Category: Maraqlı

  • Bərdəli Ramil Ziyadov evini-eşiyini satdı, velosipedə minib ölkəni tərk etdi – 5 ildə 32 ölkəni gəzib… – FOTO

    Türkiyə və Azərbaycan bayraqlarını velosipedinə taxaraq yola çıxan azərbaycanlı səyyah Ramil Ziyadov 5 ildən çoxdur ki “səhra küləyi” adını verdiyi velosipedilə dünyanı dolaşır.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında səyyahla müsahibə dərc olunub, səfər etdiyi ölkələr, qarşılaşdığı maraqlı hadisələr, günlük xərci, səyahətin çətin və asan tərəfləri haqqında danışılıb.

    R. Ziyadov 1978-ci ildə Bərdə şəhərində doğulub. Yaşadığı rayonda təsərrüfatla məşğul olan Ziyadov 2014-cü ildə bütün var-dövlətini – evini, torpaq sahəsini sataraq velosiped və səyahət üçün vacib olan əşyalar alıb, 10 yaşından bəri arzuladığı dünya turunu gerçəkləşdirmək məqsədilə səyahətə çıxıb. Həmin vaxtdan bu yana velosipedinə taxdığı Azərbaycan və Türkiyə bayraqları ilə dünyanı dolaşır. Hələ də səyahətinə davam edən Ziyadov 5 il ərzində 60 min kilometr qət edərək 32 ölkəni dolaşıb.

    Azərbaycandan yola çıxan səyyah ilk öncə öz yaşadığı bölgənin tarixini öyrənmək üçün Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı gəzib, daha sonra isə Avropa və Cənubi Amerikaya istiqamət alıb. İspaniyadan Misirə, Perudan Ekvatora qədər bir çox ölkələri dolaşan Ziyadov getdiyi yerlərdə kiçik işlərdə çalışaraq günlük xərcini çıxarır. Gün ərzində təxminən 4 dollarla dolanan səyyah Azərbaycan və türk mədəniyyətini, tarixini və mətbəxini təbliğ edir.


    Türkiyəyə səyahət zamanı Ankaraya gələn səyahətçi Kolumbiyada pide, çörək bişirdiyini deyib: “Getdiyim ölkələrdə mədəniyyətimizi və mətbəximizi insanlarla paylaşıram. Kolumbiyada pide, çörək bişirdim. Mövlananın bir sözü var, “hər şeyimi itirdim, özümü tapdım”. Mən də hər şeyimi satdım, amma rahatlıq tapdım. Bir də belə seçim qarşısında qalsam, yenə bunu seçərəm”.

    Azərbaycanlı səyyah səfəri əsnasında ən çox təsirləndiyi bölgənin Rusiyadakı Baykal gölü və Sibir olduğunu söyləyib: “Baykal gölü mənim üçün rahatlıq tapdığım yerdir. Orada başqa bir dünyaya girdiyimi hiss edirəm. Fərqli bir atmosfer var. Hər kəsin bir dəfə getməsini məsləhət görərdim”.

    Səyyah Sibirdə təxminən iki aya qədər çadırda qaldığını deyərək orada macəra yaşadığını, çadırına ayı gəldiyini deyib: “Bir də baxdım ki çadırı iyləyir. Çadırdan çıxdım və ayını qovmaq üçün əlimdəki səs bombasını atdım. Sabah bayıra çıxdığımda ayının ayaq izlərini gördüm. Mənim üçün bu çox maraqlı bir an idi”.

    Velosipediylə Cənub Amerika ölkəsi olan Kolumbiyanı gəzdiyini və çox bəyəndiyini söyləyən Ziyadov bu ölkədə insanlardan çox yaxşılıq, xeyirxahlıq gördüyünü dilə gətirib. “Oranı öz ölkəm kimi sevirəm. Kolumbiyada məni yolda görənlər bir tikə çörəyini belə mənimlə paylaşıblar”.


    Azərbaycanlı səyyah Venesuela, Ekvador və Peruda da olduğunu bildirib. Onun sözlərinə görə, Peruda Cənubi Amerikanın 5 min 59 metr yüksəkliyindəki ən uzun keçidi – Abra Huayraccasa keçidindən keçən ilk türk olub. Ekvadorda yaşadığı bir xatirədən da bəhs edən Ziyadov orada türk bayrağını tanıdıqlarını söyləyib: “Ekvadorda bir kənddən keçərkən məktəbdən çıxan bir qrup uşaq velosipedimdəki türk bayrağını görüncə arxamdan”Turco, Turco “deyə qışqırmağa başladılar. O qədər qürur duydum və duyğulandım ki, ağlamağa başladım. Daha sonra velosipeddən endim və ən yaxındakı marketdən uşaqlara şirniyyat aldım. Onlarla söhbət etdim. Mənim üçün heç unutmayacağın xatirələrdən biri bu oldu”.

    Ziyadov qeyd edir ki, o, Şimali Afrika ölkələrindən yalnız Misirə gedib. Digər ölkələrə getməməsinə səbəb isə 2015-ci ildə xoşagəlməz hadisənin baş verməsidir: “Misir piramidalarının qarşısında türk bayrağını qoyaraq fotoşəkil çəkdirdim. Foto çəkildikdən sonra bir cip arxadan məni izləməyə başladı. Buradakı xoşagəlməz hadisədən sonra Afrikaya getməməyə qərar verdim”, – deyə bildirib.

    Bərdəli səyyah bu gün insanların təbiəti, yağışı və torpağın qoxusunu unutduqlarını deyir: “Mən bu səyahətdə sadaladıqlarımı tapdım. Səyahətimi nə vaxt bitirəcəyəm bilmirəm. Yaşayıram, bu, həyat tərzim, həyatımın ayrılmaz bir parçasıdır”, – deyə vurğulayıb.

    Türkiyədən sonra pasportla bağlı bəzi sənədləşmələri həll etmək üçün bir müddətlik ölkəsinə dönəcəyini söyləyən Ziyadov Azərbaycandan qayıtdıqdan sonra İrana, oradan da Pakistan və Hindistana getmək niyyətindədir.

  • Diş məcunu seçərkən bunlara diqqət edin – 5 amil

    Diş məcunu seçərkən bir sıra amillərə diqqət edilməlidir. Əks halda dişlərinizə, o cümlədən də sağlamlığınıza zərər vura bilərsiniz.

    Median.Az Medicina.az-a istinadən sizə düzgün diş məcunu seçiminin qaydalarını açıqlayır:

    1. Ftor tərkibli diş məcunu istifadə edin

    Dişlərin üzərində olan mina təbəqəsi kristallardan ibarətdir. Bu kristalların adı hidroksiapatitdir. Bu bakteriyalar kristalların dağılmasına səbəb olaraq dişin mina təbəqəsini zədələyirlər. Ftor, hidroksiapatit kristallarına birləşərək florapatit əmələ gətirir ki, bu maddə bakteriyaların mina təbəqəsinə təsirini azaldır. Ftor maddəsi dişləri qüvvətləndirən və çürüməsinin qarşısını alan aktiv elementdir.

    2. Dişləriniz həssasdırmı?

    Dişin mina təbəqəsinin altında kanallardan ibarət dentin təbəqəsi yerləşir. Müxtəlif səbəblərdən üzə çıxan dentin təbəqəsi soyuq, isti, turş, şirin kimi qidalar səbəbindən qıcıqlanır və həssas olur. Buna görə də həsasiyyət problem yaşayan xəstələr diş məcunu seçimində diqqətli olmalıdırlar. Yaxşı olardı ki, çox nanəli və acı dadlı məcunlardan uzaq durasınız. Yaxşı olardı ki, həssas dişlər üçün nəzərdə tutulan məcunlardan istifadə edəsiniz. Onların tərkibində olan ionlar üzə çıxan dentin kanallarını qapayaraq həssaslığı aradan qaldırır.

    3. Uşaqlar üçün məcun seçərkən diqqətli olun

    Uşaqlara diş fırçalamaq vərdişini kiçik yaşlardan formalaşdırmaq lazımdır. Yaxşı olardı ki, özünüz dişlərinizi fırçalayaraq onlara nümunə olun. Uşaqlar dişlərini fırçalayan zaman məcunu uda bilərlər. Bu səbəbdən də onlara ftor səviyyəsi aşağı olan diş məcunları alın.

    4. Çalışın ki, ağ rəngli diş məcunlarından istifadə edəsiniz

    Damaqda olan hər hansı bir problem dişlər fırçalanarkən onların qanamasından məlum olur. Rəngli diş məcunları isə qanın rəngini itirə bilər. Buna görə də problemdən vaxtında xəbərdar olmaq üçün ağ rəngli məcunlardan istifadə edin.

    5. Ağardıcı məcunlara diqqət

    Məcunun tərkibində olan hissəciklərin dişin səthini cızması onların zədələnməsinə səbəb ola bilər. Bu isə daha sonralar özünü çürümə kimi büruzə verəcəkdir. Buna görə də çalışın ki, tərkibində sərt hissəciklər olmayan məcunlardan istifadə edəsiniz.

  • Dünyanın ən gözəl ölüləri – Qəfəsdə saxlanılsa da, onlara toxunmaq mümkündür

    Bu gün dünyada möhtəşəmliyi, tarixiliyi ilə seçilən mumiya məktəblərindən biri də İtaliyada yerləşən Siciliya adasındadır.

    Median.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mumiyanı öyrənmək üçün hər il dünyanın müxtəlif yerlərindən Siciliya məktəblərinə tələbə qəbulu keçirilir. Əsrarəngizliyi, sehri, sirri və qəribə cazibəsi ilə seçilən Siciliyanın mumiyaçılıq ixtisaslarında isə onların daha yaxşı şəraitdə saxlanması və mühafizə edilərək gələcək nəslə ötürülməsi öyrənilir.

    Burada minlərlə mumiya nümunələri mühafizə olunur. Ekspertlər bu mumiyaları analiz etməklə onların yaşadıqları xəstəliklər, ölüm səbəbləri, həyat tərzləri, statusları, yaşları haqda da məlumatları əldə etmiş olurlar.

    300 il ərzində özünü inkişaf nəticəsində təkmilləşən Siciliya məktəbində həmçinin mumiyalanma prosesinin necə baş tutması da öyrədilir.

    Bunun üçün öncə cansız cəsəd qurudularaq təmizlənir, daha sonra isə o müəyyən müddət ərzində tabutda saxlanılır. Yalnız bundan sonra bədən parçalanaraq mumyalanır.

    Siciliyalı mütəxəssislər bu elmin necə yaranması haqda danışaraq bildiriblər ki, qədimdə insanlar onları tərk edərək o dünyaya gedən sevdiyi şəxsdən ayrıla bilmədikləri üçün bir çıxış yolu axtarıblar: “Beləcə mumiya elmi meydana gəlib. Bununla da onlar sevdiklərini gedib görə biləcəkləri ilə özlərinə təskinlik verirdiər”.

  • Bəşəriyyətin nə qədər ömrü qalıb? – Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar

    Bəşəriyyət Yerin kosmik cisimlə toqquşması, təbii və ya texnogen qəzalar nəticəsində məhv ola bilər.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bu KİV-in fantaziyası və ya Hollivud senaristlərinin qələmindən çıxan yazılar yox, alimlərin proqnozudur.

    2036-cı il

    2007-ci ilin oktyabrında Penza vilayətində bir kəndin sakinləri Qiyaməti gözləmək üçün mağaraya sığındılar. Onların fikrinə görə, 2008-ci ilin may ayında Yer kometlə toqquşaraq məhv olacaqdı. Kosmik fəlakət baş vermədiyi üçün penzalı sakinlər mağaranı tərk etdilər.

    Bəşəriyyətin sonu, Qiyamət günü haqqında müxtəlif dinlərdə də var. Xristanlıqda Armageddonun tarixi 1000-2000-ci illər arası göstərilir. Mayalıların təqvimində isə 2012-ci il qeyd edilmişdi.

    Təhlükə səmadan gözlənilirdi. Günümüzdə astronomlar Yerlə təhlükəli məsafəyə qədər yaxınlaşa biləcək irili-xırdalı kosmik obyektləri kəşf ediblər. Bəzi hallarda isə toqquşma istisna edilmir.

    Daha çox Apofis asteroidi alimləri qorxuya salır. Bu asteroid 2029-cu ilin 13 aprel tarixində geri qayıdacaq və Yerin mərkəzindən 38 min km məsafədən keçəcək. Kiçik bir ehtimala əsasən, asteroid altı yüz metrlik təhlükəli zonaya girəcək və planetin qravitasiya sahəsi onun trayektoriyasını dəyişəcək. Bu zaman 2036-cı ildə Apofis geri qayıdanda planetimizlə toqquşacaq. Rusiyalı alimlərin hesablamasına əsasən, 2036-cı ildə Apofislə toqquşma risk zonasına Uzaq Şərq, Mərkəzi Amerika ölkələri və Qərbi Afrika daxildir.

    2026

    Yarım əsr bundan əvvəl amerikalı riyaziyyatçı Hayns fon Ferster həmkarları ilə birlikdə “Science” jurnalı üçün məqalə hazırladı. Bu məqalədə Qiyamətin dəqiq vaxtı kimi 2026-cı ilin 13 noyabr tarixi göstərilib.

    Ferster iki parametrdən, yəni istənilən canlı varlığın populyasiyasını təyin edən artım və ölüm həddindən istifadə edib. 1975-ci ildə alman astrofizik Sebastyan fon Horner insan fəaliyyəti ilə bağlı digər parametrləri də nəzərə aldı və ehtimal etdi ki, Qiyamət günü 2020-2050-ci illərin arasındakı bir günə təsadüf edəcək. Bu dövr ərzində planetdə insanların sayı o qədər artacaq ki, qidalanma ilə bağlı ciddi problemlər üzə çıxacaq. Eyni zamanda sənayə tullantıları səbəbindən atmosfer həyat üçün əlverişsiz şəraitə qədər isinəcək.

    Amerikalı alimlər fon Hornerin düsturuna son 30 ildə baş verən dəyişiklikləri nəzərə alaraq yeni əhəmiyyət qazandırıblar. Məlum olub ki, Qiyamət 2300-2400-cü ildən tez baş verməyəcək. Səbəb isə qlobal istilər və planetin insan fəaliyyətinə görə isinməsi olacaq.

    XXI əsr

    1972-ci ildə Romadakı intellektual, alim, futuroloqların ittifaqı sivilizasiyanın inkişafının sərhədləri barədə hesabat təqdim etdi. Müəlliflər əhali artımı, sənaye, bərpa olunmayan təbii ehtiyatların istifadəsi, ekologiyanın korlanması kimi məsələləri nəzərdən keçirərək bildiriblər ki, XXI əsr Qiyamət əsri olacaq. Əgər fəaliyyətləri, siyasəti və texnoloji inkişafı dəyişsək, bəşəriyyətin məhvinin qarşısını ala bilərik.

    1980-ci illərin əvvəlində bir neçə riyaziyyatçı bəyan etdi ki, bəşəriyyətin mövcud olduğu vaxtı bilərək gələcəkdən xəbər vermək olar. Bu, dünyanın sonu teoremi adlanır.

    Riyaziyyatçıların fikrinə əsasən, əgər biz təsadüfən hansısa prosesi müşahidə etmək qərarına gəliriksə, bunu ortada edirik, prosesin əvvəlində və sonunda etmirik. Deməli, bizim sivilizasiya yolunun ortasındadır və ola bilər ki, bir neçə yüz il və hətta bir neçə min il ehtiyat vaxtımız var…

  • Gözlərimiz niyə “yol çəkir?” – ELMİ SƏBƏBLƏRİ

    Çox vaxt insanın özündən asılı olmayan səbəblərdən baxışları bir nöqtəyə zillənib, cansız, şüşə gözlər kimi hərəkətsiz qalır. Hətta el arasında bu vəziyyətə “gözlərin yol çəkir”, “uzaq yerdən qonağın gələcək” kimi sözlərlə ifadə olunur. Bəs bu həqiqətən belədir, yoxsa bu vəziyyətin dərinliyində ciddi problemlər dayanır?

    Median.Az “ölkə.az”a istinadən oxucularına bu vəziyyətin səbəblərini təqdim edirik.

    Bəlkə də gözlər qəlbin aynasıdır- frazası bu məsələyə öz qəlibində aydınlıq gətirə bilər. İnsanın daxili vəziyyəti baxışlarında öz əksini tapır. Çünki bizim gözlərimiz sinir sistemimizlə birbaşa əlaqədədir.

    Əgər siz sevincli və ya kədərlisinizsə bu mütləq baxışlarınızda özünü biruzə verir. Hətta insan öldükdən sonra onun gözləri bir müddət işığa reaksiya verir, göz bəbəkləri canlı orqanizm kimi reaksiya verə bilir (qırpılır).

    “Donuq baxış” effektinin bir neçə səbəbləri var.

    1. Soyuqdəymə, zökəm.

    Bu gözlərin donuq olmasının ən geniş yayılmış səbəbidir. Qızdırma, zəifləmiş orqanizm, halsızlıq birinci gözlərdə əks olunur. Onların rəngi solur, yorğun görünür və tez-tez baxışlar bir nöqtəyə yönəlir. Xoşbəxtlikdən, bu simptom xəstəliklə birlikdə yoxa çıxır.

    2. Psixoemosional vəziyyət.

    Psixoloqların fikrincə “donuq baxış” effektinin yaranmasının başlıca səbəbi insan psixologiyasından asılıdır. Bu vəziyyət onun özünə qapanmasından, depresiyadan xəbər verir.

    Hər kəs ətrafında baş verən çətinliklərə, bədbəxt hadisələrə başqa formada reaksiya verir. Güclü emosiyalar qarşısında bu vəziyyət özünü daha tez göstərir. Yox əgər heç bir pis hadisə baş verməyibsə, ancaq insanda yenə bu donuq baxışlar müşahidə olunursa, bu erkən depresiyanın xəbərçisidir. Bundan xilas olmaq üçün, mütləq bu melonxolik vəziyyətdən qurtulmaq lazımdır.

    3. Fiziki yorğunluq.

    Orqanizmə həddən artıq fiziki təzyiq etmək, uzun müddət yuxusuz qalmaq da “boş baxış” effektinə yol aça bilər. Bundan qurtulmaq üçün bu vərdişlərinizdən əl çəkin.

    4. Sərxoşluq, alkoqolizm.

    Əgər insan spirtli içkilərdən həftədə 1-2 dəfə və az miqdarda istifadə edirsə, “donuq baxış” vəziyyəti onun üçün qorxulu deyil. Bu vəziyyət spirtli içkilərdən mütəmadi və çox istifadə edənlərdə daha çox görünür. Bundan başqa alkoqolizmdə bu vəziyyət göz torbaları ilə bərabər müşahidə olunur. Bu vəziyyətdən xilas olmaq üçün mütləq mütəxəssisə müraciət olunmalıdır. Təsirli olması üçün müalicə mütləq bir neçə tərəfdən ümumi aparılmalıdır.

    5. Narkomaniya.

    Bəli, bu pis vərdiş də insanın baxışlarına “donuq baxış” effekti verir. Bu zaman baxışlar solğun, gözlər yorğun görünür. Belə insanlar gözlərini bir nöqtəyə zilləyib saatlarla bu vəziyyətdə hərəkətsiz qala bilərlər.

    Gəlin, həyata donuq baxışla deyil, sağlam gözlə baxaq. Vəziyyətlər bizi deyil, biz vəziyyətləri idarə edək. Hər zaman sağlam olun.

  • Ölümcül beyin xəstəliyindən qorunmağın yolu açıqlandı

    Orta yaşlı insanlarda fiziki və zehni aktivlik qocalıq illərində letal sonluqla (ölüm – red.) nəticələnən demensiyaya tutulma riskini əhəmiyyətli dərəcədə artırır.

    İsveçin Göteborq Universitetinin alimləri aparılan müvafiq araşdırmadan sonra belə bir nəticəyə gəlib.

    Bu barədə məlumat “EurekAlert!” nəşrində dərc olunub.

    Araşdırmada 44 il ərzində 800 isveçli qadın üzərində aparılan müşahidələr (müayinə nəticələri və s.) əsasında əldə olunan məlumatlar təhlil olunub. Könüllülər arasında aparılan sorğuda qadınlar öz zehni və fiziki aktivlik səviyyəsini göstərib.

    Zehni aktivliyə kitab oxuma, məktublaşma, konsertlərə baş çəkmə, xorda oxuma, tikiş işləri, bağbanlıq və digər fəaliyyətlər daxil olub. Alimlər iştirakçıların fəaliyyətini 10 ballıq şkala ilə müvafiq ballarla qiymətləndirib.

    Sorğunun nəticəsindən asılı olaraq könüllülər iki qrupa bölünüb. Birinci qrupa 2 baldan aşağı xal toplamış könüllülər, ikinci qrupa isə 3 baldan 10 bala qədər xal toplamış könüllülər (təxminən iştiraçıların 56 faizi) daxil edilib. Fiziki aktivlik də oxşar şəkildə qiymətləndirilib və qadınlar aktiv (82 faiz) və qeyri-aktiv (17 faiz) qrupa bölünüb.

    Müşahidələrin davam etdiyi illər ərzində 194 iştirakçıda demensiya inkişaf edib, onlardan 102-nə Altsheymer xəstəliyi diaqnozu qoyulub. Məlum olub ki, yüksək zehni aktivliyi olan iştirakçılarda Altsheymer xəstəliyinin inkişafı riski 46 faiz daha az olub. Fiziki aktivlik isə damar demensiyası riskini 52 faiz, qarışıq demensiya riskini 56 faiz aşağı salıb.

  • Rusiyanı lərzəyə gətirən “qardaşlar”: dəhşətli ölüm üsulları, tükləri biz-biz edən hadisələr və erməni…

    Fevralın 18-də Moskva dairə hərbi məhkəməsində Cako ləqəbli Aslan Qaqiyevin dəstəsinin məhkəmə prosesi başlandı. Rusiyanın əsas qatili kimi tanınan Aslan Qaqiyev amansız qatillərin əsl sektasını yaratmaqda və təxminən 60 insanın qətlində ittiham olunur.

    Median.Az xəbər verir ki, sekta iş adamları, məmurlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarını xüsusi hədəf olaraq seçirdi.

    Sektanın ələ keçirilən üzvlərindən (sektanın 12 üzvü ötən ayın sonunda xüsusi təyyarə ilə Vladiqafqazdan Moskvaya çatdırılıb – red.) 140-dan çox tapança, avtomat, tüfəng və pulemyot götürülüb. Onların içərisində xaricdə istehsal olunan silahlar da var. Qaqiyev öz “sənət”ində milyonlarla avro qazanır və ölüm hökmlərini soyuqqanlılıqla çıxardırdı.

    Sekta

    Onun tərəfindən təşkil edilmiş cinayətkar sektaya 2004-cü ildən 2013-cü ilə qədər altı dəstəyə birləşdirilmiş 55 insan daxil olmuşdu. İstintaqın məlumatına görə, bu illər ərzində onlar 49 ayrıca ağır cinayət törətdilər: qətllər və sui-qəsdlər, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı. Cakonun adamlarının qurbanları, istintaqın məlumatına görə, ümumilikdə 60 insan oldu. Əgər bu qruplaşma tərəfindən (silahın qanunsuz dövriyyəsi, oğurluqlar, saxta sənədlərdən istifadə, insan oğurluğu və ilaxır) törədilmiş bütün cinayətlər hesablansa, onların sayının 170-dən çox olduğu şübhəsizdir.

    Cinayətkar sekta məmurları xüsusi olaraq seçirdi. Vladiqafqazın meri Vitali Qarayev, respublika hökumətinin baş nazirinin müavini Kazbek Paqiyev, respublikanın cinayət axtarış idarəsinin rəisi Vitali Çeldiyev, milis mayoru İlya Kasradze, “Milli Kapital” bankının idarə heyətinin sədri Dmitri Plıtnik, “Sodbiznesbank” və “Kredittrast” banklarının sahibi Aleksandr Slesarev və onun ailəsi, “Kutuzov” bankının rəhbəri Oleq Novoselskiy… Və sektadan çıxmağa çalışan 8 “dönük”.

    Hər dəfə cinayətdən sonra dəstənin üzvləri istifadə edilmiş silahı məhv edirdilər. Bununla belə müstəntiqlər onların gizli yerlərində 140-dan çox tapança, avtomatlar, tüfənglər, pulemyotlar, minlərlə patron, həmçinin milisin əməkdaşlarının formaları, radio stansiyalar və qandallar tapdılar.

    “Bu təşkilat rəsmən “mütəşəkkil cinayətkar təşkilat” adlanır. Daha çox onu “Qaqiyevin dəstəsi” adlandırırlar. Onlar isə özlərini “Qardaşlar” və ya “Ailə” adlandırırdılar. Lakin daha dəqiq termin “Qaqiyev sektası” hesab edilir. Çünki onun iştirakçılarının arasında münasibətlər komandir-çavuş-əsgər iyerarxiyasından daha çox dini sitayişə uyğundur”, – ədliyyə polkovniki Ruslan Tlisov deyib.

    Müstəntiqlərlə danışıqlarda Qaqiyevin dəstəsinin bütün iştirakçıları onun sevimli frazalarından birini yada salırdılar: “Hamı bizim ailəmizdir”. Onlar bir-birini “qardaş” adlandırırdılar, adlardan nadir hallarda istifadə edirdilər. Onlar üçün yalnız Cako “böyük qardaş” idi, bütün digərləri bərabər hesab edilirdilər.

    Osetin Aslan Qaqiyev 29 yanvar 1971-ci ildə Gürcüstanın Laqodex rayonunda doğulub. Orada məktəbi bitirdikdən sonra Moskvaya köçüb və Moskva mühəndislik-inşaat institutuna daxil olub, lakin oranı bitirməyib. O, 1990-cı illərdə paytaxtda həmyerlilərdən təcavüzkar iqtisadi fəaliyyətdə ixtisaslaşdırılan kiçik qrup yığdı. Aydın və elastik ağla malik olan olan Cako cinayətkar aləmdə sürətlə yüksəldi və tezliklə varlandı.

    Dakonun şəbəkəsi

    “Aslan Qaqiyev çox yaxşı psixoloqdur”, – Ruslan Tlisov hesab edir.

    Qaqiyevin tutulmasına qədər tanışların əksəriyyəti onu cinayətlə heç vaxt bağlı olmayan biznesmen hesab edirdilər. O, hamı üçün inanılmaz hündürlüklərə qədər müstəqil qalxmış osetin, Osetiyanı İsveçrəyə çevirməyə arzu etmiş bir insan idi. O, həmişə kasıblara kömək edir və gənclərə həyata “putyovka” verirdi. İnanmaq çətin idi ki, əslində Cako amansız qatildir.

    İstintaqın məlumatına görə, “Qaqiyev sektası” altı dəstədən və qərargahdan ibarət idi. Qərargah Qaqiyevin özündən, onun köməkçisi, iki müavini, həmçinin rabitə üzrə cavabdeh şəxsdən ibarət idi.

    Əmrləri Cakonun özü verir, pulla təmin edirdi. O, Moskvada, Moskva ətrafında və Osetiyada mənzilləri, ofisləri və kottecləri kirayələmişdi. Amma özü demək olar ki həmişə kölgədə qalırdı. Hətta Rusiyada Sergey Morozov adına pasportdan tez-tez istifadə edirdi.

    Onun birinci köməkçisi Bote ləqəbli, eyni familiyalı və çoxdankı silahdaşı Oleq Qaqiyev idi. Hələ 2002-ci ildə Boteni üçqat qətlə görə saxlamışdılar, cinayət işi hətta məhkəməyə göndərildi, ancaq Cako rüşvət verdi və məhkəmə Boteni azad etdi.

    Artur Cıoyev Aslan Qaqiyevin sağ əli idi. Onun tabeliyində döyüşçülərin öz qrupu var idi, amma bütün dəstənin fəaliyyəti və cinayətlərin planlaşdırılmasının koordinasiyası, həmçinin qətllərin üsulları və metodları onun əsas finksiyası idi. Artur 2019-cu ilin yanvarında 17 il azadlıqdan məhrum edildi.

    Qaqiyevanın sol əli Qeorgi Dzuqutov idi. Onun öz qruplaşması yox idi və buna görə də sektada koordinasiyanı həyata keçirərək və planlaşdırmada iştirak edərək üçüncü mövqeyi tuturdu. Dzuqutov sektanın bütün üzvlərinə tibbi yardımın göstərilməsinə görə cavab verirdi. 2015-ci ilin iyununda onu 15 il azadlıqdan məhrum etdilər.

    Arkadi Qabalov rabitə müdiri idi. Struktur dəstələrə Oleq Dzaraxoxov, Sergey Beqlaryan (erməni, “qardaşlar” tərəfindən öldürülmüşdü – red.) Bahrom Sekinayev, Denis Kokoyev, Oleq Qaqiev və Alan Torçinov (“qardaşlar” tərəfindən öldürülüb – red.) başçılıq edirdi.

    İstənilən cinayətin planlaşdırılmasına görə, onu başlanğıcdan sonuna kimi dəstələrdən biri edirdi və başqa dəstələr bu haqda heç nə bilmirdilər. Beləliklə effektiv məxfilik əldə edilirdi. Bundan başqa, qruplaşmalardan hər birinin daxilində vəzifələrin bölgüsü mövcud idi. Kimsə izləmə ilə məşğul olurdu, kimsə sürücü idi və kimsə qatil işini üzərinə götürürdü. Və hərçənd heç bir formal əmrlə rolların belə bölgüsü tərtib olunmurdu, hər kəs, faktiki olaraq, öz yerini və işini bilirdi.

    “Qaqiyev sektası”nın bütün üzvləri aylıq maaşı alırdılar, onlara konkret iş üçün əlavə pul və mükafatlar verilmirdi. Biz bir bloknotu əldə etdik, orada dəstələrdən birinin mühasibat məsələləri göstərilmişdi. Dəstəyə altı nəfər daxil olurdu. Hər ay rəhbər öz dəstəsinin ehtiyaclarına 30-35 min dollar alırdı. 50-60 min rubl insanlara maaş olaraq ödənilirdi, o zaman orta maaş 16-18 min rubl təşkil edirdi. Qalan pul silah və avtomobillərin alınmasına, telefonlarda kartların dəyişdirilməsinə xərclənirdi”, – Ruslan Tlisov qeyd edib.

    Onun sözlərinə görə, icraçılara izah etmirdilər ki, nə üçün insanı aradan götürmək lazımdır:

    “Onlar sadəcə əmri alırdılar və fikirləşmədən onu yerinə yetirirdilər. Çünki, belə lazım idi! Bu əmr hətta öz “qardaş”ın öldürülməsini zamanı da hərəkət edirdi”.

    Qətl üsulları

    Sektada cəmi üç qətl üsulu var idi. Ən yayılmışı başa polietilen paketin keçirilməsi və onun boğazdan gözlərə qədər hava keçirməz şəkildə kip bağlanması idi. Qurban bu halda qorxunc fiziki və psixoloji əzab çəkirdi. Avtomatlar və tapança-pulemyotlardan tez-tez istifadə edirdilər. Bu halda qurbanlar ən azı 25 gülləyə hədəf olurdu. Bir dəfə 15 saniyə ərzində iki qatil qurbanın üzərinə 180 patron boşaltmışdı. Və yalnız hərdən “Qaqiyev sektası” snayper tüfənglərindən istifadə edirdi.

    Çox illər ərzində “Qaqiyev sektası”nın mövcudluğu sirr olaraq qaldı. Buna ciddi korrupsiyanının olması böyük təsir edirdi. Məxfiliyə böyük vəsaitlər xərclənirdi: hər ay telefon kartları, avtomobillər və gizli mənzillər dəyişdirilirdi. Yalnız tədqiqatçılara informasiya gəlirdi ki, Moskvada və Şimali Osetiyada sifarişli qətllərdə ixtisaslaşdırılan yaxşı gizlədilmiş qrup hərəkət edir. Amma onun tərkibi, rəhbəri və iştirakçıları naməlum qalırdı. Hərçənd Qaqiyev soyadı operativ materiallarda bir dəfə üzə çıxdı, amma onun cinayətdə iştirakının heç bir sübutunu tapmaq mümkün olmadı.

    Təxminən 2008-ci il yanvarın ortasında birinci saxlanılanlar oldu: Ostayev və Alborov. 2009-cu ilin fevralında onlar ifadə verməyə başladılar və bu andan ayrı epizodlar cinayətlər seriyasında birləşməyə başladı.

    Aslan Qaqiyev 2014-cü ilin fevralında beynəlxalq axtarışa verildi. Cako 2015-ci ilin mayında Avstriyada Bolqarıstan vətəndaşının saxta pasportu ilə polis tərəfindən saxlanıldı və həbs edildi. Ekstradisiyanın uzun proseduru başlandı. Lakin onu 100 min avro girov qarşılığında buraxdılar. O, Vyanada qalmağa davam edirdi, Avstriyada öz evi və yaxşı biznesi var idi. Avstriya məhkəməsi 2018-ci ilin yazında növbəti dəfə Cakonu girov əvəzində buraxmağı qərara aldılar. Lakin ağır cinayətlərdə Qaqiyevin iştirakının sübutlarının Moskva tərəfindən təqdim olunmasından sonra məhkəmə vəkillərin arqumentləri rədd edi və onun vətəninə ekstradisiyası barədə qərar verdi.

    Qaqiyev 2018-ci ilin iyununda Moskvaya çatdırıldı. O, ifadə verməkdən imtina etdi. Amma yığılmış sübutlar cinayət işinin araşdırılması üçün kifayət edir. İndi Cako onlarla tanış olur və əvvəlki kimi heç nə danışmır. (publika.az)

  • Beyini 10 il tez qocaldan BƏLA

    Depressiya beyinin qocalması prosesini sürətləndirir.

    Trend-in məlumatına görə, bu barədə Yel Universitetinin alimləri xəbərdar edirlər.

    İlkin araşdırmalar göstərib ki, depressiyalı insanlarda beyin 10 il tez qocalmağa başlayır. Belə ki, depressiyalı pasiyentlərdə beyinin qocalması prosesi 40, digər insanlarda isə 50 yaşında başlayır.

    Tədqiqatçıların fikrincə, bu araşdırmanın nəticəsi kişilərlə müqayisədə depressiyadan iki dəfə artıq əziyyət çəkən qadınlarda qocalıqla əlaqədar əqli zəifliyin inkişafının hansı səbəbdən 3 dəfə çox olmasını anlamağa kömək edir.

    Cəmi 10 nəfərin iştirak etdiyi ilkin araşdırmanın gələcəkdə daha geniş şəkildə aparılması nəzərdə tutulub.

  • Arıqlamaq istəyən bu yazını oxusun

    Artıq çəkidən qurtulmaq üçün ən qəribə metodlardan biri hər gün bir neçə ədəd düyü udmaqdır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu metod nə qədər qəribə olsa da, bir o qədər effektivdir.

    Çiy düyü dənələri iştahı azaldır. Buna görə də tez-tez aclıq hiss edən insanların imdadına çatır. Anidən gələn şirniyyat yemək istəyinə də qalib gəlir.
    İştahı azaltmaq üçün düyü udmaq metodundan istifadə etməyin bəzi qaydaları var. Hər gün səhər acqarına qəbul edəcəyiniz düyü dənələrini hər keçən gün 1 ədəd olmaqla artırmalısınız. Yəni, 1 ay ərzində tətbiq etsəniz, ayın sonuncu günündə 30 düyü dənəsi udmalısınız. Daha sonra metoda davam etmək istəyirsinizsə, düyü dənələrini artırdığınız metodda azaltmalısınız. Bu metod ümumilikdə 60 gün tətbiq edilir.

    Düyü dənələrini 1 fincan su ilə udub, daha sonra üzərindən daha 1 fincan da su içmək lazımdır.

    Bu metod adətən 2 ayda 8-14 kq artıq çəkidən qurtulmağa yardımçı olur. İstədiyiniz nəticəni əldə etdiyinizi görüb yenidən davam etmək istəyirsinizsə, aradan 3 ay keçməsini gözləməlisiniz.

  • Zəncəfil və sarıkökün bilinməyən zərərləri

    Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib. Türkiyəli professor Əhməd Ərnaz qədərindən artıq qəbul edildikdə onların səhhətdə müəyyən fəsadlar yarada biləcəyini söyləyib.

    Həkim Əhməd Ərnazın sözlərinə görə, dərmandan asılı olan xəstələr sarıkökü qədərindən artıq qəbul etdikdə bu zaman qan təzyiqinin kifayət qədər aşağı düşməsi müşahidə edilə bilər. Bundan başqa, zəncəfil və sarıkökün şəkər xəstələri üçün də müəyyən risk yarada biləcəyi bildirilib.

    “Zəncəfil və sarıkök qanda sululuğu artırdığı üçün qanamanın kəsilməsinə mane olur. Buna görə xüsusən də əməliyyatdan bir həftə öncə zəncəfil və sarıkökdən imtina etmək lazımdır” – deyə həkim əlavə edib.