Category: Maraqlı

  • Enerji içkiləri yeniyetmələrin sağlamlığını necə risk altına alır? – Həkimlərin xəbərdarlığı

    Son illər yeniyetmələr arasında enerji içkilərinin istifadəsi artmaqdadır. Xüsusilə dərs yüklənməsi, gecə oyaq qalmaq istəyi və sosial təsirlər bu içkilərin populyarlaşmasına səbəb olur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər: bu içkilər uşaqlar və yeniyetmələr üçün ciddi təhlükə mənbəyidir.

    Həkim-terapevtlər bildirir ki, enerji içkilərinin tərkibində yüksək miqdarda kofein, şəkər və stimullaşdırıcı maddələr var. Bunlar ürək ritmini pozur, yuxusuzluq yaradır, diqqət və yaddaş problemlərinə səbəb ola bilər. Hətta bəzi hallarda yüksək təzyiq və ürək çatışmazlığı riski belə artır.

    Pediatrlar vurğulayır ki, inkişafda olan orqanizm bu cür yüklənməyə hazır deyil. Müntəzəm istifadə gələcəkdə psixoloji asılılıq, sinir sistemi pozuntuları və hətta diabetə qədər aparan risklər yarada bilər.

    Ümumdünya Səhiyyə Təşkilatı 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışının məhdudlaşdırılmasını tövsiyə edir. Bəzi ölkələrdə isə bu içkilər məktəblərdə tamamilə qadağan olunub.

    Həkimlər valideynləri və müəllimləri diqqətli olmağa çağırır və xəbərdarlıq edir: enerji içkisi enerji deyil, təhlükə verir.

  • Sumqayıtda bədii gimnastika üzrə şəhər birinciliyi keçiriləcək

    Sumqayıtda bədii gimnastika üzrə şəhər birinciliyi keçiriləcək.

    Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

    Avqustun 3-də baş tutacaq yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

  • Qəhvənin psixika üçün faydalı xüsusiyyəti müəyyən edilib

    Kofein bağırsaq və beyin arasındakı əlaqəyə təsir edərək xroniki stressin yaratdığı depressiyanın qarşısını ala bilər.

    Çinin Çonqsin Tibb Universitetinin alimləri belə nəticəyə gəliblər.

    Laboratoriya siçanlarının iştirakı ilə aparılan təcrübədə elm adamları insanlarda depressiya əlamətlərinə bənzər davranış dəyişikliklərinə səbəb olması ilə tanınan xroniki stressi modelləşdiriblər.

    Bir qrup heyvana əvvəlcədən kofein verilib, sonra onların davranışı, bağırsaq sağlamlığı və iltihab səviyyələri heç bir qorunma olmadan stresə məruz qalan siçanlarla müqayisə edilib.

    Məlum olub ki, kofein qəbul edən siçanlar, stresə məruz qalmayan nəzarət qrupu kimi aktiv davranıblar. Bundan əlavə, bu heyvanlarda bağırsaq baryerinin parçalanması müşahidə edilməyib, qanda və əhval-ruhiyyə ilə əlaqəli beyin bölgəsi olan hipokampusda iltihablı molekulların səviyyəsi normal həddə qalıb.

    Bağırsaq selikli qişasının bütövlüyünü təmin edən zülalların səviyyəsi azalmayıb, mikrofloranın tərkibi sağlamlığa yaxın olub.

    Müəlliflər araşdırmanın hələ ilkin mərhələdə olduğunu vurğulayıblar. Qeyd olunub ki, bununla belə, tapıntılar qidalanma, bağırsaq mikroflorası və psixi sağlamlıq arasındakı əlaqəyə dair əlavə tədqiqatların vacibliyini təsdiqləyir.

  • Hər gün pivə içsəniz, bədəninizdə nələr baş verəcək?

    Pivənin az miqdarda və nadir hallarda qəbulu zərərsiz görünə bilər, lakin bu içkini hər gün istehlak etmək sağlamlığınız üçün ciddi fəsadlara səbəb ola bilər. Gündəlik pivə istifadəsi orqanizmdə bir çox gözlənilməz dəyişikliklərə yol aça bilər.

    Qaynarinfo xəbər verir ki, “Eat This, Not That” platformasında dərc olunmuş məlumatlara görə, pivənin gündəlik istifadəsi aşağıdakı beş təsiri ilə diqqət çəkir:

    1. İmmunitet sisteminin zəifləməsi

    Güclü immun sisteminin sağlam həyat üçün vacib olduğu bilinir. Lakin həkim-immunoloq Kara Vada bildirir ki, hər gün pivə içmək bağırsaq divarını qıcıqlandıra və bağırsaq mikrobiomunun pozulmasına səbəb ola bilər. Bu da bağırsaq keçiriciliyinin artması ilə nəticələnir. Nəticədə, tez-tez soyuqdəymə, allergiya, dəri xəstəlikləri, maddələr mübadiləsinin zəifləməsi və ya autoimmün pozuntular yarana bilər.

    2. Yuxu pozuntuları

    Pivə qəbulundan sonra bədəndə yuxululuq hissi yaransa da, bu, bərpaedici yuxunun keyfiyyətini aşağı salır. Dr. Kara Vada qeyd edir ki, spirt sürətli göz hərəkəti (REM) yuxusunu zəiflədir və bu da emosional sabitlik, yaddaş və psixoloji bərpa üçün zərərli nəticələrə səbəb olur. Nəticədə insan özünü ertəsi gün yorğun və enerjisiz hiss edir.

    3. Dişlərin vəziyyətinin pisləşməsi

    Stomatoloq Sandip Saçarın sözlərinə görə, pivə fermentasiya olunmuş karbohidratlar ehtiva edir ki, bu da ağız boşluğundakı zərərli bakteriyaların çoxalmasına və diş daşlarının yaranmasına səbəb olur. Bundan əlavə, gündəlik pivə istehlakı ağız quruluğu (kserostomiya) riskini artırır, bu isə ağız infeksiyaları və diş çürüməsi ilə nəticələnə bilər.

    Tüpürcəyin azalması, ağızdakı turşuları neytrallaşdırmaq və diş minasını qorumaq funksiyasını da zəiflədərək, ümumi ağız sağlamlığına mənfi təsir edir.

    4. Çəki artımı

    “Pivə qarını” anlayışı təsadüfi yaranmayıb. Spirtli içkilər orqanizmdə toksin kimi qəbul edilir və orqanizm onun parçalanmasına üstünlük verir. Bu proses, qarın boşluğunda yerləşən və orqanları əhatə edən visseral piyin yığılmasına səbəb olur. Visseral piy isə iltihabı artırır və qaraciyərin piylənməsi, insulinə qarşı müqavimət kimi metabolik pozuntulara yol açır.

    5. Xərçəng riskinin artması

    Klinik dietoloq, “Necə yemək, necə içmək vərdişlərini dəyişir” kitabının müəllifi Bruk Şeller qeyd edir ki, alkoqol bədənin ümumi metabolik proseslərinə mənfi təsir göstərir və yeddi növ xərçənglə əlaqələndirilir. Hətta az miqdarda və ya gündəlik içilən pivə də qaraciyərin digər funksiyalarını arxa plana atır və hüceyrə səviyyəsində dəyişikliklərə səbəb ola bilər.

    Pivəni nə vaxt dayandırmaq lazımdır?

    Amerikalı nevroloq Riçard Restak bildirir ki, 65 yaşdan sonra spirtli içkilərdən tamamilə imtina edilməlidir. Bu yaşdan sonra demensiyanın inkişaf riski beşqat artır və hər beş ildən bir bu risk daha da yüksəlir.

  • “Liverpul”un məşqçilər korpusunda yeni təyinat reallaşıb

    İngiltərənin “Liverpul” klubunun məşqçilər korpusunda yeni təyinat reallaşıb.

    “Report” Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kolin Stüart qapıçılar üzrə məşqçi təyin olunub.

    Şotlandiyalı mütəxəssis daha əvvəl ölkəsinin “Reyncers” klubunda çalışıb.

    Qeyd edək ki, bundan əvvəl Niderland millisinin sabiq kapitanı Covanni van Bronkhorst da “qırmızılar”ın məşqçilər korpusuna cəlb edilib.

  • Yemişin bu faydalarını bilirdinizmi?

    Yay fəslinin ən sevimli meyvələrindən biri də yemişdir. Yemişin tərkibindəki adenozin maddəsi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. Bu meyvə tor qişanın sağlamlığını qoruyan C vitamini ilə də zəngindir.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ispaniyalı dietoloq Marta Fiqeras məlumat verib.

    O bildirir ki, adenozin orqanizmdə müxtəlif prosesləri – yuxunu tənzimləməyə kömək edir, iltihab əleyhinə təsir göstərir və hüceyrələrə enerji ötürür.

    “Bu məhsul həm də sinir sistemini rahatlaşdıran zəngin askorbin turşusu və B vitamini mənbəyidir. Bütün bu faydalar ürəyin daha yaxşı işləməsinə və onu qorumasına kömək edir”, – mütəxəssis qeyd edib.

  • Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ

    Kompüter qarşısında uzun müddət oturaq vəziyyətdə işləmək bir sıra ciddi sümük, əzələ və sinir sistemi problemlərinə yol aça bilər.

    Bu barədə manual terapevt və osteopat İlya Mixaylenko açıqlama verib.

    Onun sözlərinə görə, xüsusilə başın önə əyilmiş vəziyyətdə saatlarla qalması, boyun və bel fəqərələrinə ciddi yük salır. Nəticədə qanın normal dövranı pozulur, onurğa disklərində degenerasiya və sinir sıxılmaları meydana gəlir ki, bu da osteoxondroz kimi xəstəliklərlə nəticələnə bilər.

    Bundan əlavə, kompüter siçanı və klaviatura ilə davamlı işləmək, biləkdə yerləşən orta sinirə təzyiq yaradaraq “karpal tunel” sindromuna səbəb ola bilər. Bu vəziyyət barmaqlarda ağrı, keyimə və əllərdə zəifliklə müşayiət olunur.

    İlya Mixaylenko oturaq iş rejimi olan şəxslərə aşağıdakı tövsiyələri verib:

    -İş masası erqonomik qaydalara uyğun təşkil olunmalıdır;

    – Monitor göz səviyyəsində yerləşdirilməlidir;

    – Biləklər üçün xüsusi altlıqlardan istifadə olunmalıdır;

    – Hər 30-60 dəqiqədən bir fasilə verilməli, qısa müddətli hərəkətlər edilməlidir.

    Mütəxəssislər bildirirlər ki, düzgün iş şəraiti və müntəzəm fiziki aktivlik bu risklərin qarşısını almağa ciddi şəkildə kömək edə bilər.
    //oxu.az

  • Gecə tez-tez oyanırsınızsa, diqqətli olun – Həkimlərdən vacib XƏBƏRDARLIQ

    Gecə tez-tez oyanmaq ciddi xəstəliklərin əlaməti ola bilər.

    Median.Az “Daily Express”ə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Flinders Universitetinin yuxu üzrə mütəxəssisləri xəbərdarlıq ediblər.

    Mütəxəssislərin apardığı araşdırma göstərib ki, yuxunun tez-tez bölünməsi təkcə yuxu pozuntusu deyil, həm də insult və ürək çatışmazlığı kimi təhlükəli xəstəliklərin ilkin əlaməti ola bilər.

    Risk qrupuna əsasən artıq çəkidən əziyyət çəkən, gecələr yüksək qan təzyiqi müşahidə olunan və xoruldayan şəxslər daxildir. Bu amillər yuxu rejimini pozur və sağlamlıq üçün ciddi risk yaradır.

    “Araşdırmamız nəticəsində ilk dəfə sübut etdik ki, daimi xoruldama ilə yüksək qan təzyiqi arasında ciddi əlaqə var”, – deyə layihənin rəhbəri, doktor Bastien Leşat bildirib.

    Elm adamları 72 mindən çox insanın yuxusunu uzun müddət ərzində xüsusi texnologiyalar vasitəsilə ev şəraitində izləyiblər. Nəticədə məlum olub ki, iştirakçıların 15%-i, xüsusilə də artıq çəkisi olan şəxslər gecənin 20%-dən çoxunu xoruldamaqla keçirirlər. Bu isə nəzarətsiz hipertenziya (yüksək təzyiq) ilə birbaşa əlaqəlidir.

    Leşat qeyd edib ki, daimi yüksək təzyiq ürək çatışmazlığı, insult, ürək və böyrək xəstəliklərinə yol aça bilər.

    “Əgər yuxunuz həftədə beş-altı gün pozulursa, bu artıq xroniki hal alır və həyat üçün təhlükəli vəziyyət yarada bilər”, – deyə o xəbərdarlıq edib.

  • Hamının sevdiyi qarğıdalının orqanizmə faydası

    Balanslı və sağlam qidalanma insan orqanizminin normal fəaliyyəti və xəstəliklərdən qorunması üçün mühüm rol oynayır.  Ona görə də qidalanarkən təbii və qida dəyəri yüksək olan məhsulların seçilməsi vacibdir. Qarğıdalı bu baxımdan çox faydalı bitkidir. Tərkibində zəngin miqdarda lif, vitaminlər, minerallar və antioksidantlar olduğu üçün bir çox xəstəliklərin qarşısının alınmasında və ümumi sağlamlığın qorunmasında əhəmiyyətli rol oynayır.

    Median.Az qarğıdalının isan orqanizminə faydaları haqqında məlumatları təqdirm edir:

    Qarğıdalı həzm sisteminə dəstək olur

    Qarğıdalı xüsusilə həll olmayan liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini gücləndirir, qəbizlik problemini aradan qaldırmağa kömək edir və sağlam mikrobiotanın formalaşmasına şərait yaradır. Davamlı olaraq lifli qidaların qəbulu kolon xərçəngi kimi bəzi xəstəliklərin riskini də azalda bilər.

    Göz sağlamlığını qoruyur

    Qarğıdalı tərkibində lutein və zeaksantin adlı iki əsas karotenoid mövcuddur. Bu maddələr xüsusilə gözün sarı nöqtəsində toplanır və zərərli ultrabənövşəyi şüalardan qoruma funksiyasını yerinə yetirir. Araşdırmalara əsasən, bu antioksidantlar yaşa bağlı makula degenerasiyası və katarakta riskini azaldır.

    Ürək üçün faydalıdır

    Qarğıdalıdakı lif və kalium miqdarı ürək-damar sisteminə müsbət təsir göstərir. Kalium, qan təzyiqinin tənzimlənməsinə yardım edir, lif isə pis xolesterinin (LDL) səviyyəsini aşağı salaraq damar tıxanıqlığının qarşısını alır. Beləliklə, mısır infarkt və insult riskini azalda bilər.

    Antioksidant baxımından zəngindir

    Qarğıdalı sarı rəngini təbii karotenoidlərdən alır. Bu maddələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnmələrinin qarşısını alır. Antioksidantlar xərçəng, iltihabi xəstəliklər və erkən qocalma proseslərinə qarşı qoruyucu rol oynayır.

    Qan şəkərinin tənzimlənməsinə kömək edir

    Qarğıdalının qlisemik indeksi nisbətən aşağıdır və lif tərkibi sayəsində şəkərin qana yavaş keçməsini təmin edir. Bu xüsusiyyət diabet riskinin azalmasına və şəkər xəstələrinin qan şəkərini daha stabil saxlamağa kömək edə bilər.

    Qlütensiz olduğu üçün geniş istifadə imkanına malikdir

    Qlütensiz olması səbəbindən qarğıdalı r, çölyak xəstələri və qlütenə qarşı həssaslığı olan şəxslər üçün ideal bir qida mənbəyidir. Bu xüsusiyyət həmçinin bəzi autoimmun və həzm pozğunluqları olan insanlarda simptomların yüngülləşdirilməsinə dəstək verir.

    Qarğıdalı yalnız enerji mənbəyi deyil, eyni zamanda sağlamlığa faydalı funksional qidadır. Lif, vitamin, mineral və antioksidant zənginliyi onu sağlam qidalanma planlarında önəmli yerə çıxarır. Elmi sübutlarla təsdiqlənmiş bu xüsusiyyətləri sayəsində qarğıdalı həm profilaktik, həm də dəstəkləyici müalicəvi vasitə kimi gündəlik menyularda yer ala bilər.
    //qaynar.az

  • Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir – Bilmədiyimizi bilirlər?

    21-ci əsrdə iOS və ya Android əməliyyat sistemli sensor telefonlar orta statistik insan üçün adi bir qurğuya çevrilib. Düyməli telefonlar isə çoxlarının fikrincə artıq keçmişin əşyasıdır – ya yaşlı insanlar, ya da maddi imkanı zəif olanlar üçün nəzərdə tutulur.

    Ancaq elə uğurlu insanlar da var ki, şəxsi biznesləri və milyonlarla vəsaitləri olsa da, yenə də məhz belə sadə cihazlardan istifadə edirlər. Onlar sensorlu və düyməli telefon arasındakı əsas fərqləri yaxşı bilirlər.

    Smartfonla düyməli telefon arasında fərq nədədir?

    Texniki detallara varmadan belə, hər iki cihazın iş prinsipi ilə tanış olduqda bir məqam aydın olur: smartfon istifadəçiyə daha çox interaktiv imkan təqdim edir. Smartfonlar internetə çıxış, kamera, messencerlər, sosial şəbəkələr və saysız tətbiqlərlə zəngindir.

    Düyməli telefonlarda isə əsas funksiyalar zəng, SMS göndərmək, bəzən zəif keyfiyyətli kamera, səs yazmaq və ya “ilan” oyunudur. İnternetə çıxış isə ya ümumiyyətlə yoxdur, ya da olduqca məhduddur.

    Bəs niyə uğurlu insanlar yenidən düyməli telefonlara qayıdır?

    Əsas səbəb – təhlükəsizlikdir.

    Uğurlu və özəl həyatını qorumağa çalışan insanlar üçün məlumatların toplanması böyük risk hesab olunur. Smartfonlar istifadəçinin demək olar ki, bütün fəaliyyətini izləyir – harada olduğunu, nə aldığını, hansı mövzularda maraqlandığını, hansı videolara baxdığını və sair.

    Bu isə həm texnoloji nəhənglərin informasiya idarəçiliyi baxımından, həm də kiberhücum və fırıldaqçılar baxımından risk yaradır. Əgər smartfon və ya onunla əlaqəli hesablar hack olunarsa, şəxsi məlumatlar, fotoşəkillər, bank məlumatları və s. üçüncü şəxslərin əlinə keçə bilər.

    Düyməli telefonda isə belə bir şey mümkün deyil – o, sadəcə zəng edir, işləyir və heç bir məlumat toplamır. Bu cihazlar sadədir, dayanıqlıdır və batareya ömrü baxımından da üstünlük təşkil edir. Hətta zarafatla deyildiyi kimi: “Düyməli telefon yerə düşsə, döşəmə sınar, özü yox”.

    Nəticə

    Hansı cihazın sizin üçün daha yaxşı olduğuna yalnız siz qərar verə bilərsiniz. Əgər şəxsi təhlükəsizlik və sadəlik sizin üçün prioritetdirsə, düyməli telefona keçid sizin üçün daha uyğun ola bilər. Ancaq gündəlik iş və həyatınız üçün smartfon funksiyaları zəruridirsə və məlumat toplanması sizi narahat etmirsə, müasir cihazdan istifadə etməyə davam edə bilərsiniz.//qaynar.az