Category: Maraqlı

  • 2050-ci ilə qədər dünyada hər 10 insandan biri eşitmə qüsurlu olacaq – ŞOK ARAŞDIRMA

    Hazırda dünya əhalisinin 5-9%-dən çoxunda, təxminən, 466 milyona yaxın insanda eşitmə qüsuru var.

    Median.Az Report-a istinadən bildirir ki, onların 432 milyonu böyüklər, 34 milyonu isə uşaqlardır.

    Tibb mütəxəssislərinin apardıqları araşdırmalara əsasən, əgər qabaqlayıcı tədbirlər görülməsə, 2050-ci ilə qədər eşitmə qüsurlu insanların sayır 900 milyonu keçəcək. Bu isə o deməkdir ki, dünyada hər 10 insandan birində eşitmə qüsur qeydə alınacaq.

  • Xərçəngin qarşısını almağın yeni yolu tapıldı

    Danimarkanın Kopenhagen Universitetinin alimləri DNT-ni mutasiyalardan qoruyan və xərçəngin inkişafına əngəl törədən mexanizm aşkarlayıblar.

    Bu barədə “Phys.org”da press-reliz dərc olunub.

    Yeni araşdırmada bioloqlar spesifik orqanellaları (inşa hüceyrələrində olan 53BP1 nüvə cisimlərini) tədqiq edib.

    Onları flüorosent boyanın köməyi ilə nişanlayıblar və mikroskop altında bir necə hüceyrə nəslinin dəyişməyini müşahidə ediblər.

    Bu, ilk dəfə olaraq ana hüceyrəsində peyda olduğu andan törəmə hüceyrələrdə ekspressiyasına qədər (RNT və zülal sintezi) zədəli DNT-lərdə nələrin baş verdiyini izləməyə imkan verib.

    Tədqiqatçılar müəyyən edib ki, 53BP1 nüvə cisimləri törəmə hüceyrələri irsi ötürülən zədəli DNT-lərdən qoruyur. Bu mexanizmin başlıca komponenti xərçəng şişinin supressorlarına aid olan RAD52 fermentidir.

    Nüvə cisimləri törəmə hüceyrələrin bölgüsünü yubadır və beləcə, ana hüceyrədə qüsurlu olmuş genlərin bərpası üçün vaxt qazanır.

    Bu mexanizm işləməyəndə, qüsurlar dəyişilməz olaraq qalır və törəmə hüceyrələrdə yığılmaqla müxtəlif xəstəliklərin, o cümlədən, xərçəngin inkişafına yol aça bilir.

  • Bu gün yaşamaq neçəyədir? – Hamımızın yol verdiyi 4 maliyyə səhvi

    Uğurlu milyonçu və “Shark Tank” teleşousunun qəhrəmanı Kevin O`Liri pullarla bağlı geniş yayılmış səhvlər haqqında danışıb və gələcəkdə onlardan uzaq durmağın yollarını açıqlayıb.

    Bu gün həyat (yaşamaq) neçəyədir? Əgər sizin bu suala cavabınız yoxdursa, demək siz maliyyə fəlakətinin astanasındasınız. Kevin O`Liri hesab edir ki, fəlakət bu an baş verməsə də, yaxın gələcəkdə özünü büruza verəcək.

    Öz pullarına gəlincə, iti dilli və Amerika teleşousunun qəhrəmanı olan 61 yaşlı milyonçu, sərvətini uzun illər boyunca qəpik-qəpik yığıb. Hər şey O`Liri Kanadanın Monreal şəhərində balaca, utanğac bir oğlan kimi böyüdüyü zaman başlayıb. Cavan O`Liri qazandığı və ya ona bağışlanılan hər dollardan 1 faizə qənaət edirdi. Bu gün multimilyonçu və fond maqnatı olmağına baxmayaraq O`Liri yenə də eyni həyat tərzini davam etdirir.

    “Shark Tank” verlişinin buraxılışlarının birində milyonçudan pullarla bağlı ən geniş yayılmış səhvlər və belə səhvlərdən uzaq durmağın yolları haqqında soruşdular.

    Səhv 1: Heç vaxt geyinməyəcəyiniz mənasız şeylərə pul xərcləmək

    Bir çox insan ona lazım olacaq qədərindən qat-qat çox lazım şeylər alır. Söhbət paltardan gedirsə bu məsələ həm kişilər, həm də qadınlar üçün keçərlidir. Adətən bu cür bazarlığın (şoppinq) özünün verdiyi hiss insanların xoşuna gəlir, ancaq siz şkafınızın içinə baxasınız görəcəksiniz ki, 100 haldan 80-də gündəlik həyatınızda 20% eyni geyimlərdən istifadə edirsiniz. Yerdəqalanlar sadəcə yer tuturlar.

    Həll yolu: Yüksək keyfiyyətli geyimlər almaq və onları geyinmək

    Əgər siz geyim və ya dəbdəbəli aksessuarlar almaq fikrindəsinizsə, o zaman doğurdan bahalı və keyfiyyətli mallar seçin. Yaxşı geyimləri əldə etmək üçün pulunuza qənaət etməyə dəyər. Bu addım uzunmüddətli prespektivdə özünü doğruldacaq. O`Liri deyir ki: “Mən hər gün eyni kostyum geyinirəm. Kostyumlarımın sayı 20 dənədir, ona görə də bu üslubla bağlı daha narahatlıq keçirmirəm. Mən səfər edəndə çamadanımda 4 dəst kostyum olur və onları cırılana qədər geyinirəm. Sonra onu ya tullayır ya da xeyriyyə məqsədlərinə verirəm”.

    Səhv 2: Aylıq gəlirlərinizdən bixəbər olmaq

    O`Lirinin sözlərinə görə onu əksər insanlarda və bir çox varlı tanışlarında təəccübləndirən cəhət odur ki, onlar özlərinin aylıq xərclərini bilmirlər. Evli və ya subay, tək valideyinlər ya da istənilən başqa birinin 30 günlük həyatın neçəyə olduğu haqqında heç bir anlayışı yoxdur. Bu isə artıq uçuruma yaxınlaşmaq deməkdir.

    Həll yolu: Yaşayış xərclərinizi müəyyənləşdirərək, büdcənizi ona uyğun planlaşdırın

    Hər şeyin qeydiyyatını aparın. Bütün xərclərinizi qeyd edin. Eyni zamanda bütün əlavə gəlirlərinizi də yazılı formada əks etdirin. 90 gün ərzində son qəpiyinə qədər bütün xərclərinizi qeyd edin. Məhz kağız və qələmdən istifadə edin. Bunun üçün sizin kompüterə ehtiyacınız olmayacaq. Daha sonra xərclərinizə uyğun büdcə planınızı qurun və ona riyaət etməyə çalışın.

    Səhv 3: Qazandığınızdan çox xərcləmək

    Gəlir və xərcləriniz arasında müəyyənliyə riayət etmədən çətin ki, maliyyə uğuru əldə edə biləcəksiniz. Tezliklə siz müəyyən edəcəksiniz ki, qazandığınızdan daha çox xərcləyirsiniz.

    Həll yolu: Xərclərinizi azaldın, qənaət etməyə başlayın

    O`Liri deyir ki: “Bu çox sadə işdir, əsas məsələ şəxsi intizamdadır. Az xərcləyin və daha çox pula qənaət etməyə çalışın. Həyat tərzinizi bu sadə düstura uyğunlaşdırın, çünki əks halda siz kredit kartlarınız üzrə borc yığa bilərsiniz sonda isə bu ağırlıq sizi müflis edə bilər”.

    Səhv 4: Kredit kartları üzrə borclar yığmaq

    “Kredit kartı – dəhşətli bir şeydir. Heç bir halda kredit kartına sahib olmağa çalışmayın. Əsas da onun üzrə hər ay faizləri ödəyə biləcəyinizə inanmırsınızsa, ümumiyyətlə kartdan uzaq durun. Ödəyə bildiyiniz halda belə mən sizə məsləhət görürəm ki. kartlardan uzaq olasınız”; – O`Liri deyir.

    Həll yolu: Bu dəhşətli kartlardan birmənalı şəkildə imtina etmək

    “Kredit kartlarınız üzrə mövcud bütün borclarınızı bağlayın və sonra onları tullayın (məhv edin). Siz peşman olmayacaqsınız. Bu dəqiqə borclardan uzaqlaşmaq üçün edə biləcəyiniz ən yaxşı şey məhz budur”./Trend/

  • Aspirin bu ağacdan hazırlanır – Çayı 10 dərdə dərmandır

    Söyüd yarpağının bel ağrılarının müalicəsində ən güclü üsullardan biri olduğunu bilirdiniz?

    Median.Az medicina.az-a istinadən söyüd yarpağının bu inanılmaz faydası barədə yazını təqdim edir.

    Söyüd yarpağı çayı

    Söyüd ağacı yarpağının bir neçə faydası var. Aspirin, söyüd qabığından əldə edilib. Çünki söyüd qabığında bol miqdarda salisil turşusu var. Əks təsiri yoxdur, çox istifadəsi isə birbaşa sinirlərə zərərlidir.

    Hippokrat ağrılı və yüksək hərarətli insanlara söyüd qabığını çeynəməyi tövsiyə edib. Söyüd qabığını qaynadıb, dəmləməsini içmək bel ağrılarının, o cümlədən mədə ağrılarının qarşısını alır.

    Söyüd qabığı çayını hazırlamağın qaydası

    Bir çay qaşığı quru söyüd qabığını bir çay stəkanı suda qaynadın. Əldə olunan məhsulu gündə 2-3 dəfə qəbul edə bilərsiniz.

  • “Fast food” psixi xəstəliklərə səbəb olur – Alimlərdən açıqlama

    ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini “International Journal of Food Sciences and Nutrition” jurnalında dərc ediblər. ABŞ-ın Loma Linda universitetinin alimləri yeni tədqiqatın nəticələrini “International Journal of Food Sciences and Nutrition” jurnalında dərc ediblər.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, alimlər bu dəfə qeyri-sağlam qida qəbulu ilə psixi xəstəliklər arasındakı əlaqəni araşdırıblar.

    Mütəxəssislər müəyyən ediblər ki, qeyri-sağlam qida qəbul edənlər sağlam qida qəbul edənlərə nisbətən daha çox psixi pozğunluq yaşayıblar. Təcrübə zamanı alimlər 2005-2015-ci illər arasında keçirilmiş telefon sorğularını analiz ediblər. Sorğu 240 min nəfər arasında keçirilib.

    Həkimlərin qənaətinə əsasən, sorğuda iştirak edənlərin 17 faizi psixi xəstəlikdən, 13,2 faizi normal psixi pozuntu, 3.7 faizi isə ağır psixi pozuntulardan əziyyət çəkib. Müəyyən edilib ki, şəkər qəbulunu artırmaq bipolyar pozuntu, qidanı çox qəbul etmək isə depresiya ilə əlaqəlidir.

  • Ürək xərçəngi necə yaranır? – Alimlər açıqladı

    Miçiqan universitetinin ürək-damar sistemi xəstəlikləri mərkəzinin kardioloqları ürək xərçənginin əsas səbəbini açıqlayıblar.

    Alimlərin tədqiqatının nəticəsinə əsasən, ürəkdə bədxassəli şiş çox nadir hallarda, 100 min insane 1.38 hadisə olaraq qeydə alınır. Bununla belə, bu xəstəlik insan ölümünə səbəb olur.

    Ürəkdə yaranan şişlər 75 faiz halda xoşxassəli olur. Ağ ciyər, sinə və digər orqanlarda şiş yaranması daha geniş yaranıb. Əgər ürəkdə şiş yaranıbsa, böyük ehtimal ki, bu, genetik xəstəlikdir.
    Həkimlər bildiriblər ki, bir çox hallarda ürək xərçəngini əməliyyat etmək olar. Əgər əməliyyat olmasa, xoşxassəli şiş infarktla nəticələnir. (ölkə.az)

  • Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir – Məşhur həkim

    Azərbaycanda uşaqdan böyüyə əksəriyyətin sevimli qidası, çoxunun isə yemək yox, içkisi hesab olunan dovğa faydalı olması ilə yanaşı mədə-bağırsaq sistemində bir sıra problemlər, xüsusən köp yaradır.

    Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış həkim Seyfəddin Əsəd Azərbaycanda dovğanın səhv bişirildiyini, ona görə səhhətə zərərli olduğunu bildirib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, həkim ən düzgün dovğanın İranda bişirildiyinin şahidi olduğunu deyib.

    “Orda bir dovğa yedim – ləzzətli və sağlam idi. Deməli, bizim şomu dediyimiz ispanağı suda bişirir, süzür, əzirlər. Qatığı sadəcə taxta qaşıqla yaxşıca qarışdırırlar. Sonra ona bu bişmiş şomunu qatıb yeyirlər. İçində düyü, yumurta yox idi. Çox da ləzzətli, faydalı dovğa idi”.

    Həkim dünyada yalnız Azərbaycanda bişmiş süddən qoyulan qatığın yenidən bişirildiyini bildirib: “Bununla da süddə olan bütün faydalı maddələr itib gedir. Ölü qatığın nəyə xeyri ola bilər? Ona görə xəstələr dovğa yeyəndən sonra köpdən, baş ağrısından şikayətlənirlər.

    Dovğa bişirmək istəyirsizsə, qatığı qaynatmayın. Düyünü, istənilən göyərtiləri, lap yumurtanı da qatmaq istəyirsizsə, ayrıca bişirib əlavə edin, amma qatığı bişirməyin”

  • Proqnozu düz çıxan alimdən yeni sensasiya: bu gecə 9 ballıq zəlzələ…

    Zəlzələ ilə bağlı proqnozları ilə məşhurlaşan Frank Hugerbits növbəti dəfə şok proqnozla çıxış edib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, Hugerbits dünyanı 9 ballıq daha bir zəlzələ gözlədiyini açıqlayıb.

    Hugerbits bu proqnozunu 1960-cı ildə Çilidə baş verən 9.5 ballıq və 1964-cü illərdə Alyaskadakı 9.2 ballıq zəlzələlərlə əlaqələndirib. Onun sözlərinə görə, Alyaska və Çilidəki şərtlərlə 26 fevral 2019-cu ildəki şərtlər eynilə üst-üstə düşür.

    Xatırladaq ki, Frank Hugerbits fevralın 21-də dünyada 7 və ya 8 bal gücündə meqa-zəlzələ olacağını bildirmişdi. Alim bundan əlavə zəlzələlər üçün fevralın son iki həftəsinin kritik əhəmiyyətli olacağını açıqlamışdı.

    Bundan sonra Ekvadorun şərqində 7.5 bal gücündə zəlzələ baş vermişdi.

    Bəzi ekspertlər alimin proqnozunu doğruldan digər fakt kimi 20 fevralda Türkiyədə baş verən 5,5 ballıq yeraltı təkanları da qeyd edirlər.

  • Duzun daha bir zərəri aşkarlandı

    Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib.

    Bu barədə “MedicalXpress”də dərc olunan press-relizdə deyilir.

    Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik xəstəlik – red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib. Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub.

    Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən, atopik dermatit meydana gəlir.

  • Sudan xilas edilən “it” canavar imiş – FOTO

    Estoniyanın Parnu çayındakı bəndin işçiləri buzlu çay sularında ilişib qalan “iti” xilas edəndən sonra onu maşınla baytara aparıblar.

    Müayinə vaxtı məlum olub ki, dördayaqlı pasient it yox canavar imiş.


    Canavarı qismən buz bağlamış çaydan xilas edən işçilərdən biri heyvanın çox sakit və halsız odluğunu təsvir edib.

    “Onu dərədən yuxarı qaldırmalı olduq. Kifayət qədər ağır idi. Çox sakit idi. Ayaqlarımın üzərində yatdı”, – Rando Kartsepp yerli Postmees qəzetə müsahibəsində deyib.


    Canavarın müqavimətsiz, sakit davranışı soyuq suda qan təzyiqinin kəskin şəkildə aşağı düşməsi ilə izah edilə bilər, Estoniya Heyvanları Müdafiə Cəmiyyətinin mütəxəssisləri bildirir.

    Heyvanın özünə gələndən sonra sakit qalmayacağından ehtiyat edən baytarlar canavarı müalicədən sonra “hər təsadüfə qarşı” qəfəsə qoyublar.

    Daha sonra canavar yenidən azadlığa buraxılıb.