Category: Maraqlı

  • Alimlərdən yeni kəşf – İnsanın altıncı duyğu orqanı var

    Məlum olduğu insanın beş duyğu orqanı var.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, müasir alimlər dəfələrlə altıncı duyğu orqanı kimi açıq məkanda tarazlıq hissinə cavab verən vestibulyar aparatı göstərirlər. Eyni zamanda bir çoxları intuisiyanı da altıncı hiss kimi qəbul edirlər. Amma müasir elm bunu qəbul etmir.

    ABŞ-ın Kaliforniya texnologiya institutunun alimləri və onların Kioto universitetindəki həmkarları müştərək tədqiqat aparıblar. Nəticədə məlum olub ki, insanın eyni zamanda maqnitoresepsiya, yəni Yerin maqnit sahəsini hiss etmə qabiliyyəti var.

    Bu hiss bakteriyalarda, milçəklərdə, bal arılarında, quşlarda, molyusklarda, balıqlarda, tısbağalarda, yarasalarda və bəzi digər heyvanlarda da var.

  • Azərbaycanda orijinal toy dəvəti – FOTO

    Qazax rayonunun Ermənistanla sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşən Məzəm kəndində sakinlərin toya dəvət olunması ilə bağlı maraqlı və orjinal bir ənənə formalaşıb.

    Median.Az “Sherg.az”-a istinadən xəbər verir ki, təxminən 500 nəfərdən ibarət olan bu sərhəd kənddə toy dəvətnaməsi hər kəsin evinə göndərilmir. Hər hansı bir kənd sakini övladına toy, düyün edərsə və ya övladının müəssər olduğu nailiyyətlərlə bağlı ziyafət verərsə, bununla bağlı ümumi bir dəvətnamə yazılır.

    Kənd sakinlərinin daha sıx, eyni zamanda tez-tez toplaşıb müzakirələr apardığı bir məkandakı ağaca vurulur. Və bütün kənd sakinləri mərasimə dəvət olunurlar. Bunun yaranmasını zəruri edən isə həmin kənddə yaşayan əhalinin sayının azlıq təşkil etməsi olub.

    Əhalisi az olan kəndlərdə hər hansı bir toy, nişan olarsa, bütün kənd əhli mərasimə dəvət olunur. Qeyd edək ki, məlum ənənə uzun müddətdir, davam edir.

    Kənd sakinləri bu adəti davam etdirəcəklərini söyləyirlər. Onlar bu toya dəvət metodunun çox rahat, səmimi və anlayışlı olduğunu düşünürlər.

  • Kardioloji cihazların ölümcül təhlükəsi aşkarlandı

    Tibbi avadanlıqların istehsalı üzrə ixtisaslaşmış iri şirkətlərdən biri – “Medtronic” əksər reanimasiya cihazlarının virtual hücumlara həssas olduğunu və bu baxımdan pasiyentin həyatı üçün potensial təhlükəli olduğunu etiraf edib.

    Bu haqda ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin tabeliyində olan agentlik məlumat yayıb.

    Qurumun məlumatına görə, şirkətin cihazlarında şifrələnməmiş rabitə protokolundan istifadə olunur. Ona görə də hakerlər bundan istifadə edib, cihazdakı quraşdırmaları dəyişə, beləcə pasiyentin həyatına ciddi risk yarada bilər.

    Ümumilikdə şirkətin istehsal etdiyi 20 model təhlükəli cihazların siyahısına düşüb.

  • Yumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİR

    İnsan sağlamlığı üçün ən əhəmiyyətli zülal mənbəyi sayılan yumurtanın çiy halda, yoxsa bişmişinin daha faydalı olduğu çoxlarını düşündürən suallarından biridir.

    Median.Az bu yazıda oxucuları çiy və bişmiş yumurta arasındakı fərqlə tanış edib.

    Çiy yumurta zərərlidir

    Ekspertlərin sözlərinə görə, çiy yumurtanın iki əhəmiyyətli zərəri var. Birincisi, çiy yumurta B7 vitamini qəbulunu ləngidir. Digər zərəri isə salmonella mikrobu əmələ gətirməsidir. Mütəxəssislər bildirir ki, salmonella mikrobları xüsusilə immun sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə yol aça bilər.

    Bişmişi daha faydalıdır

    Bişmiş yumurtanın qida dəyəri azalsa da, aparılan tədqiqatlar göstərib ki, çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyərləri baxımından ciddi fərq yoxdur.

    Bununla belə ekspertlər yumurtanı tam bişirib yeməyi məsləhət görür. Yumurtanın tərkibindəki mühüm protein qaynaqlarından biri olan avidin yumurta bişəndə biotin ilə birləşərək olduqca əhəmiyyətli protein yaradır. Nəticə etibarilə ancaq tam bişmiş yumurta orqanizmi zülalla təmin edir. (publika.az)

  • Britaniya zərərli qidanın reklamını qadağan edə bilər

    Böyük Britaniya hökuməti gündüz saatlarında televiziyada zərərli qida məhsullarının reklamını məhdudlaşdırmaq niyyətindədir.

    Median.Az faktxeber.com-a istinadən bildirir ki, bu barədə “Sky News” yazıb.

    Məlumatda bildirilir ki, yerli hakimiyyət televiziyada 21.00 qədər zərərli qida reklamları görmək istəmir.

    Həmçinin məlumatda qeyd edilir ki, hökümət bu metodla gənc nəsil arasında geniş yayılmış artıq çəki problemi ilə mübarizə kompleksini gücləndirmək niyyətindədir.

  • Faydalı bildiyimiz bəzi ərzaqlar əslində zərərlidir – Bunları hər gün yemək olmaz

    Sağlam qidalanma və fiziki hərəkət sağlamlığın və uzun ömürün sığortasıdır. Lakin bir çox insanlar sağlam qida rasionu qurmaqda çətinlik çəkirlər ki, nəticədə də mədə, qan-damar probleməri, diabet xəstəliyi, piylənmə kimi narahatlıqlarla üzləşirlər.

    Qeyri-sağlam qidalanma çox vat çəki artımına, əzginliyə, mədə xorasına, yuxusuzluğa səbəb olur. Bu siyahını uzatmaq olar, buna görə də, qidalanmaya son dərəcə əhəmiyyət vermək lazımdır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, sağlam qidalanmadan söhbət gedəndə ilk növbədə qida rasionundan unlu, yağlı və şirin qidaların kənarlaşdırılması olur. Amma bəzi qidalara da var ki, biz onları səhvən faydalı qida kimi qəbul edirik.

    Yoqurt

    Süd məhsullarının tərkibində olan faydalı bakteriyalar həzmi yaxşılaşdırır, immuniteti gücləndirir. Lakin bu xüsusiyyət mağazada satılan çirin yoqurtlara aid edilə bilməz. Çünki onların tərkibində nişasta və qatılaşdırıcı var. Süd zərdabı isə qətiyyən yoxdur.

    Düyü

    Düyünü bəzi sortları faydalı olduğu üçün qiyməti ilə fərqlınir. Ən faydalı düyü aşılanmamış düyü hesab edilir. Bu cür düyünün tərkibində faydalı maddələr qorunub saxlanılır. Ağ düyünün tez-tez istifadəsi isə şəkərli dibetə və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

    Quru meyvələr

    Quru meyvəsadəcə olaraq lər faydalı konfet hesab edilə bilrər. Meyvənin tərkibində olan su buxarlandıqda onda yalnız şəkər və çox az miqdarda vitamin qalır. Buna görə də quru meyvələrdən çox istifadə etmək məsləhət deyil.

    Cəfəri

    Faydalı çəfəri bitkisi həzmi, sinir sistemini həzmi yaxşılaşdırır, lakin qidalanan zaman əsil zəhərə çerilir. Ona görə də yeməyi süfrəyə verməzdən əvvəl ona bu göyərtini əlavə etmək lazımdır. Cəfəri əlavə eilmiş salatlata mayonez vurmaq olmaz. Səbəbi isə bu göyərtinin moyanezlə kimyəvi reaksiyaya girərək özündən nitrat ifraz etməsidir.

    Avakado

    Super faydalı meyvə hsab edilən avakadonu da hər gün yemək olmaz. Avakado kifayət qədər kalorili meyvədir, onun tərkibində 245 kalori olur. Əgər bu meyvə iltihabəleyhinə dərmanlarla birlikdə qəbul edilərsə o zaman dərmanların effekti azalacaq.

    Balıq

    Fosfor və faydalı yağlar mənbəyi olan balıq düzgün hazırlanmadıqda zərərli ola bilər. Alimlər sübut ediblər ki, balığı sobada və ya suda bişirdikdəöz faydalı xüsusiyyətlərini maksimum saxlayır. Qızarmış balıq isə dadlı olmaqdan əlavə heç bir faydalı xüsusiyyətə malik deyil. Buna görə də oni düzgün qaydada hazırlamaq lazımdır.

  • Ən ziyansız insanlar onlardır

    Psixoloqlar belə qənaətə gəliblər ki, xoşbəxt insanlar tamamilə zərərsizdirlər. Digərləri ilə müqayisədə daha çox xoş olaylarla qarşılaşan, pozitiv düşünən insanlarda xoşbəxtlik hormonu yüksək olur.

    Məhz bu səbəbdən də həmin insanların ətraf üçün təhlükəsiz olduğu və onların zorakılığa meylli olmadığı bildirilir.

    Alimlər xoşbəxt insanları belə tərif edirlər: “Onlar iş həyatında daha çox uğur qazanan, özünü təsdiqləyən, daha məhsuldar, sağlam və uğurlu insanlardır”. (Sputnik Azərbaycan)

  • “Azərbaycanlıları daha çox evlilik məsələsi maraqlandırır” – Hindistanlı astroloq

    Bharat Buşhan Bhardvaja: “Elə astroloqlar var ki, ələ baxmaqla gələcəyi oxuyur, eləsi də var ki, doğum tarixi və saatını uzlaşdırmaqla gələcək haqda müəyyən məlumatlar verir”

    Bu gün bəzi Şərq ölkələrində astrologiya ən çox öyrənilən elmlərdən biridir. Bu elm vasitəsilə insanların talelərini belə, oxumaq mümkündür. Həmsöhbət, hindistanlı astroloq Bharat Buşhan Bhardvaja belə deyir.

    Median.Az bildirir ki, 35 ildir ki, bu yolla pul qazanan Bahrdvaja Sputnik Azərbaycan-a müsahibəsində bir sıra məsələlərdən danışıb:

    – İlk olaraq istərdim ki, bu elmdən, elmin yaranmasından danışasınız.

    – Bu elmin tarixi çox qədimdir. Astrologiya, yaxud da Hindistanda adlandırıldığı kimi, cotic elminin tarixi, təxminən, eramızdan əvvələ gedib çıxır. Hələ qədim dövrlərdə padşahlar başlarına gələcək hadisələri öyrənmək üçün bu cür şəxsləri himayə edirdilər. Astroloqlar isə yaxın hücumlar, bu hücumların nəticələri, bəladan, istiladan xilas olunmanın yolları ilə bağlı öncədən məsləhət verərdilər. Hətta müəyyən səfər və yürüşlərə çıxarkən də padşahlar astroloqlarla məsləhətləşərdilər.

    Zamanla bu elmə tələbat daha da artdı. Dildən-dilə keçə-keçə artıq astrologiya haqda müəyyən biliklər formalaşdı. Bu elm haqqında artıq Avropada da bir sıra kitablar yazılıb.


    – Bu elm nədən xəbər verə bilir?

    – Bu elm çoxşaxəlidir. Yəni ki, burada texnologiya, hava, planetlər, sağlamlıq və digər sahələrlə bağlı proqnozlar vermək mümkündür. Hətta 600 il əvvəl yazılan kitablarda da bu gün və gələcəkdə baş verəcək hadisələrlə bağlı müəyyən proqnozlar vardı. Hələ əsrlər öncə belə, kitablarda təyyarə, maşının kəşfi haqda da yazılırdı. İlk dəfə olaraq 9 planetin olması ilə bağlı Hindistan astroloqu fikir söyləmişdi.

    – Bəs, gələcəyi görmək, oxumaq üçün astroloq nəyi bilməlidir?

    – Elə astroloqlar var ki, ələ baxmaqla gələcəyi oxuyur. Eləsi də var ki, doğum tarixi və saatını uzlaşdırmaqla gələcək haqda müəyyən məlumatlar verir. Lakin səhiyyə, təhsil sahəsində olduğu kimi bu elmdə də çoxşaxəlilik var. Mən yalnız bizneslə bağlı bir şəxsin doğum tarixi və ilini uzlaşdırmaqla onunla bağlı yaxşı, yaxud da pis nəsə proqnozlaşdıra bilərəm. Yaxud da baş verə biləcək pis hadisədən xilas olunmaq üçün nə etməli olduğunu deyə bilərəm. Bu, fal deyil, ondan, tamamilə fərqlidir. Lakin elə astroloqlar da var ki, yalnız planetlərin hərəkətini izləyir, yaxud da hava ilə bağlı illik proqnozlar verirlər.

    – Bu elmi öyrənmək üçün Hindistanda məktəb, institut varmı?

    – Artıq astrologiyanı öyrənmək üçün Hindistanda məktəb və institutlar var. Təcrübələr artdıqca astrologiya ilə bağlı biliklər də artır.

    – Daha çox hansı ölkələrdə bu elmə maraq var?

    – Yaxın Şərq ölkələrində, Hindistanda, Pakistanda bu elmə maraq böyükdür. Hətta son illərdə Rusiya və bəzi Avropa ölkələrində də bu elmə diqqət artıb.

    – Ötən il Azərbaycanda “Hindistan Günləri” sərgisində iştirak etdiniz. Azərbaycanda sizə ən çox ünvanlanan suallar nə ilə bağlı idi?

    – Azərbaycanlıları daha çox maraqlandıran, qayğılandıran məsələ evlilik və işlə bağlı idi. Ailə qurmuş qadınlar daha çox ailədaxili problemlərə, onun həllinə görə müraciət edirdilər. Subay qızlar isə daha çox nə zaman ailə həyatı qurmaları ilə maraqlanırdılar. Bundan başqa, evli cütlüklər də müraciət edirdilər. Onları daha çox qayğılandıran məsələlərdən biri sonsuzluq idi. Biz analizlərə, nəticələrə baxırdıq və deyirdik ki, bu cütlüyün övladı ola bilər, yaxud da yox. Bu elm elədir ki, nəyinsə baş verəcəyini deyiriksə, deməli olacaq. Bundan başqa evində ağır xəstəsi olanlar da bizə müraciət edib məsləhət alırdılar.

    – Bəs, kişiləri ən çox nə maraqlandırırdı?

    – Kişilər, əsasən, işlə bağlı müraciət edirdilər. Öyrənmək istəyirdilər ki, gələcəkdə onları nə gözləyir.

    – Konkret olaraq təəssüratınız necə oldu: azərbaycanlılar bu elmdən xəbərdardırmı?

    – Belə deməzdim. Təəssüflər olsun ki, Azərbaycanda bir çoxları bu elmdən xəbərsizdir. Çünki elmi bilənlər azdır.

  • “Facebook” “Messenger”ə yeni faydalı funksiya əlavə edib

    Bir müddət bundan öncə “Facebook” şirkəti “Messenger”ə “Dark Mode” rejimi əlavə etmişdi. İndi isə şirkət daha bir faydalı funksiyanı anons edib.

    Median.Az “technote”yə istinadən xəbər verir ki, bu barədə “Gagadget” saytı məlumat yayıb.

    Xəbərə əsasən, “Messenger”ə konkret bir mesaja cavab vermək funksiyası əlavə olunub. Bunun sadəcə olaraq müəyyən bir mesajın üzərinə klikləyib saxlamaq və daha sonra “Reply” düyməsini klik etmək lazımdır.

    Maraqlısı ondadır ki, bu funksiya “Facebook Messenger”ə hələ indi əlavə olunub. Belə ki, “Facebook”un sahib olduğu “Whatsapp”da bu funksiya artıq çoxdandır ki, var. Konkret mesajlara cavab vermək funksiyası “Messenger”də artıq aktivləşdirilib.

  • Gecikmiş şam yeməyi mifi dağıldı

    Mütəxəssislər həmişə insanları xəbərdar edirdilər ki, yatmağa iki saat qalmış yemək yeməyin, çünki bu, orqanizmə zərər verir, xüsusilə qanda şəkərin yüksəlməsinə səbəb olur.

    Median.Az maide.az-a istinadən bildirir ki, yapon alimləri bu iddianı təkzib ediblər.

    Yapon alimlərinin araşdırmasında 1573 nəfər iştirak edib. Onlar uzun müddət saat neçədə yediklərini, çəki və boyları haqqında məlumat veriblər. Hətta mütəmadi olaraq qan analizindən də keçiblər.

    Araşdırma zamanı yatmazdan 2 saat öncə yemək qaydasına 16 faiz kişi, 8 faiz qadın riayət etməyib. Nəticə isə maraqlı olub. Belə ki, həm qayda pozanlar, həm də yatmazdan iki saat əvvəl qidalananların qanında şəkərin miqdarı eyni çıxıb.

    Buna baxmayaraq, vaxtında yeməməyin fəsadsız olduğunu da söyləmək olmaz. Belə ki, qaydanı pozanlardan fərqli olaraq, pozmayanların çəkisi və qan təzyiqi normal olub.

    Amma alimlər bildiriblər ki, sağlam həyat tərzində “sonuncu qida” vaxtı insanın özünü pis hiss etməsinə səbəb olmur.