Category: Maraqlı

  • 2028-ci ildə Olimpiada tarixində bir ilk yaşanacaq

    2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında 5655 qadın və 5543 kişi iştirak edəcək. Tarixdə ilk dəfə olaraq Olimpiadada qadın idmançıların sayı kişi idmançılardan çox olacaq.

    Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında bildirilib.

    Xəbərə görə, futbolda qadın komandalarının sayı kişi komandalarından çox olacaq – 16-ya qarşı 12. Həmçinin boksda qadınlar üçün çəki kateqoriyası əlavə edilib.

    “Gender bərabərliyi idmançılar üçün kvota və yarışların sayını müəyyən edərkən əsas amil olub”, – deyə BOK-dan bildirilib.

    Qeyd edək ki, ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarında ümumilikdə 351 medal uğrunda mübarizə aparılacaq. Bu, 2024-cü ildə Parisdə keçirilən oyunlarda təqdim edilən medallardan 22 ədəd çoxdur.

    Təşkilat Komitəsi beş əlavə idman növü təklif edib – lakross, kriket, flaq-futbol, skvoş və beysbol/softbol. Bundan əlavə, proqrama altı qarışıq komanda növü əlavə edilib – oxatma, yüngül atletika ( 4×100 m qarışıq estafet), qolf, gimnastika, avarçəkmə, sahil sprinti və stolüstü tennis.

  • Qaragilənin xüsusən yaşlı insanlar üçün əvəzedilməz faydaları açıqlandı

    Qaragilə “pis” xolesterini azaldır, beynin qan dövranını yaxşılaşdırır və yaşlılarda yaddaş və diqqət pozğunluqları riskini azaldır.

    Bu barədə Vyana Universitetinin “Wiener Kinderstudien Lab” laboratoriyasının alimləri elan ediblər. Tədqiqatın nəticələri “Nutrition Research” jurnalında dərc edilib.

    Araşdırmada 60 yaşdan yuxarı, azhərəkətli həyat tərzi keçirən 55 nəfər iştirak edib. Onlardan bir qrupu gündə iki dəfə qaragilə tozlu içki, digərləri isə plasebo qəbul edib.

    İçkidəki qaragilə miqdarı təxminən 1.5 stəkan təzə meyvəyə bərabər olub.

    Nəticələrə görə, qaragilə qəbul edənlərdə “pis” xolesterin (LDL) azalıb, “yaxşı” xolesterinlə (HDL) bağlı “ApoA-I” zülalının səviyyəsində isə müsbət dəyişiklik baş verib.

    Həmçinin onların bağırsağında qaragilənin güclü antioksidantları olan antosiyaninləri parçalaya bilən faydalı bakteriyaların sayı artıb.

    Alimlər bildiriblər ki, qaragilə həm də C və K vitaminləri, manqan və liflə zəngindir. Bu maddələr immuniteti gücləndirir, sümük sağlamlığını və həzm sistemini dəstəkləyir – bu da yaşlılıqda sağlam qalmaq üçün vacibdir.
    //oxu.az

  • “Parasetamol” – Kişilər üçün gizli TƏHLÜKƏ

    “Parasetamol”un yüksək dozaları kişi orqanizmində toplanaraq toksik təsir göstərə və aktiv spermatozoidlərin sayını azalda bilər.

    Bu barədə Londondakı Brunel Universitetinin alimləri aşkar ediblər.

    Tədqiqatlar getdikcə daha çox təsdiqləyir ki, bütün dünyada kişilərdə spermatozoidlərin sayı davamlı olaraq azalır. Bir nəsil ərzində bu göstərici 60% azalıb. 2000-ci ilə qədər alimlər kişi fertilliyinin ildə 1% azaldığını bildirirdilər, lakin son vaxtlar bu temp iki dəfə artıb.

    Britaniyalı həkimlər qeyd edirlər ki, gənc kişilər fertillik problemləri ilə yaşlı nəsillərin nümayəndələrindən demək olar ki, üç dəfə daha çox qarşılaşırlar. Bu, demoqrafiyaya təsir göstərir: ölkədə doğum səviyyəsi aşağı düşüb.

    Brunel Universitetinin alimlərinin fikrincə, kişi fertilliyinin pisləşməsinin gözlənilməz səbəbi populyar ağrıkəsici – “Parasetamol”un qəbulu ola bilər. Təxminən min kişini əhatə edən tədqiqatda, bütün iştirakçılarda sidikdə “Parasetamol” konsentrasiyası icazə verilən səviyyələri aşıb.

    Tədqiqatçılar güman edirlər ki, hormonal sistemin işini pozan digər kimyəvi maddələrlə birlikdə “Parasetamol” orqanizmdə toplanıb spermatozoidlərin sayını azaldan uzunmüddətli toksik təsir göstərə bilər.

    Laboratoriya eksperimentləri bu əlaqəni təsdiqləyib. “Parasetamol” yeridilən və döl xayalarının toxuması köçürülən siçanlarda testosteron istehsalının azalması müşahidə edilib.

    Kişi fertilliyinin azalmasını digər populyar ağrıkəsici – ibuprofenlə də əlaqələndirirlər. Tədqiqatlar göstərir ki, o, testosteron səviyyəsini azalda və sperma istehsalına mane ola bilər.

    Bununla belə, bütün həkimlər kişi sonsuzluğunun əsas “günahkarları”nın dərmanlar olduğunu düşünmürlər.

    “Endokrin pozucuların təsiri həkimləri narahat edən bir problemdir. Əlbəttə, bu amil bütün kişilərdə fertilliyi azaltmayacaq – genetika və həyat tərzi də mühüm rol oynayır”, – britaniyalı alimlər bildiriblər.

  • Niyə gün ərzində daim yatmaq istəyirik? – Rusiyalı həkim səbəbini AÇIQLADI

    Gün ərzində yatmaq istəyi həm xəstəliklərlə, həm də insanın həyat tərzinin xüsusiyyətləri ilə bağlı ola bilər.

    Bu barədə rusiyalı nevroloq, manual terapevt və tibbi ekspert Maksim Alekseyev “İzvestiya”ya müsahibəsində danışıb.

    “Nə qədər şablon kimi səslənsə də, bizə rejim lazımdır. Orqanizmimiz nizamlılığı sevir. Məsələn, səhər saat 5-də o, artıq oyanmağa hazırlaşmağa, uyğun hormonları ifraz etməyə başlayır və əgər siz onların pik konsentrasiyasını əldən vermisinizsə, bundan sonra nominal olaraq daha çox yatsanız belə, gündüz gümrahlığını əldə edə bilməyəcəksiniz. Əgər həyatınızın ritmi dəyişibsə, o zaman orqanizm öz bioritmlərini yenidən kalibrləməlidir”, – deyə ekspert bildirib.

    Bundan əlavə, gün ərzində yatmaq istəyi qidalanmadan da qaynaqlana bilər. Həkimin sözlərinə görə, bol karbohidratlı doyurucu bir şam yeməyi sizə səhər gümrahlığını verməyəcək. Bundan əlavə, hətta yüngül susuzlaşma belə qan dövranını və beyinə oksigen daxil olmasını zəiflədir ki, bunun da nəticəsində süstlük yaranır.

    “Həmçinin işıq çatışmazlığının da təsiri var – qaranlıqda insanın yuxuya getməsinə cavabdeh olan melatonin ifraz olunur. Qeyri-kafi işıqlandırma yuxululuğa səbəb olacaq”, – deyə nevroloq qeyd edib.

    “Monoton iş və ya rutin (gündəlik iş) beyin aktivliyini azaldır və enerjiyə qənaət etmək üçün “sönür”. Oturaq həyat tərzi də orqanizmi “enerjiyə qənaət rejiminə” qoyur”, – deyə Maksim Alekseyev digər səbəblərdən bəhs edib.

    Gün ərzində yuxululuğa səbəb olan orqanizmdəki problemlərdən danışarkən, həkim dəmir çatışmazlığını qeyd edib ki, bu da çox sayda maddələr mübadiləsi prosesləri üçün zəruridir.

    “Avitaminozlar, ilk növbədə D vitamini çatışmazlığı – ultrabənövşəyi radiasiyaya məruz qalmayan məkanlarda daimi şəkildə çalışan müasir işçilərdə gündüz yuxululuğun ilkin səbəbidir. Xroniki stress, böyrəküstü vəzilərin rezervlərinin və sinir sisteminin tükənməsi zamanla yuxululuğa, ümumi zəifliyə və depressiyaya səbəb olur”, – deyə həkim vurğulayıb.

    Bundan əlavə, qalxanabənzər vəzinin hormonlarının çatışmazlığı və yoluxucu xəstəliklər də təsir gücünə malikdir – zəif inkişaf edən gizli infeksiyalar çox vaxt gündüz yuxululuğuna səbəb ola bilər. Revmatoloji, onkoloji xəstəliklər, nadir nevroloji xəstəliklər də daimi gündüz yuxululuğunun səbəbi ola bilər.

    “Lakin praktikada ciddi, qorxulu diaqnozlar nadir olduğuna görə onlar barədə ən son düşünmək lazımdır. İlk növbədə, həyat tərzinizi təhlil etməli və onu tənzimləməlisiniz. Əgər bu kömək etmirsə, terapevtə, nevroloqa və endokrinoloqa müraciət edin, onlar müayinə planını tərtib edəcək və diaqnozu müəyyən etməyə kömək edəcək”, – deyə Alekseyev əlavə edib.
    //oxu.az

  • İnsanlıq tarixinin ən dağıdıcı ili müəyyən edilib

    İnsanlıq tarixində ən dağıdıcı dövr müəyyən edilib. Məlum olub ki, eramızın 536-cı ili bəşəriyyətin ən ağır ili olub.

    Bu barədə Harvard Universitetinin alimlərinin “Science” jurnalında dərc olunan məqalələrində bildirilir.

    Tədqiqatın nəticələri göstərib ki, məhz 536-cı ildə Avropa və Asiyanı əhatə edən qlobal iqlim anomaliyaları və fəlakətlər genişmiqyaslı sosial və tarixi sarsıntıların tətikləyicisi olub.

    Alimlərin sözlərinə görə, 18 ay ərzində geniş ərazilər Günəş işığını demək olar ki, tamamilə bloklayan qalın dumana bürünüb. Tədqiqatçılar hesablayıblar ki, o dövrün gündüz işıqlanması ay parlaqlığından artıq olmayıb. Bu, orta temperaturun 2.5 dərəcə düşməsinə səbəb olub. Kəskin soyuqlaşma məhsul qıtlığına və kənd təsərrüfatının çökməsinə, ardınca da kütləvi aclığa gətirib çıxarıb.

    Qrenlandiyadan götürülmüş buz nümunələrinin təhlili zamanı əldə edilmiş iqlim məlumatları atmosferdə kükürdün yüksək konsentrasiyasını aşkar edib. Bu, 536-cı ildə böyük miqyaslı vulkan püskürməsinin baş verdiyini göstərir. Alimlərin ehtimalına görə, Yer kürəsinin şimalında güclü vulkan stratosferə böyük miqdarda kül və kükürd turşusu atıb ki, bu da qlobal qaranlığın səbəbi olub.

    Ekoloji və ərzaq fəlakəti tarixdə qeydə alınmış ilk pandemiyalardan biri olan Yustinian taununun yayılması ilə müşayiət olunub. Xəstəlik o zaman demək olar ki, bütün dünyaya yayılıb və tarixçilərin qiymətləndirmələrinə görə, 50 milyon insanın – o dövrün əhalisinin təxminən yarısının həyatına son qoyub.

    539-cu ildə İslandiya vulkanları da aktivləşib, onları 540 və 547-ci illərdə yeni fəlakətli püskürmələr izləyib. Zəlzələlər, daşqınlar və uzunmüddətli epidemiyalar bütöv sivilizasiyaların dayanıqlığını sarsıdıb.

    Bəzi tarixçilər hesab edirlər ki, məhz bu fəlakətlər kaskadı Qərbi Roma imperiyasının süqutunun və Avropanın Orta əsrlər dövrünə keçməsinin səbəblərindən biri olub.

  • Bəxti gətirməyən 4 BÜRC

    Astrologiyaya görə, bəzi bürclər bəxtsizliyi ilə tanınır.
     
    Median.Az Türkiyə mediasına istinadən 4 bürcü təqdim edir:
     
    BALIQLAR

    Balıqlar ən emosional və həssas bürclərindən biridir. Xəyalpərəst təbiətlərinə görə Balıqlar bəzən reallıqdan uzaqlaşa bilirlər. Bu bürcün insanları daimi xəyallar aləmində yaşayırlar. Bu da onların həyatda bəzi fürsətləri qaçırması ilə nəticələnir.

    Balıqlar xəyallarını gerçəkləşdirməkdə çətinlik çəkə bilər və bu, onlara şanslarının bağlandığını hiss etdirə bilər.
     
    XƏRÇƏNG

    Xərçəng, emosional bağları və ailə həyatına olan sevgisi ilə tanınır.

    Xərçənglər sevdiklərinin xoşbəxtliyi üçün fədakarlıq etməkdən çəkinmirlər, lakin bu, bəzən öz bəxtlərini bağlaya bilir.
     
    Xərçənglər yeni fürsətləri görməkdə çətinlik çəkə bilərlər, çünki onlar keçmişin üzərində dayanmağa meyllidirlər.

    Bu bürcün insanları təhlükəsizliyə can atdıqları üçün sərvətlərini məhdudlaşdıra biləcək risklərdən çəkinirlər.
     
    QIZ BÜRCÜ

    Qız bürcü mükəmməlliyi ilə tanınır. Qızlar hər şeyin mükəmməl olmasını istədikləri üçün bəzən fürsətləri əldən verə bilərlər.
    Bu bürcün insanları ən kiçik detallara belə diqqət yetirirlər ki, bu da onları qərarsızlığa sürükləyə bilər.

    Qız bürcləri daim öz çatışmazlıqlarını görüb onları düzəltməyə çalışdıqları üçün həyatlarında bəzi mühüm fürsətlərdən istifadə edə bilməyə bilərlər.

     
    TƏRƏZİ

    Tərəzi tarazlıq və harmoniya axtaran bürcdür. Tərəzilər bəzən həyatlarında tarazlığı qorumaq üçün böyük qərarlar verməkdən çəkinə bilərlər.

    Bu bürcün insanları daima əks fikirlər arasında tərəddüd edirlər ki, bu da onların qərarsız olmasına səbəb ola bilər.

    Tərəzilər hər iki tərəfi razı salmağa çalışarkən öz sərvətlərini bir kənara qoya bilərlər.

  • Miqreni DƏRMANSIZ zərərsizləşdirməyin yolu açıqlandı

    Miqren bir çox insanın qarşılaşdığı ən ağrılı və geniş yayılmış problemlərdən biridir. Bir çoxları bu xəstəliklə dərmanlar vasitəsilə mübarizə aparmağa öyrəşib, amma miqrenlə dərmansız mübarizə aparmaq mümkündür.

    Median.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə sinir sistemi xəstəliklərinin funksional diaqnostikası üzrə rusiyalı mütəxəssis Yelena Baranova danışıb.

    Məlum olub ki, adətən qırışlarla mübarizə üçün istifadə olunan botulinoterapiya miqren zamanı da kömək edir. Nevroloq həkimin sözlərinə görə, botulotoksin başın xüsusi nöqtələrinə yeridilir.

    “Bu metod botulotoksinin üçlü və ənsə sinirinin sinir uclarına təsiri əsasında qurulub. Bu sinirlər, üzdə və baş dərisində həssaslıqla yanaşı, beyin qişalarının və damarlarının innervasiyasında (beyinə qan axını və beyin fəaliyyəti) iştirak edir”, – deyə həkim izah edib.

    Mütəxəssis qeyd edib ki, davamlı profilaktik effekt əldə etmək üçün üç ay intervalla ən azı üç botulinoterapiya proseduru keçmək lazımdır.

  • Utananda niyə qızarırıq? – Həkim orqanizmin sirrini açıqladı

    Üzün qızarması – orqanizmin təbii reaksiyasıdır, çox vaxt utananda, xəcalət çəkəndə və ya həyəcanlananda baş verir. Bəs belə vəziyyətlərdə niyə qızarırıq?

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı kardioloq Milana Hacıyeva bu barədə danışıb.

    Onun sözlərinə görə, üzün qızarması ürək döyüntüsü, tənəffüs və qan dövranı kimi orqanizmin qeyri-iradi funksiyalarını nəzarətdə saxlayan vegetativ sinir sisteminin işi ilə bağlıdır.

    “Biz utanc hiss edəndə, beyin bunu stresli vəziyyət kimi qəbul edir. Cavab olaraq simpatik sinir sistemi aktivləşir və “vur, ya qaç” reaksiyasını işə salır”, – deyə Hacıyeva bildirib.

    Həkim qeyd edib ki, bu reaksiyanın təzahürlərindən biri üz nahiyəsində qan damarlarının genişlənməsidir.

    “Bu, adrenalin ifrazı səbəbindən baş verir və dəriyə qan axını artır. Nəticədə, kapilyarlar genişlənir və üz qırmızı çalar alır. Utanmaq – sosial emosiyadır, çox vaxt zəiflik hissi və ya mühakimə olunma qorxusu ilə bağlıdır. Biz narahat vəziyyətə düşəndə, beynimiz bunu sosial statusa təhdid kimi şərh edir. Bu, stres reaksiyasını yaradır, bu da öz növbəsində, fiziologiyaya təsir edir”, – deyə kardioloq əlavə edib.

    Bununla yanaşı, o qeyd edib ki, qızarma – insanın unikal xüsusiyyətidir.

    “Bu, özünüdərk və empatiya qabiliyyətimizlə bağlıdır. Biz qızarırıq, çünki başqalarının bizi necə qəbul etdiyini anlayırıq və bu, emosional reaksiya yaradır. Üzdə dəri səthinə yaxın yerləşən çoxlu sayda kiçik qan damarları var. Damarlar genişlənəndə, qan üzə axır və onu qırmızı edir. Bundan əlavə, üz – bədənin ən görünən hissəsidir, ona görə də qızarma ətrafındakılar üçün aydın olur”, – deyə həkim əlavə edib.

    O həmçinin diqqətə çatdırıb ki, qızarma qızardığımızı dərk etdiyimizdə daha da güclənə bilər.

    “Bu, qapalı bir dairə yaradır: qızarmağımız səbəbindən nə qədər çox utansaq, o qədər güclü olur. Bəzi insanlar bu reaksiyadan o qədər narahat olurlar ki, onlarda eritrofobiya – qızarmaq qorxusu inkişaf edir. Lakin yadda saxlamaq vacibdir ki, qızarma – səmimiyyətimizi və emosionallığımızı göstərən təbii bir reaksiyadır. Bəzi mədəniyyətlərdə bu, hətta dürüstlük və xeyirxahlıq əlaməti kimi qəbul edilir”, – deyə Hacıyeva sözlərini yekunlaşdırıb.
    //oxu.az

  • Yazda böyük uğur qazanacaq dörd bürc

    Yazın ortası bəzi bürclər üçün yenilənmə və firavanlıq dövrü olacaq.

    Median.Az-ın xəbərinə görə, bu əlamətlərin nümayəndələri güc, ilham artımı hiss edəcəklər və həyatlarının yaxşılığa doğru necə dəyişməyə başladığını görəcəklər.

    Buğa 

    Sizin üçün yazın ortası özünə inam və daxili harmoniya hissi gətirəcək. Nəhayət, səylərinizin nəticəsini – karyeranızda, şəxsi münasibətlərinizdə və ya yaradıcı layihələrinizdə görəcəksiniz. Ən cəsarətli ideyaları həyata keçirməyə kömək edəcək enerji artımı gözlənilir.
    Sevgidə xoş dəyişikliklər mümkündür: subay Buğalar onlar üçün xüsusi olacaq bir insanla tanış ola bilər və artıq cütlükdə olanlar yeni romantika dalğası hiss edəcəklər.

    Şir 

    Bu dövr sizə parlaq emosiyalar, uğur və tanınma bəxş edəcək. Özünüzü diqqət mərkəzində tapacaqsınız və tale sizin üçün əvvəllər bağlı görünən qapıları açmağa başlayacaq. Peşəkar sahədə mühüm nailiyyətlər, yüksəliş və ya yeni maraqlı layihə mümkündür.
    Şəxsi həyatınızda ehtiras və gözlənilməz dönüşlər dövrüdür. Dəyişikliyə açıq olun, çünki yalnız ən yaxşısı qabaqdadır.

    Əqrəb 

    Yazın ortası sizin üçün daxili inkişaf və yeni imkanlar dövrü olacaq. İrəli getmək üçün keçmiş qorxu və şübhələri buraxmağa hazır hiss edəcəksiniz. Maliyyə sahəsi xüsusilə əlverişli olacaq – gözlənilməz gəlir və ya sərfəli təkliflər mümkündür.
    Şəxsi həyatınızda da dəyişikliklər baş verir – bəlkə də hər şeyi öz yerinə qoyacaq taleyüklü görüş və ya vacib söhbətiniz olacaq.

    Dolça 

    Bu dövr sizə yüngüllük, ilham və yeni perspektivlər gətirəcək. Sizi maraqlı tanışlıqlar, gözlənilməz karyera imkanları və yaradıcı enerji dalğası gözləyir. Nəhayət, doğru istiqamətdə hərəkət etdiyinizi və xəyallarınızın formalaşmağa başladığını hiss edəcəksiniz.
    Şəxsi həyatınızda xoş sürprizlər mümkündür – kimsə sizə gözlənilməz etiraflar edəcək və ya sizə xüsusi diqqət göstərəcək. /lent.az

  • Yazda böyük uğur qazanacaq dörd bürc

    Yazın ortası bəzi bürclər üçün yenilənmə və firavanlıq dövrü olacaq.

    Median.Az-ın xəbərinə görə, bu əlamətlərin nümayəndələri güc, ilham artımı hiss edəcəklər və həyatlarının yaxşılığa doğru necə dəyişməyə başladığını görəcəklər.

    Buğa 

    Sizin üçün yazın ortası özünə inam və daxili harmoniya hissi gətirəcək. Nəhayət, səylərinizin nəticəsini – karyeranızda, şəxsi münasibətlərinizdə və ya yaradıcı layihələrinizdə görəcəksiniz. Ən cəsarətli ideyaları həyata keçirməyə kömək edəcək enerji artımı gözlənilir.
    Sevgidə xoş dəyişikliklər mümkündür: subay Buğalar onlar üçün xüsusi olacaq bir insanla tanış ola bilər və artıq cütlükdə olanlar yeni romantika dalğası hiss edəcəklər.

    Şir 

    Bu dövr sizə parlaq emosiyalar, uğur və tanınma bəxş edəcək. Özünüzü diqqət mərkəzində tapacaqsınız və tale sizin üçün əvvəllər bağlı görünən qapıları açmağa başlayacaq. Peşəkar sahədə mühüm nailiyyətlər, yüksəliş və ya yeni maraqlı layihə mümkündür.
    Şəxsi həyatınızda ehtiras və gözlənilməz dönüşlər dövrüdür. Dəyişikliyə açıq olun, çünki yalnız ən yaxşısı qabaqdadır.

    Əqrəb 

    Yazın ortası sizin üçün daxili inkişaf və yeni imkanlar dövrü olacaq. İrəli getmək üçün keçmiş qorxu və şübhələri buraxmağa hazır hiss edəcəksiniz. Maliyyə sahəsi xüsusilə əlverişli olacaq – gözlənilməz gəlir və ya sərfəli təkliflər mümkündür.
    Şəxsi həyatınızda da dəyişikliklər baş verir – bəlkə də hər şeyi öz yerinə qoyacaq taleyüklü görüş və ya vacib söhbətiniz olacaq.

    Dolça 

    Bu dövr sizə yüngüllük, ilham və yeni perspektivlər gətirəcək. Sizi maraqlı tanışlıqlar, gözlənilməz karyera imkanları və yaradıcı enerji dalğası gözləyir. Nəhayət, doğru istiqamətdə hərəkət etdiyinizi və xəyallarınızın formalaşmağa başladığını hiss edəcəksiniz.
    Şəxsi həyatınızda xoş sürprizlər mümkündür – kimsə sizə gözlənilməz etiraflar edəcək və ya sizə xüsusi diqqət göstərəcək. /lent.az