Category: Maraqlı

  • Alimlərdən ciddi xəbərdarlıq: Əsrin sonunda dəhşətli fəlakət gözlənilir

    Alimlər bəşəriyyətin ciddi fəlakətlə üz-üzə olduğunu açıqlayıblar.

    Median.Az xəbər verir ki, Himalay dağlarındakı buzların üçdə ikisinin əriməsi böyük faciəyə səbəb olacaq. Bu buzlar planetin 2 milyard əhalisini su ilə təmin edir. Himalay dağlarındakı buzlar Qanq, İnd, Xuanxe, Mekonq və İravadi çaylarını su ilə təmin edir.

    Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.

    Himalay buzları 70 milyon il əvvəl yaranıb və tempratura qarşı çox həssasdırlar. 1970-ci illərdən buzlar əriməyə və yoxa çıxmaya başlayıb. Bundan başqa yüzlərlə buzlu göl su axınını saxlaya bilməz və faciəvi daşqınlar baş verə bilər.

  • Məşhur həkimdən xəbərdarlıq: “Xərçəngə yoluxma iki dəfə artacaq”

    Almaniyanın Onkologiya Elmi-Araşdırma Mərkəzinin rəhbəri professor Mixael Baumann bildirib ki, 2040-cı ildə xərçəngə yoluxma halları dünyada iki dəfə artacaq.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, “Təəssüflər olsun ki, xərçəng xəstəliyinin geniş yayılmasını görəcəyik. 2040-cı ildə yoluxma halları 2 dəfə artacaq”, – deyə alman onkoloq qeyd edib.

    Mütəxəssisin sözlərinə əsasən, Almaniyada da bu hal artacaq. Amma bəzi ölkələrdə bu artım çox yüksək rəqəmlərə çatacaq.

  • Hamilələr qışda bunlara diqqət etməlidir – İki nəfərlik qidalanmayın!

    Qış aylarında daha sağlam və gümrah hamiləlik keçirmək üçün bir sıra məqamlara diqqət edilməlidir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, qış mövsümündə soyuq və qrip infeksiyaları ən çox hamilələrə təsir edir. Buna görə də bəzi onlar daha çox diqqətli olmalıdırlar.

    Yetərincə havalandırılmayan otaqlar hamilə qadınlar üçün böyük təhlükə yaradır. Qış mövsümündə evin qapalı qalması səbəbindən təbii qaz, toz, tütün tüstüsü hamilə qadınların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən də evi hər gün havalandırmaq lazımdır.

    Bağlı yerlərdə çox qalmayın. Qrip infeksiyasının artdığı qış aylarında qapalı məkanlar xəstəliyə yoluxmaq üçün ən əlverişli mühitdir. Buna görə də alış-veriş mərkəzləri kimi yerlərdən kənar qalmaq məsləhətdir.

    İnsanlarla yaxın təmasdan çəkinin. Gələcək analar əllə salamlaşmaqdan, qucaqlaşmaqdan və öpüşməkdən mümkün qədər uzaq durmalıdırlar. Əllər tez-tez isti su və sabunla yuyulmalıdır.

    Əsasən pambıq və hava keçirən geyimlər istifadə edilməlidir. Sintetik, hava keçirməyən və tərlədən geyimlər göbələk infeksiyasına səbəb ola bilər.

    Yaxşı olardı ki, hamilə qadınlar tək qatdan ibarət qalın geyimlər əvəzinə, bir neçə qatdan ibarət pambıq və ya yun geyimlərə üstünlük versinlər.

    Ayaqların isti olması üçün isə pambıq və yun corablar geyinilməlidir.

    Hamiləlikdə kolbasa məhsulları istifadə etmək olmaz. Hamiləlik zamanı iki nəfərlik qidalanmayın. Belə ki, gələcək analar əlavə olaraq 9-12 kq çəki ala bilərlər. Bundan artığı ana və körpəyə zərər verə bilər.

    Kolbasa məhsullarının tərkibindəki qatqı maddələri orqanizmdə toksik maddələrin yaranmasına səbəb olur ki, bu da həm ana, həm də körpə üçün çox təhlükəlidir.

    Şirin qazlı içkilərdən uzaq durun, bu, çəki almağınıza səbəb ola bilər.

    Hamiləlik boyunca yüksək miqdarda kofein qəbulu körpələrin beyin inkişafına zərər verə bilər. Buna görə də kofein istifadəsinə diqqət yetirilməlidir.

  • Jurnalistlər işsiz qalır? robot tərəfindən yazılan ilk məqaləni dərc edildi

    “The Guardian” nəşrinin Avstraliya versiyasının saytında dünyada robot tərəfindən yazılmış ilk məqalə dərc olunub.

    Median.Az xəbər verir ki, “ReporterMate” adlı robot nəşrin jurnalisti Nik Eversxed və proqramçılar qrupu tərəfindən birgə yaradılıb. Alqoritm böyükhəcmli məlumatları emal edə, onları axtarıb tapa və artıq hazır mətn şablonlarına yerləşdirə bilər.

    N.Eversxed qeyd edir ki, “ReporterMate” jurnalistləri tam əvəz etməyə qadir deyil, ancaq o, araşdırmalar zamanı böyük məlumatların təhlili ilə daha dəqiq işləyəcək. Bu isə jurnalistlər tərəfindən tez-tez yol verilən riyazi səhvlərin qarşısını alacaq.

    Jurnalistin sözlərinə görə, süni intellektin müstəqil şəkildə böyükhəcmli material hazırlaması hələ ki, real səslənmir./AZƏRTAC/

  • Hər səhər yediyiniz ZƏRƏRLƏRİ

    Hər səhər yediyimiz yumurtanın bir çox faydalarını bilirsiniz. Bəs, onun orqanizm üçün zərəri haqda necə, məlumatınız varmı?

    Median.Az gencaile.az-a istinadən yumurtanın orqanizmdə yaradacaq zərərlərini sadalayır:

    Salmonella – yumurtada tapıla bilən ən təhlükəli mikroblardan biridir. Bu mikrob yumurtaya və ya toyuğa heç bir zərər vurmur, ancaq əgər bu mikrob insan orqanizminə düşərsə, bədən temperaturunda sürətlə inkişaf edərək, bağırsaqlarda iltihab, paratif və tif yarada bilir.

    Həkimlər istifadədən əvvəl yumurtanı sabunlu su ilə yumağı məsləhət görürlər. Yumurtanı 10 dəqiqədən az qaynatmaq məsləhət deyil. Həmçinin həkimlər yumurtanı çiy yeməyi orqanizmin sağlamlığı üçün zərərli hesab edirlər.

    Mütəxəssislər həftədə 7 və daha çox yumurta qəbul edən orta yaşlı kişilərin ölüm faizinin artdığı qənaətindədirlər, belə ki, yumurtada olan çox miqdarda xolesterin damarların divarında kirəc əmələ gəlməsinə səbəb ola bilir.
    Eyni zamanda çoxlu miqdarda yumurta qəbulu infarkt və insultdan ölüm dərəcəsini iki dəfə artırır

  • Saçları hər gün yumaq olarmı?

    Əvvəllər belə hesab olunurdu ki, saçları həftədə 1 dəfə yumaq olar, bundan tez yox.

    Lakin hazırda trixoloqlar saçları müəyyən fasilələrlə deyil, çirkləndikcə yumağı tövsiyə edirlər.

    Yağlı saçlar daha tez-tez çirklənir ki, onları bəzən hər gün yumaq lazım olur.

    Trixoloqların fikrinə görə, bu problem deyil. Əksinə saçların uzun müddət ərzində çirkli qalması onların sağlamlığına gündəlik yuyulmaqdan daha mənfi təsir edir.

    Saçların yağlılığını azaltmaq üçün onları isti su ilə deyil, ilıq su ilə yuyun və sonda alma sirkəsi (2 l su + 2 x.q. alma sirkəsi) və ya gicitkən, çobanyastığı dəmləməsi ilə yaxalayın.

    //saglamolun.az

  • Ən zərərli smartfonların adları açıqlandı (SİYAHI)

    Mobil telefonlar istifadəçilərinin əksəriyyəti istofadə etdikləri cihazın radiasiya yayma faizinin həddən artıq yüksək olduğundan xəbərsizdirlər.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox araşdırma qurumları smartfonların maksimum 0,60 Vatt gücündə radiasiya yaymamalı olduğunu deyirlər. Almaniya Nüvə Təhlükəsizliyi və Radiasiya Qurumu smartfonların radiasiya yayma gücü ilə bağlı araşdırma aparıb.

    Həmin araşdırmanın nəticələrinə əsasən smartfonların radiasiya yayma qabiliyyətinə görə ən çoxdan ən aza doğru siyahısını təqdim edirik:

    1. Xiaomi Redmi Note 7: 1.75 Vatt
    2. Xiaomi Redmi 6: 1.73 Vatt
    3. Xiaomi Mi 8: 1.69 Vatt
    4. OnePlus 5T: 1.68 Vatt
    5. HTC Desire 820: 1.64 Vatt
    6. Nokia Lumia 630: 1.51 Vatt
    7. ASUS Zenfone 2: 1.48 Vatt
    8. Xiaomi Redmi Note 3: 1.44 Vatt
    9. Alcatel A5 LED: 1.43 Vatt
    10. Meizu Pro 7: 1.41 Vatt
    11. OnePlus 5: 1.39 Vatt
    12. HTC U11: 1.38 Vatt
    13. iPhone 7: 1.38 Vatt
    14. Sony Xperia Z1 Compact: 1.36 Vatt
    15. iPhone 8: 1.32 Vatt
    16. ZTE Axon 7 Mini: 1.29 Vatt
    17. BlackBerry DTEK60: 1.28 Vatt
    18. iPhone 7 Plus: 1.24 Vatt
    19. Google Pixel: 0.33 Vatt
    20. Samsung Galaxy S8: 0.32 Vatt
    21. Nokia Lumia 535: 0.32 Vatt
    22. ZTE Blade A610: 0.31 Vatt
    23. Motorola Moto Z: 0.30 Vatt
    24. Motorola Moto G5 Plus: 0.30 Vatt
    25. Samsung Galaxy A5 (2016): 0.29 Vatt
    26. LG Q6: 0.28 Vatt
    27. ZTE Blade A910: 0.27 Vatt

  • Kartof sağlamlıq üçün necə faydalıdır?

    Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.

    Qabığı ilə bərabər yeyildikdə faydalıdır. Böyük Britaniyanın Kral Tibb Cəmiyyəti nəzdindəki sağlam qida forumunun sabiq prezidenti doktor Merilin Qlenvillin sözlərinə görə, kartofu qabıqsız yemək böyük səhv və sağlamlıq üçün nöqsandır. Kartofdan təmizlənmiş bir yumruq həcmində qabıq orqanizmi həkimlərin tövsiyə etdiyi həll olunan lif, kalsium, dəmir, fosfor, sink və C vitamini kimi gündəlik dozanın yarısını əvəz edə bilər. Lakin kartofun qabığı bir qayda olaraq zibil yeşiyinə atılır.

    Xərçəng xəstəliklərindən qorunmada faydalıdır. Elmi tədqiqatların nəticələri göstərir ki, kartof tərkibindəki yüksək miqdarda flavonoid, karotinoid və fenol turşularının hesabına antioksidant təsiri göstərir. Bu maddələr qaraciyərdə və yoğun bağırsaqda əmələ gələn xərçəng hüceyrələrinin inkişafını deaktivləşdirir. Qırmızı kartofun tərkində isə ağ kartofa nisbətən antoksidantlar 3-4 dəfə çoxdur.

    Beyin və əsəb sisteminin sağlamlığı üçün faydalıdır. Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.

    Qanda şəkərin miqdarına nəzarət üçün faydalıdır. Kartofun tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişli materialdır. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını təsdiqləyirlər.

    Hipertoniya zamanı faydalıdır. Kartofun tərkibində kaliumun bolluğu arterial təzyiqə daha yaxşı nəzarət etməyə şərait yaradır.

    Dəri sağlamlığında faydalıdır. Kalium ilə zəngin olan kartof kimi ərzaqlar dərinin cavan və təravətli görünüşünün saxlanmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır. Kalium, həmçinin hüceyrələrin bölünməsini aktivləşdirir ki, bu da dərinin tonusunu və elastikliyini təmin edir.

    Mütəxəssislər yalnız suda bişirilmiş və qızardılmış kartofun kalorili əlavələrsiz və soussuz orta miqdarda qəbul olunmasını sağlamlıq üçün daha faydalı hesab edirlər.

  • 5G baza stansiyaları üçün ilk prosessor təqdim olundu

    “Huawei” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) baza stansiyaları üçün hazırlanan “Tiangang” adlı dünyanın ilk prosessorunu nümayiş etdirib.

    Median.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğu bütün dünyada “5G” şəbəkəsinin miqyaslı işə salınmasını sadələşdirməyə imkan verəcək yüksək inteqrasiya olunmuş məhsuldur. Çip əvvəlki nəsil prosessorların göstəricilərini 2,5 dəfə üstələyən yüksək hesablama xüsusiyyətləri ilə xarakterizə olunur.

    Məlumata görə, ən yeni alqoritmlərdən və şüanın formalaşdırılması texnologiyasından istifadə etməklə bir belə prosessor 64 kanala nəzarət edə bilir. Bundan başqa, həllin 200 MHs takt tezliyində buraxılış zolağını dəstəkləməsinə görə təkcə mövcud deyil, eyni zamanda gələcək şəbəkələr üçün nəzərdə tutulub.

    Bildirilir ki, “Tiangang” aktiv antena sistemlərinin kompleks modernləşdirilməsi imkanını təmin edir. Yeni prosessorun tətbiqi sayəsində baza stansiyalarının ölçüsü 50 faiz kompakt, çəkisi isə 23 faiz yüngül olacaq, eləcə də enerji sərfiyyatı 21 faiz azalacaq.

    “Huawei” şirkətinin nümayəndələri qeyd edir ki, “5G” baza stansiyalarının quraşdırılması “4G” stansiyaları ilə müqayisədə iki dəfə sürətlənəcək. Bu isə öz növbəsində bir sıra texniki çətinlikləri aradan qaldırmağa və xərcləri azaltmağa imkan verəcək.

  • Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin fikrinə görə, palma yağınının istehlakı piylənmə və ürək xəstəliklərinə səbəb olur.

    Təəssüf ki, hal hazırda ucuz palma yağı bir çox hazır məhsullara əlavə olunur. Bu yağ xüsusilə şirniyyatlar və süd məhsullarının istehsalında çox geniş istifadə olunur. Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?

    Median.Az saglamolun.az-a istinadən məhsulda palma yağının olub-olmadığını müəyyən etmək üçün bəzi tövsiyələri təqdim edir:

    1. Palma yağı əlavə olunmuş məhsulun saxlanma müddəti bu yağ əlavə olunmamış məhsuldan daha çoxdur.

    2. Palma yağı ucuzdur və bu səbəbdən bu yağ əlavə olunmuş məhsul digər oxşar məhsullarla müqayisədə daha ucuz qiymətə satılır.

    3. Palma yağı əlavə olunmuş məhsulun adı da başqa ola bilər: məsələn, “kəsmik” deyil, “kəsmikli məhsul” (“творожный продукт”) və ya “kəsmikli kütlə” (“творожная масса”), “pendirli məhsul” (“сырный продукт”). Burada “məhsul” sözü ona işarə edir ki, tərkibində bitki yağı var.

    4. Təbii süd məhsulunun tərkibində bitki yağı ola bilməz. Əgər hər hansı süd məhsulunun etiketində “bitki yağı” sözü varsa, çox güman ki, ona məhz palma yağı əlavə olunub. Mütləq məhsulun etiketini oxuyun!

    5. Təbii kəsmik ev temperaturunda qalanda tez bir zamanda turşumağa başlayır, onun iyi və dadı dəyişilir. Palma yağı əlavə olunmuş kəsmik hətta ev temperaturunda uzun müddət xarab olmur və onun üzərində sarı qat əmələ gəlir.

    6. Palma yağı əlavə olunmuş xama və ya kəsmiyi yeyəndən sonra ağızda və dilin üzərində xoşagəlməz yağlı dad qalır.

    7. Təbii dondurma ev temperaturunda tədricən yumşalır və öz formasını saxlayır, tam əriyəndə ağ süd kimi maye alınır. Palma yağı əlavə olunmuş dondurma uzun müddət ərzində əriyir və əriyənda yarımşəffaf mayeyə çevrilir.

    8. Palma yağı əlavə olunmuş pendir “sabun” dadı verir, çətinliklə kəsilir (rezin kimi) və ya ovulur. Açıq havada süni pendir tez quruyur və üzərində çatlar əmələ gəlir.

    Gün şüalarının altında qalan təbii pendir tez yumşalır, palma yağı əlavə olunmuş pendir isə əksinə bərkiyir və onun üzərində yağ damcıları əmələ gəlir.

    9. Palma yağı əlavə olunmuş kərə yağı daha ucuz qiymətə satılır. Onu yeyəndən sonra dilin üzərində sanki yağlı qat yaradır. Təbii kərə yağını yeyəndən sonra ağızda çox xoş südlü-qaymaqlı dad qalır.

    10. Təbii kərə yağının yağlılığı 82,2%-dən aşağı ola bilməz. Yağın üzərində, məsələn, 72% yazılıbsa, bu təbii yağ deyil.

    11. Təbii “squşonka”-nın tərkibində yalnız süd və şəkər tozu olmalıdır. Heç bir bitki yağı burada ola bilməz.

    12. Dükanlarda satılan şirniyyatların (peçenye, vafli, keks və s.) əksəriyyətinə palma yağı əlavə olunur. Bu səbəbdən mütəxəssislər belə məhsulları yeməyi və xüsusilə də uşaqlara verməyi tövsiyə etmirlər.