Category: Maraqlı

  • Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ

    Nədənsə ölkəmizdə demək olar ki, bütün yeməkləri çörəklə yemək qəbul olunub.

    Çəkimizə nəzarət etsək və dəqiq kalori hesablamaları aparsaq da, sağlamlığımız üçün çörəkdən səmərəli şəkildə istifadə etməyi öyrənməmişik. Əksinə nənə və babalarımız çörəyi mürəbbə, kartof və sair yeməklərlə birlikdə yeməyi öyrədib.

    Müharibə dövründə və çətin şərtlərdə yaşadıqlarını nəzərə alaraq yaşlı nəsli başa düşmək olar. Bir vaxtlar insanlar çörəyi çox çətinliklər əldə edirdi, “Şərikli çörək” filmini xatırlayaq. Amma bu gün çörəyin həddən artıq istifadəsi bir çox xəstəliklərə yol açır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, ağ əla növ unundan hazırlanmış çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz.

    Tədqiqatlar nəticəsində məlum olub ki, ağ çörək yeyən insanlar artıq çəki problemləri ilə yanaşı, diabet və ürək-damar xəstəliklərinə qarşı meyilli olur. Bu səbəbdən çörəyin sağlamlıq üçün zərərli və ya rasiona daxil etmək lazım olduğunu araşdırmağa dəyər. Tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq çörək həzm sisteminə həm ziyan vura, həm də onu sürətləndirə bilər.

    Son bir neçə ildə mayasız çörək böyük tələbata malikdir, belə ki, o, maya əlavə edilmədən hazırlanır və maddələr mübadiləsini yaxşılaşdırır. Maya ilə bişirilən çörək barədə eyni fikri demək olmaz. Onun istifadəsi həddən artıq disbakterioz (İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.) və ya köp yarada bilər.

    Faydalı çörək növü – çovdar çörəyidir. Çovdar çörəyinin tərkibində insana xüsusilə payızda və qışda lazım olan vitaminlər var. Lakin qastrit, mədə xorası, mədə qıcqırması olan insanlara çovdar çörəyi yemək olmaz. Qalan bütün hallarda yemək olar, hətta ciddi pəhriz müddətində. Bununla belə faydalı çovdar çörəyini bəzi ərzaq məhsulları ilə birlikdə yemək zərərlidir. Bu, xoşagəlməz nəticələrə səbəb ola bilər.

    Hansı ərzaqlarla çörək yemək olmaz?

    Meyvə salatı

    Bu yemək yüngül tərkibdən ibarət deyil, böyük miqdarda şəkər və sellüloza çörəklə birləşərək mədə qıcqırmasına çevrilir.

    Kələm turşusu

    Kələm turşusunu çörəklə yemək olduqca ziyandır, bu məhsulların vəhdəti mədə qıcqırması və qarın köpü yaradır. Ümumiyyətlə, dietoloqlar hər hansı turşu ilə çörək yeməyi məsləhət görmür.

    Mürəbbə

    Amerikasayağı səhər yeməyi: qızarmış çörək və mürəbbə. Bəli, onların birləşməsi çox ləzzətli ola bilər, amma bu, faydalı deyil. Uzun müddət belə səhər yeməyi və ya qəlyanaltı toxluq hissi vermir, üstəlik mədə problemləri ilə artıq çəkiyə zəmanət verir.

    Göbələk

    Göbələk özlüyündə asan həzm olunmayan ağır yeməkdir. Dietoloqlar əbəs yerə 14 yaşadək olan uşaqlara bu məhsulu qadağan etmir. Belə ağır yeməyin öhdəsindən gəlmək sadəcə uşaq üçün deyil, böyüklər üçün çətindir. Buraya ağ və sevdiyiniz çörəyi əlavə etsəniz, yeməyin həzm daha da çətin olacaq.

    Yağlı yeməklər

    Ağ çörək həzm proseslərini çətinləşdirir, odur ki, ət, balıq və toyuq kimi yağlı yeməkləri qara çörəklə yemək tövsiyə edilir. Sağlam qidalanma mütəxəssisləri iddia edir ki, əti qara çörəklə yemək onun daha yaxşı həzm olunmasına və əmilməsinə kömək olur.

    Çörəyi həm tək yemək, həm də tərəvəz və göyərti ilə birləşdirmək olar. Çörəyi çox sevirsinizsə, onu evdə mayasız hazırlanmış çörəklə dəyişməyə dəyər.

  • Merkuri Günəşin qarşısını kəsəcək – bunu Azərbaycandan izləmək mümkün olacaq

    Merkuri Günəşin qarşısını 2019-cu il noyabrın 11-də kəsəcək.

    Bu hadisəni saat 16:35-də Azərbaycandan da izləmək mümkün olacaq. Növbəti dəfə belə tutulmanı həvəskar astronomlar 2032-ci ildə müşahidə edəcəklər.

    Günəş sisteminin ən kiçik planeti

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Merkuri Günəş sistemində ən kiçik planetdir və ona ən yaxın məsafədə yerləşir. Onun peyki yoxdur. Bu planet barədə oraya zond göndərilənə qədər çox az məlumat olub. Mariner-10 kosmik aparatı Merkuriyə çatanda radar və radioteleskopla müşahidələr aparıb. Əvvəllər insanlar elə düşünürdülər ki, Merkurinin orbiti və öz oxu ətrafında fırlanması eynidir və 88 gün təşkil edir. Bu, Yerlə Ay arasında olan məsələ kimi idi. Amma oraya siqnallar göndəriləndən sonra məlum oldu ki, Merkurinin öz oxu ətrafında firlanması 58,7 gün təşkil edir və bu, planetin öz orbitinin üçdə ikisi deməkdir.

    Qurululşu

    Merkuri daşlı-qayalı dörd planetdən biridir və Yer kimi çox möhkəmdir. Ekvatoru 4879 kilometr olan Merkuri digər dörd planetdən ən kiçiyidir. Onun 70 faizi metaldan, 30 faizi silikatdan ibarətdir. Planetin sıxlığı 5430 kq/m³-dir. Bu da onu Günəş sistemində sıxlığına görə Yerdən sonra ikinci edir. Amma Merkuri haqqında danışdıqda onu Yer planeti kimi təbəqələrə bölmürük, biz onun sıxlığını ümumiləşdiririk. Yerin təbəqələri var, məsələn, litosfer və s. Merkuri isə kiçik olduğundan onda təbəqələr gözə çarpmır. Amma onun nüvəsi var. Bu nüvə planetin böyük hissəsini təşkil edir və əsasən dəmirdən ibarətdir. Bu isə sıxlığına görə çox möhkəm bir elementdir. Merkurinin nüvəsinin ölçüsü 2074 kilometrdir. Bu nüvə planetin 85 faizini (Yerdə bu göstərici 17 faizdir) əhatə edir. Belə güman olunur ki, bu nüvə ərimiş formadadır. Yer kimi Merkuri də sərt örtüyə malikdir və onun qalınlığı 400 kilometrdir.

    Geologiya və planetin səthi

    Merkurinin səthi daha çox Ayın səthinə bənzəyir. Ayda olduğu kimi, buraya da çoxlu sayda meteoritlər, asteroitlər düşüb. Merkurinin kraterləri məşhurların adlarını daşıyır.

    Günəş sistemi yaranan zaman burada toqquşmadan sonra əmələ gəlmiş iki nəhəng krater bu gün Kaloris (diametri 1550 kilometr) və Raxmaninovun (306 kilometr) adını daşıyır. Burada kraterlərdən başqa, geniş düzənliklər, hündür qayalıqlar da var.

    Planet boza çalan qəhvəyi rəngdə görünür. Parlaq cığırlar “krater şəfəqləri” adlanır. Asteroid və ya komet düşəndə belə xətlər yaranır. Bu daş-qaya parçaları planetin səthinə dəyəndə yüksək dərəcədə enerji ayrılır. Bu zaman yeri və qayalığı əzir və sıxlaşdırır, yerdə olan daş parçalarını dağıdıb uzağa atır. Onlar yerə düşdükcə planetin səthində cığır, iz qoyur. Xırda daşlar boyük daş-qayalara nisbətən daha güclü şəkildə radarlarda əks olunur. Ancaq bu cığırlar vaxt keçdikcə ətraf mühitin təsirindən daha zəif əks olunmağa başlayır.

    Planetdə temperatur ekstremal şəkildə gah isti, gah da soyuqla əvəzlənir. Gün ərzində Merkuridə hərarət 430°-yə qədər yüksəlir. Atmosfer olmadığı üçün planet istiliyi özündə saxlaya bilmir və buna görə də gecə vaxtı temperatur -180°-yə enir.

    Merkuri şimal və cənub qütblərində, əsasən də krater diblərində, eyni zamanda, planetin daim qaranlıq qalan hissələrində su saxlaya bilər.

    Merkurinin səthi meteorit izləri ilə zəngindir. Cavan kraterlərin bir neçə milyon il yaşı var. Planetin səthində temperatur yüksək olduğundan ən qədim kraterlər eroziyaya məruz qalmışlar.

    Meteoritlərin qoyduğu izlərin yaşı təxminən 4000 milyon ildir. Bu dövr ərzində planet vulkan püskürməsi baxımından aktiv olub; lava burada dənizlər, düzənliklər əmələ gətirib. Bu dənizləri oraya göndərilən Mesencer (MESSENGER) adlı zond aşkara çıxarıb.

    Merkuridə cavan düzənliklər meteorit yağışına az məruz qalıb. Planetin səthinin özəl cəhətlərindən biri də odur ki, lava qatlar əmələ gətirib. Belə düşünmək olar ki, planetin daxili soyuyub və səthdə deformasiya yaranıb. Merkurinin səthi dəniz dalğasına bənzəyir. Bu forma Günəşin təsirindən yaranıb və onun cazibə qüvvəsindən asılıdır. Dalğa effektinin gücü 17 faizdir və Ayın Yerə təsirindən qat-qat çoxdur.

    Merkuridə nəzərəçarpan yerlərdən biri də hövzədir. Kaloris adlı bu hövzə kraterdən qalan bir izdir və Günəş sistemində tayı-bərabəri yoxdur. Bu nəhəng kraterin arxasında düzənliklər və dağ silsilələri yerləşib. Belə güman olunur ki, onların formalaşması kraterlə bağlıdır.

    Planetdə temperaturun yüksək olmasına baxmayaraq dəqiq müşahidələr orada buzun mövcudluğu ehtimalını yaradır. Kraterlərin dibi, əsasən də qütblər gün işığının düşmədiyi ərazilərdir. Orada hərarət çox aşağıdır. Donmuş su radarda çox yaxşı əks olunur. Bu isə qütblərdə suyun olması barədə fikir söyləməyə imkan verir. Belə fərz olunur ki, kraterlərin dibində olan suyun dərinliyi bir neçə metrdir. Onu qeyd etməliyik ki, radarda əks olunan maddələr təkcə su deyil, başqa sözlə, müasir elm Merkuridə suyun olmasını əminliklə demir, fərz edir.

    Ölçüsü və məsafəsi

    Radiusu 2440 kilometr olan Merkuri Yerin üçdəbir hissəsini təşkil edir. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Merkuri itburnu boyda olardı. Merkuri Günəşdən 0,4 astronomik vahiddə yerləşir. Bir astronomik vahid (AV) Yerdən Günəşə qədər olan məsafədir. Günəşin şəfəqlərinin Merkuriyə çatması üçün 3,2 dəqiqə tələb olunur.

    Orbiti və oxu ətrafında fırlanması

    Merkurinin orbiti eksentrik, yəni yumurta formasındadır. Günəşə ən yaxın məsafəsi 47 milyon kilometr, ən uzaq məsafəsi isə 70 milyon kilometrdir. Merkuri 88 günə Günəş ətrafında dövr edir. Orbitinin sürəti saniyədə 47 kilometrdir. Bu isə onu planetlər sırasında ən sürətli edir.

    Merkuri öz oxu ətrafında çox ləng hərəkət edir: 59 Yer gününə 1 dövr edir. Ancaq Merkuri öz elliptik orbiti ətrafında fırlandıqda, Günəşə yaxın olduqda səhər 2 dəfə açılır. Yəni Günəş qısa müddətə çıxır. Sonra isə planetin başqa tərəfindən ikinci dəfə çıxır. Axşamın düşməsi də bu qaydada planetin başqa tərəfində baş verir. Bir gün Merkuridə 176 Yer gününə bərabərdir.

    Merkuri oxu üzərində 2 dərəcə əyilir. Bu, o deməkdir ki, onun Günəş ətrafında fırlanması şaqulidir və başqa planetlərdə olduğu kimi, burada fəsillər baş vermir.

    Yaranması

    Merkuri 4500 milyon il bundan öncə qazı, tozu özünə cəzb edərək Günəşə ən yaxın planet kimi formalaşıb. O, digər Yer tipli planetlər kimi nüvə, daşlaşmış mantiya və sərt örtüyə malikdir.

    Atmosfer və həyatın mümkünlüyü

    Bu planetin atmosferi yoxdur, amma nazik ekzosferi var. Merkuridə Günəş küləyi planetdə olan atomları və dağılmış asteroidləri planetin səthindən qovur. Planetin ekzosferi oksigen, natrium, hidrogen, helium və kaliumdan ibarətdir.

    Merkuridə olan mühit həyat üçün yararlı deyil. Güman edilir ki, burada yüksək hərarət və radiasiya həyatı mümkünsüz edir.

    Maqnitosfer

    Planetin maqnit sahəsi ekvatora görə yerini dəyişib. Onun maqnit sahəsi Yerin bir faizini təşkil edir və daha çox Günəş küləyinin maqnit sahəsinin təsiri altında planetdə maqnit qasırğası yaradaraq, ionlaşmış atomları planetin səthinə göndərir və orada olan neytral atomlar yuxarı, göyə atmağa başlayır.

  • Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb – FOTO

    East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir. Tədqiqat rəhbərlərindən olan Xiao-Hua Zhang deyib: “Biz Mars barədə dənizin ən dərin hissələrindən daha çox məlumatlıyıq”.

    UEA-nın alimi Jonathan Todd Marian çökəkliyində karbohidrogenlərlə qidalanan bakteriyalar qrupu aşkarladıqlarını bildirib. Onun sözlərinə görə, karbohidrogenlər hidrogen və karbon atomlarından ibarətdir. Bu, xam neft və təbii qazda da mövcuddur. Həmin mikroorqanizmlər neftlə qidalanaraq yaşayırlar.

    J.Todd 2010-cu ildə BP-nin Meksika körfəzində fəlakətə səbəb olan neft dağılmalarında dənizi təmizləmək üçün belə mikroorqanizmlərdən istifadə etdiyini xatırladıb. Tədqiqatçıya görə, Marian çökəkliyi bu bakteriyaların növləri ilə zəngindir.

    Alimlərin fikrincə, 6 kilometr dərinlikdə aşkarlanan bu bakteriyalar okeanın daha dərin hissələrində də mövcuddur.

  • Səsdən sürətli partlayış – İlk Kosmonavt Yuriy Qaqarinin ölüm sirri

    İlk kosmonavtın ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilib. Son dövrdə isə Qaqarinin ölüm səbəbi ilə bağlı yeni versiya səsləndirilib.

    Median.Az ölkə.az-a istinadən bu versiya ilə tanış edir.

    Ölümündən uzun illər sonra Qaqarinin ölümü ilə bağlı faktlar açıqlanır. Bu faktlarda Vladimirsk vilayətinin Kirjaçsk rayonunun Novoselovo kəndi yaxınlığındakı təlim-məşq uçuşu zamanı “MiQ-15 UTİ” təyyarəsinin hansı şərtlər daxilində qəzaya uğradığı üzə çıxır. Kosmonavt Aleksey Leonovun səyi nəticəsində həqiqət üzə çıxıb. Aleksey 1968-ci ilin 27 mart tarixində- o məşum gündə faciə baş verən ərazidə olub və istintaqa cəlb edilib.

    Qaqarinin ölümündən sonra ümummilli matəm elan edildi. Yaradılan xüsusi komissiya ekipajın ölüm səbəbini araşdırmalı idi. Qaqarin instruktor, hərbi qırıcıların təcrübəli sınaqçısı Vladimir Seryoqinlə “MiQ-15 UTİ” tipli təyyarənin təlim-məşq uçuşunu həyata keçirirdi. Komissiyanın rəyinə əsasən təyyarə kənar maneədən qaçmaq üçün (hava şarı və ya qaz dəstəsi) qəfil manevr edib. Bu isə onun yerə çırpılması ilə nəticələnib. Ekipaj həlak olub.

    Aleksey Leonov isə bildirir ki, bu versiya həqiqətə uyğun deyil. Eyni gün eyni ərazidə təkcə kosmonavtlar yox, aviasiya sənayesi nazirliyinin sınaq-uçuşları institutu da “Su-15” təyyarəsini sınaqdan keçirirdi. Aramızda sərhəd ayrılmışdı. 10 min metr hündürlüyə qədər biz, 10 min metrdən yuxarıda isə onlar uçuş keçirirdilər. Amma “Su-15” uçuş rejimini pozaraq yerdən 450 metr hündürlüyə qədər aşağı endi. Bu vaxt yerli kəndlilər də onu gördülər. Bir müddət bu hündürlükdə uçan “Su-15” forsaj edərək öz eşalonuna qayıdır. Onun yeri ora idi. Bu zaman o, 4200 metr hündürlükdə, buludların arasında Yuri Qaqarinin yanından ötür. “Su-15” səs sürətindən yüksək sürətlə hərəkət edərək Qaqarinin təyyarəsini dərin spiral axınına saldı. Nəticədə Qaqarinin təyyarəsi 4200 metr məsafəni 55 saniyə ərzində qət edərək yerə çaxıldı.

    Aerodromda azimut lokatoru və yüksəklik lokatoru işləməlidir. Yüksəklik lokatoru xarab işlədiyi üçün iki təyyarənin yaxınlaşdığı barədə məlumat olmayıb və xəbərdarlıq edilməyib. Mən təyyarənin yerə çaxıldığı ərazidən 13 km aralıda idim. “Ay qrupu”ndan olan dostlarımla paraşütlə tullanırdıq. Hava pisləşirdi. İşi başa çatdırdıq. Biz dayanıb evə qayıtma əmrini gözləyirdik. Bu an mən partlayış və səs sürəti eşitdim. Onlar arasındakı fərq 1-2 saniyə idi. Bu isə hadisənin eyni anda baş verməsi mənasına gəlir.

    Mənim sənədlərimdə bunlar əks olunmuşdu, amma komissiya bu faktlara əhəmiyyət vermədi. Hadisədən 25 il sonra pilotların sərxoş və hazırlıqsız olduqları barədə şayiələr dövriyyəyə buraxıldı. Mən akademik Sergey Belotserkovski ilə birlikdə tədqiqata başladıq. Bu tədqiqat 20 il davam etdi.

    Faciədən uzun illər ötüb. Mən Putinə müraciət edərək qizli paketi açmaq icazəsi istədim. Putin mənə icazə verdi. Əvvəllər də sübut etdiyim kimi Qaqarinin təyyarəsinin qəzaya uğramasının səbəbi kənar təyyarənin müdaxiləsi olub.

  • Qlobal informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz yüksəlib

    “Canalys” analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ildə informasiya təhlükəsizliyinin təmini üçün texnologiyalara qlobal xərclər 9,1 faiz yüksələrək 36,6 milyard dollar təşkil edib. Şəbəkə təhlükəsizliyi ən sürətlə inkişaf edən seqment olub: onun təmini üzrə xərclər 12,6 faiz yüksələrək 14,3 milyard dollar təşkil edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sayt və elektron poçt xidmətlərinin kibermüdafiəsinə xərclər 8,2 faiz yüksələrək 7,2 milyard dollar olub. Məlumatların mühafizəsi kateqoriyasında xərclər 1,2 faiz artaraq 1,9 milyard təşkil edib.

  • Zukerberqin zibillərini satır, həftəyə 300 dollar qazanır – FOTO

    ABŞ hərbi hava qüvvələrinin pensiyada olan əsgəri Ceyk Orta mətbuatın gündəminə düşüb.

    Median.Az “ölke.az”a istinadən xəbər verir ki, Ceyk Mark Zukerberqin zibillərindən yığdığı dəyərli əşyalara sataraq pul qazanır. Məlum olub ki, keçmiş hərbçi topladığı elektronik cihazlar və geyimlər sayəsində həftəyə 300 dollar qazanır.

    Hərbçi Zukerberqin San-Fransiskodakı 10 milyard dollarlıq mülkünün yaxınlığında, dövlətə aid bir binada yaşayır. Onun mənzili Zukerberqin zibilliyindən tapılan əşyalarla doludur. Bunlar arasında elektrikli süpürgə, fen, qəhvə aparatı, “i-Pod” və Markın köhnə paltarları da var.

  • Görüntüləri ilə “Ginnesin Rekordlar Kitabı”na düşən pişik – FOTO

    Nala adlı pişik “Ginnesin Rekordlar Kitabı”na düşüb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun sayı 4 milyona çatan izləyicisinin olmasıdır.

    Fotolarına 80-100 min arası “like” gələn Nala pozitiv görüntüləri ilə seçilir.

    Qeyd edək ki, pişiyin 8 yaşı var.

  • Qeyri-sağlam qidalar erkən ölümün əsas səbəbkarıdır

    Vaşinqton Universitetinin alimləri artıq duz qəbulu və lazımi səviyyədə bütövdənlilər, meyvə-tərəvəz qəbul etməməyin hər il 11 milyon nəfərin ölümü ilə nəticələndiyini müəyyən edib.

    Bu barədə elmi məqalə “Science Alert” jurnalında dərc olunub.

    Tədqiqatçıların hesablamalarına görə, qeyri-sağlam qidalanma tütün məmulatlarından daha çox can alır. Gündəlik qida rasionunda normadan artıq natriumun (duz tərkibində) yer alması üç milyon nəfərin həyatına son qoyur.

    Bütövdənlilərin normadan az qəbulu üç milyon, meyvə-tərəvəzin isə lazımi səviyyədə qəbul olunmaması ildə iki milyon nəfərin ölümü ilə nəticələnir. Alimlər müəyyən edib ki, balanslaşdırılmamış qidalanma ürək-damar xəstəlikləri, xərçəng və diabet riskini əhəmiyyətli dərəcədə artırır.

  • Çili bibəri ölümcül xəstəliyin dərmanıymış

    Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər. ABŞ-ın Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.

    Kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib.

    İndi alimlər kapsaitsin maddəsinin zərər vermədən orqanizmə yeridilməsi yolları üzərində düşünürlər. Belə ki bu maddə orqanizmdə mədə sancılarına səbəb olur, mədə-bağırsağın selikli qişasına ciddi zərər vura bilir.

    Mütəxəssislərin fikrinə görə, tezliklə bu maddədən xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.

  • Qida istehsalçılarının hiylələri

    Hər gün masamızda olan yeməklərin keyfiyyətini bəzən ayırd edə bilmirik. Çünki qida istehsalçıları bir sıra hiylələrdən istifadə edirlər ki, istehlakçı bunu görə bilmir.

    Median.Az foodinfo.az-a istinadən bu hiylələrin bəziləri ilə sizi tanış edir:

    Demək olar ki, hamımız qəssab ət alırıq. Bir çox hallada isə qiyməyə (farş) üstünlük veririk. Amma qiymənin tərkibinə ətin lazımsız hissələri ilə yanaşı ucuz toyuq ətinin də qarşıdırıldığını bilirdinizmi?

    Şirniyyatı çox sevirik. Xüsusilə yediyimiz zaman dadından doymuruq. Amma bəzi qida istehsalçıları qozlu paxlavaya qoz yerinə digər bitkilər, məsələn noxud qatdığnın fərqinə varmısınızmı? Təəssüf ki, bunu ayırmaq bizim üçün olduqca çətindir.

    Qırmızı bibərə baxdığımızda rənginin necə parlaq olduğunu görürük. Parlaq bir rəng almağının səbəbi kərpic tozu ola bilər.

    Süfrələrimizdə faydalı olduğu üçün zeytun istifadə edirik. Amma qara rəng almaq üçün sənaye boyasından istifadə olunur.

    Balıq omeqa qaynağıdır. Hamımız bilirik. Təəssüf ki, bəziləri “təzə balıq” formasını yaratmaq üçün qırmızı rəngi balığın qəlsəmələrinə çəkə bilər ki bu da balıq sevənlərə təzə kimi görünür.

    Çörək bizim əvəzolunmaz qidamızdır. Xüsusilə bəzziləri ağ çörəyi çox sevir. İsti çörəyi alarkən içinin dümağ olması sizi çaşdırmasın. Bəziləri çörəyin ağ rəngli görünməsi üçün xəmirə əlavə rəng qatırlar.

    Vitaminlərin mənbəyi olan meyvələr və tərəvəzlərin gözəl görünüşünə aldanmayın. Parıltılı almanın o vəziyyətə düşməsi üçün xüsusi mumdan istifadə olunur. Odur ki, meyvəni alarkən təmiz yuyun.

    Bunlar qidalardakı hiylələrin növlərinin sadəcə bir neçə nümunəsidir. Təəssüf ki, istehsalçılar daha çox qazanmaq üçün insanlaın sağlamlığı ilə oynayırlar.