Category: Maraqlı

  • Kişilərə xəbərdarlıq: Məşhur içki sizi qadına oxşada bilər

    “Kişilər arasında ən məşhur içkilərdən biri olan pivə qadın hormonlarının artmasına kömək edir, bununla da libidoya zərər verir”.

    Bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov xəbərdarlıq edib.

    O, pivəni çox içən kişilərin qarınlarının böyüməsinə diqqət çəkib.

    Həkimin sözlərinə görə, qarında yığılan piy bədəndə testosteronun səviyyəsini azaldır, eyni zamanda qadın hormonları estrogen səviyyəsinin artmasına təkan verir, bu isə birbaşa kişi libidosuna təsir edir.

    “Həmçinin, estrogenin artması səbəbindən kişilərdə jinekomastiya – süd vəzilərinin böyüməsi inkişaf edir”, – deyə Belousov aydınlaşdırıb.

    Bundan əlavə, Y.Belousovun sözlərinə görə, pivənin tərkibində qaraciyərə, sinir sisteminə zərərli olan alkoqol və qadın hormonlarının analoqları olan fitoestrogenlər var.

    Ekspert kişilərə menyudan soya və onun məhsullarını (soya südü, tofu, soya sousu və yağı) çıxarmağa da çağırış edib. O qeyd edib ki, çoxları bu məhsulları faydalı hesab edir. Bununla belə, soya pivə kimi, kişilərdə testosteron sintezinə mənfi təsir göstərən fitoestrogenləri ehtiva edir.

    Sonda Y.Belousov kişilərə dəmir qablarda konservlərdən imtina etməyi də tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu dəmir uzun müddət saxlandıqda və içindəki maye ilə təmasda olduqda zərərli bisfenol maddəsini buraxmağa başlayır. Bu maddə də müntəzəm şəkildə bədənə daxil olanda pivədəki kimi mənfi təsir göstərir.

    Mənbə: Lenta.ru

  • Alimlər çay və qəhvədə icazə verilən şəkər miqdarını açıqlayıblar

    Niderlandın “Leyden” Universitetinin alimləri araşdırma aparıblar və müəyyən ediblər ki, çay və qəhvəyə şəkər əlavə etmək orqanizmə heç bir təsir göstərmir.

    Bu barədə oktyabrın əvvəlində “PLOS One” jurnalında dərc olunmuş məqalədə məlumat verilib.

    Müəlliflər içkilərinə müxtəlif miqdarda şəkər əlavə edərək müntəzəm olaraq qəhvə və ya çay içən 3 minə yaxın iştirakçının məlumatlarını təhlil ediblər. Müşahidələrdən əvvəl və sonra mütəxəssislər subyektlərin səhhətini geniş şəkildə müayinə edib, həmçinin bəzi iştirakçıların ölüm səbəblərini də nəzərə alıblar.

    Nəticələr göstərib ki, içkilərə şəkər əlavə etməyin vaxtından əvvəl ölümlə heç bir əlaqəsi yoxdur. Şirin çay və qəhvə içən tədqiqat iştirakçıları, ümumiyyətlə, şəkərdən istifadə etməyənlərlə müqayisədə özlərinin erkən ölüm riskini bir vahid artırıblar və Niderland alimlərinin fikrincə, bu fərq çox kiçikdir.

    Tədqiqat iştirakçıları orta hesabla içkilərinə bir qaşıq şəkər əlavə ediblər ki, bu da təxminən 5 qr təşkil edir. Məhz bu miqdar təhlükəsiz doza hesab edilib. Tədqiqatın müəlliflərinin fikrincə, qazlı içkilər və şirələrin tərkibində təxminən 25 qram şəkər var, buna görə də bu içkilər sağlamlığa mənfi təsir göstərir.

    Mənbə: İzvestiya

  • Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz

    Diş əti xəstəlikləri ürək sağlamlığına mənfi təsir edir.

    Bu barədə ABŞ-nin Sinsinnati Universitetinin alimləri bəyan ediblər.

    Onların sözlərinə görə ağız boşluğuna mənfi münasibət miokard infarktı, aritmiya və ürək çatışmazlığı kimi ciddi ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.

    Həkimlər xüsusilə gingivitin təhlükəsini qeyd ediblər. Onların sözlərinə görə, iltihab zamanı bakterial infeksiya qan axını ilə ürəyə yayıla və ciddi problemlərə səbəb ola bilər.

    Gingivit – diş ətində ağrı, şişlik və qanaxmaya səbəb olan iltihablı xəstəlikdir. İltihabın ən çox yayılmış səbəbi müəyyən bakteriya növləridir.

    Bu xəstəliyin konkret bir növünü müəyyən etmək çətindir. Ancaq adətən diş müayinəsi zamanı aşkar etmək mümkündür. Buna görə, mütəxəssislər vaxtaşırı stomatoloqa müraciət etməyi məsləhət görürlər.

    Mənbə: Gazeta.ru

  • Kardioloq insult riskini azaltmağın yolunu açıqladı

    “Gənclərdə insultun səbəbi çox vaxt aşağı fiziki aktivlik və düzgün olmayan qidalanmadır”.

    Bunu rusiyalı kardioloq və gerontoloq, tibb elmləri namizədi Yuri Konev deyib.

    Professor qeyd edib ki, insult riskini azaltmağın əsas yolu dispanserizasiyadır.

    “Rafinə edilmiş qidalara və fastfuda olan aludəçilik qida balansının pozulmasına səbəb olur, bu da öz növbəsində lipid mübadiləsinin pozulmasına gətirib çıxarır. Bu, damarlarda aterosklerotik dəyişikliklərin erkən formalaşması ilə nəticələnə bilər”, – deyə həkim izah edib.

    Bundan əlavə, insulta genetik meyillilik də az rol oynamır. Həmçinin qan təzyiqinə nəzarət etmək də vacibdir.

    Həkim gənc yaşdan başlayaraq düzgün qidalanmağı, fiziki fəaliyyəti unutmamağı və mütəmadi olaraq tibbi müayinədən keçməyi tövsiyə edib.

    “Fiziki parametrləri yoxlamaq, gənc yaşlarda təzyiqi ölçmək, EKQ-yə baxmaq lazımdır”, – deyə həkim bildirib.

    Konevin sözlərinə görə, çox vaxt qan analizi kifayət edir.

    Mütəxəssis gecə normal yatmağın vacibliyini də vurğulayıb. O, melatoninin orqanizmdə yalnız qaranlıqda yuxu zamanı əmələ gəldiyini və onun çatışmazlığının təzyiqin tənzimlənməsinə böyük təsir göstərdiyini izah edib.

    Mənbə: RT

  • Uşağın peşə seçiminə valideynlər necə kömək etməlidirlər?

    Yeniyetmə üçün öz müqəddəratını təyinetmə dövrü – çox çətin zamandır, çünki uşaq öz taleyini təhlil edir və düşünür.

    Bu barədə rusiyalı yeniyetmə və ailə psixoloqu İrina Qrişina valideynlərin yeniyetmənin gələcək peşəsini seçməsinə necə kömək edə biləcəyi barədə danışarkən bildirib.

    Onun sözlərinə görə, valideynlər övladını peşə seçməyə həvəsləndirməyə çalışarkən həm ona kömək edə, həm də əksinə, həvəsdən sala bilər.

    Mütəxəssis bildirib ki, uşağın peşə seçimi prosesində iştirakını təşviq etmək üçün valideyn həm xarici, həm də daxili motivasiyanın inkişafı üçün şərait yaratmalıdır.

    “İlk növbədə, yeniyetmənin müstəqilliyini tanımaq, ardınca isə onu inkişaf etdirmək vacibdir. Bunun üçün ona yaş keçdikcə ailədə və öz həyatını planlaşdırmaqda rolunun necə dəyişdiyi izah edilməlidir. Valideynlərin ona özü üçün seçim etmək imkanı verməsi vacibdir, bu zaman manipulyasiyadan çəkinilməlidir. Valideyn dəstəkləyici mövqe tutsa, o, bir çox mənfi nəticələrdən – uşaq üçün maraqlı olmayacaq təhsil, bu təhsilə və repetitorlara faydasız maliyyə xərcləri, uşaq tərəfindən məzəmmət və təhqirlərdən qaça biləcək”, – deyə psixoloq bildirib.

    İ.Qrişina həmçinin yeniyetməyə müxtəlif peşələrin nümayəndələri ilə tanış etmək və ya praktik təcrübə qazanmağa təşviq etməklə kömək etməyin mümkün olduğunu bildirib.

    Mənbə: Gazeta.ru

  • Süd vəzinin böyük olması xərçəng riskini artırır?

    Son zamanlar belə fikir yayılıb ki, qadında süd vəziləri nə qədər iri ölçüdədirsə, xərçəng olma ehtimalı daha çoxdur.

    Mammoloq Anna Kim onkorisk barədə danışıb.

    “Süd vəzi ölçüsü xərçənglə xəstələnmək riski ilə heç cür bağlı deyil. Əsas faktorlar başqalarıdır.

    Sübut edilmiş faktorlar – yaş, ailə, irsi, süd vəzi xəstəlikləri və s.

    Real risklər bunlardır:

    – Qadının yaşı – artdıqca yüksəlir

    – Nəsildə xərçəng olması

    – Bəzi xoşxassəli şiş və düyünlərin olması

    – Artıq çəki

    – Alkoqol, siqaret

    – Hormonal dərmanlar

    – Süd verməmək

    (“Medicina” )

  • Qalxanabənzər vəzi üçün təhlükəli hallar açıqlanıb

    “Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasında bir neçə amil rol oynayır. Uzunmüddətli, xroniki stresslər, toksiki maddə ilə zəngin qidalar vəzin fəaliyyətinin pozulmasına səbəb ola bilər”.

    Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

    Onun sözlərinə görə, müxtəlif növ alkoqol, aktiv və passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün təhlükəlidir: “Güclü şüalanma, və ya radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq, virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir”.
    //report

  • Güclü stresin bilmədiyimiz əlamətləri

    “Güclü sarsıntı keçirdikdə, bədəndə həddindən artıq stres hormonları ifraz edildiyi üçün orqanizm yardım siqnalı göndərir”.

    Bunu rusiyalı bevroloq Yekaterina Demyanovskaya deyib.

    Stres zamanı insanın nəbzi artır, qan təzyiqi yüksəlir və hamar əzələ spazmları meydana gəlir. Həmçinin, əsəbiləşən zaman şiddətli qarın ağrısı da baş verə bilər.

    Kortizol, adrenalin və digər stres hormonlarının ifrazının artması səbəbindən qaşınma, səpgilər, qabıqlanma və ya sızanaq meydana gələ bilər.

    “Stres zamanı həzm orqanlarının qanla təchiz olması və peristaltikası azalır. Bu səbəbdən mədə seliyinin ifrazatı pozulur”, – deyə Demyanovskaya bildirib.

    Nevroloqun sözlərinə görə, xroniki stres keçirən insanlarda bağırsaq mikroflorasında disbalans yaranır.

    O, güclü stresin gizli əlamətlərindən birinin də öskürək olduğunu qeyd edib.

    “Mədə-bağırsaq traktının işinin pozulması ilə əlaqəli stresin başqa bir əlaməti boğaz ağrısı və ya boğazda düyün qalma hissidir, bu da öskürəyə səbəb olur. Bu vəziyyət qırtlağın əzələlərinin qeyri-ixtiyari yığılması, tüpürcək ifrazının azalması səbəbindən udlaqda quruluq və burun nəfəsinin pozulması nəticəsində yaranır”, – deyə həkim sözlərini yekunlaşdırıb.

  • Alma hansı xəstəliklərin düşmənidir? – Diyetoloqdan XƏBƏRDARLIQ

    Rusiyalı diyetoloq Yelena Solomatina almanın hansı xəstəliklərdə orqanizmə ziyanlı olduğu barədə danışıb.

    Həkim meyvənin mədənin selikli qişasını qıcıqlandıra bilən liflə zəngin olduğunu bildirib. Qeyd edib ki, bu lif pektinlərdən ibarətdir və kifayət qədər yumşaqdır, lakin kəskinləşmə zamanı narahatlığa səbəb ola bilər. Ona görə də mədə-bağırsaq traktının xəstəlikləri varsa, alma yeməmək daha yaxşıdır.

    “Şəkərli diabet varsa, şirin meyvələrdən, mədə-bağırsaq xəstəlikləri varsa, turş meyvələrdən uzaq durmaq lazımdır. Xora, qastrit, pankreatit və yüksək turşuluqdan əziyyət çəkənlər çox diqqətli olmalıdırlar”, – deyə diyetoloq vurğulayıb.

    Solomatina onu da qeyd edib ki, bəzi insanların almaya qarşı allergiyası var. Bu zaman almadan uzaq durmaq lazımdır.

    Mənbə: Rambler

  • Duş başlığından xəstəlik axır – Dərhal təmizləyin

    Legioner xəstəliyi olaraq bilinən duş başlığı xəstəliyi son günlərin ən çox yayılmış və araşdırılan mövzularından biridir.

    Bakupost.az xəbər verir ki, Vektor adlı fenomenin duş başlığını təmizləyən görüntüləri sosial mediada yayıldıqdan sonra hər kəs narahat olub.

    Duş başlığı xəstəliyi kimi tanınan bu hal ciddi sağlamlıq problemlərinə səbəb olur.

    Belə ki, isti və nəm yerlərdən istifadə edən mikrob duş başlığına yerləşir və orada çoxalmağa başlayır.

    İnsanlar duş qəbul edərkən duş başlığından bu mikrobları bədənlərinə götürürlər. Mikrob kiçik su damcıları ilə ağciyərlərə daxil ola bilir.

    Qorunma yolları

    Duş başlığını mütəmadi olaraq dəyişdirin.

    Duş başlığının üzərinə plastik bir torba qoyun, sirkə və ya ağardıcı ilə təmizləyin.

    Duş başlığını quru saxlayın.