Category: Maraqlı

  • Dünyanın ən hündür zirvəsi Everest deyilmiş — YENİ FAKTLAR

    Günümüzdə dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir.
    Median.Az
    xəbər verir ki, zirvənin hündürlüyü 8848 metr təşkil edir.

    Amma elmi nöqteyi nəzərdən yanaşsaq, Havay adalarındakı Mauna-Kea vulkanı Everestdən də hündürdür. Bu zirvənin hündürlüyü 10.203 metrdir. Bəs niyə Everest ən hündür zirvə sayılır? Məsələ burasındadır ki, Mauna-Kea dağının əsas hissəsi suyun altındadır.
    Amma bu məsələyə daha ciddi yanaşsaq və dağların hündürlüyünü Yerin mərkəzindən hesablamağa başlasaq, ən hündür zirvə Çimboraso vulkanı olacaq. Bu dağ Ekvadorda yerləşir. Məsələ burasındadır ki, bizim planetimiz ideal şar deyil, sferik fiqurdur. Onun maksimal radiusu isə ekvatordadır. Bu səbəbdən Çimboraso vulkanı Yerin ən hündür nöqtəsidir.

  • Xərçəng riskini artıran ərzaq – Hər gün istifadə edirik

    ABŞ-ın A.M.Anderson adına Onkoloji Mərkəzinin alimləri xərçəng xəstəliyi riskini artıran ərzaq məhsulu barədə məlumat veriblər.

    Bu barədə food.news məlumat yayıb.

    Tədqiqatlar şəkərin xərçəng şişlərinin böyüməsinə müsbət təsir etdiyini göstərib.

    Alimlərin siçanlar üzərində apardıqları sınaqlarda məlum olub ki, şəkərsiz nişasta pəhrizi ilə bəslənən xəstə siçanlarda xərçəng şişləri böyüməyib və sabit qalıb.

    Şəkərli qidalar verilən xəstə siçanlarda isə bədxassəli şişlər sürətlə böyüməyə başlayıb.

    Mütəxəssislər xərçəng və diabet xəstəliklərinin qarşısını almaq üçün, şəkərdən istifadəni minimuma endirməyi məsləhət görürlər.

  • Övlad sahibi ola bilməyənlər niyə AİLƏLƏRİNİ DAĞIDIRLAR?

    “Uşaqları olmadı boşandılar”. Bu ifadə bir çox ailənin boşanma səbəbini soruşarkən aldığımız cavabdır. Bəli, danılmaz faktdır ki, boşanmaların əksəriyyəti uşağa görə olur. Açıqlanan statistik göstərici də bunu təsdiq edir. Belə ki, Azərbaycanda sonsuzluq səbəbindən nikahların pozulması halları 33,5 faiz artıb. Ədliyyə Nazirliyindən bildirilib ki, 2018-ci ildə Azərbaycanda uşaqların olmamağı səbəbindən 785 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə bu səbəbdən nikahların pozulması halları 588 olub. Nazirlikdən bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmamağı, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin yoxluğu, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmamağı, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır.
    Median.Az kaspi.az-a istinadən bildirir ki, əslində, sadalanan səbəblərin hamısını bir-bir nəzərdən keçirəsi olsaq, boşanmalara müəyyən qədər haqq qazandırmaq olar. Yəni xasiyyətin tutmadığı, zorakılığın tətbiq edildiyi, münasibətlərin pozulduğu, ziyanlı vərdişlərin olduğu evliliyi davam etdirmək çətin olur. Amma uşağın olmamağına görə boşanmaq başadüşülən deyil. Maraqlıdır, nəyə görə sonsuz olan ailələr çıxış yolunu boşanmaqda görür? Hətta, məşhur bir deyim var: “Ölümdən başqa hər şeyin çarəsi var”. Həqiqətən də, texnika və texnologiyanın, tibb elminin inkişaf etdiyi dövrdə nə üçün insanlar övlad sahibi ola bilmirlər deyə ailələrini dağıdırlar? Digər tərəfdən, axı, kim zəmanət verir ki, başqa biri ilə yenidən quracağınız ailədə övladınız olacaq? Günümüzdə sonsuz şəxslərin də xoşbəxt olmağı, ailələrini dağıtmamağı üçün bir sıra alternativ yollar var. Məsələ ilə bağlı mütəxəssislərlə həmsöhbət olduq.

    İki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonu

    Psixoloq Könül Telmanqızı bildirdi ki, böyük ümidlərlə başlayan nikahlar bəzən boşanmalarla nəticələnir: “Boşanma iki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonudur. Boşanmanın bir çox psixoloji səbəbləri var. Boşanma hallarının yaşanmamağı üçün ailədə birinci sevgi, hörmət və güvən önəmli olmalıdır. Ailədə yaranacaq məişət problemləri, anlaşılmazlıqları və övlad problemini cütlər öz münasibətlərində anlayışla qarşılayaraq həll edə bilərlər. Gənclər evlənməmişdən əvvəl beyinlərində gələcək ailə həyatı və böyüdəcəyi övladları haqqında müəyyən fikirlər formalaşdırırlar. Həmin fikirlər ilə qurduğu ailə həyatı üst-üstə düşməyən zaman isə problemlər yaranır, beyində müqayisə başlanır. Çünki gənclər ailə qurmamışdan əvvəl beyinlərində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördülər”.

    K. Telmanqızı deyir ki, ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır: “Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər. Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlərlə bağlı olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə, bu, uşaq dünyaya gətirməyə də mane olur. Bu dövr ər və arvad üçün müxtəlif aspektlərdə çətinliklərin yaşandığı dövrdür. Hər bir problemin fizioloji səbəblərindən başqa, həll prosesi zamanı psixoloji səbəbləri araşdırılmalıdır. Ruh və zehinin hazır olmadığı hadisələri vücud da həyata keçirə bilməz. İlk olaraq insan psixoloji cəhətdən özünü hazır tutmalıdır. Yaranmış stressin başlıca səbəbi də insanın özü ilə bağlı olduğu üçün, cütlüklər birinci hərtərəfli olaraq psixoloji cəhətdən buna hazır olmalıdırlar ki, yaranacaq problemləri həll edə bilsinlər. Gənclərimiz bütün çətinliklərin həlli yolunu boşanmada görməsə, uşaqlarla bağlı və digər çətinlikləri aradan qaldırmağa uyğunlaşmaqda müəyyən dövrü keçərsə, ailədə yaranacaq hər şeyə psixoloji cəhətdən də hazır olacaqlar”.

    “Uşaq olmasa olmaz!”

    Bəzən isə boşanmaya səbəb kənardan olan müdaxilələrdir. Belə ki, ictimai qınağın, tərəflərin valideynlərinin işə qarışması boşanmaya gətirib çıxarır. Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralı qeyd edir ki, mentalitetimizdə “uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər: “Azərbaycanda boşanmaların səbəbləri olduqca müxtəlifdir. Sonsuzluq da bunlardan biridir. Bizim mentalitetdə “uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər. Maraqlı məqam isə odur ki, çox vaxt bunu valideynlər edir, qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur. Ər və ya arvad öz taleləri ilə barışır, övladları olmamağına rəğmən boşanmaq istəmirlər, amma böyüklər bunu qəbul etmir. İnsanlar bunu anlamalıdırlar ki, sonsuzluq dünyanın sonu deyil. Tərəflər bir-birlərini sevirlərsə, uşağın olmamağı onlar üçün problem sayılmamalıdır. Övladı olmayan ailələr qohumdan və ya internat evlərindən uşaq götürüb saxlaya bilər. Bu gün boşanmalar daha çox kənardan olan qınaqlara görə baş verir. Əgər, cəmiyyət də bunu normal qəbul etsə, problem olmaz. Digər tərəfdən, hazırda tibb elmi kifayət qədər inkişaf edib. Sonsuzluq problemi olan ailələr süni mayalanma ilə övlad sahibi ola bilərlər. Ən əsas məsələ isə insanların maarifləndirilməsidir. Bu mövzu ilə bağlı kütləvi informasiya vasitələrində ciddi təbliğat işləri görülməlidir. Belə ki, uşağın olmamağının boşanmaya əsas vermədiyi izah edilməlidir”.

    Çıxış yolları əlçatan olmalıdır

    Sosioloq Cavid İmamoğlu modern ailələr ilə klassik ailələrin fərqləndiyini deyir: “Modern ailələr uşaqsız da ola bilir, onlar bunu problem kimi qiymətləndirmirlər. Hazırda bir çox qərb ölkələrində istəyərək dünyaya uşaq gətirməyən ailə tipləri belə var. Azərbaycan cəmiyyəti klassik olduğundan ailədə uşağın olmamağı birmənalı qarşılanmır. Ailələrdə müəyyən problemlər yaşanır. Problemlərin yaşanmamağı üçün belə ailələr övladlığa uşaq götürə bilərlər. Dünyada övladlığa uşaq götürmək kimi bir təcrübə var. Elə ailələr var ki, sonsuz olmasalar belə, övladlığa uşaq götürüb saxlayırlar. Digər çıxış yolu isə süni mayalanma ilə övlad sahibi olmaqdır”.

    Sosioloq qeyd edilən çıxış yollarının bütün ailələr üçün əlçatan olmadığını vurğulayır: “Təəssüflər olsun ki, ölkəmizdə sonsuzluğun tibbi baxımdan müalicəsi baha olduğundan aztəminatlı ailələr bu yola istiqamətlənə bilmirlər. Ötən illər ərzindəki təcrübəyə əsaslanaraq demək olar ki, övladlığa uşaq götürmə prosesi də çox çətin və əngəlli olduğu üçün bu yolu da seçmirlər. Beləcə övlad istəyən ailədə bəzi məsələlərdə münaqişələr yaranır, bu da boşanma ilə nəticələnir. Ona görə də ölkəmizdə övladlığa götürmə prosesi şəffaflaşdırılmalıdır. Artıq bu məsələ ilə bağlı Prezidentin fərmanı oldu. O fərmanın icrası ilə bağlı müəyyən tədbirlər görülür. Düşünürəm ki, qısa müddət sonra övladlığa götürmə prosesi rahat olacaq. Həmçinin aztəminatlı ailələrdə sonsuzluğun müalicəsinə dövlət maddi baxımdan dəstək olarsa, sonsuzluğa görə boşanma problemi də aradan qalxar”.

  • Messi ilə görüşən uşağın həyatı KABUSA DÖNDÜ: hər gün ölüm qorxusuyla yaşayırıq

    Bir neçə il əvvəl “Polietilen torbalı Messi” adı ilə məşhurlaşan uşaq hər gün ölüm təhlükəsi yaşayır.

    Median.Az xəbər verir ki, uşağın anası mediaya açıqlama verərək oğlu məşhur olandan sonra həyatlarında hər şey mənfi yöndə dəyişib. Ana Talibanın oğlunu axtardığını, keçən il təhdidlərə görə evlərini tərk etmək məcburiyyətində qaldıqlarını deyib.

    Qeyd edək ki, polietilen torbadan hazırladığı forma ilə Murtaza Əhmədi 3 il əvvəl medianın gündəminə gəlmişdi. Uşağın “Polietilen torbalı Messi” adlı fotosu sosial şəbəkədə böyük səs-küyə səbəb olmuşdu. Messi kiçik Murtaza ilə görüşmüş və futbol topu və imzalı forma hədiyyə etmişdi.

  • Alimlərimizdən yeni tədqiqat: yarımadada banan, manqo yetişdirdilər

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib.

    Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zümrüd Məmmədova Trend-ə bildirib ki, tədqiqatlar institutun ərazisində, qapalı şəraitdə aparılıb.

    Onun sözlərinə görə, tədqiqatlar zamanı alçaqboylu banan (M.acuminata Colla), Havana papayası (Solo papaya L.), Hindistan manqosu (Mangifera indica L.), Amerika avokadosu (Persea americana Mill.) növləri Abşeron şəraitində çoxaldılıb: “Eyni zamanda, onların bioekoloji xüsusiyyətləri öyrənilib və məlum olub ki, həmin bitkilərdən qışda şaxtadan mühafizə edilməklə Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək olar”.

    Z.Məmmədova qeyd edib ki, tədqiqat dövründə yetişdirilmiş banan meyvə verib, Havana papayası, Hindistan manqosu, Amerika avokadosu isə hazırda çiçəklənmə mərhələsindədir: “Bu isə o deməkdir ki, həmin bitkilər də məhsul verəcəklər”.

    Bananın hazırda Azərbaycanın cənub bölgəsində becərildiyini deyən alimin sözlərinə görə, Havana papayası, Hindistan manqosu və Amerika avokadosu ölkədə ilk dəfə Dendrologiya İnstututu tərəfindən yetişdirilib.

  • “Instagram”da yenilik

    Məşhur sosial şəbəkənin istifadəçiləri xidmətin “Instagram”ın veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçı Ceyn Mançini Vonqun məlumatına görə, tezliklə “Instagram”ın veb versiyasında şəxsi mesajlara giriş imkanı əlçatan olacaq. Hazırda bu imkan hələ ki, sınaq rejimində işləyir.

    “Instagram”ın mobil versiyasında mesajlaşmağa imkan verən “Direct” funksiyası 2017-ci ildə istifadəyə verilib.

  • Siqaret çəkənlərin övladlarında ciddi asılılıq yaranır

    Türkiyəli mütəxəssislər siqaret çəkməyənlərlə müqayisədə siqaret çəkənlərin övladlarında bu zərərli vərdişə asılılıq riskinin daha çox olduğunu açıqlayıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, mütəxəssislər bildirib ki, belə valideynlərin övladlarının siqaretdən asılı olmaq riski 50 faizə bərabərdir.

    Siqaretin erkən ölümlərə səbəb olduğunu deyən mütəxəssislər apardıqları araşdırma ilə sübut ediblər ki, asılılığı olan xəstələrin əksəriyyəti məhz uşaqlıq və yeniyetməlik dönəmində bu zərərli vərdişə aludə olub. Bu səbəbdən də valideynlərin siqaretdən imtina etməsi, yaxud da övladlarının yanında çəkməməsi tövsiyə olunur. Aparılan araşdırmalar da sübut edib ki, belə valideynlər və övladlarında ağciyər xəstəlikləri daha çox müşahidə edilib.

    Qeyd edək ki, Türkiyədə hər 5 atadan ikisi və hər 5 anadan biri siqaret çəkir. Ümumilikdə isə ölkədə siqaret çəkmə faizi 31.6 təşkil edir.

  • Qlobal istiləşmə ilə mübarizə – Süni yarpaqlar yaradılır

    Süni yarpaqlar fotosintez prosesini təqlid edir, amma bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda təzyiq altında saxlanılan təmiz karbon qazından istifadə edilir. İllinoysk Universitetinin tədqiqatçıları tərəfindən təklif edilmiş həll süni yarpaqları laboratoriyadan təbii mühitə çıxara bilər.

    Median.Az “İctnews”a istinadən xəbər verir ki, mütəxəssislər adi süni yarpağı yarımkeçirici membrandan hazırlanmış və su ilə doldurulmuş şəffaf kapsula bağlamağı təklif edirlər. Günəş işığı ilə isidilən membran suyun buxarlanmasına imkan verir. Su membrandan keçərkən havadan karbon qazını çəkir. Kapsulun daxilindəki süni fotosintez bloku karbon dioksidi monooksidə çevirən katalizatorlarla örtülmüş işıq uducusundan ibarətdir. Monooksidi çıxardaraq müxtəlif sintetik yanacaq növlərinin hazırlanmasında əsas kimi istifadə etmək olar. Ayrılan oksigen ətraf mühitə buraxılır.

    Hesablamalara görə, uzunluğu 1,7 metr, eni 0,2 metr təşkil edən 360 yarpaq gün ərzində təxminən yarım ton karbon oksidi istehsal edəcək.

  • Arı südü ilə müalicə – Bu ağır xəstəliklərdən xilas edir

    Bəzi alimlər arı südünü bütün xəstəliklərin əlacı kimi görür, bəziləri isə bu maddənin hələ çox araşdırılmasının vacibliyini bildirirlər.

    Bəs görəsən, arıçılığın bu məhsuluna olan maraq haradan qaynaqlanır? Ana arı işçi arılardan yalnız öz böyük bədən ölçüsünə görə deyil, həm də gün ərzində 2500-300 ədəd yumurta qoymaq qabiliyyəti ilə seçilir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, ana arının ömrü 2-6 il, işçi arıların ömrü isə 30-35 gün təşkil edir. Nə üçün bir yumurtadan işçi arılar, digərlərindən isə ana arılar çıxır. Burda əsas məsələ yumurtada deyil, onların tərkibində olan qidalı maddələrdədir. Ana arı xamaya bənzər xüsusi maddə ifraz edir ki, bu maddə də arı südü adlanır. Məhz bu maddə müalicəvi xüsusiyyətləri ilə fərqlənir.

    Arı südünün tərkibində olan E vitamini və cinsi hormonlar kişi və qadın sonsuzluğu zamanı tətbiq edilir. Bundan əlavə arı südünün tərkibində inək südündən 6 dəfə çox zülal, Həmçinin В1, В2, В3, В6, Вс, В12, РР, Н vitaminləri var. Bu maddələr hamilə qadınlar, uşaqlar, yaşlı insanlar üçün təhlükəli hesab edilmir. Arı südü anemiyanın müalicəsində də uğurla tətbiq edilir. Bu maddəni əsasən vaxtından əvvəl doğulan körpələrə verirlər. O uşaqların iştahasını artırır, immuniteti möhkəmləndirir, fiziki aktivliyi artırır.

    Menopauzada olan qadınlar bu maddədən istifadə etdikdə əhvalları düzəlir, orqanizmin enerjisi və cavanlığı qorunub saxlanır. Arı südü qan damarlarını genişləndirərək hipertoniyanın müalicəsində yaxşı effekt verir. Arı südündən aşağıdakı qaydalarda istifadə etmək mümkündür:

    1. Təzə arı südünün 10-100 qr-nı yeməkdən 30 dəqiqə əvvəl acqarına dilinizin altına qoyun.

    2. 250 mq arı südü və 100-120 qr bal qırışığını yeməkdən əvvəl 1 ç/q dilinizin altına qoyun.

    3. 1-in 2-yə nisbətində arı südünü araq ilə qarışdırın. Yeməkdən yarım saat əvvəl gündə 3-4 dəfə 5-10 damcı qəbul edin.

  • Gündə neçə litr su içmək lazımdır? – Suyun orqanizmə faydaları

    Sağlam həyatın əsas komponentlərindən biri də su içmək rejimidir. İnsan hər gün təmiz su içməlidir. Bəs biz su qəbulunu düzgün edirikmi? Gündə neçə litr su içmək lazımdır?

    Median.Az məsələ ilə bağlı “ölkə.az”-ın araşdırmasını təqdim edir.

    Suyun orqanizmdəki rolu

    Su orqanizmdə oksigenin dövranı üçün vacibdir. Eyni zamanda qanın tərkibinə keçərək müəyyən maddələrin hərəkətinə kömək edir. Su hüceyrələrdə baş verən bütün proseslərdə iştirak edir.

    Sutkada nə qədər su içməli

    Gün ərzində litr yarımdan 2 litrə qədər su içmək lazımdır. Başqa cürə desək, 1 kilo çəkiyə 30 ml su düşür.

    Hamiləlik

    Həkimlər hamiləlik dövründə qəbul edilən su miqdarını artırmağı məsləhət görürlər. Bu, həm anaya, həm də ana bətnindəki körpəyə faydalıdır. Gündəlik içilən su miqdarını 2.5 litrə qədər artırmaq lazımdır. Şiş yaranmaması üçün qəbul edilən duz miqdarını kəskin azaltmaq məsləhət görülür.

    Image result for su

    Su böyrəklər üçün faydalıdır

    Böyrək üçün ən faydalı profilaktika onların daim işləməsidir. Buna görə də orqanizmə lazım olan su daxil olmalıdır. Rejimə uyğun su içmək məsləhət görülür. Bədəni və böyrəkləri yükləmək də olmaz. Unutmayın ki, sağlam rejim 1.5-2 litr sudur.

    Image result for su ic

    Nə zaman çox su içmək lazımdır

    Bir sıra hallarda insan su normasını gün ərzində 3 litrə qədər artırmalıdır. Bu hallar aşağıdakılardır:

    1.Gərgin fiziki rejim

    2.İdmanla məşğul olmaq

    3.Qusmaq

    4.Çox tərləmək

    5.Zəhərlənmək

    6.Yüksək hərarət

    7.Təyyarə ilə uçmaq
    Image result for su ic

    Əgər kifayət qədər su içməsək nə olar

    Su orqanizmdəki bütün proseslər üçün vacibdir. Kifayət qədər su içdiyinizi müəyyən etmək üçün testlərdən keçin. Əgər bu hallar varsa, suyu daha çox içməlisiniz:

    1.Əgər dəriniz quruyursa su çox için. Əgər dodağınız çatlayırsa və qırışlar düşürsə, suyu artırın.

    2.Həzmdə problem varsa, mədənizdə yanğı varsa, su için. Çünki maye azlığının əlamətidir.

    3.Gözlərin acışması.

    4.Ağızda quruluq və daim susuzluq hissi.

    5.Ümumi yorğunluq, adi həyat tərzində yüksək yorğunluq.

    6.Axşamlar tez-tez baş ağrısı.

    7.Aclıq hissi.

    Image result for buzlu su

    Soyuq və ya isti su içməli?

    Otaq tempraturunda suyu qəbul etmək məsləhətdir. Bir çox hallarda soyuq su içmək spazma ilə nəticələnir. Qaynar su isə selikli qişanı yandırır.

    Related image
    Səhərlər su içmək

    Səhər bir stəkan su içmək əladır. Bu, orqanizmə faydalıdır. Bir stəkan su orqanizmə bu faydaları verir:

    1.Gecə istirahətindən sonra həzm prosesini oyadır və işə salır.

    2.İştahı normallaşdırır.

    3.Səhər mədə qıcqırmasını aşağı salır.

    4.Mədənin divarlarını təmizləyir.

    Gecə su içmək faydalıdırmı?

    Maddələr mübadiləsi yuxuda da davam edir. Əgər su içmək istəyirsinizsə, için. Amma özünüzü buna məcbur etməyin. Yuxudan əvvəl çox su içmək də lazım deyil. Əgər narahat yatırsınızsa və şişməyə meyllisinizsə, yuxudan əvvəl suyu çox az qəbul edin.