Category: Maraqlı

  • Evinizdə duş başlığı tutulub? – Belə TƏMİZLƏYİN

    Təmizliyi sevən insanların işlərini asanlaşdıracaq sadə həyat üsulları var. Bu praktik addımlar görəcəyiniz işi dəfələrlə yüngülləşdirə bilər.

    Lent.az vaxtaşırı evdə edə biləcəyiniz maraqlı təmizləmə üsullarıdetalları sizə təqdim edəcək.

    Onlardan biri də duş başlığını təmizləməklə əlaqəlidir.

    Salafana sirkə tökün və duş başlığını içinə qoyun. Bir saatdan sonra duşu açın və nəm dəsmal ilə təmizləyin.

  • Sirli qara daşlar Yer kürəsini əhatəyə alacaq

    ABŞ, Çexiya və İtaliyadan olan beynəlxalq astronomlar komandası belə qənaətə gəliblər ki, Yerə yaxın kosmosdakı obyektlərin yarıdan çoxu qaranlıq kometlər – az öyrənilmiş asteroid növü ola bilər.

    Araşdırma “Icarus” elmi jurnalında dərc olunub.

    Qaranlıq kometlər sirli kosmik cisimlər sayılır, çünki onlar həm asteroidlərin, həm də kometlərin xüsusiyyətlərini birləşdirir.

    Mütəxəssislər bu cisimlərin potensial olaraq Yer ətrafında asteroid qurşağı yarada biləcəyi qənaətinə gəliblər.

  • Ürək üçün ən sağlam SƏHƏR YEMƏYİ

    Səhərlər qidalanmaq üçün düzgün yeməkləri seçmək lazımdır.

    Median.Az lent.az-a istinadən bildirir ki, amerikalı dietoloq Lon Ben-Asher ürək üçün sağlam səhər yeməklərini sadalayıb.

    Onun sözlərinə görə, yaxşı səhər yeməyi ürəyi effektiv şəkildə gücləndirir. Mütəxəssis əmindir ki, səhər saatlarında lifli və omeqa-3 olan, həmçinin tərkibində xolesterolu idarə edən maddələr olan qidalardan istifadə etmək məsləhətdir.

    Belə ki, dietoloqun fikrincə, ürək üçün ən faydalı səhər yeməyi qızılbalıq və avokado, eləcə də bir dilim tam taxıl çörəyi və ya yunan qatığı, yumurta ağı və ispanaqlı yulaf əzməsidir.

    Mütəxəssislərin fikrincə, donuz və kolbasa səhər saatlarında çox duz və doymuş yağ ehtiva etdiyi üçün onlardan uzaq durmaq lazımdır.

  • Hər gün çuğundur yesək, orqanizmdə nə baş verər?

    Bütün faydalı xassələrinə və keyfiyyətlərinə baxmayaraq, çuğunduru hər gün istehlak etmək olmaz.

    Yüksək oksalat tərkibinə görə, çuğundurun tez-tez istehlakı böyrək problemlərinə səbəb ola bilər.

    Eyni maddələr kalsiumun udulmasına mane olur və həmçinin oksalat daşlarının meydana gəlməsinə səbəb olur.

    Çuğundur yüksək glisemik indeksinə görə risk yarada bilər. Onun istehlakı qan şəkərinin səviyyəsini artırmağa kömək edir.

    Əgər şəkərli diabetiniz varsa və ya xəstəliyə meyllisinizsə, çuğundur yemək də sağlamlığınız üçün təhlükəlidir.

    Lif bolluğuna görə çuğundur şişkinlik, ishal, həmçinin allergiyaya – dəri səpgiləri, qaşınma və digər narahatlıqlara səbəb ola bilər.

    Ona görə də müntəzəm olaraq çuğunduru istehlak etmək məsləhət görülmür və əgər sizdə böyrək xəstəliyi, şəkərli diabet varsa və müəyyən dərman qəbul edirsinizsə, həkimə müraciət etməyiniz daha yaxşı olar.
    //lent.az

  • Səfər zamanı bel ağrısından necə xilas olmalı?

    Uzun müddət avtomobil idarə etdikdə beldə, qollarda, aşağı ətrafda ağrılar yaranır. Bu özünü minik avtomobilində daha çox göstərir.

    Saatlarla dayanmadan sükan arxasında olan şəxsin əzələlərinin yorulması normaldır. Hətta uzun müddət yola baxmaq göz əzələlərində də problem yarana bilər. Lakin vəziyyətdən sadə çıxış yolu var.

    Həkimlərin qənaətinə görə, oturaq vəziyyətdə uzun müddət qalmaq insanın təbii xüsusiyyətlərinə uyğun deyil. Buna görə də, oturaq vəziyyətdən qaçmaq lazımdır.

    Avtomobillə uzaq səfər çıxdıqda isə birinci şərt sürücünün sükanı düz tutması, avtomobildə düzgün əyləşməsidir. Təəssüf ki, əksər sürücülər buna əməl etmir. İkinci şərt hər 1,5-2 saatda bir dəfə fasilə vermək, bir qədər kəskin əl-qol hərəkətləri etməkdir. Orqanizmin özünü bərpa etməsi üçün fasilə azı 20 dəqiqə olmalıdır.

    Yay vaxtı ağrı və narahatlığın bir səsəbi də orqanizmin sürətlə susuzlamasıdır. Bunu da aradan qaldırmaq üçün ən yaxşı vasitə çaydır. Bu olmadıqda adi sudan istifadə etmək olar.
    //avtosfer.az

  • Mağazadan alınan toyuqdan zəhərli maddələri çıxarmağın ÜSULU

    Mağazada satın alınan toyuqlarda çoxlu kimyəvi maddələrin olduğunu hamımız bilirik. Ancaq bəzi addımlarla bütün kimyəvi maddələri çıxarmaq çətin deyil.

    Mağazada satın alınan toyuqdan kimyəvi maddələri necə çıxarmaq olar?

    Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk addım toyuqdan bütün dərini çıxarmaqdır.

    Sonra toyuq ətini tavaya yerləşdirib, su ilə doldurun, duz əlavə edin və aşağı atəşə qoyun. Bulyon tez qaynamamalıdır, siz toyuğun yavaş-yavaş bişməsini istəyirsiniz.

    Qaynadıqdan sonra ocağı söndürün və toyuq ətini bulyonda 20-30 dəqiqə buraxın. Sonra bulyonu boşaldın, toyuq ətini yuyun və yeni suda bişirin.

  • Gün ərzində nə qədər şokolad yemək olar?

    İnsan gün ərzində desert olaraq yalnız şokolad yeməyə qərar veribsə, o zaman gündə 30-50 qram şokolad yeyə bilər.

    Bunu “BestDoctor” şirkətlər qrupunun diyetoloqu, rusiyalı Yana Kartayeva bildirib.

    “Tövsiyə olunan şokolad istehlakından danışsaq, bu sualın dəqiq cavabı yoxdur. Hamısı insanın həyat tərzindən, çəkisindən və sağlamlıq vəziyyətindən asılıdır. Lakin ÜST tövsiyə edir ki, əlavə edilən şəkər pəhrizdəki kalorilərin 10%-ni təşkil etməlidir. Gündəlik kalori miqdarı 2500 kkal olan sağlam bir insan üçün əlavə edilmiş şəkərin icazə verilən maksimum miqdarı gündə 250 kkaldır. Əgər insan gün ərzində desert olaraq yalnız şokolad yeməyə qərar verirsə, o zaman gündə 30-50 qram şokolad yeyə bilər”, – deyə həkim bildirib.

    Kartayevanın sözlərinə görə, müxtəlif növ şokoladın kalori miqdarı təxminən bərabərdir və 550 kkal təşkil edir. Buna görə də 30-50 qramlıq norma bütün növ şokoladlar üçün eyni olaraq qalır.

    Mənbə: gazeta.ru

  • Kosmosda atəşfəşanlıq: Buğa bürcündə yeni ulduz doğulur

    Ceyms Uebb kosmik teleskopu mavi-ağ qaz və toz buludunun və ya L1527 dumanlığının ortasında gənc ulduzun doğulmasının heyrətamiz görüntüsünü çəkib.

    Hadisə Yerdən təxminən 460 işıq ili uzaqlıqda yerləşən Buğa bürcündə baş verir.

    Gənc ulduzun təxminən 100.000 yaşında olduğu ehtimal edilir. Parlaq səma cismi hələ tamhüquqlu ulduza çevrilməyib, lakin bu proses tədricən cərəyan edir.

    Qeyd edək ki, ulduzlar molekulyar buludlardan yaranır. Transformasiya tamamlandıqdan sonra şəkillərdəki “kosmik kəpənək” yox olacaq və ulduzun özü daha da aydınlaşacaq.

  • Piylənmənin yeni səbəbləri üzə çıxdı

    Alimlər piylənmə, onunla bağlı metabolik və immun pozğunluqlarının inkişafında mühüm rol oynayan molekullar aşkarlayıblar.

    Onların sözlərinə görə, yağlı, yüksək kalorili qidalar maddələr mübadiləsini poza bilər. Bu, müxtəlif orqan sistemlərinə təsir edən iltihabı artırır. Nəticədə 2-ci tip şəkərli diabet və piylənmə baş verir ki, onların tezliyi son illərdə kəskin şəkildə artıb.

    Bioloqlar yeni işlərində piylənmənin altında yatan mexanizmləri araşdırıblar.

    Alimlər müəyyən ediblər ki, TBC1D1 zülalının yanlış versiyası siçanlarda piylənməyə, qanda şəkər və yağ səviyyəsinin artmasına, qaraciyərin yağlanmasına və digər metabolik xəstəliklərə gətirib çıxarır.

    Bildirilir ki, TTSOD molekulu mutant siçanlarda piylənmənin inkişafını dayandıra bilir. O, piy toxumasında iltihabı azaldıb, qan şəkəri və yağ səviyyəsini aşağı salıb, heyvanların arıqlamasına kömək edib. Alimlərin kəşfi piylənməyə qarşı yeni dərmanların əsasını təşkil edə bilər.

    Mənbə: gazeta.ru

  • Bu qidaları soyudulmuş halda yeyin – SƏBƏB

    Kartof, düyü və makaron kimi qidalar necə hazırlandıqlarına və istehlak edildiyinə görə bədənə fərqli təsir göstərə bilər.

    Mütəxəssislər maksimum fayda əldə etmək üçün bu qidaları soyudulmuş halda yeməyi məsləhət görürlər.

    Bişmiş və şirin kartof, düyü və ya makaron soyudulursa, davamlı nişasta əmələ gəlir. Soyuduqdan sonra onları istəyə görə yenidən qızdırmaq olar.

    Davamlı nişastanın üstünlükləri:

    Lipid mübadiləsinə müsbət təsir edərək arıqlamağa kömək edir.

    Bağırsaq mikrobiomunu dəstəkləyir, patogen bakteriyaların böyüməsini maneə törədir.

    Qan şəkərinin səviyyəsini tənzimləyir və hüceyrələrin insulinə həssaslığını artırır.

    Bağırsaqlarda mineralların sorulmasını yaxşılaşdırır.

    Bağırsaq selikli qişasının hüceyrələrini qidalandıraraq immuniteti artırır (burada immun hüceyrələrin çoxu yerləşir).

    Bağırsaq hərəkətliliyini yaxşılaşdırır.
    //lent.az