Bitmiş sevginin ardından çoxları özünü günahkar hesab edir.
Median.Az xəbər verir ki, metbuat.az kişiləri qadınlardan soyudan səbəbləri araşdırıb.
Sözügedən araşdırmanı təqdim edirik:
Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, professor Canan Karatay daha bir açıqlaması ilə gündəm olmağı bacarıb.
Median.Az xəbər verir ki, professor fəstfud yeməklərindən ən sağlam olanlarının adlarını açıqlayıb.
Karatay bildirib ki, lahmacun ən sağlam tez hazır olan yeməklərin başında gəlir. Çünki onun tərkibində qiymə, tərəvəz, yağ, soğan var.
Professorun sözlərinə görə, təbiiliyi korlanmadan istənilən yeməyi istənilən miqdarda yemək artıq çəkiyə səbəb olmur:
“Doyana qədər təbii olan hər şeydən yeyə bilərsiniz. Təbii yağ da buraya daxildir. Uşaqlar, hamilə qadınlar qorxmadan yeyə bilər. Ürək infarktının, xərçəngin qarşısını alır. Bədənin gümrah qalmasını təmin edir. Yağ yemək oynaqların sürtünməsini yaxşılaşdırır. Bu yağ olmadıqca vücud paslanmış kimi olar. Təbii yağ yeməkdən qorxanlar, əsasən, artıq çəki yığacaqlarından ehtiyat edirlər. Lakin bu, yanlış fikirdir. Təbii yağ artıq çəki yığmaz, əksinə, arıqlamağa kömək edər. Qara ciyərin yağını təzələyər.
Xəstə deyilsinizsə və aktiv həyat tərziniz varsa, yerli buğda ilə bişmiş pide və bu kimi şeylər yeyə bilərsiniz. Rəfinə edilmiş una, duza, yağa qarşıyam. Sağlam və təbii qida hüceyrələrimizi bəsləyər. Həqiqi olmayan qidalar hüceyrələrimiz doyurmadığı üçün daim ac hiss edirik”.
Qeyd edək ki, bir müddət öncə Canan Karatay restoranların birində fəstfud yeyərkən görüntülənmiş və kifayət qədər izləyici kütləsi olan professorun fəstfud yeməsi müzakirələrə səbəb olmuşdu. (publika.az)
“Google” Səudiyyə Ərəbistanında qadınların izlənməsini və onlara kişilər tərəfindən nəzarət etməyə imkan verən mübahisəli tətbiqi silməkdən imtina etdi.
Median.Az insider.az-a istinadən bildirir ki, diqqət altında olan “Absher” tətbiqi kişilərə qadınların səyahət etməsinə icazə verib-verməməsini təmin edir, üstəlik, qadınların pasportdan istifadəsi zamanı kişilərə bu barədə sms-bildiriş göndərir.
Xatırladaq ki, “Apple” və “Google” ötən ay bu tətbiqlə bağlı tənqidlə üzləşib. ABŞ Konqresinin 14 üzvü “Apple”-ın baş direktoru Tim Kuka və “Google”-un baş direktoru Sundar Piçaiyə tətbiqin hostinqini durdurmaqları tələbi ilə məktub ünvanlamışdı. Onlar texnoloji giqantları “Səudiyyə Ərəbistanlı qadınlarının əsarətində əlbir” adlandıraraq, şirkətləri cinsi diskriminasiyaya, qadın haqlarının pozulmasına yol verməkdə ittiham ediblər.
Bu ittihamlardan sonra hər iki şirkət həm “Google Play”, həm “Apple”-ın tətbiq mağazasından yüklənən tətbiqlə bağlı araşdırmalara başladı. Araşdırmanın nəticəsi olaraq, “Google” bildirib ki, tətbiqin kişilərə yaratdığı imkanlar “Google”-un xidmət şərtlərini pozmur. Krallığın Daxili İşlər Nazirliyinə məxsus və onun tətərfindən idarə olunan “Absher” tətbiqi əvvəlki kimi satışda olacaq.
Qeyd edək ki, “Google” tətbiqin “Google Play”-də qalmasına razılıq versə də, “Apple”-da araşdırma davam edir.
Yer üzündə kimin nə qədər yaşayacağı heç kimə bəli deyil. Ancaq həkimlər deyirlər ki, əsas ipucu tam burunumuzun altındadır.
Britaniyalı tədqiqatçılar ölüm ilə ayaq ölçüsü arasındakı əlaqəni tapıb. İki il ərzində tədqiqatçılar 3400 vəfat edən insanın bütün məlumatlarını toplayıb və araşdırma aparıb. Kembric Universitetinin professor Cim Hoc açıqlamasında qeyd edib ki, uzunömürlülük ayağın ölçüsü ilə bağlıdır.
Əldə edilən nəticəni təqdim edirik.
Qadınların ömrü:
35 ölçü – 64 ilə 69 il arasında;
36 ölçü – 70 ilə 76 il arasında;
37 ölçü – 77 ildən 82 ilədək;
38 ölçü – 78 ilə 84 il arasında;
39 ölçü – 73 ildən 75 ilədək;
40 ölçü – 70 ilə 72 yaş arasında;
41 ölçü – 67 ildən 70 ilədək;
42 ölçü – 66 ilə 69 il arasında.
Kişilər üçün:
38 ölçü – 66 ilə 69 il arasında;
39 ölçü – 67 ilə 72 yaş arasında;
40 ölçü – 72 ilə 75 il arasında;
41 ölçü – 73 ildən 77 ilədək;
42 ölçü – 75 ilə 82 il arasında;
43 ölçü – 74 ilə 79 il arasında
44 ölçü – 67 ilə 72 yaş arasında;
45 ölçü – 66 ilə 69 il arasında./Publika/
8 mart qadınlara sevgi və hörmət bayramıdır.
Eyni zamanda 8 mart rəsmi bayramlar arasında ən yaxşı bayramlardan sayılır. Bu bayram əvvəlcə siyasi çalarlar daşıyıb və bahar, sevgi və ehtiram rəmzi yox, mübarizə günü olub. Qadınlar kişilərlə ailədə, həyatda, seçkidə bərabər hüquqa malik olmaq üçün mübarizə aparıblar. Bəs bu bayram necə yaranıb?
Median.Az ölkə.az-a istinadən 8 mart bayramının yaranma tarixi ilə mövcud olan versiyaları təqdim edir.
Rəsmi versiya: Zəhmətkeş qadınların həmrəylik günü
Bu versiyaya əsasən 1857-ci ildə Nyu-Yorkda toxuculuq fabriklərində işləyən qadınlar “boş qazanlar marşı” adlı yürüş keçiriblər. Zəhmətkeş qadınlar maaş azlığından və çətin iş şərtlərindən şikayət ediblər. Maraqlıdır ki, o dövrə aid mətbuat səhifələrində belə bir yürüş barədə məlumat yoxdur. Tarixçilər müəyyənləşdiriblər ki, 1857-ci ilin 8 mart tarixi bazar gününə düşürmüş. Bazar günü iş yerində tətilə çıxmaq qəribədir.
1910-cu ildə Kopenhagendə keçirilən qadınlar forumunda alman komunnisti Klara Setkin 8 martı beynəlxalq qadınlar günü kimi təsis etməyi təklif edib. Onun fikrinə görə, bu gün qadınlar cəmiyyətin fikrini problemlərinə yönəltmək üçün mitinqlər və iğtişaşlar keçirməli idilər. Bu tarix bir çoxumuza məlumdur. İlk illər 8 mart öz hüquqları uğrunda mübarizə aparan qadınların beynəlxalq həmrəylik günü adlanırdı. 8 mart günü isə toxuculuq fabrikində çalışan qadınların tətilə çıxdığı gün sayılırdı, amma tarixdə belə bir hadisə olmayıb. Əslində belə bir hadisə olub, amma etiraz mitinqi keçirən toxuculuq fabrikinin qadınları olmayıb.
SSRİ-də 8 mart
SSRİ məkanına bu bayramı Setkinin rəfiqəsi, inqilabçı Aleksandra Kolontay gətirib. Aleksandranın bir frazası məşhurdur: “Qarşına çıxan ilk kişi ilə yatağa girmək bir stəkan su içmək kimi asandır”. Bu bayram SSRİ-də 1921-ci ildən qeyd edilir.
İkinci versiya: Yəhudi versiyası-yəhudi çariçasının mədhi
Tarixçilər hələ də Klaranın yəhudi olub-olmadığı barədə ortaq fikrə gələ bilmirlər. Bəzi tarixçilərin fikrinə görə, Setkin çəkməçi bir yəhudinin ailəsində dünyaya gəldiyini, bəziləri isə müəllim işləyən bir almanın qızı olduğunu bildirirlər. Amma Setkinin 8 martı Purim yəhudi bayramı ilə əlaqələndirməsi onun yəhudi olmasından xəbər verə bilər.
Klara qadınlar gününü yəhudi xalqının tarixi ilə əlaqələndirmək istəyib. Əfsanəyə əsasən, fars çarı Kserksin sevgilisi Esfir yəhudi xalqını əziyyətdən qurtarıb. Kserks bütün yəhudiləri qırmaq istəyirdi. Amma Esfir şahı inandıra bildi ki, yəhudiləri öldürmək lazım deyil, əksinə, farslar da daxil olmaqla bütün yəhudi düşmənlərini məhv etmək lazımdır. Bu hadisə yəhudi təqvimi ilə 13 Arda günü baş verib. Arda ayı fevralın sonu, martın əvvəlləri başlayır. Esfiri mədh edən yəhudilər Purim bayramını qeyd etməyə başladılar. Bayram tarixi dəyişirdi, bu səbəbdən 1910-cu ild 8 mart gününə təsadüf etdi.
Üçüncü versiya-qədim peşənin qadınları
Üçüncü versiya ən qalmaqallı və qadınların zəhləsini aparan versiyadır. 1857-ci ildə Nyu-York şəhərində həqiqətən qadınların etiraz mitinqi keçirilib. Amma bu qadınlar toxuculuq sahəsinin işçiləri yox, fahişələr olub. Qadınlar onların xidmətlərindən istifadə edən, amma ödəniş edə bilməyən matroslara maaş verilməsini tələb ediblər.
1894-cü ilin 8 mart tarixində Parisdə də fahişələr mitinq keçirdilər. Bu dəfə onlar zəhmətkeş qadınlarla eyni hüquqa malik olmağı və xüsusi həmkarlar ittifaqlarının təsis edilməsini tələb etdilər. Eyni hadisə 1895-ci ildə Çikaqoda, 1896-cı ildə Nyu-Yorkada baş verdi. Bu səbəbdən Setkinin təklif etdiyi kimi. 1910-cu ildə 8 mart günü beynəlxalq qadınlar günü kimi təsis edildi.
Klara özü də bu tip aksiyalar keçirirdi. Məsələn, 1910-cu ildə rəfiqəsi Roza Lüksemburq ilə birlikdə alman şəhərlərində fahişələri aksiyaya çıxararaq polis azğınlığının qarşısını almağı tələb edirdilər.
Başqa versiya
Klara Setkin ilə bağlı başqa versiyadır. Klara alman və beynəlxalq fəhlə hərəkatının fəalıdır. Bir çoxlarının fikrinə görə Klara həyatında siyasi mübarizədən başqa heçnə olamayan və kommunist və fəhlə hərəkatının “boz siması”dır. Əslində isə Klara Setkin maraqlı insan və yaraşıqlı qadın olub. Bu versiyaya əsasən Klara alman müəllimin qızıdır. Pedaqoji təhsili başa vurduqdan sonra o dövrün əksər gəncləri kimi müxtəlif siyasi dərnəkləri ziyarət edib. Burada gələcək həyat yoldaşı Osip Setkinlə tanışı olur. Alman hökuməti Osipi siyasi baxışlarına görə ölkədən qovur. Gənc cütlük Parisə yerləşir və evlənirlər. Klaranın Maksim və Konstantin adlı iki oğlu dünyaya gəlir. Gənc ailə Parisdə də inqilabi fəaliyyətlərini davam etdirirlər. Kalr Marksın qızı Laura Lafarq və Fransa fəhlə hərəkatının digər nümayəndələri Klaraya bu işi öyrədirlər.
Klara və Osip Parisdə təsadüfi qazanc hesabına yaşayırlar. 1889-cu ildə Osip dünyasını dəyişir. Klara 1890-cı ildə Almaniyaya qayıdır və Roza Lüksemburq ilə birlikdə alman sosial-demokratların sol qanadını təmsil edir.
Klaranın şəxsi həyatında sonralar dəyişikliklər baş verir. O, gənc rəssam Georq Tsundelə aşiq olur və görüşməyə başlayır. Rəssamın əsərləri yaxşı satıldığı üçün cütlük yaxşı yerdə ev və maşın alır. Mənbələrin məlumatına görə Lenin bu evdə qalmağı xoşlayırdı.
Klara “Bərabərlik” qəzetini redaktəsi ilə məşğul idi. Bu qəzetin maliyyəsini Robert Boş (elektrotexnika nəhəngi) verirdi. Qəzet çox məşhur olduğu üçün tezliklə Klara Setkin Almaniyanın ən tanınmış sosialistlərindən birinə çevrilir. Təbii ki, bu səbəbdən də 1910-cu ildə Kopenhagendə baş tutan qadınların beynəlxalq konfransında iştirak edir. Klaranın konfransdakı təklifi barədə yuxarıda qeyd etmişik.
Beləcə Klaranın səyi nəticəsində 8 mart tarixi qadınlar günü kimi 1913-cü ildən müntəzəm olaraq qeyd edilməyə başladı.
Klaranın sonrakı həyatı
1914-cü ildə Klara rəssamla ayrılır. Setkina müharibənin əleyhinə idi. Amma gənc əri könüllü surətdə cəbhəyə yazılır və müharibəyə gedir.
Müharibədən sonra Klara 1933-cü ilə qədər Reyxstaqın deputatı olur, sol cəbhədə mübarizəni davam etdirir. Müntəzəm olaraq Sovet İttifaqına səfər edir. Hitler hakimiyyətə gəldikdən sonra Klara SSRİ-yə köçür.
Klara uzun müddət əri ilə boşanmır. 1928-ci ildə cütlük rəsmən boşanır və rəssam sevgilisi Paula Boş, yəni Robert Boşun qızı ilə evlənir.
Klaranın oğlu Konstantin 22 yaşı olanda 36 yaşlı Roza Lüksemburqun sevgilisi olur. Nəticədə Roza ilə Klara arasında münasibətlər pozulur. Amma gənc rəssam Klaranı tərk edəndə Konstantin də Rozanı tərk edir və rəfiqələr yenidən barışırlar.
Klara 1933-cü ilin 20 iyun tarixində Arxangelskdə dünyasını dəyişib.
Başqa bir versiya – 8 rəqəmi
8 mart bayramı 1914-cü ilin 8 mart tarixindən qeyd edilir. Məhz bu gün özündən 18 yaş kiçik ərindən ayrılan Klara Setkin və sevgilisi tərəfindən tərk edilən Roza Lüksemburq bir-birinin ağuşunda ovunublar. Rozanın sevgilisi isə Klaranın böyük oğlu idi. Məhz bu səbəbdən bu iki qadın konfransda 8 mart tarixini bayram kimi təklif edirlər. 8 rəqəmi elə-belə seçilməmişdi. Digər rəqəmlərə nisbətən 8 rəqəmi daha çox qadın bədənini xatırladır.
Hə, əziz oxucu, bu 8 mart bayramı ilə bağlı topladığımız tarixi məlumatlar idi. Siz yenə də tarixi məlumatlara fikir verməyin, yaxın və doğma qadınlarınızı təbrik edin.

Nadir hallarda televizora baxan və müntəzəm olaraq səhər yeməyi yeyən insanlar qan damarları ilə bağlı problemlərdən daha az əziyyət çəkir və daha elastik arteriyalara malik olur. Bu isə ürək-damar xəstəlikləri və insult riskini azaldır.
Bu barədə elmi məqalə “EurekAlert!” nəşrində dərc olunub.
Mütəxəssislər Korinf yunan şəhərinin iki minə yaxın sakininin həyat tərzi ilə bağlı məlumatlarını təhlil edib. Tədqiqata 40-99 yaşları arasında könüllülər cəlb olunub. Məlum olub ki, oturaq həyat tərzi keçirən və tez-tez divanda oturub televizora baxan insanlarda televizordan az istifadə edən insanlarla müqayisədə, qan damarlarında zərərli çöküntülərin miqdarı daha çox olur.
Alimlər qeyd edir ki, aşağı enerji sərfiyyatlı fiziki aktivlik belə, (məsələn, ev işləri) bu aspektdə sağlamlığa müsbət təsir göstərir.
Televizora həftə ərzində 21 saatdan çox baxan insanlarda televizor qarşısında həftəlik yeddi saatdan az vaxt keçirən insanlarla müqayisədə, hipertenziya riski 68 faiz, diabet riski 50 faiz çox olur.
Paralel olaraq, süd, çörək, pendir və qarğıdalı lopalarından ibarət yüksək enerjili səhər yeməyi arteriyaların vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Axundova Şabikə Fərhad qızı Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, kəndin ən yaşlı sakinidir. Şabikə nənənin nə az, nə çox, düz 114 yaşı var.
Median.Az bildirir ki, oxu.az-ın əməkdaşları 114 yaşlı qadının evində olub, onunla söhbətləşiblər:
Şabikə Axundovanın şəxsiyyət vəsiqəsində 1905-ci ildə anadan olduğu qeyd edilib. Şabikə nənə deyir ki, bu yaşa çatmasına əsas səbəb ömür boyu fiziki işlər görməsi olub:
– Şağlaser kəndində doğulmuşam. Ailə qurub Boladi kəndinə gəlin gəlmişəm. Ailədə üç bacı, üç qardaş olmuşuq. Bacı-qardaşlarım dünyasını dəyişib. Mən fiziki işlərlə çox məşğul olurdum. Əsasən, çay yığırdım. Həyət-bacada işləyirdim.
– Neçə övladınız var?
– Doqquz övladım – beş oğlan, dörd qızım var. Qızlarımdan biri dünyasını dəyişib.
– Nəvə-nəticələriniz çox olar.
– 40 nəvəm, 20-yə yaxın nəticəm, doqquz kötücəm, iki yadıcam var. Bakıda yaşayırlar. Hərdən darıxıram onlar üçün. Arada gəlib məni görürlər.
– 114 il ömür yaşamısınız. Həyatda peşman olduğunuz məqamlar olub?
– Yaddaşımda çox şeylər qalmayıb. Amma peşmançılığım olmayıb. Allah rəhmət eləsin, yoldaşım çox yaşı adam olub, çox xoşbəxt günlər yaşamışıq.
– Yoldaşınızla sevib evlənmişdiniz?
– Məni çox sevirdi (gülür). Sevib evlənmişəm. Yoldaşım o vaxt məni gəmi ilə qaçırmışdı. Bir-birimizə çox dəyər verirdik. İndiki sevgilər kimi deyildi. Təəssüf ki, yoldaşımı tez itirdim. Onun sağlığında həyatımın ən gözəl günlərini yaşamışam.
– Yoldaşınızı tez itirdiyinizi dediniz. Sonra yenidən ailə həyatı qurmaq istəmisiniz?
– 1994-cü ildə yoldaşımı itirmişəm. Qadın bir dəfə ailə qurar. Ömür boyu da o insanla həyatını başa vurar. Mən heç vaxt yoldaşımdan sonra ikinci bir insanla ailə qurmağı düşünməmişəm.
– Bu yaşda darıxdığınız kimsə var?
– İnsanın həyatda ən çox sevdiyi övladları olar. Mən övladlarımdan bir qızımı itirmişəm. Onun üçün çox darıxıram. Bir də yoldaşım üçün. Yoldaşımın yanına getmək üçün gün sayıram.
– Qarşıdan 8 Mart gəlir. Kimdən hədiyyə gözləyirsiniz?
– Yoldaşım yanımda olanda mənə hər şey alırdı. İndi heç kimdən heç nə gözləmirəm. Uşaqlarım hədiyyə olaraq nələrsə alır, sağ olsunlar.
– 114 yaşınız var. Gün ərzində nələr edirsiniz?
– Bir oğlumun həyat yoldaşı mənə kömək edir. Evdə çox iş görə bilmirəm, artıq yoruluram. Yemək bişirib gətirir. Heç nəyə ehtiyacım olmur. Pensiyamı alıram, tapşırıram oğluma, istədiklərimi alıb gətirir.
– Can, həqiqətən, şirindir, yoxsa?
– Yəqin, şirin olar. Şirindir.
– Səhhətinizdə nə problemləriniz var?
– Heç bir problemim yoxdur. Bu günə qədər heç bir xəstəliyim olmayıb. Amma yaddaşım zəifləyib, çox şeyləri xatırlaya bilmirəm.
– Övladlarınıza hər hansı vəsiyyətiniz varmı?
– Böyük oğluma vəsiyyət etmişəm ki, mən öləndə yoldaşımın yanında dəfn etsinlər. Qəbrimin üstündə çadır qursunlar, molla üç gün “Quran” oxusun. Bütün zinət əşyalarımı da gəlinlərim arasında bölüşdürsünlər.
– Həyatda gerçəkləşməsini istədiyiniz arzunuz qalıbmı?
– Bütün arzularıma çatmışam. Övladlarımı evləndirmişəm, nəvələrimin toyunu görmüşəm. Tək arzum odur ki, Allah onlara sağlam, uzun ömür versin.




İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.
Bu barədə press-reliz “MedicalXpress” nəşrində dərc olunub.
Tədqiqatın gedişində bioloqlar yüksək dəqiqlikli mikroskopiya vasitəsilə danio-rerio balıqlarında neyronların 3D görüntülənməsini həyata keçirib. Bu, gündəlik dövrələr zamanı xromosomların fəaliyyətini yaxından izləməyə imkan verib.
Məlum olub ki, canlı oyaq olan zaman onun DNT-də zədələnmələrin sayı artmağa başlayır. Uzunmüddətli yuxusuzluq onları təhlükəli səviyyəyə çatdıra bilir.
Alimlərin sözlərinə görə, yuxu hüceyrə nüvəsinin funksiyasını qoruyub saxlayır, xromosomların dinamikasının qaldırır, hər bir neyronda genetik materialı bərpa edir.

Yer kürəsinin 441 min kilometr məsafəsindən “2015 EG” asteroidi keçib.
Median.Az “Space.com”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.
42 metrədək ölçüyə malik asteroid ilk dəfə NASA tərəfindən 2015-ci ildə müşahidə olunub.
Qeyd edək ki, “Catalina Sky Survey” tədqiqat proqramı çərçivəsində bu ilin fevral ayının 11-də “2019 CN5” asteroidinin Yer kürəsindən cəmi 118,2 min kilometr, ayın 15-də isə “2019 CS5” asteroidinin 400 min kilometr məsafədə keçdiyi bildirilir.

ABŞ-ın Tafts Universitetinin alimləri pomidorun tərkibində olan likopinin karotinoid piqmentinin qaraciyərin piylənməsi, xərçəngi və iltihabı riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən edib.
Bu barədə elmi məqalə “MedicalXpress” nəşrində dərc olunub.
Araşdırma zamanı yenidoğulmuş siçanlara qaraciyərdə bədxassəli şişlərin inkişafına yol açan kanserogen maddə yeridilib. Daha sonra gəmiriciləri yüksək miqdarda yağlı qidalarla yemləyiblər. Habelə bir siçan qrupuna əlavə olaraq tomat tozu veriblər.
Məlum olub ki, lipokin onların orqanizmində faydalı mikrofloranın miqdarını və müxtəlifliyini artırıb və iltihab yaradan bəzi bakteriyaların çoxalmasına əngəl yaradıb. Bu mexanizm qaraciyər xəstəliyi və xərçəngə tutulma ehtimalını əhəmiyyətli dərəcədə azaldıb.
Alimlər tomat tozunun ayrılıqda lipokinin tətbiq olunmasından daha effektiv olduğunu müəyyənləşdirib. Bu, pomidorlarda başqa faydalı birləşmələrin, o cümlədən, E vitamini, C vitamini, folatlar, minerallar, fenol birləşmələr və qidalı liflərin olması ilə əlaqələndirilir.