Category: Maraqlı

  • Gecə növbəsində işləyənlər təhlükədədir – Alimlərdən yeni araşdırma

    Alimlərin hesablamalarına görə, hər bir sağlam insan bir həftə ərzində ümumilikdə 8-16 saat yuxu çatışmazlığı ilə üzləşir. Hətta gecə istirahəti ilə bağlı problem olmadıqda belə, natamam yuxu bir sıra təhlükəli xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər.

    Ötən il Honq-Konq Universitetinin tədqiqatçıları dörd ay ərzində 49 könüllünün həyat və fəaliyyəti ilə bağlı müşahidələr aparıb.

    Könüllülər həkimlərdən ibarət olub və bəziləri mütəmadi olaraq sutkalıq növbələrə çıxıb. Belə növbələrdə onlar ən yaxşı halda gün ərzində 2-3 saat yata biliblər. Tədqiqatı aparan alimlər daimi yuxu çatışmazlığının insan üçün hansı fəsadlara yol açdığını müəyyənləşdirməyə çalışıb.

    Tədqiqat iştirakçılarından, o cümlədən, gecə növbəsinə çıxan həkimlərdən tez-tez müayinə məqsədilə qan nümunələri götürülüb.

    Nümunələrin müayinə nəticələri göstərib ki, yuxu çatışmazlığı könüllülərin DNT-lərində turşulu zədələmələrə səbəb olub və hüceyrələrin kimyəvi zədələri “müalicə” etmək bacarığını zəiflədib. Bu isə öz növbəsində ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırıb.

    “RİA Novosti” yuxu çatışmazlığı və ya natamam yuxunun insan orqanizmində yarada biləcəyi fəsadlar haqqında ekspertlərlə söhbət aparıb.

    “Rusiyalı alimlər hələ bir neçə il əvvəl yuxu pozuntusunun turşulu stressi gücləndirdiyini və nəticədə, şaperonların, yəni hüceyrələrin müdafiəsini təmin edən zülalın funksiyasını pisləşdirdiyini müəyyən edib.

    Çinli alimlərin apardığı tədqiqatda isə DNT-nin zədələnməsinə yola açan turşulu stressin başqa aspektləri araşdırılıb.

    Hansı DNT sahəsinin zədələnməsindən asılı olaraq, insanda ciddi xəstəliklər, o cümlədən, karbohidrat mübadiləsinin pozulması (şəkərli diabetin variantları) və ya insanın stressli vəziyyətlərə dözümlülüyünün aşağı düşməsi baş verə bilər”, – deyə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin sinir xəstəlikləri və neyrocərrahiyə kafedrasının dosenti Mixail Poluektov bildirib.

    Qeyd edək ki, yetişkin insan üçün gündəlik yuxu norması yeddi saat hesab olunur. Yaşlılarda isə bu göstərici altı saat təşkil edir. Gecə düzgün şəkildə istirahət etməyən, normadan az yatan insanlar gələcəkdə psixiatrın qəbuluna düşmə riski daşıyır.

  • Yəhudi alimdən möhtəşəm İCAD – VİDEO

    Biz hər ay istifadə etdiyimiz enerji müqabilində pul ödəyirik. Bəzi insanlar isə daha ucuz enerji mənbələri axtarışına çıxır. Bəs bilirdiniz ki, sadəcə bir kartofun köməyi ilə bir otağı işıqlandırmaq olar? Əgər işığı düzgün hazırlasanız, bu, sizə bir ay kifayət edəcək.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Yerusəlim universitetinin alimi Xaim Rabinoviç yeni işıq əldə etmək üsulunu icad edib və o, bu icadını bütün dünya ilə bölüşmək qərarına gəlib.

    Kimin ağlına gələrdi ki, bir neçə kartofdan işıq qurğusu düzəltmək olar. Bu, çox asan səslənsə də, sizi bir aylıq işıqla təmin edən qurğunu düzəltmək üçün əlavə bir neçə ləvazimat lazım olacaq. Xaim bu sahədə ən yaxşı alimlərdən biridir. O deyir ki, qurğunu hazırlamazdan əvvəl 8 dəqiqə qaynatmaq lazımdır. Çiy məhsul eyni göstəricisi ilə müqayisə etsək, yanma zamanı kartofun enerji potensialı artır. Qaynamış kartofun enerji ehtiyatı AA batareyasından 2 dəfə çox artacaq.

    Bunun üçün 2 kartof və 2 metal, 2 elektrod və elektrik dövrəsinin dəsti üçün kiçik alışqan lazımdır. Başqa bir şeyə ehtiyacınız olmayacaq! Xaimin fikrincə bu, inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar üçün böyük kəşf ola bilər:

    “Əminəm ki, bu, milyonlarla insanların həyatını yaxşılaşdıracaq. Kartof dünyada ən ucuz məhsullardan biridir, bunu etmək daha asan və ucuz başa gəlir. Bu gün bir çoxu elektriki təbii haqqı qəbul edir, amma inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların bu cür imkanları yoxdur, odur ki, bu, əla alternativ ola bilər”.

    Alim onu da deyib ki, “kartof” batareya istehsalı 50 dəfə ucuz başa gələcək.

  • Azərbaycanın yol polisinin REKORD QIRAN VİDEOSU

    Ötən ilin payızında Vergilər Nazirliyi yol polisinin fəaliyyətinə həsr edilmiş videoçarx yayıb.

    Avtosfer.az saytının məlumatına görə, video nazirliyin “Facebook” səhifəsində yayılıb və qısa müddətdə izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

    Artıq həmin video Gürcüstanda da məşhurlaşıb. Belə ki, “Georgian Coubs” səhifəsində video üç ay əvvəl yayılıb. Bir milyondan çox izləyicinin gördüyü videonu 32398 nəfər paylaşıb. 15 min dəfə bəyənilən videoya 521 nəfər şərh yazıb.

  • Plastik tullantılardan qurtulmağın yolu tapıldı – VİDEO

    Yer planetinin ekoloji baxımdan əsas problemlərindən biri gündən-günə çoxalan plastik tullantılardır. Ekoloqların hesablamalarına görə, okean və zibilliklərdə hazırda beş milyard tona yaxın plastik tullantı var: onların çoxu heyvan və insanların məskənlərinə təhlükə yaradan toksik maddələr yayır.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə “Hi-News” məlumat yayıb.

    Alimlər uzun müddətdir ki, bu problemin həlli üzərində “baş sındırır”: kimi ekoloji təmiz alternativlər axtarır, bəziləri isə tullantıların yanacağa çevrilməsi üçün texnologiyalar ərsəyə gətirir. Perdyu Universitetinin kimyaçılarından ibarət qrup bu yaxınlarda yaratdıqları yeni texnologiya ilə bağlı məlumat veriblər.

    Onların ixtira etdikləri proses plastik tullantıları benzin və ya dizelə bənzər yanacağa çevirməyə imkan verir. Bu konvertasiyada plastik oyuncaqlar, yanacağın alınmasında tibbi cihazlar, ərzaq qablaşdırma vasitələrinin tərkibində olan polipropilen əsas xammal sayılır. İdeyaya görə, propilen polimerləri yandırılır, daha sonra qaz və maye şəkli arasında olan vəziyyətində suda həll edilir.

    Proses dəniz səviyyəsindən 2300 dəfə çox atmosfer təzyiqi altında 380-500 dərəcə temperaturda həyata keçirilir. Konvertasiya bir saata yaxın çəkir. Proses başa çatdıqdan sonra alimlər avtomobillər və digər texnikada istifadə oluna bilən yanacaq əldə edir.

    Tədqiqatçı alim Linda Vanın sözlərinə görə, polipropilen dünyanın plastik tullantılarının dörddə bir hissəsini təşkil edir. Onların bu texnologiyası həmin tullantıların 90 faizini faydalı yanacağa çevirməyə imkan verir.

  • Bazarlığa bu cihazla gedəcəyik – Məhsulların təzəliyini anındaca bildirir

    Fraunhofer Cəmiyyətinin mühəndisləri tərəfindən yaradılmış cib skaneri infraqırmızı şüalanmanın köməyi ilə anında məhsulların təzəliyini yoxlamağa imkan verəcək.

    Median.Az “ictnews”a istinadən xəbər verir ki, yeni texnologiya insanlara gündəlik məişət işlərində yaxından kömək edəcək.

    Bazarlığa gedərkən, mətbəxdə yemək bişirərkən və s. hallarda yeni ixtiradan istifadə olunacaq. Yeni texnalogiyanın əsas üstünlüyü isə ondan ibarətdir ki, zibilə atılan qida məhsullarının həcmini azaltmağa imkan verəcək.

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, dünyada istehsal olunan qida məhsullarının 33 %-i atılır. Bu, il ərzində təxminən 1,3 milyard ton deməkdir.

    İnkişaf etmiş ölkələrdə, zibilə atılmış qida məhsullarının daşınması üzrə illik xərclərin həcmi 680 milyard dollar təşkil edir.

    İnsanların qida məhsullarını zibilliyə atmasının səbəblərindən biri onların təzə olmasına şübhədir. Əsasını yüksək dəqiqlikli yaxın infra-qırmızı datçik təşkil edən yeni sensor bu problemi qismən həll edəcək.

    Qidanın üzərinə infraqırmızı şüa düşür və əks olunan işıq infraqırmızı spektr üzrə ölçülür. Qidanın udma spektrini məşhur nümunə ilə müqayisə edən qurğu qidanın təzə olub-olmamasını müəyyənləşdirəcək.

  • Yuxuda xarici dilləri öyrənməyin yolu tapıldı

    İnsanlar yatarkən xarici dilləri öyrənə bilərlər.

    Median.Az oxu.az-a istinadən bildirir ki, belə nəticəyə İsveçrənin Bern universitetinin alimləri gəliblər.

    Onlar insan beyninin aktivliyi ilə bağlı araşdırma aparıblar. Tədqiqatda iştirak edən insanlara yatarkən doğma dildə hansısa sözün başqa dildə olan analoqunu qulaq asdırıblar. Eksperimentin şəffaflığı üçün heç bir dildə olmayan, yani şərti sözlərdən istfadə edilib.

    Nəticədə məlum olub ki, insanlar oyanərkən yuxuda eşitdikləri sözləri təkrarlayıblar. Ən yaxşı göstəricilər dərin yuxu mərhələsində əldə olunub.

  • Dünyanın ən soyuq yerləri məlum oldu

    Dünyada ən soyuq sayılan yerlərin siyahısı açıqlanıb.

    Median.Az oxu.az-a istinadən bildirir ki, reytinqdə birinci yerdə Monqolustan paytaxtı Ulan-Bator qərarlaşıb.

    Ulan-Batorda yanvar ayında havanın temperaturu -40 dərəcə olur.

    Siyahıya həmçinin Rusiyanın istifadə etdiyi “Vostok” stansiyası (Antarktida) daxil olub. Burada yayda havanın orta temperaturu -32 dərəcə təşkil edir.

    Reytinqə Verxoyansk şəhəri (Rusiya), Denali dağı (Alyaska, ABŞ), Freyzer şəhəri (Kolorado, ABŞ), Snaq kəndi (Kanada), Yakutsk şəhəri (Rusiya) və Rocera aşırımı (ABŞ) da daxil olub.

  • Раскрыта тайна появления жизни на Земле

    Beynəlxalq tədqiqat qrupu 3,5 milyard il əvvəl Yerdəki mikrob həyatının “çiçəkləndiyini” müəyyən edib. Bundan əvvəl həmin dövrdə mikrob florasının məhv olma astanasında olduğu güman edilirdi.

    Bu barədə “Phys.org”da məlumat dərc olunub.

    Ehtimallara görə, ilk canlı orqanizmlər Yer üzündə 3-4 milyard il əvvəl meydana gəlib. Alimlər təkhüceyrəlilərin yaranması üçün mövcud olmuş təbii şəraiti tədqiq etməyə çalışıb. Onlar belə bir nəticəyə gəlib ki, ilk orqanizmlər Yer planetinin formalaşmasından dərhal sonra peyda olublarsa, deməli, kainatda (Yer planetindən savayı) canlı varlıqların olması ehtimalı kifayət qədər yüksəkdir.

    Tədqiqat qrupu üzvi mənşəli süxurların tərkibində olan kükürdün izotop quruluşunu təhlil edib. Məlum olduğu kimi, anaerob şəraitdə mikroorqanizmlər sulfatdan istifadə edir və nəticədə, sulfid ifraz edir. Kükürd izotoplarının kəmiyyəti metabolizm növlərindən asılı olur.

    Alimlər qədim dağ süxurlarında olan stabil kükürd izotopları ilə bakterial metabolizm arasındakı qarşılıqlı əlaqəni araşdırıb. Nəticədə, həyat əlamətlərinin hələ üç milyard il əvvəl mövcud olduğu ortaya çıxıb.

  • “Apple” onun proqramında səhv tapan məktəblini mükafatlandıracaq

    “Apple” korporasiyası “FaceTime” proqramında zəng edilən abonenti zəngə cavab verməzdən öncə eşitməyə və görməyə imkan yaradan səhvi hamıdan əvvəl aşkarlayan 14 yaşlı məktəbli Qrant Tompsonun ailəsini mükafatlandıracaq.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, The Verge portalının yaydığı məlumata görə, mükafatın məbləği açıqlanmır. Bundan başqa, kompaniya Qrant Tompsonun təhsil xərclərini də öz üzərinə götürüb.

    “Apple” korporasiyası, həmçinin “FaceTime” proqramındakı səhvi aşkar edənlərə təşəkkürünü bildirib və həmin nasazlığın toxunduğu insanlardan üzr istəyib. Fevralın 7-də isə özünün iOS 12 mobil əməliyyat sistemində səhvi aradan qaldıran yenilənməni işə salıb.

  • Ən qədim xərçəng şişi aşkarlandı

    Berlinin təbiətşünaslıq muzeyinin mütəxəssisləri 240 milyon il əvvəl yaşamış tısbağanın qalıqlarında xərçəng əlamətləri aşkarlayıb.

    Bu barədə “EurekAlert!” elmi xəbərlər portalında məlumat yayılıb.

    Alimlər əmin edir ki, müasir tısbağaların Trias dövründə yaşamış əcdadının bel sümüyündə bədxassəli törəmə olub. Tədqiqat nəticələrinə görə, şişin xarakteristikası bir çox müasir xərçəng xəstələrində müşahidə olunan osteosarkomaya uyğun gəlir.

    Bu tip şiş, adətən, sümüklərin səthində yerləşir və sürətlə inkişaf edir. Həmçinin, digər xərçəng növləri ilə müqayisədə, daha erkən metastaz verir (ikinci dərəcəli şişli ocaqlar).