.

    Tərkibində təxminən 20% nəmlik olan təzə xurmalarda 60-65% şəkər və 2% zülal, quru xurmalarda isə 75-85% şəkər mövcuddur. 100 qr təbii şəkildə qurudulmuş xurmanın enerji dəyəri 274 kilokaloridir.

    Ümumiyyətlə xurmanın tərkibində orqanizm üçün faydalı olan zülal, karbohidrat, yağ, əhəmiyyətli mineral elementlərdən olan fosfor, kalsium, dəmir, kalium, magnezium, həmçinin A və B qrup vitaminləri (B1, B2, B3, B6, B12 ) mövcuddur. Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir. Həmçinin, xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmin aktivliyini gücləndirən, onu hərəkət və bol miqdarda istilik enerjisi ilə təmin edən, asanlıqla mənimsənilən fruktozadır. Elə bu səbəbdən də istənilən miqdarda xurma istehlakı orqanizmə artıq çəki (piylənmə) problemi yaratmır.

    Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rolu oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir. Xurma istehlakı həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir. Xurmanın tərkibindəki dəmir anemiya xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, B1 və B2 vitaminlərinin olması qaraciyərin fəaliyyətini gücləndirir. Süd verən anaların xurma qəbul etməsi onlarda süd hormonlarını aktivləşdirir və südün çoxalmasını təmin edir.