Category: Maraqlı

  • Azərbaycan: Kişi ginekoloqlara münasibət dəyişirmi?

    Azərbaycanda bir çox ailə qadınların qadın ginekoloqlar tərəfindən müayinə edilməsini istəyir.

    Mingəçevir şəhərində yaşayan Həsənovlar ailəsi kimi.

    Ailə indi üçüncü uşağın gəlişini gözləyir; ana qeysər kəsiyi əməliyyatı keçirəcək, buna görə də həkim axtarışındadır.

    Lakin 31 yaşlı Bəhruz Həsənov həyat yoldaşının kişi ginekoloq tərəfindən müayinə və əməliyyat edilməsi fikrinə qəti qarşı çıxır.

    “Biz ailə qurandan indiyə qədər bir dəfə də olsun gecə pəncərə pərdəsiz olmayıb. Həmişə tünd pərdə çəkilib. Evin içi içəridə qalmalıdır,” – Həsənov deyir.

    Bəhruzun arvadı adının çəkilməsini istəmədən bildirir ki, hətta nə zamansa ona təcili yardım çağıranda belə, əri xüsusi olaraq “qadın həkim gəlsin” deyə tapşırıq verir.

    Sosioloq Lalə Mahmudova deyir ki, bu yanaşmalarda din və adət-ənənələrin böyük rolu var.

    “İslam dini də daxil olmaqla, əksər dinlər qadın bədəninin ictimai yerlərdə və ona tanış olmayan kişilərə açıq, görünən olmasına qarşı çıxır. Bu kimi dini görüşlər qadının cinsi üzvlərinin müayinə və müalicəsi ilə məşğul olacaq kişi ginekoloqlara müraciət etməsini məqbul saymır.

    Hətta dini inanclara görə, qadın digər xəstəliklərdə də yalnız qadın həkimin olmadığı halda, və ya qadın həkimin təcrübəsi az olduqda kişi həkimin yardımından istifadə edə bilər”- deyə, Mahmudova, Loyola Universitetinin Qadın və Gender Araşdırmaları Programının məzunu izah edir.


    Dövlət Statistika Komitəsinin 2018-ci il hesabatına görə, ölkədə 1762 ginekoloq fəaliyyət göstərir

    Stereotiplər ikibaşlı rol oynayır: Mahmudova əlavə edir ki, kişilərin ginekologiya sahəsində ixtisaslaşması mühafizəkar baxışa əsasən ona görə qəbulolunmazdır ki, “əsl kişi” ciddi işlə məşğul olmalıdır, uşaq doğuşu və ya başqa “qadın məsələləri” ilə yox.

    “Ənənəvi gender rollarına görə, qadına daha çox qayğıkeş, şəfqət göstərən rollar aid edilir, kişilərin isə daha çox zabitəli işlərlə məşğul olması cəmiyyət tərəfindən gözlənilir.

    Buna görə də bir kişinin qadının cinsi üzvləri, doğuş prosesi və s. kimi yalnız qadına aid olan bədən hissələri və həyati proseslərlə məşğul olacaq bir sənət sahəsini seçməsi cəmiyyətə görə onu femininləşdirir, zəhmini azaldır, ənənəvi kişilik obrazından yayındırır”.

    Dövlət Statistika Komitəsinin 2018-ci il hesabatına görə, ölkədə 1762 ginekoloq fəaliyyət göstərir.

    Bu sahədə işləyən kişilərin sayına dair isə komitədə məlumat yoxdur.

    Bəzi kişi ginekoloqlar isə əmindir ki, onların sayı getdikcə artır və cəmiyyət tərəfindən qəbul olunmağa başlayırlar.

    Ölkənin ilk kişi ginekoloqlarından biri, 47 yaşlı İslam Mahalov deyir ki, bu sahədə ixtisaslaşmağı seçən kişilərin sayı çoxalmaqdadır.


    İslam Mahalov qinekoloq olmağa Almaniyada oxuyarkən qərar verib

    Mahalov ginekoloq olmağa Almaniyada ordinatura (təcrübi tibb aspiranturasının bir növü) keçərkən qərar verib.

    1995-ci ildə Azərbaycan Tibb Universitetindən Almaniyaya göndərilən 4 və 5-ci kurs arası 3 tələbədən biri olan Mahalovun orda kişi ginekoloqlarla tanışlığı bu sahəyə marağını artırıb.

    “O vaxtlar Azərbaycanda bu sahədə çalışan kişilər yox dərəcəsində idi. Təbii ki, normal qarşılanmırdı. Xüsusilə yaşlı həkimlər, mamaçalar tərəfindən. Hətta biz tələbə olanda doğuşa girən zaman deyirdilər ki, “bığlı-saqqallı kişilər özlərinə peşə seçib” – deyə, Mahalov xatırlayır.

    Bununla belə, o, özünə uğurlu bir iş qurmağa nail olub, hətta ikinci qızının doğuşu zamanı qeysəriyyə əməliyyatını özü həyata keçirib.

    Hazırda Mahalov daha çox kişinin ginekologiyaya doğru yönləndiyinə şahid olduğunu deyir.


    Sovet yazıçısı Anatoli Rıbakovun “Arbat övladları” kitabının almanca versiyası Mahalovun iş masasının üzərində. Ümumiyyətlə doktor Mahalov alman dilində mütaliə etməyi sevir

    “Zaman keçdikcə, “kişidən ginekoloq olmaz” deyənlərin də sayı azalır. İndi hətta regionlarda belə var. Gəncədə, Lənkəranda… Mən tibb universiteti tələbələrinə mühazirələr oxuyuram. Onların arasında belə, ginekologiyanı seçmək istəyənlər çoxluq təşkil edir”, o bildirir.

    Bundan başqa, Mahalov pasientlərin özlərini rahat hiss etməsinə əmin olmaq üçün xüsusi yanaşma tətbiq etdiyini deyir.

    Məsələn, heç vaxt pasiyentləri tək müayinə etmir, otaqda həmişə qadın həmkarlarından biri olur.


    Qair İsayev hesab edir ki, əsas məsələ professional davranmaq və işinin öhdəsindən gəlməkdir (Foto: Qair İsayevin arxivi)

    37 yaşlı Qair İsayev 2012-ci ildən bəri Lənkəran Şəhər Xəstəxanasının nəzdindəki Perinatal Mərkəzdə ginekoloq-cərrah işləyir.

    O da bu işdə özünü təsdiq edənə qədər ciddi-cəhdlə əmək sərf edib.

    Cənub bölgəsi əsasən mühafizəkarlığı, dinə və patriarxal dəyərlərə bağlılığı ilə seçilən yerdir. İsayev deyir ki, işə ilk başladığı ərəfədə yaxın çevrəsi ona bildirmişdi ki, orada çox duruş gətirə bilməz.

    “O vaxt 3 il demişdilər, amma artıq yeddinci ildir ki, buradayam”.


    Qair İsayevin iş otağının divarını aldığı sertifikatlar bəzəyir

    Doktor İsayev Sumqayıtda doğulub, orta məktəbin yarısını Sumqayıtda, yarısını Belarusda oxuyub.

    Bakıda ali məktəbi bitirəndən sonra Ukraynaya işləməyə yollanıb.

    O, Azərbaycan Tibb Universitetində tələbəykən ölkənin baş ginekoloqu, mərhum Zemfira Topçubaşovanın mühazirələri onu ginekologiyaya həvəsləndirmişdi.

    İş həyatına qədər şəhər mühitində yaşamış birinin heç vaxt olmadığı, mühafizəkarlığı ilə seçilən bir bölgəyə ginekoloq kimi gəlməsi ilk başda çətinliklər yaratsa da, İsayev davam gətirə, özünü bu cəmiyyətin bir parçasına çevirə bilib.

    “Mühafizəkar bölgə, adət-ənənə, din məsələsi yeni gəldiyim vaxtlar mənə çox çətinlik yaratdı. İlyarım, iki il bu baxımdan çox əziyyət çəkdim. İlk zamanlarda heç pasientim olmurdu. Doğuşa mamaça girirdi, məni qoymurdular”, – deyə Qair İsayev əlavə edir ki, həkimlə mamaça arasında fundamental fərq var və buna əhəmiyyət verməmək doğuş edən qadın riskə ata bilər.

    İsayev qeyd edir ki, mentalitet sadəcə kənd icmaları üçün keçərli deyil.

    “Təkcə Lənkəranda yox, ümumiyyətlə, Azərbaycanda kişilərin ginekoloq kimi işləməsi çətin qəbul olunurdu. O vaxt Bakıda belə az sayda kişi ginekoloq vardı”.

    Lənkəran Şəhər Xəstəxanasının nəzdindəki Perinatal Mərkəz 7 rayonu əhatə edir. Lənkəran, Biləsuvar, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Astara rayonlarından olan ağır xəstələr bura gətirilir.

    Qair İsayev deyir ki, yeni gələndə ən ağır xəstələri ona yönləndirirdilər.


    “İstədilər anti-reklam olsun, amma əksinə, reklam olundum”, – İsayev gülür.

    Onun sözlərinə görə, pasientləri arasında çox mühafizəkar dindarlar da var, lakin həkimin peşəkarlığı və bacarığı cinsiyyət məsələsini geridə qoyur.

    “Əksər qadınlar həyat yoldaşı ilə gəlir. Hamiləliyin 9-cu ayında artıq qadını doğuşa hazırlayanda özündən soruşuruq: “İstəyirsizmi sizin doğuşunuzda iştirak edək?” İstəmirlərsə, həkimi özləri seçirlər”.

    Doktor Mahalov da həmkarı ilə razılaşır ki, peşələri cinsə görə bölmək doğru deyil.

    “Kim olursansa ol, əsas odur işinin peşəkarı ol”, o deyir.

  • Xoruldamanın qarşısını alan maraqlı üsul tapıldı

    Toronto Universitetinin alimləri xoruldamağa qarşı vasitə tapıblar. Bu haqda “The Daily Mail” qəzeti yazıb.

    Elm adamların fikrincə, yatmazdan bir neçə saat əvvəl ayaq əzələlərinin elektrik cərəyanı ilə stimullaşdırılması xoruldamağın qarşısını alır. Söhbət xüsusi prosesdən gedir.

    Bu üsulla ayaqlardakı maye miqdarı azalır. İnsan yatarkən maye bədən boyu paylanır. Boyuna çatanda isə təzyiqə görə xoruldama başlayır. Xüsusilə ürək çatışmazlığı yaşayan insanlarda müşahidə olunur. Ayaqların kiçik gərginlikli elektrik cərəyanı ilə stimullaşdırılması aşağı ətraflardakı maye yığılmalarını 46, boyunda isə 31 faiz azaldır. Könüllülür qrupunda araşdırma da yaxşı nəticə verib. Araşdırmada iştirak edənlərin 15 faizi bu bəladan yaxa qurtara bilib.

  • “YouTube”dan istifadə edənlərin sayı açıqlandı

    “YouTube” videohostinqi istifadəçilərin sayını açıqlayıb. Son illərdə daha da populyar hala gələn “YouTube” açıqladığı hesabata görə, platformanın istifadəçi sayı sürətlə böyüməyə davam edir.

    Median.Az facemark.az-a istinadən bildirir ki, “YouTube”un baş icraçı direktoru (CEO) Susan Wojcickinin paylaşdığı rəqəmlərə görə, platforma aylıq 2 milyard istifadəçiyə yüksəlib.

    Bu say sadəcə videohostinqdə hesab açan istifadəçilərin sayını əhatə edir. Ötən ilin eyni dövründə istifadəçilərin sayı 1,8 milyard nəfər idi. Bu məlumatlara, əsasən belə qənaətə gəlmək olar ki, platforma təxminən 200 milyon aktiv istifadəçi qazanıb.

  • Alça yedikdən sonra bunu edin

    May ayı çoxları üçün alça mövsümünün elan olunması kimi yadda qalır və sevilir.

    Median.Az xəbər verir ki, mütəxəssislər alça yedikdən sonra dişləri fırçalamamaq lazım olduğunu deyib.

    Təzə meyvə, bəzi bitki mənşəli çaylar, turş və qazlı içkilər, şirin və ya turş yeməklər də dişlərin aşınmasına səbəb olur. Aparılan tədqiqatda məlum olub ki, gündə iki dəfədən çox sitrus meyvələri yeyən insanların dişləri daha az sitrus meyvələri yeyən insanlarla müqayisədə daha çox eroziyaya məruz qalır. Həmçinin qazlı içki və alma sirkəsindən çox istifadə edənlər də risk qrupuna daxil edilir. Qazlı içkilər və turş məhsulların həddən artıq istifadəsi dişlərdə turşu erroziya ehtimalını 4-10 qat arasında daha çox artırır.

    Mütəxəssislər bildirir ki, qazlı və turş məhsulların qəbulundan sonra dişləri dərhal fırçalamaq olmaz. Çünki yemək vaxtı dişlərə yapışan artıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən sonra dişləri fırçaladıqda turşu ağız içinə yayılır. Bildirilib ki, ağızdakı turşuluq diş minasını yumşaldaraq alt təbəqəni aşındırır, keyfiyyətini aşağı salır və zəiflədir. Beləliklə, dişlər daha asan və tez çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra yuyun.

    Odur ki, turş alça kimi ərzaqlar yedikdən sonra turşunu neytrallaşdırmaq üçün ağzınızı su ilə yumaq lazımdır. Dişlərinizi təmizləmək ehtiyacı hiss edirsinizsə, ağzınızı çalxalayın və sonra bir stəkan ilıq su için. (publika.az)

  • Kassadan oğurluq edən meymun iş başında – VİDEO

    Hindistanda oğurluq etmək üçün yetişdirilən meymun kassaya girib pul oğurlayıb.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, meymunun oğurluğu kameralar tərəfindən qeydə alınıb.

    Hadisə Hindistanın Uttar Pradeş əyalətində baş verib. Şosse yolu kassasının önündə dayanan avtomobildən çıxan meymun kassaya girərək pul oğurlayıb. Avtomobil isə kassanın qarşısında giriş pulu ödəmək üçün dayanıbmış. Kassir sürücüyə çek verərkən maşından çıxan meymun pəncərədən içəri girir. Kassir özünü qorumağa çalışdığı an meymun kassadan pulu alaraq aradan çıxır.
    Hadisə şahidləri bildirirlər ki, kassir meymunun dalınca qaçsa da, onu tuta bilməyib. Sürücü isə meymunla əlaqəsi olmadığını bildirib.

  • Toyuq ətini yumayın, mikrob yayırsınız! – XƏBƏRDARLIQ

    Toyuq ətini çiy halda yumaq olmaz.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu barədə amerikalı mütəxəssislər araşdırma aparıb.

    Bildirilir ki, toyuq ətini yumaqla mikrobların yayılmasına şərait yaranır.
    Əksəriyyətimiz toyuğu qablaşdırmadan açandan sonra yuyuruq. Daha sonra isə bişiririk. Lakin son araşdırma bunun nə qədər ziyanlı olduğunu sübut edib. Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

    Mütəxəsislərin fikrinə görə, toyuqları yuyaraq mikrobları öldürmək mümkün deyil. Üstəlik, bu, digər quşçuluq məhsullarına, o cümlədən yumurtaya da aiddir. Toyuqda olan bakteriyalar su ilə ötürlə bilər. Onlar da sinir hüceyrələrinin zədələnməsinə səbəb olur. Evdə toyuğu suyun altında yuduğumuz zaman su ilə bərabər ətrafa təhlükəli mikroblar sıçrayır. Tək çarə toyuq ətini yaxşı və düzgün formada bişirməkdir.

  • Dolça bürcünün təhlili – UĞURLU GÜNÜ, RƏNGİ, ÖZƏLLİKLƏRİ

    Dolça bürcünün latınca adı Aquariusdur. 21 yanvardan 19 fevrala qədərki müddəti əhatə edir. Havanın dəyişməsi Dolça bürcünün bütün əhval-ruhiyyəsini dəyişə bilir. Çünki onlar hava ünsürlüdürlər. Dolçanın bürcünün rəmzi elə dolçadır. Bu bürcün sevimli rəngi mavinin müxtəlif çalarlarıdır. Bütün dolçaların himayəçi planeti Saturndır (Uran).

    Median.Az medicina.az-a istinadən Dolçalar haqqında geniş təhlili təqdim edir.

    Dostluq münasibətləri

    Dolça bürcü altında doğulan insanlar ömür boyu həqiqəti axtarırlar. Həqiqəti tapsalar belə, yenə də axtarmağa davam edirlər. İdealist olan Dolça bürcü humanistliyi ilə seçilir. Azadlıq onlar üçün önəmli məsələdir.

    Dostları və yaxınları ilə səmimi olmağa çalışırlar. İstənilən məsələdə iradələri güclüdür. Yaradıcı təfəkkürə malik olan bu insanlar daim sədaqətli olmağı üstün tuturlar. Bəzən bu bürc altında doğulan insanları başa düşmək çox çətin olur.

    Çünki müxtəlif fikirlərə dolurlar. Hətta qıraqdan dikbaş görünə bilirlər. Ənənələrə ən çox qarşı çıxan bürclərdən biri də Dolçadır. Adətən emosional və həssas olurlar. Bu bürc altında doğulan insanlar dostun pis günündə yanında olmağı özlərinə borc bilirlər. Həmişə özlərinə güvənən Dolçalar bir az da təvazökar olurlar. Dolça bürcü öz sirlərinə xəzinə kimi baxır, ən yaxın dostlarına belə demək istəmirlər.

    Qadın dolçalar

    Dolça bürcü altında doğulan qadınlar zərif və incə olurlar. Yaxşı rəqs etməyi sevirlər. Təəssüf ki, bu bürcün qadınları çox vaxt ailə həyatında uğursuzluqlarla qarşılaşırlar. Xoşbəxtlik sanki onlardan gen qaçır. Bütün bunlara baxmayaraq, maraqlı və şirindil olurlar. Görünüşə üstünlük vermək onların ətraf aləmi qiymətləndirməsində çaşqınlıqlar yaradır.

    Karyerası

    Karyera Dolça bürcü üçün önəmlidir. Həmişə yüksək vəzifələri hədəfləyir. İstədikləri yerə çatmayanda bir anlığa həyatdan küsürlər. Amma əksər halda istədikləri hədəfə ulaşırlar.

    Bu bürcün adamları hardasa məhdudiyyət hiss etsələr, dərhal o yerdən uzaqlaşırlar. Çünki azadlıq onlar üçün hər şeydir. Bəzən sanki özlərindən bezirlər və öz bədənlərinin onların azadlığını aldıqlarını fikirləşirlər.

    Dolça bürcü üçün uğurlu rəqəmlər 1 və 7-dir. Enerji ala biləcəkləri əşyanı özləri ilə daşımaq onlara uğur gətirir. Yaşıl və sarı rəngləri onların düşərli rəngləridir.

  • Bolqarıstanın və Rumıniyanın Şenqen məkanı ilə birləşməsi sual altındadır

    Fransa Prezidenti Emmanuel Makronun Şenqen məkanı ilə bağlı təklif etdiyi islahat Rumıniya və Bolqarıstanın bu zonaya daxil olmalarını çətinləşdirə bilər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə E.Makronun Şenqen məkanın təşkilinə yenidən baxılması və bu zonadan ümumi sərhədlərin qorunmasına dəstək verməyən üzvlərin çıxarılması barədə bəyanatını şərh edən ekspertlər məlumat veriblər. Avropa Komissiyasının 2018-ci ildə məruzəsinə əsasən, Rumıniya Bolqarıstandan fərqli olaraq, Şenqen məkanına daxil olması üçün bütün şərtləri yerinə yetirməyib. Jan-Klod Yunker bildirib ki, Rumıniya və Bolqarıstanın Şenqen məkanına daxil olmaları üçün bu ölkələrdə korrupsiya və cinayətkarlıqla mübarizəni, ədliyyə sistemini nəzərdən keçirən Yoxlama və Əməkdaşlıq Mexanizmi işini 2019-cu ilin payızınadək bitirməlidir və bu ölkələrlə bağlı qərar qəbul edilməlidir.

    Qeyd edək ki, hazırda Avropa İttifaqının 28 ölkəsindən 22-si Şenqen məkanına daxildirlər. Böyük Britaniya, İrlandiya, Kipr bu məkana daxil deyillər. Rumıniya, Bolqarıstan və Xorvatiya isə Şenqen birliyinə daxil olmaq üzrədirlər.

  • Ailədəki problemlər uşaqlarda xəstəlik yaradır – VALİDEYNLƏR OXUSUN

    Əgər uşaq tez-tez valideynlərin qalmaqallarının şahidi olursa, onda yeniyetmə yaşlarında depressiyanın inkişaf edəcəyi ehtimalı yüksəkdir. Bunu Kembric Universitetinin professor Yan Qudayeranın rəhbərliyi altında çalışan əməkdaşları müəyyən ediblər. Bu barədə Rusiya KİV-i “Daily Mail”-ə istinadən xəbər verir.

    Median.Az gencaile.az-a istinadən bildirir ki, alimlərin fikrincə, depressiyanın inkişaf etməsi üçün təkcə mübahisələrin daimi iştirakçısı olmaq kifayət deyil. Əgər uşaqda emosiyaları qavramaqla bağlı olan genin versiyası varsa, onda problemlərin meydana çıxması mümkündür. Yəni bəzi uşaqlar emosiyalarla bağlı informasiyanı “həzm edə” bilmirlər. Nəticə isə psixi sapmalardır. “Emosional elastikliyi” aradan qaldıran həmin geni hər beş nəfərdən birində tapmaq mümkündür. Belə nəticələr 15-18 yaşında 238 yeniyetmə üzərində müşahidədən sonra əldə olunub. Alimlər hesab edirlər ki, buna görə də bəzən ailənin nəyin bahasına olursa olsun saxlanılması heç də ən yaxşı variant deyil.

    Müşahidələr göstərib ki, əgər yeniyetmə emosiyaların öhdəsindən pis gəlirsə, il ərzində onda depressiyanın inkişafı riski dörd dəfə artır. Həm də risk qrupundan yeniyetmələr bir qayda olaraq 6 yaşa qədər ailə mübahizələri ilə (mübahisələr bir il yarımdan çox davam edib) rastlaşıblar.

    Qeyd edək ki, hər üç uşaqdan biri belə rejimdə yaşayır. Psixoloqların fikrincə, əldə olunan nəticələrə əsaslanaraq müzakirə üçün istənilən yaşı, həyəcanlılıq və başqa sapmaları götürüb hər dörd nəfərdən birinə diaqnoz qoymaq mümkün olacaq.

  • “Facebook” asılılığından əziyyət çəkənlərin NƏZƏRİNƏ!

    “Facebook”dan asılılıq artıq uzun müddətdir ki, dünyada əsas mövzulardan biridir. Hər gün milyonlarla insan bu sosial şəbəkədə saatlarla vaxt keçirir. Azərbaycanda da oxşar vəziyyətdir, minlərlə insan öz real həyatını unudaraq, ömrünü “Facebook”da keçirir. Əksəriyyət sosial şəbəkədə xərclədiyi vaxta heyfislənsə də, bundan qurtula bilmir. Bəziləri isə “Facebook”dan asılı olub-olmadıqlarını belə müəyyənləşdirə bilmirlər. ANN.Az portalı oxucularına “Facebook asılılığı” mövzusunda aparılan iki mühüm araşdırmanı təqdim edir. Bu araşdırmaların köməyi ilə siz “Facebook”dan asılı olub-olmadığınızı öyrənə və bu sosial şəbəkədən daha məqsədəuyğun şəkildə necə istifadə edəcəyinizi öyrənə bilərsiniz.

    Sosial şəbəkələrlə bağlı aparılan yeni tədqiqatın nəticələrinə əsasən, “Facebook” kimi şəbəkələrdən istifadə edən hər üç istifadəçidən birində paxıllıq, həsəd kimi hisslər baş qaldırır.

    Median.Az gencaile.az-a istinadən bildirir ki,sosial şəbəkələr gün keçdikcə bizim ünsiyyətimizin bir parçası kimi genişlənməkdə davam edir. Artıq sübuta yetirilib ki, bu saytlardan nə qədər tez-tez istifadə etməyimizlə psixoloji sağlamlıq problemlərimiz arasında bağlılıqlar mövcuddur. Bircə onu demək kifayətdir ki, insanların əhəmiyyətli bir hissəsi səhər çarpayıdan qalxmazdan əvvəl “Facebook” hesablarını yoxlayır. Bu, sosial şəbəkənin yaratdığı sosial həyəcanın və basqının göstəricisi sayıla bilər.

    Araşdırma zamanı məlum olub ki, “Facebook”dakı dostlarının pozitiv statuslarını oxuyan və onların gülümsəyən, xoşbəxt fotolarının görən istifadəçilər daha çox duyğusal incikliyə məruz qalırlar. Bir çox hallarda “Facebook” bəzi insanlar üçün uğurlarını nümayiş etdirmək üçün ideal məkandır. Sonuncu dəfə siz nə vaxt kiminsə başına gələn pis, utancverici bir şeyi paylaşdığının şahidi olmusuz?

    Faktiki olaraq, araşdırmaçıların gəldiyi qənaət bundan ibarətdir ki, kef-əyləncə fotoları “FB” istifadəçiləri arasında daha çox incikliyə səbəb olur, onlar bu zaman daha çox həsəd hissindən əziyyət çəkirlər. İctimai basqıdan əziyyət çəkən yeniyetmələr və gənclər mühakimələrə məruz qalmadan özlərinin həqiqi kimliklərini tapmağa çalışırlar, “Facebook” ictimaiyyət tərəfindən qəbul olunmağın yeni standartını yaradıb. Qarşılıqlı təsir, istifadəçilər arasında ikinci ən çox yayılan paxıllıq hissidir, xüsusilə onlar özlərinin şəkil və statuslarını gələn “like” və “şərh”lərin sayını müqayisə edəndə, bu daha çox nəzərə çarpır.

    30-40 yaşlarındakı yetkin insanlar arasında “facebook paxıllığı” daha çox qadınlar arasında yayılıb. Ailə xoşbəxtliyi və xarici cazibədarlığı əks etdirən postlara və şəkillərə baxan qadınlar həsəd hissindən əziyyət çəkirlər. “Sosial şəbəkə” filminə baxanlar üçün “Facebook”un yaradılmasının arxasında nəyin dayandığını başa düşmək elə də çətin deyil (Harvard universitetinin qızlarının reytinqini müəyyənləşdirmək üçün yaradılmışdı). Biz bir anlıq geriyə qayıda və özümüzə sual verə bilərik ki, ictimaiyyətin bizi qəbul etməsi üçün kəmiyyət önəmlidir, yoxsa keyfiyyət?

    Sosial şəbəkələrin ictimai təsiri mövzusunda Almaniyada aparılan bu tədqiqat ilk belə tədqiqat deyil. 2012-ci ilin dekabrında nəşr edilən başqa bir araşdırmanın nəticələrinə əsasən, kollec tələbələri nə qədər çox “FB”dən istifadə etsələr, bir o qədər çox özlərini pis hiss edirlər. Bəziləri mübahisə edə bilər ki, “Facebook” vitual empati üçün effektivdir, məsələn, kimsə doğum günündə çoxsaylı dostlarının onu təbrik etdiyini görəndə sevinir. Reallıq isə bundan ibarətdir ki, “like”ların sayı gərginlik və aludəçilik yaradır.

    İstifadəçi “Facebook”dan istifadədən daimi həzz alırsa, bu artıq vərdişdir. Əgər kiminsə onlayn olmadığını görəndə, bu, narahatlıq yaradırsa “Facebook” artıq gərginliyə səbəb olur.

    Fakt budur ki, “Facebook” hələ uzun müddət dəbdə olacaq. Biz insan irqi olaraq, bir çox şeylərdən, o cümlədən sosial şəbəkələri istifadə etməkdən həzz alırıq. Təkcə Amerikan cəmiyyətində deyil, bütün dünyada da narahatlıq və psixoloji sağlamlıq problemlərinin təsiri artmaqdadır, biz sosial medianın səbəb olduğu narahatlıq və depressiyanı da unutmamalıyıq.

    İstifadəçilərin sosial şəbəkələrə vərdiş edib-etmədiklərini öyrənmək üçün burda bir çox vacib suallar var. Bu sualların köməyi ilə bunu müəyyənləşdirmək olar:

    1. “Facebook” hesabını bağlamağa çalışıb, dərhal da ora geri qayıtmısanmı?

    2. İşində və yaxud dərslərində daha az məhsuldar olduğunu hiss edirsənmi?

    3. “Facebook”dan problemlərdən qaçıb istirahət və zövq üçün istifadə edirsən?

    4. İnsanların sənin postlarını “like” edib-etmədiklərini öyrənmək üçün “facebook” hesabını daim yoxlayırsanmı?

    Əgər bu suallardan birinin cavabı “bəli”dirsə… deməli siz “Facebook” aludəçisiniz.