Category: Maraqlı

  • Mikrodalğalı sobalardakı ölüm təhlükəsi – BU ÖLKƏLƏRDƏ QADAĞAN EDİLDİ

    Mikrodalğalı sobaların zərərli olması faktı elm tərəfindən də təsdiqlənib. Buna görə də Yaponiya istehsalçıları bu ilin sonuna qədər ölkədə olan bütün mikrodalğalı sobalardan yaxa qurtarmağa çalışır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu göstərişə əməl etməyən bütün təşkilatları və vətəndaşları 5 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

    Yaponiyada mikrodalğalı sobaların istifadəsinin qadağan olunmasının səbəbi isə Xirosima universitetinin alimlərinin bu cihazın insanlara 20 il ərzində 1945-ci ildə ABŞ-ın atdığı bombadan daha çox zərər verməsini müəyyən etmələridir.

    Yaponiyanın əsas mikrodalğalı soba istehsalçıları artıq fabrik mağazalarını bağlayıblar. 2021-ci ildə isə Cənubi Koreyada, 2023-cü ildən isə Çində mikrodalğalı sobaların istehsalının dayandırılması planlaşdırılır.

    Ekspertlərin fikrincə, mikrodalğalı sobada isidilən qida mənfi vibrasiyaya malik olur.

    Mikrodalğalı soba bir çox digər kəşflər kimi radar aparatı üzərində işləyən mühəndis tərəfindən təsadüf nəticəsində ixtira edilib.

    1946-cı ildə Raytheon korporasiyasının mühəndisi olan həkim Peysi Spenser cibində şokoladın əridiyini görür. Bu zaman o maqnetronu test edirdi. Maqnetron dalğaları şokoladın molekulyar quruluşuna təsir edərək onu əritmişdi.

    Mikrodalğalı sobanın içində maqnetron trubka var ki, bu qurğu elektrik enerjisini radiomikrodalğaya çevirir. Qida bu dalğaları “udur” və onun molekullar mənfi və müsbət enerji ilə yüklənir.

  • Dünyanın ən xoşbəxt ölkələrinin adı açıqlandı

    Dünyanın ən xöşbəxt ölkələri Paraqvay və Panama imiş. ABŞ-ın “Gallup” şirkətinin 2018-ci ilə dair tərtib etdiyi reytinq belə deməyə əsas verib.

    Dünyanın 143 ölkəsində 150 min insan arasında keçirilmiş sorğuya əsasən, dünyanın ən nikbin və müsbət emosiyalara sahib insanları Latın Amerikasının sakinləridirlər.

    Dünyanın ən xoşbəxt ölkələri siyahısına Qvatemala, Meksika, Salvador, Honduras, Ekvador, Kosta – Rika və Kolumbiya daxil olub.

    Dünyanın ən bədbəxt insanları isə Afrika və Yaxın Şərq ölkələrində yaşayır.

  • Siqaret çəkməyənlər niyə ağ ciyər xərçənginə tutulur?

    London Universitet Kollecinin tədqiqatçıları siqaret çəkməyən insanlar arasında ağ ciyər xərçənginin meydana gəlmə səbəbini açıqlayıb.

    Bu haqda “Journal of the Royal Society of Medicine” nəşrində məqalə dərc olunub.

    Alimlərin sözlərinə görə, istehsalat sahələrində zərərli maddələrlə təmas, həmçinin şəhərlərdə havanın çirklənməsi və passiv siqaret çəkmə ağ ciyər xərçəngi inkişafının əsas səbəblərindəndir.

    Kollecin onkoloji tədqiqatlar mərkəzinin direktoru – professor Mik Rik əmin edir ki, siqaret çəkməyən əksər insanlar onlarda belə bir onkoloji xəstəliyin meydana gələ biləcəyinə inanmır.

    Onun dediyinə görə, vaxtında xəstəxanalara müraciət etmədiklərinə görə, sağalma şansları əhəmiyyətli dərəcədə aşağı düşür.

  • Üç yaşlı qız ata-anasının ölümündən sonra körpə qardaşını xilas edib

    Los-Ancelesdə üç yaşlı qız valideynlərinin ölümündən sonra bir neçə gün ərzində ikiaylıq qardaşının qayğısına qalıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, uşaqların atası yataq otağında həyat yoldaşını güllə ilə vurub, sonra da özü intihar edib. Kişinin uzun müddət depressiyadan əziyyət çəkdiyi bildirilir.

    Hadisədən sonra bacı və qardaş evdə tək qalıb. Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar.

    Uşaqlar güclü susuzluq keçirib, lakin həkimlər onlara vaxtında tibbi yardım göstərə bilib. Hazırdan bacı və qardaşın həyatı üçün heç bir təhlükə yoxdur.

  • Savadı olmayan həkimlər televiziyalara üz tutur- Media eksperti

    “Televiziyalarımıza gənc adamlar çıxır və baxırsan ki, tibb elmləri doktoru adını alıb. 30 yaşlı biri nə vaxt həkim oldu və nə vaxt araşdırmalar apardı?!”

    Median.Az xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış media eksperti Zeynal Məmmədli deyib.

    Ekspert bildirib ki, televiziyalar tibbi verilişlər hazırlayırsa, bütün hallarda tamaşaçının inamını itirməmək üçün reklam məqamından qaçmalıdırlar:

    “Ölkəmizdə özəl klinikaların sayı yağışdan sonrakı göbələklər kimi artır. Demirəm ki, buna ehtiyac yoxdur. Lakin savadı olmayan bəzi həkimlər özlərini reklam etmək üçün televiziyalara üz tuturlar. Televiziyalar isə özlərinə əlavə maddi gəlir əldə etmək üçün məmnuniyyətlə belə həkimlərə öz qapılarını açırlar.

    Ümumiyyətlə, bu gün kanallarda həkimlərin, müxtəlif dərmanların reklamı çox gedir. Belə reklamların qarşını almaq üçün çıxış yolları tapmaq lazımdır. Savadlı həkimlər ictimai rəydə fəal olmalıdırlar. Çünki peşəkar, təcrübəli, yaşlı həkimlər öz peşələrini ciddi qəbul edirlər. İndiki halda televiziyalarda tibbi verilişlərin qarşısını almaqda acizik”.

    Z.Məmmədlinin fikrincə, televiziyalarda reklam bazarı şəffaf olarsa, tibbi verilişlərin qarşısını almaq mümkündür:

    “Almaniyada həkim 40 yaşından sonra müstəqil fəaliyyətə başlayır. Əvvəlcə assistent kimi çalışır və müəyyən maaş alır. Amma bizim televiziyalara gənc adamlar çıxır və baxırsan ki, tibb elmləri doktoru adını alıb. 30 yaşlı biri nə vaxt həkim oldu və nə vaxt araşdırmalar apardı? Bütün bunlar çox ciddi və narahatedici simptomlardır. Bu durumdan narahat olan həkimlər cəmiyyətə mesajlarlarını çatdırmaq üçün müəyyən vasitələr düşünməlidirlər”.

  • Buğdadan imtina etmək lazımdır, çox xəstəliklərin səbəbi odur – Amerikalı kardioloqdan ŞOK

    Amerikanın tanınmış kardioloqu Vilyam Devis dünyada ” Buğda qarını” adlı betstellerə çevrilmiş kitabı ilə məşhurdur. O, əmindir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar buğda və undan qaynaqlanır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, kardioloq qida üçün istənilən digər taxıldan unun daxil edilməsini məqbul sayır, nəinki buğda.
    Doktor Devid uzun müddət ürək-damar xəstəliklərinin profilaktikası üçün effektiv metodlar axtarmışdı.

    O aşkar etdi ki, müasir buğda və un qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir.

    “Bugünkü buğdada 5% qliadin var. Bu zülal dad reseptorlarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə gətirir”.

    Həkim müalicə etdiyi xəstələrin qidasından bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarır. 6-7 ay sonra onlarda artıq çəki azalıb, qanda şəkərin səviyyəsi enib, ürək-damarların işi yaxşılaşmışdı.

    Kardioloq bildirir ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit kimi oynaq xəstəlikləri olmur, mədə turşuluğu və reflüks azalır, əhval-ruhiyyə yaxşılaşır.

    Həkim qaba toxum, qara çörək məsələsinə münasibət bildirirək deyib ki, fərqi yoxdur, onlar da buğdadan hazırlanıb. Elə bilin filtrli və ya filtrsiz siqaret.
    Hazırda dünya iqtisadiyyatında dədə-babalarımızın becərdiyi natural buğdaya dönmək gözlənilmir. Əksinə bir neçə illərdən sonra genetic dəyişikliyə uğramış daha yeni buğda sortları çıxacaq.

    Buğdanı “xroniki zəhər” adlandıran doktor hətta özü kulinar kitab hazırlayaraq, 150 növ buğdasız resept təqdim edib ki, insanlar buğdasız qidalanmağa alışsın.

    O, “Buğda qarnı” kitabında isə xəstəliklərin kökünün qarından, yəni bağırsaqlardan qaynaqlandığını, bağırsaqların isə müasir buğda ilə zəhərləndiyini sübut edib.

  • Telefon və kompüterdən istifadə edənlərə VACİB XƏBƏRDARLIQ: saat 11-də…

    Günəşin ultrabənövşəyi A və B şüaları ilə yanaşı, infraqırmızı şüa buraxan Floresan işığı və kompüter, mobil telefon kimi cihazlar da insan dərisinə ciddi zərər verir. Bu səbəbdən, sadəcə yay aylarında çölə çıxarkən deyil, qapalı məkanlarda da Günəş şüalarından qoruyan kremlərdən istifadə etmək lazımdır.

    Median.Az xəbər verir ki, Günəş dərinin qocalmasının ən əsas səbəblərindəndir. İnsan dərisi zamana uduzduğu kimi, Günəş şüalarına məruz qaldıqca da illərlə toplanan zərərlər gözlə görünən təsirə malik olur.

    Aparılan araşdırmalar göstərir ki, bir insanın dünyaya gəlməsindən etibarən ilk 20 ilində qəbul etdiyi Günəş şüası həyatı boyunca aldığı Günəş şüasının 80%-ni təşkil edir. Bu səbəbdən, xüsusilə, körpə çağlarından etibarən Günəşdən qorunmağın əhəmiyyəti vurğulanır.

    Günəş işıqlarından qorunmaq sadəcə dərinin yaşlanmasının qarşısını almaq məqsədilə deyil, digər dəri xəstəliklərinin yaranmasını əngəlləmək üçün də vacibdir. Günəş bəzi dəri xəstəliklərini və sızanaq kimi problemlərin böyüməsində təsirlidir. Günəşdən yetəri qədər qorunmamaq dərinin rəng tonunun müxtəliflərşməsinə, ləkələrin yaranmasına və kapilyar damarların genişlənməsinə gətirib çıxarır.

    Hər şəhərin Günəş işığının maksimum olduğu bəlli saatlar vardır. Məsələn, Bakı üçün bu saat 11:00-dır. Bu zaman insan dərisinin 10-15 dəqiqə Günəş şüası qəbul etməsi gündəlik D vitamininin təmin olunmasına kifayət edir. Bundan sonra gün ərzində istifadə olunan Günəş kremləri D vitamini çatışmazlığı yaratmaz.

    Uşaqlarda mütləq 6 aylığından sonra Günəş kremindən istifadə edilməlidir. Krem açıq havaya çıxmadan 20 dəqiqə öncə çəkilməlidir. Təsiri bir müddət sonra keçdiyi üçün 3 saatdan sonra yenilənməlidir.

    Günəş kremləri üzün bütün nahiyələrinə, həmçinin, qulaq, ənsə, dodaqlar və boğaz bölgələrinə eyni qaydada çəkilməlidir. Saç tökülməsindən əziyyət çəkən insanlar da saçların çıxmadığı yerə mütləq Günəş kremi çəkməlidir. Mütəxəssislər Günəş kremindən istifadə zamanı qulaq-burun-dodaq faktorunu xüsusilə vurğulayır. Çünki dəri xərçənginin yaranmasının ən çox risk daşıdığı yerlər məhz bu bölgələrdir.

    Günəş kremlərinin xərçəng riskini artırması məsələsi də insanları narahat edən problemlərdən biridir. Lakin Günəş şüalarından qoruyan kremlər satışa çıxarılmadan öncə dəfələrlə dermo-kosmetik testlərdən keçirilir. Buna görə də bu riskin olması aşağı faizlə qiymətləndirilir. (publika.az)

  • Çörək yeməsəniz, orqanizmdə NƏLƏR OLAR? – İNANMAYACAQSINIZ/FOTO

    Görəsən, bizim nənə və babalarımız ağlına gətirərdimi ki, bəşər tarixinin möcüzələrindən biri sayılan çörək nə vaxtsa sağlamlığın düşməni elan olunacaq. Son vaxtlarda qlütensiz çörək dəbdəbir. Qənnadı məhsullarından imtina sağlam həyat tərzinə doğru mühüm addım kimi qiymətləndirilir. Minlərlə bloger instaqramda paylaşır ki, çörəkdən imtina etməklə özünə ən böyük yaxşılığı edib.

    Onların nəticələri heyrət doğurur: Dəri yaxşılaşır, çəki azalır və bədən enerji ilə dolur. Bəs, görəsən, bütün bunlarda həqiqətlər varmı?

    Median.Az bu yazıda oxucuları çörəkdən imtina nəticəsində orqanizmdə baş verən dəyişikliklər barədə ətraflı tanış edib.

    Ağ və qara çörək

    Çovdar çörəyi və yulaf məhsulları barədə heç bir şübhə yeri yoxdur. Belə bir məhsul bədən üçün faydalıdır. Təəccüblü deyil ki, qara çörək və su ilə dolanan adam uzunömürlü olur. Amma ağ un tamamilə fərqli bir hekayədir. İyirminci əsrdə un unikal şəkildə istehsal olunmağa başladı və keyfiyyəti əhəmiyyətli dərəcədə azaldı. Odur ki, yüksək dərəcəli undan bişmiş ağ çörəkdən imtina etməyi şiddətlə tövsiyə edirlər. Niyə? Açıqlayım.

    1-ci səbəb: Faydasız məhsul


    Əvvəllər buğda taxılı vitaminlərlə zəngin idi. Amma taxıl emalı prosesində onun bütün qida dəyəri una çevrilməsi ilə yox olur. Ən yüksək dərəcəli un yalnız 30% faydalı maddələrin saxlanmasını təmin edir ki, bu da 2 həftədən sonra aktiv olmur. Unun istifadə müddəti nə qədərdir? 12 ay. Yüksək dərəcəli adlandırılan yararsız ağ tozdan çörək bişirirlər.

    2-ci səbəb: Dadı


    Ağ çörəyin heç bir dadı olmadığını qəbul edin. Ancaq çoxunu cəlb edən məhz budur. Bu, onunla istifadə edəcəyiniz məhsulların dadını qiymətləndirməyə mane olmur: ət, şorba, pendir. Amma taxıl məhsulları kimi dadını yaxşılaşdırmır da.

    3-cü səbəb: Toksinlər


    Müasir dünyada buğda böyük miqyasda yetişdirilir. Daha bol və daha sürətli məhsul almaq, müxtəlif gəmirici və göbələklərdən xilas olmaq üçün torpağa pestisidlər və kimyəvi maddələr səpilir. Unun daha bəyaz olması üçün istehsalçılar yuyulma prosesində də eyni maddələrdən istifadə edirlər: benzoil peroksid, sodyum və kalsium pyrosulfate və xlor dioksid. Odur ki, çörəyin hansı undan hazırlandığını həmişə müəyyən etməlisiniz: rəfinə edilmiş, yoxsa təbii. Rəfinə edilmiş un yuxarıda təsvir edilən bütün proseslərdən keçir.

    4-cü səbəb: Dəri üzərində qaşınma


    Biz nə yeyiksə, oyuq. Əgər un məhsullarından çox istifadə edirsinizsə, bu, əlbəttə ki, ilk növbədə dəriyə təsir edəcək. Dəridə qaşınma, səpki və sızanaq əslində çörəkdə olan qlüten reaksiyasının nəticəsidir. Qlüten praktiki olaraq bədəndən xaric olunmur və bağırsaq divarlarına yapışaraq ona zərər verir. Zamanla bu liflər faydalı maddələrin sovrulma funksiyasını pozur. Odur ki, kosmetoloqa getməzdən əvvəl rasionunuzu bir daha nəzərdən keçirin.

    5-ci səbəb: Həzm sistemi problemləri


    Qlüten burada yenə “günahkar”dır: bağırsaqdakı hüceyrələrin bütövlüyünü pozur və həzm sistemində bir sıra problemlər meydana çıxır. Taxıl çörəyində insan bədəni üçün vacib elementlər, xüsusilə liflər var. Və yüksək dərəcəli undan alınan məhsullarda, bu elementlərin demək olar ki, heç biri yoxdur. Gündə yalnız 5-6 dilim tam taxıl çörəyi bədəni gündəlik gündəlik liflə təmin edir. Bu lif miqdarını tərəvəz və meyvələrdən almaq istəyirsinizsə, 14 alma, ya da 21 yerkökü və ya 25 pomidor və ya 2,3 kq xiyar yemək lazımdır.

    6-cı səbəb: Qocalma prosesini ləngidir


    Artıq başa düşdüyünüz kimi, çörəyin bütün tərkibi faydalı maddələrdən məhrumdur. Tərkibində heç bir faydalı maddə olmayan məhsul orqanizmin gəncliyini qoruya bilməz. Odur ki, unu sevənlər adətən yaşlarından daha yaşlı görünürlər.

    7-ci səbəb: Asılılıq


    Çörək də zərərli maddərli kimi asıllıq yarada bilər. Təsadüfi deyil ki, unu “ağ ölüm” adlandırırlar. Unudulmamalıdır ki, un qanda şəkərin səviyyəsini və nəticə etibarilə insulin hormonlarının ifrazını artırır. Bir dilim qənnadı məhsulu yeməklə qanda şəkərin səviyyəsi sürətlə yuxarı qalxır, ancaq sonra sürətlə aşağı düşür. Nəticədə özünüzü yorğun hiss edirsiniz və yenidən canlı karbonhidratlar yemək istəyirsiniz. Qanda şəkər səviyyəsinin belə bir kəskin sıçrayışı diabetə gətirib çıxara bilər.

    8-ci səbəb: Piylənmə və artıq çəki


    Sonuncu bənd undan imtina etmək üçün əsaslı səbəb ola bilər. Rasionundan çörəyi çıxaran insanların 70 faizi ilk iki həftədə sürətlə çəki itirir. Ən yüksək dərəcəli 100 qram un yalnız 0.6 qram lif ehtiva edir, bütün qalan tərkib hissəsi ayaqlara, yanlara və qarın ətraflarına yağ şəklində toplanır. Çörəyin qlikemik indeksi şokoladdan daha yüksək göstəriciyə malikdir. Çörək məhsullarının içərisində olan nişasta isə həzm sistemində sürətlə bölünərək qana qlükoza şəklində daxil olur. Bu da o deməkdir ki, az sonra yenidən aclıq hiss edəcəksiniz.//publika.az

  • Bu vasitələrdə kanserogen aşkarlanıb – Hər gün istifadə edirik

    Fransada qlazur, saqqız, şokolad, ağ rəngli souslar, diş pastası, günəş əleyhinə vasitələr, saç boyası kimi qida əlavələri olan məhsulların satışı qadağan edilib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, daha əvvəllər aparılan tədqiqatlarda E171 qida əlavəsinin insanlar üçün təhlükəli olmadığı bildirilirdi. Qida ağardıcısı bağırsağın divarından keçərək qara və ağciyərlərə düşür. Laboratoriya heyvanları 100 gün ərzində E171 əlavə edilmiş suyu içdikdən sonra onlarda bədxassəli xəstəlik riskini 40 faizədək artıb.

    Həmçinin bu maddənin bağırsaqlara da mənfi təsir göstərdiyi ehtimal edilir. Bu təhlükəli bakteriyalara qidalı maddələri mənimsəyərək çoxlamaları üçün şərait yaradır. Bununla belə, alimlər bu maddənin mənfi xüsusiyyətlərinin hələ tam məlum olmadığını bildirirlər.

    Bir şey dəqiq məlumdur: sözügüdən maddə heç bir qida dəyərinə malik deyil və ərzaqların istifadəyə yararlılıq müddətini uzatmır.

    Qeyd edək ki, E171 əsasən günəş əleyhinə vasitələrin və ağ rəngli dərman vasitələrinin tərkibinə daxildir. Alimlərin fikrincə, bu maddə hətta dəri vasitəsilə də sovrula bilər.

  • Dünyada kişi-qadın tarazılığı pozulur – SOS

    Dünyada 23 milyon qadın çatışmır.

    PNAS jurnalında dərc edilən tədqiqatın nəticələrinə görə, dünyada qadın qıtlığı yaşanır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, kişi və qadınlar arasında olan bu disbalans 1970-ci ildə Asiya ölkələrində kütləvi şəkildə edilən selektiv abortlar səbəbindən
    yaranıb.

    Qadın və kişilər arasında olan bu qeyri-uyğunluq 12 ölkədə müşahidə edilir.

    Bu fərq daha bariz şəkildə Hindistan və Çində yaşanır. 1970-2017-ci illər arasında müvafiq olaraq 11.9 və 10.6 milyon qadın azlıq təşkil edib.