Category: Maraqlı

  • Google translate-ın istifadə Wikipedia-ya ziyan vurur

    Wikipedia-nın yaranma məqsədi bilikləri hər kəs üçün açıq etməkdir. Lakin materialların böyük hissəsi yalnız ingiliscə paylaşılır. Hazırda ingilis dilli Wikipedia 5.5 milyon məqaləsi ilə ən nəhəng nəşr hesab olunur. 301 məşhur nəşrlərdən yalnız 15 nəşr məqalə sayının 1 milyonu keçməsi ilə övünə bilər. Amma onların keyfiyyəti o qədər də yaxşı deyil. Bəzi materialları isə ümumiyyətlə tapmaq olmur. Wikipedia-da bunun səbəbinin maşın tərcüməsində olduğunu deyirlər.

    Median.Az technote.az-a istinadən bildirir ki, bu ilin yanvar ayında Wikimedia Foundation qeyri kommersiya təşkilatı Google şirkəti ilə razılaşma imzaladı. Razılaşmaya əsasən Google Wikipedia-ya Google Translate tərcüməçisini öz tərcümə aləti ilə birgə istifadə etməyə icazə verdi. Lakin ingilis dilində olmayan materiallar ilə işləyən redaktorlar üçün bu daha da böyük bir problem yaratmış oldu. Bu, Wikipedia-nın maşın tərcüməsinə ehtiyacı barədə diskussiyaları yenidən canlandırdı.

    Düzgün istifadə etdikdə avtomatik tərcümə redaktorların dəyərli vaxtına qənaət edə bilər. Əks halda isə nəticələr katastrofik ola bilərlər. Məsələn, portuqal Wikipedia-nın redaktoru məqalələrdən birində yolverilməz maşın təcüməsini aşkarladı. Bu məqalədə “village pump” (kənd quyusu) “bomb the village” (kəndi bombalamaq) sözünə çevrilmiş idi.

    Avtomatik tərcümələr o qədər böyük bir problemə çevrildilər ki, Wikipedia-nın bəzi redaksiyalarında xüsusi qaydalar tərtib olunub. Bu qaydalara əsasən redaktorlar aşkarlanmış məqaləni tamamilə silə bilərlər. Silinməni asanlaşdırmaq üçün həta “X2. Tərcümə alətiylə yaradılmış səhifələr” kriteriyası da var.

    Bluminqtonun İndian universitetində işləyən Professor Duqlas Xofştadter (Douglas Holfstadter) SZ-nin (süni zəka) insan üçün tərcümə edə biləcək qədər hazır olması fikrini səhv hesab edir. O, bu mövzu ilə əlaqədar yazdığı məqalədə qeyd edir ki, maşın tərcüməsi səthidir, SZ söz və cümlələrin dərin mənasını anlamadan tərcümə edir. Belə sistemlər böyük məlumat massivlərində statik bənzərlikləri araşdıraraq tərcümə etməyi öyrənirlər, bu isə o deməkdir ki, onlar dilin bir çox nüanslarına qarşı koranədirlər.

    Wikipedia-nın problemi ondadır ki, onların maşın tərcüməsi redaktorlar tərəfindən ciddi nəzarətin olmasını tələb edir. Redaktorlar hər iki dili yaxşı bilməlidirlər. Lakin reallıq onu göstərir ki, bu həmişə belə olmur. Çünki məqalələr üzərində əsasən könüllü qeyri-peşəkarlar işləyirlər. Bu istifadəçilər tez-tez avtomatik tərcümədən istifadə edirlər və məqalələrini heç bir resenziya olmadan dərc edirlər. Nəticədə biz keyfiyyətsiz tərcümə ilə üzləşirik. Bütün bunlar nəticədə Wikipedia-nın öz avtoritetini itirməsinə gətirə bilər.

    Maşın tərcüməsini tənqid edənlər az deyil. İndoneziya Wikipedia-sı hətta Wikimedia Foundation təşkilatından maşın tərcüməsi alətini silmələrini rəsmi olaraq tələb edib. İstifadəçilərin çoxu isə əmindirlər ki, maşın heç vaxt tərcümə mövzusunda insanı əvəz edə bilməz.

  • Burada qadına baxmaq “baha başa gəlir” – KANADADAN REPORTAJ

    Kanadaya gəldiyimiz ilk gündür. Ölkənin ən böyük şəhəri Torontonun mərkəzinə yenicə çatmışıq və ticarət mərkəzlərinin birində müxtəlif restoranların xidmət göstərdiyi məkanda oturub plastik qablarda yemək yeyirik. Yeməyimin yarısını bitirdim, özümlə götürmək üçün qalanının qapağını bağladım və ortalıqda qaçan qızımı gətirməyə getdim. Qayıtmağım 1-2 dəqiqə çəkdi, dönəndə yeməyi qoyduğum yerdə görmədim. Bir neçə dəfə stolun bütün dəlmə-deşiklərinə, çantama baxdım, yemək elə bil havaya sovrulmuşdu. Bir az sonra aydın oldu ki, yanımızdakı stolda oturan 50-55 yaşlı kişi yeməyimi qabağına çəkib halını pozmadan yeyir… Kanada məni belə qarşıladı…

    Median.Az fed.az-a istinadən bildirir ki, şəhərin mərkəzi küçələrində çoxlu sayda evsiz-eşiksiz insanlara rast gələ bilərsiniz. İçki və narkotik asılılığı olan bu insanlar çox nadir hallarda kiməsə hücum edə bilərlər. Amma sahibi yanında olmayan hər hansı yemək onlar üçün göydəndüşmədir.

    Çin dili ikinci ana dili kimi

    “Kəmərimizin altını bərkidəndən” sonra küçəyə çıxdıq və hər addımda qarşıma müxtəlif millətlərin nümayəndələrinin çıxması diqqətimi çəkdi. Cəmi 5 dəqiqə ərzində eyni ölkənin vətəndaşı olan 10-15 millətin nümayəndəsini görmək maraqlı gəldi mənə… Hər on adamdan beşinin asiyalı olması səbəbindən isə hərdən Kanadada deyil, Çində olduğumu düşünürdüm. Sonradan öyrəndim ki, əhalisinin 55 faizi gəlmələrdən ibarət olan Torontoda çin dili ingilis dilindən sonra qeyri-rəsmi ikinci danışıq dili sayılır. Qeyd edim ki, Toronto şəhərinin əhalisi hazırda təxminən 3 milyon nəfərdir.

    Eləcə də bax: Dünyadakı ən komfortlu HƏBSXANALARI – Ora düşənlər çıxmaq istəmir

    Tanımadığın insanlarla salamlaşma mədəniyyəti

    Torontoda diqqətimi çəkən başqa bir məqam avtobusda, restoranda, yolda çox vaxt insanların tanış olmadıqları halda bir-birlərinə salam verməsi, üstəlik, hal-əhval tutması oldu. Xüsusilə səhərlər əksəriyyət gülümsəyərək bir-birinə “sabahın xeyir” deyir. Azərbaycanda olanda eşitmişdim ki, Avropa ölkələrində, Amerikada və s. insanlar bir-birlərinə soyuq münasibət bəsləyir, qonşu qonşuya getmir və s. Amma Torontoda gördüklərim tam tərsini deyirdi. Avtobusa, metroya uşaqlarla minəndə ətrafımdakı adamlardan mütləq kimsə uşaqlarla maraqlanır, yaşlarını soruşur, yanındakı ilə həmsöhbət olmaq üçün havadan-sudan danışırlar. Xüsusilə yaşı 60-ı keçən yerli kanadalılar söhbətə meylli olurlar.
    İctimai yerlərdə, avtobusda yaşlıya, hamiləyə, uşaqlıya, itli-pişikliyə yer verməyə gəlincə, Azərbaycandakı kimi olmasa da, gənclərin 50-60 faizində bu mədəniyyət var. Amma birbaşa durub yerini kiməsə vermək yaxşı adət sayılmır. Əvvəlcə adamın oturub oturmaq istəmədiyini soruşmalısan. Yaşlıların bir çoxu kiminsə onlara yer verməyini xoşlamır. Yer verəndə acıqla üzünü çevirənlər də, dəfələrlə təşəkkür edənlər də olur…
    Buraya gəldiyim ilk günlər idi. Avtobusa minəndə cavan oğlan uşaqlı olduğumu nəzərə alıb yerini təklif etdi. Azərbaycanda olduğu kimi, əvvəl “yox” deyərək guya adama əziyyət vermək istəmədiyimi sərgiləmək istədim. Adam ikinci dəfə soruşdu ki, “əyləşmək istəmədiyinizə əminsiniz?”. Yenə “xeyr” dedim və Azərbaycandan fərqli olaraq, “əyləşmək təklifi”nin arxası gəlmədi. Mənzil başına çatana qədər 15-20 dəqiqə 2.5 yaşlı uşaqla ayaq üstə qaldım və bu, mənə yaxşı dərs oldu. İndi kimsə “əyləşmək istəyirsinizmi” deyəndə, bir saniyə gözləmədən təşəkkür edərək yerini təhvil alıram.

    30 dərəcə şaxtada avtobusu 30 dəqiqə gözləmək…

    Yəqin Torontodan yolu düşənlərin diqqətini burada asfalt örtüyünün bərbad gündə olması çəkib. Düzdür, Bakıdakı kimi heç vaxt yollara su yığılmır, maşınlar suyun içində üzmək məcburiyyətində qalmır, amma kələ-kötür yollarda böyrəyində daş olan adamın daşı rahatlıqla “düşə bilər”.
    Yollardan söz düşmüşkən, Torontonun ictimai nəqliyyat sisteminin sərnişinləri incidən bir xüsusiyyəti var. Bu da əksər vaxtlarda avtobusu on dəqiqədən çox gözləməkdir. Qış aylarında və yağış yağarkən bu interval hava şəraitinə görə uzana da bilər. Başqa fəsillərdə buna birtəhər dözmək olur, amma 20-30 dərəcə şaxtada bu, “cəhənnəm əzabı”na bərabərdir. Üstəlik, donaraq 10-30 dəqiqə gözlədiyin avtobusun kassasına 3.25 dollar atdıqdan sonra minmək haqqı qazanırsan. Ən pisi isə, gecikən avtobusun sürücüsünə bir kəlimə acı söz deyə bilməməyindir. Əks təqdirdə, təhqir və hücum işə polisin qarışmasına səbəb olur. Bu halda, qanunla səni 2 min dollara qədər cərimə, 6 aya qədər həbs, yaxud hər ikisi gözləyir. Məhz bu səbəbdən burada olduğum 2 il ərzində cəmi bir dəfə gec gəldiyinə görə kiminsə səsini qaldıraraq avtobus sürücüsü ilə “söz atışması”na çıxdığının şahidi olmuşam.

    Uşaqlar, qadın və cinsi azlıqlar, heyvanlar və kişilər

    Bir maraqlı məqam da burada kişilərin yolda-izdə zərif cinsin nümayəndələrinə gözünün ucuyla belə baxmaması, daha doğrusu, baxa bilməməsidir. Əgər hansısa kişi, məsələn, avtobusda qadına baxarsa, qadın rahat şəkildə polisə zəng edib qarşısındakının seksual manyak olmasından, gözünü davamlı ona zilləməsindən şikayət edə bilər. Polis gələrkən kişidən bir kəlimə də soruşmadan onu “əlli-ayaqlı” aparır. Bu səbəbdən burada kişilərin “göz”ü tox olmalıdır və artıq bu “toxluq” vərdişə çevrilib.
    Kanadada belə bir məsəl var. Yarı zarafat, yarı gerçək, burada birinci uşaqların, ikinci qadın və cinsi azlıqların, üçüncü heyvanların, dördüncü kişilərin hüquqlarının qorunduğu deyilir.

    “Toronto böyük bir fabrikdir”

    Yaşadığımız şəhərin ən gözəl və cazibədar tərəfi burada işsizlik probleminin olmamasıdır. Torontoda adətən müdir deyil, işçi “naz edir”. Dostlarımdan birinin dediyi kimi, Toronto nəhəng bir fabrikdir. Burada ancaq işləməli və pul qazanmaq haqqında düşünməlisən. Amma təbii ki, söhbət təkcə qalstuk taxaraq ofisdə işləməkdən getmir, fəhlə, usta işlərinə tələbat daha böyükdür. İş imkanlarına, hansı işlərə tələbatın olmasına, iş tapmağın yollarına və s. növbəti yazılarımda toxunacağam.
    Hələlik bu qədər. Bunlar gördüyüm, müşahidə etdiyim və mənə maraqlı gələn “ilk”lər idi…

  • Turistlər üçün ən bahalı görməli yerlər açıqlandı – TOP 20

    Biletlərin axtarış portalı “TicketLens” dünyanın 20 ən bahalı görməli yerlərinin reytinqini tərtib edib.

    Median.Az fed.az-a istinadən bildirir ki, obyektlərin əksəriyyəti ABŞ-ın və Böyük Britaniyanın ərazisində yerləşir. Bilet qiymətləri “əl yandıran” görməli yerlərin TOP-20-liyi belədir:

    Eləcə də bax: Turistlər Azərbaycandan ən çox – NƏ ALIB APARIR?

    20. Balyonun Evi (Barselona) – 28 dollar

    19. “Guinness Store House” Ginessin evi (Dublin, İrlandiya) – 28 dollar

    18. “One Piece Tower” teleqüllə (Tokio) – 28 dollar

    17. Potal sarayı (Tibet) – 30 dollar

    16. “Londonun gözü” fırlanan əyləncə çarxı (London) – 31 dollar

    15. Bukinqem sarayı (London) – 31 dolları

    14. Tauer (London) – 32 dollar

    13. “Perlan: İslandiyanın möcüzələri” muzeyi (Reykyavik) – 32 dollar

    12. “Qisasçılar”a həsr olunmuş S.T.A.T.I.O.N parkı (Las-Veqas) – 34 dollar

    11. “One World” rəsədxanası (Nyu-York) – 35 dollar

    10. Vestminster sarayı (London) – 36 dollar

    9. “Rəng Fabriki” sərgisi (Nyu-York) – 38 dollar

    8. Rokfeller mərkəzinin müşahidə meydançası (Nyu-York) – 40 dollar

    7. Empayr-steyt-bildinq göydələni (Nyu-York) – 40 dollar

    6. Trolls: The Experience tematik park (Nyu-York) – 40 dollar

    5. Spyscape xəfiyyəlik müzeyi (Nyu-York) – 42 dollar

    4. Madam Tüsso mum fiqurlar muzeyi (London) – 46 dollar

    3. Bürc-Xəlifə göydələni (Dubay) – 56 dollar

    2. “Hengdian World Studios” studiyası (Donqyanq, Çin) – 57 dollar

    1. “Warner Bros. The Making of Harry Potter” studiyası (London) – 59 dollar

  • Tibdə inqilabi yenilik: arterial qanaxmanı 10 saniyəyə dayandırır – VİDEO

    Çindən olan tədqiqat qrupu arterial qanaxmanı dayandıra bilən hidrogel yaradıb.

    “Hi-news” portalının yazdığına görə, aparılan tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

    Arterial qanaxma həm cərrahi prosedurlar, həm də alınan zədələr zamanı ölümcül təhlükə daşıyır.

    Vaxtında müdaxilə edilmədikdə insan qısa müddət ərzində həyatını itirir. Ötən illər alimlər arterial yaraları bağlayacaq yapışqan ərsəyə gətirməyə çalışsalar da, bunun hər hansı nəticəsi olmayıb.

    Belə ki, sınaq yapışqanlarının bəziləri toksik maddələrdən ibarət olduğuna görə müvafiq qurumların icazəsini ala bilməyib, digərləri isə qan dövranının yüksək təzyiqinə qarşı davamlı olmayıb.

    Lakin bir müddət əvvəl çinli alimlər hər iki problemi çözmüş hidrogel ərsəyə gətirib. Qanaxmaya qarşı hidrogel su, jelatin və müxtəlif zülalların sintezindən ibarətdir. Onun strukturu insanın birləşdirici toxumasına maksimal dərəcədə yaxındır.

    Gelə ultrabənövşəyi şüa dəyəndə, bərkiyərək genişlənir və yaranı dərhal bağlayır. Beləcə, damarda qanaxmanın qarşısı alınır. Alimlərin dediyinə görə, unikal hidrogel 290mm-ə qədər olan təzyiqə tab gətirə bilir.

  • Yaz günlərində təbiətdə allergiyadan necə qorunaq?

    Yaz günlərinə qovaq pərqusundan (küləyin ətrafa yaydığı tiftillər) qorunmaq üçün eynək taxmaq və burnu dəniz suyu ilə yaxalamaq lazımdır.

    Moskvalı tibb mütəxəssisi Yelena Bobrikovanın sözlərinə görə, qovaq pərqusu özlüyündə allergen xüsusiyyətə malik deyil. O sadəcə üzərinə düşdüyü allergen kolların və otların üzərindəki tozla təmasda olur və başlıca olaraq küləyin təsiri ilə onların yayılmasında iştirak edir.

    “Küçədə gəzəndə gözü pərqu və ya tozcuqlardan qorumaq məqsədilə eynək taxmaq lazımdır. Gün ərzində tez-tez burnun selikli qişasını duzlu məhlullarla yaxalamaq məshələt görülür. Pərqu nadir hallarda yuxarı tənəffüs yollarında qalır, çünki asqıran kimi bədəndən çıxır. Habelə, bu cür yaxalama, mexaniki olaraq selikli qişadan allergen toz dənələrini kənarlaşdırır. Həmçinin boğazı izotonik məhlulla yaxalamaq, gözləri isə dəniz suyu tərkibli preparatlarla yumaq faydalıdır.”

  • “Facebook” sosial şəbəkəsi canlı yayım siyasətini sərtləşdirib

    “Facebook” sosial şəbəkəsi Yeni Zelandiyanın Christchurch şəhərində baş vermiş terror aktından sonra canlı yayım siyasətini sərtləşdirib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan sonra “Facebook” qaydaları pozan istifadəçilərin canlı yayıma çıxmasına müvəqqəti qadağa qoyacaq.

    Sosial şəbəkə yaxın həftələrdə bu məhdudiyyətləri digər sahələrə də tətbiq etməyi planlaşdırır. “Facebook” ilk növbədə qaydaları pozan müştərilərin platformada reklam yerləşdirməsini də məhdudlaşdırmaq istəyir.

    Xatırladaq ki, martın 15-də cümə namazı vaxtı Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yeni Zelandiyanın hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

    Terrorçu, 28 yaşlı avstraliyalı Brenton Tarrant hücum anlarını videoya çəkərək sosial şəbəkələrdə canlı yayımlayıb. “Facebook” kompaniyasının məlumatına əsasən, hücumdan sonrakı 24 saat ərzində şəbəkədən 1,5 milyona yaxın video çıxarılıb.

  • Alimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edirAlimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edir

    Kembric Universitetindən olan alimlər yeni elmi mərkəz yaratmağa hazırlaşırlar. Mərkəz Yer kürəsi iqlimini “düzəldəcək” texnologiyaların işlənib hazırlanması və öyrənilməsi ilə məşğul olacaq. Tədqiqatçılar, həmçinin iqlim dəyişmələri kimi təbiət üçün fəlakətli problemlərin həllində son dərəcə radikal geomühəndislik yanaşmalarını, məsələn, planetimizin qütblərinin təkrar dondurulması, həmçinin atmosferdən karbon qazının təmizlənməsi kimi məsələləri nəzərdən keçirməyə hazırlaşırlar.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu cür elmi mərkəzin yaradılmasına səbəb alimlərin hazırda ətraf mühitin qorunması üçün istifadə edilən yanaşmaların insan fəaliyyəti nəticəsində planetə vurulan təhlükəli və bərpaolunmaz zərərin qarşısını ala bilməməsi olub. Layihə müəllifləri hesab edirlər ki, onların ilk təşəbbüsü atmosferə atılan karbon tullantılarının səviyyəsinin və onların qatılığının əhəmiyyətli dərəcədə azalmasına həqiqətən də kömək ola bilər.

    Layihəni Britaniya hökumətinin sabiq elmi müşaviri, professor Devid Kinq əlaqələndirir.

    “Yaxın 10 il ərzində biz bəşəriyyətin gələcəyini növbəti 10 min il üçün müəyyən edəcəyik. Dünyada buna bənzər məsələlərlə məşğul olan digər belə bir elmi mərkəz yoxdur”, – deyə Kinq BBC-nin jurnalistləri ilə söhbətində bildirib.

    Kinq tərəfindən təsvir edilən və müzakirə olunan problemin həllində gələcəkdə bizə yardım edəcək ideya nümunələri daha çox geomühəndisliklə bağlıdır. Yer kürəsi iqliminin bərpası mərkəzinə doktor Emili Şakburq rəhbərlik edəcək. O, mərkəzin əsas vəzifəsinin iqlim problemlərinin həlli olmasını müəyyən edib. Mərkəzdə təkcə iqlimşünas-alimlər deyil, həm də mühəndislər və sosioloqlar da fəaliyyət göstərəcəklər.

    “Qarşımızda tariximizin ən mürəkkəb və mühüm məsələlərindən biri durur və biz onun həllinə bütün məsuliyyətimizlə və səylərimizlə yanaşmalıyıq”, – deyə Şakburq qeyd edib.

  • Qeyri-sağlam qidalar ölümə səbəb olur

    Vaşinqton Universitetinin alimləri artıq duz qəbulu və lazımi səviyyədə bütövdənlilər, meyvə-tərəvəz qəbul etməməyin hər il 11 milyon nəfərin ölümü ilə nəticələndiyini müəyyən edib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə elmi məqalə “Science Alert” jurnalında dərc olunub.

    Tədqiqatçıların hesablamalarına görə, qeyri-sağlam qidalanma tütün məmulatlarından daha çox can alır. Gündəlik qida rasionunda normadan artıq natriumun (duz tərkibində) yer alması üç milyon nəfərin həyatına son qoyur.

    Bütövdənlilərin normadan az qəbulu üç milyon, meyvə-tərəvəzin isə lazımi səviyyədə qəbul olunmaması ildə iki milyon nəfərin ölümü ilə nəticələnir. Alimlər müəyyən edib ki, balanslaşdırılmamış qidalanma ürək-damar xəstəlikləri, xərçəng və diabet riskini əhəmiyyətli dərəcədə artırır.

  • Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur

    Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur. Quşlar plastik kütlələrin zərrəciklərini qidaya bənzədərək udurlar.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin xəbər mərkəzinin Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilmiş materialında deyilir. Xatırladaq ki, Köçəri Quşlar Gününün builki mövzusu quşların plastiklərlə çirklənmədən müdafiəsidir. BMT-nin Ətraf Mühit üzrə Proqramında plastiklərlə çirkləndirmələrin köçəri quşlara və onların məskunlaşdığı yerlərə təsiri məsələsinin ictimaiyyətin diqqətinə çatdırılmasına cəhd edirlər.

    Hər il bəşəriyyət 300 milyon tondan çox plastik məhsul istehsal edir. Bu, dünyada ən geniş istifadə olunan materialdır. Hər il dünya okeanına 8 milyon ton plastik kütlə düşür.

    Təəssüf ki, quşların qanadları onları plastiklərlə çirkləndirmələrlə bağlı ölüm təhlükəsindən qoruya bilmir. Quşlar plastik tullantıları qidaya bənzədərək udurlar. İti künclərə malik plastik hissələri qəbul edən quşlar, xüsusən də bala quşlar tez müddətdə tələf olur. Lakin əksər hallarda quşlar zəiflikdən ölürlər. Çünki plastik tullantılar qida dəyərinə malik olmasına baxmayaraq, dolu mədə təəssüratı yaradır. Həmçinin bu materialın tərkibində olan zəhərli maddələr də əlavə təhlükə yaradır.

    Quşlar üçün daha bir təhlükə atılmış balıqçı ipləridir. Suda üzən quşlar bu tora düşərək ya tələf olur, ya da digər heyvanlar üçün asan ova çevrilirlər.

    Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla dəniz quşu tələf olur və bu rəqəmlər artmaqda davam edir. Alimlərin hesablamalarına görə, dəniz quşlarının 90 faizi plastik kütlələrin hissəciklərini udurlar. Əgər 2050-ci ilədək təcili tədbirlər görülməsə, bu göstərici 99 faizədək arta bilər.

    BMT-nin Ətraf Mühit üzrə Proqramında köçəri quşlar və digər heyvanlar üçün bu ölümcül təhlükənin azaldılmasından ötrü bütün səyləri birləşdirməyə çağırırlar. Ekspertlər xatırladırlar ki, plastiklərlə çirkləndirmələrə qarşı mübarizə tədbirləri adətən qısa müddət ərzində müsbət nəticələr verir.

  • 2019 yox, 1722-ci ildə yaşayırıq – Alimlərdən ŞOK İDDİA

    Müstəqil alimlər yeni şok iddia ilə çıxış ediblər.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, bir sıra tarixi sənədləri araşdıran ekspertlər müəyyən ediblər ki, VIII əsrdən XI əsrə qədər Avropa tarixinin xronoloji hadisələri uyğunsuzdur, dumanlıdır, dəqiq deyil və “kasıbdır”. Elə bil ki, onları kimsə düşünüb yazıb.

    Bununla yanaşı, bəzi sənədlərə əsasən, tarixin 3 əsri yoxa çıxıb. Məsələn, İstanbuldakı nəhəng tikinti o dövrdə qəflətən dayandırılır və 3 əsr sonra bərpa edilir. Eyni hadisə Almaniyadakı Axen kilsəsinin inşasında da baş verib. Bu tip hadisələri sadalamaq mümkündür.

    Əgər digər ölkələrə nəzər salsaq, bir çox hallarda onların müasir təqvimə daha gec keçid etdiyini görərik. Eyni zamanda bu tip tarixi hadisələrdə örtüşməyən faktlar Çin tarixində də var. Ehtimal edilir ki, biz 2019-cu ildə yaşamırıq. Alimlərin iddiasına görə, indi 2019-cu il yox, 1722-ci ildir…