Category: Maraqlı

  • Əfsanəvi Çarli Çaplinin nəvəsi:“Azərbaycanı, Bakını görmək istəyirəm”– MÜSAHİBƏ MÜSAHİBƏ

    Əfsanəvi aktyor, rejissor Çarli Çaplinin nəvəsi Laura Çaplin hafiztimes.com-a eksklüziv müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlardan söhbət açıb, həmçinin Azərbaycanla bağlı sevgisini də ifadə edib.

    Laura Çaplin məşhur rəssam və dizaynerdir. 1987-ci ildə İsveçrənin Vevey şəhərində anadan olub. London/Lozannada təhsil alıb. Dünyanın bir çox ölkələrində incəsənət sərgiləri təşkil olunur.

    Median.Az müsahibəni oxucularına təqdim edir:

    -Uşaqlıq illərinizi necə xatırlayırsınız? Dünyanın ən məşhur aktyoru Çarli Çaplinin nəvəsi kimi necə böyüdünüz?

    -Mənim sehirli uşaqlıq illərim babamın sonuncu evində keçib. Həmin ev bu gün Çaplinin muzeyi kimi fəaliyyət göstərir. Heyvanlarla həyətdə oynayırdım. Hələ o zamanlardan bəri rəsm çəkməyi də çox sevirdim. Çox sadə, sevgi və gülüş səsləri içərisində böyüdüm. Bu mənim üçün bir şans idi. Babamın bütün nailiyyətləri ilə qürur duyuram.

    -Siz dünyada Çarli Çaplinin ailəsini təmsil edirsiniz. Çarli Çaplinin nəvəsi olmaq necə bir hissdir? Bunun hansı faydaları, çətinlikləri var?

    -Babamın vəfatından 10 il sonra dünyaya gəlmişəm. Babamı görə bilməsəm də həmişə onunla qürur duymuşam. Onun varlığı daimidir. Hər dəfə məni ruhlanıdırır. Belə bir mirasa sahib olmaq bəzən səbəbsiz ittihamlar gətirə bilir. Amma mən digər insanların nə düşündüklərinə fikir vermirəm. Qəlbimin səsini dinləyirəm və məni xoşbəxt edən işlər görürəm.

    -Babanız haqqında fikirlərinizi bilmək istərik. Çarli Çaplin sizin üçün kim olub?

    -O, bir dahi, mükəmməlik tərəfdarı və böyük şöhrət sahibidir! Babam ən çətin günlərdə dünyanı gülümsətməyi bacarıb! Sülh və xoşbəxtlik bəxş etmək istəyən bir hümanist idi! O, hər kəsin başa düşə biləcəyi bir dildə danışıb…

    Atanız Çarli Çaplin haqqında sizə nələr danışardı? Çarli Çaplin evdə, ata kimi necə olub? Atanız onu necə təsvir edirdi?

    -Babam çox təvəzökar bir insan olub. Sual vermədikcə heç kimə heç nə deməzdi. İş yerində çox ciddi bir adam idi. Boş vaxtlarında klounluq edirmiş. O, səhər və günorta yeməyini yaxın dostları, ailəsi ilə paylaşmaqdan zövq alıb. Nənəm və babamın gözəl bir sevgi hekayələri olub. Onların sevgisi hər zaman heyranlıq doğurub.

    Çarlı Çaplin niyə “Osqar” mükafatına layiq görülməyib? Onun düşmənləri kimlər idi?

    -Babam gördüyü işlərə görə bir çox mükafatlara layiq görülüb. Çox təəssüf ki, insanlıqla bağlı mesajlarına görə bir çoxları onu məhv etmək istəyirdi.

    -Çarli Çaplindən nə miras qalıb?

    -O, kimsədən nəsə almağa meyilli deyildi, sadəcə mədəsinin toxluğuna fikir verirdi.

    Babanınız heç vaxt unutmayacağınız məsləhəti nədir?

    -Onun heç vaxt unutmayacağım fikri budur: “Gülüşsüz bir gün, boş bir gündür”

    -Babanızın ən çox hansı filmlərini sevirsiniz? Babanızın həyatını çətinləşdirən “Böyük Diktator” filmi haqqında nə düşünürsünüz? Bu film sizin həyatınıza necə təsir etdi?

    -Onun sevdiyim filmləri fərqli səbəblərə görə dəyişir. Filmlər arasından birinin adını çəkmək çox çətindir. “Böyük şəhərin işiqları” filmini sevgi hekayəsinə, “Müasir zamanlar” filmini insanlığa verdiyi mesaja, “Uşaqlar” filmini emosional təsirinə görə sevirəm. “Sirk” isə uşaqlıq illərimin filmidir.

    Atanız Çarli Çaplinin ölümü haqqında sizə nə danışıb? Babanızın tabutunu niyə oğurlayıblar? Babanızın tabutunu miqrantların oğurladığı qeyd olunur. Bu barədə nə deyə birləsiniz?

    -Babamın tabutunu pula görə oğurlayıblar… Bu barədə artıq heç bir fikrim yoxdur.

    -Çarli Çaplinin necə xatırlanmasını istərdiniz?

    -Babam həmişə işləri, sənəti və uğurları ilə xatırlanacaq. Film sənayesinə böyük bir fayda verib. Dünyaya verdiyi güclü mesajları ilə xatırlanacaq!

    -Çarli Çaplinin uğur sirri nə olub?

    -Məncə onun uğur sirri gördüyü işlərə çox bağlı olması idi. O, gördüyü bütün işlərini çox sevirdi!

    -Babanızın filmindəki bir mahnını Maykl Cekson da ifa edib. Maykl Ceksonla necə münasibətiniz vardı?

    -Maykl Cekson yaxşı bir dost, ürəyi təmiz bir insan idi! Maykl ilə ilk dəfə həyətimizə helikopterlə enən zaman tanış olmuşam.

    İşiniz haqqında məlumat verin. Babanız sənət seçiminizə necə təsir edib? Rəsimlər çəkmək üçün nədən ilham alırsınız?

    -Üç əsas mövzu ətrafında rəsmlər çəkməyi sevirəm: Çarli Çaplin, xanımlar və atlar. Mən sevdiyim şeylərin nə demək istədiyini boyayaraq təsvir etməyi sevirəm. Rəsm əsərlərimlə müsbət hisslər oyatmaq istəyirəm. Mən müəyyən bir mövzuya üstünlük vermirəm. Arzularımı, həyatımda keçirdiyim duyğuları təmsil edən bir rəsm əsərləri yaratmaq üçün azad düşüncəm olmasının tərəfdarıyam. Bu mənim şəxsiyyətimi təmsil edir!

    Qeyri-adi bir sənətkarın nəvəsi olmaq yalnız mənim dünyamı deyil, çox sayda insanları dəyişib. O, tariximizə həkk olunub. Və onu heç vaxt unutmayacaq tək şəxs mən deyiləm. O, mənə çox ilham verir. O, bir dahi idi. Öz qərarlılığı və yaxşı ürəyi ilə çox şeyləri dəyişib. Onlar bu gün də mövcuddur.

    Babamla şəxsən tanış olmaq şansım olmasa da hər zaman qəlbimdə müxtəlif ritmlərlə varlığını qoruyur. Onun portretini çəkmək həmişə aramızda mövcud olan bağı mənə yenidən yaşadır. Onun ən böyük qorxusu unudulmaq idi. Onu yaşatmaq mənim sənətim üçün bir şərəfdir. Babama heyranam.

    Xatırladığımdan bəri onun rəsmlərini çəkməyi çox sevirəm. Babamın rəsmlərini çəkmək mənə onunla yenidən əlaqə qurmaq kimi bir şans təqdim edir. Bunu ifadə etmək, kəşf etməkdən böyük zövq alıram. Bu yalnız mənə məxsus olan bir zövqdür!

    -Karyeranızda indiyə qədərki ən böyük uğur nə olub?Rəsm çəkmək sahəsində uğur qazanmağın əsas şərtləri nədir?

    -Ən böyük uğurum sevdiyim işlə, yaradıcılıqla məşğul olmaq, sənət əsərlərində insanların duyğularını, hisslərini əks etdirməkdir. Başqalarına müsbət enerji vermək! Bütün yaradıcılığımı ömür boyu kətan üzərinə tökmək mənim üçün uğurdur. Tələb olunan bacarıqlar bunlardır: Qətiyyət, səbr, özünə güvən, sevdiyiniz və hisslərinizə uyğun bir iş !

    Gülüş, yumor sizin üçün nə məna ifadə edir?

    -Gülüş mənim üçün böyük məna kəsb edir. Mənim qlobal rifahım üçün çox önəmlidir.

    -Gülməklə bağlı insanlara hansı məsləhəti verərsiniz?

    -İnsanlara gülüşlə bağlı verə biləcəyim tək məsləhətim budur ki, gülüşlərinizi mümkün qədər paylaşın. Bütün gülümsəmələr gözəldir və hər birinin öz dili var. Sizi xoşbəxt edən şeylərlə özünüzü əhatələyin.

    Gülüş eyni zamanda diktatorlara və dini ekstremistlərə qarşı güclü bir silahdır” fikrinizi necə izah edərsiniz?

    -İdarə etməyi sevən insanlar çox təəssüf ki, ifadə azadlığını sevmirlər!

    -Yeni layihələriniz, hədəflərinizlə bağlı məlumat verin.

    -Hazırda çoxlu rəsimlər üzərində çalışıram. London və Yaponiyada sərgimin açılışına hazırlaşıram. Həmçinin hazırda uşaqlar üçün kitab da yazıram. Həyatdakı tək hədəfim bütün sahələrdə yaradıcı olmağa davam etmək və hər dəqiqədən zövq almaqdır.

    -Bakı, Azərbaycan haqqında düşüncələrinizi bilmək istərdik. Heç Azərbaycana gəlibsinizmi?

    -Heç vaxt Azərbaycanda olmamışam. Bəzən Bakını ziyarət etməyi çox istəyirəm. Mədəniyyəti, tarixi çox gözəldir!//milli.az

  • Çin alimlərinin bu araşdırması SİZİ ŞOKA SALACAQ – Bir damlası belə zəhər imiş

    Az və ya orta ölçülü spirtli içki iflic riskini artırır.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Çində 10 il ərzində 500 mindən çox sakinin etdikləri idman və qəbul etdikləri içkinin miqdarı ilə sağlamlıq göstəriciləri araşdırılıb.

    Çin və İngilis alimlərinin apardıqları araşdırma zamanı gündə 1-2 qədəh spirtli içkinin iflic riskini 10-15 faiz, 4 qədəhdən çox qəbul etməyin isə 35 faiz artırdığı bildirilib.

    Oxford universitetinin professoru Riçard Petonun sözlərinə görə, artıq şərab və piyvənin qorucuyu təsirləri barədə iddiaları elmi cəhətdən əhəmiyyətsizdir.

    Kebric universitetindən doktor Stefan Burges bildirib ki, çox və uzun müddətli spirtli içki qəbulunun insan sağlamlığına zərərli olduğu bəlli idi. Lakin araşdırmaya görə, az içki qəbul etmək ürək üçün faydalı deyil, əksinə iflic riskini artırır. Mütəxəssislər spirtli içki qəbuluna məhdudiyyətin qoyulmasını gündəmə gətirib.

    Keçən il yayımlanan Xəstəliklərin Qlobal Yükü araşdırmasında spirtli içkinin sağlamlığa zərər vermədən qəbul etməyin etibarlı bir ölçüsünün olmadığı bildirilmişdi. 195 ölkədə spirtli içki qəbulu və xəstəliklər arasında əlaqə ilə bağlı aparılan araşdırmada az miqdarda və mütəmadi spirtli içki qəbul edənlərin orqan çatışmazlığı, xərçəng kimi xəstəliklərə yoluxmasının heç qəbul etməyənlərlə müqayisədə artdığı müəyyən edilib.

  • Bədəninizin yaşını BELƏ ÖYRƏNİN – Alimdən İNANILMAZ TEST – FOTO

    Adətən vücudunuzun funksiyalarının necə işlədiyini bilmək üçün bir çox test etmək və analizlər vermək lazım gəlir.

    Braziliyalı alim Klaudio Gil Araoujo elə bir test təklif edib ki, o, bu testin bədənin hansı yaşda olduğunu müəyyən etməyə imkan verdiyini iddia edir. Çoxsaylı araşdırmalar göstərib ki, test həqiqətən işə yarayır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, test çox sadədir. Bunun üçün sadəcə oturmaq və durmaq lazımdır.

    1. Ayaqqabıları çıxarıb ayaqlarınızı çarpaz edin. Məşqin əvvəlində sizin 10 xalınız var.


    2. Daha sonra bardaş qurub oturun. Bu zaman heç kimdən və heç nədən dəstək almaq olmaz. Əgər əl, diz və ya ayağınızla özünüzü dəstəkləyərsinizsə, bir xalınızı itirirsiniz. Siz bu şəkildə oturmağı bacarırsınızsa, ancaq balansınızı itirirsinizsə, yarım xalınız itirilir.


    3. Ayaqlarınızı çarpaz edərək yerdə bir müddət bardaş qurub oturmağa davam edin. İndi isə heç bir dəstəksiz ayağa qalxmağa çalışın. Əgər nədənsə dəstək alaraq ayağa qalxmağa çalışsanız, siz daha bir xal itirirsiniz.


    4. Belə bir sadə testin nəticələrinə əsasən, sağlamlıq vəziyyətinizi asanlıqla müəyyən edə bilərsiniz.


    Nəticələr

    8-10 bal

    Yaxşı göstəricidir. Sağlam həyat tərzi sürürsünüz və vücudunuz yaxşı vəziyyətdədir. Səhhətiniz qaydasındadır.

    6 – 7,5 bal

    Pis deyil. Üzərində çalışmalı olduğunuz çox şey var, amma böyük bir risk yoxdur.

    3,5 – 5,5 bal

    Xəbərdarlıq siqnalı! Problemlər var. Növbəti 6 ildə ölmək riski yuxarıdakı iki kateqoriya ilə müqayisədə iki dəfə yüksəkdir.

    0 – 3 bal:

    Vəziyyət pisdir! Bu, ciddi bir xəbərdarlıqdır! Siz çox pis vəziyyətdəsiniz və növbəti 6 il ərzində ölmək riski ilk kateqoriya ilə müqayisədə 5 qat daha çoxdur.

    Əlbəttə ki, belə bir test müəyyən xəstəlikləri olan insanlar üçün uyğun deyil. Buna baxmayaraq, onu sınamaq maraqlıdır.

    İlk iki kateqoriyadan olan insanlar sakit ola bilərlər. Ancaq alt qruplara aid edilirsinizsə, çox gec qalmadan sağlamlığınızı ciddi şəkildə nəzərdən keçirmək yaxşı olardı.

  • Qalmaqallı Azərbaycan gözəli danışdı – Hər yerim təbiidir…

    “Saçlarım təbiidir. Gözəllik yarışmasına qatılan insan süni olmamalıdır. Məndə heç bir estetik əməliyyat yoxdur. Bundan qorxan bir insanam”.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan gözəli- 2019” müsabiqsinin qalibi Melissa Nuriyeva “Lent.az”ın canlı yayımında qonaq olarkən ünvanına səsləndirilən tənqidlərə cavabında deyib.

    “Hər kəs kənardan baxıb şərh yazır. Qınamıram, indi hamı estetik etdirir. Belə hallar çoxaldığı üçün kimdəsə uzun saç görəndə düşünürlər ki, qaynaqdır. Bilməyib danışanlara hörmətlə yanaşıram. Gözəllik yarışmasına təbii olaraq çıxmalısan. Yarışmada hər şey bir-birini tamamlamalıdır. Münsiflərin biri boyuma, digəri yerişimə üstünlük verirdi”.

    Melissa seçimlərin ədalətli şəkildə keçirildiyini qeyd edib: “Seçimlər saxta olmayıb, hər şey ədalətli şəkildə baş verib. Hər kəs düşünür ki, pul ilə önə gedirlər. Mən yarışmada belə şeylərlə rastlaşmadım. Mənim öz işim var, modellik isə hobbimdir. Bundan əvvəl seçilən gözəlləri də tənqid ediblər”.

  • Xərçəngə səbəb olan 7 qidalanma

    Alimlər sonradan yaranan bütün xərçəng növlərinin qeyri-sağlam qidalanma və piylənmə ilə əlaqədar olduğunu bildiriblər.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, bununla bağlı xərçəngə səbəb olan 7 qidalanma səhvi haqqında məlumat verilib. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə xərçəngə yoluxma riski hər il daha da artır.

    Köklük müalicəyə verilən cavabı zəiflədir

    Kifayət edəcək qədər və stabil qidalanma xərçəng də daxil olmaqla bir çox xəstəlikdən qoruyur. Mövsümə uyğun olaraq meyvə-tərəvəz qəbul etmək, un, şəkər və karbonhidratlardan uzaq durmaq, heyvan mənşəli yağların qəbulunu azaltmaq, su içmək lazımdır. Xərçəng hüceyrələrinin artmasına səbəb olan bilən bəzi qidalanma xətaları var. Bunların başında həddən artıq qida qəbulu var. Belə vəziyyət piylənməyə səbəb olur və piylənmənin xərçəngin müxtəlif növləri ilə əlaqəsi var.

    Ət, süd və pendirin tərkibindəki görünməyən yağlar

    Məlum olub ki, həddən artıq yağ qəbulu xərçəngə səbəb olur. Doymuş yağlar sayılan marqarin, kərə yağı və quyruq yağı kimi qatı yağlarla yanaşı, ətin, südün və pendirin tərkibində olan görünməyən yağlar da həddən artıq qəbul ediləndə xərçəng riskini artırır. Ət, balıq, toyuq kimi qidaları qızardanda və bişirində çox yağ əlavə etməmək, bu qidaları əsasən öz yağında bişirmək lazımdır. Çünki əks halda trans yağlar meydana gəlir və bu da xərçəngə səbəb olur.

    Həftədə üç gündən çox qırmızı ət qəbul etməyin

    Ət qəbulunu artırmaq xərçəng riskini artırır. Bunun yerinə, paxlalı və dənli bitkilərdən ən azı həftədə iki dəfə istifadə etmək lazımdır. Bundan başqa qəbul edilən ətlə yanaşı mütləq tərəvəz qəbul etmək məsləhət görülür. Qırmızı ətin tərkibində doymuş yağdan əlavə nitrit və nitrat var. Bu maddələr də kanserogen sayılır və qırmızı əti həddən artıq qəbul etmək xərçəng riskini artırır. Bundan başqa orqanizmdəki xolesterol miqdarını da artırır. Sosis və kolbasa kimi ət məhsullarının tərkibində isə nitrit və nitrat miqdarı daha çoxdur. Bunu da nəzərə almaq lazımdır.

    Bəzi içkiləri azaldın

    Bəzi içkilərin tərkibində şəkər miqdarı yüksəkdir. Şəkərsiz olsa da, rəngləndirici və süni dadvericilər xərçəng riskini artıran maddələrdəndir. Bundan başqa spirtli içki qəbulunun çox olması da bir sıra xərçəng xəstəliyi riskini artırır.
    Image result for mehsullarin etiketleri

    Məhsulların üzərindəki etiketi mütləq oxuyun

    Un məmulatlarının tərkibindəki şəkər xərçəngi sürətləndirir. Qablaşdırılmış məhsulların üzərindəki etiketləri mütləq oxuyun. Çünki bu məhsulların tərkibindəki süni qlükoza və fruktoza xərçəng riskini artırır.

    Duz qəbulu

    Çox duz qəbul etmək xərçəng, xüsusən də mədə xərçəngi riskini artırır. Tərəvəz və meyvələrin tərkibindəki soda sağlamlıq üçün faydalıdır. Həddən artıq qəbul edilən soda isə xərçəng riskini artırır.

    Soya, qarğıdalı və buğdadan uzaq durun

    Genetikası dəyişdirilmiş qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Soya, qarğıdalı və buğda kimi qidalar daha çox genetikası dəyişdirilmiş olduğu üçün mümkün qədər az qəbul etmək lazımdır.

    Qaynar yemək və içki xərçəngə səbəb olur

    Qidaları daim qaynar qəbul etmək qida borusuna ziyan vurur və xərçəng riskini artırır. Bu səbəbdən də qidaları və içkiləri qaynar-qaynar qəbul etmək məsləhət görülmür.

  • Arıqlamağın ən effektiv üsulu

    Kolorado Universitetinin alimləri artıq çəki ilə mübarizədə pəhriz və fiziki hərəkətlərin effektivliyini müqayisə edib və daha effektiv arıqlama vasitəsini açıqlayıb.

    Bu barədə “Science Daily” nəşrində məlumat dərc olunub.

    Mütəxəssislər çəki ataraq, onu sonradan sabit şəkildə saxlamağı bacaran insanlarda kalorilərin miqdarını müqayisə edib, bundan başqa, normal və artıq çəkisi olan insanların gündəlik həyat tərzi ilə bağlı məlumatların təhlilini aparıb.

    Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, artıq çəkidən qurtulmaq və sonradan onu normada saxlamaq baxımından fiziki tapşırıqlar pəhrizdən daha effektivdir.

  • “Paraşok” südünü təbii süddən necə ayırmaq olar?

    Quru süd (el arasında “paraşok süd”) təbii süddən hazırlanır.

    Süd pasterizə olunur, qatılaşdırılır, sonra xüsusi quruducu kameralarda 170 C-də qurudulur. Nəticədə toz halında olan quru süd alınır.

    Quru südün dadı dəyişilir, tərkibində vitaminlər, enzimlər və digər faydalı maddələr dağılır. Ən pisi isə odur ki, quru süddün hazırlanması zamanı onun tərkibində qeyri-tipik oksisterol maddələri əmələ gəlir ki, bu maddələr aterosklerozun inkişafına səbəb ola bilər. Məhz bu səbəbdən bəzi xarici ölkələrdə quru süddən “süd” hazırlamaq qadağandır, digər ölkələrdə isə “paraşok”dan hazırlanmış südün üzərində süd deyil, “süd içkisi” kimi qeyd yazılır.

    “Paraşok”dan hazırlanmış südü necə təyin etmək olar?

    Bir neçə üsul sizə təqdim edirik:

    “Paraşok”dan hazırlanmış südü təyin etmək üçün ilk növbədə onun dadına baxın. Südün dadı şirindirsə, bu süd çox güman ki, məhz “paraşok”dan hazırlanıb.

    Digər üsul – südü stəkana töküb ağ vərəqin üzərinə qoyun. Təbii süd ağ, bulanıq-ağ və göyümtül rəngdə ola bilər. Südün rəngi qırmızıya və ya narıncıya çalırsa, bu süd quru süddən hazırlanıb.

    Daha çox gəlir əldə etmək üçün quru südə tez-tez nişasta və ya un əlavə edirlər. Südü stəkana tökün və üzərinə bir neçə damcı yod töküb qarışdırın, südün rəngi göyə çalırsa, bu süd “paraşok”dan hazırlanıb./Saglamolun/

  • Suyu iki dəfə ardıcıl qaynatmayın: Dəhşətli fəsadları var

    Yəqin ki, bir çoxlarınız çay və ya qəhvə hazırlamaq üçün suyu çaydana töküb qaynamağa qoymusunuz.

    Telefon zəngi, sevimli serial, ailə üzvlərindən kiminsə sizi çağırması və s. bu kimi səbəblərdən çay içməyi unutmusunuz.
    Mətbəxə qayıtdıqda çaydandakı suyun artıq soyuduğunu görüb onu yenidən isitmisiniz. Lakin suyun təkrarən isidilməsinin sağlamlığıa nə qədər ziyanlı olduğunu bilirdinizmi?

    Belə ki, qaynadıqdan sonra suyun tərkibi dəyişir, zərərli maddələr buxarlanır və su içmək üçün təhlükəsiz olur. Ancaq su uzun müddət qaynadıqda və ya təkrarən isidildikdə onun tərkibindəki kimyəvi maddələr buxarlanmaq əvəzinə yenidən yığılmağa başlayır.

    1. Mərgümüş (Мышьяк)

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iddia edir ki, mərgümüş suyun tərkibində olduqda əhalinin sağlamlığı üçün daha çox təhlükə yaradır. Mərgümüş orqanizmdə tədricən yığılaraq mədə-bağırsaq traktı xəstəlikləri, periferik nevropatiya, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, dəri zədələnmələri, diabet və hətta xərçəng kimi xəstəliklərə gətirib çıxara bilər.

    2. Nitratlar

    Nitratlar yalnız torpaqda deyil, suda və hətta havada belə mövcuddur. Su yüksək temperatura məruz qaldıqda nitratlar kanserogen nitrozaminlərə çevrilir ki, bu maddələr də yumurtalıq xərçəngi, yoğun bağırsaq, sidik kisəsi, mədəaltı vəz, qida və mədə xərçəngi kimi xərçəng növlərini əmələ gəlməsinə səbəb ola bilər.

    3. Flüor

    Suyun tərkibində olan flüorun insan sağlamlığı üçün təhlükə yaratdığı faktı artıq təsdiqlənib. Elmi-tibbi jurnallardan birində içməli suda olan flüorun uşaqlarda IQ səviyyəsinin düşməsinə səbəb olduğunu təsdiq edən araşdırmanın nəticələri dərc olunub. 2013-cü ildə aparılan araşdırmalar isə flüorun dişi siçanlarda doğuş qabiliyyətini azaltdığını göstərib.

    Beləliklə, su təkcə arıqlamağa xidmət etmir, eyni zamanda düzgün istifadə olunmadıqda orqanizmə zərər verə bilər. / Milli.az

  • Daun sindromlu insanlar nə qədər yaşayır?

    Daun sindromu bu qüsuru kəşf edən alimin (Lanqdan Daun) şərəfinə “Daun” adlandırılıb. Bu sindromun yaranma səbəbi barədə tibdə hələ ki, geniş məlumat yoxdur. Bilinən yalnız budur ki, bu sindroma, əsasən, 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Belə ki, 30 yaş altındakı hamiləliklər zamanı bu sindromun ortaya çıxması ehtimalı 1/1000-dən də azdır. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Eyni zamanda 20 yaşından gənc anaların da uşaqları daun ola bilər.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, Daun irsidir və uşağa yalnız anadan keçir. Yəni burada atanın və onun yaşının heç bir fərqi yoxdur. Həkimlərin bildirdiyinə görə, çox vaxt irsi xəstəlik dedikdə, elə hesab edirlər ki, nəsildə kimdəsə Daun sindromu olubsa, sonradan da kimsə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Yəni normal insanda 46 xromosom olduğu halda, bu uşaqlarda 47 xromosom olur. Bəzi məlumatlara görə isə, Daun sindromunu törədən səbəblərdən biri də tərkibində kofein, teobromin, teofilin olan maddələrin çox qəbul edilməsidir. Nəzərə çatdıraq ki, enerji içkilərində bu maddələr çox üstünlük təşkil edir.

    Daunlu uşaqlar bir-birinə çox oxşayır, stereotipləri eyni olur. Sanki hamısı qohumdur. Hamısında boy qısa olur, əqli inkişafdan geri qalır, kəllə kiçik və yumru olub, üz nahiyəsi yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur.

    Daun sindromlu xəstələr nədən əziyyət çəkirlər?

    Onlarda görmə pozğunluğu müşahidə olunur, qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patologiyalara rast gəlinir. İmmun sistemi zəifləyir, xəstəliklərə daha tez tutulur, xüsusilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu insanların əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağıl kəmliyi hamısı üçün xarakterikdir. Onlarda tez-tez piylənmə halları da aşkar edilir. Amma Daun sindromlu uşaqlar çox mehriban olurlar.

    Daunlu uşaqlara necə nəzarət edilir?

    Belə uşaqlar piylənməyə meylli olduqları üçün yağlı qidalardan uzaq olmaları lazımdır. Vitaminli qidalar daha məsləhətdir. Daun xəstələrinin dişlərində də daim problemlər olur. Buna görə də onlar daha çox kalsiumlu qidalar qəbul etməlidirlər. Ən əsası isə Daun sindromlu uşaqların ayaqları və əlləri tez-tez masaj olunmalıdır. Bundan başqa, daun sindromlu uşaqlarla xüsusi olaraq psixoloq və loqoped işləməlidir. Bu uşaqların təhsil alması vacibdir. Belə uşaqların cəmiyyətdən təcrid olunması tamamilə yanlışdır.

    Hamilələrin diqqətinə!

    Hamilələr bu sindroma qarşı mütləq yoxlanılmalıdır. Hamiləliyin təxminən 4-cü ayında uşağın Daun sindromlu olub-olmayacağı bəlli olur. Anaya uşaqla bağlı məlumatlar verilir və hamiləliyin qarşısının alınması ananın öz öhdəsinə buraxılır. Azərbaycanda da perinatal diaqnostika vasitəsilə uşağın Daun sindromlu doğulub-doğulmayacağını müəyyənləşdirmək olar.

    Əvvəllər Daun sindromu ilə doğulan uşaqların 16-18 il ömür sürdüyü bildirilirdi. Hazırda isə bu insanların normal insanlar kimi ömür sürdüyü təsdiqlənir. 40-50 yaşında xeyli Daun sindromlu insanla rastlaşmaq mümkündür. Həkimlərin sözlərinə görə, bu uşaqlar adi insanlar kimi 70 il də yaşaya bilərlər.

    Unutmayın ki, Daun sindromlu insanlar xəstə deyillər, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi çətin olsa da, qeyri-mümkün deyil.

  • Simsiz qulaqlıqlar xərçəng riskini artırır – Alİmlərdən XƏBƏRDARLIQ

    Simsiz qulaqlıqlar bir çox problemlərə səbəb olur.

    40-dan çox ölkədən olan 250 alim, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-yə simsiz qulaqlıqların yaydığı radiasiyanın təhlükələrə yol açması ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıblar.

    Müraciətdə AirPod və digər simsiz texnologiyalardan yayılan radiasiyanın təhlükələri barədə narahatlıq ifadə olunub.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bu texnologiyaların potensial təhlükələrindən bəhs edən alimlər onların sağlamlıq problemlərinə səbəb olduğunu vurğulayıblar.

    Qeyd olunub ki, bir çox məşhur brendlərin istehsal etdiyi simsiz qulaqlıqlar beyin və daxili qulaqda xərçəng riskini artırır.

    Elm adamları siçanlar üzərində aparılan təcrübələr zamanı radiasiyanın nevroloji və genetik xəstəliklərə səbəb olduğunu da bəyan ediblər.